146
logo

Axtarış sözü ""

Ümumi: 535 nəticə tapıldı

II Qrant Müsabiqəsi
Müsabiqələr
II Qrant müsabiqəsinin yekunlarına dair Hesabat jurnalına aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin HESABATI Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər"in təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarının icrasının təşkili haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 18 yanvar tarixli F-59 nömrəli əmrinə əsasən 14 aprel – 16 mart 2018-ci il tarixləri arasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin elan edilmişdir. Müsabiqənin mövzuları aşağıdakılardır: * Təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması * Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi * Zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı * İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi * Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması * Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması * Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması * Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi * Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi   Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 211 layihə, fərdi layihələr kateqoriyası üzrə 639 lahiyə olmaqla, ümumilikdə, 850 layihə təklifi qəbul olunmuşdur. Ekspert qrupunun rəyi əsasında təhsil nazirinin əmri ilə təhsil müəssisələri kateqoriyası üzrə 41 və fərdi kateqoriya üzrə 125 layihə olmaqla, ümumilikdə 166 layihənin maliyyələşdirilməsi təsdiqlənmişdir. Layihələr Iyun 2018 – Aprel 2019 ci il tarixləri arasında icra olunub. Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz: Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr
III Qrant Müsabiqəsi
Müsabiqələr
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi. Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibləri müəyyənləşib. Müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqənin mövzuları aşağıdakılar olmuşdur: 1) Təhsilin idarəedilməsi: (nümunələr: öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərin tətbiqi, məktəblərarası əməkdaşlığın təşviqi, mübadilə proqramlarının təşkili, bölgələrdə ümumi təhsil müəssisələrinin direktorları və müavinləri üçün məktəbin idarə edilməsi səriştəliliyinin artırılması mövzusunda tədbirlərin təşkil olunması); 2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün vəsaitlərin hazırlanması və ya tərcümə olunması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin, xüsusi kursların və yay məktəblərinin təşkili); 3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: öyrədici resursların və qiymətləndirmə vasitələrinin hazırlanması, TIMMS, PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi, məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi); 4) Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması: (nümunələr: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi, pedaqoji işçilər üçün müxtəlif mövzularda metodiki tədbirlərin təşkili, regionlarda həmkardan həmkara dəstək formatında metodik xidmət sisteminin qurulması, məktəbdaxili metodik xidmət sisteminin təkmilləşdirilməsi; 5) Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi); 6) İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi (nümunələr: informasiya texnologiyalarının təhsilə tətbiqinin genişləndirilməsi ilə bağlı fəaliyyətlər, robotexnikanın ümumi təhsil müəssisələrində tədrisinin tətbiq edilməsi, İKT imkanlarının tədrisin təkmilləşdirilməsinə şərait yaradan fəaliyyətlər). Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz: Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 Telefon: 146 Email: grants@edu.gov.az
IV Qrant Müsabiqəsi
Müsabiqələr
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin nəticələri müəyyənləşib. IV qrant müsabiqəsi üçün aşağıdakı istiqamətlər üzrə layihələr qəbul edilib: 1) Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi (nümunələr: ümumi təhsil müəssisələrində sağlam həyat tərzini təbliğ edən tədbirlərin həyata keçirilməsi, şagirdlərin şəxsiyyət və ictimai fərd kimi formalaşmasına müsbət təsir göstərən sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması); 2) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün tədris vəsaitlərinin hazırlanması və ya tərcümə olunması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssisələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin, xüsusi kursların və yay məktəblərinin təşkili); 3) Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: qiymətləndirmə vasitələrinin hazırlanması, TİMMS, PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrin təbliği və təcrübələrin bölüşdürülməsi, məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi); 4) Təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması (nümunələr: ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiə edilməsinin təmin edilməsi, sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsi, şagirdlərdə müxtəlif sosial-emosional bacarıqların (özünü tanıma, özünü idarəetmə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, müsbət təsir, məqsədyönlülük, sosial şüur, ünsiyyət, məsuliyyətli qərar qəbul etmə, empatiya bacarıqları və s.) inkişaf etdirilməsi, şagirdlərin emosional çətinliklərinin ortaya çıxarılması və həll edilməsi üçün əlverişli dialoq qurulması istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması); 5) Şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması (nümunələr: şagirdlərin yerli səviyyədə problemlərin həllinə cəlb edilməsi, müvafiq metodiki vəsaitlərin hazırlanması, şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi); 6) Ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi (nümunələr: öyrədici resurslar vı metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi, pedaqoji işçilər üçün müxtəlif mövzularda metodiki tədbirlərin təşkili, regionlarda həmkardan həmkara dəstək formatında metodik xidmət sisteminin qurulması, məktəbdaxili metodik xidmət sisteminin təkmilləşdirilməsi); 7) Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətinin formalaşdırılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, ümumi təhsil müəssisələrində inklüzivliklə bağlı tədbirlərin keçirilməsi, şagirdlərin sosial fəaliyyətlərə cəlb edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi); 8) Təhsildə texnoloji yeniliklərin tətbiqi (nümunələr: informasiya texnologiyalarının təhsildə rolunun artırılması, STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) kurikulumlarının və robototexnikanın ümumi təhsil müəssisələrində tədrisinin tətbiq edilməsi, İKT imkanlarının tədrisin təkmilləşdirilməsinə şərait yaradan fəaliyyətlər, metodik vəsaitlərin hazırlanması); 9) Təhsildə valideynlərin rolunun artırılması və məktəb-valideyn münasibətlərinin inkişaf etdirilməsi (nümunələr: təhsilalanların psixoloji vəziyyətinə, öyrənmə səviyyəsinə və təhsil fəaliyyətinə mənfi təsir göstərən halların araşdırılması, onların sosial-mənəvi problemlərinin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər (qanuni nümayəndələr) ilə təhsilverənlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, təhsilverənlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanması). Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllıdır. Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz: Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 Telefon: (012) 5991155/ 5421 Email: grants@edu.gov.az
V Qrant Müsabiqəsi
Müsabiqələr
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi   Nəticələr   Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb. Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz: Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edib. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçirilib. Müsabiqənin keçirilmə qaydası: Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: 1) “Fərdi” kateqoriya” və 2) “Ümumi təhsil müəssisələri”. Müsabiqə fondunun büdcəsi 1000000 (bir milyon) manat təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Müsabiqə aşağıdakı mövzuları əhatə edir: 1) İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi.) 2) Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.) 3) Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.) 4) Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər: sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə, valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.)) 5) Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.) Müsabiqənin əsas iştirak şərtləri: • “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər. • “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər. • Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. • Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.. Müsabiqəyə təqdim olunan qrant layihəsinə verilən tələblər: • Layihənin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalı və icrası 2021/2022-ci tədris ili ərzində həyata keçirilməlidir. • Layihənin məbləği “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100000 (yüz min), “Fərdi” kateqoriya üzrə 10000 (on min) manatdan çox olmamalıdır. Müsabiqə haqqında Dövlət Xidmətləri Portalından da məlumat əldə edə bilərsiniz. Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 Email: grants@edu.gov.az
VI Qrant Müsabiqəsi
Müsabiqələr
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi   Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir. Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: “Ümumi təhsil müəssisələri” kateqoriyası “Fərdi” kateqoriya Müsabiqə fondunun büdcəsi 2 000 000 (iki milyon) AZN təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15.02.2022 – 31.03.2022 tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçirilir. Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir: 1. Onlayn platforma və tətbiqlər (applications) vasitəsilə öyrənmənin təşkili Mövzunun əhatə etdiyi istiqamətlər: onlayn öyrənmə platforma və tətbiqlərində (məsələn, KhanAcademy, Coursera, Udemy, edX, Brilliant, Duolingo, Rosetta Stone, Lingokids, Babbel, Quizizz və s.) ödənişsiz və ya ödənişli məzmundan (kurslardan) təhsilalanların və təhsilverənlərin istər xarici dildə, istər Azərbaycan dilinə tərcümə edilərək istifadəsinin təmin edilməsi. müəllimlər üçün müstəqil öyrənmə platformalarına yerləşdirilməsi məqsədilə öyrədici video-çarxların hazırlanması. 2. Təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması və bu cür müsabiqələrin təşkili Mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və iştirakının təmin edilməsi. müxtəlif məzmunlu müsabiqələrin təşkili. 3. Dərnək və klubların təşkili Mövzunun əhatə etdiyi istiqamətlər: STEAM, virtual reallıq, dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo. incəsənət, rəqs, ictimai nitq, debat, informasiya və media savadlılığı. peşə seçimi və peşə yönümü işi, sahibkarlıq, maliyyə savadlılığı. alternativ enerji mənbələri. 4. Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği Mövzunun əhatə etdiyi istiqamətlər: fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə. məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi. həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası. sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunmanın təbliği. milli təəssübkeşlik və tolerantlıq istiqamətində bilik və bacarıqların formalaşdırılması. təhsilalanların iştirakı ilə məktəb icmasında sosial yönümlü layihələrin həyata keçirilməsi. 5. Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi Mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun, layihə və problem əsaslı təlim, tətbiqlər (app-lər), simulyasiya və virtual reallıq vasitələrinin tətbiqi üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi. müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi. xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi və məktəbdə tətbiqi. müəllim adaptasiyası proqramlarının həyata keçirilməsi. Müsabiqə iştirakçılarına verilən tələblər: “Fərdi” kateqoriya üzrə layihəni təqdim edən şəxsin təşkilati-hüquqi formasından asılı olmayaraq ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçi olması. “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə layihələrin dövlət tam orta ümumi təhsil müəssisəsi tərəfindən təqdim edilməsi (Qeyd: ibtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə Müsabiqəyə müraciət edə bilərlər). Müsabiqəyə təqdim olunan layihə təkliflərinin ekspertizası və qiymətləndirilməsi: 1. Texniki ekspertiza (Hə/Yox prinsipi ilə qiymətləndirilir): layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu. iştirakçıların yalnız bir layihə təqdim etməsi. layihənin icra müddətinin 3-12 ay olması. “Fərdi” kateqoriya üzrə layihə büdcəsinin 10 000 AZN, Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması. layihə təkliflərinin təkrar verilməməsi. iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi. 2. Məzmun qiymətləndirilməsi (100 ballıq şkala ilə qiymətləndirilir): Uyğunluq – 5 bal. Orijinallıq – 5 bal. Problemin vacibliyi – 10 bal. Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal. Faydalılıq – 20 bal. Davamlılıq – 10 bal. Fəaliyyət planı – 10 bal. Monitorinq və qiymətləndirmə – 10 bal. Maliyyə səmərəliliyi – 20 bal. Qrant qazanan layihələrin müəyyənləşdirilməsi: Yalnız texniki ekspertizadan keçən layihələr məzmun qiymətləndirilməsi mərhələsinə buraxılır. Məzmun qiymətləndirilməsi zamanı keçid balı 50 bal təşkil edir. Keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yuksək bala malik layihələr qrant qazanır. Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49. E-mail: grants@edu.gov.az  
VII Qrant Müsabiqəsi
Müsabiqələr
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi   Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir. Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15.02.2023-31.03.2023-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: “Ümumi təhsil müəssisələri” kateqoriyası “Fərdi” kateqoriya Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı nominasiyalardan birini əhatə etməlidir: Texnoloji inkişafın son nailiyyətlərinin və rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi Əhatə olunan mövzular: Onlayn öyrənmə platformaları, tətbiqlər (applications) və artırılmış reallıq texnologiyaları vasitəsilə öyrənmənin təşkili; STEAM, kodlaşdırma, 3 ölçülü çap, animasiya proqramları, robototexnika və digər bu kimi istiqamətlər üzrə məşğələlərin təşkili. Təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması və bu cür müsabiqələrin təşkili Əhatə olunan mövzular: Milli və beynəlxalq səviyyədə keçirilən olimpiada, yarış, festival və s. müsabiqələrə təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi; Müxtəlif məzmunlu yeni müsabiqələrin təşkili. Təhsilalanların yaradıcılıq, həyati, sosial bacarıq və dəyərlərinin inkişaf etdirilməsi Əhatə olunan mövzular: Təhsilalanların incəsənət yönlü bacarıqlarının (məsələn: aktyorluq, rəssamlıq) inkişaf etdirilməsi; Təhsilalanların fiziki hərəkətliliyini təmin edən fəaliyyətlərə (məsələn: idman, mütəhərrik oyunlar) cəlb edilməsi; Təhsilalanların sağlam həyat tərzini (məsələn: sağlam qidalanma, zərərli vərdişlərdən qorunma, reproduktiv sağlamlıq) təşviq edən fəaliyyətlərə  cəlb edilməsi; Təhsilalanların nitq və ünsiyyət yönlü bacarıqlarının (məsələn: ictimai nitq, debat) inkişaf etdirilməsi; Təhsilalanların müxtəlif kontekstlərdə (məsələn: yol hərəkəti və fövqəladə hallar zamanı, virtual mühitdə olarkən) təhlükəsiz davranış qaydaları ilə bağlı bacarıqlarının artırılması; Təhsilalanların milli və ümumbəşəri dəyərlərinin (məsələn: tolerantlıq, vətənpərvərlik) inkişafı; Təhsilalanların fərdi bacarıqlarının (məsələn: özünütanıma, liderlik, empatiya, stresin idarə olunması) inkişafı; Təhsilalanların informasiya savadlılığının (məsələn: media savadlılığı, internet savadlılığı) artırılması; Təhsilalanların iqtisadi savadlılığının (məsələn: maliyyə savadlılığı, düzgün peşə seçimi, sahibkarlıq,  vergi, sığorta və bank sistemi) artırılması. Təhsilalanların məktəb mühitində psixo-sosial  sağlamlığının və təhlükəsizliyinin təmin olunması Əhatə olunan mövzular: Təhsilalanların fiziki-psixoloji zorakılıqdan və qısnamadan qorunması; Məktəbin psixo-sosial durumunun yaxşılaşdırılması; İcmanın məktəb həyatında iştirakının genişləndirilməsi. Təlim nəticələri zəif olan və xüsusi qayğıya ehtiyacı olan təhsilalanların təhsil keyfiyyətinin yüksəldilməsi Əhatə olunan mövzular: Əvvəlki tədris illərində təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi; Sosial-iqtisadi səbəblərdən davamiyyəti zəif olan və ya təhsildən kənarda qalma riski olan təhsilalanlarla işin təşkili; Xüsusi qayğıya ehtiyacı olan təhsilalanlarla işin təşkili. Müsabiqə iştirakçılarına verilən tələblər: “Fərdi” kateqoriya üzrə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər; “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə yalnız dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər (Qeyd: ibtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə Müsabiqəyə müraciət edə bilərlər). İştirak tələblərini ödəyən müsabiqə iştirakçılarının layihələri aşağıdakı texniki tələblərə uyğunluq əsasında yoxlanılır: layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu; iştirakçıların yalnız bir layihə təqdim etməsi; layihənin icra müddətinin 3-12 ay olması; “Fərdi” kateqoriya üzrə layihə büdcəsinin 10 000 AZN, Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması; layihə təkliflərinin təkrar verilməməsi; iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi. Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir: Uyğunluq – 5 bal; Orijinallıq – 5 bal; Problemin vacibliyi – 10 bal; Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal; Faydalılıq – 20 bal; Davamlılıq – 10 bal; Fəaliyyət planı – 10 bal; Monitorinq və qiymətləndirmə – 10 bal; Maliyyə səmərəliliyi – 20 bal. Qrant qazanan layihələrin müəyyənləşdirilməsi: Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə buraxılmış layihələr içərisindən müəyyənləşdirilir; Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir; Keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır. Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49 E-mail: grants@edu.gov.az
VIII qrant müsabiqəsi
Müsabiqələr
Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir. Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 27 fevral 2024-cü il tarixindən başlayaraq 01 aprel 2024-cü il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcəkdir. Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: “Ümumi təhsil müəssisələri” kateqoriyası; “Fərdi layihələr” kateqoriyası. Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet sahələrdən birini əhatə etməlidir: Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmənin təşkili Dünyada geniş vüsət almış texnoloji inkişaf təhsilə də öz təsirini göstərir və getdikcə təhsildə rəqəmsal öyrənmə (onlayn, distant, virtual reallığın və süni intellektin tətbiqi ilə öyrənmə) genişlənir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr onlayn platforma və tətbiqlərdə olan məzmun və alətlərdən bəhrələnməklə öyrənməni daha səmərəli etməyə və istənilən zaman, istənilən məkanda fərdi öyrənmə üçün şərait yaratmağa istiqamətlənməlidir. Təqdim olunmuş layihə cəlb olunmuş sinif üçün platforma üzərindən öyrənmənin təşkili və müvafiq fənn üzrə dərslərə inteqrasiyası, ev tapşırıqlarının platforma üzərindən yerinə yetirilməsi, platformadan istifadənin şagirdlərin təlim nəticələrinə təsirinin qiymətləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Seçilmiş onlayn platforma və tətbiq ödənişli olduğu təqdirdə onun abunə haqqının, şagirdlərin planşetlərlə təmin olunmasının (icarəyə götürülməsinin), məktəbin internet bağlantısı olmadığı halda internet xidmətlərinin, platformadan istifadənin dərsə inteqrasiyasının və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Fiziki fəallığın və ünsiyyətin artırılması Sürətli rəqəmsallaşma və elektronlaşmanın müsbət təsirləri ilə yanaşı fiziki hərəkətliliyin və ünsiyyətin azalması kimi yan təsirləri də mövcuddur. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsi ilə təhsilalanların fiziki hərəkət və ünsiyyət fəallığının təmin olunmasına yönəlməlidir. Təqdim olunmuş layihə məktəbdə və ya icmada təhsilalanların layihəyə cəlb edilmə mexanizmləri, təhlükəsizlik tədbirləri və digər aidiyyəti məsələlər göstərilməklə fiziki hərəkət və ünsiyyət fəallığının artırılması üçün fəaliyyətləri, o cümlədən fiziki və intellektual qrup oyunlarını əhatə edə bilər. Fiziki hərəkət və ünsiyyət fəallığının artırılması üçün müvafiq ləvazimatların təmin olunmasının (icarəyə götürülməsinin), fəaliyyətlərin təşkil edilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Müxtəlif məzmunlu müsabiqələrə hazırlıq Müsabiqələr təhsilalanlar üçün bir çox təcrübə və imkanlar baxımından faydalı olmaqla yanaşı onların öyrənmə, öz potensialını müəyyən etmə bacarıqlarının inkişafına, rəqabətədavamlı olmalarına, özlərinə inamın formalaşmasına, bilik və bacarıqlarını başqaları ilə müqayisə edə bilmələrinə yardımçı olur. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təhsilanların milli (məsələn, fənn olimpiadaları, STEAM Azərbaycan Festivalı, “Sabahın alimləri” Respublika Müsabiqəsi və s.) və beynəlxalq (məsələn, “Kenquru” beynəlxalq riyaziyyat müsabiqəsi və s.) müsabiqələrdə iştirak etməsinə və onların həmin müsabiqələrə hazırlaşdırılmasına yönəlməlidir. Təqdim olunmuş layihə müsabiqəyə hazırlaşdırılacaq təhsilalanların seçimi, peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlimlərin keçirilməsi, təhsilalanların müsabiqədə iştirakının təmin olunması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Müsabiqədə iştirak ödənişli olduğu təqdirdə orada iştirak haqqının, zəruri tədris vəsaitlərinin əldə edilməsinin, müsabiqəyə hazırlığı təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Fiziki-psixoloji zorakılığın və qısnamanın profilaktikası Məktəbin vəzifələrindən biri də təhsilalanların təhlükəsiz və dəstəklənən mühitdə təhsil almalarının təmin edilməsidir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr məktəb icmasının zorakılıq və qısnama halları ilə üzləşməməsi istiqamətində kompleks dəstəkləyici tədbirlərin həyata keçirilməsinə yönəlməlidir. Təqdim olunmuş layihə hədəf auditoriya üçün qeyd edilən problemin həlli istiqamətində təklifin verilməsi, təhsil icmasının əməkdaşlığa cəlb edilmə mexanizminin göstərilməsi, müvafiq istiqamətlər üzrə peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlim, maarifləndirmə və digər təsir/dəstəkləyici tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik mühitinin gücləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Birləşdirici tədbirlərin keçirilməsinin, psixoloji dəstək xidmətlərinin alınmasının, müvafiq bacarığı formalaşdıracaq peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Yaşıl dünyanın təşviqi Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də cari ildə COP-29-un ölkəmizdə keçirilməsi ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin daha miqyaslı aparılmasının önəmini artırır. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr məktəb icmasının ətraf mühitə və iqlim dəyişikliyinə qarşı mübarizədə məsuliyyət hissinin artırılmasına və aparılan işlərə öz töhfəsinin verilməsinə hədəflənməlidir. Təqdim olunmuş layihə təhsil icmasının əməkdaşlığa cəlb edilmə mexanizmi göstərilməklə seçilmiş istiqamət üzrə (məsələn, iqlim dəyişikliyi və onun təsirləri) maarifləndirmə, interaktiv (məsələn, simulyasiya oyunları, rəsm sərgiləri, “EKO” günlər və s.) və praktiki fəaliyyətlərin (məsələn, məktəbin ərazisində ağacəkmə kampaniyasının keçirilməsi, tullantıların ayrılması və təkrar emal üçün göndərilməsi, panel müzakirələr və s.) təşkili, yaşıl dünyanın təşviqi istiqamətində məktəb icmasının yol xəritəsinin tərtibi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Zəruri ləvazimatların alınmasının, peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin, tədbirlərin təşkilinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Təlim nəticələri zəif olan təhsilalanlarla iş Təlim nəticələri zəif olan təhsilalanlar bir çox hallarda özünəinam və motivasiya problemi, təlim nəticələrindəki boşluqların vaxtında aradan qaldırılmaması səbəbindən geriləmənin tədricən artması və malik olduqları bilik və bacarıqların iş dünyasının tələblərinə uyğun olmaması səbəbindən əmək bazarına həmişə layiqli və rəqabətədavamlı insan kimi formalaşa bilmirlər. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsinə, sosial-iqtisadi amillər səbəbindən davamiyyəti zəif olan və ya təhsildən kənarda qalma riski olan və xüsusi qayğıya ehtiyacı olan təhsilalanlarla işin təşkilinə yönəlməlidir. Təqdim olunmuş layihə təhsilalanların təlim nəticələrindəki zəifliyinin səbəbi və həll yollarının göstərilməsi, təhsilalanların maraq və bacarıqlarının, güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, fərdi inkişaf planının tərtib edilməsi və reallaşdırılması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Təhsilalanın təlim nəticələrinin zəif olmasına səbəb olan sosial-iqtisadi problemlərin (məsələn, nəqliyyat, geyim, qidalanma və s. təmin olunmasındakı problemlər) aradan qaldırılmasının, təhsilalanların fərdi inkişaf planının formalaşdırılmasının və reallaşdırılmasının, eləcə də layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Həyati bacarıqların inkişaf etdirilməsi Təhsilalanların həm məktəb illərindən başlayaraq, həm də müstəqil həyata qədəm qoyduqdan sonra daha uğurlu ola bilmələrində həyati bacarıqların, o cümlədən yumşaq bacarıqların (məsələn, natiqlik və s.), rəqəmsal bacarıqların (məsələn, proqramlaşdırma, animasiya proqramlarında işləmək bacarıqları və s.) və incəsənətyönlü bacarıqların (məsələn, rəqqaslıq, rəssamlıq, aktyorluq bacarıqları və s.), eləcə də yetərli savadlılığın (məsələn, xarici dildə dinləyib-anlama və danışma, iqtisadi, maliyyə, vergi, bankçılıq, kibertəhlükəsizlik və media savadlılığının) böyük əhəmiyyəti vardır. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təhsilalanlarda yuxarıda sadalanan və sadalanmayan bacarıq və savadlılığın formalaşdırılmasına və inkişafına hədəflənməlidir. Zəruri tədris ləvazimatlarının əldə edilməsinin, müvafiq bacarıqların inkişafını təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Təhsilverənlərin fərdi inkişafı Hər bir ölkənin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin təcrübəsi, pedaqoji bacarıqları və digər peşəkar keyfiyyətlərindən asılıdır. Bu baxımdan ölkəmizdə təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Qeyd edilən istiqamətdə xeyli işlər görülsə də, təhsilverənlərin özləri yeni təhsil çağırışlarına uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək imkanlarına sahib olmalıdırlar. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr yerli peşəkar inkişaf proqramlarına əlavə olaraq təhsilverənlərin özlərinin tələbatına uyğun müəyyənləşdirdiyi mötəbər xarici təsisatların təklif etdiyi sertifikatlaşdırılmış proqramlarda (beynəlxalq reytinqli imtahan üçün hazırlığı təmin edən təlim proqramlarında), tədqiqat proqramlarında, mentorluq proqramlarında və digər peşəkar inkişaf proqramlarında iştirakına (əyani yaxud onlayn) hədəflənməlidir. Təqdim olunmuş layihə təhsilverənlərin tədqiqat, mentorluq və digər sertifikatlaşdırılmış peşəkar inkişaf proqramlarında iştirakının təmin olunması, seçilmiş proqram ilə əlaqələrin qurulması və iştirak razılığının alınması (və ya artıq qurulmuş və razılıq alınmış olması), səfərlərinin təşkili, əldə edilən bilik və bacarıqların məktəb icmasına hansı formada tətbiq ediləcəyi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Sertifikatlaşdırılmış peşəkar inkişaf, mentorluq və tədqiqat proqramlarında iştirak haqqının, səfər xərclərinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür. Sərbəst seçim Hazırkı qrant müsabiqəsində 8 əsas prioritet sahə müəyyənləşdirilmişdir. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr yuxarıda qeyd olunmuş 8 əsas prioritet sahələrdə əhatə olunmayan, lakin məktəb icmasının ehtiyaclarına uyğun olaraq yerli inkişaf və innovasiyaya səbəb olacaq fəaliyyətlərə yönəlməlidir. Müsabiqə iştirakçılarına verilən tələblər: “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. (Qeyd: Qrant almış ümumi təhsil müəssisəsi qrant vəsaiti hesabına mal, iş və xidmətlərin alışını 01 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirəcək); “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilər. İştirak tələblərini ödəyən müsabiqə iştirakçılarının layihələri aşağıdakı texniki tələblərə uyğunluq əsasında yoxlanılır: layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu; iştirakçıların yalnız bir layihə təqdim etməsi; layihənin icra müddətinin 3-12 ay olması; “Fərdi layihələr” kateqoriyası üzrə layihə büdcəsinin 10 000 AZN, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması; iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi. Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir: Uyğunluq – 5 bal Layihənin müsabiqənin prioritet sahələrinə uyğunluğu və layihə komponentlərinin daxili vəhdəti Orijinallıq – 5 bal Analoji layihənin əvvəlki və cari müsabiqələrə təqdim edilməməsi Problemin vacibliyi – 10 bal Problemin müsabiqənin prioritet sahələri ilə bağlılığı və benefisiarlar üçün aktuallığı Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal Məqsəd, vəzifə və gözlənilən nəticələrin müsabiqənin prioritet sahələrinə və bir-birinə uyğunluğu, konkretliyi, düzgünlüyü və problemin həllinə yönəlməsi Faydalılıq – 20 bal Layihənin icrasının müsabiqənin prioritet sahələri üzrə benefisiarlara töhfəsi Davamlılıq – 10 bal Qazanılan müsbət təcrübənin davam etmə metodologiyası, onun təşkilati və maliyyə komponentlərinin dayanıqlılığı Fəaliyyət planı – 10 bal Görüləcək işlərin müsabiqənin prioritet sahələri üzrə problemin həllinə, layihənin məqsəd və vəzifələrinə yönəlməsi, zamanlama, ardıcıllıq, icra mexanizmi, tərəfdaşlıq və kadr potensialının yetərliliyi Monitorinq və qiymətləndirmə – 10 bal Monitorinq, qiymətləndirmə və hesabatlılıq metodologiyasının, onun əsas nəticə və icra indikatorlarının həyata keçirilməsinin qənaətbəxşliyi Maliyyə səmərəliliyi – 20 bal Layihənin xərclər smetasının texniki qüsursuzluğu, layihə çərçivəsində görüləcək işlərə və bazar qiymətlərinə uyğunluğu, layihə idarəetməsi xərclərinin (layihənin məzmununa birbaşa bağlı olmayan xərclər, məsələn, layihə menecmentliyi, mühasibatlıq, kommunikasiya, bank və rabitə xərcləri və s.) layihənin  ümumi büdcəsindəki payının mütənasibliyi (40%-dən çox olmaması tövsiyə olunandır). Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir. Qrant qazanan layihələrin müəyyənləşdirilməsi: Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə buraxılmış layihələr içərisindən müəyyənləşdirilir; Məzmun qiymətləndirilməsində keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır. Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49 E-mail: grants@edu.gov.az
IX qrant müsabiqəsi
Müsabiqələr
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” sənədi əsasında “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqənin əsas məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir. Müsabiqənin büdcəsi 1 900 000 (bir milyon doqquz yüz min) AZN təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 04.03.2025-ci il tarixindən başlayaraq 10.04.2025-ci il tarixi də daxil olmaqla www.grants.edu.az saytı üzərindən həyata keçiriləcəkdir. Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: “Fərdi layihələr” kateqoriyası “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilər. “Ümumi təhsil müəssisələri” kateqoriyası “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət qeydiyyatı haqqında şəhadətnaməyə, təsdiq edilmiş nizamnaməyə, VÖEN-ə və ona bağlı bank hesabına malik olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. (Qeyd: Qrant almış dövlət tam orta ümumi təhsil müəssisəsi qrant vəsaiti hesabına mal, iş və xidmətlərin alışını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirəcək). Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir: Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmə Dünyada geniş vüsət almış texnoloji inkişaf təhsilə də öz təsirini göstərir və getdikcə təhsildə rəqəmsal öyrənmə (onlayn, distant, virtual reallığın və süni intellektin tətbiqi ilə öyrənmə) genişlənir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr onlayn platforma və tətbiqlərdə olan məzmun və alətlərdən bəhrələnməklə öyrənməni daha səmərəli etməyə və istənilən zaman, istənilən məkanda fərdi öyrənmə üçün şərait yaratmağa istiqamətlənməlidir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr cəlb olunmuş sinif üçün platforma üzərindən öyrənmənin təşkili və müvafiq fənn üzrə dərslərə inteqrasiyası, ev tapşırıqlarının platforma üzərindən yerinə yetirilməsi, platformadan istifadənin şagirdlərin təlim nəticələrinə təsirinin qiymətləndirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Seçilmiş onlayn platforma və tətbiq ödənişli olduğu təqdirdə onun abunə haqqı, şagirdlərin planşetlərlə təmin olunması (icarəyə götürülməsi), məktəbin internet bağlantısı olmadığı halda internet xidmətləri, platformadan istifadənin dərsə inteqrasiyası və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.   Təhsilalanların fiziki inkişafı Fiziki inkişaf fəaliyyətləri sağlamlığı gücləndirməklə, eləcə də diqqət dağınıqlığını və stresi azaltmaqla təhsilalanların akademik nailiyyətlərinin yüksəlməsinə xidmət edir. Ümumi təhsil müəssisələrində təhsilalanlara fiziki tərbiyə fənni tədris olunsa da, həmin fəndə təhsilalanların müxtəlif maraq və ehtiyaclarına uyğun gələn fiziki fəaliyyətlər, xüsusilə də Azərbaycan məktəbləri üçün ənənəvi olmayan fiziki fəaliyyətlər tam əhatə oluna bilmir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhlükəsizlik tədbirləri görülməklə təhsilalanların qeyri-ənənəvi fiziki fəaliyyət növlərinə (məsələn, idman kvestlərinə, kapoeyra və parkur kimi idman növlərinə, yoqa və nəfəs məşqlərinə, skautinq fəaliyyətinə, piyada turizminə, ritmli milli və xarici rəqslərin öyrənilməsinə və s.) cəlb edilməsi, məktəb idman komandalarının yaradılması/inkişaf etdirilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Fiziki fəallığın artırılması üçün müvafiq ləvazimatların təmin olunması (icarəyə götürülməsi), layihənin həyata keçirilməsi ilə bağlı mütəxəssis xidmətləri, yaradılmış idman komandası və digər bu qəbildən olan uşaq birliklərinin fəaliyyətinin təmin edilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.   Müxtəlif məzmunlu intellektual müsabiqələrə hazırlıq Müsabiqələr təhsilalanlar üçün bir çox təcrübə və imkanlar baxımından faydalı olmaqla yanaşı onların öyrənmə, öz potensialını müəyyən etmə bacarıqlarının inkişafına, rəqabətədavamlı olmalarına, özlərinə inamın formalaşmasına, bilik və bacarıqlarını başqaları ilə müqayisə edə bilmələrinə yardımçı olur. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhsilanların milli (məsələn, fənn olimpiadaları, “STEAM Azərbaycan Festivalı”, “Sabahın alimləri” Respublika Müsabiqəsi və s.) və beynəlxalq (məsələn, “Kenquru” beynəlxalq riyaziyyat müsabiqəsi, Beynəlxalq Kopernik olimpiadası və s.) müsabiqələrdə iştirak etməsinə, onların müxtəlif intellektual müsabiqələrə hazırlaşdırılmasına və məktəblərdə peşəkar olimpiada hazırlıq mərkəzlərinin yaradılmasına yönəlməlidir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr müsabiqəyə hazırlaşdırılacaq təhsilalanların seçimi, peşəkar mütəxəssis tərəfindən etibarlı məzmun əsasında təlimlərin keçirilməsi, təhsilalanların müsabiqədə iştirakının təmin olunması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Müsabiqədə iştirak ödənişli olduğu təqdirdə orada iştirak haqqı, zəruri tədris vəsaitlərinin əldə edilməsi, müsabiqəyə hazırlığı təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.   Həyati bacarıqların inkişaf etdirilməsi Təhsilalanların həm məktəb illərindən başlayaraq, həm də müstəqil həyata qədəm qoyduqdan sonra daha uğurlu ola bilmələrində həyati bacarıqların, o cümlədən yumşaq bacarıqların (məsələn, natiqlik və s.), rəqəmsal bacarıqların (məsələn, proqramlaşdırma, animasiya proqramlarında işləmək bacarıqları və s.), incəsənətyönlü bacarıqların (məsələn, rəssamlıq, aktyorluq və s.), oxu bacarıqlarının, eləcə də müxtəlif istiqamətlər üzrə yetərli savadlılığın (məsələn, xarici dildə dinləyib-anlama və danışma, iqtisadi, maliyyə, vergi, bankçılıq, kibertəhlükəsizlik və media savadlılığının) böyük əhəmiyyəti vardır. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhsilalanların asudə vaxtlarının səmərəli təşkili, onlarda müxtəlif istiqamətlər üzrə bacarıq/savadlılığın formalaşdırılması və inkişafı, məktəb teatr klublarının, xor ansambllarının yaradılması və digər aidiyyəti məsələləri əhatə edə bilər. Zəruri tədris ləvazimatlarının əldə edilməsi, müvafiq bacarıqların inkişafını təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsi, yaradılmış klub, ansambl və digər bu qəbildən olan uşaq birliklərinin fəaliyyətinin təmin edilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.   Təhsilverənlərin peşəkar inkişafı Hər bir ölkənin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin təcrübəsi, pedaqoji bacarıqları və digər peşəkar keyfiyyətlərindən asılıdır. Bu baxımdan ölkəmizdə təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Qeyd edilən istiqamətdə xeyli işlər görülsə də, təhsilverənlər yeni təhsil çağırışlarına uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək imkanlarına sahib olmalıdırlar. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr yerli peşəkar inkişaf proqramlarına əlavə olaraq təhsilverənlərin mötəbər xarici təsisatların təklif etdiyi sertifikatlaşdırma proqramlarında (beynəlxalq reytinqli imtahan üçün hazırlığı təmin edən təlim proqramlarında), tədqiqat və ya mentorluq proqramlarında, digər peşəkar inkişaf proqramlarında iştirakına (əyani yaxud onlayn) hədəflənməlidir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr təhsilverənlərin tədqiqat, mentorluq və digər peşəkar inkişaf proqramlarında iştirakının təmin olunması, seçilmiş proqramın təşkilatçıları ilə əlaqələrin qurulması və iştirak razılığının alınması (və ya artıq qurulmuş və razılıq alınmış olması), səfərlərin təşkili, əldə edilən bilik və bacarıqların məktəbdə tətbiqi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Peşəkar inkişaf, mentorluq və tədqiqat proqramlarında iştirak haqqı, səfər xərcləri və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər.   Məktəb göstəricilərinin yüksəldilməsi Hər bir məktəb öz şagirdlərinin uğuruna töhfə vermək üçün digər məktəblərlə bərabər imkanlarla təchiz edilsə də, müxtəlif sosial-iqtisadi və akademik amillər nəticəsində bəzi məktəblər daha zəif göstəricilərə malik ola bilir. Bu cür məktəblərin dəstəklənməsi və inkişaf etdirilməsi, onların ehtiyaclarının düzgün müəyyən edilməsi,  təhsilverənlərə metodiki və resurs dəstəyinin göstərilməsi, valideynlərin və icmanın məktəblə əməkdaşlığının gücləndirilməsi ümumi təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün çox vacibdir. Bu prioritet istiqamət üzrə təqdim ediləcək layihələr məktəb göstəricilərinin yüksəldilməsinin təmin edilməsi, beynəlxalq təcrübəyə əsaslanan model məktəblərin yaradılması, uğurlu təhsil strategiyalarının zəif məktəblərə inteqrasiyası, təhsilalanların akademik göstəricilərinin yaxşılaşdırılması, məktəbin beynəlxalq qiymətləndirmələrə hazırlığının təmin edilməsi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Zəruri ləvazimatların əldə edilməsi, peşəkar mütəxəssislər tərəfindən məktəblərə dəstək tədbirlərinin verilməsi, təlimlərin keçirilməsi və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər layihə çərçivəsində maliyyələşdirilə bilər. Müsabiqəyə iştirakçılarının layihələrinin aşağıdakı texniki tələblərə uyğunluğu yoxlanılır: layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu; iştirakçıların yalnız bir layihə təqdim etməsi; layihənin icra müddətinin 3-12 ay olması; “Fərdi layihələr” kateqoriyası üzrə layihə büdcəsinin 10 000 AZN, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması; iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi. Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir: Uyğunluq – 5 bal Layihənin müsabiqənin prioritet istiqamətlərinə uyğunluğu və layihə komponentlərinin daxili vəhdəti Orijinallıq – 5 bal Analoji layihənin əvvəlki və cari müsabiqələrə təqdim edilməməsi Problemin vacibliyi – 10 bal Problemin müsabiqənin prioritet istiqamətləri ilə bağlılığı, onun etibarlı mənbələrlə əsaslandırılması və benefisiarlar üçün aktuallığı Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal Məqsəd, vəzifə və gözlənilən nəticələrin müsabiqənin prioritet istiqamətlərinə və bir-birinə uyğunluğu, konkretliyi, düzgünlüyü və problemin həllinə yönəlməsi, gözlənilən nəticələrin ölçüləbilən olması Faydalılıq – 20 bal Layihənin icrasının müsabiqənin prioritet istiqamətləri üzrə benefisiarlara töhfəsi Davamlılıq – 10 bal Qazanılan müsbət təcrübənin davam etmə metodologiyası, onun təşkilati və maliyyə komponentlərinin dayanıqlılığı Fəaliyyət planı – 10 bal Görüləcək işlərin ətraflı təsviri və aydınlığı, onların müsabiqənin prioritet istiqamətləri üzrə problemin həllinə, layihənin məqsəd, vəzifə və gözlənilən nəticələrinə yönəlməsi, zamanlama, ardıcıllıq, icra mexanizmi, tərəfdaşlıq və kadr potensialının yetərliliyi Monitorinq və qiymətləndirmə – 10 bal Monitorinq, qiymətləndirmə və hesabatlılıq metodologiyasının, onun əsas nəticə və icra indikatorlarının həyata keçirilməsinin qənaətbəxşliyi Maliyyə səmərəliliyi – 20 bal Layihənin xərclər smetasının texniki qüsursuzluğu, layihə çərçivəsində görüləcək işlərə və bazar qiymətlərinə uyğunluğu, layihə idarəetməsi xərclərinin (layihənin məzmununa birbaşa bağlı olmayan xərclər, məsələn, layihə menecmentliyi, mühasibatlıq, kommunikasiya, bank və rabitə xərcləri və s.) layihənin  ümumi büdcəsindəki payının mütənasibliyi (vergi və rüsumlar daxil olmaqla 40%-dən çox olmaması tövsiyə olunandır). Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir. Qrant qazanan layihələrin müəyyənləşdirilməsi: Qrant qazanan layihələr texniki tələbləri ödəyərək məzmun qiymətləndirilməsinə buraxılmış layihələr içərisindən müəyyənləşdirilir; Məzmun qiymətləndirilməsində keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsinə sığan ən yüksək bala malik layihələr qrant qazanır. Qeyd: Müsabiqəyə təqdim olunmuş və ya qalib olmuş layihələrlə bağlı müraciətçinin özündən başqa digər əlaqəli şəxslərin rəy, təklif və iradları qəbul olunmur. Tövsiyə olunur ki, mübahisəli məsələlər layihə müsabiqəyə təqdim olunanadək həll olunsun. Sualların elektron poçt ünvanına göndərilməsi təqdir olunur. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları həyata keçiriləcəkdir. Bu barədə əlavə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi resurslarında paylaşılacaqdır. Texniki problemlərlə qarşılaşmamaq üçün layihənin təqdim edilməsini son günlərə saxlamamaq tövsiyə olunur. Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49 E-mail: grants@edu.gov.az
“Biz həyata hazırlaşırıq!” layihəsi üzrə yekun dərs keçirildi.
