146
logo

Nizami Gəncəvi məqbərəsinə ekskursiya

  • Çərşənbə axşamı 25 Fevral 2025



Nizami Gəncəvi məqbərəsinə ekskursiya

"Ədəbiyyatı bədii intellektual oyunlarla və ekskursiyalarla öyrənək" layihəsi çərçivəsində Gəncə şəhərinə Nizami Gəncəvi məqbərəsinə ekskursiya təşkil olunub.

Səfər zamanı cəlilabadlı şagirdlər Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında biliklərini dərinləşdirib, dahi şair haqqında xeyli məlumat əldə etdilər. Məqbərənin tarixi, memarlığı və Nizami Gəncəvinin əsərlərinin illüstrasiyaları şagirdlərdə ədəbiyyatın gücünü və onun cəmiyyətə təsirini daha yaxşı anlamağa kömək edib. Şagirdlər məqbərə ilə yanaşı Gəncə qapısı, Cavadxan türbəsi ilə də tanış oldular.
Xatırladırıq ki, layihə Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Rzayeva Yeganə tərəfindən icra edilir. Bu layihə həm ədəbiyyatımızı dərindən
öyrənmək, həm də onun dərinliklərinə bədii intellektual oyunlar və ekskursiyalarla səyahət etmək istəyən şagirdlər üçün əvəzsiz bir fürsət təqdim edir.