“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin bağlanış mərasimi keçirilib
“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış tədbirində məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Layihənin rəhbəri Səlmi Vəliyeva bu prosesin şagirdlərin dərsə marağını artırdığını və riyazi düşünmə bacarıqlarını inkişaf etdirdiyini vurğulayıb.
Tovuzda icra ediləcək layihə çərçivəsində məktəbin riyaziyyat müəllimlərinə PhET platforması ilə işləmək və interaktiv dərs təşkil etmək üçün təlimlər keçirilib. Pilot mərhələdə 5 və 6-cı siniflərdən 48 şagird üçün 3 ay ərzində həftədə bir dəfə olmaqla 24 dərs keçirilib. Layihənin sonunda şagirdlər bu müddət ərzində öyrəndiklərini təqdim ediblər.
Xatırladırıq ki, "İnteraktiv simulyasiyaların dəstəyi ilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili" adlı layihə Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə Səlmi Vəliyeva tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasından istifadə edərək riyaziyyat dərslərini daha maraqlı və əyləncəli formada təşkil etməkdir.