Qrant layihə iştirakçıları düşərgədə
Qrant layihə iştirakçıları düşərgədə
“Eco Explorers: şagirdlərin qeyri-formal təhsil təcrübəsi” layihəsi çərçivəsində şagirdlər üçün 2 gün müddətində düşərgə keçirilib.
Düşərgə zamanı şagirdlərə çadır qurma, ocaq qalama, səmti müəyyən etmə kimi mövzularda bilik və bacarıqlar aşılanıb.
Layihənin məqsədi şagirdlərin ətraf mühitlə bağlı məlumatlılığını artırmaq, onları açıq havada fəaliyyətlərinə cəlb edərək fiziki fəallıqlarını artırmaqdan, həmçinin qeyri-formal təhsil və həyatı bacarıqlar istiqamətində məlumatlandırmaqdan ibarətdir.
Qeyd edək ki, layihə Hacıqabul şəhər İlqar Ələkbərov adına 1 nömrəli tam orta məktəbin təlim-tərniyə işləri üzrə direktor müavini Tərlan Qasımov tərəfindən icra olunur.