146
logo

“Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin təlimləri davam edir.

  • Çərşənbə 26 Fevral 2025



Neftçala rayon R. Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində “Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin təlimləri davam edir.

Ümumi 6 müəllim və ilkin olaraq 18 şagird, daha sonra isə əlavə 42 şagird də seçilərək təlimlərə cəlb olunub.

Layihənin məqsədi sürətli oxuma üzrə peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.

Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.