Xəbərlər
              “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində “Biz həyata hazırlaşırıq!” layihəsi üzrə 9-cu sinif şagirdlərinin oxu, riyazi və təbiət elmləri üzrə funksional savadlılığının formalaşması üçün keçirilən təlimlər üzrə yekun dərs-layihə oldu. Şagirdlər onlara tapşırılan mövzulara aid hazırladıqları təqdimatları təqdim etdilər.            Layihənin icrası müddətində fərqlənən şagirdlər, layihədə iştirak edən müxtəlif fənn müəllimləri “Fəxri fərman”la təltif olundular. Şagirdlərin yazdıqları inşalar müzakirə olundu və fərqlənənlər mükafata layiq görüldülər. Yekun dərs-layihədən sonra “Dəyirmi masa” ətrafında yekun dərsdə istifadə olunan açıq sualların qiymətləndirilməsi barədə söhbət aparıldı.
Qax rayonunda 16 şagirdə riyaziyyat olimpiadası üzrə təlimlər keçirilir!
Xəbərlər
          Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Ramazanov Səbuhi Əli oğlu "İstedadınla sən də vətən üçün nəsə et" adlı layihə çərçivəsində Qax rayonu 4 nömrəli tam orta məktəbdə təhsil alan 16 nəfər şagirdə riyaziyyat olimpiadası üzrə təlimlər təşkil etmişdir. İlkin olaraq, 156 nəfər şagirdin iştirakı ilə diaqnostik imtahan keçirilmiş və 100 ballıq göstərici üzrə 56 və daha yüksək bal toplamış 6 və 7-ci sinif şagirdləri qalib hesab olunaraq olimpiada komandasına seçilmişlər.            Seçilmiş 16 nəfər şagird təlimlərə cəlb olunmuşlar. Təlimlərdə şagirdlərə zəka növləri və insan zəkasının müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin yolları haqqında məlumat verilmişdir. Bununla yanaşı, şagirdlərin iştirakı ilə 4 zəka növünə (sürətli düşünmə, strategiya, söz oyunu, yaddaş) aid praktik oyunlar keçirilmişdir. Eyni zamanda, təlimlərdə şagirdlərə riyaziyyat olimpiadasında istifadə olunan suallar izah edilmişdir. Sonda şagirdlər 4 komandaya bölünərək və fərdi olaraq yarışlarda iştirak etdilər. Yarışların sonunda qalib komandanın üzvləri və fərdi oyunlarda qalib gələn şagirdlər mükafatlandırılmışlar.
"Voltran"ın 2 şagirdi qızıl medal, 2-i isə gümüş medal qazandı!
Xəbərlər
          Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsində qalib olmuş "Voltran" Robototexnika üzrə Yay Məktəbi layihəsi çərçivəsində, Həbib Əlizadənin rəhbərliyi ilə robototexnika təlimlərini uğurla başa vurmuş Astara rayon Qapıçıməhəllə kənd tam orta məktəbinin 4 şagirdi Azərbaycan Britaniya kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə iştirak etdi.           Şagirdlərdən Elnur Məmmədov və Salih Atakişizadə qızıl, Saleh Məmmədov və Sadiq Məmmədov isə gümüş medal qazandılar. Eyni zamanda, Elnur Məmmədov "Panqolin" robotu ideyasına görə "ideya çempionu" adını aldı. Beləliklə, qrant müsabiqəsində iştirak etmiş kənd məktəbliləri ilk dəfə bu istiqamətdə Astaraya medallar gətirdi. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
"Təhsildə Texnologiyaların Tətbiqi " layihəsinin tətbiqi dərsləri davam edir.
Xəbərlər
                Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi Cəbrayıl rayon Tatar kənd tam orta məktəb tərəfindən icra olunan "Təhsildə texnologiyaların tətbiqi" adlı layihə çərçivəsində tətbiqi dərslər keçirilməyə davam edir. Layihənin əsas məqsədi müəllimlərin texnologiyalardan tədris vasitəsi kimi istifadə bacarıqlarını artırmaqdır. Bununla yanaşı, layihənin həyata keçirilməsi nəticəsində müəllimlərin texnoloji və metodoloji bacarıqlarının artırılmasından şagirdlər də faydalanacaqdır.             İlkin olaraq, Saatlı rayon Ş. Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbi və Əlisoltanlı kənd tam orta məktəblərində 40 müəllimə kompüter bilik və bacarıqlarının artırılması, internet araşdırma sistemi, MS Word, Pover Point, Photoshop, digər texnologiyaların istismarı – skaner, printer, fotokamera, projektordan istifadə bacarıqlarının artırılması mövzularında təlimlər keçirilmişdir. Eyni zamanda, müəllimlərin şagirdyönümlü innovativ tədris və tərbiyə nəzəriyyələrinə və bu nəzəriyyələrin tətbiqi təcrübəsinə yiyələnmələri məqsədilə "Konstruktivizm pedaqoji nəzəriyyə", "Şagirdyönümlü dərs üsulları" və "Kompüter vasitəsilə əməkdaşlıq və öyrənmə" sahəsində bilik və bacarıqları artırılmışdır. Hal-hazırda, təlimləri uğurla başa vurmuş müəllimlər təlimlərdə öyrəndikləri bilik və bacarıqları öz dərslərində tətbiq edirlər.
26 məktəb direktoru "Data əsaslı qərarvermə" təlimlərinə cəlb olundu.
Xəbərlər
            Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi Bakı şəhər 177 nömrəli məktəb tərəfindən icra olunan "Məktəb idarəediciləri üçün data əsaslı qərarvermə" layihəsi çərçivəsində 26 ümumi təhsil müəssisəsinin rəhbərləri üçün ADA universitetində təlimlər təşkil olundu. 2019-cu ilin avqust ayında 12 inzibati rayon üzrə 35 direktor müsahibəyə dəvət olundu və 26 direktor seçilərək təlimlərə cəlb olundu.                     Təlimlərdə direktorların tədqiqat aparma, real datanın təhlili və data əsaslı qərarvermə bacarıqları artırıldı. Sentyabr ayında başlayan təlimlər ADA universitetinin data analitika mütəxəssisi Dr. Vener Qarayev tərəfindən keçirildi.
Bölgə müəllimindən istedadlı şagirdləri üzə çıxaracaq maraqlı layihə!
Xəbərlər
           Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş Vasif Zeynalov “Gələcəyin fizikləri” adlı layihə çərçivəsində Şirvan şəhərində təhsil alan 9–cu sinif şagirdləri üçün fizika fənni üzrə olimpiada dərsləri təşkil edilib. Layihəyə başlamazdan əvvəl 200 şagird arasında 30 sualdan ibarət imtahan keçirildi və ən yaxşı nəticə göstərən 25 şagird seçildi. Seçilmiş şagirdlərə fizika fənnini daha dərindən mənimsətmək və onların Respublika Fənn Olimpiadalarında iştirakını təmin etmək məqsədilə həftədə 3 gün olmaqla dərslər təşkil olundu .            Şagirdlərin bilik və bacarıqlarını mütəmadi izləmək üçün hər ay bir dəfə olmaqla ( ümumi 4 dəfə) sınaq imtahanı təşkil olunur və nəticələr müzakirə edilir. Layihənin müddəti 4 aydır. İştirak edən şagirdlərə sadəcə nəzəri deyil, həm də praktiki biliklər verilir. Bu məqsədlə, layihə müddətində şagirdlər üçün Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olundu. Yaxın günlərdə şagirdlər Hədəf STEM liseyinin fizika laboratoriyasına ekskursiyada iştirak edəcəklər. Layihənin ən üstün cəhətlərindən biri də istedadlı şagirdlərin üzə çıxarılmasıdır”.
Şagirdlər düşərgədə!
Xəbərlər
          Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsidə ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş 132-134 nömrəli təhsil kompleksinin ‘’Potensialını kəşf et!’ layihəsi çərçivəsində möhtəşəm düşərgə baş tutub. Azərbaycanın dahi şəxsiyyətlərinin adlarını daşıyan Lütfi Zadə, Nəsimi, Nizami, Tusi və Landau komandalarının olduğu bu düşərgə Quba şəhərində baş tutub.               Düşərgənin ikinci günü səhər idmanı və yeməyindən sonra ‘’KomanDost’’ komanda işi oyunu, ‘’Yoldaşını tanı’’ təlimi, maarifləndirici və eyni zamanda həvəsləndirici ‘’Birja’’ oyunu, qarşıya bir sıra maneələrin qoyulduğu ’’Hədəf’’ oyunu, intellektual oyun və əyləncə dolu sosial gecə təqdimatları olub. Düşərgə zamanı komandalar tərəfindən gündəlik olaraq komanda işi kimi maarifləndirici, məlumatlandırıcı, maraq doğuran və günün icmalını özündə əks etdirən divar qazetləri hazırlanıb.
Peşəkar inkişaf-gənc müəllimlərə dəstək!
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qaliblərindən biri olan Bakı şəhəri 58 nömrəli tam orta məktəbin təqdim etdiyi “Peşəkar inkişaf – Gənc müəllimlərə dəstək” layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün təlimlər təşkil edildi. Təlimlərdə oxunun təşkili mərhələləri, mətnlərin məzmununa görə növləri haqqında ətraflı məlumat toplanıldı və eyni zamanda " Düşmən kökəsi" adlı mətn üzərində praktik olaraq iş aparıldı. Müəllimlər oxunun inkişaf etdirilməsi üsulları ilə bağlı müzakirələrə qoşularaq maraqlı fikirlər paylaşdılar. Növbəti təlimlərdə, müdavimlər şagirdlərə riyazi bacarıqların aşılanması,onların vərdişə çevrilməsi istiqamətində maraqlı məlumatlar toplayıb, praktik məşğələlərdə iştirak etdilər. Layihəyə yeni qoşulmuş qruplarla təlimçi Qoşqar Məhərrəmovun təqdimatında "Çempion kimi öyrət" adlı təlim də keçirildi.
Kiçik robototexniklər!
Xəbərlər
          Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Robototexnika mərkəzi" adlı layihə çərçivəsində layihə rəhbəri Gülnarə Səlimova tərəfindən şagirdlərin mühəndislik, robototexnika bacarıqlarının yüksəldilməsi, Lego Wedo 2 və Ev 3 mindstroms proqramlarının yaradılması üzrə təlimlər keçirilir.           İlkin olaraq, məktəbdə robototexnika mərkəzi yaradıldı və olimpiada tapşırıqlarının yerinə yetirilməsi üçün meydança hazırlandı. I-IV siniflər üçün Lego Wedo 2, V-VIII siniflər üçün isə Ev 3 mindstoms proqramları hazırlandı və təlimlərə start verildi. Şagirdlərin robototexnika sahəsində praktiki bacarıqlarını artırmaqla yanaşı, beynəlxalq olimpiadaya həvəsləndirmək məqsədilə olimpiadadan fraqmentlər də nümayiş etdirildi.
Balaca coğrafiyaçılar qələbəyə ürəkdən inanır!
Xəbərlər
          Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Yaşar Seyidəliyevin rəhbərliyi ilə 19 şagirdə Beynəlxalq Coğrafiya Olimpiadasına (İGeo) hazırlıq dərsləri keçirilir. Dərslər hər şənbə günü şagirdlərin istəyilə 3 saat Bakı şəhər 8 nömrəli məktəbdə keçirilir.          Şagirdlər dərsə hər zaman hazırlıqlı gəlir və yeni bilik və bacarıqlar əldə etmək üçün can atırlar. Layihə rəhbəri Yaşar seyidəliyev qeyd edir ki, bu layihə şagirdlərlə yanaşı bir çox coğrafiya alimləri və müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sınaq imtahanlarında yüksək nəticə göstərən şagirdlər Beynəlxalq Coğrafiya Olimpiadasından qələbə ilə qayıdacaqlarına ürəkdən inanır!
Yapon mühəndisliyi artıq məktəblərdə tətbiq olunur.
Xəbərlər
               Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar" üzrə III qrant müsabiqəsi çərçivəsində "Yapon mühəndisliyi STEM in ACTİON" akademiyası layihəsinin təlimləri keçirilir. Layihənin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin və yüksək texnologiyalar sahəsinə marağının artırılması, robototexnika üzrə prototiplərin hazırlanması və eyni zamanda, sınaqların keçirilməsinə imkan yaratmaqdır.            Layihə Sumqayıt şəhər 36 saylı tam orta məktəbin rəhbərliyi ilə həyata keçirilir. Təlimlərdə şagirdlərə, əsasən, aerokosmos mühəndisliyi, kimya mühəndisliyi, İnşaat mühəndisliy, elektrik mühəndisliyi, ekologiya mühəndisliyi və dəniz mühəndisliyi dərsləri keçirilir. Eyni zamanda, layihə çərçivəsində mühəndisliklə bağlı metodik vəsait hazırlanır. 
Məktəb icmalarının inklüziv təhsillə bağlı maariflənməsi.
Xəbərlər
           Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olmuş Salyan rayon Arbatan kənd E.Ağayev adına tam orta məktəb tərəfindən həyata keçirilən "Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi" adlı layihənin əsas məqsədi  İcma əsaslı Uşaq Təhsil Mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris prosesinə inteqrasiyasını asanlaşdırmaq və İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin yerləşdiyi məktəb icma nümayəndələrinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı düzgün münasibət qurmaq sahəsində  maariflənməsidir. Layihə çərçivəsində seçilmiş 10 icmadakı uşaqlarla psixoloji testlər keçirilmiş və 200 uşağış psixoloji vəziyyəti aydınlaşdırılmışdır. Həmin uşaqlarla fərdi konsultasiyalar təşkil olunmuş və şagirdlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılmışdır.           27 yanvar 2020-ci il tarixdə Salyan rayonunda "Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi" layihəsinin valideynlər və müəllimlər üçün nəzərdə tutulmuş təlimləri keçirilmişdir. Təlim iki hissədən ibarət idi: birinci hissədə test sorğunun nəticəsinə əsasən dəvət edilmiş valideynlər, ikinci hissədə isə ibtidai sinif müəllimlər iştirak edirdi. Layihə üzrə valideynlər üçün çap edilmiş kitabçalar valideyn və müəllimlərə təqdim edilmişdir. 
Yardımlıda istedadlı uşaqlarla iş üzrə təlimlər keçirilir
Xəbərlər
         Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan Yardımlı rayonu Çayüzü kənd tam orta məktəb tərəfindən "İstedadlı Şagirdlərlə işin təşkili üzrə təlim" adlı layihə keçirilir. Layihənin məqsədinə uyğun olaraq 125 nəfər olmaqla Yardımlı rayonunun ümumtəhsil müəssisələrində işləyən müxtəlif fənn müəllimləri və məktəb direktorları, yerli təhsil şöbəsinin metodist və inspektorları təlimə cəlb olunmuşlar.              Təlimlərdə məktəblərdə xüsusi qabiliyyətli uşaqlarla işin reallaşdırılması mexanizminin yaradılmasında nəzərə alınacaq əsas xüsusiyyətlər: istedadlı uşaqların aşkarlanması; uşaqların yaradıcılıq tələbatlarının təminatının təşkili; şagirdlərin öz qabiliyyətlərini reallaşdırması; diaqnostika; müəllimin rolu; təlimin texniki vasitələri; ailənin iştirakı; ümumi akademik müvəffəqiyyət; şagirdin xüsusi maraq və meyillərinin inkişaf edilməsi; müsabiqələr; olimpiadalar; akademik nailiyyətlər müəllimlərə aşılanır.
Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi vasitəsi hazırlanır
Xəbərlər
             Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar "üzrə III qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi vasitəsi" adlı layihənin məqsədi III-IV sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin oxuya dair açıq suallara düzgün cavab verilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarına  əsaslanan vəsaitlə təmin edilməsi məqsədilə beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsaslanan  qiymətləndirmə vəsaitinin hazırlanmasıdır.             Layihənin icrası müddətində beynəlxalq təcrübədə ibtidai siniflərdə oxuyub-anlama bacarıqlarının qiymətləndirmə vasitələrinin araşdırılır və araşdırma nəticəsində əldə olunmuş mətnlərin mövcud 3 və 4-cü sinif dərsliklərindəki mətnlərlə müqayisəsi aparılır.  Vəsaitdə bədii və elmi mətnlərə oxuyub-anlamanı qiymətləndirmək məqsədilə sual və tapşırıqlar yerləşdiriləcək.  Layihə 9 ay müddətində Nahidə Əhmədova tərəfindən icra olunur.
Elektron formativ qiymətləndirmə sistemi tətbiq olunacaq
Xəbərlər
         Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Bakı şəhər 145 nömrəli məktəb tərəfindən icra olunan "Formativ qiymətləndirmə sistemi" adlı layihənin məqsədi formativ (sinifdaxili) qiymətləndirmənin elektron formada təşkili üçün “Formativ Qiymətləndirmə Sistemi”nin hazırlanması və tətbiqidir. Bu istiqamətdə formativ qiymətləndirmənin elektron formada təşkili üçün müvafiq proqram təminatı hazırlanacaq və kurikulumun məzmun standartlarına uyğun qiymətləndirmə meyarları hazırlanıb yerləşdiriləcək.                   Layihənin genişmiqyaslı təbliği məqsədilə təqdimatlar və praktik seminarlar təşkil olunur. Layihə 15 fevral 2020-ci ildə yekunlaşacaq.
“Qəbul imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi” layihəsinin bağlanış mərasimi keçirildi
Xəbərlər
            Akademik  Zərifə Əliyeva adına liseyin “Qəbul imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi” adı altında III qrant layihəsinin bağlanış mərasimi keçirildi.            Layihə 16 sentyabr 2019-cu ildən 15 fevral 2020-ci il tarixinə qədər müddətdə icra olunmuşdur.        Layihənin məqsədi Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsil alanların buraxılış və ali təhsil müəsssisələrinə qəbul  imtahanlarının yeni modelinə uyğun sınaq qiymətləndirmələrin təşkili, cavab kartlarının elektron sistem vasitəsilə yoxlanması, şagirdlərin sistemə uyğun bacarıq və vərdişlərinin, müəllimlərin müxtəlif tapşırıq növlərinin hazırlanması və meyarlara uyğun yoxlanması təcrübəsinin artırılması və elektron platformanın yaradılması.          Əsas fəaliyyətlər və əldə olunan nəticələr: layihə çərçivəsində IX və XI siniflərin buraxılış imtahanları və qəbul imtahanları modelinə uyğun sınaqların keçirilməsi ilə bağlı elektron sistem yaradılmışdır. Beş ümumtəhsil (18 saylı tam orta məktəb, 82 saylı tam orta məktəb, 251 saylı tam orta məktəb, 189-190 saylı məktəb lisey kompleksi,191 saylı tam orta məktəb) məktəbinin IX və XI sinifləri layihəyə cəlb olunmuş, həmin məktəblərin Ana dili, riyaziyyat və ingilis dili fənnləri üzrə 30 fənn müəllim ilə yeni tip açıq suallar, ingilis dilindən dinləyib-anlama kimi tapşırıqların hazırlanması və meyarlara əsasən yoxlanması istiqamətində təcrübə mübadiləsi aparılmış 986 şagirdə 3 dəfə həm buraxılış, həm də qəbul imtahanına uyğun sınaq keçirilmış, elektron şəkildə şagirdlər cavabları ilə tanış olmuş və hər bir müəssisəyə statistik məlumatlar göndərilmişdir. Layihə həmin müəssisələrin keyfiyyət göstəricilərinin yaxşılaşdırlması istiqamətində təhlil və imtahanlara hazırlıq məqsədilə metodiq işin təşkili üçün mühüm rol oynaya bilər.
3 məktəbdə e-formativ qiymətləndirmə aparıldı
Xəbərlər
 Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinə məktəbin təqdim etdiyi “Formativ Qiymətləndirmə Sistemi" adlı layihə qalib elan olunub. Layihənin məqsədi formativ (sinifdaxili) qiymətləndirmənin elektron formada təşkili üçün “Formativ Qiymətləndirmə Sistemi”nin hazırlanması və tətbiqidir. Fevralın 18-də məktəbin akt zalında Formativ qiymətləndirmənin uğurla tətbiq olunmasına dəstək üçün pilot olaraq “Formativ qiymətləndirmə sistemi” layihəsi təqdim olunub. Məktəbin akt zalında keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Səkinə xanım, layihəyə qoşulan məktəblərin direktorları, məktəbin müəllimləri iştirak ediblər.             Azərbaycanın himni ilə açıq elan olunan tədbirdə məktəbin direktoru P.Abbasova giriş sözü ilə çıxış edərək layihənin məqsədi və əldə olunan nəticələr haqqında geniş məlumat verib. Sonra “Formativ qiymətləndirmə sistemi” layihəsinin tanıtım videosu nümayiş etdirilib. Musiqi fasilələrində məktəbin şagirdləri “Arazbarı” mahnısını və “Nəlbəki” rəqsini ifa ediblər. Tədbirdə övladı layihənin tətbiq olunduğu sinifdə təhsil alan valideyn məmnunluq hissi ilə yeni sistemin bütün valideynlər tərəfindən maraqla qarşılandığı haqda danışıb. Tədbir boyunca qonaq məktəblərdən gələn direktorlar da çıxış ediblər və sistemin müəllim və valideynlər üçün nə qədər faydalı olacağı ilə bağlı həmkaralrı ilə fikir mübadiləsi aparıblar. 
Bu uşaqlar əsl kimyagərdir!
Xəbərlər
Məharət müəllimin məharətləri!           Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Məharət Qarayev "Seçilmişlər qrupu" adlı layihə ilə səs salıb. Belə ki, məktəb rəhbərləri və kimya müəllimlərinin iştirakı ilə keçirilmiş seçim turlarında nailiyyət əldə edən 16 şagird kimya fənni üzrə praktik dərslərdə iştirak edir. Dərslər Akademik Zərifə Əliyeva adına liseydə həftənin IV və VI günləri keçirilir. Kimyanın nəzəri məlumatları ilə tanış olan şagirdlər qazandıqları məlumatları laborator dərslərdə praktik olaraq görür və tətbiq edirlər. Eyni zamanda istər nəzəri, istərsə də praktik məsələ və problemlərin həll olunması ilə məşğul olurlar.              Xüsusilə praktik kimyaya maraq göstərən şagirdlər heç vaxt görmədikləri təcrübələri nəinki görür, eyni zamanda özləri hesablama aparırlar. Heç vaxt maddələrlə işləməmiş şagirdlərin labarator avadanlıqlarla rahat rəftar etmələri, ölçmələr aparmaları və təcrübələr həyata keçirmələri layihənin ən böyük uğuru olmuşdur. Bu da kimyanın orta məktəblərdə əsas problemi olan praktik tətbiq etmə məsələsinin həllində müsbət addım hesab oluna bilər.   
Həmkardan həmkara dəstək layihəsi çərçivəsində təlimlər davam edir
Xəbərlər
         Layihənin  məqsədi məktəbdaxili qiymətləndirmənin təşkili və qiymətləndirmə vasitələrinin hazırlanması metodologiyası üzrə müəllimlərin lazımi bilik və  bacarıqlarının artırılmasına kömək etmək və yerlərdə təlimçi hazırlığını həyata keçirməkdir. Beyləqan, Zaqatala,  Şəmkir, Göygöl, Hacıqabul, Şirvan, Masallı, Şəki, Qax,  Ağdaş, Bərdə, Yevlax, Sabirabad, Neftçala, Ağcabədi   rayonlarında ibtidai sinif, Azərbaycan dili, riyaziyyat, fizika, biologiya, tarix, coğrafiya, ingilis dili, kimya, informatika fənnlərini tədris edən, diaqnostik qiymətləndirmədə ixtisasından yüksək nəticə toplayan müəllimlər müəyyənləşdirilmiş və hər rayonda 15-20 nəfər  müəllimdən ibarət  iki  qrup təyin olunmuşdur. Layihənin əhatə edəcəyi rayonlarda ibtidai sinif, Azərbaycan dili, riyaziyyat, fizika, biologiya, tarix, coğrafiya, ingilis dili, kimya fənnlərini tədris edən müəllimlərdən ibarət qruplarda “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” proqramı üzrə təlimlər keçirilir.           Təlim iştirakçıları üçün təlim proqramı əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə imtahan təşkil ediləcək. Həmin qiymətləndirmədə yaxşı nəticə toplamış  müəllimlər  proqram üzrə yerlərdəki həmkarları üçün seminarlar təşkil edəcək. Öyrətmə prosesi Təhsil Işçilərinin Peşəkar İnkişafı İnstitutundan dəvət olunmuş əməkdaşlar, Təhsil Nazirliyinin yerli  menecerləri və  təlimçilər tərəfindən müşahidə edilərək hazırlanmış meyarlar əsasında  müəllimlərin  praktik   bacarıqları qiymətləndiriləcək. Müəllimlərin təlimçi bacarıqlarına verilən qiymətlər  imtahan nəticələri ilə  toplanacaq. Hər iki qiymətləndirmədə yaxşı nəticə toplayan müəllimlərə müəyyənləşdiriləndən sonra  hər birinə  “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” proqramı üzrə təlimçilər üçün hazırlanmış vəsait  təqdim olunacaq. 
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibləri elan olundu
Xəbərlər
Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri müəyyənləşib.Müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllıdır.Qeyd edək ki, müsabiqə üzrə layihə təklifləri martın 2-dən aprelin 18-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 29 iyun 2020-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apelyasiya müraciəti edə bilərlər.Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı link vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz: Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr  Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr
IV qrant müsabiqəsi - Apelyasiya qaydaları
Xəbərlər
                   Məlumdur ki, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibləri elan olundu. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 29 iyun 2020-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apelyasiya müraciəti edə bilərlər.
Quba rayonunun 40 nəfər şagirdi üçün 4 günlük yay düşərgəsi təşkil olundu.
Xəbərlər
Layihə çərçivəsində Quba rayonunun müxtəlif məktəblərində təhsil alan istedadlı, müxtəlif müsabiqə və yarışlarda, olimpiadalarda müvəffəqiyyət qazanan 40 nəfər 8-11 -ci sinif şagirdləri üçün yay düşərgəsi təşkil olunmuşdur.Diqqət: Bu layihə III qrant müsabiqəsi çərçivəsində 01.08.2019-01.11.2019-cu il tarixləri arasında həyata keçirilmişdir. Yəni, COVİD-19 virusu yayılmazdan əvvəl baş vermişdir.   Düşərgə Qusar rayonunda yerləşən “Qusar bulaq" istirahət mərkəzində təşkil olunmuşdur. Düşərgədə Quba şəhərinin 1,2,4,5 və 6 saylı məktəblərində, eləcə de Qəçrəş, Qaraçay, Hacıqayıb, Alekseyevka, İsnovqışlaq kənd tam orta məktəblərində təhsil alan şagirdlər iştirak etmişdir. 4 günlük düşərgə çərçivəsində peşəkar təlimçlər tərəfindən şagirdlərə “Natiqlik və debat”, “İQ və EQ”, “Layihə təkliflərinin hazırlanması” təlimləri keçirilmiş, əlavə olaraq müxtəlif əyləncəli idman, intellektual oyunlar təşkil olunmuşdur.40 nəfər şagird hər birində 10 nəfər olmaqla Azərbaycan Respublikasının istehsal etdiyi silahların adı ilə adlandırılan 4 qrupa bölünmüşdür. Burada məqsəd həm də şagirdlərin vətənpərvərlik hislərinin yüksəldilməsinə nail olmaq idi. Hər bir qrupu düşərgə motivasiyasını yüksəltmək üçün onlar arasında müsbət rəqabətliliyi yaratmaq məqsədilə keçirilən müxtəlif yarışlarda tutduqları yerlərə müvafiq olaraq balla qiymətləndirilmişdir.Düşərgədə şagirdlər arasında darts oyunu, şən startlar adlı idman mübarizəsi yarışları, intellektual Kod Tusi oyunu, yaddaş proseslərinin öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə yaddaş oyunu keçirilmiş və hər bir komanda bu oyunlarda qazandığı xallara görə düşərgənin yekununda qiymətləndirilmişdir. Nəticələrə əsasən, “Mübariz” komandası birinci, "Yalquzaq" komandası ikinci, “Şimşək” komandası üçüncü, “İstiqlal” komandası isə dördüncü olmuşdur.Düşərgə şagirdlərin marağına səbəb olmaqla yanaşı həm də onlarda yeni biliklərin formalaşmasına xidmət etmişdir. Belə ki, şagirdlər ilk dəfə layihə təklifinin hazırlanması təlimlərinə cəlb edilmiş və nəticədə 4 qrup müxtəlif ideya təklifləri ilə çıxış etmişlər. “Kitab bilik mənbəyidir" adlı şagirdlər arasında kitab oxumağın təbliği layihəsi, “Milli kinolarımızın təbliği” adlı layihə, “Milli qəhrəmanlarımızı tanıyaq” adlı layihə, “İxtisas seçiminə kömək edək” adlı layihə şagirdlər tərəfindən hazırlanaraq təqdim edilmişdir.Eyni zamanda şagirdlər natiqlik təlimində təsirli çıxış etməyin metodları, kütlə qarşısında çıxış metodikası, çıxış zamanı psxioloji gərginliyin azaldılması ilə bağlı məlumatlar almış, ilk dəfə olaraq debat yarışlarında iştirak etmişlər. Şagirdlər “Əlavə təhsil mərkəzləri şagird nailiyyətlərinin artmasına xidmət edir" mövzusunda debat turnirində yarışaraq məlumat toplamaq, təhlil və sintez etmək, araşdırmaq, dinləmək, sual vermək kimi yeni biliker qazanmış və qabiliyyətlərini inkişaf etdirmişlər.Kod Tusi və digər intellektual oyun zamanı şagirdlərər məntiqi və elmi biliklərini nümayiş etdirərək inkişaf etdirmişlər. Hər axşam təşkil olunan sosial gecələrdə isə şagirdlərə müxtəlif tapşırıqların hazırlanması verilmişdir. Vətənpərvərlik mövzuları, Nəsiminin 650 illik yubileyi ilə əlaqədar səhnəciklər, müxtəlif musiqi nömrələri və s. şagirdlərin xüsusi istedadlarının inkişafına səbəb olmuşdur.Düşərgə iştirakçılarının bir qisminin düşərgə ilə bağlı fikirləri: Afət Rəhimova: Hər şey əla idi. Sosial gecələrdə isə hər kəsin xüsusi istedadı üzə çıxdı. Hələ şən startlarda oğlanların qoruduğu qapıya penaltı zərbələri vurmaqla qalib gəlmək ayrı bir zövq idi.Hacıağa Hacıyev: Mən “Ölkəmizi tanıyaq” layihəsinə qoşulmaq istəyirdim. Bu düşərgə mənim bu arzuma çatmağıma kömək oldu. Super idi hər şey. Həm əyləndik, həm öyrəndik.Esmira Məhəddinova: Bu düşərgəyə gəlmək ümidim yox idi. Düşünmürdüm ki, evdən icazə verərlər kənar yerdə 4 gün qalmağa. Özüm də çəkinirdim. Amma həm təşkilatçılara, həm də valideynlərimə bu gözəl anları mənə yaşatdıqlarına görə  təşəkkür edirəm.Sadıq Mahmudov: İstedadlı şagirdlərlə bir arada olmaq menə çox şey qazandırdı. Hərəmiz bir sahənin adamı olaraq burda dostlaşdıq. Belə düşərgələr yeni dostluqlar üçün vacibdir.Türkan Feyzullayeva: Hər şey gözəl idi. Mən kənddə yaşayıram. İlk dəfə idi ki, geniş bir kütlə ilə düşərgədə olurdum. Bu qədər əyləncəli olacağına inanmırdı. Çox şey öyrəndim.
Oxunun tədrisi metodikasına dair video-çarxlar hazırlanmışdır.
Xəbərlər
         Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən olan "Oxunun tədrisi metodikasına dair video çarxların çəkilişi" layihəsi çərçivəsində 5 ədəd video-çarx hazırlanmışdır.             Layihə Bakı şəhəri, Nərimanov rayonu, Ankara məktəb-liseyi tərəfindən həyata keçirilmişdir. Layihənin icrası zamanı, ilkin olaraq, beynəlxalq təcrübə araşdırılmış və müvafiq materiallar toplanmışdır. Toplanmış materiallar qruplaşdırılaraq tərcümə edilmiş, mövcud tədris proqramlarımıza uyğunlaşdırılmış və video-çarxların çəkilişi üçün çıxış mövzuları hazırlanmışdır. 2020-ci ilin mart-may ayları ərzində videolar çəkilərək montaj olunmuşdur.             Məlumata əlçatanlığı təmin etmək üçün layihədə çəkilmiş bütün video materiallar youtube səhifəsində yerləşdiriləcək.  
"İKT-İrs" layihəsinin bağlanış mərasimi onlayn şəkildə keçirildi
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Bakı şəhər, 39 nömrəli məktəb "İKT-İrs" layihənin bağlanış mərasimini onlayn şəkildə keçirdi. Məlumdur ki, Nərimanov rayonu 39 nömrəli məktəb "İKT-İrs" layihəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkisaf və İnnovasiyalar üzrə lll Qrant müsabiqəsinin qalibi olmusdur. Noyabr ayında geniş şəkildə layihənin açilis mərasimi təşkil olundu. Mart ayında Novruz ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi, R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin "İKT-İRS" layihəsi üzrə "Turac və sehrli daraq" tamaşası 3ç sinif şagirdlərinin təqdimatında səhnələşdirilərək təqdim edilməli idi. Sinif rəhbəri Yeganə İbrahimovanın rəhbərliyi altında şagirdlərimiz bu tədbirə ciddi şəkildə hazırlaşırdılar. Lakin çox təəssüfki, bütün dünyanı ağuşuna alan virus ölkəmizdən də yan keçmədi. Bununla əlaqədar tədris prosesi təxirə düşdüyü üçün şagirdlərimiz tamaşanı təqdim edə bilmədilər. Bu səbəbdən İkt-İrs layihəsilə bağlı nəzərdə tutulmuş bağlanış mərasimi mövcud vəziyyətlə bağlı 30 iyun tarixində saat 13.00-da zoom proqramı vasitəsilə online həyata keçirildi. Bağlanış mərasimində BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Uşaq yazıçısı Sevinc Nuru qızı, Suraxanı rayon mərkəzləşmiş kitabxananın müdiri Fatma xanım, Nərimanov rayon məktəb direktorları: “Tərəqqi” liseyinin direktoru Nasim Abışov, 47 nömrəli məktəbin direktoru Aytən Bağırova, 291 nömrəli Ekologiya liseyinin direktoru Kəmalə Mirzoyeva, 34 nömrəli məktəbin direktoru Rəhman Hacıyev, 193 nömrəli məktəbin direktoru Rahim Hüseynov, 212 nömrəli məktəbin direktoru Məlahət Rəhimova, 57 nömrəli məktəbin direktoru Gülnarə Cəfərova, 178 nömrəli məktəbin direktoru Laləndər Hasilova, 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva, İrs mədəni təhsil mərkəzinin rəhbəri, kitab yazarı, prorofessor Solmaz Amanova və ibtidai sinif müəllimləri, şagirdlər və valideynlər iştirak edirdilər. Konfransı giriş sözü ilə açan layihə rəhbəri, məktəbin direktoru Tahirə Şükürova cıxış edərək layihə haqqında ətraflı məlumat verdi. Ötən 2019-cu tədris ilinin avqust ayında başlayan və 2020-ci ilin mart aylarını əhatə edən layihənin bağlanış mərasiminin bu günə düşməsinin səbəbinin pandemiya şəraiti ilə bağlı olduğunu konfrans iştirakçılarına çatdırdı. Bu layihənin həyata keçməsində, mövcud vəziyyətdə təhsilalanlara bu cür şəraiti yaratdığı üçün Təhsil Nazirliyinə dərin təşəkkürünü bildirdi. Layihənin məqsədinin Azərbaycan və rus bölməsi şagirdlərində milli mənəvi dəyərlərə hörmət hissinin aşılanması və onlarda ikt bacarığının inkişaf etdirilməsi olduğunu bildirib, sözü BSTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayevə verdi. Fuad Babayev öz növbəsində çıxış edərək İkt-İrs layihəsinin uğurla başa çatması münasibətilə məktəb rəhbərliyi və pedoqoji kollektivi təbrik etdi. Daha sonra Solmaz Amanova cıxış edərək İrs tədris mərkəzi ilə birgə həyata keçirilən bu layihənin sona çatdığını bildirərək dedi ki, layihə əsasında görülən işlərin hər biri şagirdlərdə milli mənəvi və əxlaqi dəyərlərin inkişafına xidmət edib. Lakin təəssüf hissiylə qeyd etdi ki, daha geniş audutoriya üçün nəzərdə tutulmuş səhnələri, tamaşanın ərsəyə gəlməsi üçün hazırlanan kostyumları karantin şəraiti ilə əlaqədar olaraq nümayiş etdirə bilməsək də, online şəkildə sizlərə təqdim etdik. Layihənin yekununu vurduq, bu münasibətlə də hər kəsi təbrik edib təşəkkürünü bildirdi. Sonra söz şagirdlərə verildi. Turac və sehirli daraq nağılı əsasında 3ç sinif şagirdləri və onların sinif rəhbəri Yeganə İbrahimovanın rəhbərliyi altında hazırlanmış tamaşadan epizodlar nümayiş etdirildi, mahnı ifa edildi. Sonda cıxış edən məktəb direktorları da layihənin bitməsi münasibəti ilə məktəb direktoru Tahirə Şükürovaya və kollektivə bu çətin şəraitdə onlayn keçirilən bu mərasimin təşkilinə görə təşəkkür etdilər. Bağlanış mərasiminin sonunda Tahirə Şükürova çıxış edərək konfransda iştirak edən hər kəsə bizə vaxt ayırıb iştirak etdiyinə görə təşəkkür etdi.
Onlayn kitab təqdimatı keçirildi!
Xəbərlər
        Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Vüsal Əliyevin "Yeniyetmələrin Beynəlxəlq Elm Olimpiadaları üçün Fizika üzrə hazırlıq vəsaiti" adlı layihə çərçivəsində hazırladığı vəsaitin təqdimat mərasimi keçirildi. COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə keçirilən qabaqlayıcı tədbirlərə uyğun olaraq, görüş virtual şəkildə baş tutdu.       Təqdimat Təhsil Nazirliyi və Zirvə Liseyi rəhbərliyinin birgə iştirakı ilə baş tutdu. Tədbirdə 21 nəfər iştirak etmişdir. Açılış sözünü Zirvə Liseyinin direktoru Xəzər Babayev etdi. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi və kitabın fizika fənni üzrə beynəlxalq olimpiadalarda iştirak etmək istəyənlər üçün yaxşı vəsait olduğunu vurğuladı. Layihə rəhbəri Vüsal Əliyev kitab haqqında geniş məlumat verərək  vəsaitdə 2004-cü ildən 2018-ci ilə qədər müxtəlif ölkələrdə keçirilən beynəlxalq elm olimpiadasının final mərhələsində istifadə olunan suallar və onların həll yolları yerləşdirildiyini qeyd etdi.        Daha sonra Təhsil Nazirliyinin əməkdaşı da öz rəyini bildirərək  kitabın fizika fənni üçün lazımi vəsait olduğunu və gələcəkdə də bu tipli layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı. Eyni zamanda, digər iştirakçılardan Sevda Əsgərova və Seyran Səfərov da bu layihənin baş tutması üçün yaradılan şəraitə görə Təhsil Nazirliyinə öz təşəkkürlərini bildirdilər və tezliklə kitabdan faydalı resurs kimi istifadə edəcəklərini qeyd etdilər.
Qrant iştirakçıları Avropa Coğrafiya Olimpiadasında uğur qazanıblar!
