“İNAM Şagird İttifaqları Platforması” layihəsi çərçivəsində təlimlər uğurla başa çatıb
“İNAM Şagird İttifaqları Platforması” layihəsi çərçivəsində təlimlər uğurla başa çatıb.
Təlimçi Cəsur Mədətzadə tərəfindən keçirilən sessiyalarda şagirdlərin düşünmə, analizetmə, liderlik, idarəetmə və qərar qəbuletmə bacarıqlarının əsasən praktiki şəkildə inkişafı təmin edilib. Təlimlər 5 məktəbdən seçilmiş 50 şagirdi əhatə edib və ümumilikdə 8 dəfə təşkil olunub. Sessiyalar zamanı qrup işləri də keçirilib ki, bu da iştirakçıların komanda quruculuğu bacarıqlarını gücləndirib.
Layihənin növbəti mərhələsində şagirdlərin davamlı inkişafını təmin etmək məqsədilə təlim mövzuları üzrə simulyasiya xarakterli yoxlamalar keçiriləcək. Bundan əlavə, mütəxəssislər tərəfindən iştirakçılara fərdi rəy və dəstək göstəriləсək.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə Bakı şəhəri 74 nömrəli tam orta məktəbinin direktoru Murad Zeynalov tərəfindən icra olunur.