Şirvan şəhərində “Şirvanın Texno Liderləri “layihəsinin icrası davam edir
Şirvan şəhərində “Şirvanın Texno Liderləri “layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq Şirvan şəhərində yerləşən məktəblərdən seçilən 10 nəfər informatika müəlliminə seminar keçirilib.
Seminarda müəllimlər texnoloji bacarıqların artırılması, proqramlaşdırma ilə analitik və yaradıcı düşünmənin inkişafı və bu sahənin şagirdlərin gələcəkdə iş imkanlarını necə genişləndirdiyini müzakirə ediblər. Həmçinin müxtəlif yaş qrupları üçün proqramlaşdırma tədrisi metodları və mənbələr üzərində fikir mübadiləsi aparılıb.
Layihənin məqsədi Şirvan şəhərinin 7-8-ci sinif şagirdlərinin müasir texno ehtiyacalara uyğun proqramlaşdırma dillərini öyrənməsi, real tətbiqi təhsil layihələri üzərində proqram işləmə bacarıqlarını formalaşdırması, dinamik inkişafa uyğun öz həll və təkliflərini verməsi, məhsuldar əməkdaşlıq etməsi üçün davamlı təlim-təhsil almaqla, texnolider kimi inkişafa yönləndirməkdir. Proqramlaşdırma təhsilinin şagirdlərin inkişafında və gələcək karyeralarındakı rolunu vurğulamaqdır.
Qeyd edək ki , Zümrüd Əliyevanın rəhbərlik etdiyi layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.