Xəbərlər
Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar. Belə ki, aşağı və yuxarı yaş qrupu üzrə 14 ölkədən 73 şagirdin qatıldığı müsabiqədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və  Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüblər. Qeyd edək ki, sözügedən elm yarışı 29-30 avqust 2020-ci il tarixlərində təşkil edilib. Olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya ilk dəfə qatılıblar. Onların hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində qalib olmuş Yaşar Seyidəliyev tərəfindən “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında, həmçinin Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib. 
Sumqayıtda ingilis dili müəllimlərinə beynəlxalq təcrübələr əsasında dinləyib-anlama bacarıqları üzrə təlimlər keçildi.
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “Dinlə -düşün-tətbiq et!” adlı layihə ilə qalib olan Sumqayıt şəhər Təfəkkür liseyi tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən 20 nəfər ingilis dili müəllimi üçün xarici dil fənn kurikulumuna əsasən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində nəzərdə tutulmuş "Dinləyib-anlama" məzmun xətti üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqlarının formalaşdırılması üçün təlimlər təşkil edilmişdir.     Təlim ITE əlavə təhsil mərkəzinin peşəkar mentoru A.Ələkbərova tərəfindən aparılmışdır. Layihənin ekspertliyini Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin etwinning üzrə Azərbaycan səfiri, təcrübəli ingilis dili müəllimi A. Ağayeva etmişdir. Müəllimlərin pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə “My best lesson plan” müsabiqəsi də keçirilmişdir. Təlimlər nəticəsində “dinləyib-anlama” məzmun xəttinin müxtəlif siniflər üzrə prinsipləri nəzərə alınmaqla müxtəlif metod və üsullar haqqında məlumatlara yiyələnən müəllimlər öyrəndiklərini gündəlik dərslərində tətbiqinə başladılar. Beləliklə, müəllimlərə “dinləyib-anlama” məzmun xətti ilə işin qurulmasında ənənəvi dərslərin əvəzinə, tədrisin 21-ci əsrin tələblərinə cavab verən dinləyib-anlama bacarıqları üzərində qurulan tədrisin əhəmiyyəti çatdırıldı və onlar layihə çərçivəsində çap edilmiş təlim broşuru və e-jurnalı ilə təmin olundular. Müəllimlər təlimlərdən öyrəndikləri onlayn audiofayl hazırlama imkanlarını, təlim alətlərini gündəlik dərs proseslərində səmərəli istifadə etməklə yanaşı, etwinning təhsil platforması vasitəsilə şagirdlərinə dinləyib-anlama vərdişlərini qazandırmağın daha effektli yolunu da mənimsədilər. 14 dekabr 2019-cu ildə təşkil edilmiş bağlanış tədbirində müəllimlərin təlim sertifikatları və müsabiqə qaliblərinin diplomları təqdim edilmişdir. Müəllimlər layihə nəticəsində müasir tədris alətləri vasitəsi ilə dinləmə mətnləri və faylları hazırlamaq bacarıqlarını təkmilləşdirmişlər. Layihənin uğurlu nəticəsidir ki, iki nəfər müəllim Təhsil Nazirliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən ikimərhələli seçim nəticəsində Avropa ölkələrində təşkil ediləcək etwinning beynəlxalq seminarlarında iştirak haqqı qazanmışlar.
"Oxunun tədrisi metodikasına dair video çarxların çəkilişi" layihəsi üzrə 5 videoçarx hazırlamışdır.
Xəbərlər
           Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən olan Bakı şəhər Nərimanov rayonu Ankara məktəb-liseyi "Oxunun tədrisi metodikasına dair video çarxların çəkilişi" layihəsi üzrə 5 videoçarx hazırlamışdır.            Layihənin əsas məqsədi şagirdlər üçün oxu prosesinin daha effektiv təşkili və ortaya çıxan problemlərin aradan qaldırılmasıdır. Belə ki, Videoların əsas mövzuları bunlardır: "Oxunun qiymətləndirilməsinin effektiv təşkili" - https://youtu.be/ngjW4cVDlC0"Oxu prosesində baş verən xətalar" - https://youtu.be/wGJht9RJ4zE"Sinif və ev kitabxanasının əhəmiyyəti” - https://youtu.be/dbtGrSa-l9Y"Oxuya verilən tələblər" - https://youtu.be/0_MVAJ9OCGc "Oxuyub anlama prosesində psixoloji məqamlar" - https://youtu.be/jIptqcb13M8
“Bir kənddən bir şəhərə”
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Göygöl rayon Pənahlılar kənd tam orta məktəb tərəfindən həyata keçirilən “Bir kənddən bir şəhərə” adlı layihə çərçivəsində silsilə təlimlər keçirilmişdir. Təlimlərdə şagirdlərə "Şagird müəllim münasibətlərinin tənzimlənməsi", "Məktəbimdə görmək istəyirəm..", "10 il sonra özümü görürəm", "Dərsdə istərdim", “Şagirdlərin dərsə cəlb olunması” və “Valideynlərlə düzgün münasibət” mövzularında məlumatlar verilmişdir. Eyni zamanda, müəllimlər üçün təşkil olunan təlimlərlərdə müdavimlər müasir təlim metodlarından fəal dərsin mərhələlərindən istifadə üsulları barədə məlumatlandırılmışlar. Kənd məktəbi şagirdləri ilə şəhər məktəbinin müəyyənləşdirilmiş şagirdlərinin görüşünün təşkili ilə layihə iştirakçıları dərslərdə və dərsdənkənar fəaliyyətlərdə yaxından iştirak ediblər. Təlimlərin nəticəsində şagirdlərin bir-biri ilə əlaqə yaratması, yeni dostlar qazanması layihənin böyük uğurlarından biri hesab edilir. Bundan başqa müəllimlərin pedaqoji əməkdaşlıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirilən görüşlərdə qarşılıqlı diskusiya onların inkişafına müsbət təsir göstərdi Eyni zamanda layihə müddətində Heydər Əliyev park kompleksinə və Nizami Gəncəvi məqbərəsinə ekskursiyalar təşkil edilib.Layihənin videoçarxını linkə daxil olaraq izləyə bilərsiniz: https://youtu.be/AL5bAReJuQA
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsiAzərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcəkdir.Müsabiqənin keçirilmə qaydası:Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: 1) “Fərdi” kateqoriya” və 2) “Ümumi təhsil müəssisələri”.Müsabiqə fondunun büdcəsi 1000000 (bir milyon) manat təşkil edir.Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.Müsabiqə aşağıdakı mövzuları əhatə edir:1) İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi.)2) Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.)3) Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.)4) Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər: sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə, valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.))5) Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.)Müsabiqənin əsas iştirak şərtləri:• “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər.• “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.• Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.• Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir..Müsabiqəyə təqdim olunan qrant layihəsinə verilən tələblər:• Layihənin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalı və icrası 2021/2022-ci tədris ili ərzində həyata keçirilməlidir.• Layihənin məbləği “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100000 (yüz min), “Fərdi” kateqoriya üzrə 10000 (on min) manatdan çox olmamalıdır.Əlaqə:Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49Email: grants@edu.gov.az
“Sağlam ol!” layihəsinin yekun tədbiri keçirildi!
Xəbərlər
        Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olan Şəki şəhər 17 saylı tam orta məktəbin icra etdiyi “Sağlam ol!” adlı layihənin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün sağlamlığı təbliğ edən maarifləndirici tədbirin təşkili və məktəbdə sağlam mühitin yaradılmasına nail olmaqdır. Pandemiya müddətində şagirdlərin seminarlara cəlb edilərək maariflənməsi, onlarda seminar müddətində bir çox yaxşı xüsusiyyətlərin formalaşmasına, xəstəliklər haqqında maariflənmələrinə, eləcə də müayinə və müalicə işlərinin aparılmasına nail olunmuşdur.Layihə çərçivəsində işçi heyəti müəyyənləşdirilmiş, məktəb psixoloqları, məktəblərin inzibati-idarəetmə heyəti, şagirdlərdə mövcud sağlamlıq durumunu dəyərləndirmək üçün məktəblərdə fəaliyyət göstərən tibb bacıları ilə online sorğu keçirilmişdir 5 ümumi təhsil müəssisəsindən 300 şagird seçilmiş və müəyyən olunmuş istiqamətlər üzrə ( göz, fiziki inkişaf, ağız boşluğu infeksiyaları, dəri xəstəlikləri) maarifləndirici online seminarlara cəlb olunmuşlar.Şagirdlərlə yanaşı müəllimlərə və valideynlərə də “Məktəbdə sağlam psixoloji mühit necə olmalıdır?” mövzusunda onlayn seminar keçirilmiş, seminarda əlavə təhsil mərkəzinin eksperti ilə yanaşı məktəb psixoloqu və layihədə iştirak edən həkim və tibb bacıları da iştirak etmişlər. Layihənin yekununda hesabat xarakterli yekun tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə layihə rəhbəri Gülnarə Nəsibova açmış, tədbirin məqsədini qeyd edərək, layihənin icra müddətində (4ay) həyata keçirilmiş işlər haqqında videoçarx nümayiş etdirmişdir. “Sağlam ol!” layihəsinin sevimli iştirakçıları olan şagirdlərin,müəllimlərin, valideynlərin layihə müddətində layihənin icrasından nə əldə etdiklərinə dair ayrı-ayrılıqda fikirləri dinlənilmişdir. Sonda G.Nəsibova qonaqlara ayrı-ayrılıqda, bütün iştirakçılara tədbirdə iştirak etdikləri üçün dərin minnətdarlığını bildirərək, layihənin iştirakçısı olmuş məktəblərə sertifikatlar təqdim etmişdir. https://youtube.com/watch?v=vvUvTHeqDsU&feature=share  https://youtube.com/watch?v=vvUvTHeqDsU&feature=share
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qəbul başladı!
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qəbul bu gün başladı və 01.04.2021-ci il tarixinədək davam edəcək.Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.• “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər.• “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.• Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.• Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.
V qrant müsabiqəsinə qəbul başa çatıb
Xəbərlər
V qrant müsabiqəsinə qəbul başa çatıbAprelin 1-də Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qrant layihələrinin qəbulu başa çatıb.Müsabiqəyə ümumilikdə 971 qrant layihəsi təqdim edilib. Layihə qəbulu ümumi təhsil müəssisəsi və fərdi kateqoriya üzrə aparılıb. Layihələrdən 229-u ümumi təhsil müəssisəsi, 742-i isə fərdi kateqoriya üzrə olub. Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr Təhsil Nazirliyinin rəsmi internet saytı vasitəsilə elan ediləcək.Layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması aşağıdakı cədvəldə göstərilib:#TəhsilNazirliyi #EduAz #Müsabiqə See less
"Direktorun əl kitabı: Məktəbin idarə olunması” adlı vəsait nəşr olundu!
Xəbərlər
Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş "Direktorun əl kitabı” layihəsi çərçivəsində "Direktorun əl kitabı: Məktəbin idarə olunması” adlı kitab işıq üzü görüb.  Kitabın elmi redaktoru Qoşqar Məhərrəmovun sözlərinə görə, nəşrdə məktəbin, təhsilin idarə olunması, məktəbdə təşkilati davranış, liderlik, strateji planlaşdırma və s. mövzular əhatə olunub.  "Kitab təhsil işçilərinin və məktəb direktorlarının liderlik və məktəbi idaretmə bacarıqlarını inkişaf etdirmə məqsədi ilə çap edilib. Kitaba keçid edərək telefon və kompüterdən zaman və məkan məhdudiyyəti olmadan oxuya, öyrənə, dəyişə və dəyişdirmək mümkündür. Eyni zamanda, layihə çərçivəsində https://direktorunelkitabi.az adlı sayt yaradılmış və istifadəyə verilmişdir. Saytda yerləşdirilən videolar sayəsində isə müəlliflərlə və bölmələrin qısa məzmunu ilə tanış olmaq olar”.              Nəşrin müəllifləri Dadaş Əliyev, Könül Abaslı, Qoşqar Məhərrəmov və Rza Məmmədovdur. Layihə çərçivəsində çap olunan 100 ədəd kitab məktəb direktorlarına ödənişsiz paylanmışdır.  Vəsaiti əladə etmək üçün linkə daxil ola bilərsiniz: https://grants.edu.az/publish Layihənin tanıtım çarxını izləmək üçün linkə daxil ola bilərsiniz: https://youtu.be/T6mQOLMFhmU
“OrdEng” tətbiqi - İngilis dili fənnindən buraxılış imtahanlarına hazırlıq və özünüyoxlama aplikasiyası hazırlandı.
Xəbərlər
IV qrant müsabiqəsinin qalibi Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin  ingilis dili müəllimi Rzazadə Babək Tarif oğlu tərəfindən məqsədi şagirdlərin buraxılış imtahanlarında ingilis dili fənnindən oxuyub-anlama, dinləyib-anlama üzrə hazırlığına dəstək məqsədilə “OrdEng” tətbiqi - İngilis dili fənnindən buraxılış imtahanlarına hazırlıq və özünüyoxlama aplikasiyası hazırlanmışdır. Proqram “Android” və “İos” platformalarından istifadə edən bütün smartfon istifadəçiləri üçün əlçatımlı və ödənişsizdir. Sadəcə “OrdEng” açar sözünü daxil edərək bir klikdə aplikasiyanı endirmək və istifadə etmək mümkündür.Peşəkar səviyyədə 1050 açıq və qapalı test hazırlanmış, 75 oxuyub-anlama üzrə mətn (hər mətn üçün 8 sual - 4 açıq, 4 qapalı olmaqla), 75 dinləmə üzrə mətn (hər mətn üçün 6 sual - 3 açıq, 3 qapalı olmaqla) hazırlanmışdır. Hazırda ölkənin istənilən bölgəsindən olan şagirdlər bu proqrama daxil olmaqla mətnləri dinləyib testləri həll edə və testin sonunda elə yerindəcə cavablarını yoxlaya bilərlər. Test işləməklə onlar öz xarici dil bacarıqlarını inkişaf etdirə, hər sınaq imtahanında öz nəticələrini yüksəltmək imkanı əldə edə bilərlər. Bu tətbiq müəllim, valideyn və şagirdlər üçün də əlçatan, yığcam və uyğun bir aplikasiyadır. Şagirdlər heç bir müəllimə ehtiyac olmadan, müstəqil şəkildə öz bilik və bacarıqlarını artıra bilər. Bu tətbiqdən təkcə buraxılış sinif şagirdləri yox, bütün yuxarı sinif şagirdlərinin və müəllimlərin də istifadə etməsi mümkündür. Linkə daxil olaraq aplikasiyanı endirə bilərsiniz: https://ordeng.midiyaapp.com/course/7/about 
“İstedadlarla biologiya Olimpiadalarina hazırlıq -İBO -H" adlı vəsait hazırlandı
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Gülnar Mirzəyeva tərəfindən “İstedadlarla biologiya Olimpiadalarina hazırlıq -İBO -H"  layihəsi çərçivəsində təhsilalanların biologiya olimpiadasına hazırlığının effektivliyini təin etmək məqsədilə “Biologiya fənni üzrə olimpiada sualları toplusu” hazırlandı. Layihədə iştirak etmək üçün 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında seçim turu keçirilmiş və ən yüksək nəticə göstərən 20 nəfər seçilərək dərslərdə iştiraka cəlb edilmişlər. Dərslər olimpiada imtahanlarının sillabusu əsasında keçirilmişdir. 60 məşğələ müddətində  Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci və 3-cü Qrant müsabiqələrində qalib olmuş   Biologiya fənnindən olimpidalara hazırlıq vəsaitlərinin də monitorinqi keçirilmişdir. Yəni, təlimlərdə bu vəsaitlərdən istifadə olunmuş və şagirdlər üçün qaranlıq olan hissələrə lazım gələrsə yenidən baxılmışdır. Bu vəsaitlərlə yanaşı biologiya fənnindən olimpiadalara hazırlaşmaq üçün təqdim olunan ədəbiyyat siyahısındakı vəsaitlərdən də (Campbell, Life və s .) istifadə olunmuşdur. Eyni zamanda hər ay (aylıq sınaq) və yekunda (ümumi sınaq) keçiriləcək sınaq imtahanları üçün beynəlxalq olimpiadalarda istifadə olunmuş suallar tərcümə olunaraq test kitabçaları da hazırlanmışdır.            Hazırda layihədə iştirak edən şagirdlərdən 10 nəfəri RFO- nun final mərhələsində, bir nəfəri isə RFM-in final mərhələsində iştirak hüququ qazanıblar. Vəsaiti əldə etmək üçü linkə keçid edə bilərsiniz: https://grants.edu.az/publish
“Bizə qoşul və xilas et” layihəsi çərçivəsində onlayn maarifləndirici seminarlar keçirilib.
Xəbərlər
          15 sentyabr 2020-15 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" fərdi kateqoriyasının üzrə qalibi  “Bizə qoşul və xilas et!” layihəsinin icrası uğurla həyata keçirilib.         Layihə çərçivəsində ZOOM platforması və Microsoft TEAMS proqramı vasitəsilə Ağsu rayonunun ümumtəhsil məktəblərində təhsil alan məktəblilər üçün onlayn şəkildə erkən evliliklərə qarşı 6 maarifləndirici seminar keçirilib. Seminarlarda Ağsu rayon məktəblərində təhsil alan 300-dən artıq şagird və müəllimin, həmçinin valideynlərin iştirakı təmin edilib. İştirakçılara erkən evliliklərin bioloji fəsadlarından söz açılıb, problemlə mübarizə yolları diqqətə çatdırılıb. Keçirilən görüşlərdə layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova və layihənin təlimçisi tərəfindən layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Seminarlarda iştirak edən müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar.            Həmçinin layihə çərçivəsində “Ailə xilaskarları” könüllü klubu təşkil edilib. Könüllü klubun üzvləri və rayon məktəbliləri tərəfindən erkən evliliklərin bioloji fəsadlarından bəhs edən videoçarx və təqdimatlar hazırlanaraq nümayiş olunub.                 Layihənin icra planına uyğun olaraq “Erkən evliliklər bəşəri bəladır!” adlı inşa yazı və sosial çarx müsabiqələri keçirilib, müsabiqə qalibləri müvafiq olaraq diplom və fəxri-fərmanlarla, layihənin icrası zamanı aktiv iştirak edən dinləyicilərə isə sertifikatlar təqdim olunub.            Həyata keçirilən açılış mərasimi və yekun hesabat tədbiri daxil olmaqla bütün tədbirlər ölkənin ən nüfuzlu qəzet və saytlarında (sumqayıtfakt.az, manevr.az, azedu.az, müallim.az, azərtag.az, manera.az, mektebgusesi.az saytlarında, Azərbaycan müəllimi qəzetində) vaxtaşırı olaraq dərc olunub, erkən evliliyə qarşı aparılan mübarizə, görülən işlər barədə ictimaiyyətə geniş informasiya ötürülüb.              Bununla yanaşı layihə çərçivəsində 2500 ədəd “Bizə qoşul və xilas et! adlı maarifləndirici bukletlər çap olunaraq Ağsu rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinə təqdim olunub. Ümumilikdə layihənin icrası zamanı keçirilən bütün tədbirlər yaddaqalan və davamlılığı təmin oluna biləcək olub, layihə 15 mart 2021-ci il tarixində xoş təəssüratlarla başa çatıb.
“Övladının əlindən tut” layihəsinin icrası uğurla başa çatıb.
Xəbərlər
15 sentyabr 2020-15 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi“ fərdi kateqoriyası üzrə qalibi “Övladının əlindən tut” layihəsinin icrası uğurla həyata keçirilib. Layihə birinci mərhələdə-onlayn formatda ictimaiyyətə açıq elan olundu. Valideyn heyətindən ibarət hər qrupda 25 nəfər olmaqla (ümumilikdə 125 nəfər valideyn) 5 qrup yaradıldı və hər qrup üçün ayrılıqda 1 günlük maarifləndirici seminarlar təşkil olundu. Valideynlərə uşaq psixologiyasının xüsusiyyətləri ilə bağlı əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin hesaba alınma imkanlarının optimal üsullarının axtarışı; şagirdin yaradıcı potensialının və məsələləri həlletmə bacarığının müxtəlif yollarla stimullaşdırılması; uşaqların müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsi; sosial uzaqlaşdırılmaya məruz qalan, həmçinin davamiyyəti zəif olan şagirdlərə mənəvi dəstəyin göstərilməsi haqqında maarifləndirici seminarlar təşkil olundu. Potensial sosial-mənəvi zorakılığa məruz qalmış uşaqların cəmiyyətə inteqrasiyası və inteqrasiya olunmuş kurikulumla bağlı dövlət siyasəti və qanunvericiliyi valideynlərə izah etməklə onların maariflənməsinə nail olundu.Səsvermə yolu ilə hər qrupdan namizədliyi irəli sürülmüş valideynlərdən ibarət biri sədr və 9 nəfər daimi üzv seçilməklə Müəllim-şagird-valideyn assosasiyası yaradıldı. Bu prosesə 9 nəfər daimi üzvlər hər il nəzarət edəcək və digər müəllimlərin də bilik və bacarıqlarının təkmilləşdirilməsinə nail olunacaq. Layihə çərçivəsində 500 ədəd “Övladının əlindən tut” adlı maarifləndirici kitabça, buklet və flayerlər çap olunaraq Daşkəsən və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindəki valideynlərə təqdim olunmuşdur. Layihə 15 mart 2021-ci il tarixində xoş və yaddaqalan təəssüratlarla başa çatıb.
Xəstə və xəsarət alanların daşınma üsullarına dair müxtəlif videoçarxlar hazırlandı.
Xəbərlər
       Azərbaycan Respublikası Təhsil Naziriyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” çərçivəsində Ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi üzrə “Həkim gələnə qədər-ilk yardım” layihəsi artıq tamamlanıb. Layihənin əsas məqsədi ölkənin bütün ümumtəhsil məktəblərində yeniyetmələr arasında hər hansı hadisə zamanı ilkin yardım yollarını öyrətməkdir.      Layihə rəhbəri Ağdam rayonu 71 saylı köçkün tam orta məktəbin direktoru, biologiya müəllimi Ülviyyə Tərlan qızı Mahmudovadır. Layihə çərçivəsində Həkim gələnə qədər ilk yardım qaydalarını öyrədici kitab hazırlanıb. İlk yardım qaydalarını təbliğ edən onlayn seminarlar keçirilib. Həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində Tibb Universitetinin hərbi terapiya kafedrasının müəllimi , tibb üzrə fəlsəfə doktoru Şirvanova Rəna Əmirağa qızı, hərbi tibb mayoru, cərrah Ramin Əliyevin iştirakı ilə təlim videoları çəkilmişdi.     Ilk yardım qaydalarını mənimsəyən gənclər ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərməyə başlamalıdı. Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi onlara həyat üçün təhlükəli olan aşağıdakı hallarda "təcili yardım” çağırdıqdan sonra, həkim gələnə qədər təxirə salınmadan ilk yardım göstərilmək bacarığı qazandıracaq: ✓ - yaralanmalar; ✓ - suda boğulma; ✓ - qanaxmalar; ✓ - huşun itirilməsi; ✓ - qıcolmalar; ✓ - heyvanlar tərəfindən dişləmələr; ✓ - arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi; ✓ - ürək fəaliyyətinin və tənəffüsun dayanması; ✓ - ilan sancması; ✓ - donvurma; ✓ - şok; ✓ - elektrotravmalar və s. bu kimi hallar. Kitabı oxuyaraq və hazırladığımız video çarxları izləyərək, Həkim gələnə qədər-ilk yardım qaydalarını öyrənmək mümkündür. Videoçarxları aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz: 1. İlk yardımın ABC sihttps://youtu.be/LRX6LDmLcsA2. Xəstə və xəsarət alanların daşınması https://youtu.be/nwFEI6_pWww3. Nəbz və onun təyinihttps://youtu.be/ds9ejcQiDJE4. Qan təzyiqinin ölçülməsihttps://youtu.be/z9ZpCabPVdI5. Temperaturun ölçülməsihttps://youtu.be/L6MaNYBwnoo 6. Burun qanaxmaları zamanı ilk yardımhttps://youtu.be/KWivOLY8sjo7. Qulaq qanaxmalarında ilk yardımhttps://youtu.be/mH0MUk4c3OE8. Ətraflarda qanaxma zamanı ilk yardımhttps://youtu.be/RjCkrwXrX9Q9. Venoz qanaxma zamanı ilk yardım.https://youtu.be/jBpCtXJpT3M10. Sarğı əzələsinə iynə necə vurulurhttps://youtu.be/yuRy4dAEPnw11. Qol əzələsinə iynə vurma https://youtu.be/-s0Ze8DtIaI12. Yuxarı ətraf sınıqları zamanı ilk yardım https://youtu.be/xWY2bozYlSM13. Aşağı ətraf sınıqları zamanı ilk yardımhttps://youtu.be/kFBIiV5q1Gg14. Yanıqlar zamanı ilk yardımhttps://youtu.be/8ZspQGKgD_c15. Donma zamanı ilk yardımhttps://youtu.be/cG_N4u-RPvE16. Bayılma zamanı ilk yardımhttps://youtu.be/ylQapnxsnUQ17. Epilepsiya zamanı ilk yardımhttps://youtu.be/5KttvFrQYX818. Zəhərlənmələr zamanı ilk yardımhttps://youtu.be/LTogC6RN5aE19. Qismən boğulma - abstruksiya zamanı ilk yardımhttps://youtu.be/8zs6xx1zOao20. Tam boğulma zamanı ilk yardımhttps://youtu.be/onOjeJZoqWk21. Suda boğulma zamanı ilk yardımhttps://youtu.be/3Kith3qwCv822. Süni nəfəs, ürəyin qapalı masajıhttps://youtu.be/j1XTGQ1ud1k23. Heyvan dişləməsihttps://youtu.be/wL80j57JPzY24. Zəhərli həşərat sancması https://youtu.be/hW2eS8E4_Bw
''PİRLS-İnkişaf üçün oxu'' layihəsi çərçivəsində PİRLS tədqiqatı üzrə kitabça çap edilib.
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi qalibi olmuş ''PİRLS-İnkişaf üçün oxu'' layihəsi çərçivəsində PİRLS tədqiqatı üzrə kitabça çap edilib. Vəsaitdə PİRLS Beynəlxalq Qiymətləndirmə tədqiqatının aparılmasının nəzəri və təcrübi məsələləri: “Beynəlxalq Qiymətləndirmə”, “Azərbaycanlı şagirdlərin PİRLS - 2016 nəticələrinin təhlili”, “Nəticə və tövsiyələr”, “Oxuya verilən tələblər” və “Oxuyub anlama bacarığının yoxlanılması üçün nümunələr” bölmələrində ümumiləşdirilmişdir. Kitabçada ibtidai təhsil səviyyəsində "Azərbaycan dili" fənn kurikulumunda nəzərdə tutulan oxu məzmun xətti üzrə tədqiqatın sualları və PİRLS tədqiqatında istifadə olunan mətnlərin xüsusisiyyətləri təhlil edilir. Fikrimizcə, vəsaitdə müəllimlər ücün ən lazımlı bölmə “Oxuyub anlama bacarığının yoxlanılması üçün nümunələr” in verilməsi hesab oluna bilər. Burada “Loğman”, “Kitab”, “Futbol”, “Şuşa torpağının nəfəsı”, “Şuşa faciəsi”, “Öyrənilmiş acizlik”, “Demosfen” mətnləri və hər bir mətndən sonrakı çalışmalar təqdim edilib. Vəsaiti əldə etmək üçün linkə daxil ola bilərsiniz: https://grants.edu.az/publish
Masallı rayonunun 369 şagirdi distant təlimlərə cəlb olundu!
Xəbərlər
Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş "Gələcəyimizin Könüllüləri” adlı layihə icra olundu.  Layihənin məqsədi şagirdlərimizi vətənsevər, insanpərvər, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişdirmək və onlar üçün distant formatda könüllülüklə bağlı təlimlər təşkil etməkdir. Layihə çərçivəsində Masallı rayonunun 16 məktəbi layihədə iştirak etmişdir. Distant təlimlərdə “Könüllük nədir”, “Könüllülük haqqında Azərbaycan respublikasının qanunu”, “Ölkəmizdə keçirilən və beynəlxalq tədbirlərdə könüllülərin rolu, bacarıqlar və s.”  qeyd edilmişdir. Distant təlimlərdə ümumilikdə 369 şagird iştirak etmişdir. Həmin şagirdlərin 207-si qız, 162-si oğlan şagird olmuşdur. Distant təlimlərdə 40-dan çox müəllim də iştirak etmişdir. Layihə Masallı ş. N.Nərimanov adına 2 saylı tam orta məktəb tərəfindən icra edilmişdir. Layihənin rəhbəri Mehriban Əzizova olmuşdur. Həmçinin layihə çərçivəsində könüllülük fəaliyyətini əks etdirən, könüllülüyün qazandırdığı bilik və bacarıqları aşılayan, vətənə və milli dəyərlərə sevgini göstərən sosial çarx hazırlanmışdır. Sosial çarx Pandemiya şəraitinə əməl etməyi və “II Qarabağ” döyüşlərində qələbəni də də özündə əks etdirmişdir. Layihənin sosial çarxını izləmək üçün linkə daxil ola bilərsiniz: https://www.youtube.com/watch?v=etTa5S4pCsE&t=38s
V qrant müsabiqəsinin nəticələri
Xəbərlər
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.Müsabiqəyə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.“Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz.Fərdi kateqoriyaÜmumi təhsil müəssisəsi kateqoriyasıMüsabiqə nəticələrindən narazı qalan müraciətçilər 16 avqust 2021-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına ad-soyad, əlaqə nömrəsi,  təqdim etdikləri layihənin adı, kateqoriyası və nominasiyasını göndərərək apellyasiya müraciəti edə bilərlər.
”Dastana döndü...Hər şəhid bir dastan” layihəsinin açılış tədbiri keçirilib
Xəbərlər
4 oktyabr 2021-ci tarixdə Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin müəllimi Xədicə Məmmədovanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş “Dastana döndü...Hər şəhid bir dastan” layihəsinin açılış tədbiri keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan şəhər Təhsil şöbəsinin, rayon təhsil şöbələrinin əməkdaşları, qabaqcıl müəllimlər, şəhid ailələrinin üzvləri iştirak etmişdir. Layihə haqqında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov, ”Şəhidlər”mövzusunda Naxçıvan şəhər Təhsil şöbəsinin əməkdaşı,”Dastana döndü...Hər şəhid bir dastan”layihəsi çərçivəsində çap olunacaq kitabın müəlliflərindən biri Ceyran Məmmədova, ”Naxçıvan şəhidləri” mövzusunda IV Qrant layihənin qalibi Asudə Məmmədova, layihənin məqsəd və vəzifələri haqqında layihənin rəhbəri Xədicə Məmmədova, layihənin eksperti Sahil Əlizadə, Şəhid Elnur Zeynalovun və Ümid Novruzlunun ailə üzvləri çıxış etmişdir. Layihədə II Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında məlumatlardan, ümumtəhsil məktəblərinin şagirdlərinin şəhidlərə həsr etdikləri şeir və hekayələrdən ibarət kitabın çapı və film çəkilişi nəzərdə tutulur.Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsinin açılış tədbiri keçirilib
Xəbərlər
Bu gün  Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru  Anar İsmayılovun Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin "Ümumi təhsil  kateqoriya"sı  üzrə qalib olmuş İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru  Şahin Bayramov , Mingəçevir ŞTŞ-nin müdir vəzifəsini icra edən Zamiq Cəbiyev, ümumtəhsil məktəblərinin direktorları və KİV numayəndələri iştirak etmişdir.Layihə çərçivəsində “Seçilmiş şagirdlər iş, universitetin professor-müəllim heyəti ilə əməkdaşlığın qurulması” mövzusunda MDU-nun rektoru  Şahin Bayramov, “Ümumtəhsil məktəblərinin layihə ilə şagirdlərin əməkdaşlığının genişləndirilməsi, məktəb rəhbərlərinin layihəyə dəstək” mövzusunda Mingəçevir ŞTŞ-nin müdir vəzifəsini icra edən Zamiq Cəbiyev, “Layihənin əhəmiyyəti, vacibliyi və  davamlılığı” mövzusunda layihə eksperti Etiram Sadıqzadə, layihənin məqsəd və vəzifələri haqqında layihənin rəhbəri Anar İsmayılov çıxış etmişdir.Son illər məktəblilər arasında yeniyetmələrin yaradıcılıq potensialının inkişafı, ixtiraçılığın və elmi tədqiqatçılığın təşviq olunması üçün Təhsil Nazirliyi tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində öz düşüncələrini, zəkalarının məhsulunu ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. “Sabahın Alimləri” Respublika elm müsabiqəsi də görülən tədbirlərdən biridir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.   
Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi keçirildi
Xəbərlər
Oktyabrın 8-i  Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihəsinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.Layihənin açılış mərasimi bu gün Biləsuvar Rayon Gənclər Evində baş tutmuşdur. Açılışda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova iştirak etdi. Layihə rəhbəri Rəfiqə Hüseynova layihənin məqsədi, vəzifələri, icra planı haqqında qonaqlara ətraflı məlumat verdi.  Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
“Zəfər” vətənpərvərlik klubunun açılış mərasimi keçirilib
Xəbərlər
9 oktyabr tarixində Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihələrdən biri “Zəfər” vətənpərvərlik klubunun açılış mərasimi keçirilib. Tədbirin açılışında, layihə rəhbəri, Vətən müharibəsi qazisi Nazim Sadıqov çıxışında bildirib ki, “Zəfər” vətənpərvərlik klublarının yaradılmasında əsas məqsəd mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılamaqdır.Açılışda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli, Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın sədri Rüfət Əsədzadə, layihənin eksperti Hüseyn Hüseynov iştirak etdi.  Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalib layihəsinin icrası ilk dəfə olaraq Biləsuvar rayon ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcək. 
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib layihələrin icrası
Xəbərlər
Sentyabrın 15-dən başlayaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan layihələrin icrasına başlanılıb.2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.   47 “Ümumi təhsil müəssisələri” kateqoriyası və 132 “Fərdi” kateqoriya üzrə seçilən layihələr ölkəmizin 6 şəhər, 39  rayonunda uğurla icra olunur.Layihələr müasir tələblər baxımından təhsilalanların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.Buraya istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir. Xatırladaq ki, qalib layihələrin məzmunu, fəaliyyətinin təşkili və layihə rəhbərlərinin öhdəlikləri pandemiya şəraitinə uyğun olaraq əyani və onlayn icra üçün uyğunlaşdırılıb. Təhsildə inkişaf və innovasiyalar üzrə keçirilən V qrant müsabiqəsində qalib olan layihələrin icrasını saytımızdan və sosial media platformalarından izləyə bilərsiniz.
Müəllimin əl kitabı: Sinfin idarə olunması
Xəbərlər
13 oktyabr 2021-ci il tarixdə saat 20:00-da “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə V qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəbin “Müəllimin əl kitabı: Sinfin idarə olunması” layihəsinin açılış mərasimi keçirildi. Tədbir onlayn şəkildə MS Teams platforması üzərindən təşkil olundu. Layihənin tanıtım videosundan sonra layihə rəhbəri, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev layihənin məqsədi, yerli və beynəlxalq təcrübədən qaynaqlanaraq, müəllimlərə sinfin idarə olunması sahəsində peşəkar inkişaf dəstəyinin göstərilməsinin vacib olduğunu vurğuladı.  Layihə çərçivəsində “Müəllimin əl kitabı: Sinfin idarə olunması” adlı vəsaitin və onun videoizahlarının hazırlanacağı, bu istiqamətdə təlimlərin təşkil olunacağı qeyd edildi. Qeyd edək ki, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.Layihə çərçivəsində hazırlanacaq kitabın həmmüəlliflərindən təhsil idarəçiliyi üzrə mütəxəssis, Qoşqar Məhərrəmli, T-network – təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rza Məmmədov çıxış edərək layihə barədə öz fikirlərini bölüşdülər. Tədbirə dəvət olunmuş qonaqlar hal-hazırda bu mövzuda kitabın yazılmasına və təlimlərin təşkilinə böyük ehtiyac olduğunu vurğuladılar.  İştirakçılara layihə çərçivəsində keçirilən onlayn sorğu linki göndərildi, sorğuda fikirlərini bölüşməklə layihəyə dəstək olmaları xahiş edildi və sorğuda bölüşülən təcrübələrdən, deyilən fikirlərdən kitabın yazılmasında sitat kimi istifadə olunacağını bildirildi.
"Dəmir Yumruq" əməliyyatı şagirdlərin gözündə
Xəbərlər
Oktyabrın 13-də Təhsildə inkişaf və nnovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş "Dəmir Yumruq" əməliyyatı şagirdlərin gözündə - layihəsinin təqdimati keçirilimişdir. Təqdimatda Cəlilabad Rayon Təhsil Şöbəsinin nümayəndələri, Cəlilabad rayonunun ümumtəhsil məktəblərinin direktorları iştirak etmişdir.Layihə Rəhbəri Elməddin İbadov layihə haqqında ətraflı məlumat vermişdir. Tədbirdə həmçinin Cəlilabad Rayon Təhsil şöbəsinin işçiləri, aparıcı məsləhətçilər çixiş edərək öz təkliflərini vermişdirlər.Qeyd edək ki, "Dəmir Yumruq" əməliyyatı şagirdlərin gözündə - layihəsini məqsədi Cəlilabad rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirməkdir. Layihə həmçinin II Qarabağ müharibəsini, şəhidlərimizi, qazilərimizi, qəhrəman əsgərlərimizi şagirlərin gözündə görməyi hədəfləyir. Eyni zamanda istedadlı şagirdlərin kəşf edilməsi də, gözlənilən nəticələr arasındadır. Görüş zamanı şagirdlərin müsabiqəyə cəlb oluması mexanizmi və sərginin təşkili məsələləri də, müzakirə olunmuşdur.
Şagirdlərin elektron elm jurnalı – Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsi
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində Azərbaycan Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmovun qalibi olduğu “Şagirdlərin elektron elm jurnalı” layihəsinin açılış mərasimi keçirildi. Layihənin tanıtım videosundan sonra layihə rəhbəri,  Azərbaycan Britaniya Kollecinin müəllimi Qoşqar Məhərrəmov layihənin məqsədi, yerli və beynəlxalq təcrübə, tədqiqatın və elmi araşdırmanın önəmini vurğuladı. Şagirdlərlə tədqiqat və elmi yazı ilə bağlı təlimlərin təşkil olunacağı qeyd edildi.Videokonfrans formatında keçirilən tədbirdə layihə çərçivəsində hazırlanacaq jurnalın elmi heyəti təhsil idarəçiliyi üzrə mütəxəssis, Qoşqar Məhərrəmli, T-network – təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rza Məmmədov, Azərbaycan Məktəbi Jurnalının redaktoru Arzu Soltan, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək layihə barədə öz fikirlərini bölüşdülər.Tədbirə dəvət olunmuş qonaqlar hal-hazırda bu mövzuda jurnalın ərsəyə gəlməsinə və təlimlərin təşkilinə böyük ehtiyac olduğunu vurğuladılar. İştirakçılara layihə çərçivəsində onlayn sorğu linki göndərildi, sorğuda şagirdlərin layihənin təlimlərinə qoşulmaqla bağlı fikirlərini bildirmək xahiş edildi. Qeyd edək ki, layihə çərçivəsində T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə əməkdaşlıq edilcəkdir.
