"Bilgə Qarabağ" adlı intellektual oyun şagirdlərin istifadəsinə verilib
"Bilgə Qarabağ" adlı intellektual oyun şagirdlərin istifadəsinə verilib
"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin oyunları M.Hümbətov adına Ağbulaq kənd tam orta məktəb, Tovuz rayonu Hacıalılı kənd Qasım Rzayev adına tam orta məktəb və Tovuz rayonu Müşfiq Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəblərində paylanılıb.
Qeyd edək ki, oyunlar çap edilərək Azərbaycana gətirilib.
Xatırladırıq ki, "Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihə Məmmədova Xəyalə tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində şagirdlərin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəb daxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulur.