“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi çərçivəsində məşğələlər davam edir.
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi çərçivəsində məşğələlər davam edir.
Layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 15 nəfər şagird seçilmişdir. 6 ay ərzində dərsdənkənar fəaliyyət formasında “Ewa” proqramından istifadə etməklə məşğələlər təşkil olunub və “Ewa” proqramından rahat istifadə etmək üçün qulaqcıqlar alınıb.
Xatırladaq ki, layihə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə Elvina Hüseynova tərəfindən icra olunur. Lahiyənin əsas məqsədi “Ewa” tətbiqi proqramının köməyilə 4-cü sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməsinə dəstək verməkdən ibarətdir.