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri - Sağlam rəqabət və innovativ fəaliyyət
Xəbərlər
Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin, islahatların davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan, yeni ideyaların dəstəklənməsindən ibarətdir. Bu il keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də təhsil müəssisələri və müəllimlərimizin innovativ axtarışlarının bəhrəsi kimi qiymətləndirilə bilər. “Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində mental-arifmetika dərnəyinin rolu” Son illərdə müəllimlərimiz arasında təşəbbüskarlığın və yaradıcı axtarışların genişlənməsinə təkan vermiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki qalibləri arasında aktuallığı ilə seçilən layihələrdən biri  “Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində mental-arifmetika dərnəyinin rolu “ mövzusuna həsr olunub. Layihənin müəllifi, Bakı şəhər 136 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Əli Mehdiyev mövzunun əhəmiyyəti və hədəfləri barədə danışır:- Şagirdlərin hərtərəfli inkişafı və sosial aktivliyini təmin etmək üçün xüsusi profilli dərnəklərə ehtiyac vardır. Yeni tipli dərnəklərin təşkilində məqsəd şagirdlərdə səriştələrin formalaşdırılması istiqamətində dərsdənkənar fəaliyyətin düzgün təşkili ilə hər bir şagirdin istedad və qabiliyyətinin üzə çıxarılması, yaradıcılıq imkanlarının aşkarlanması və inkişaf etdirilməsidir. Bundan ötrü hər bir şagirdin meyil və marağı, istedad və qabiliyyətini müəyyən etməklə yanaşı onlar üçün dəstəkləyici mühitin yaradılması vacibdir.  Bu mənada “Mental-arifmetika” dərnəyi də uşaqlarda sürətli zehni və şifahi hesablama qabiliyyətlərinin inkişaf etdirilməsini hədəfləyir. Bu dərnəkdə uşaqlar hesab maşınından istifadə etmədən əvvəlcə abakus (hesab aləti-şotku) üzərində və sonra da şifahi (zehndə) hesablamalar aparır, cavabları saniyələr içində doğru deyə bilirlər.Bu dərnək 4-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məqsəd hər bir uşaqda olan, lakin işlədilməyən bəzi hissiyatları oyatmaqdır. Əvvəlcə uşaqlara abakus (hesab aləti) öyrədilir, sonra isə beyində şifahi sürətli və doğru hesablamalar (toplama, çıxma,vurma, bölmə) yerinə yetirilir və bu zaman abakusa ehtiyac qalmır. Mental-arifmetika uşaqların: 1.Yaddaşını gücləndirir, 2.Sürətli hesablama bacarığını formalaşdırır, 3.Yaradıcılığını artırır, 4.Məntiqi düşüncəsini dərinləşdirir, 5.Beynin sol və sağ yarımkürələrini inkişaf etdirir (eyni vaxtda), beynin bütövlüyünü qoruyur, 6.Riyazi hesablama gücünü artırır, öyrənməmə qorxusunu aradan qaldırır. “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə”  Xocavənd rayon Əmirallar kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ayla İsmayılovanın müsabiqəyə təqdim etdiyi layihə kifayət qədər maraq kəsb edən və innovativliyi ilə seçilən “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə”  mövzusuna həsr olunub. Layihə ümumi təhsilin ilkin səviyyəsində tədrisin modernləşməsi və təkmilləşməsində mühüm əhəmiyyət daşıyır. A.İsmayılova layihəsinin hədəfləri barədə fikirlərini bölüşür:- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas  hədəflər öz əksini tapıb, innovativ inkişaf modelinin reallaşmasi üçün ölkəmizdə artıq mütərəqqi addımlar atılmaqdadır. V qrant müsabiqəsinə təqdim etdiyim “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə”  layihəsinin məqsədi  ibtidai sinif müəllimlərinə dərs prosesində “Quiver Vision” - 3D Artırılmış Reallıq texnologiyalarından istifadə olunmaqla oyun əsaslı öyrənmənin üstünlüklərini mənimsətmək, dərs prosesinin daha uğurlu təşkili və  icrasını təşviq etməkdir.Layihənin davamlılığı, işin daha sürətli olması və Xocavənd rayon məktəblərinin mütəmadi olaraq istər yerli, istərsə də beynəlxalq olimpiadalara hazırlaşmaları üçün yaradılmış bu mərkəzdə müxtəlif istiqamətli ödənişsiz təlimlər təşkil olunacaq. Bu təlim mərkəzində, ilk növbədə, 10 təlimçi müəllim hazırlanacaq. Təlimləri Peşəkar İnkişaf Karyera Mərkəzinin əməkdaşları həyata keçirəcək.  “Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşmaq üçün testlər toplusu” Salyan rayonu Peyk kənd tam orta məktəbinin coğrafiya müəllimi Aytən Balamedovanın  V Qrant müsabiqəsinə təqdim etdiyi “Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşmaq üçün testlər toplusu”  layihəsi şagirdlərimizin beynəlxalq coğrafiya olimpiadalarına  hazırlğının stimullaşdırılmasına və bu sahədə yeni təcrübənin təşviqinə həsr olunub:- Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşmaq istəyən şagirdlər üçün testlər toplusunu hazırlamaq məqsədi ilə bu layihəyə başladıq. Beynəlxalq coğrafiya olimpiadalarında istifadə edilmiş suallar və onların həlləri bu topluda tədqim olunacaq. Nəzərə alsaq ki, beynəlxalq coğrafiya kurikulumu milli kurikulumdan əsaslı dərəcədə fərqlənir, təqdim edilmiş suallarda da ciddi fərqlər mövcuddur. Milli kurikulum üzrə hazırlanmış olimpiada suallarının beynəlxalq kurikulum suallarından əsaslı şəkildə fərqləndiyini nəzərə alsaq, beynəlxalq olimpiada suallarının tərcüməsinə və həlləri ilə verilməsinə böyük ehtiyac vardır.  Hazırladığımız bu toplu həm beynəlxalq olimpiadalara, həm də respublika fənn olimpiadalarına hazırlaşan şagirdlər və onların müəllimləri, eləcə də respublika fənn olimpiadalarının suallarını tərtib edən müəllimlər üçün də çox faydalı olacaq. Onu da qeyd edim ki, test toplusu  milli coğrafiya kurikulumunun beynəlxalq coğrafiya kurikulumuna keçidi üçün faydalı bir vəsait olacaqdır.Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşan şagirdlər üçün Azərbaycan dilində belə bir toplu yoxdur. Bu topluda istifadə edilən suallar beynəlxalq olimpiada səviyyəli suallardır. Toplunu hazırlamaq üçün böyük heyət iş görəcəkdir. Burada ingilis dili və coğrafiya mütəxəssislərinin birgə fəaliyyəti həyata keçiriləcək.  Layihənin ölkə coğrafiyası üçün əhəmiyyətini nəzərə alsaq, görüləcək işlərin çox və məsuliyyətli olacağını deyə bilərik.Layihədən gözlənilən nəticə odur ki, hazırlanacaq test toplusu beynəlxalq coğrafiya hazırlıqları üçün əsas vəsaitlərdən biri olacaq. Beynəlxalq coğrafiya olimpiadalarına hazırlaşan şagirdlər bu vəsaitdən yararlana biləcəklər. Bu vəsait coğrafiya fənni üçün çox böyük töhfə vermiş olacaq. Olimpiada üçün bütün mövzulara aid sualları bir arada və izahları ilə birgə görmək həqiqətən də şagirdlər üçün çox faydalıdır. Belə ki, ənənəvi sual formatının dəyişdirilərək, beynəlxalq sual tipli suallardan istifadə etmək imkanı yaranacaq. “Mənim peşəm mənim gələcəyimdir!” İsmayıllı rayonu Yeniyol kənd S.Abbasov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabovanın V qrant müsabiqəsinin qalibi olan  “Mənim peşəm mənim gələcəyimdir!” layihəsinin isə artıq  icrasına başlanılıb. V.Vahabova layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verdi:- Layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında, əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub. 3 ay müddətində İsmayıllı rayonunda icra ediləcək layihəni həyata keçirməkdə məqsəd yuxarı sinif şagirdləri arasında peşə təhsilinə maraq yaratmaq və peşə təhsilinin ictimai nüfuzunu artırmaqdan ibarətdir. Layihə çərçivəsində oktyabrın 10 -da Yeniyol kənd tam orta məktəbinin 20-yə yaxın VII-IX sinif şagirdləri üçün seminar baş tutub. Oktyabrın 19-da isə Təzəkənd kənd tam orta məktəbinin 30-a yaxın VII-IX sinif şagirdləri üçün təşkil olunacaq seminarda məktəblilərə müxtəlif peşə sahələri haqqında ətraflı məlumatlar veriləcək, düzgün peşə seçiminin əhəmiyyətindən bəhs olunacaq. Təlim iştirakçılarının peşə təhsili mövzusunda təsəvvür və anlama səviyyəsinin ölçülməsi, ilkin təhlil (diaqnostik sorğu, müsahibələr) təlimçiyə şagirdlərdə yaranmış dəyişiklikləri müəyyən etməyə imkan verəcək. Peşə təhsilinə marağı artırmaq üçün müxtəlif peşə sahələrinin dərindən araşdırılması və öyrədilməsinə nail olacağıq. Təlimçi tərəfindən iştirakçılara layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumatlar veriləcək, şagirdlər yerli səviyyədə problemlərin həllinə cəlb ediləcəklər.Layihə iştirakçısı olan 30-a yaxın şagirdin “Azərxalça” ASC-nin İsmayıllı filialına və İsmayıllı Peşə Məktəbinə ekskursiyası təşkil olunacaq.  Ekskursiya zamanı məktəblilər müxtəlif peşələrin sirlərinə dərindən yiyələnəcəklər. Layihənin sosial şəbəkədə səhifəsi də yaradılıb. Səhifədə layihə çərçivəsində görülən işlər vaxtaşırı olaraq işıqlandırılır.Layihə istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin formalaşmasına imkan yaradacaq. Maarifləndirici seminarlar  nəticəsində peşə təhsilinin əhəmiyyəti məktəblilərə daha dərindən çatdırılacaq. Şagirdləri müəyyən peşə sahələri ilə tanış etdikcə onlarda bu peşələrə maraq artacaq, onlar passiv, asılı həyat tərzindən aktiv, bacarıqlı həyat tərzinə keçəcəklər. Peşələri tanıdıqca özlərinin aid olduğu sahəni seçəcək və nəticədə öz peşələri ilə yüksələcəklər. Seminarların keçirildiyi ərazilərdə məktəblilərin peşə seçiminə özgüvəninin yüksəldilməsi təmin olunacaq. Bununla yanaşı, peşə təhsilinin ictimai nüfuzu da yüksələcək.    "Azərbaycan müəllimi" qəzetiOruc Mustafayev     
Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (IGEO və EGEO) hazırlığı
Xəbərlər
Bu gün "Coğrafiyadan şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" layihəsinin həm canlı , həm də onlayn formatda  açılış mərasimi keçirilib.Layihə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə təqdim edilib və qalib olub. Layihə rəhbəri, Bakı şəhər 8№ li tam orta məktəbin coğrafiya müəllimi Yaşar Seyidəliyev beynəlxalq coğrafiya olimpiadası (iGeo) barədə  məlumat verərək bildirib ki,  ölkə üzrə coğrafiyadan xüsusi istedadı ilə seçilən şagirdləri müəyyən edib beynəlxalq coğrafiya olimpiadasına hazırlıq dərsləri keçəcək. Dərslər ingilis dilində beynəlxalq coğrafiya kurikulumu əsasında keçiriləcək və dərslərə cəlb edilən şagirdlər, qeydiyyatdan keçmiş və RFO qalibləri arasından olan şagirdlərdir. Dərslər pandemiya şəraitinə uyğun olaraq avadanlıq və texniki imkanların genişliyinə görə Fortis Academy-də hər şənbə saat 9:00-11:00 –da təşkil olunacaq.Tədbirdə həm özəl, həm də dövlət təhsil müəssisələrinin, BDU, ADPU coğrafiya fakültələrinin dekan-müəllim heyyəti, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin nümayəndəsi, Bakı Qızlar Universitetinin və AMEA Coğrafiya İnstitutunun coğrafiya professor-müəllimləri, tələbə-valideynləri, şagirdlər iştirak etdilər. Tədbirin açılşında  coğrafiyanın əhəmiyyətindən, coğrafiya fənninin tədrisindən, coğrafi informasiyanın rolundan BDU-nun Coğrafiya Fakültəsinin dekanı Şəkər Məmmədova, layihəyə ev sahibliyini edən “Fortis Group” adından “Fortis” akademiyasının direktoru Ramil Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən və coğrafiyanın insan həyatındakı rolundan bəhs etdilər. Ramil Hacıyev bildirdi ki, daha yaxşı hazırlaşmaları üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş siniflər  iGeo komandası şagirdlərinin ixtiyarına verilib.Qeyd edək ki, 2021-ci ildə DİM –nin təşkil etdiyi qəbul imtahanlarında 2-ci blok üzrə ən yüksək nəticə və RFO qalibi, 3 qat olkə çempionu Əflan Bədəlov və digər Prezident təqaüdçüləri bizim qrant müsabiqəsinin qalibi olan layihəmizin müdavimləridir. Bu nəticələr layihəmizin uğurlu layihə olmasından xəbər verir. iGeo ilə görülən işlərdən, Təhsil Nazirliyinin qrant maliyələşməsindən sonra, artıq ölkə iGeo nu tanıdı, hamı coğrafiyadan beynəlxalq olimpiadanın olduğunu öyrəndi.Y.Seyidəliyev onu da vurğulayıb ki, hazırlıqla bağlı yenilikləri layihənin rəsmi “Facebook“ (https://www.facebook.com/groups/1660060690947078) və “İnstagram” (https://www.instagram.com/igeo.az/ , https://www.instagram.com/geograf.az/ )üzərindən izləmək mümkündür. Xatırlatmaq istərdik ki,  "Coğrafiyadan şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III, IV və V qrant müsabiqəsinin qalibi olmuşdur.
“Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsinin açılış tədbiri
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş “Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gənc alim prezident mükafatçısı Elnur Həsənov, Təhsil İdarəsinin əməkdaşları, Samux və Gəncə Şəhər məktəb direktorları, “Güvən” xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı və müəllimlər iştirak ediblər.Gəncə Şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək layihənin mövzusunun aktuallığından, gənc müəllimlərə verilən dəstəkdən danışıb.Layihə rəhbəri M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi Leyla Camalzadə layihə haqqında ətraflı məlumat verərərək görüləcək işlərdən və layihənin nəticəliliyindən bəhs edib.Daha sonra layihənin ekspert və təlimçisi həyata keçiriləcək görüş və təlimlər barədə ətraflı məlumat veriblər.Məlumat üçün qeyd edək ki, layihənin məqsədi məktəblilərdə sağlam psixoloji ruhun formalaşmasını təmin etmək və qarşılaşdıqları çətinliklər zamanı daha optimal çıxış yolları tapmalarına kömək etməkdən ibarətdir.
V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəri "Təhsil səhəri" verilişinin qonağı olub
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəri, Biləsuvar rayon Bağbanlar kənd tam orta məktəbin direktoru Nazim Sadıqov “Zoom” proqramı vasitəsi ilə  “Təhsil " televiziyasında "Təhsil səhəri" verilişinin qonağı olub. Veriliş zamanı layihə çərçivəsində görülən işlərdən danışılıb.Qeyd edək ki, Nazim Sadıqov 44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. Videonu izləmək üçün: (https://www.youtube.com/watch?v=54lUELeMIls)
"Mənim peşəm mənim gələcəyimdir” layihəsinin seminarı keçirilib
Xəbərlər
19 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib.Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova,  təlimçi Elnarə Qasımova və İsmayıllı Rayon Təzəkənd kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib. Tədbiri giriş nitqi ilə İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov açıb. Ardınca çıxış edən layihə rəhbəri, İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib.  Təlimçi Elnarə Qasımova   peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini qeyd edib.“Mənim peşəm mənim gələcəyimdir!”  adlı maarifləndirici flayerlər hazırlanmışdır və yaxın zamanlarda İsmayıllı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında paylanması nəzərdə tutulub.    Sonda seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb. 
V qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş
Xəbərlər
Oktyabrın 20-də Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə onlayn formatda görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin rəsmi nümayəndələri və 179 nəfər qalib layihələrin rəhbərləri iştirak edib. Videokonfrans formatında keçirilən görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov və  Tədqiqat və innovasiya sektorunun mudiri səlahiyyətlərini icra edən, baş məsləhətçi Vüsalə Əliyeva çıxış etdi.Təhsil nazirinin müavini şagirdlərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ümumtəhsil müəssisələrinin qarşısında duran  mühüm vəzifələrdən danışıb. Firudin Qurbanov bildirib ki, müəllimlər, təhsil işçiləri müasir çağırışlara, innovasiyalar, rəqəmsal texnologiyalar, suni intellektin inkişafına hazır olmalarını, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidir.  Çıxışının sonunda müsabiqənin əhəmiyyəti və vacibiyi barədə danışan təhsil nazirinin müavini layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.Sonda layihələrin icrasına verilən tələblərə dair ətraflı məlumat verildi. Qeyd edək ki, 2017- 2021-ci illər üzrə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 226 və “Fərdi” kateqoriya üzrə 592 layihə olmaqla, ümumilikdə 818 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənmişdir. 
Böyük Qayıdış və mina təhlükəsizliyinə aid seminar və təlim keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin dəstəyi ilə “Doğma kəndimizə sağ qayıdaq” adlı layihəsi çərçivəsində Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 nömrəli tam orta məktəbində müəllimlər, valideynlər və şagirdlər üçün Böyük Qayıdış və mina təhlükəsizliyinə aid seminar və təlim keçirilib.Seminarda çıxış edən Füzuli rayonunun “Qayıdış” qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru Təranə Məhərrəmova 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb. O, azad olunan ərazilərimizin minalarla çirkləndirildiyini bildirib, məktəblilərin və bütövlükdə rayon əhalisinin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edib, layihənin aktuallığından, məqsəd və vəzifələrindən söhbət açıb.Tədbirdə “Zəfər tariximiz, beynəlxalq humanitar hüquq və təhlükəsiz Böyük Qayıdış” mövzusunda çıxış edən layihənin humanitar məsələlər üzrə eksperti Elçin Sərdarov şanlı Qələbənin əldə olunmasında Azərbaycan xalqının öz Prezidenti ətrafında yumruq tək birləşməsinin, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının mühüm rol oynadığını bildirib.Beynəlxalq Qızıl Xaç Təşkilatının nümayəndəsi Nicat Məmmədov “Mina təhlükəsizliyi və bu sahədə görülən işlər və qabaqlayıcı tədbirlər” mövzusunda çıxış edərək mina təhlükəsizliyinə uşaqların və yaşlıların tam məsuliyyətlə yanaşmasının vacibliyini qeyd edib, minalanmış ərazilərə səfərlərin təhlükəli olması və faciəli nəticələri, çətin vəziyyətə düşmüş halda atılacaq düzgün addımlar haqqında iştirakçıları məlumatlandırıb.Qubadlı və Kəlbəcərin azad olmasına görə medallara layiq görülmüş hərbi həkim, polkovnik-leytenant Vüqar Bağırov “Minadan zərər çəkmiş insana ilk yardım”, məktəbin hərbiyə hazırlıq fənninin müəllimi, Füzuli, Qubadlı və Şuşa uğrunda döyüşmüş və medallarla təltif olunmuş baş leytenant Rahil Babayev “Hərbiyə hazırlıq dərslərində mina təhlükəsizliyinə dair məlumatın təqdim edilməsi və bu sahədə tələbatlar”, Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Aynurə Rəşidova “Postmüharibə dövründə böyük qayıdışa hazırlıqda ailədə uşaqların maarifləndirilməsi” mövzularında çıxış ediblər. Çıxışlardan sonra mina təhlükəsizliyinə dair interaktiv formatda təlimlər keçirilib. Təlimlərin sonunda məktəblilər çəkdiyi rəsmlərdə və yazılarda azad olmuş doğma kəndləri ilə bağlı arzularını əks etdiriblər.

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəri, Xızı rayon Türkoba kənd ümumi orta məktəbin tarix müəllimi Emin Piriyev “Təhsil " televiziyasında "Təhsil səhəri" verilişinin qonağı olub. Veriliş zamanı Emin müəllim keçdiyi şərəfli və müzəffər döyüş yolundan və layihə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edək ki, Emin Piriyev 44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. Videonu izləmək üçün: (https://youtu.be/wuWk5dLYGJ4)
Şagirdlər Vətən müharibəsi iştirakçısı olan müəllim ilə birlikdə “Zəfər” kitabı yazacaq
Xəbərlər
Təhsil Nazirlyinin Təhsildə İnkişaf və İnovasiyalar üzrə V Qrant Müsabiqəsi çərçivəsində “Zəfər klubu” yaradılıb. T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə yaradılan “Zəfər klubu”nda Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü təşkil ediləcək, şagirdlərin yazı yazmaq bacarıqlarının inkişafı üçün ustad dərsləri keçiriləcək, görüşlərdən əldə edilən informasiyalar hekayələşdiriləcək. Beləliklə, layihə rəhbəri, Vətən müharibəsi iştirakçısı, Xızı rayon  Türkoba ümumi orta məktəbininin tarix müəllimi, Xocavəndin azad edilməsinə görə medalla təlif edilən prezident mükafatçısı Emin Piriyevin və şagirdlərin hekayələrindən ibarət kitab çap ediləcək.Görüşlər və ustad dərsləri hər şənbə onlayn formatda təşkil olunacaq.Layihədə iştirak etmək, çap olunacaq kitabda şagirdlərinin hekayələrinin yer almasını istəyən məktəblər, müəllimlər T-Network platforması ilə əlaqə yarada bilərlər.
“Qeyri-standart terapiya” layihəsinin növbəti təlimi keçirildi
Xəbərlər
Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan “Qeyri-standart terapiya” layihəsi çərçivəsində 2-ci art terapiya keçirildi. Art terapiyanın 2-ci günündə oyun terapiyasından istifadə olunaraq şagirdlər qruplara bölündü. Psixoloq İlahə Dadaşova qrup daxilində ünsiyyət bacarığı, qarşılıqlı kömək xüsusiyyətlərini inkişaf etdirən müxtəlif oyunlar keçirdi.Oyun terapiyası zamanı təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edildi.Qeyd edək ki, layihənin məqsədi 15 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaqdan ibarətdir.4 gün keçirilməsi nəzərdə tutulan art terapiyalarda Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 15 şagirdi iştirak edir. 
Aylıq hesabatların dinlənilməsinə başlanılıb
Xəbərlər
Oktyabrın 30-da Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin dəstəyi ilə  icra olunan  layihələrin bir qisminin  aylıq hesabatı dinlənilib. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov müzakirəni giriş sözü ilə açaraq layihələrərin səmərəliliyini və əhəmiyyətini vurğulayıb. Videokonfrans formatında keçirilən tədbirdə layihə rəhbərləri - Ceyhun Bayramlı “Coursera kursları –Gələcək Karyera Quruculuğunda”, Dilarə Cəbrayilova “Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca”, Rauf Rəhimov “İnteraktiv Geogebra Platforması Azərbaycan dilində”, İlahə Əlili  “Xarici dilləri Duolingo ilə öyrənək” , Qəmzə Süleymanova “"Duolingo" pəncərəsi ilə Azərbaycandan dünyaya”, Yeganə Ramazanova “Riyaziyata toxunaq, öyrənək”, Ayla Ismayilova “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə” , Arzu Süleymanova “İnklüziv təhsildə məktəbə hazırlıq mərhələsinin interaktivləşdirilməsi” layhələrinin fəaliyyətinə dair hesabatlar təqdim etdilər. Layihə rəhbərlərinin “Microsoft Teams” platforması üzərindən məruzə etdikləri hesabatlar geniş müzakirə edildi. Sonda layihələrin fəaliyətində mövcud problemlərin həllindən, qarşıda duran əsas vəzifələrin icrası istiqamətində zəruri tövsiyələr verildi. Qeyd edək ki, hissə-hissə bütün layihələrin fəaliyyətinə dair hesabat məruzəsi davam edəcək. Məlumat üçün bildirək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş 179 layihənin 174-nün  pandemiya şəraitinə uyğun olaraq əyani və onlayn icrasına başlanılıb, növbəti aylarda isə digər 5 layihənin icrasına start veriləcək. 
Layihə rəhbəri Təranə Nuriyeva: "İncəsənət və texnologiyanı birləşdirərək şagirdlərə “animasiya”nı təqdim edirik."
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihəsi olan " Mənim animasiyam" dərnəyidir. Layihə rəhbəri Təranə Nuriyevanın layihə haqqında fikirlərini sizlərə təqdim edirik:Belə bir layihənin rəhbəri olmaq təbii ki, sevindirici bir haldır. Belə bir layihəni reallaşdırmaqda mənə dəstək olan Təhsil Nazirliyinə və Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin təşkilatçılarına xüsusi təşəkkürümü bildirirəm.Yeni nəslin böyüdüyü dövr texnologiya əsridir. Texnologiyası özünü təsəvvür edə bilməyən bir nəsil ilə yaşayırıq. XXI əsrin tələbi olan “texnoloji əyləncələr” uşaqlarda diqqət yayınıqlığına, özünəqapanmağa, özgüvən əksikliyinə və yaradıcı təfəkkürün ləngiməsinə gətirib çıxarır. Lakin biz böyüklər nə etsək də uşaqlarımızı bu “texnoloji əyləncələrdən”  təcrid edə bilmərik. Çünki dövr, zaman bunu bizdən tələb edir.Diqqət yayınıqlığı nəticəsində ibtidai sinif şagirdləri beyinlərində qurduqları fikirlərə fokuslanıb izah edə bilmirlər. Diqqət yayınıqlığı kreativ düşüncəni, analitik düşüncəni, göz və əlin bir- biri ilə koordinasiyasını ləngidir. Konsentrasiyanı gücləndirəcək ən yaxşı metod xırda detallarla işləməkdir. Çünki şagird bu zaman diqqətini cəmləməyə məcbur olur. Digər bir məsələ isə ibtidai sinif şagirdlərində özünəqapanıqlığın çox olmasıdır. Nəzərə alsaq ki, müasir dövr uşaqları ev şəraitində kompüterdə müxtəlif proqramlarla vaxt keçirirlər, bu qaçınılmazdır. Nəticədə isə bu yaş qrupundakı uşaqlarda özgüvən əksikliyi yaranır. Araşdırmalara əsasən özgüvən əksikliyini 2 şəkildə aradan qaldırmaq olur. Bunlardan biri idman, digəri incəsənətlə məşğul olmaqdır.Biz isə incəsənət və texnologiyanı birləşdirərək şagirdlərə “animasiya”nı təqdim edirik. 9-10 yaş qrupuna aid olan şagirdlər öz gördüklərini eləcə də görmək istədiklərini animasiya şəklində hazırlayırlar. Hazırladıqları məhsul onların yaratdığı orjinal məhsul olur. Nəticədə şagirdlərdə özgüvən problemi aradan qalxmış olur. Eyni zamanda şagirdlər animasiyanı yaradarkən kreativ şəkildə düşünməli olurlar. Bu da onlarda kreativ və analitik düşünməyə gətirib çıxarır. İkinci bir tərəfdən isə şagird öz düzəltdiyi animasiyanı ətrafdakı insanlara izah edərkən əlaqə, ünsiyyət qurmalı olur bu isə onun nitqini inkişaf elətdirir.   Qeyd edək ki, layihə 15 sentyabrdan icra olunmağa başlamışdır. Oktyabr ayının ilk həftəsindən dərslər başlamış, həftədə 1 dəfə 2 qrupa bölünərək  icra olunur. 
Təhsildə innovasiyalar üzrə V Qrant müsabiqəsinin dəstəyi ilə "Şəbəkə" adlı layihə icra olunmağa başlayıb.
Xəbərlər
Layihənin açılış tədbirdə Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimov, "Rio2016 Yay Olimpiya oyunları"nın mükafatçısı, Dünya və Avropa çempionu güləşçi Rəsul Çunayev, "Boccia İdman Federasiyası"nın baş katibi və baş məşqçisi İlham Məhərrəmov, həmçinin idmançı heyəti, Səbail rayon 189-190 nömrəli məktəbin şagirdləri, məktəbin direktoru Ceyran Kuliyeva və müəllim heyəti iştirak edib.Layihənin məqsədi OCEP (Olimpiya mədəniyyət və təhsil proqramı) məktəblilərin birgə onlayn təlim, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı olduğu müxtəlif fəaliyyətlərin məktəblilərə aşılamaqdır. Bundan başqa, Boccia idman növü ilə əlaqədar seminar və praktik təlimlərin keçirilməsi nəzərdə tutulub.  Xatırladaq ki, hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib layihələrin icrası uğurla davam etdirilir.
Yenilikçi təşəbbüslər
Xəbərlər
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələriSon illər təhsil sahəsində həyata keçirilən islahatların müsbət nəticələri müəllimlərimizin, ümumi təhsil müəssisələrimizin ciddi fəallığına səbəb olub. Bu, özünü innovativliyə və yeni yanaşmalara əsaslanan təşəbbüslərdə də göstərir.  Artıq 5-ci ildir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri müəllimlərimizin bir sıra uğurlu layihələrlə çıxış etməsinə stimul yaradıb. Yenilikçi müəllimlərimizdən bir qrupunun V Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələrini oxuculara çatdırmaqda davam edirik.“Aerokosmik mühəndislik - pilotsuz uçan aparatlar mərkəzi” Bakının uğurlu tədris ənənələri ilə seçilən ümumtəhsil müəssisələrindən olan  287 nömrəli “Zəkalar” liseyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində “Aerokosmik mühəndislik- pilotsuz uçan aparatlar mərkəzi” layihəsi ilə qalib olub. Layihənin rəhbəri, liseyin direktoru Aygün Əhmədlinin sözlərinə görə, bu layihədə məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən yeniliklərin ölkəmizdə də həyata keçirilməsinə nail olmaqdır. - Layihənin əsas vəzifəsi - dronların şagirdlər tərəfindən hazırlanması, onlarla işləmə bacarığının təkmilləşdirilməsi, şagirdlərin gələcək robotexnika olimpiadalarında, “Sabahın alimləri” müsabiqəsində bir gənc ixtiraçı alim kimi çıxış etmələrinə imkan yaradılması, görkəmli elm adamları ilə görüşlərinin təşkil edilməsidir. Şagirdlərin avia-raket modelçiliyi və Aero mühəndislik peşələrinə yiyələnməsinə yardım edilməsi,  STEAM bacarıqlarının dəstəklənməsi və həvəsləndirmə, gələcək pilotsuz uçan təyyarə mühəndislərinin, gənc mütəxəssislərin hazırlanması da əsas hədəflərdəndir. Layihədə 7-14 yaş qrupu şagirdlər və müəllimlər üçün 4 ay ərzində Master Robot- Dron Texnologiyası proqramı üzrə təlimlərin keçirilməsi planlaşdırılıb. Təlim müddətində şagirdlərə həm nəzəri, həm də  praktiki bacarıqlar öyrədiləcək və nəticədə onlar pilotsuz uçan aparatların hazırlanması üçün kiçik mühəndis kimi formalaşacaqlar. Bu gün Azərbaycanda müxtəlif  uşaq inkişaf,  texniki  yaradıcılıq mərkəzləri mövcuddur.  Bu mərkəzləri məktəbə gətirmək lazımdır. Hazırda ölkə məktəblərində STEAM layihəsi icra olunur. Amma pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsi ilə bağlı bir mərkəz olmadığı üçün “Zəkalar” liseyinin nəzdində Azərbaycanda ilk yeni model  STEAM layihəsi “Gənc Mühəndislər”, “Gənc Mühəndislər- AERO Robotexnika  Mərkəzi” nin yaradılması irəli sürülür. Bu mərkəzdə şagirdlər PUA-ları məhz özləri istehsal edəcək, proqram təminatı yazacaq və sonra onları idarə edəcəklər. AERO Robotexnika Mərkəzi “Zəkalar” liseyinin nəzdində şagirdlərin texniki yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi sahəsində böyük əhəmiyyət daşıyacaq. Ona görə gələcəkdə də liseydə bu fəaliyyətin mərkəz olaraq davam etdirilməsi nəzərdə tutulur.“Şagirdlərin Astronavtika Məktəbi” Təhsildə inkişaf və innovsiyalar üzrə V Qrant müsabiqəsində qalib gəlmiş  və günümüzün çağırışları ilə səsləşən diqqətəlayiq layihələrdən biri də “Şagirdlərin Astronavtika Məktəbi” layihəsidir.  Layihənin müəllifi,  Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova:   - Məlum olduğu kimi, elm dünyasının ən mötəbər və yüksək zirvəsi hesab olunan Beynəlxalq Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ən yüksək səviyyədə ev sahibliyi etməsi üçün təşkilati işlərə başlanılıb. Bu möhtəşəm elm tədbiri ərəfəsində Azərbaycan məktəblilərinin astronavtika sahəsinə meyil və marağının yaradılması çox məqsədəuyğun olardı. Azərbaycanda son illərdə başladılan STEAM tədrisinin qollarından biri də “STEAM to Astronomy”-dir. Yəni, STEAM-da astronavtika üzrə müəllimlər və şagirdlərlə iş aparılması çox aktual istiqamətlərdəndir. Layihə çərçivəsində astronavtika istiqamətində müəllimlər və şagirdlərlə praktik işlərin aparılması, bilik və bacarıqların aşılanması üçün təlimlərin təşkili, Şamaxı Astrofizika Rəsədxanasının,  Bakıdakı Tusi Bohem Planetariumun, “Azərkosmos” ASC və s.  malik olduğu tədris imkanlarından istifadə nəzərdə tutulub. Layihənin məqsədi müəllim və məktəblilərə  astronavtika məzmunlu mühəndislik-dizayn həllərini  proqramlaşdırma ilə vəhdət şəklində mənimsətmək və onlarda XXI  əsr bacarıqlarını formalaşdırmaq üçün şagirdlərin “astronavtika məktəb”ni təşkil etməkdir. Hədəf qrupu olacaq şagird və müəllimlər üçün  STEAM-da astronavtika məzmunlu təlim və fəaliyyətlər təşkil ediləcək, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına elmi-təcrübi ekskursiya, teleskoplarla səmanın müşahidəsi həyata keçiriləcək. Layihə çərçivəsində  “Azərkosmos”ASC-yə ekskursiya təşkil ediləcək. Ekskursiyadan qayıdan şagirdlər öz təəssüratlarını əks etdirən video və ya təqdimatlar hazırlayacaqlar. Məktəblər səviyyəsində astronavtika elminə marağın  yaradılması, potensiallı şagirdlərin aşkarlanması mümkün olacaq. Qeyd edək ki, noyabrın 1-də layihənin artıq açılış mərasimi keçirilib. 100 nəfərə yaxın iştirakçının qatıldığı tədbir yüksək maraqla qarşılanıb.“Mənim animasiyam” Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən biri də “ Mənim animasiyam” dərnəyidir. Layihə rəhbəri Bakıdakı Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Nuriyevadır:   - Belə bir layihəni çoxdan idi ki, reallaşdırmağa çalışırdım. Təhsil Nazirliyinə bu işdə mənə fürsət yaratdığı üçün təşəkkürümü bildirirəm. Hazırkı nəsil texnologiya əsrində böyüyür. XXI əsrin yaratdığı  “texnoloji əyləncələr” uşaqlarda diqqət yayınıqlığına, özünəqapanmağa, özgüvən əksikliyinə və yaradıcı təfəkkürün ləngiməsinə gətirib çıxarır. Lakin biz böyüklər nə etsək də uşaqlarımızı bu “texnoloji əyləncələrdən” təcrid edə bilmərik. Çünki dövr, zaman bunu bizdən tələb edir. Diqqət yayınıqlığı nəticəsində ibtidai sinif şagirdləri beyinlərində qurduqları fikirlərə fokuslanıb izah edə bilmirlər. Diqqət yayınıqlığı kreativ düşüncəni, analitik düşüncəni, göz və əlin bir-biri ilə koordinasiyasını ləngidir. Konsentrasiyanı gücləndirəcək ən yaxşı metod xırda detallarla işləməkdir. Çünki şagird bu zaman diqqətini cəmləməyə məcbur olur. Digər bir məsələ isə ibtidai sinif şagirdlərində özünəqapanıqlığın çox olmasıdır. Müasir dövrün  uşaqları ev şəraitində kompüterdə müxtəlif proqramlarla vaxt keçirdiklərindən bu cür halın baş verməsi qaçılmazdır. Nəticədə,  bu yaş qrupundakı uşaqlarda özgüvən əksikliyi yaranır. Araşdırmalara əsasən özgüvən əksikliyini 2 şəkildə aradan qaldırmaq olur. Bunlardan biri idman, digəri incəsənətlə məşğul olmaqdır.  Biz isə incəsənət və texnologiyanı birləşdirərək şagirdlərə “animasiya”nı təqdim edirik. 9-10 yaş qrupuna aid olan şagirdlər öz gördüklərini, eləcə də görmək istədiklərini animasiya şəklində hazırlayırlar. Hazırladıqları məhsul onların yaratdığı orijinal məhsul olur. Nəticədə şagirdlərdə özgüvən problemi aradan qalxmış olur. Eyni zamanda şagirdlər animasiyanı yaradarkən kreativ şəkildə düşünməli olurlar. Bu da onlarda kreativ və analitik düşünməyə gətirib çıxarır. İkinci bir tərəfdən isə şagird öz düzəltdiyi animasiyanı ətrafdakı insanlara izah edərkən əlaqə, ünsiyyət qurmalı olur, bu isə onun nitqini inkişaf etdirir. Layihəmizin icrası sentyabrın 15-dən başlayıb. Oktyabr ayının ilk həftəsindən layihə həftədə 1 dəfə 2 qrupa bölünərək icra olunur. Şagirdlər animasiya proqramları ilə müxtəlif videolar hazırlayırlar. Düşünürəm ki, bu layihə yeni nailiyyətlərə səbəb olacaq, yeni yanaşmalar ortaya çıxaracaq. “İnklüziv siniflərdə STEM+ART layihəsinin tətbiqi” Məlumdur ki, son illərdə dünyada fənlərin inteqrasiyasına əsaslanan STEM təhsil yanaşması məzmunca yeni keyfiyyətdə çıxış edir. Gəncə şəhər 21 nömrəli tam orta məktəbin müəllimi Aygün Rzayevanın  “İnklüziv siniflərdə STEM+ART layihəsinin tətbiqi” layihəsi də bu yeni məzmuna adekvat münasibət kimi qiymətləndirilə bilər. Layihə barədə müəllif  özü məlumat verir: - Son illərdə STEAM təhsil müasir təhsil fenomeni kimi  peşəkar səriştələrə malik mütəxəssis hazırlığında  mühüm istiqamət kəsb etməkdədir. STEAM layihəsi hazırda Bakının 42 ümumi təhsil müəssisəsində tətbiq olunur. Lakin bu təlimlər və dərslərdə iştirak edənlər sağlam siniflərdə təhsil alan, heç bir fiziki qüsuru olmayan şagirdlərdir. Apardığımız araşdırmaya görə,  Rusiya Federasiyası, ABŞ, Finlandiya və Estoniya kimi ölkələrdə inklüziv təhsildə STEAM layihəsinin tətbiqi uğurla davam edir. Şagirdlər bu təlimlərin sayəsində özlərini daha sərbəst və daha innovativ ideyalara sahib bilik və bacarıqlara malik tərzdə aparır və hətta öz fiziki qüsurlarını belə unutmuş olurlar.  Bu gün irəli sürdüyümüz ideyanın məqsədi - yeni bir təhsil modelinin Azərbaycan təhsilində tətbiqinə nail olmaq və Gəncə şəhərində yeni yaradılacaq STEAM+ART Tədris Mərkəzində ilk dəfə inklüziv siniflərdə STEAM layihəsinin tətbiqinə başlamaqdır. Bu Mərkəzə azərbaycanlı mütəxəssislərlə birgə eyni zamanda Türkiyə və Avropa mütəxəssisləri də dəvət olunacaq.  Layihənin vəzifələrinə  STEAM+ART Təhsil Mərkəzinin  yaradılmasına, inklüziv siniflərdə xüsusi təlim proqramı əsasında gələcəyin dahi şəxsiyyətlərinin yetişdirilməsinə,   layihə vasitəsi ilə öyrənmə və təhsilə olan baxışların innovativ istiqamətdə dəyişdirilməsinə nail olmaqdır. Praktiki bacarıqlara diqqət yetirərək, məktəblilər öz iradələrini, yaradıcılıq potensialını, çevikliyini inkişaf etdirir və başqaları ilə əməkdaşlıq etməyi öyrənirlər. Bu bilik və bacarıqlar tədrisin əsas hədəfini, yəni bütün təhsil sisteminin məqsədini təşkil edir. STEM+ART Tədris Mərkəzi beynəlxalq təcrübəni özündə əks etdirəcək. Bu  tədris Mərkəzində elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşqələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərəcək.   Bu mərkəz bir məktəb rolunu oyanacaq. İrəli sürdüyümüz məsələ inklüziv təhsil sahəsində tam yenilik olacaq. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alacaq, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı vermiş olacaq. “3D modelləşdirmənin və Google Sketchup proqramının təhsilə tətbiqi” Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin informatika müəllimi Aytac Əkbərli  V Qrant müsabiqəsində  “3D modelləşdirmənin və Google Sketchup proqramının təhsilə tətbiqi” layihəsi ilə iştirak edib və qalib elan olunub. - Hazırda  təhsil sistemi qarşısında yüksək 3D bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatın müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi durur. Ən aktual məsələlərdən biri də məktəblərdə STEAM layihəsinin tətbiq olunmasıdır. Məhz STEAM layihəsinin tətbiqində də 3D modelləşdirmədən istifadə olunur. 3D vasitəsilə informasiyanın imkanları artır, rəng və forması dəyişən əşyaların təsvirini reallaşdırır. 3D nəinki insanların koqnitiv imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyəti üçün maraqlı imkanlar açır. Layihəmin əsas məqsədi SketchUp proqramının tətbiqi ilə əlaqədər yeni bacarıqların formalaşması haqqında müzakirələr aparmaq, şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılmasıdır. Bir informatika müəllimi olaraq düşünürəm ki, kompüter biliklərinin əsası məhz orta məktəbdə ibtidai təhsildə qoyularsa, daha yaxşı nailiyyətlər əldə bilərik.Məhz məqsədim də şagirdlərə bu proqramı daha dərindən və əyləncəli formada mənimsətmək, həmçinin onlarda formalaşan bacarıqları üzə çıxarmaqdır. 3D modelləşdirməyə, yəni SketchUp proqramına marağı olan istedadlı şagirdlər üçün dərnək və təlimlər təşkil etmək, müxtəlif təlim üsulu və vasitələrdən istifadə edərək şagirdlərin 3D modelləşdirmə sahəsində bilik və bacarıqlarını artırmaqdır. Layihənin vəzifəsi Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə, eləcə də Bərdə, Yevlax, Gəncə və Ağdam rayonları üzrə 200-ə yaxın şagirdi müxtəlif təlim proqramları - 3D modelləşdirmə və Google SketchUp proqramı üzrə məlumatlandırmaq, onların qazandığı vərdişləri inkişaf etdirmək, rəğbətləndirmək və informatika fənn olimpiadalarında iştirak etmələrinə dəstək olmaqdır. Layihəmdəki əsas vəzifə yalnız təhsil prosesini təmin edən üsul deyil,  həm də məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açacaq, uşaqları yeni biliklər qazanmağa sövq edəcək. "Azərbaycan müəllimi" qəzeti,Oruc MUSTAFAYEV
Təlimlər davam edir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində "Fərdi" kateqoriya üzrə qalib olan “Diskalkuliya - Hesablama Çətinliyi» layihəsinin icra planına uyğun olaraq təlimlər davam edir.191 nömrəli tam orta məktəbdə keçirilən təlimə məktəbin müəllimləri və valideynlər cəlb olunmuşdur.  Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət himni səsləndirilib. Təlimdə layihə təklifinin aktuallığı, layihənin məqsədi, vəzifələri, görüləcək işlər  və gözlənilən nəticələr barədə layihə rəhbəri Nərgiz Məmmədli , Diskalkuliyanın dövrumüzdə olan aktuallığı, əlamətləri, korreksiya yolları, valideyn və müəllim əməkdaşlığından layihənin təlimçisi Çinarə Məmmədova , Diskalkuliyanın psixoloji tərəfləri mövzusunda Zəhra Əhmədova çıxış etmişdir. Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Daha sonra Nərgiz Məmmədli tərəfindən  hazırlanmış   " Diskalkuliya- Hesablama Çətinliyi "nin əyani  vəsaiti təqdim edildi. Təlimin sonunda iştirakçılar sertifikat ilə təltif olundular.  
