146
logo

"Ulduz" şokolad fabrikinə ekskursiya

  • Şənbə 22 Fevral 2025



Layihə çərçivəsində şagirdlər "Ulduz" şokolad fabrikinə ziyərət ediblər.

Fabrikin əməkdaşları şagirdlərə şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat veriblər. Daha sonra şagirdlərlə birgə bütün istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Şagirdlər böyük həvəslə ən çox sevdikləri şokolatların necə hazırlanması mərhələlərini izləyiblər. Ekskursiya zamanı şagirdlərə hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradılıb. Bu ekskursiya onlara real istehsalat mühitini görmək, sənaye prosesləri ilə yaxından tanış olmaq və biliklərini genişləndirmək imkanı yaratdı. Bundan əlavə, birgə gəzinti zamanı və ictimai yerlərdə davranış qaydaları, dostluq münasibətlərinin möhkəmləndirilməsinə aid söhbətlər aparıldı.

Xatırladaq ki, layihə Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə Dürdanə Vəliyeva tərəfindən həyata keçirilir.