“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə yekunlaşıb.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə yekunlaşıb.
Düşərgənin son günündə ünsiyyət qurma bacarıqlarının gücləndirilməsi, düzgün ünsiyyətin sirləri, nitqin əsas xüsusiyyətləri, liderlik bacarığının artırılması, ünsiyyət zamanı empatiya metodu mövzusunda sessiyalar baş tutub, qrup işləri keçirilib. Həmçinin şagirdlər ünsiyyəti inkişaf etdirən oyunlarda iştirak ediblər və bununla da interaktiv öyrənmə mühiti yaradılıb.
Xatırladırıq ki, “BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta məktəbdə keçirilir. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətləri bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların (soft skills) formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə komanda quruculuğu klubunun yaradılması nəzərdə tutulur.