"Oyun ustası" adlı yarış keçirildi
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib olan "Şəbəkə" layihəsi çərçivəsində icra planına uyğun olaraq "Oyun ustası" adlı yarış keçirildi.  Olimpiyaçı, cüdo üzrə yığma komandanın kapitanı, Atletlər komissiyasının sədri Rüstəm Orucov, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri Ceyhun Bayramov, Action qrup  şirkətinin rəhbərləri Oktay Məmmədov, Natiq Əliyev, 189-190 nömrəli məktəbin direktoru Ceyran Kuliyeva layihə çərçivəsində 189-190 nömrəli məktəbdə keçirilən yarışın gedişini izləyiblər. Qeyd edək ki, yarışda 3 məktəb medallar uğrunda mübarizə apardı və qaliblər hakimlər tərəfindən oyunda xal prinsipinə uyğun olaraq müəyyən edildi. Yarışın nəticəsi olaraq I yeri 189-190 nömrəli məktəb, II yeri 2 nömrəli məktəb lisey, III yeri 193 nömrəli məktəbin komandaları tutub. Yarışın sonunda layihə rəhbəri Namiq Cəfərov çıxış edərək qalibləri təbrik etdi, yarış iştirakçılarına və qonaqlara təşəkkürünü bildirdi. Yekunda birinci, ikinci və üçüncü yerləri tutan komanda iştirakçılarına medallar təqdim edildi.Video üçün keçid: (https://www.youtube.com/watch?v=erDyfUr_cDo)    
Təhsildə yeni yanaşmalar
Xəbərlər
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələriYaşadığımız reallıqlar və yeni texnologiyalar dünyanın təhsil düzənində də əsaslı dəyişikliklər yaradıb. Təhsilalanların ənənəvi təlim üsullarından fərqli yanaşmalar tətbiq olunmaqla XXI əsrin bilik və bacarıqlarına, səriştələrinə alışdırılması pedaqoji  müəssisələrdən, müəllimlərdən də tədris prosesində innovasiyaların tətbiqini tələb edir. Bu baxımdan, Təhsil Nazirliyinin  təşəbbüsü ilə cari tədris ilində keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi”nin qalib layihələri arasında bəhs etdiyimiz yanaşmalar üstünlük təşkil edir. Onlarla daha yaxından tanış olaq.“Qeyri-standart terapiya”V Qrant müsabiqəsinin qalib layihələrindən biri “Qeyri-standart terapiya” layihəsidir. Bakıdakı 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova müəllifi olduğu layihənin məqsədi və icrası çərçivəsində görülmüş işlər barədə məlumat verir: - Layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş 15 uşaqla art terapiyanın  keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha rahat  olmalarını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artırılması, onlar üçün maneəsiz yaradıcı mühitin  yaradılmasından ibarətdir. Art terapiyalarda Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 8-12 yaş qrupuna daxil olan 15 şagirdi iştirak edib. Layihə ərzində 4 gün art terapiyalar (rəsm, oyun, gil, musiqi) keçirilib. Layihənin icrası çərçivəsində psixoloq Şəbnəm Əlizadə tərəfindən psixodiaqnostik test metodundan istifadə edilərək hər bir uşağın daxili aləmi, onu narahat edən problemlər haqqında məlumatlar toplanılıb, eləcə də fərdi problem sahəsi müəyyən edilib. Bundan əlavə, şagirdlərlə izoterapiya keçirilib. İzoterapiya zamanı uşaqlar rəsm çəkərək öz həyəcanlarını, düşüncə və qorxularını asanlıqla əks etdiriblər.  Şagirdlər onların psixoloji, emosional və fiziki vəziyyətlərinə təsir edən rənglərin vasitəsilə müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər yaradıblar. Bundan əlavə, oyun terapiyasından istifadə olunaraq şagirdlər qruplara bölünüb və onların ünsiyyət bacarığı, qarşılıqlı kömək xüsusiyyətləri, qrupdaxili və qruplararası bacarıqları inkişaf etdirilib. Hər qrupun lideri və passiv üzvü aşkara çıxarılıb. Oyun terapiyası zamanı təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edilib.  Şagirdlər gildən istifadə edərək hazırlanan müxtəlif fiqurları rəngləyərək, eləcə də daş tozundan müxtəlif formalı qəliblər vasitəsilə kiçik fiqurların hazırlanmasını öyrəniblər.  Təlimçi, keramika üzrə rəssam, müəllim Aytən Dadaşova şagirdlərə gil texnikasının özünəməxsus xüsusiyyətlərini, digər texnikalardan fərqlənən əsas cəhətlərini izah edib. Daha sonra  musiqi terapiyası keçirilib. Bu çərçivədə musiqi terapiyası ilə art terapiyanın birləşməsindən ibarət olan oyun texnikasından istifadə edilib.Texnika vasitəsilə emosional katarsiz olunma təmin edilib, eləcə də uşaqlar musiqi vasitəsilə relaksasiya olunub. Terapiyanın əsas hissəsində şagirdlərin iştirakı ilə müxtəlif musiqi nömrələri və mahnılar ifa olunub. Bütün bunlar uşaqların əhvali-ruhiyyəsini yüksəldərək duyğu və emosiyalarını sərbəst şəkildə hiss etmələrinə səbəb olub.  Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına şərait yaratdığı üçün şagirdlərlə birlikdə müxtəlif mahnılar da ifa olunub. Musiqi terapiyası dincəlmək, qeyri-müəyyənliyi və narahatlığı aradan qaldırmaq üçün fəal şəkildə istifadə edilib. Terapiyanın sonunda şagirdlər sertifikatlarla mükafatlandırılıb.“Riyaziyyata toxunaq, öyrənək”Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın riyaziyyat müəllimi, “Riyaziyyata toxunaq, öyrənək” layihəsinin müəllifi Yeganə Ramazanova qeyd edir ki, şagirdlərə  “STEAM nədir? Layihə əsaslı öyrənmənin həyatımızda rolu varmı” kimi suallar ünvanlasaq, onlar söhbətin nədən getdiyini bilməyəcəklər. Onlar riyaziyyatı quru, həyatla heç bir əlaqəsi olmayan bir fənn hesab edir, öyrəndiklərimizin bizə həyatda harada, nə zaman gərəkli olacağı kimi suallarla böyüyürlər.- Riyaziyyat fənninin tədrisinin real həyatla əlaqələndirilməsi üçün dizayn, mühəndislik, incəsənət, fənn biliklərinin bir arada öyrədilməsi şagirdlərimizin yaradıcı olmalarına kömək edəcək. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM yanaşma, praktik məşğələlər vasitəsilə elmi- texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərməyimiz daha vacibdir.Layihə əsaslı öyrənmə ilə tanışlıq nəticəsində şagirdlər mühəndis dizayn proseslərinin ardıcıllığı ilə tanış olacaqlar. Əvvəl müzakirə, iş bölgüsü, dizayn, yalnız bundan sonra inşa mərhələsi başlayır. Hər bir ayın sonunda  bir  layihə tamamlanmış olacaq.  Hər bir sinif əldə etdikləri nəticələri web 2.0 alətlərindən istifadə etməklə ictimaiyyətə təqdim edəcək. Bununla həm də öz  maraqlarını internetdən səmərəli istifadəyə yönəltmiş olacaqlar.Şagirdlər bu layihənin icrası zamanı özlərini ifadə etmək bacarığını öyrənirlər. “Riyaziyyatı mühəndisliklə öyrənək” adlı layihədə şagirdlər  əldə etdikləri bilgilərlə gündəlik həyatlarında mövcud problemlərə yaradıcı həll yollarını tapma, düşünmə qabiliyyətləri formalaşacaq ki, bu da XXI əsrin əsas tələblərindəndir. “Riyaziyyata toxunaq, öyrənək” layihəsində şagirdlərin əylənərək, düzəldərək, öyrəndiklərini əllə tutula biləcək hala gətirərək, həyati  bacarıqlar qazanmalarını və eyni zamanda müxtəlif sahələrdə riyaziyyatın tətbiqini reallaşdırmaq bacarığını aşılamaq əsas məqsədimizdir.“Riyaziyyatı incəsənətlə öyrənək” aylığında şagirdlərə rəssamlıqda və musiqidə riyaziyyatın rolunu göstərəcəyik. Layihəmizin “Kosmonavtın enerjisi” adlı növbəti ayında şagirdlərin Şamaxı Rəsədxanasına səfəri təşkil ediləcək. Bundan əlavə şagirdlər “Dünyanın dayanıqlı inkişafını özündə əks etdirən 17 məqsədi araşdıracaqlar. Kosmonavtın enerjisini araşdırmaqla 17 məqsədi dərindən mənimsəyib öz həyatlarına tətbiq etməklə “Dünyamızı qoruyaq” layihəsinin iştirakçısı olacaqlar. Layihəmizin əhəmiyyəti:- Riyaziyyatı toxunaraq öyrənmə şagirdlərdə özgüvən hissini artırır. Riyazi məsələlərə öz güvənləri ilə yanaşacaqlar; Şagirdlər sistemli, diqqətli, səbrli və məsuliyyətli olma özəlliklərini daha da inkişaf etdirmiş olacaqlar; Araşdırma, bilik əldə etmə, əldə olunan bilikləri bacarığa çevirmək kimi qabiliyyətləri formalaşacaq; Riyaziyyatın incəsənət, estetika ilə əlaqəsini görmüş olacaqlar;  Riyaziyyat elminin insanlığın ortaq bir dəyəri olduğunu görüb bu elmə dəyər vermiş olacaqlar; Təbiətdə mövcud riyazi asılılığı dərk edəcək, riyazi asılılığı gündəlik həyatlarında tətbiq edəcəklər;  Problemi həlletmə prosesində öz fikirlərini rahatlıqla ifadə edə biləcək, başqalarının riyazi fikir yürütmələrindəki əksikliyi və ya boşluğu görə biləcəklər; Şagird və müəllimlər  web 2.0 alətlərindən istifadə qaydalarını öyrənmiş olacaqlar.“İnteraktiv Geogebra platforması Azərbaycan dilində”Təhsildə tətbiq olunan informasiya texnologiyaları təhsilin bütün səviyyələrinə nüfuz etməkdədir. İT texnologiyalarından geniş istifadə sayəsində şagirdlər tədris materiallarını daha tez əldə edir, öyrənmə prosesi əvvəlkilərə nisbətən daha sürətli gedir.  Zərdab şəhər 1 saylı məktəb-liseyin riyaziyyat müəllimi Rauf  Rəhimovun müəllifi olduğu “İnteraktiv Geogebra platforması Azərbaycan dilində” layihəsi də mütərəqqi yanaşmaları və aktuallığı ilə seçilir. Layihənin hədəfləri barədə müəllif özü məlumat verir:- Son dövrlərdə Təhsil Nazirliyi tərəfindən çoxlu sayda elektron resurslar yaradılaraq şagird və müəllimlərin ixtiyarına verilib. Bununla belə, internet şəbəkələrində əsasən ingilis və rus dillərində çoxlu sayda  tədris resursları vardır ki,  əksər dünya ölkələrinin  şagirdləri bu resurslardan asanlıqla istifadə edə bilirlər.  Şagirdlərimizin  də bu resurslardan istifadə etməsi hədsiz dərəcədə arzuolunandır. Belə ki, əksər ölkələr həmin resursları öz dillərinə tərcümə edərək şagird və pedaqoqların ixtiyarına veriblər. Belə resurslardan biri də ingilis dilli “Geogebra” dinamik platformasıdır. “Geogebra” özündə tədrisin cəbr, həndəsə, cədvəllər,statistika kimi bölmələrini paket halında birləşdirən pulsuz riyazi proqramdır. Bu platformadan V-XI siniflərdə riyaziyyatın tədrisinin bütün mərhələlərində  istifadə  etmək olar. Məsələn, Estoniyada VI sinifdən başlayaraq dərsliklərdə “Geogebra”ya aid çoxlu sayda təlimat və çalışmalar var.“Geogebra” proqramı Avropa və ABŞ-da təhsil üzrə müsabiqələrdə mükafatlar qazanıb. Platformanı  kompüterə, planşet və smartfonlara asanlıqla yükləmək və istifadə etmək olar. “Geogebra”  sadə istifadəçi intreyfeysinə malikdir və dünyanın 60-dan çox dilinə tərcümə olunub, 195 ölkəni əhatə edir. Bu platformadan həmçinin Tinkercad kimi STEAM layihələrində də istifadə etmək olar. Platformanın uğurlu icrasına başlanılıb, 20 şagirdə 3 ay ərzində təlim keçilib.  Təlim zamanı şagirdlər “Geogebra”nın riyaziyyata tətbiqi ilə yanaşı fizika, biologiya,tarix, astronomiya kimi fənlərə inteqrasiya edə bildilər.Onlar platforma sayəsində mühəndis,qrafika və animativ filmlər yaratmaq sahəsində də bacarıqlarını göstərə bildilər. Platformadan hazırda tədris prosesində istifadə edirik. Şagirdlər platformanı bəyənsələr də Azərbaycan dilində interfeysin olmaması çox çətinlik yaradırdı. Platformanın öz dilimizdə olmaması şagirdlərin tez-tez verdiyi suallardan idi . Buna görə də palatformanın icma rəhbərinə məktub yazaraq “Geogebra” platformasının dilimizə tərcümə edilməsinə müsbət cavab aldıq. Platforma tərəfimizdən Azərbaycan dilinə tərcümə edilərək şagird, müəllim və tələbələrin istifadəsinə verildi.Layihəmizin əsas məqsədi  ingilis dilində  mövcud olan açıq öyrədici əlavə resursların (Geogebra platforması) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi, həmçinin platformanı şagird, müəllimlər və tələbələr  arasında populyarlaşdırmaqdır.Oruc MUSTAFAYEV,"Azərbaycan müəllimi" qəzeti
Məktəblilər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya ediblər
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" nin qalib layihəsi olan “Mənim peşəm mənim gələcəyimdir!” adlı layihə çərçivəsində İsmayıllı rayonu Yeniyol kənd tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasında seçilmiş 30-a qədər məktəblinin İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib.İsmayıllı Dövlət Peşə Təhsil Müəssisənin direktoru Zaur Muradov qonaqları salamlayaraq layihə iştirakçılarına müxtəlif sənət növləri və peşələr haqqında ətraflı məlumat verib. Ardınca müəssisə rəhbəri məktəblilərə müxtəlif sənət növləri üzrə ilkin nəzəri və praktiki biliklərin aşılanmasına məqsədi ilə qonaqları peşə sinifləri ilə tanış edib. Burada məktəblilər peşə ixtisasları barədə geniş məlumatlandırılıb. Qonaqlar İsmayıllı Peşə Tədris mərkəzinin dülgər, çilingər, aşpaz və santexnik, mebel quraşdırma, aqronom, dərzi, bərbər, xalçaçılıq, İKT, turizm və informatika otaqlarında olublar, müxtəlif peşə ixtisasının tədrisi prosesini izləyiblər. Ekskursiya zamanı müxtəlif peşə növləri ilə bağlı şagirdlərin sualları cavablandırılıb.Qeyd edək ki, ekskursiyanı keçirməkdə məqsəd məktəblilərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə, şəxsi keyfiyyətlərinə uyğun olaraq müvafiq ixtisas, peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsinə nail olmaqdır.
Layihə planlaşdırılması və layihə təklifinin yazılması üzrə təlimlərin keçirilməsinə başlanılıb
Xəbərlər
Bu gündən Təhsil Nazirliyi tərəfindən ölkə üzrə onlayn formatda “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərin keçirilməsinə başlanılıb. Təlimin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması , layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, hədəf dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının artırılmasından ibarətdir.Təlim proqramı layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihə təklifinin anatomiyası, layihənin icra planı, monitorinq və qiymətləndirmə, layihənin icrası, risklərin idarəedilməsi, PR strategiyası və hesabatların hazırlanması daxil olmaqla bir sıra mövzuları əhatə edəcək.Məlumat üçün qeyd edək ki, təlimlər 36 akademik saat olmaqla qabaqcıl ölkələrdə təcrübə keçmiş beynəlxalq və yerli təlimçilər tərəfindən keçirilir.Təlimlər Bakı şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə yanaşı, ümumtəhsil internat məktəblərində işləyən ümumilikdə 4371  müəllimin cəlb edilməsini hədəfləyir. Qeyd edək ki, təlimin onlayn platformada keçirilməsi bütün bölgələrdə olan müəllimlərimizin qoşulması üçün böyük şans yaradır.  
“Zəfər bizimdir” layihəsi çərçivəsində orta məktəb müasir planşetlərlə təmin olunub
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir “Samsung” modelli planşetlərlə təchiz olundu. 24.11.2021 tarixində orta məktəbin informatika kabinetində məktəbin direktoru İlkin Yaqubovun, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyevin, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayevin, “Zəfər bizimdir” layihəsinin idarə heyətinin üzvlərinin və fəal məktəblilərin iştirakı ilə təşkil olunan təqdimat tədbiri yüksək səviyyədə həyata keçirilib. Təqdimat tədbirini giriş sözü ilə açan layihə rəhbəri öz çıxışında məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına müsbət təsir edən və məktəbin informasiya komunikasiya vasitələri ilə təminatında mühüm irəliləyiş olan “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq 20 ədəd  “Samsung” modelli müasir planşetləri məktəblilərə təqdim edib. Planşetlərə yüklənən məktəblilərin səmərəli fəaliyyətinə şərait yaradan proqramlardan bəziləri nümayiş olunub, məktəblilərin özlərinin də planşetlərdən praktiki istifadəsinə şərait yaradılıb. Layihə rəhbəri həmçinin layihənin icra planına uyğun olaraq 15 yanvar tarixinədək olan müddətdə həmin planşetlərdən istifadə olunaraq Azərbaycanın Qarabağ zəfərinə həsr olunan müxtəlif vətənpərvərlik mövzularında onlayn platforma üzərində 6 dəfə təlimlərin həyata keçiriləcəyini qeyd edib. Tədbirdə çıxış edən Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin direktoru İlkin Yaqubov bu layihənin məktəbə qatdığı böyük imkanlara görə çox sevincli olduğunu qeyd edib. Məktəbin informatika kabinetinə təqdim olunan 20 ədəd müasir planşetin məktəblilərin təhsil həyatında önəmli rol oynayacağını qeyd edib. Bundan əvvəlki illərdə pandemiya şəraitində texniki imkanların zəifliyi üzündən dərslərə evindən qoşula biləməyən şagirdlərin bundan sonrakı dövrlərdə əgər eyni çətin şərait yaranacaqsa texniki baxımdan bu planşetlərlə təmin olunacağını vurğulayaraq məktəbin ümumi təhsil hədəflərinin tamlaşmasında layihənin müsbət və real rolunu qeyd edib. Çıxışının sonunda məktəb müəllimlərinin innovativ ideyalarının bu şəkildə ən yüksək səviyyədə dəstəklənməsindən ötrü Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.Tədbirin sonunda çıxış edən “Zəfər bizimdir” layihəsinin eksperti Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev ilk öncə məktəbliləri təbrik edib. Layihə çərçivəsində müasir planşetlərlə təmin olunan məktəbin əldə etdiyi böyük imkanlardan danışıb. Müasir dünyaya ən qısa zamanda inteqrasiya üçün İKT vasitələrinin önəmli rolundan danışaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin nəinki ölkəmizin ən uğurlu təhsil müəssisələri ilə, həmçinin dünyanın uğurlu layihələri ilə onlayn qoşulmaqla yüksək səviyyədə əməkdaşlıq qura biləcəklərini qeyd edib. Tədbir məktəblilərin hədsiz sevinc hissləri ilə müşayiət olunub.Qeyd edək ki, “Zəfər bizimdir” layihəsi 15.09.2021-15.02.2022 tarixlərində Lənkəran rayonunda icra olunur.                                            
Beynəlxalq və yerli təlimçilərdən ibarət komandamızla təlimlərə davam edirik
Xəbərlər
Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlərin keçirilməsi davam edir.Noyabrın 22-dən həyata keçirilən və hazırda davam edən təlimlərə 1 həftə ərzində ölkənin müxtəlif yerlərindən 500-ə yaxın pedaqoji heyət cəlb edilib. Təlimlərə Bakı şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində çalışan 4371  təhsilverənin cəlb edilməsi hədəflənib.Effektiv layihə təklifinin hazırlanması və yazılması bacarıqlarının aşılanması məqsədi ilə keçirilən təlimlərdə layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, və s. kimi mövzulat tədris olunur. 50 nəfərə yaxın beynəlxalq və yerli təlimçilərdən ibarət komandamızla təlimləri keçməyə davam edirik. Ümid edirik ki, təlimlər zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar uğurlu layihələrin reallaşdırılmasına təkan verəcək.Qeyd edək ki, təhsilverənlər ərazi üzrə təhsili idarəetmə qurumlarına müraciət etməklə təlimlərə qatıla bilərlər.
Coğrafiya fənnini tədris edəcək müəllimlər üçün layihənin açılış tədbiri həyata keçirilib
Xəbərlər
Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi, Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu  “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə Coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin açılış tədbiri həyata keçirilib. Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan tədbirdə Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev, layihənin rəhbəri Nəvai Qənbərov, layihənin eksperti Samir Salayev, layihənin təlimçisi – peşəkar CİS mütəxəssisi Samir Vəlizadə,  layihəyə iştirakçı kimi seçilən müəllimlər və Astara rayonu təhsil ictimaiyyətinin bəzi nümayəndələri iştirak edib. Açılış tədbirinə giriş sözü ilə layihə rəhbəri Nəvai Qənbərov başlayaraq bütün iştirakçıları salamlayıb layihənin mahiyyəti barədə məlumat verib. Coğrafiya müəllimləri üçün belə vacib tədbiri maliyyələşdirdiyi üçün Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.Tədbirdə çıxış edən Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev gələn qonaqları salamladıqdan sonra innovativ ideyalarına görə gəncləri alqışladığını ifadə edib. Belə bir layihənin şəhər C. Babayev adına 3 saylı tam orta məktəbinin müəllimi tərəfindən irəli sürüldüyünə və dəstəkləndiyinə görə çox sevindiyini qeyd edib.Daha sonra çıxış edən layihənin eksperti – Lənkəran Dövlət Universitetinin müəllimi, “Ekoloji kartoqrafiya və Coğrafi İnformasiya Sistemləri” fənnini tədris edən Samir Salayev CİS-in önəmli cəhətlərini qeyd edib. Azərbaycanın qazandığı 44 günlük Zəfər müharibəsində CİS-in əvəzsiz rolunu qeyd edib. Həmçinin coğrafiya müəllimlərinin CİS-dən istifadə edərək şagirdlərə daha praktik dərslər keçmək imkanlarına malik olduqlarını vurğulayıb. Samir Salayev layihəyə iştirakçıların seçimindən danışaraq qeyd edib ki, layihədə 15 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulsa da, layihəyə müəllimlərin yüksək marağını nəzərə alan layihənin idarə heyəti  20 nəfər iştirakçının seçiminə qərar verib. Sonra çıxış edən layihənin təlimçisi, peşəkar CİS mütəxəssisi Samir Vəlizadə bundan əvvəlki dövrlərdə Bakı şəhərində həyata keçirilən CİS təlimlərindən nümunələr gətirməklə layihədə nəzərdə tutulan təlimlərin formatı barədə məlumat verib. Qeyd edib ki, layihənin icra planına uyğun olaraq növbəti həftədən başlayaraq həftə ərzində 2 gün seçiləcək və gündə 3 saat olmaqla onlayn formatda “Google meeting” platforması üzərindən təlimlər həyata keçiriləcək. Sonda iştirakçıları maraqlandıran suallara ətraflı izahlar verilib.Ümumilikdə iştirakçıların böyük marağına səbəb olan açılış tədbirinin müəyyən hissəsi layihənin “Facebook “sosial media hesabından canlı yayımlanmışdır. Məlumat üçün qeyd edək ki, “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi 15.09.2021-15.03.2022 tarixlərində Astara şəhərində ümumtəhsil müəssisələrində Coğrafiya fənnini tədris edən müəllimlər üçün icra olunur. Layihəyə çərçivəsində nəzərdə tutulan təlimlər 20.11.2021 tarixindən 20.02.2022 tarixinədək həyata keçiriləcək.
"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində təlimlər uğurla davam edir
Xəbərlər
V qrant müsabiqəsinin “Fərdi” kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb, Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbində təlimlər uğurla davam edir. Layihənin əsas məqsədi Qəbələ rayonunda (Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb və Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəb 1-11-ci siniflər arasından) şagirdlər üçün robototexnika təlimlərinin təşkilini həyata keçirmək, robototexnikaya marağı artırmaq, şagirdlərin robototexnika üzrə nəzəri və praktiki biliklər qazanmalarına nail olmaq, ölkəmizdə robototexnika üzrə mütəxəssislərin yetişməsinə töhvə verməkdir.Layihə çərçivəsində təlimlər sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirilir. Hazırda təlimlərə 60 nəfərdən çox şagird cəlb edilib.Təlim iştirakçılarına layihənin təlimçisi Ayaz Məmmədov tərəfindən aşağıdakı mövzular üzrə məlumat verilir, praktiki təcrübələr həyata keçirilir:Mikrokontroller nədir? Necə işləyir?Proqramlaşdırma haqqında ilkin anlayışlar;Arduino İDE ilə tanışlıq, praktiki təcrübələr;Displeylər haqqında nəzəri məlumat, displey ilə təcrübə;Mətnlərin LCD monitorda göstərilməsi;Potensiometr haqqında nəzəri məlumat, işləmə prinsipi və növləri;Leqo ilə tanışlıq və praktiki təcrübələr;Cihazların uzaqdan idarə olunması haqqında anlayışlar və uzaqdan idarəetmənin növləri;Pultla və infraqırmızı sensor ilə təcrübə;İşığın pultla söndürülüb yandırılması;Diodlar haqqında nəzəri məlumat, işləmə prinsipi və növləri;3D qələm ilə tanışlıq və praktiki təcrübələr;Müasir robotlar, bulutuz ilə idarə olunan maşın, maneəden qaçan robot maşın, robot qol və s. Nəzərə alsaq ki, müasir dövrdə robototexnikanın əhəmiyyəti olduqca çoxdur, onda bu layihənin də faydalı ola biləcəyini düşünmək olar. Qeyd edək ki, layihə 15.09.2021 - 15.12.2021 tarixlərində icra edilir.
“Məktəblilər üçün karyera məsləhətçisi” təliminə 25 şagird cəlb olunub
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin "Fərdi" kateqoriya üzrə qalibi olan “Məktəblilər üçün karyera məsləhətçisi” layihəsi çərçivəsində Sabirabad rayon Qaraağac kənd tam orta məktəbinin şagirdləri üçün “Karyera haqqında ilkin məlumatlar”, “Karyera planlamasının əsasları” kimi mövzularda təlimlər təşkil edilib.Təlimlər zamanı məktəblilər karyera quruculuğu ilə bağlı komanda formasında fərqli tapşırıqlar icra etməklə mövzu ətrafında özlərinin praktiki biliklərini və ümumi bacarıqlarını inkişaf etdiriblər. Təlimlərdən öncə məktəblilər arasında karyera inkişafı ilə bağlı sorğu keçirilib.Eyni zamanda iştirakçılar təlimlər zamanı müxtəlif praktiki tapşırıqlar icra edir ki, bu da onlar üçün mövzuların daha yaddaqalan olmasını təmin edir.Qeyd edək ki, təlimlər müxtəlif mövzular ətrafında davam edəcək. Hazırda təlimlərə yuxarı siniflərdə təhsil alan 25 şagird cəlb edilib.                                                                                          Layihənin icrası müddətində müxtəlif qurumlarla, xüsusilə Sabirabad rayon Təhsil Şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir.Video üçün keçid https://www.youtube.com/watch?v=3icr27kXxcE
Məktəb “səması”nda dronlar
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib olan "Şəbəkə" layihəsi çərçivəsində "Dron” təlimi keçirildi.Təlimin keçirilməsində məqsəd məktəblilərə Dronların quruluşu və onun idarə edilməsi ilə bağlı göstərişlərin verilməsidir.Məktəblilər qarşıda Dronla bağlı keçiriləcək yarışda iştirak etmək üçün Dron uçuşlarını da həyata  keçirdilər. Təlim AREA Akademiyası tərəfindən təcrübəli təlimçi Məhəmməd Əliyev  tərəfindən  keçirilmişdir.Qeyd edək ki, “Harop”, “Bayrakdar”, “İti qovan” adlı dronlar Vətən müharibəsində qələbənin əsas simvollarından olmuşdur. Məktəblilərin erkən yaşda bu prosesə cəlb olunması peşəkar mütəxəssislərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bloq yaradarkən istifadə olunacaq Veb 2.0 alətləri
Xəbərlər
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin "Müasir müəllimin pedaqoji saytı" adlı qalib layihəsi ilə Türkiyənin EYUDER dərnəyinin əməkdaşlığı çərçivəsində dərnəyin təhsil məsləhətçisi Hüseyn Ertürkün təqdimatında "Bloq yaradarkən istifadə olunacaq Veb 2.0 alətləri" mövzusunda onlayn vebinar keçirilmişdir. Tədbir “Zoom” platforması üzərindən təşkil edilmişdir.Maraqlı keçən vebinarda bloq yaradarkən lazım olan 10-a yaxın Veb2.0 alətləri təqdim edildi.Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı və bir sıra tövsiyyələr verildi.Məlumat üçün qeyd edək ki, vebinarda 50-yə yaxın müəllim iştirak etdi.
"Zəfər bizimdir" layihəsi çərçivəsində vətənpərvərlik mövzularında onlayn təlimlər
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir Samsung modelli planşetlərlə təchiz olunub. Planşetlərdən səmərəli istifadəni öyrətmək məqsədi ilə onlayn qaydada təlimlərə başlanılıb.06.12.2021 tarixində həmin məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə "Şəhidlər ölməz!" mövzusunda onlayn təlim həyata keçirilib. Təlimi layihənin rəhbəri Aqşin Əliyev keçib. Təlim zamanı vətən yolunda şəhid olan insanlar xatırlanaraq onların şücaətlərindən danışılıb, Vətənimizin varlığında şəhidlərin rolu şərh edilib. Qeyd edək ki, "Zəfər bizimdir" layihəsi çərçivəsində II onlayn təlim növbəti günlərdə təşkil ediləcək.
Psixodiaqnostik testlərdən keçmiş şagirdlərlə görüş
Xəbərlər
V Qrant müsabiqənin qalibi olmuş "Güclü SƏN " layihəsinin növbəti görüşü baş tutmuşdur. Əvvəlcədən layihə çərçivəsində şagirdlər arasında Psixodiaqnostik testlər keçirilmiş və layihənin təlimlərində iştirak edəcək 50 nəfər şagird seçilmişdir. Tədbirdə həmin testlər nəticəsində seçilmiş 50 nəfər şagirdlə görüş baş tutmuşdur. Görüşdə həmçinin layihə rəhbəri Teymur Həmidov, layihə koordinatoru Zərifə Məmmədova, layihənin eksperti Etiram Sadıqzadə, təhsil meneceri Mələk Hacıyeva və psixoloqlar iştirak edirdi. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Teymur Həmidov layihənin mahiyyəti haqqında qısa olaraq fikir bildirdi. Daha sonra layihə koordinatoru Məmmədova Zərifə , təhsil meneceri Mələk Hacıyeva layihə ilə bağlı fikirlərini bildirdilər. Layihə eksperti Etiram Sadıqzadə layihənin fəaliyyət planına əsasən bu görüşdə layihədə iştirak hüququ qazanan şagirdlərlə təlimlərin keçirilməsi haqqında söhbət apardı. Təlimlərin qrup şəkilində keçiriləcəyi, mövzular və sair məsələlər haqqında geniş şəkildə məlumatlar verdi. Tədbirin sonunda layihədə iştirak edəcək şagirdlərə üzərində layihənin loqosu olan köynəklər paylanıldı. Qeyd edək ki, hazırda layihənin icrası uğurla davam etdirilir.
STEAM Azərbaycan Festivalı 2021” yarışmasının qalibləri təyin olundu!
Xəbərlər
Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.
 Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev festivalın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib,  qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb.Məlumat üçün bildirək ki, festivalda Təhsildə inkişaf və innovasialar üzrə V qrant müsabiqəsinin qalib layihələrinin rəhbərləri, layihə menecerləri və həmin layihələrin şagirdləri 10 kateqoriya üzrə müxtəlif qurğularla yarışda  qatılıblar.Qaliblərimiz:I yer –Telli Hüseynova - Layihə rəhbəri (Layihə adı: "Virtual Robotlar")II yer – Fatma Əfəndiyeva - Layihə rəhbəri (Layihə adı: "Balakənli proqramçılar")III yer - Könül Təhməzova - Layihə rəhbəri (Lahiyə adı: Təhsildə 3D texnologiyasının tətbiqi)III yer – Elnarə Nərimanova – Layihə meneceri( Layihənin adı: “Enerjini özün YARAT!”) Tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qalib komandanın üzvləri medal və hədiyyələrlə təltif olunublar. Biz də müsabiqənin qaliblərini təbrik edir, bütün iştirakçılara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
CİS tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə III təlim keçirilib
Xəbərlər
10.12.2021 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Astara 3 nömrəli tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu  “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib. “Google Meet” platforması üzərindən onlayn formatda həyata keçirilən təlimdə layihənin rəhbəri N.Qənbərov, layihənin eksperti S.Salayev, Təhsil Nazirliyinin nümayəndəsi və layihəyə seçilmiş coğrafiya müəllimləri iştirak edib.Peşəkar CİS təlimçisi Samir Vəlizadə tərəfindən “Google Earth Pro proqram təminatı ilə praktiki işlərin icrası” mövzusunda həyata keçirilən təlim praktik şəkildə təqdim olunub. Təlim zamanı nümunə üçün Google Earth proqramı vasitəsi ilə Şuşa şəhərinə virtual səyahət olunub. Google Earth Pro proqram təminatından istifadə olunaraq Aral gölünün illər əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə olunub. Müəllimlərin dərs zamanı tədris proqramında nəzərdə tutulan “Səhraya çevrilən dəniz” mövzusunu təqdim etmək üçün CİS texnologiyasının müasir nailiyyətlərindən bu şəkildə istifadəsi bir daha stimullaşdırılıb. Növbəti təlimə qədər iştirakçılara praktiki tapşırıqlar verilib. Qeyd edək ki, layihənin icra planına uyğun olaraq həftədə 2 dəfə olmaqla toplamda 24 təlim həyata keçirilməsi nəzərdə tutulub. Növbəti təlim  “Google Earth və laylar üzərində kiçik xəritənin tərtib olunması” mövzusunda həyata keçiriləcək.
“Arduino emalatxanası - elektronikaya açılan qapı” adlı layihə üzrə keçirilən təlimlər yekunlaşmaq üzrədir
Xəbərlər
Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihə Şirvan şəhəri üzrə 4 məktəbdə tədris olunur. Üç ay icra müddəti olan layihə üzrə 7 qrup olmaqla, ümumilikdə, 90 şagird təlimdə iştirak edib. Hər qrup üçün 6 təlim günü nəzərdə tutulub və ümumilikdə 42 təlim keçirilib. Layihədə iştirak edən şagirdlər artıq bir çox elektron qurğunun düzəldilməsi, proqramlaşdırılması kimi biliklərə yiyələnib.Layihə rəhbəri, Şirvan şəhər M.İsrailov adına 18 nömrəli təbiət humanitar təmayüllü məktəb-liseyin coğrafiya və STEAM müəllimi Pərvanə Hətəmova bildirib ki, “Arduino” proqramlaşdırıla və elektron sxemlər üzərində qurula bilən açıq mənbəli inkişaf - mikrokontroller platformasıdır. “Arduino” laboratoriya dəstləri ilə uşaqlar xəyallarını ən səmərəli şəkildə istifadə edə, əylənərkən öyrənə biləcəyi bir mühitə sahib ola bilirlər. “Arduino” layihəsi interaktiv və ya inkişafetdirici mühit yaratmaq üçün idealdır. “Arduino emalatxanası - elektronikaya açılan qapı" layihəsinin əsas məqsədi də “Arduino” dərsləri ilə elektronika, proqramlaşdırma, kodlaşdırma sahələrinin əsaslarını öyrənmək, praktiki şəkildə elektronika ilə tanış olmaq və bu sahəyə marağı artırmaqdır.Təlimçi Sənan Heydərli qeyd edib ki, bu layihə əsasında şagirdlər elmi və texnoloji bacarıqlarını formalaşdırırlar. Eyni zamanda, alətlərlə, təhlükəsiz iş qaydaları ilə tanış olurlar. Bundan başqa, prototip hazırlamaq üçün ən yaxşı təcrübə, yerinə yetirilən işə yaradıcı münasibət formalaşdırmaq, komandada işləmək, vəzifələri səmərəli paylamaq bacarığını inkişaf etdirmiş olurlar.Hazırda layihə üzrə təlimlərin aparıldığı məktəblərdən biri də Şirvan şəhər 14 nömrəli tam orta məktəbdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova bildirib ki, təkcə 14 nömrəli məktəbdə təlimlərə 30 şagird qoşulub və faydalı biliklər əldə ediblər.Təlimlərdə iştirak edən şagirdlər artıq bir çox cihazların hazırlanması, onların kodlaşdırılması və proqramlaşdırılması kimi biliklərə sahib olublar. Onlardan biri də 8-ci sinif şagirdi Ayla Mahmudovadır. O, təlimlər sayəsində artıq məsafə ölçən cihazı çox rahatlıqla ərsəyə gətirə bilib.Qeyd edək ki, “Arduino emalatxanası - elektronikaya açılan qapı” layihəsi sentyabr ayından icra olunur.
