Velopark məktəblilərin istifadəsinə verilib
Velopark məktəblilərin istifadəsinə verilib
Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ləman Əsədzadə tərəfindən həyata keçirilən "YAŞIL DÜNYA NAMİNƏ VELOKLUB" layihəsi çərçivəsində şagirdlərin məktəbə velosipedlə rahat gəlmələri və məktəbdə velosipedlərini park etmələri üçün velopark hazırlanaraq istifadəyə verilib. Velo Kouç tərəfindən keçilən təlimlərdə şagirdlər üçün veloturlar təşkil edilir və onlar yarışa hazırlaşırlar.
Xatırladaq ki, "YAŞIL DÜNYA NAMİNƏ VELOKLUB" layihəsi Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə icra olunur. Layihənin əsas məqsədi velosipeddən istifadəni artırmaq, velosiped üçün əlverişli məktəb mühiti yaratmaq və şagirdləri fiziki sağlamlığa təşviq etməkdir.