“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsi çərçivəsində rəqs dərsləri uğurla davam edir
“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsi çərçivəsində rəqs dərsləri uğurla davam edir.
Rəqs müəllimi Anar Əliyev tərəfindən həyata keçirilən rəqs dərslərində şagirdlər iki milli və iki xarici rəqsi mənimsəyir, bundan əlavə, ritm hissini inkişaf etdirir, səhnə mədəniyyətini öyrənir və komanda şəklində işləmə bacarıqlarını təkmilləşdirirlər.
Qeyd edək ki, layihənin icra planına əsasən rəqs dərsləri bitdikdən sonra rəqs gecəsi təşkil olunacaq və dərslər boyunca hazırlanmış rəqslər nümayiş etdiriləcək.
Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə, Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Aysel Alızadə tərəfindən icra olunur. Layihə 3 ay müddətində 20 nəfər ibtidai sinif şagirdinə milli və xarici rəqs dərslərinin keçirilməsi, rəqs klublarının yaradılması, rəqs paltarlarının hazırlanması və sonda rəqs gecəsinin təşkil edilməsini hədəfləyir.