Müəllimlərə ictimai fəal məktəb modelinin formalaşdırılması mövzusunda təlim kursu keçirilib
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant" müsabiqəsi çərçivəsində maliyyələşdirilən “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi çərçvəsində ilk təlim kursu layihənin icraçısı Bakı şəhər Binəqədi rayonu  83 №-li məktəb-liseydə təşkil olunub. 40 nəfər fəal müəllimin iştirakı ilə başlayan təlimi layihənin rəhbəri, Bakı şəhər Binəqədi rayonu 83 №-li məktəb-liseyin direktoru Almaz Bayramova açıq elan edib və bu günə qədər layihə çərçivəsində görülən işlər haqqında məlumat verib.  O, layihənin təhsil sistemində rolu və əhəmiyyətindən danışıb.Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, ictimai fəal məktəb modelləri, Azərbaycan bu təşəbbüsün pilot olaraq gerçəkləşdirilməsi, gələcəkdə bu şəbəkənin genişləndirilməsi imkanları haqqında danışıb.Təlim interaktiv şəkildə təlimçi Dadaş Əhmədli tərəfindən davam etdirilib və o, mövzu ilə bağlı geniş formada həm nəzəri bilik və informasiyalar çatdırıb, həm də müəllimlərin iştirakı ilə işçi tapşırıqlar və praktik təqdimatlar təşkil edib.Təlimdə iştirakçılar “ictimai fəal məktəb fəlsəfəsi və inkişaf yolu”, “ictimai fəal məktəb tipləri: müxtəlif təcrübələr”, “ictimai fəal məktəb üçün sosial tərəfdaşlıq”, “ictimai fəal məktəbin əməkdaşlıq imkanları”, “ənənəvi məktəbdən ictimai fəal məktəbə keçid” və digər maraqlı və aktual məsələlərlə bağlı bilik, bacarıq və təcrübələr qazanıblar.
Gələcəyin aqronomları təcrübə sahəsində olublar
Xəbərlər
V Qrant müsabiqəsi çərçivəsində "Gələcəyin Aqronomları"adlı layihə həyata keçirilmişdir. Layihənin rəhbəri Göygöl rayon Aşıqlı kənd tam orta məktəbin ingilis dili müəllimi Aysel Allahverdiyevadır.Layihənin həyata keçirilməsində əsas məqsəd, orta məktəbdə təhsil alan şagirdlərin iqtisadiyyatımızın dinamik inkişafı, sosial rifah və sosial ədalət naminə bütün ixtisas və peşələrə eyni gözlə baxmasından, dövrün tələblərinə uyğun olaraq həmin peşəni bilən mütəxəssislər yetişdirilməsindən ibarətdir.Müddəti 3 ay nəzərdə tutulan layihə çərçivəsində Göygöl, Samux və Gəncədən 25 nəfər şagird təlimlərə cəlb olunmuşdur.Təlim çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan baytarlıq bölməsində gedilərək, əyani surətdə tanış olublar.Şərabçılığın inkişafının təmin edilməsi məqsədilə həmin universitetin "Qida məhsulları mühəndisliyi və ekspertiza" kafedrası ilə yaxından tanış olan şagirdlər burada mikro şərabçılıq şəraiti yaradılan zirzəmidə tədris və elmi-tədqiqat işlərinin praktiki həyata keçirilmə imkanlarından yararlanmışlar. Texnika elmlər doktoru, professor Hasil Fətəliyev təlim boyu şagirdlərin bütün suallarını cavablandırmış, onlara bu ixtisasların ölkəmizdə vacibliyindən bəhs edərək, peşəkarlara ehtiyac olduğunu və ölkəmizin mütəxəssisləri yüksək dəyərləndirdiyini nəzərə çatdırmışdır. Bu da öz növbəsində, bu ixtisasları seçmək üçün şagirdlərdə böyük ruh yüksəkliyi yaratdı. Layihə çərçivəsində  əkin sahələrinə ekskursiyalar təşkil edilib və şagirdlərin kənd təsərrüfatı sahəsinə marağı artırılıb. Qeyd edək ki, şagirdlər Şəmkir  Aqropark və Biotexnologiya Mərkəzinə ekskursiya edərək  mərkəz haqqında məlumat əldə etmiş, burada gedən işlərdən tanış olmuşlar. Biotexnologiya Mərkəzininin direktoru, biologiya üzrə fəlsəfə elmlər doktoru, dosent, təlimçi Abbas İsmayılov proses haqqında şagirdlərə ətraflı məlumat vermiş, şagirdlərin suallarını cavablandırmışdır.
Layihə əsaslı təlim dövrümüzün tələbidir
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən V qrant müsabiqəsinin qalibi olmuş “İngilis dilini layihə əsaslı təlimlə öyrədək” layihəsi çərçivəsində təlimlər davam edir. Layihə haqqında Bərdə şəhər Milli Qəhrəman EIgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədova öz fikirlərini bölüşüb.Təhsil Nazirliyinin apardığı islahatın əsas məqsədi, ana xətti təlim prosesində şagird təfəkkürünün inkişafı üçün ona bilik ötürməyi yox, bilik qazanmaq üçün şərait yaratmaqdır və şagirdlərin bu istiqamətdə daha keyfiyyətli təhsil almalarına töhvə verməkdir. Hazırda yetişməkdə olan nəsli müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədi olduğundan şagirdlərin şəxsiyyət kimi formalaşmasında onların real həyata hazırlanması mühüm amildir. Bu amillər şagirdlərdən komanda işi, problem həll etmə, araşdırma,məlumat toplama, vaxtın idarəedilməsi, məlumatların sintezi, yüksək texnoloji vasitələrdən istifadə bacarıqlarına sahib olmağı tələb edir. Layihə əsaslı təlim bu əsasda başlıca zəmindir. Bu bacarıqların birləşməsi ilə şagirdlər bacarıqlı bir müəllim tərəfindən rəhbərlik və təlimat alaraq öyrənmə proseslərinin “ direktoru” və “meneceri” olurlar. Layihə işinin ən böyük üstünlüklərindən biri məktəbi real həyata daha çox bənzətməsidir. Layihə zamanı şagirdlər gerçək bir mövzunu dərindən araşdırırlar. Bu isə öz növbəsində fəal təlim metodlarından istifadə etməklə, şagirdlərin idrak fəallığının artırırılmasını, onları düşündürməyə, müstəqil qərarlar çıxarmağa yönəltməyi zəruri edir. Müasir dövrdə Azərbaycan təhsilinin qarşımıza qoyduğu məqsəd XXI əsrin tələblərinə cavab verən və XXI əsr bacarıqlarına 1.Tənqidi düşünmə və problemin həlli; 2.Yaradıcılıq və innovasiya; 3.Əməkdaşlıq, komanda işi və liderlik; 4.Mədəniyyətlərarası anlaşma; 5.Ünsiyyət və media savadlılığı; 6.Hesablama və İKT texnologiyasına yiyələnmiş, mənəvi dəyərləri özündə birləşdirən, təhsildə aldığı bacarıqları həyatda tətbiq etməyi bacaran şəxsiyyətlər yetişdirməkdir. (PBL) Layihə əsaslı təlim şagirdlərin biliklərə əsaslanan, yüksək texnoloji bir cəmiyyətdə yaşamaq bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Niyə məhz Layihə Əsaslı təlim? Çünki, biz Layihə əsaslı bir dünyada yaşayırıq. Layihə əsaslı təlim, şagirdlərə real dünyada qarşılaşa biləcəkləri problemlər və problemlər ətrafında qurulan layihələr vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı vermək üçün hazırlanmış bir təlim yanaşmasıdır. Və ya İsveçrə Psixoloqu Jan Piajenin dediyi kimi “bilik təcrübənin nəticəsidir”. Şagirdləri həyatda uğur qazanmağa hazırlamaq istəyiriksə, onları layihə əsaslı bir dünyaya hazırlamalıyıq. (PBL) Layihə əsaslı təlim şagirdləri ömür boyu öyrənməyə təşviq edir. PBL və texnologiyanın istifadəsi şagirdlərə, müəllimlərə və idarəçilərə məktəb binasının kənarında olmaq üçün imkan verir. Layihələr şagirdləri yeni bir məlumat bazasının qurucusu edir və uşaqlara ömür boyu öyrənmələrini idarə etməyi öyrədir. Belə şəxsiyyət tənqidi düşünməyi, fikir irəli sürməyi, başqalarının fikrinə münasibət bildirməyi, gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşılaşdığı problemlərin optimal həllini tapmağı bacarır, problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi bacarır ki, bu da bugünkü təhsilimizin qarşıya qoyduğu ən mühüm məqsəddir. Bu gün Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə biznes və təhsil əlaqələri geniş vüsət almışdır. İstənilən sahədə uğur qazanmaq istəyən hər bir azərbaycanlı bir və ya bir neçə xarici dil bilməli, aşağıdakı bacarıqlara malik olmalıdır: planlaşdırma, tənqidi düşünmə, yaradıcılıq , təqdimat bacarıqları, mədəniyyətlərarası anlaşma, vizuallaşdırma və qərar qəbuletmə ,texnologiyanın necə və nə vaxt istifadə ediləcəyini bilmək . Bu bacarıqlara nail olmaq üçün, ingilis dilinin tədrisində nailiyyətlər əldə etmək üçün biz layihə əsaslı təlimlə ingilis dilini öyrədə bilən müəllimlər hazırlamalıyıq.  
“Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin yekun tədbiri
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə V qrant müsabiqəsi  çərçivəsində qalib olmuş " Təhsildə 3D texnologiyaların tətbiqi " adlı layihəyə yekun vuruldu.Dekabrın 15-də 7 nömrəli məktəbdə layihənin yekun hesabatı və layihə iştirakçılarının sertifikatlarının təqdimetmə mərasimi keçirildi.Layihə 3D texnologiyaları vasitəsi ilə şagirdlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirməsini hədəfləmişdi.Ümumilikdə layihəyə Bakı şəhəri üzrə 4 məktəbdən (7, 189-190, 60,212 nömrəli məktəblərdə)  iştirakçılar qatılmışdır.7 nömrəli məktəbin direktoru, layihə rəhbəri Könül Təhməzova tədbiri giriş sözü ilə açaraq layihə çərçivəsindən görülən işlər barədə ətraflı məlumat verdi. Müsabiqələrə dəstək olduqları üçün Təhsil Nazirliyinə, layihənin ərsəyə gəlməsində əməkdaşlıq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə,  7,189-190, 60, 212 nömrəli məktəblərin rəhbərlərinə, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi. Tədbirdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, TDM-in direktor müavini Zaur Balaqadaşov, BŞTİ- nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AGMA-nın sədri Rüfət Əsədzadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin nümayəndəsi Günel Kərimli, layihə ekspertləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmiş, layihə ilə bağlı fikirlərini söyləmişlər, həmçinin tədbirdə məktəbin şagirdlərdən ibarət xor kollektivi və rəqs qrupu çıxış etdilər.Çıxışlardan sonra Könül Təhməzova layihədə iştirak edən müəllimlərə və layihə ekspertlərinə sertifikatlar təqdim edib, "STEAM Azərbaycan Festivalı 2021”-in qalibi olan şagirdlərləri və layihə rəhbəri, 7 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Hüseynovanı təşəkkürnamə ilə mükafatlandırdı.Xatırlatma üçün bildirək ki, layihə STEAM Azərbaycan festivalında "3D CAD" kateqoriyası üzrə Respublika üzrə lII yerə layiq görülmüşdür. Tədbirin aparıcısı,  “Əlaçı” televiziya layihəsinin qalibi,  11-ci sinif şagridi Nəcibə Allahverdiyeva “Uğurlarımız Prezidentinimizin doğum günü hədiyyəsi olsun” sözləri ilə bitirdi. Tədbirdən sonra təhsildə tətbiq olunacaq 3D texnologiyaları qonaqlara əyani şəkildə nümayiş etdirildi, dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırıldı.
Təhsilverənlər layihə bacarıqlarını artırırlar
Xəbərlər
Təlimdə iştirak edən müəllimlərSon illər Təhsil Nazirliyinin keçirdiyi müsabiqələr, reallaşdırdığı layihələr təhsil işçiləri tərəfindən böyük maraqla qarşılanır. Elə başa vurduğumuz ilin son aylarında uğurla icra edilən “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” üzrə təlimlər də xüsusilə yadda qaldı.  Artıq qeyd etdiyimiz kimi, ötən ayın 22-dən start götürən təlimlərin böyük hissəsi yekunlaşıb, bir qismi isə hazırda davam edir. Təlimlərə ölkənin bütün rayon və şəhərlərindən 3000-dən çox təhsilverən qatılıb. Qeyd edək ki, təlimlərə ümumilikdə 4371  təhsilverənin cəlb edilməsi nəzərdə tutulub. Təlimləri uğurla bitirən təhsil işçilərinə sertifikatlar təqdim edilib. Təlim ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin effektiv layihə təklifinin hazırlanması və yazılması, layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi, dinləyiciyə istiqamətlənmiş hesabatların hazırlanması sahələrində bacarıqlarının artırılmasına hədəflənib. Məlumat üçün bildirək ki, təlimlər 36 akademik saat olmaqla beynəlxalq və yerli müstəvidə geniş təcrübəyə malik təlimçilər tərəfindən keçirilir. Təhsil Nazirliyinin  yaratdığı bu imkandan yararlanan müəllimlərimizdən bir neçəsi  bununla bağlı öz fikirlərini bizimlə bölüşüblər. “Gənc  müəllimlərə stimul yaradılır” Leyla Abdulxalıqova ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir. Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseydə çalışır. L.Abdulxalıqova bir müəllim kimi iştirak etdiyi təlim barədə fikirlərini söyləyir: “Təlim Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. Təlimçimiz Hüseyn müəllim bizə böyük həvəslə və əzmlə layihə işinin yazılması qaydalarını öyrətdi. Ümidvaram ki, layihə işinin yazılması, ardıcıl olaraq təhlili istiqamətində görülən işlər gələcəkdə öz bəhrəsini verəcəkdir”. O, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən  layihələrdən olduqca razıdır. Gənc və həvəsli müəllimlərin nəzərə alınmasını, bu yöndə stimul yaradılmasını təqdirəlayiq hesab edir.  “Bacarıqlarımı artırmaq üçün daim bir fürsət axtarırdım” Şahmar Quliyev Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib layihəsinin rəhbəridir. Şamaxı rayon Dəmirçi kənd S.Heydərov adına tam orta məktəbində riyaziyyat və informatika müəllimi kimi fəaliyyət göstərir. 2020-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində iştirak edib, lakin qalib ola bilməməsi səbəbini bizimlə bölüşür: “Bu sahədə lazımi bilik və bacarıqlarımın olmaması, o cümlədən təcrübəsizliyim həmin ildə müəllifi olduğum layihənin uğur qazana bilməməsi ilə nəticələndi. Amma bu uğursuzluq məni heç də həvəsdən salmadı.  Bu sahədə bacarıqlarımı artırmaq üçün daim bir fürsət axtarırdım. 2021-ci ildə elan olunmuş V qrant müsabiqəsində fərqli mövzu üzrə iştirak etdim və müəllifi olduğum “Hər kəs üçün təhsil” layihəsi qrant qazandı. Rəhbəri olduğum layihənin icrasından irəli gələn bəzi çətinliklər bu sahədə bilik və bacarıqlarımın inkişaf etdirilməsinə hələ də ehtiyac olduğunu göstərdi. Bu təlimdə iştirak edərək qrant layihə haqqında ümumi biliklərimizi artırdıq, problemin qoyulması, səbəb-nəticə əlaqələri, məqsəd və vəzifələri, layihənin icra planı və davamiyyəti, monitorinqi və qiymətləndirməsi, layihə smetasının hazırlanması mərhələləri üzrə bacarıqlarımızı inkişaf etdirdik. Təlim boyu nəzəri materiallarla tanış olduq, qrupdaxili fəaliyyətlərdə öyrəndiyimiz bacarıqları inkişaf etdirdik.” Ş.Quliyev Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Layihə planlaşdırılması və layihə təklifinin hazırlanması” təlimini müəllimlər üçün çoxdan gözlənilən bir fürsət olduğunu, təlim çərçivəsində əldə etdikləri bilik və bacarıqlarının gələcəkdə keçiriləcək qrant müsabiqələrində uğurlu iştirak üçün faydalı olacağını vurğuladı. Təlimlər və müsabiqələr təşkil etdiyi üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirdi. “Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm” Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Turanə İmanovanın təlimlə bağlı fikirləri: “Bu təlim vasitəsilə layihənin necə təşkilini və hazırlanmasını, mövzu seçərkən nələrə diqqət edilməli olduğunu, necə məqsəd seçməyi, məqsədə uyğun vəzifələr müəyyən etməyi, vəzifələrə uyğun fəaliyyət planı hazırlamağı məhz bu təlim vasitəsilə öyrəndim. Layihə planlarının verilməsi və ümumiyyətlə, cəmiyyətə bu layihənin səmərəli olduğunu çatdırmaq ideyası layihənin yekunu olaraq məndə müsbət fikirlər formalaşdırdı. Biz gənc müəllimlər üçün bu imkanı yaratdığı üçün Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Turanə müəllim məhz bu təlim vasitəsilə layihənin necə təşkilini və onun hansı məqsədlə həyata keçirəcəyini öyrəndiyini vurğuladı. Mövzuya gəldikdə isə, Turanə İmanova bildirir ki,  nəsə seçmək, nəsə axtarmaq lazım deyil. İnsan gördüyünə varsa dəyərləndirməli və bu haqda öz beynində təhlil aparmalıdır. Ən əsas da dəstək olmalıdır. Təhsil Nazirliyinin bizlərə verdiyi dəstək kimi.“Layihə nədir? Necə hazırlanır? Bu təlimdə öyrəndim” Ucar rayonu Natiq İsmayılov adına Pirkənd kənd tam orta məktəbində riyaziyyat fənnini tədris edən Sevanə Lətifli təlim iştirakçılarımızdan biridir: “ Təlim o qədər gözəl keçdi ki, 6 gün  hardan gəldi-getdi hiss etmədim. Çox gözəl və öyrədici təlim oldu. Layihə nədir? Necə hazırlanır? bu təlim vasitəsilə öyrəndim. Təlimçinin sayəsində layihə yazmaq fikrim formalaşdı”. Sevanə müəllim qeyd edir ki, belə təlimlər mütəmadi olaraq keçirilməlidir.  “Yeniliklər kəşf etdim” Günay Babatova Xətai rayonu 269 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Təlimdə  bir çox yeniliklər kəşf etdiyini söyləyir: “Təlim çox gözəl təşkil edilmişdir.  Özüm üçün bir çox yeniliklər kəşf etdim. İştirakçıların  maraqlı müzakirələri təlimi daha da rəngarəng etdi”. Günay müəllim deyir ki, təlimdə əldə etdiyi yeni biliklərlə layihə yazmağı planlaşdırır.  “Hədəflərim böyükdür” Zamin Həziyev Cəbrayıl rayon Cocuq Mərcanlı tam orta məktəbin direktorudur. 2017-ci ildə “Öyrədərək öyrənək” layihəsi ilə qrant müsabiqəsinin qalibi olub. Təlimdən sonra çoxlu planları, hədəfləri olduğunu deyir: “Sevindirici haldır ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə mən də iştirak etdim. Təhsildə hər zaman yeni ideyalar və təşəbbüslərə ehtiyac olduğunu nəzərə alaraq əldə etdiyim yeni biliklər əsasında növbəti layihələrimlə təhsildə faydalı cığır açmaq istəyirəm”.        Günel ƏHMƏDOVA
“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Ötən ay başlamış 4 qrupda ümumilikdə 60 məktəbli üçün keçirilən xüsusi dərnəklər başa çatmışdır. Dərnəyə həm icraçı məktəbin, həm də yaxın icmalardan olan digər məktəblərdən dinləyicilər cəlb edildi. Xüsusi dərnəklərdə məktəblilərə taxtada iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, daş üzərində rəsmlər və s. öyrədildi. Layihə çərçivəsində dekabrın ikinci yarısından başlayaraq növbəti ayın ortasına qədər art terapiya kursları təşkil ediləcək. Kurslara 15 nəfərdən ibarət 1 qrupun cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasında formalaşacaq qrupda art terapiyadan istifadə olunacaq.  Növbəti il dərnəklərdə (həmçinin art terapiya kurslarında) iştirak etmiş şəxsləri həvəsləndirmək, onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı düzəldilmiş əl işlərinin sərgisinin təşkili nəzərdə tutulub. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanışlıq, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub. Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin yekun mərhələsində “Dəyirmi masa”nın keçirilməsi də planlaşdırılır. Qeyd edək ki, layihə gələn ilin martında yekunlaşacaq.  
Ağcabədi rayonunda “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb
Xəbərlər
Yeganə Abiyevanının rəhbərlik etdiyi “Məktəbli qızların əl işləri sərgisi” layihəsinin məqsədi ümumtəhsil məktəblərdəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.Belə ki, təbliğat işləri bitdikdən sonra müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən əl işlərinin qəbulu aparılıb. Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib. Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış ekspertlərin köməyilə ən maraqlı işlər mükafatlandırılıb və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunub. Layihə çərçivəsində görülən işlər və şagirdlərin əl işlərini özündə əks etdirən jurnal çap edilib. Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 15-dən dekabrın 15-dək davam edib.  Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilib.
Müasir müəllimin pedaqoji saytı
Xəbərlər
V qrant müsabiqəsinin qalib layihəsi olan “Müasir müəllimin pedaqoji saytı” layihəsinin "Microsof Teams" platforması üzərindən onlayn qaydada bağlanış tədbiri keçirildi.  Tədbiri giriş sözü ilə  layihə rəhbəri Elçin Abbasov açaraq iştirakçılara layihənin məqsədi, vəzifələri, indiyə qədər görülən işlər və layihənin davamlılığı üçün bundan sonra görüləcək işlər haqqında məlumat verdi.Tədbirdə Cəlilabad RTŞ-nin aparıcı məsləhətçisi Rəxşəndə Qasımova, Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) bölgə üzrə nümayəndəsi Ziya İsmayılov, layihənin eksperti Əməkdar müəllim Gülnarə Məmmədova, Bakı şəhəri 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva, Əməkdar müəllim Sona Hacılı, ADPU-nin Cəlilabad filialının müəllimi Dürdanə Əliyeva, təlimlərdə iştirak edən müəllimlər iştirak edirdi. Tədbir iştirakçıları çıxışlar edərək layihənin əhəmiyyətindən, təhsilə, müəllimlərə verdiyi faydalardan danışaraq davamlılığını arzulamışlar. Məlumat üçün bildirək ki, dekabrın 11-də "Müasir müəllimin pedaqoji saytı" layihəsinin təltifetmə mərasimi keçirilmişdir. Layihədə iştirak edən Cəlilabad və ətraf rayonlardan olan müəllimlər təltif edilib. Həmçinin təlimdə fəal iştirak edən müəllimlərə sertifikatlar, müsabiqə qaliblərinə diplomlar təqdim olunub.  
“ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun hesabat tədbiri
Xəbərlər
Dekabrın 21-də 62 nömrəli məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin “ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun hesabat tədbiri keçirildi. Layihədə dəstək olan Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri Rövşən Abbasov, Fizika və Elektronika departamentinin  müdiri Fəridə Tatardar,  Mexanika mühəndisliyi departamentinin koordinatoru Mehdi  Kiya Satfar, müəllim və şagird kollektivi iştirak edirdi. Vəfa Seyfullayevanın rəhbərlik etdiyi layihənin əsas məqsədi məktəblilər arasında mühəndis bacarıq və keyfiyyətlərini aşılamaq və inkişaf etdirməkdir. Tədbirin açılışı üçün ilk söz məktəb-liseyin direktoru Mətanət Cabbarlıya verildi. Daha sonra layihə rəhbəri Vəfa Seyfullayeva 3 ay ərzində layihə çərçivəsində görülən işlər haqqında geniş məlumat verdi. Tədbirdə çıxış edən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri Rövşən Abbasov layihənin gələcək nəslin inkişafına müsbət təsirindən danışıb. Kiçik akademiyanın prezidenti Həsən Quliyev çıxışında layihə iştirakçıları ilə birgə özünün şəxsi layihəsi əsasında hazırlanmış “İstikbal” mini puasının əhəmiyyətindən bəhs etdi, layihə iştirakçıları hazırladıqları qurğuları əyani formada təqdim etdilər, qurğuların işləmə prinsipləri  və əhəmiyyəti haqqında ətraflı məlumat verdilər. Məlumat üçün bildirək ki, tədbirdə təqdim olunan qurğular ekoloji problemlərin həllinə yönəlmiş qurğulardır. Bunlara “Bioqaz” qurğusunu, günəş panellərindən, alternativ su mənbələrindən, tullantılardan səməri istifadəyə aid qurğuları misal göstərmək olar. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olundu. Qeyd edək ki,“ Gənc ekologiya mühəndisləri” layihəsinə 30 nəfər şagird qatılmışdır.
"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi başa çatdı
Xəbərlər
V qrant müsabiqəsinin “Fərdi” kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsiin yekun tədbiri keçirildi. Layihə rəhbəri Səadət Məhərrəmova tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən danışdı və "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi haqqında ətraflı məlumat verərək layihənin başa çatdığını, layihə çərçivəsində təlimlərin sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirildiyini, təlimlərə 60 nəfərdən çox şagirdin cəlb edildiyini diqqətə çatdırdı.Tədbirdə iştirak edən Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verdi, ənənəvi təhsilin davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğuladı, Robototexnikanın inkişafının müxtəlif sənaye sahələrində inkişafa töhvə verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə bu sahədə mütəxəssislərin yetişməsində müstəsna rolu olacağını bildirdi. Qəbələ rayon Vəndam qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru İradə Cəlilova rəhbərlik etdiyi müəssisədə robototexnika təlimlərinin təşkilindən məmnununluğunu ifadə etdi, layihənin uğurlu icrasının bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasında olan önəmindən danışdı. Daha sonra layihə fəaliyyətini əks etdirən videoçarx izlənildi və layihənin təlimçisi Ayaz Məmmədovun müşayiəti ilə iştirakçılar hazırladıqları robotların və əl işlərinin təqdimatını həyata keçirdilər. Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.
Uğurun ünvanı: ideyadan layihəyə
Xəbərlər
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələriSon illər təhsil sahəsində aparılan bir sıra məqsədyönlü islahatlar və onların uğurlu nəticələri müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, təşəbbüskarlığın artırılmasına, onlar arasında sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına münbit şərait yaratmışdır.  Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də bu baxımdan ölkəmizdə ümumi təhsil müəssisələrinin və müəllimlərin yaradıcı imkanlarının üzə çıxarılmasına və bütövlükdə təhsil sisteminin inkişafına xidmət edən uğurlu təşəbbüslərdən biri kimi mühüm əhəmiyyət kəsb etməkdədir. Bu il keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” də  ümumtəhsil müəssisələri və müəllimlərimizin bir sıra maraqlı layihələri ilə diqqəti cəlb edir. “Gənc Robotexnikaçılar” Məlumdur ki, yeni dövrün  təhsil sahəsində yaratdığı mühüm trendlərdən biri təhsilalanlarda kommunikasiya, komanda halında  işləmə, bacarıq və səriştələrə əsaslanan təlimin prinsiplərindən geniş istifadə, elmi-texnoloji yeniliklərdən bəhrələnməklə yeni  məhsullar yaratmaqdır. Bu mənada son illərdə robotexnika əsaslı təlimlər uşaqlar tərəfindən ən çox maraqla qarşılanan  istiqamətə çevrilib. Bərdə rayonundakı  Güloğlular kənd ümumi orta məktəbin müəllimi Mələk Hacıyevanın V qrant müsabiqəsində  fərdi kateqoriya üzrə qalib gəlmiş  “Gənc Robotexnikaçılar” layihəsi də öz aktuallığı və innovativliyi ilə seçilir. Layihənin əhəmiyyəti  barədə müəllif özü məlumat verir: - Dünya dəyişir, yenilənir, yeni texnologiyalar yaranır. Bu texnologiyaların  istehsalçısına çevrilmək üçün də şagirdlərə kiçik yaşlardan müvafiq istiqamətdə biliklər vermək lazımdır. Dünya ölkələrinin  bu sahədə inkişafından  yararlanaraq gələcəyimiz olan şagirdlərimizi texnoloji sahələrə yönləndirmək vacibdir.  Gələcək ixtisasların statistikasına da diqqət yetirəndə robotlaşdırma ilə bağlı ixtisasların xüsusilə  ön planda olduğunu görürük. Məsələn, dron texnologiya mütəxəssisləri, nanotexnologiya, süni intellekt, mürəkkəb kodlaşdırma, robototexnika mühəndisləri, smart  layihələr və s. adlarını çəkə bilərik.  Hazırda STEAM təhsili tətbiq olunan məktəblərin  şagirdlərində  bu bacarıqlar formalaşır.  STEAM  tətbiq olunmayan məktəblərə dəstək üçün bu layihənin keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd şagirdlərdə robotexnika bacarıqları formalaşdırmaq və qurğulardan istifadə etməklə robotlar yaratmaqdır. Şagirdlərimiz  ölkəmizdə ilk dəfə keçirilən STEAM Festivalında (SAF 2021) müxtəlif  kateqoriyalar üzrə  iştirak etdilər, ilk  5-liyə, 10-luğa düşdülər. Finala kimi yüksəlməyin özü də bir qabiliyyətdir. Bir qayda olaraq, bu cür yarışlarda məğlub olan olmur, bütün şagirdlər üçün bu festivallarda iştirak özü belə uğurdur. Görülmüş işlərə gəlincə qeyd edim ki, layihə çərçivəsində 30 şagirdin iştirakı ilə 10 onlayn, 25 şagird  üçün əlavə 3 əyani təlim keçirilib. Təlim gedişində şagirdlər  STEAM metodologiyası, 3D Cad, Mikrobit, Dron, Lego, Robotic Car və s. qurğuların işləmə qaydaları ilə yaxından tanış olublar.  “Ağıllı sinif” V Qrant müsabiqəsinin diqqətçəkən qalib layihələrindən biri  də “Ağıllı  sinif”  adlanır.  Ağdaş şəhər M.İsayev adına tam orta məktəbin ingilis dili müəllimi Lalə Əbdürəhimova  fərdi kateqoriya üzrə qalib gəlmiş  “Ağıllı sinif” layihəsi barədə fikirlərini bölüşür:   - “Ağıllı sinif”  layihəsinin məqsədi Ağdaş şəhəri M. İsayev adına tam orta məktəbdə interneti, noutbuku, printeri, planşetləri, flipçart  və  markerləri, ağıllı lövhəsi, müasir diskli kitabları və s. inventarları olan müasir sinif yaratmaqdır. Hədəflərimiz şagirdlərə ingilis dili dərslərinin müasir metodlarla, əyani vəsaitlərlə daha canlı və motivasiyaedici tərzdə keçilməsi, digər fənn müəllimlərinin də bu imkanlardan yararlanaraq öz dərslərini təşkil etmələrinə nail olmaqdır. Layihə üçün ayrılmış 70% maliyyə vəsaitinin hamısına layihədə nəzərdə tutulmuş invertarlar - 15 planşet, 1 noutbuk, 1 printer, 1 proyektor alınıb sinfə yerləşdirilib, internet xətti çəkilib, təlimlər keçilib. Müəllimlər təlimlərdə maraqla və fəal iştirak edirlər. Məlum olduğu kimi, hazırda ingilis dili qlobal dildir və bir növ dünyaya çıxışdır.  Bu dili öyrənmək sadə bir sinif şəraitində şagirdlər üçün çox çətindir. Bu layihə müasir texnologiyanın köməyilə şagirdlərdə ingilis dilini öyrənməyə həvəsin artırılmasını, onlara bu dili öyrənmək üçün internet saytlarından düzgün istifadə edə bilmə bacarıqlarının aşılanmasını nəzərdə tutur.  Lakin ən önəmlisi də layihənin yaratdığı imkanlardan müəllimlərin  bütün fənlərin keçilməsində yararlana bilmələridir.  Layihənin yazılması motivasiyasına gəlincə, demək istəyirəm ki, bu tədris ili məktəblərimizdə Zəfər ili elan olunması ilə  yanaşı,  işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər”  layihələrinin icrasına başlanılıb.  “Ağıllı kənd”  və “Ağıllı şəhər”  mənim ağlıma belə bir ideya gətirdi. Mənə görə, Zəfər ilində işğaldan azad olunmuş torpaqlarımızda “Ağıllı kənd”in yaradılması ilə eyni dövrdə  məktəbimizdə “Ağıllı sinif”in yaradılması həqiqətən çox qürurverici və motivasiyaedici bir ideya idi. Layihəni hazırlayarkən ekspertimiz Yaqut Mustafayevanın ilk rəyi belə olmuşdu: “Adından məlumdur ki, bu layihə 100% qalib gələcək, onun qalib gəlməmək kimi bir şansı yoxdur”. “Eksperimental Olimpiada” Ölkəmizdə təhsilalanların erkən yaş dövrlərindən istedad və bacarıqlarının aşkar olunması və elmi tədqiqatçılığa stimullaşdırılması mühüm istiqamətlərdən biri kimi geniş vüsət almışdır. Artıq şagirdlərimizin həm yerli,  həm də beynəlxalq olimpiada və müsabiqələrdə uğurlu çıxışı ənənəvi xarakter daşıyır. Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin kimya müəllimi Elnur Nəbiyevin fərdi kateqoriyada qalib gəlmiş “Eksperimental Olimpiada” layihəsini bu sahədə görülmüş işlərə mühüm töhfələrdən hesab etmək olar. - Gəncə şəhərində  şagirdlər arasında kimya fənninə maraq kifayət qədər yüksəkdir,  ancaq onları daha düzgün istiqamətləndirmək, hədəfə düzgün çatmaları zərurəti vardır.  Sevindirici haldır ki,  2019-2021-ci illərin fənn olimpiadalarında Gəncə şəhərində könüllülük prinsipi ilə ilk dəfə olaraq başladığımız 20 nəfərlik olimpiada hazırlıq qrupundan qızıl, gümüş, bürünc medallar qazanan şagirdlərimiz var. Ancaq bu işlərimizi daha geniş miqyasda təşkil etməyi, Gəncə şəhərindən  fərqli düşünən, istedadlı şagirdləri bir komanda kimi layihə ətrafinda birləşdirməklə daha planlı fəaliyyətlə nəticələr əldə etməyə ümid edirəm. Layihənin dərslərin praktiki keçirilməsi üçün laboratoriyamızda lazımi maddələrin əldə olunmasında bir təkanverici rolu olacaqdır. Lazımi kimya mühitinin təşkili  şagirdlərin gələcək beynəlxalq səviyyəli olimpiadalara daha yaxşı yetişməsinə imkan verəcək. Həmçinin kimya fənn olimpiadalarında yüksək uğur əldə etmiş şagirdlər aşağı sinif şagirdləri üçün motivasiya rolunu oynayacaq.  Bütün bunlara görə də Gəncə şəhərində kimya fənninə marağı daha da artırmaq məqsədilə “Eksperimental Olimpiada” layihəsini hazırlamaq qərarına gəldim. Layihədə təqribən 1,5 aylıq nəzəri bilik dərslərindən sonra, imtahandan uğurla keçmiş şagirdlərə praktik biliklərinin inkişaf etdirilməsi üçün laboratoriya dərslərinə start verdik.  Bu şagirdlərin arasında cari ilin beynəlxalq  və yerli olimpiada qalibləri də var. Şagirdlərimiz Gəncə Aliminium zavodunda da fiziki- kimyəvi analiz üsulları ilə geniş praktik təcrübə keçiblər, istehsalat prosesi ilə tanış olublar. Dərslər Gəncə Fizika-riyaziyyat, informatika təmayüllü liseyin laboratoriyasında davam edir. Layihə nəticəsində şagirdlərdə praktik biliklərlə kimya elminə fərqli baxış formalaşacaq; kimya fənninə marağı olan şagirdlər üzə çıxarılacaq;  bu şagirdlər bir müddət sonra fənn olimpiadalarına cəlb olunacaqlar; gələcək beynəlxalq olimpiadalarda iştirak üçün xarici dildə kimya bilikləri inkişaf etdirilmiş olacaq, bir- biri ilə əlaqəsi olmayan məktəblilərin ictimai fəallığı artacaq, sosial inteqrasiyası genişlənəcək; məktəblərarası əlaqələr qurulacaq və hər məktəbdən seçdiyimiz şagird öz sinif yoldaşlarından ibarət qruplar quracaq, layihəmizin davamlılığı  nəzərə alınaraq bilik yarışları  və olimpiada tipli imtahanlar keçiriləcək. “Quizizz Azərbaycan” Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalib gəlmiş layihələrindən biri də “Quizizz Azərbaycan” layihəsidir. Layihənin müəllifi, Xətai rayonundakı 171 nömrəli tam orta məktəbin tarix müəllimi Nərmin Səmədova mövzunun aktuallığı barədə fikirlərini bölüşür: -Bu gün  ümumtəhsil müəssisələrində məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı bəzi problemlərin həlli vacib məsələdir. Müəllimlər arasında keçirilən sorğunun nəticələrini də əsas götürərək bildirmək olar ki, bir dərs müddətində bütün sinfin qiymətləndirilməsi çətin məsələdir.  “Quizizz Azərbaycan” layihəsi müəllimləri daha effektiv olan “Quizizz” platforması ilə tanış edir ki, daha az vaxtda imtahanlar hazırlamaqda, imtahan nəticələrini daha tez paylaşmaqda, digər müəllim həmkarların test nümunələrindən, dərslərindən istifadə etməklə, şagird nailiyyətlərinin daimi monitorinqini izləməkdə və valideynlərlə, maraqlı tərəflərlə paylaşılmasında mühüm rol oynayır. Həmçinin kağız israfının qarşısının alınmasında və qiymətləndirmənin interaktiv, şagirdin maraq və tələbatına uyğun şəkildə qurulmasını təmin edir. Dünya təcrübəsi də göstərir ki, məktəb sənədlərinin texnoloji alətdə toplanması, şagirdlərin inkişaf dinamikasının müntəzəm olaraq izlənməsinə, istənilən zaman opponentlərə ötürülməsi  çox böyük üstünlük və vaxta qənaətdir. Layihənin icrası 4 ay müddətinə nəzərdə tutulub və oktyabrın 1-dən start götürüb. Məktəbdaxili qiymətləndirmənin səmərəliliyini artırmaq məqsədilə “Quizizz” platformasını Azərbaycan müəlliminə təbliğ etmək üçün Xətai rayonu ərazisində yerləşən orta məktəblərlə əlaqələr qurulub. Müəllimlərlə onlayn  təlimlər təşkil edilib. Platformaya şirkət tərəfindən Azərbaycan dilinin əlavə edilməsinə nail olduğumuza görə öz dilimizdə istifadəsi üçün heç bir problem qalmamışdır. Saytın lokalizasiyası üçün quizizz.az  domeni də fəaliyyət göstərir ki, bununla əsas platformaya keçid mümkündür. Bu layihə gələcəkdə məktəblərə  qiymətləndirmənin elektronlaşdırılması üçün şərait yaradır və sənədləşmənin qısa vaxtda həll olunmasına kömək edir. Oruc MUSTAFAYEV"Azərbaycan müəllimi" qəzeti 
Şagirdlərin Elektron Elm Jurnalı
Xəbərlər
Şagirdlərin nəzərinə!Şagirdlərin Elektron Elm Jurnalının saytı istifadəyə verildi.Bu jurnal vasitəsi ilə şagirdlər öz tədqiqat məqalələrini və ya tərcümə etdikləri elmi məqalələri öz yaşıdları ilə bölüşə bilirlər. Elmi məqalə göndərməyin addımları aşağıdakı kimidir:1. Sayta daxil olun və qeydiyyatdan keçin. (https://elmjurnali.az/)2. Elektron poçt adresinə avtomatik şəkildə gedən e-məktubu adresinizə daxil olaraq təsdiq edin. 3. “Məqalə göndər” düyməsinə sıxın.4. Müvafiq bölmələrə məqalənin adını, açar sözlərini və əsas mətnini yerləşdirin. 5. “Slug” hissəsini boş buraxın və müvafiq pəncərələrdən istəsəniz məqaləyə şəkillər, videolar əlavə edə bilərsiniz. 6. Sonda “göndər” düyməsinə sıxın. Məqaləniz münsiflər heyətinin rəyin əsasında saytda və sayta yerləşdiriləcək e-jurnalda görünəcək.  Elmi məqalə yazmaqla bağlı biliklərinizi artırmaq üçün isə Şagirdlərin Elektron Elm Jurnalı youtube kanalındakı videoları izləyə bilərsiniz:https://www.youtube.com/channel/UC0W3so1lN34ePLGJX82eI8A/featuredMəlumat üçün bildirək ki, "Şagirdlərin Elektron Elm Jurnalı"nın saytı  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi çərçivəsində hazırlanmışdır.
