146
logo

"Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsinin bağlanış tədbiri keçirilib

  • Cümə 7 Mart 2025



Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan "Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsinin bağlanış tədbiri keçirilib.

Bağlanış tədbirində şagirdlərin fəaliyyəti, əldə etdikləri bacarıqlar , hazırladıqları mühəndis işləri sərgidə nümayiş etdirilib. Tədbirin sonunda ekomühəndis şagirdlər sertifikatlarla təltif olunub.

Layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəklləyəcək “Ekomühəndis şagirdlərin COP 29 – Məktəb Zirvəsi"prosesini təşkil etməkdir.

Layihəyə cəlb edilmiş şagirdlər layihənin problem məzmununa uyğun hazırladıqları ekoloji problemlərin həlli üçün təklif edilən modelləri, maket və prototipləri hazırlayıblar. Şagirdlər layihələrində ekoelektrik mühəndisliyi - Günəş enerjisi işləyən mexanizmlər-alternativ enerji layihələri, prototip modellərdən, 3D dizayn layihə proqramları və çapdan istifadə edirlər.

Xatırladaq ki, " Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsi Sevinc Əliyeva tərəfindən icra edilir.