146
logo

““Divarsız Məktəb” şagirdlərin inkişaf düşərgəsi” layihəsinin müəllimlər üçün təlimlərinə start verilib.

  • Çərşənbə axşamı 25 Fevral 2025



Ümumilikdə 2 gün müddətində 3 saat olmaqla keçirilən təlimlərdə müəllimlərə kub inkişaf modelinin proqramı, metodları başa salınıb, həmçinin dərslərinə bu modeli necə adaptasiya edə biləcəkləri ilə bağlı müzakirələr aparılıb.

Layihənin ikinci mərhələsi olaraq şagirdlərə 24 saatlıq təlim proqramı hazırlanaraq, təlimlər keçiriləcək daha sonra isə 2 günlük düşərgə keçiriləcək. 24 saatlıq proqram kub inkişaf modeli əsasında hazırlanacaq.

Ümumilikdə 4 ay davam edəcək layihənin məqsədi şagirdlərə ənənəvi sinif mühitindən kənara çıxaraq hərtərəfli öyrənmə mühitini təqdim etmək, şəxsi və sosial inkişaf imkanını təqdim etmək, həmçinin asudə vaxtlarını səmərəli keçirərək şəbəkələşmələrinə şərait yaratmaqdan ibarətdir.

Xatırladaq ki, layihə Lənkəran rayon Qurumba kənd ümumi orta məktəbin təlim-tərbiyəişləri üzrə direktor müavini Şamxal Hacıyev tərəfindən həyata keçirilir.