"İncəsənət otağı" layihəsinin icrası baça çatıb
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı layihəsinin bağlanış tədbiri keçirilib.
Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində keçirilən tədbirdə layihə rəhbəri Ləman Cəfərova tədbir iştirakçılarını salamlayaraq, layihənin məqsədi və fəaliyyət planının icrası hesabatı haqqında qonaqlara məlumat verib.
Bağlanış mərasimində layihənin icra müddəti ərzində keçirilən ustad dərslərində hazırlanan əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Qeyd edək ki, “İncəsənət otağı” layihəsinin məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına təkan verməkdir. Bu məqsədlər 60-a yaxın şagirdin iştirakı ilə 9 ustad dərsləri təşkil edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.