2021-ci təqvim ili rəqəmlərdə
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində 2021-ci il ərzində görülmüş işlər2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.Ümumilikdə müsabiqəyə “Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 230, “Fərdi" kateqoriya üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 47, “Fərdi" kateqoriya üzrə 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.Seçilən layihələr ölkəmizin 6 şəhər, 39  rayonunda uğurla icra olunur.V qrant müsabiqəsi çərçivəsində icra müddəti üç ay olan 75 layihə uğurla başa çatdırmışdır. Nominasiyalar üzrə yekunlaşan layihələrin statistikası:1) "İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması" – 482) “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması” – 73) "Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması" – 54) "Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği" – 125) "Məktəb idarəetməsinin təkmilləşdirilməsi" - 36) Layihələrin icra dövründə işlərin icrası daimi olaraq diqqətdə saxlanılmışdır və görülən işlər ictimaiyyətə təqdim edilmişdir.Layihələr müasir tələblər baxımından təhsilalanların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir. Buraya istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir.Yerinə yetirilən digər layihələrin icrası davam edir, vəziyyəti ilə bağlı mütəmadi olaraq məlumatlar verilir və görülmüş işlər barədə hesabatlar dinlənilir.Layihələrin icrasında tərəfdaşlıq edən qurumlara, layihələrin işıqlandırılmasında dəstək göstərən KİV nümayəndələrinə öz təşəkkürümüzü bildiririk!
"Zəfər bizimdir" layihəsi çərçivəsində “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn təlim həyata keçirilib
Xəbərlər
10.01.2022 tarixində Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin iştirakı ilə  “Qarabağ Azərbaycandır!”  mövzusunda sayca 4-cü onlayn təlim həyata keçirilib. Təlimi Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbinin direktoru, Elm Tədris Akademiyasının tarix müəllimi Elvin Ağayev aparıb. Təlimi giriş sözü ilə açan layihənin eksperti  Samir Salayev “Zəfər bizimdir” layihəsi çərçivəsində görülən işləri qısaca xatırladaraq layihənin şagirdlərin vətənpərvərlik tərbiyəsində əhəmiyyəti haqqında danışıb. Təlim zamanı Qarabağın tarixinə nəzər salınıb, tarix boyunca Azərbaycan xalqına qarşı törədilən faciələr barədə məlumat verilib.Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Zəfər bizimdir” layihəsi çərçivəsində Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd “Samsung” modelli planşetlərlə təchiz olunub. Layihənin icra planına uyğun olaraq onlayn qaydada təşkil olunan təlimlərin əsas məqsədi  planşetlərdən səmərəli istifadəni öyrətməkdir.  Qeyd edək ki, "Zəfər bizimdir" layihəsi çərçivəsində növbəti 5-ci onlayn təlim - “Cənab Ali baş komandan, biz sizinləyik” mövzusunda həyata keçiriləcək.
İsmayılova Afaq: “Layihə rəhbəri olaraq məqsədimə nail oldum”
Xəbərlər
Təhsildə İnkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən biri də “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsidir. Layihə rəhbəri İsmayılova Afaq Mülki qızı R. Quliyev adına Kürdəmir şəhər 5№li tam orta məktəbin təsviri  incəsənət müəllimidir.    Layihə ilə bağlı öz təəssüratlarını bizimlə bölüşür: “Təsviri incəsənət müəllimi olduğum üçün həmişə yeniliklərə can atıram , ikinci dəfədirki layihə qalibiyəm, keçən il IV qrant müsabiqəsində yazdığım layihəni uğurla icra etdim. Təhsil  Nazirliyinin şəffaflığı nəticəsində ölkəmizdə bir–birindən maraqlı layihələr icra olunur. İdeyamın həyata keçirilməsində mənə belə bir fürsət yaratdığı üçün Təhsil Nazirliyinə öz minnətdarlığımı bildirirəm.” Bu layihənin məqsədi şagirdlərin estetik tərbiyəsi ilə vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsində hərtərəfli və ahəngdar şəxsiyyət formalaşması nəticəsində şəhid qəhrəmanlarımızı şagirdlərə tanıtmaq idi. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran və layihənin nəhayətində dayanan məqsədlərdən biridir. Bu məqsədə çatmaq üçün “Qəhrəmanları yaşadan qəhrəmanlardır” layihəsi çərçivəsində şagirdlərimizə Kürdəmir rayonundan olan şəhid qəhrəmanlarımızı tanıtmaqla yanaşı onların əqli və estetik inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmək üçün plastilinlə şəhidlərin xatirəsinə relyef yapma nümunələri üzərində işləməyi öyrətməyi qarşımıza məqsəd qoyduq. Bütün dünyada həkimlər və pediatrlar təsdiq edirlər ki, plastilin boş əyləncə deyil, həm də faydalı, özünəməxsus masajordur, uşaqların həm yaradıcılıq potensialının, həm də bütün orqanizmlərinin inkişafına müsbət təsir edir.  Layihənin icrasına sentyabr ayının  15 dən başladıq. Oktyabr ayının ilk həftəsindən həftədə  bir dəfə olmaqla hər şənbə günü eyni vaxtda həm əyani, həm də onlayn formatda   Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində təlimlər keçirdik. Layihədə Kürdəmir  məktəblərindən 40 şagird iştirak edirdi. Layihənin sərgi fəaliyyətinin yekun tədbirində Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov , şəhidlərin valideynləri, Kürdəmir Rayon Heydər Əliyev Mərkəzinin  direktoru Dürriyyə Seyidova , müəllimlər və şagirdlər iştirak edirdi . Tədbirdə məktəbli qəhrəmanlarımız hazırladıqları baralyefləri Şəhid qəhrəmanlarımızın  valideynlərinə təqdim etdilər. Sonda layihədə iştirak edən müəllimlərə və şagirdlərə sertifikatlar təqdim edildi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.Ötən ay başlamış 15 məktəbli üçün keçirilən art terapiya kursları başa çatmışdır. Art terapiya kurslarına həm icraçı məktəbin, həm də, yaxın icmalardan olan digər məktəblərdən dinləyicilər cəlb edildi. Kurslarda layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələrin xüsusi bacarıqların inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində səmərəli işlər aparıldı. Bu məqsədlə komandaya daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə kurslara cəlb edilmiş uşaqlar üçün art terapiya seansları və əl işləri kursları təşkil olundu. Növbəti ay layihə çərçivəsində xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş şəxsləri həvəsləndirmək məqsədi ilə təlim iştirakçıları tərəfindən düzəldilmiş əl işlərindən ibarət sərginin təşkili nəzərdə tutulub. Məlumat üçün  bildirək ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.Qeyd edək ki, layihənin bu ilin mart ayında yekunlaşması planlaşdırılıb.
Məqsəd “Şiddətsiz ünsiyyət” metodunun mənimsədilməsidir
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində fərdi layihələr kateqoriyası üzrə qalib olan layihələr arasında “Alternativ Məktəb Mühiti” layihəsi də var. Layihə fiziki və psixososial sağlamlığın qorunması istiqamətində fəaliyyət göstərir. Layihə rəhbəri -  Xocavənd rayonu 2 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədzadə çıxışında bildirib ki, layihənin məqsədi “Şiddətsiz ünsiyyət” metodunun mənimsədilməsi yolu ilə kurikulumun şəxsiyyətyönümlülük prinsipinin inkişafına töhfə verərək, məktəblərdə daha humanist mühit yaratmaq, aktiv öyrənməni dəstəkləmək, fərdlərin özünüifadə bacarığını inkişaf etdirməkdir: “Şiddətsiz ünsiyyət” metodunun əsası ilk dəfə 1960-cı ildə yəhudi əsilli klinik psixoloq Marşal Rozenberq tərəfindən  qoyulub. O, bu metodla Amerikada dövlət məktəbləri və digər ictimai sahələrdə irqi münaqişələrin həllinə nail olub. Bundan sonra “Şiddətsiz ünsiyyət” metodu dünyanın bir çox ölkələrində tətbiq olunmağa başlayıb. Bu metod şəxsi münasibətlərdən iş münasibətlərinə, tibbi və sosial xidmətlərdən polislərə, həbsxana işçiləri və məhbuslara, məktəb və təhsildən ictimai birliklərə qədər müxtəlif sahələrdə tətbiqi sayəsində münaqişələri aradan qaldırmağa, sağlam münasibətlər qurmağa və sülhə yol açır. Marşal Rozenberqin komandası Ruanda, Bosniya, Serbiya, Kolumbiya və Orta Şərq kimi müharibə yaşamış bölgələrdə “Şiddətsiz ünsiyyət” metodu ilə mediasiya xidmətləri verməyə davam edir”. Qeyd edək ki, “Alternativ Məktəb Mühiti” layihəsi respublikanın bir neçə məktəbində həyata keçirilir. Layihəyə cəlb olunmuş məktəblər sırasında Bakı şəhəri  95, 171,191 nömrəli tam orta məktəblər və  Xocavənd rayonu 2 №li  tam orta məktəb də vardır. Layihə çərçivəsində təyin olunmuş məktəblərdə “Şiddətsiz ünsiyyət”lə bağlı informativ plakatlar, duyğu və ehtiyacların əks olunduğu şəkilli  kartlar və üzərində praktikalar ediləcək stikerlərdən ibarət guşələr hazırlanmış, şagirdlərə zaman-zaman insanın yaşadığı duyğu və ehtiyacların adlarını əks etdirən siyahılar təqdim olunub. Eyni zamanda, qeyd olunan məktəblərin bir qrup müəllim və valideynlərinə TKTA-nın əməkdaşı, “Şiddətsiz ünsiyyət” təlimçisi Lamiyə Əliyeva tərəfindən hər həftə “Şiddətsiz ünsiyyət” metodu barədə təlimlər və psixoloq Güllü Əliyeva tərəfindən humanist psixoloji yanaşma ilə əlaqədar seminarlar təşkil olunub. Müəllimlər təlimlərdə alınmış tapşırıqlara əsasən hər həftə sinif təşkilat saatlarında şagirdlərlə müəyyən praktikalar təşkil edərək, onların özləri və digər şəxslərin duyğu və ehtiyaclarını tanımalarına, empatiya qurma bacarığının inkişafına çalışırlar. Bildirək  ki, təlimlər artıq yekunlaşıb, yanvar ayından etibarən məktəblərdə müəllim, valideyn və şagirdlərin iştirakı ilə  duyğu və ehtiyacların tanınmasına dəstək olan vorkshoplar həyata keçirilir. İcra müddəti ümumilikdə 3 ay olan layihə yanvar ayının sonuna qədər davam edəcəkdir. Sonda layihəni uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunacaq”.
Education HUB Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi ilə əməkdaşlıqda
Xəbərlər
“Davamlı inkişafa məktəbdən başlayaq!" layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi çərçivəsində Education HUB ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd məktəbinin müəllimi Aybəniz Cəfərova tərəfindən icra olunur.Layihənin əsas məqsədi Tərtər rayonunun Seyidimli kənd məktəbliləri (7-9-cu siniflər) üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı ilkin bacarıqların formalaşdırılması ilə yanaşı, onları müasir iqtisadiyyatın innovativ istiqamətləri ilə tanış edərək bu istiqamətlərdə ixtisas seçimini təşviq etməkdən ibarətdir. Layihə müddətində şagirdlərə sahibkarlıq və innovasiyalar ilə bağlı təlimlər keçirilmiş, uğurlu karyera sahibləri ilə “peşəkar tövsiyyəsi” görüşləri təşkil olunub, həmçinin fəal məktəblilərin Bakıdakı innovasiya mərkəzləri və startaplarla görüşləri baş tutub. Layihə çərçivəsində seçilmiş 14 şagirdin 13-15 yanvar 2022-ci il tarixində Bakıya mübadilə səfəri reallaşıb. Səfər çərçivəsində məktəblilər İnnovasiya və rəqəmsal inkişaf agentliyinin emalatxanası, Bakı Mühəndislər Universiteti, Azərbaycan Texniki Universiteti, İnkubasiya və Akselerasiya Mərkəzi, Lutfizadı Texnologiya Mərkəzi və digər şirkətlərlə görüşüb, müzakirələr aparılıb. Görüş zamanı məktəblilər Azərbaycanda fəaliyyət göstərən startap icması ilə tanış olub və onlardan peşakar tövsiyyələri alıb.
“Sabahın alimləri” fəaliyyətlərini davam etdirirlər
Xəbərlər
V Qrant müsabiqəsi”nin qalibi, Mingəçevir şəhər R.Mirabov adına  7 saylı tam orta məktəbin İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsi çərçivəsində fəaliyyətlərini icra planına uyğun olaraq uğurla davam etdirməkdədirlər.Təlimlərdə iştirak edən və təlimləri yekunlaşan şagirdlər tərəfindən bir neçə ideya ortaya çıxmış , hazırlanmış və qeydiyyatdan keçmişdir. Qeyd edək ki, layihənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Məlumat üçün bildirək ki, hazırda layihədə iştirak hüququ qazanan 60 şagirdə 8 fərqli mövzuda təlimlər keçirilir. Layihə bu ilin fevral ayınadək davam edəcək və sonunda layihədə iştirak edən şagirdlər sertifikatla mükafatlandırılacaq.
Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət
Xəbərlər
“Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət” layihəsi Təhsildə İnkişaf və İnnovasiya üzrə V qrant müsabiqəsi çərçivəsində Lənkəran şəhəri Şilavar kənd tam orta məktəbin direktoru Elnur Əsədli tərəfindən icra olunur. Layihə çərçivəsində “İstedad və yaradıcılıq meyllərinə görə təhsil alanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması” mövzusu istiqamətində icrası ilə bağlı məlumat təqdim edilib.Layihədə Lənkəran rayonu üzrə 16 orta məktəbdən 400 nəfər  şagird (Vl-Vlll sinif) və nəzarətçi müəllim 3 saat müddətində Şilavar məktəbində onlar üçün təşkil edilmiş sərgidə və məlumatlandırma sessiyasında iştirak etmiş, eləcə də arxeoloji qazıntı işlərinin aparılma qaydaları üzrə təcrübə toplamışlar.İştirakçılar eyni zamanda  Lənkəran Tarix-diyarşunaslıq muzeyinə səfər etmiş və çay ziyafətinə qatılmışlar. Bütün iştirakçılara layihə ilə bağlı broşürlər paylanmış, videoçarx nümayiş etdirilmiş və sertifikatlar təqdim edilmişdir. Məlumat üçün bildirək ki, layihədə iştirak edən şagirdlər “Arxeologiyanın tariximizin öyrənilməsində rolu” adlı inşa müsabiqəsində iştirak etmiş və qalib olmuşlar .Layihənin həyata keçirilməsində texniki və təşkilatı dəstəyə görə Lənkəran Şəhər Təhsil Şöbəsinə, "İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinə, Lənkəran Regional Mədəniyyət İdarəsinə və  Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbinə təşəkkürümüzü bildiririk!
Təhsildə yenilikçi yanaşmalar
Xəbərlər
V qrant müsabiqəsi qaliblərinin uğur hekayələriTəhsil Nazirliyinin təşəbbüsü ilə artıq 5-ci ildir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri təhsil müəssisələrimizin, müəllimlərimizin bir sıra uğurlu təşəbbüslərlə çıxış etməsinə, yaradıcı imkanlarını üzə çaxarmağa  imkan yaradıb. Cari tədris ilində keçirilmiş  V Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələri oxuculara çatdırmaqda davam edirik. “Coursera kursları - gələcək karyera quruculuğunda” Dünya ölkələrinin koronovirus pandemiyasının ağır nəticələri ilə sarsıldığı  bir dövrdə ayrı-ayrı fəaliyyət sahələrinin işinin davam etdirilməsinə nail olmaq üçün onlayn resursların əhəmiyyəti xüsusi aktuallıq kəsb etmişdir. Bu resurslar arasında xüsusilə də Kütləvi Açıq Onlayn Kurslar (MOOC - Massive Open Online Courses) geniş populyarlıq qazanmaqdadır. Yaşadığımız günlərdə öz şəxsi inkişafının qeydinə qalanlar, işçilərinin fərdi bacarıqlarının artırılması üçün səy göstərən şirkətlər, kütləvi təcrid qaydalarına riayət edən tələbələrinə yeni biliklər öyrənməkdə yardımçı olmaq istəyən universitetlər bu resurslardan yararlanmağa çalışır. Təəssüf ki, bu cür resurslarda Azərbaycan dilində kurslar olmadığı kimi xarici dil biliyi olmayan vətəndaşlarımız üçün türk dilində kurslar da xeyli az saydadır. Bu kursların əksəriyyəti ingilis dilində hazırlanmışdır. Bakı şəhər 37 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Əsgərovanın layihə rəhbəri olduğu və V Qrant müsabiqəsinin qalib layihələrindən olan“Coursera kursları -gələcək karyera quruculuğunda” layihəsini bu sahədə boşluqların aradan qaldırılması istiqamətində innovattv təşəbbüslərdən hesab etmək olar. Bu barədə M.Əsgərova fikirlərini bölüşür: - “Coursera” platforması bu kurslar arasında ön sırada olan kurslardandır. “Coursera”da dünyanın bir çox öncül universitet və şirkətləri öz yaratdıqları onlayn kursları təklif edirlər. Burada hər hansı kursdan yararlanmaq istədikdə ilk növbədə gələcəkdə ən çox tələb olunan sahələri araşdırmalı və ən uyğun olanları  müəyyən etmək lazımdır.  Platformada kurslar iki növə bölünür. Fərdi və ixtisaslaşma çərçivəsində olan kurslar. Fərdi kurslar yalnız bir kursdan ibarət olmaqla müəyyən sahə üzrə biliklər verir. Müddətdən asılı olaraq bütün imtahanları uğurla başa vuranlar sonda sertifikat alırlar. İxtisaslaşmalar isə özündə birdən çox, adətən 4-5 kurs ehtiva edə bilir. İxtisaslaşma üzrə hər kurs ayrı olduğu kimi onların sertifikatları da ayrı-ayrıdır. Sonda ixtisaslaşmanı bitirənlərə  ixtisaslaşma sertifikatı da təqdim olunur. Bu kurslarda iştirak etməyin ən  böyük əhəmiyyəti alınan sertifikatların beynəlxalq qurumlar tərəfindən verilməsi, tanınmış təlimçilər və müəllimlərdən dərs və gələcək karyera quruculuğunda önəmli yardımları almaqdır. Layihə çərçivəsində məqsəd xarici dil biliyi yüksək olan şagirdləri seçərək, onların gələcəkdə seçim etdikləri peşə ixtisasına uyğun beynəlxalq kurslara cəlb etmək, bu şagirdlər üçün lisenziyanın alınmasını və bu sahə üzrə Yasamal rayon 176 və Nərimanov rayon 37 nömrəli tam orta məktəblərdə “Coursera kursları - gələcək karyera quruculuğunda” Dəstək Mərkəzini yaratmaqdır. Bu kursların əhəmiyyəti məsafədən dünya səviyyəli bir təhsil ala bilməkdir. Layihənin vəzifələrinə Yasamal məktəb rəhbərləri ilə görüşmək və bu layihə haqqında məlumat vermək, eyni zamanda şagird seçimi etmək üçün bu layihəni  dəstəkləmək; “Coursera” kurslarında iştirak edəcək şagirdlərin diaqnostik qiymətləndirilməsini aparmaq; layihə çərçivəsində  Dəstək Mərkəzi  yaratmaq və bu mərkəzdə şagirdə dəstək vermək üçün mentor müəllimlərin hazırlanması; Şagirdlərin kurslarda iştirak etmələri üçün  xüsusi lisenziyaların alınması (hər bir kurs üçün, şagird sayına görə); şagirdləri qeydiyatdan keçirərək kurslara başlamaq; Şagirdlərin dərslərinin izlənilməsi daxildir. Layihənin sonunda Mərkəz bu xidmətdən istifadə edən şəxslərə daima dəstək olacaq, bu sahə üzrə Bakı şəhər Yasamal məktəblərindən 10 bacarıqlı ingilis dili müəllimi hazırlanacaq ki, onlar layihənin davamlılığına dəstək verəcəklər. Bu platformadan istifadə edən şagirdlərin gələcək həyatında önəmli dönüş yaranacaq, onların dil bacarıqları təkmilləşmiş olacaq. Layihənin monitorinqi üçün “Demokratik Gənclər” İB ilə əməkdaşlıq olunacaq. Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə mütəmadi olaraq, layihənin gedişi monitorinq ediləcək. Bu zaman xüsusi qiymətləndirmə vərəqlərindən istifadə olunacaq. Beynəlxalq təcrübəyə əsaslanmış, peşəkar mütəxəssislər tərəfindən hazırlanmış anket və digər qiymətləndirmə vasitələri ilə layihə monitorinq ediləcək. Bildirmək istərdim ki, layihə bitdikdən sonra  məktəbdə yaradılmış və xüsusi biliklərlə maarifləndirilmiş “Gələcək karyera quruculuğunda” Dəstək Mərkəzi tərəfindən məktəbin heyətinə bütün lazımi dəstək həyata keçiriləcək. Təlimlər  nəticəsində məktəbdə qurulan bu sistem təhsilin keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. “Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması” Masallı  rayon Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin müəllimi Pərvin Hüseynovanın V Qrant müsabiqəsinə təqdim etdiyi layihə - “Ailə məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması” müasir dövrdə çox aktual mövzulardan  olan valideyn-məktəb münasibətlərinə həsr olunub. Layihənin məqsədi Masallı rayonunun 5 məktəbində ibtidai siniflərin valideynlərini təlimatlandırmaq vasitəsilə valideyn və məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində model yaratmaqdır. P.Hüseynova layihə barədə deyir: - Yaşadığımız dövrdə insanlar təkcə məktəbdə deyil, kənarda da öyrənirlər. Məktəb və müəllimin funksiyası uşaqların təlim-tərbiyəsinə, onların gələcəkdə layiqli vətəndaş olmasına, müasir biliklər əldə etməsinə dəstək verməkdir. Lakin bu, kifayət deyil. Burada ən çox məsuliyyət və yük valideynin üzərinə düşür. Çünki insan hansı ailədə göz açırsa, o ailə də onun təlim-tərbiyəsində, ətrafı dərk etməsində, ilkin həyati bacarıqlar və biliklər, vərdişlər qazanmasında önəmli rol oynayır. Belə ki, insanın formalaşmasında uşaqlıqdan tutmuş, yetkinlik yaşına kimi 3 əsas amil: müəllim - valideyn - şagird üçbucağı əsas komponentlər hesab olunur. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də bu 3 komponentin birgə işi, əməkdaşlığı yeni nəslin formalaşmasında, onların dəyişən dünyanın tələblərinə cavab verməsində mühüm rol oynayır. Bu komponentlərdən birinin olmaması insanın yarımçıq formalaşmasına gətirib çıxarır. Ümumi təhsil məktəblərində valideynlərlə işin səmərəli qurulması istiqamətində mühüm işlər aparılır. Burada təqdirəlayiq işlərlə yanaşı çətinliklər də mövcuddur. Problemləri aşağıdakı kimi xarakterizə etmək olar:  Valideyn-məktəb əməkdaşlığının sistemsizliyi; Bəzi valideynlərin məktəbə və uşaqlarının gələcək həyatına etinasızlığı; Məktəblərin özlərinin bu işə çox ciddi, sistematik və hər hansı mexanizmlə baxmaması; Bu işdə psixoloji və davranış faktorlarının nəzərə alınmaması; Məktəbdə psixoloji müşaiyət xidmətinin qeyri-effektivliyi; Ata və anaların maarifləndirmə istiqamətində keçirilən tədbir və fəaliyyətlərin azlığı;  Mövcud fəaliyyətlərə bu sahədə ekspert və peşəkar mütəxəssislərin cəlb olunmaması;  Valideynlərin özlərinin məktəblə əməkdaşlıqdan daha çox tənqidi yanaşması və əməkdaşlıq istiqamətində təşəbbüs etməməsi.  Yuxarıda qeyd edilənlərin mənfi təsiri daha çox uşaqların erkən - məktəbəqədər və ibtidai təhsil dövründə müşahidə olunur. Əksər valideynlər hər şeyi daha çox məktəbdən gözləyir və məktəblə əməkdaşlığa təşəbbüs göstərmirlər. Bu hal özünü daha çox ibtidai yaş dövründə - ibtidai siniflərdə göstərir. Bu dövr uşağın inkişafında əsas mərhələ hesab olunur. Bu dövr həm də valideyn-məktəb münasibətlərinin təməl dövrüdür. Görünən odur ki, hazırda xüsusilə ibtidai yaş dövründə olan uşaqların valideynlərinin məktəbə cəlb olunmasına böyük ehtiyac vardır. Eyni zamanda bu işin daha kütləvi və davamlı olması zərurəti aktualdır. Çünki həmin uşaqlar növbəti illərdə yuxarı siniflərdə təhsil alacaqlar. Odur ki, bu ənənəni ibtidai sinifdə başlamaq lazımdır.  Təklif olunan “Ailə Məktəbi” layihəsi valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, sosial-mənəvi problemlərin öyrənilməsi və həll edilməsi istiqamətində valideynlər ilə məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsində model rolunu oynayacaqdır. Ümid edirik ki, layihə yuxarıda sadalanan problemlərin həlli istiqamətində çox ciddi dəyişikliklərə gətirib çıxaracaqdır. Oruc MUSTAFAYEV"Azərbaycan müəllimi" qəzeti
Şəhidlərin xatirəsi üçün yaradılan muzeyin açılışı olub
Xəbərlər
Beyləqanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyin açılışı olub. Muzey məktəbin müəllimi Şükufə Şirinovanın Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olan “Məktəbimizin məzunu olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsi əsasında ərsəyə gəlib. Layihənin məqsədi məktəbin məzunu olmuş şəhidlərin keçdiyi döyüş yolu və igidliklərini təbliğ etməklə gənclər arasında vətənpərvərlik ruhunun daim yüksək olmasına töhfə verməkdən ibarətdir.Beyləqan rayonu Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbində şəhidlərin xatirəsi üçün yaradılan muzeyin açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin işçiləri, şəhid ailələri, qazi və veteranlar, məktəbin müəllim və şagird kollektivi iştirak edib.Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edənlər 44 günlük Zəfər yürüşündən və əldə olunan parlaq qələbədən danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgəri 30 illik Vətən həsrətinə son qoyaraq, torpaqlarımızı yağı düşməndən azad etdi. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimiz əsl qəhrəmanlıq dastanına çevrildilər. Bu gün onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.Diqqətə çatdırılıb ki, məktəbdə yaradılan muzeydə 1-ci Qarabağ döyüşlərində şəhid olan Əliyev Kərəm Qədim oğlu, Paşayev Paşa İbrahim oğlu və 2-ci Qarabağ döyüşlərində şəhid olan İsmayılov Elvin Tələt oğlu, Əliyev Səbuhi Teyyub oğlu, Rəhimli Xəyal Rahil oğlu və Heydərli Ayxan İlham oğlunun xatirələri əbədiləşdirilib. Onlara məxsus fotolar, həmçinin əşyalar muzeydə nümayiş olunur.Layihə çərçivəsində şəhidlərin xatirəsi üçün bulaq kompleksinin də inşası davam edir və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi
Xəbərlər
Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ni elan edir. Məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15 fevral - 31 mart 2022-ci il tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin elanıQeyd edək ki, 26 yanvar saat 15:00-da “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə dair vebinar keçiriləcək. Vebinarı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz. 
“Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinin yekun tədbiri keçirilib
Xəbərlər
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində iştirak edən Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin tarix müəllimi Şirinov Raqif vaqif oğlu “Zəfər salnaməsi şagid tədqiqatlarında” layihəsi üzrə qaliblərdən olub.Sumqayıt şəhər Yusif Məmmədləliyev adına 31 nömrəli məktəbdə “Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinin yekun tədbiri keçirildi.Tədbirdə Sumqayıt şəhərinin müxtəlif idarə və təşkilatlarından nümayəndələr, tanınmış ziyalılar və məktəb direktorları və layihənin iştirakıçıları olan şagirdlər iştirak edirdi. İlk öncə Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. “44 günlük” Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi böyük qələbədən və bu qələbəni bizə bəxş edən Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu siyasətinin nəticəsindən danışıldı. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasından, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyətindən söhbət açıldı. Bildirildi ki, Ulu öndərin qısa bir müddətdə ordu quruculuğu sahəsində gördüyü tədbirlərin nəticəsi idi ki, düşmən tərəf birinci Qarabağ müharibəsində atəşkəslə bağlı sazişin əldə olunması razılığına gəldi. Ata vəsiətini uğurla başa çatrıran cənab Prezidentimiz bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş etdi. Artıq işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq işləri görülür. Ali Baş Komandanın o cümlədən Birinci Vitse-Prezident Mehriban xanın Əliyevanın işğaldan azad olunmuş şəhər və rayonlarımıza hər səfəri, keçirdiyi görüşlər, çoxsaylı layihələrin təməldaşlarının qoyulması bizlərə tezliklə o yurdlarımıza qaytmağa əsas verir.Layihə çərçivəsində şagirdlərin araşırmalarında Vətən müharibəsində şəhid olmuş igid qəhrəmanlarımız haqqında topladıqları məlumatlardan ibarət kitabda tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə iştirak edən qonaqlara həmin kitablardan hədiyyələr verildi. Sonda şagirdlərin layihə müddətindəki fəaliyyətləri dəyərləndirildi, sertifikat və kitablar hədiyyə olundu.
V qrant müsabiqə qalibi “İnkişafa dəstək dərnəyi”nin işi uğurla icra olunur
Xəbərlər
2021-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərifindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqədə qalib olmuş Naxçıvan şəhər  8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzovanın “Bərabər imkanlar, Yaradıcı inkişaf”, “İnkişafa dəstək dərnəyi” işini uğurla davam etdirir.Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya–bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan bütün insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesidir.İnklüziv təhsil isə ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər qeyd olunmuş, sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə cəlb olunması üçün mühim addımlar atılmışdır.Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə “İnkişafa dəstək dərnəyi”nin yaradılması sağlamlıq imkanları məhdud şəxslərin, onlarla iş aparan digər şəxslərin (müəllimlərin, psixoloqların, valideynlərin) maariflənməsində çox əhəmiyyətli rol oynamışdır. Bu layihənin icrası üçün 4 ay vaxt nəzərdə tutlmuşdur. Layihənin məqsədi inteqrasiya məqsədi ilə ümumi təhsilə cəlb olunan inklüziv təhsilli uşaqların spesifik problemlərini nəzərə alaraq, onların daha rahat inteqrasiyası və tibbi-sosial, intellektual-yaradıcı inkişafı üçün yeni imkanlar yaratmaq, onlarla işləyən personalın bilik və səriştələrini artırmaq, uşaqlara praktik tibbi-psixoloji dəstək verməkdən ibarətdir.İlk okaraq layihənin təşkilati – texniki hazırlıq işləri aparılmışdır. Yaranacaq dərnək texniki avadanlıqla təchiz edilmiş və uşaqlar üçün texniki, yaradıcı-intellektual əyani vəsaitlər, elektron planşetlər, leqo, rəsm, animasiya, dizayn ləvazimatlar, əyləncəli oyun və oyuncaqlar alınmışdır.Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə inklüziv təhsilli uşaqlar üçün “İnkişafa dəstək Dərnəyi” yaradılmışdır. Dərnəkdə Ekspert Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Asossiasiyasının sədri, pedaqoq Gülxanım Orucova və psixoloq-loqoped Əsmər Rzayeva tərəfindən 20 uşaqla, 4 qrupda sosial-pedaqoji, yaradıcı-intellektual təlimlər, praktik əyləncəli işlər aparılmışdır.Təlimlər və praktik məşğələlər 2 istiqamətdə “Leqo, rəsm, animasiya, dizayn üzrə nəzəri və praktik bilik və bacarıqların inkişafı” və “İnklüziv uşaqların spesifik xüsusiyyətləri, onlarda intellektual yaradıcılıq, tibbi psixo-fizioloji korreksiya, inkişaf, sosial adaptasiya və özünə güvənin artırılması” mövzularında aparılmışdır. Həmçinin psixoloq-loqoped Əsmər Rzayeva tərəfindən həmin dərnəkdəki uşaqların sağlamlığına yönəlik, praktik loqoped, defektoloq və psixoloji xidmət dəstəyi təşkil edilmişdir.Yanvar ayında isə inklüziv uşaqlarla işləyən şəxslərin səriştələrini artırmaq  üçün psixoloqlar Minurə Musayeva və Ağabəyim Bağırova tərəfindən  Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdəki uşaqlarla işləyən hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər valideynlə “İnklüziv təhsilli uşaqlarla işin xüsusiyyətləri, uşaqlara qulluq və nəzarətvə uşaqlarda özünəgüvən hissinin, onların cəmiyyətə sosial adaptasiyası, canlı ünsiyyət və qarşılıqlı əməkdaşlıq mühitinin aşılanması” mövzusunda, Məktəbdəki uşaqlarla işləyən, hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər müəllim üçün  “İnklüziv təhsil nədir, inklüziv təhsilə dair hüquqi baza (qanunvericilik) və ədəbiyyat, İnklüziv uşaqlarla işin xüsusiyyətləri, uşaqlarla necə işləməli?” mövzusunda və Naxçıvan şəhərində yerləşən 10 məktəbdən (Naxçıvan şəhər 5, 7, 9, 10, 11, 12, 14, 15, 16, 17 saylı məktəblərdən) hər birindən 2 müəllim və 2 valideyn olmaqla təlimlər təşkil olundmuşdur.Təlimlərin sonunda anket-sorğular aparılmışdır.Layihə ərzində həmçinin uşaqların öz istedad və bacarıqlarına uyğun olaraq müxtəlif tədbirlərdə iştirakı da təmin olunmuşdur. Bundan əlavə olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan İnklüziv uşaqlar üçün birgə tədbir keçirilcəkdir. Ümid edirik ki, layihənin icrası həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün yararlı olmuşdur.
Şuşa rayon məktəblərini əhatə edən "Steam Robot Klub" layihəsinin yekun tədbiri
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi Şuşa rayon məktəblərini əhatə edən "Steam Robot Klub" layihəsi uğurla yekunlaşıb.Tədbirdə məktəbin direktoru Gülnar Qurbanova, layihə rəhbəri Elşad Cəfərov, təhsil şöbəsinin STEAM üzrə koordinatoru Aydan Bağırova, STEAM dərslərinin keçirilməsinə nəzarət - diaqnostik koordinatoru İlahə Nəcəfzadə, rayonun 1, 3, 6, 7 və Malıbəyli kənd 1 nömrəli məktəblərin müəllim və şagirdləri iştirak ediblər.Sonda Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin və Elşad Cəfərovun imzası ilə STEAM üzrə koordinatoru Aydan Bağırova və STEAM dərslərinin keçirilməsinə nəzarət diaqnostik koordinatoru İlahə Nəcəfzadəyə “Təşəkkürnamə”, müəllim və şagirdlərə isə “Sertifikatlar” təqdim olunub.
"Yaşasın dəyərlərimiz!" adlı layihə çərçivəsində məktəblərdə görüşlər keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş "Yaşasın dəyərlərimiz!" adlı layihə çərçivəsində məktəblilərlə maarifləndirici görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə layihənin rəhbəri Quba rayonu Qaravülüstü kənd ibtidai məktəbin müəllimi Məhəmməd Bayramov çıxış edərək bildirmişdir ki, layihənin əsas məqsədi ölkəmizdə uzun illər boyu inkişaf edən mental dəyərlərin məktəblilərə aşılanması ilə cəmiyyətimizin inkişafına dəstək verməkdir. Açılış nitqindən sonra görüşlərə təhsil eksperti qismində dəvət olunmuş Ramin Mahmudov valideyn-övlad münasibətləri, milli-mənəvi dəyərlərimizin önəmi, ölkəmizin vətən müharibəsində göstərdiyi nəaliyyətlər mövzuları üzrə çıxış etmişdir.Görüşlərin yekununda məktəblilərin sualları cavablandırılmışdır.Məlumat üçün bildirək ki, görüşlər Quba şəhər Vətən müharibəsi qəhrəmanı Mehrab Niftəliyev adına texniki təmayüllü liseydə, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb liseydə, Quba şəhər 4 saylı humanitar fənlər təməyüllü məktəb liseydə və Quba şəhər 7 saylı orta məktəbdə keçirilmişdir.Layihənin sonunda daha çox məktəblinin maariflənməsi üçün sosial videoçarxın hazırlanması nəzərdə tutulmuşdur.
“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrası uğurla davam etdirilir
Xəbərlər
Artıq layihənin icrasına 5 aydır ki, başlanılıb. Bu müddət ərzində layihənin səyyar kitabxanası 6 ümumtəhsil müəssiəsində olmuş, layihə çərçivəsində alınmış kitablar şagirdlərə paylanılmış və müəyyən olunmuş müddətdən sonra mütaliə edilmiş kitabların müzakirəsi təşkil olunmuşdur. Bundan əlavə şagirdlər üçün mütaliə mədəniyyətinin təhsilimiz və cəmiyyətimiz üçün faydalarını çatdırmaqdan ötrü maarifləndirmə seminarları təşkil olunmuşdur. Seminarın təlimçiləri filosof-şərqşünas, psixoloq və yazıçı Rövşən Abdullaoğlu, gənc yazar İlahə Səfərzadə və Əməkdar müəllim Aybəniz Əhədova olmuşdur. Görüşlərdə layihə rəhbəri Samirə Əmrahova layihənin məqsəd və vəzifələri, həmçinin sonda təşkil olunacaq "Gələcəyin xəzinəsi bizik" yarışması haqqında şagirdlərə məlumat verdi. Məktəb rəhbərlərinin və müəllim heyətinin böyük maraqla qarşılayaraq dəstəklədiyi layihənin icrası uğurla davam etdirilməkdədir.Qeyd edək ki,  layihənin əsas məqsədi    yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır. 
"Balakənli proqramçılar" layihəsinin yekun hesabat tədbiri
Xəbərlər
5 fevral 2022 -ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata kecirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin qalib layihələrindən olan "Balakənli proqramçılar" layihəsinin son təqdimat (bağlanış) mərasimi keçirildi. Tədbirdə Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayev ,  Balakən Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Günel Hacıyeva, Balakənli proqramçılar" layihəsinin layihə rəhbəri Fatma Musa qızı Əfəndiyeva və layihə üzvləri iştirak edirdi.Tədbiri giriş sözü ilə layihə rəhbəri açdı. O,bildirdi ki, layihənin icra müddəti 01.10.2021-31.01.2022-ci il tarixlərini əhatə edib. Layihəyə iki məktəb olmaqla 20 nəfər şagird cəlb edilmişdir. Həmin şagirdlərə iki təlimçi: Microbit və Tinkercad proqramları üzrə Kərim Kərimov, Pythone proqramlaşdırma dilinin tətbiqi və tədrisi üzrə Bahar İsmayılova təlimlər keçib. Keçilən hər təlim maraqlı, sadə və rahat formada onlayn qaydada keçirilib.Eyni zamanda layihənin məqsədi kimi göstərilən  “İnkişaf etmiş ölkələrin müasir təhsil sisteminə əsaslanaraq şagirdlərimizin proqramçı kimi yetişmələrinə, müxtəlif istiqamətlərdə uğur qazanmalarına və eyni zamanda ixtisas seçimində düzgün istiqamətlənmələrinə dəstək olmaq” prinsipi layiqincə həyata keçirilib.Sonra söz həm  qonaqlara, həm də layihə iştirakçılarına verildi. Tədbirin qonaqları "Balakənli proqramçılar" layihəsinin fəaliyyətindən, uğurlarından danışdılar və şagirdlərə gələcək işlərində müvəffəqyyətlər arzuladılar.  Layihənin ən böyük uğurlarından biri kimi layihə üzvlərindən Şahin Məmmədov və Həmzət Hudulovun Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF-2021 festivalına qoşularaq 2-ci yerə layiq görülmələri, eyni zamanda Məryəm Şəkiliyeva, Şahin Məmmədov və Həmzət Hudulovun Respublika Fənn Olimpiadasında informatika fənni üzrə II tura vəsiqə qazanmalarından danışıldı. Bütün bu sadalanan uğurlar layihənin böyük dəstəyinin danılmaz sübutu olduğunun baris nümunəsidir.Sonda tədbiri yekun sözü ilə layihə rəhbəri Fatma Əfəndiyeva bağladı və layihənin bitməsinə baxmayaraq davamlılığın qorunmasını bildirdi və layihənin icrasında göstərilən dəstəyə görə Təhsil Nazirliyinə, Balakən Rayon Təhsil Şöbəsinə, Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin rəhbərliyinə, təlimçilərə  öz təşəkkürünü bildirdi.
