146
logo

"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsi yekunlaşıb

  • Bazar 9 Mart 2025



"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsi uğurla başa çatdı!
Tatar kənd tam orta məktəbində Gilas İbrahimova tərəfindən icra olunan və Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə çərçivəsində ümumillikdə 60 nəfər X və XI sinif şagirdləri akademik ingilis dili biliklərini interaktiv şəkildə inkişaf etdirmək imkanı qazanıblar.
Layihə müddətində üç qrup üzrə təşkil olunan 72 saatdan ibarət 16 dərs çərçivəsində şagirdlər Coursera platformasından istifadə edərək akademik mətnləri anlama və analiz etmə, öz fikirlərini yazılı və şifahi şəkildə ifadə etmə kimi vacib bacarıqlara yiyələniblər. Onlar həmçinin məqalə yazma, təqdimat hazırlama, tənqidi oxu və mətn təhlili kimi akademik sahədə mühüm olan vərdişləri təkmilləşdiriblər.
Bundan əlavə, dinləmə sessiyaları sayəsində şagirdlər akademik nitqi anlama, müxtəlif aksentlərə uyğunlaşma və sürətli məlumat emal etmə bacarıqlarını inkişaf etdiriblər. Sürətli oxu və effektiv qeyd aparma metodları isə onların böyük həcmli akademik materialları daha tez və səmərəli mənimsəməsinə kömək edib.
Layihə sayəsində şagirdlərin onlayn platformalardan istifadə edərək öyrənmə vərdişləri inkişaf edib. Onlar artıq Coursera platformasından istifadə etməyi mənimsəyiblər və gələcəkdə də bu resurslardan istifadə edərək ingilis dili biliklərini daha da inkişaf etdirəcəklər.
Bağlanış tədbirində şagirdlər öz fikirlərini səsləndiriblər, layihə iştirakçılarına sertifikat təqdim olunub və sonda xatirə fotosu çəkilib.