Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə layihə sənədlərinin
(ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu
27.02.2024 - 01.04.2024
tarixlərində həyata keçiriləcək.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ni elan edir.
Müsabiqənin mövzuları aşağıdakılardır:
1) Təhsilin idarəedilməsi
2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi
3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması
4) Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması
5) Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması
6) İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi
Müsabiqədə iştirak: Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməli və müvafiq sənədləri elektron qaydada yazıb qeyd edilən tarixədək sistemə yükləməlidirlər.
Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.
"Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İştirakçı bu tələblərə cavab vermədiyi təqdirdə məzmun ekspertizası mərhələsinə buraxılmayacaq və müsabiqədə iştirakı sonlandırılacaq.