146
logo

Gələcəyim düzgün peşə seçimindən çox asılıdır

  • Çərşənbə axşamı 25 Fevral 2025



"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir.

Bu təlim "Müxtəlif peşə sahələri və onların xüsusiyyətləri", "Şəxsi maraqların və güclü tərəflərin kəşfi" mövzularda keçirilib. Təlim "Ən çox maraqlı gələn peşələr" mövzunda qrup işi ilə yekunlaşıb.

Qeyd edək ki, IX-XI sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb.

Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə Quliyeva Aygün tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.