Məktəbli dron mühəndisləri
Xəbərlər
“Məktəbli dron mühəndisləri” layihəsi çərçivəsində ümumilikdə 15 nəfər şagirdin  iştirakı ilə onlayn və əyani təlimlər keçirilmişdir. Layihəyə cəlb olunmuş  şagirdlər layihə əsaslı və dizayn əsaslı öyrənmə mühiti, 3D çapı, dron texnologiyası, layihə məhsullarına əmrlərin verilməsi - Microbit və makecod proqamları ilə tanış oldular. Onlayn təlimlər zamanı təhsilalanlar nəzəri biliklərlə bərabər Mikrobitdən  istifadə sahələri, tətbiqi, müxtəlif fiqurların qurulma mexanizmi, microbitə proqramın yüklənməsi ilə tanış olub, praktiki şəkildə sınaqdan keçirdilər. Cad və 3D capı, Tintercad proqramı ilə tanışlıq, Tintercad proqramından istifadə təhsilalanlarda praktik biliklər qazandıraraq müxtəlif bacarıqlar formalaşdırıb. Onlayn təlimlərdə dronlar haqqında öyrənilən nəzəri biliklər əyani təlimlərdə praktiki olaraq sınaqdan keçirildi, dron texnologiyası - dronların uçuşa hazırlığı, necə işləməsi sahəsində biliklər qazanıldı.Dron texnologiyası və 3D çapı bilik və bacarığı şagirdlərə öz ideyasını reallığa çevirməyə kömək edəcək, bu tədris metodikası uşaqlara nəzəriyyə və praktiki bacarıqları effektiv şəkildə birləşdirməyə imkan verəcək. Bu da şagirdlərə məktəb dərslərini  daha dərindən öyrənmələrinə həvəs oyadacaq, gələcəkdə yiyələnmək istədikləri ixtisasları düzgün seçmələrinə imkan yaradacaq. Layihə iştirakçılarının Dron olimpiadasının Zona turunda iştirakı, I,II,III yerlər üzrə qalibiyyəti və respublika turuna vəsiqə qazanmaları ucqar kənd şagirdlərinin  qarşısına V qrant müsabiqəsinin açdığı uğurlu yol idi.1 Fevral 2022-ci il tarixində Bakıda Gənclər Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AREA -Azerbaijan Robotics Engineering Academy birgə təşkilatçılığı ilə keçirilən DRON ŞOU- da “Məktəbli dron mühəndisləri” layihəsində olan Zona turunun qalibləri iştirak etmiş və yayda keçiriləcək Respublika Dron olimpiadasında iştirak etmək üçün vəsiqə qazanmışlar.
VI qrant müsabiqəsinə layihələrin qəbuluna başlanılır
Xəbərlər
Fevralın 15-də "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant" müsabiqəsinə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbuluna başlanılır. Layihələrin qəbulu 15 fevral - 31 mart 2022-ci il tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz. Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin elanı Qeyd edək ki, layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. VI qrant müsabiqəsinə elektron qeydiyyat və müraciət etmə qaydası
“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsi üzrə əl işləri sərgisi təşkil olunub
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.Layihə çərçivəsində məktəblilər üçün təşkil olunan xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş şəxsləri həvəsləndirmək və onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı ötən aylar ərzində təlim iştirakçıları tərəfindən düzəldilmiş əl işlərindən ibarət sərgi təşkil edildi. Sumqayıt Poeziya Evinin nümayiş zalında təşkil olunan tədbirdə xusüsi dərnəklər və kurslar zamanı dinləyicilərin hazırlandıqları 30-dan artıq əl işləri nümayiş etdirildi. Sərgini açılış sözü ilə açan layihənin rəhbəri Tünzalə Hüseynova indiyədək layihə çərçivəsində görülən işlərdən danışdı. Qonaqlara layihənin fəaliyyətini əks etdirən kiçik videoçarx nümayiş olundu. Çıxış edənlər arasında Qubadlı rayonunun Təhsil şöbəsinin müdiri Fuad Bədəlov və digər qonaqlar yeniyetmələrin bu cür ictimai fəaliyyətlərə cəlb edilməsinin vacibliyini, gələcəkdə onların inkişafında mühim rol oynayacağını qeyd etdilər. Sonra qonaqlar sərgi eksponatları ilə tanış oldular, bu yeniyetmələrin gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etməyin önəmini vurğuladılar.Əl işləri sərgisində Qubadlı rayonunun müxtəlif məktəblərinin rəhbərlərin, Qubadlı İH-nin nümayəndələri, Sumqayıt şəhərinin ictimai fəalları, KİV nümayəndələri, dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Tədbirdə layihə çərçivəsində xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş uşaqlara sertifikatlar təqdim edildi.Qeyd edək ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə mart ayında layihənin yekunu kimi “Dəyirmi masa”nın keçirilməsi planlaşdırılır.
Öyrənmək istəyən hər kəs üçün ödənişsiz təhsil dəstəyi
Xəbərlər
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qrant qazanan Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca Nardaran Qəsəbə 295 nömrəli tam orta məktəbdə icra olunur.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin: "Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək təhsil müəssisələrinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin" sözlərinə əsaslanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə (Təhsildə inkişaf və innovasiyalar üzrə qrant) dünyaca məşhur olan "Khan Academy" orta məktəb şagirdlərinin həm rəqəmsal təhsil platformalarından istifadə ilə bağlı bacarıqlarını inkişaf etdirmək, həm də onların riyazi biliklərini mükəmməlləşdirməyi hədəfləyib.Layihə çərçivəsində müəllimlərə mentor dəstəyi təmin edilib və onlara platformadan istifadə qaydaları izah olunub.  Şagirdlərin rahat platformadan istifadə etmələri üçün  ağıllı cihazlar alınıb. Layihədə iştirak edən şagirdlər dərsdənkənar məşğələlər formasında həftədə 2-3 dəfə məşğul olurlar. Layihə III-V sinifləri əhatə etməklə, mərhələli şəkildə 9 ay davam edəcək.Məlumat üçün bildirək ki, “Khan Academy” hər yaşda müstəqil öyrənməni təmin edən dünyaca məşhur açıq öyrənmə platformasıdır. İbtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilk etmək “Khan Academy-Azərbaycanca” platformasının əsas hədəfidir.Videoçarxın hazırlanmasında göstərilən dəstəyə görə Təhsil Nazirliyinin “Təhsil” televiziyasına təşəkkür edirik!
"Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana" layihəsinin bağlanış tədbiri keçirilib
Xəbərlər
Fevralın 24-də Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana" layihəsinin hesabat xarakterli bağlanış tədbiri keçirilib.Tədbirdə Cəlilabad Rayon Təhsi Şöbəsinin müdir əvəzi Ağaxan Ağayev, Azərbaycan dili və ədəbiyyat fənn metodisti İlham Əhmədov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Seymur Cəfərov, layihənin eksperti Vasif Aliyev, müxtəlif ümumtəhsil müəssisələrindən layihə təlimlərinə cəlb olunmuş müəllimlər, layihə çərçivəsində təşkil olunmuş "Gələcəyin xəzinəsi bizik" mütaliə yarışmasında qalib gəlmiş şagirdlər iştirak ediblər.Layihə rəhbəri Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Samirə Əmrahova layihə haqqqında məlumat verərək layihənin məqsədi və vəzifələri barədə, layihənin icra müddətində görülmüş işlərdən və əldə olunan nəticələr barədə məlumat verib.Daha sonra qonaqların və təlimin iştirakçılarının fikirləri dinlənilib.Qeyd edək ki, Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.
İxtiraçı gənclər – “Sabahın alimləri” layihəsinin bağlanış tədbiri keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi Mingəçevir şəhər R. Mirabov adına 7 saylı tam orta məktəbin İxtiraçı gənclər - “Sabahın alimləri” layihəsinin bağlanış tədbiri keçirilib. Layihənin bağlanış və mükafatlandırma tədbirinə Mingəçevir 13 saylı tam orta məktəb ev sahibliyi edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə 7 saylı tam orta məktəbin direktoru və layihənin rəhbəri Anar İsmayılov çıxış edərək tədbirə gələn qonaqları salamlayıb və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib: “Mən düşünürəm ki,layihə çərçivəsində istədiyimiz naliyyətləri əldə etdik, amma biz bununla kifayətlənmirik, növbəti illərdə də uğurlarımızı artıracağıq”.Layihə rəhbəri onu da bildirib ki, layihənin təlimləri “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri, Fizika – riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti, Samir Orucov tərəfindən həyata keçirilib.Mükafatlandırma tədbirində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, layihənin eksperti Etiram Sadıqzadə, Mingəçevir Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Zəbiyev, 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov və uğur qazanmış məktəblilər çıxış ediblər.Tədbirin sonunda layihədə iştirak edən şagirdlər, respublika müsabiqəsində qalib olan məktəblilər, müəllimlər və KİV nümayəndələri sertifikatla mükafatlandırılıblar.Layihənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdən ibarət idi.Qeyd edək ki, layihə 15.09.2021-ci il tarixindən 28.02.2022-ci il tarixinə kimi  zamanı əhatə  edib. Layihədə iştirak hüququ qazanmış  60 şagirdə  8 fərqli mövzuda təlimlər keçirilib.
"Fərqli təcrübə” başlayır
Xəbərlər
Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Fərqli təcrübə” adlı yeni onlayn proqrama start veriləcək. Proqramın əsas məqsədi "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi"nin qaliblərinin  təcrübəsini geniş auditoriyaya çatdırmaq, təhsil işçilərini yeni layihələrlə çıxış etməyə sövq etməkdir. Proqram hər həftənin cümə axşamı saat 16.00-da T-Network-ün “Facebook” səhifəsindən canlı yayımlanacaq.Martın 3-ü yayımlanacaq proqramın ilk buraxılışında “Virtual robotlar” və “Quizizz Azərbaycan” layihələrinin müəllifləri və komanda üzvləri ilə söhbət aparılacaq.
"Şagirdlərin Astronavtika Məktəbi "adlı layihəsinin hesabat tədbiri
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olan Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbində "Şagirdlərin Astronavtika Məktəbi "adlı layihəsinin hesabat tədbiri keçirilib.Təbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov, Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov, məktəb direktorları, eləcə də layihədə iştirak edən müəllim və şagirdlər iştirak ediblər.Tədbirdən öncə layihə çərçivəsində şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra tədbiri məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru və layihə rəhbəri Gülnurə Babaşova giriş sözü ilə açmış və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Gülnurə Babaşova layihə müddətində görülmüş işlərə dair hesabatı məruzə etmişdir.Qonaqların çıxışından sonra layihənin fəaliyyətini əks etdirəm videoçarx nümayiş etdirilmişdir. Tədbirin sonunda layihə təlimlərində iştirak edən iştirakçılara sertifikatlar təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.
Qrant müsabiqəsinə hazırlıqla bağlı onlayn görüş
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə hazırlıqla bağlı onlayn görüş keçirilib.Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.BŞTİ müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyəti barədə danışıb, bu kimi layihələrdə müəllimlərin iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.M.Vəliyeva öz layihələri ilə müsabiqəyə qoşulmaq arzusunda olan müəllimlərə uğurlar arzulayıb.Daha sonra iştirakçılara müsabiqə mövzuları, şərtləri, təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbuluna fevralın 15-dən başlanılıb. Layihələrin qəbulu 15 fevral - 31 mart 2022-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
“Riyazi Beyin Xəritəsi” layihəsi öz fəaliyyətini uğurla davam etdirir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyaar üzfə 5-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Riyazi Beyin Xəritəsi” layihəsi icra planına uyğun olaraq öz işini davam etdirməkdədir. Layihə boyunca mütəmadi olaraq dəyirmi masa təşkil edilir, görülən işlər müzakirə olunur. Layihənin məqsədi gələcəyin qurucusu olan şagirdlərimizin riyaziyyat, elm və texnologiyaları  mənimsəməyə xidmət edən və riyaziyyat  fənn müəllimlərinə tədris prosesində dəstəkləyici, öyrədici mühitin formalaşdırılması üçün, “riyazi beyin xəritəsi”  tətbiqinin hazırlanmasıdır. Layihə çərçivəsində hazırlanan https://riyazi.az saytının konstruksiya işləri tamamlanmışdır. Saytın “kateqoriyalar” hissəsinə V-XI sinif üçün yerləşdirilməsi nəzərdə tutulan resurslar mütəxəssis Bəhman Məmmədov və Şəmistan Əlizadə tərəfindən hazırlanmaqdadır. Resurlar hazır olduqdan və sınaqdan keçirildikdən sonra saytın müvafiq bölmələrinə yerləşdiriləcəkdir. Layihə rəhbəri, Bakı şəhəri 62 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Cəmilə Əsgərovanın bildirdiyinə görə 12 mart tarixində ümumtəhsil məktəblərinin şagirdləri üçün vebinarın təşkili üzərində iş gedir. Vebinarın spikeri hazırda Rumıniyada fəaliyyət göstərən azərbaycanlı proqramist Şəmistan Əlizadə olacaq. Vebinarda məqsəd şagirdlərin riyaziyyatı müxtəlif öyrənmə üsullarını ölçmə-qiymətləndirməsinə nail olmaqdır. Qeyd edək ki, "Riyazi beyin xəritəsi” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar V Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib və 01.11.2021-01.05.2022  müddətində həyata keçirilir.
“Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi uğurla yekunlaşıb
Xəbərlər
13.03.2022 tarixində Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin “Fərdi”kateqoriya üzrə qalibi olmuş Nəvai Qənbərovun rəhbəri olduğu “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin bağlanış tədbiri təşkil olunub. Layihənin yekun tədbirində məktəbin direktoru Adil Rzayev, layihənin rəhbəri Nəvai Qənbərov, layihənin təlimçisi Samir Vəlizadə, layihənin eksperti Samir Salayev, layihənin mühasibi Vamiq Babayev, layihə çərçivəsində təlim sessiyalarının iştirakçısı olan coğrafiya fənn müəllimləri, təhsil işçiləri, rayonun ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir layihənin   “Facebook” səhifəsində canlı yayımlanıb.Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Nəvai Qənbərov tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Layihə təşəbbüslərini dəstəklədiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib. Layihə çərçivəsində görülən işlərə dair ətraflı məlumat verdikdən sonra sözü layihənin təlimçisi Samir Vəlizadəyə verib.Peşəkar CİS təlimçisi Samir Vəlizadə çıxış edərək layihə çərçivəsində həyata keçirilən təlimlər barədə geniş məlumat verib. Bağlanış tədbirində iştirak edən ictimaiyyət nümayəndələrinə layihənin təlim sessiyaları boyunca və sessiyaların sonunda həyata keçirilən iştirakçıların qiymətləndirilməsi imtahanı zamanı maraqlı hissələrdən ibarət videonu təqdim edib. Layihənin yüksək səviyyədə təşkilinə şərait yaratdığına görə layihənin idarə heyətinə və fəallığına görə hər bir layihə iştirakçısına təşəkkürünü bildirib.Çıxış edən layihənin eksperti Samir Salayev layihənin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. İctimaiyyətin böyük marağını nəzərə alaraq mətbuatda layihə haqqında məlumatların çox yayılmasını müsbət hal kimi diqqətə çatdırıb və layihə çərçivəsində 6 ay boyunca icra ediən  işləri ictimaiyyətə çatdırmaq üçün mütəmadi olaraq press-relizləri təqdim edib. Tədbirdə çıxış edən Astara şəhəri C.Babayev adına 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev layihənin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək belə layihələrin həyata keçirilməsinə cəmiyyətdə hər zaman ehtiyac duyulduğunu diqqətə çatdırıb. Layihə çərçivəsində müxtəlif məktəb müəllimlərinin iştirakı həmin məktəblərdə Coğrafiya fənninin tədrisində səmərəliliyi artıracağına səbəb olacağına əminliyini ifadə edib. Bütün iştirakçıları təbrik edib, layihənin idarə heyətinə belə məsuliyyətli işi yüksək səviyyədə idarə etdikləri üçün təşəkkürünü ifadə edib.İştirakçılar adından çıxış edən Lənkəran rayon C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin direktoru – Coğrafiya müəllimi Araz Babayev layihənin faydalarından danışaraq qeyd edib ki, layihə çərçivəsində həyata keçirilən bütün təlimlərin videolarının layihənin “Youtube” kanalında yerləşdirilməsi CİS-i öyrənmək istəyən hər bir Coğrafiya fənn müəlliminə dəstək olacaqdır. Bu həm layihədə öyrədilən bacarıqların təkrarlanması, həm də məktəblərdə tətbiq olunması baxımında davamlılığa töhvə verəcəkdir. Belə şəraitin yaradılmasına görə Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib. Bu layihədən həvəslənərək “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə layihə təqdim etdiyini qeyd edib. Bütün müəllimləri VI qrant müsabiqəsinə aktiv qoşulmağa səsləyib. Bağlanış tədbirinin sonunda  layihə çərçivəsində təşkil olunan təlim sessiyalarını uğurla başa vurmuş iştirakçılara sertifikatlar və mükafatlar təqdim edilib.
VI qrant müsabiqəsinə layihələr təqdim olunur
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi üçün layihə qəbulu davam etməkdədir.Təhsil Nazirliyi  "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant" müsabiqəsində iştirak etmək üçün 31 mart 2022-ci il saat 00:00-dək  layihə təkliflərini təqdim etməyə dəvət edir. Bu günə qədər ölkənin bir çox şəhər və rayonlarından (Abşeron, Ağstafa, Ağsu, Astara, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Naxçıvan, Gəncə, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Kəlbəcər, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ, Qobustan, Qubadlı, Şabran, Samux, Şəki, Şəmkir, Siyəzən, Sumqayıt, Ucar, Zaqatala, Zəngilan) layihələr təqdim edilib. İlkin məlumatlara əsasən ölkə üzrə ən çox layihə təklif olunan  Bakı (23%) və Sumqayıt (5%) şəhərləri, Beyləqan (10%) və Ağsu (5%) rayonlarıdır.Qeyd edək ki, layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Layihələrin qəbulu www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri layihə təklifləri ilə VI qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edirik.
Təhsilin təşəbbüskar simaları
Xəbərlər
V Qrant müsabiqəsinin qaliblərinin uğur hekayələriMəlumdur ki, hər bir təhsil sisteminin göstəriciləri məktəbin, müəllim və şagirdlərin nailiyyətləri ilə ölçülür. Təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan uğurlar pedaqoji kollektivlərin, təhsilverənlərin öz vəzifələrinə daha məsuliyyətlə yanaşması və bir-birindən maraqlı innovativ təşəbbüslərlə çıxış etməsini stimullaşdırır. Bu baxımdan, ölkəmizdə ənənəvi olaraq hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də xüsusi aktuallığı ilə seçilir. Ötən təqvim ilindən icrasına başlanılmış Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalib layihələri də bir-birindən maraqlı və innovativ olmaları ilə diqqətçəkicidir.    “STEAM möcüzəsi - Dördüncü sənaye inqilabına doğru” V Qrant müsabiqəsinin  ümumtəhsil kateqoriyası üzrə qaliblərindən biri Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü liseyin direktoru  Zəhra Zeynalovanın rəhbəri olduğu  “STEAM  möcüzəsi - Dördüncü sənaye inqilabına doğru”  layihəsidir. Layihənin təlimçiləri liseyin STEAM müəllimləri Ləman Novruzova və Günel Qurbanovadır. Liseyin direktoru  Z.Zeynalova layihə barədə fikirlərini bölüşüb:  -  Dünyada geniş yayılmış müasir təlim metodlarından biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu  metod mütəxəssis hazırlığında mühüm əhəmiyyət  kəsb edir. STEAM ənənəvi metodlardan fərqli olaraq elmi, texniki biliklərin  tətbiqini özündə cəmləşdirir. Bu yanaşma şagirdlərin yaradıcı, məntiqi təfəkkürünü  inkişaf etdirməklə gələcəyə, XXI əsr üçün lazım olan kadrı hazırlayır. Şagirdlərimiz  bu metodla xəyali güclərini, yaradıcı ideyalarını birləşdirir, elmi biliklərini əlaqələndirir və texnoloji məhsul ortaya çıxarırlar. Bir sözlə, STEAM metodunun məqsədi biliklərini ortaq istiqamətə yönəldən, təfəkkürü inkişaf etdirən, tətbiqi bacarıqlarını ortaya qoyan, cəmiyyətə öz işləri ilə xeyir verməyi bacaran faydalı şəxsiyyətlər yetişdirməkdir.  Qürurverici haldır ki, Göygöl rayon təhsili də bu təlim metodundan yararlanmaqdadır. Elə təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinə layihə təqdim edəndə də ən başlıca hədəfim rayonumuzun müəllim və şagirdlərinə bu yeni təlim metodunu aşılamaq idi. 3 ay davam edən “STEAM möcüzəsi - Dördüncü sənaye inqilabına doğru” layihəsi rayonumuzun  10 ümumtəhsil məktəbindən seçilən texniki və təbiət fənn ixtisaslı 20 müəllim, 40 şagirdlə öz missiyasının əsas hissəsini uğurla yekunlaşdırdı. Fəaliyyət planına uyğun olaraq layihənin sonunda  Göygöl rayon Gənclər Evində təlimlər zamanı şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edildi. Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığını, ilk növbədə layihədə iştirak edən müəllimlər təmin edirlər və fəaliyyətin nəticəsi olaraq STEAM şagirdlərinin sayı sürətlə artır. Bundan əlavə, Göygöl rayon Texniki, təbiət fənləri təmayüllü liseydə yerləşən STEAM kabinetində yaradıcı və istedadlı şagirdlərin kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılmasını təmin etmək, xüsusi qabiliyyətlərini inkişaf etdirmək və davamlılığı təmin etmək məqsədilə hər ay müəllim və şagirdlərlə davamlı inkişaf və əməkdaşlıq, bilik, bacarıq, səriştə və vərdişlərin aşılanması üçün praktiki görüşlər keçirilir. Görüşlərdə fikir mübadiləsi aparılır, təcrübələr paylaşılır, təlimçilər tərəfindən tövsiyələr verilir, yeniliklər müzakirə olunur. İnanıram ki, layihənin gözlənilən nəticələrinə uyğun olaraq, təlimi uğurla başa vurmuş müəllimlərimiz öz dərslərində hər zaman STEAM ilə inteqrasiya şəklində, oyun və layihə əsaslı öyrətmədən istifadə edəcəklər. STEAM metodologiyaları vasitəsi ilə istənilən sinifdə mövzu nə olursa- olsun, maraqlı öyrənməni reallaşdıra biləcəklər. İdeya, məlumatın araşdırılması, həll yolunun seçilməsi, planlaşdırma, təqdimat və qiymətləndirmə mərhələlərini asanlıqla tətbiq edəcəklər.  Təlimlərimiz şagirdlərimizdə məktəb dövründə tənqidi və yaradıcı təfəkkür, komanda işi, texnoloji savadlılıq, əməkdaşlıq və informasiya araşdırma bacarığı formalaşdırdı. STEAM bacarıqları sayəsində şagirdlər biliklərini bacarığa çevirə bildi, onlarda mühəndislik, incəsənət, memarlıq, tibb və texnologiya kimi həyati sahələrə maraq yarandı. STEAM təhsili sayəsində istedadlı şagirdlər uğurlu bir gələcəyə addım ataraq innovasiya, süni intellekt və robotlar dövrünə uyğun intellektual bacarıqlara yiyələndilər. İnanırıq ki, bugünkü STEAM bilikli şagirdlərimiz gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yeni texnologiyalarla ayaqlaşmağı bacaran, psixoloji və mənəvi bütövlüyə sahib, yenilikçi və təşəbbüskar şəxsiyyətləri kimi formalaşmaqla ölkəmizin inkişafına yeni-yeni  töhfələr verəcəklər. “Şəhid və qazilərimizin tanıdılması məqsədilə vikipediya klubunun yaradılması”   Sabirabad rayonu Balvar kənd Cəlil Fərzəliyev adına tam orta məktəbin tarix müəllimi Nurlana Xəlilova “Şəhid və qazilərimizin tanıdılması məqsədilə vikipediya klubunun yaradılması”  layihəsi ilə  V Qrant müsabiqəsində qalib gəlib. Layihənin məqsəd və vəzifələri barədə müəllif özü məlumat verir: - Layihənin əsas məqsədi vətənpərvərlik sahəsində şəhid və qazilərimizin tanıdılması istiqamətində virtual informasiyanı gücləndirməklə vikipediya ensiklopediyası mövzusunda şagirdləri maarifləndirmək və vikipediya klubunun təşkilindən ibarətdir. Layihənin vəzifələrinə - 1.“Vikipediya ensiklopediyasının təhsildə rolu” mövzusunda məlumatlılıq səviyyəsini artırmaq üçün vəsaitlərin, bukletlərin, flayerlərin və bannerin çap olunması, 2. Şagirdlərdən ibarət 10 nəfərlik bir qrup üçün 5 günlük vikipediya sahəsində maarifləndirici seminarların təşkili, 3. Şagirdlərlə birlikdə rayonumuzun II Qarabağ müharibəsi şəhidlərinin döyüş yolu haqqında məlumatların toplanması və vikipediyada yerləşdirilməsi, 4. Vikipediya klubunun yaradılması daxildir. Layihə üzrə təlimlər Sabirabad rayonunun Balvar kəndində təşkil olunub. 3 ay icra müddəti olan layihədə ümumilikdə 5 təlim keçirilib ki, onlardan 3-ü əyani, 2-si  isə onlayn tədris olunub. Qeyd etmək istəyirəm ki, şagirdlərlə birlikdə Sabirabad rayonu üzrə vikipediyada məlumatları yerləşdirilməyən İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını tərtib etdik. Araşdırma nəticəsində 18 nəfər İkinci Qarabağ müharibəsi şəhidi haqqında vikipediyada məlumatın olmadığı müəyyənləşdirildi. Təlim planına uyğun olaraq  10 şagirdin hər birinə gmail hesabı açıldı, təlimçinin nəzarəti ilə şagirdlərin vikipediya hesabları yaradıldı. Vikipediyada şəkil yerləşdirilmə detalları, məlumatların redaktə edilməsi, yaradılmış mətnlərə başlıqlar verilməsi, kateqoriyaya bölünməsi funksiyaları şagirdlərə izah edildi. Layihə üzrə təlimlər  Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzinin peşəkar təlimçisi Rauf Əsədov tərəfindən tədris olunub. Layihənin yekun tədbirində məktəb direktoru, layihə rəhbəri və şagirdlər iştirak edib.     Layihə rəhbəri Nurlana Xəlilova bildirir ki, layihənin əsas hədəfi Sabirabad rayonundan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın tanıdılması, onlar haqqında ətraflı məlumatların paylanılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsidir. "Məktəbli qızların əl işləri sərgisi"  Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalib layihələrindən biri "Məktəbli qızların əl işləri sərgisi"dir. Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin informatika müəllimi Yeganə Abiyeva müəllifi olduğu  layihənin  mahiyyəti və icrası barədə danışır: - Layihəmizin əsas məqsədi ümumtəhsil müəssisələrində məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir. Layihənin icrasına məktəbin müəllimləri arasından könüllü qrupun formalaşdırılması ilə start verdik, onlar təbliğat işlərində mənə yardımçı oldular. Təbliğat Ağcabədi rayon məktəblərində təşkil edildi.  Müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən qızların əl işlərinin qəbulu aparıldı.  Əl işlərinin qəbulu  ekspert və bu sahədə peşəkarların iştirakı ilə həyata keçirildi. Eyni zamanda qəbul zamanı müsabiqəyə dəvət olunan ekspertlər və xüsusi qonaqlar müsabiqəyə qatılan məktəblilərlə söhbət aparıb, onlara öz tövsiyələrini veriblər. Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərsləri də təşkil olunub,  bu təlimlərdə 40 məktəbli qız iştirak edib. Təlimlər -  rəng çalarları;  naxışların növləri və işləmə qaydası; biserlərlə toxuma - ilmənin sirləri; oriqami kimi mövzuları əhatə edib.  Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış münsiflərin  köməyi ilə ən maraqlı işlər mükafatlandırılıb. Ümumilikdə,  müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində təşkil olunmuş sərgidə rayon ictimaiyyətinə təqdim olunub. Həmçinin müsabiqə qalibləri  ilə yanaşı, layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə də  bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar verilib. Sonda layihənin bütün hissələrini özündə əks etdirən və uşaqların əl işlərinə dair jurnalın çapı təşkil olunub.                                                     “aSc Time Tables- Elektron dərs cədvəli” Astara rayonu Təngərüd kənd Səməd Vurğun adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, biologiya müəllimi  Ülfət İsfəndiyarov V Qrant müsabiqəsində “ aSc Time Tables- Elektron dərs cədvəli” layihəsi ilə iştirak edib və qalib gəlib. Ülfət İsfəndiyarov layihəsinin  əhəmiyyəti və mahiyyəti barədə danışır: - Müəllifi olduğum   “aSc Time Tables- Elektron dərs cədvəli”  mükəmməl bir proqramdır. Bu proqram hər bir məktəbdə dərslərin, siniflərin və müəllimlərin idarə edilməsini asanlaşdırır. Cədvəl kompüter vasitəsilə 5.000.000-dən çox imkanın qiymətləndirilməsinə şərait yaradır. Bu cədvəli tətbiq etməklə gözəl tənzimlənmiş bir dərs cədvəlinə nail olmaq mümkündür.  Proqramın  məktəblərimizdə tətbiqi  təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin işlərini asanlaşdırır və daha mükəmməl edir. Bu, xüsusilə pandemiya dövründə dərs cədvəllərinin tez-tez dəyişdirilməsi, əyani dərslərdən distant dərslərə keçilməsi zamanı işin asanlaşmasına gətirib çıxaran mükəmməl bir cədvəldir. Layihənin icra müddəti 3 ay davam etdi və yüksək səviyyədə layihəyə cəlb olunmuş direktor müavinləri proqramı mənimsəyə bildilər. Layihə çərçivəsində ümumilikdə 28 nəfər müəllimin iştirakı ilə Astara rayonunun Təngərüd kənd S. Vurğun adına tam orta məktəbində və Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə təlimlər keçirildi. Fəaliyyət planında göstərildiyi kimi, öncə müvafiq qurumlarla işlərin aparılması, ekspertlərin cəlb edilməsi, layihə üçün elektron dərs vəsaitlərin hazırlanması, çap işlərinin görülməsi, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təlimlərə cəlb olunması üçün təhsil şöbəsi ilə danışıqların aparılması, proqrama müvafiq məlumat kampaniyasının təşkili və həyata keçirilməsi, layihənin keçiriləcəyi məkanlarla işlərin təşkili qeyd olunan müddət ərzində baş tutdu. Layihənin təlim hissəsinin həyata keçirilməsi 2 həftə ərzində bir neçə qruplarla davamlı şəkildə aparıldı ki, bu, layihənin əsas hissəsi sayıla bilər. Layihənin qəbul olunduğu andan və fəaliyyət planında göstərilən vaxtdan etibarən məktəblərlə əməkdaşlıq quruldu. Astara rayonunu əhatə edən təlimlərə 28 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və bir direktor cəlb olundu.  Layihə sonunda əldə etdiyimiz nəticə məktəblərdə qurulacaq işlərin bir hissəsinin asanlaşdırılmasına gətirib çıxaracaq. Gözlədiyimiz nəticəyə çatmaq üçün layihə bitdikdən sonra da müvafiq maarifləndirmə işləri sosial şəbəkə vasitəsi ilə distant şəkildə həyata keçiriləcək. Belə ki, bunun üçün xüsusi internet linklərindən, Microsoft Teams proqramı vasitəsilə və facebook platformasından qruplar təşkil etməklə həyata keçirilməsi nəzərdə tutulub. “E-teacher” - ingilis dili müəllimlərinin müasir tədris alətlərindən istifadə bacarıqlarının artırılması  V Qrant müsabiqəsinin fərdi kateqoriyada qalib gəlmiş layhələrindən biri də“E-Teachers”layihəsidir. Layihənin müəllifi Biləsuvar rayonu Yuxarı Cürəli Təyyar Əliyev adına kənd tam orta məktəbin ingilis dili müəllimi Azər Əliyevdir. A.Əliyev layihəsi barədə  fikirlərini bölüşür: - Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar və  baş verən yeniliklər elektronlaşan dünyaya inteqrasiya etmək üçün münbit şərait yaradıb. Pandemiya dönəmində online resurslara tələbatın artdığı bir dövrdə Təhsil Nazirliyinin, eləcə də  “British Council”,  “American Council”  kimi  bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi təlimlərdə əldə etdiyim bilikləri və yenilikləri öz həmkarlarımla paylaşmaq istəyirdim.  Bu istək V Qrant müsabiqəsinə müraciət etməyimlə nəticələndi. Layhəmin əsas  məqsədi kənd məktəblərində çalışan ingilis dili müəllimlərinə müxtəlif proqramlardan  (Using technologies for teaching vocabulary, grammar, listening, reading, speaking, writing) şagirdlərin yeni söz, qrammatika, dinləmə, oxu və yazı vərdişlərini inkişaf etdirməkdə, mövzular üzrə  “Quiz” lər hazırlamaq,  dərs planlama (Planning a lesson), slaydlar hazırlama  (Power point and google slides for online and offline classes), müxtəlif  oyunlarla dərsin təşkili, Kahoot,Quizlet, Coursera və digər resurslardan istifadə etmələrinə yardımçı olmaq idi. Layihənin icrası çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Biləsuvar Rayon Təhsil  Şöbəsinin göstərdiyi böyük dəstək, müxtəlif  TV və saytlardakı təqdimatlar nəticəsində əlavə müraciətləri nəzərə alınaraq, 81 müəllimin (30 müəllim nəzərdə tutulsa da) təlimlərdə uğurlu iştirakı təmin  edilib. Online təlimlərimiz hər biri 1 saat 30 dəqiqə olmaqla 12 modulu əhatə edib. Təlimlərimizin təşkilində Bakı Oksford Məktəbinin İngilis Dili Departamenti ilə sıx əməkdaşlıq olunub. Layihənin sonunda əldə etdikləri biliklərdən yararlanaraq dərs hazırlayıb təqdim edən müəllimlərə və fəal iştirakçılara sertifikatlar  göndərilib. Layihə  nəticəsində müəllimlər əldə etdikləri biliklərlə daha çox şagirdin ingilis dilini mənimsəməsinə şərait yaradacaq, onların qiymətləndirilməsində, elektronlaşmasında və nəticələrinin daha aydın izlənməsində böyük rol oynayacaqlar. Oruc MUSTAFAYEV,"Azərbaycan müəllimi" qəzeti
Müsabiqənin layihə qəbulu mərhələsinin bitməsinə SON 3 GÜN qaldı!
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesinin bitməsinə son 3 gün qalıb. Müsabiqədə iştirak etmək istəyənlər  martın 31-i saat 23:59 dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu  www.grants.edu.azz  saytı üzərindən həyata keçirilir.Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin elanıQeyd edək ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.Müsabiqə barədə hər hansı sualınız olduğu təqdirdə grants@edu.gov.az e-poçt ünvanına müraciət edə bilərsiniz.
RİYAZİ BEYİN XƏRİTƏSİ
Xəbərlər
62 nömrəli məktəb liseyin riyaziyyat müəllimi Cəmilə Əsgərova 2021-ci il V qrant müsabiqəsində  qalib olmuş "Riyazi Beyin Xəritəsi" layihəsi üçün maraqlı addımlar atmaqda davam edir. Belə ki, riyaziyyatın teoremlərini isbat edən avadanlıqlar ilə məktəblilərlə dərs keçmiş, onların teoremləri daha mükəmməl mənimsəməsi üçün müxtəlif üsullardan istifadə etmişdir.Bundan əlavə olaraq şagirdlərlə onlayn görüş təşkil etmiş, Pİ günü adlı görüşündə Pİ ədədi haqqında məktəblilərə ətraflı məlumat vermiş, layihənin ekspertləri Bəhman Məmmədov və Aliyə Əhmədova maraqlı çıxışları ilə şagirdlərə riyaziyyatın sirləri haqqında danışmışlar. Layihə proqramçısı  Şəmistan Əlizadə şagirdlərə riyazi simulyasiyalar ilə müxtəsər vurmanın düsturu necə hesablanmış olduğunu göstərmişdir. Görüş sonrası iştiraçkılar sertifikatla təltif olunmuşlar.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbulu sabah yekunlaşır
Xəbərlər
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesi sabah yekunlaşır.Müsabiqədə iştirak etmək istəyənlər martın 31-i saat 23:59-dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. Müsabiqə barədə sual yaranarsa grants@edu.gov.az ünvanına müraciət edə bilərsiniz.
Qrant müsabiqəyə müraciət üçün son gün
Xəbərlər
Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihələrin qəbulu bu gün yekunlaşırLayihələrin qəbulu üçün son müddət bu gün saat  23:59 müəyyənləşdirilib.Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər www.grants.edu.az saytından qeydiyyatdan keçərək layihə təqdim edə bilərlər.
VI qrant müsabiqəsinə 1101 layihə təqdim edilib
Xəbərlər
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsinə layihələrin qəbulu başa çatıb. 45 gün müddətində müsabiqənin rəsmi internet səhifəsi (www.grants.edu.az) üzərindən “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 256, “Fərdi layihələr kateqoriyası” üzrə 845 olmaqla, ümumilikdə 1101 layihə təklifi daxil olub. Bu il daxil olan layihələrin sayı indiyədək keçirilən qrant müsabiqələri içərisində müşahidə edilən ən yüksək göstəricidir. Müsabiqəyə təqdim edilən bütün layihələr qiymətləndirildikdən sonra müraciətçilərin şəxsi kabinetlərinə müvafiq məlumatlar göndəriləcək.
Qrant layihə İctima Şura tərəfindən müşahidə edilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qaliblərindən olan “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (EGEO və IGEO) hazırlığı – III modul” layihəsi çərçivəsində Beynəlxalq Coğrafiya Olimpiadasında (IGEO) və Avropa Coğrafiya Olimpiadasında (EGEO) işitirak edəcək komandanın ölkə üzrə seçim imtahanı keçirilmişdir. Seçim turunda ölkə üzrə 25 nəfər  məktəbli mübarizəyə qoşulub. Onların içərisində təkcə layihəyə cəlb edilən şagirdlər deyil, eyni zamanda coğrafiya üzrə RFO qalibləri də var.Müsabiqəyə paytaxtla yanaşı Tərtər, Masallı, Saatlı, Şəmkir, Şabran, Xaçmaz, İsmayıllı, Mingəçevir, Quba, Cəlilabad, Zərdab, Gəncə şəhər və rayonlarının şagirdləri də qatılmışdır.Coğrafiya fənni üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində  2 mərhələdə 43 tapşırığa cavab veriblər. Suallar ingilis dilində beynəlxalq coğrafiya kurikulumunun, IGEO və EGEO-nun tələblərinə uyğun olaraq hazırlanmışdır.  Seçmə imtahan prosesini izləmək üçün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Şura üzvləri Pərvanə Məmmədova və Mələykə Əlizadə, Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Təhsilin inkişafı proqramları şöbəsinin əməkdaşı Rəbiyyə Müseyibzadə ilə yanaşı Fortis Academy-nin nümayəndələri də iştirak etmişdir. Qonaqlar imtahanın gedişini yaxından izləyib, seçim turunun şəffaf və obyektiv keçirilməsindən məmnun qaldıqlarını bildiriblər və  şagirdlərə uğurlar arzulayıblar.Layihənin müəllifi Yaşar Seyidəliyev qonaqları dərslərin keçirildiyi auditoriyalarla tanış edib, seçim imtahanın təşkili və keçirilməsi qaydaları, statistik göstəricilər barədə geniş məlumat vermişdir. Seçim turundan sonra layihə haqqında fikir mübadiləsinin aparılması üçün dəyirmi masa təşkil edilmişdir.Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış İctimai Şuranın əsas məqsədi Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqələri gücləndirməkdir. Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində icra olunan layihələr üzrə keçirilən monitorinq də bu istiqamətdə atılan addımlardan biridir.
“Müəllimin əl kitabı: sinfin idarə olunması” kitabının təqdimat mərasimi keçirilib
Xəbərlər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi» çərçivəsində Bakı şəhəri, 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən “Müəllimin əl kitabı: sinfin idarə olunması” layihəsi əsasında elektron variantda hazırlanmış eyniadlı kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə respublikanın müxtəlif regionlarından olan 200-dən artıq təhsil işçisi iştirak etdi.Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Bakı şəhəri 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev layihənin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün görülən işlərdən danışdı, hesabat xarakterli məlumatlar verdi və bildirdi ki, layihə sona çatdı, lakin layihə çərçivəsində hazırlanmış eyniadlı kitab, kitabın əhatə etdiyi mövzuların videoizahları uzun illər boyu müəllimlərə peşəkar dəstək göstərməkdə davam edəcək. Çıxışının sonunda layihə rəhbəri həmmüəllifləri belə məsuliyyətli işin öhdəsindən uğurla gəldiklərinə görə təbrik etdi, onlara minnətdarlığını bildirdi. Həmmüəllif,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji məsələlər üzrə prorektoru, respublikanın qabaqcıl təhsil işçisi Könül Pirverdiyeva layihənin günümüz üçün əhəmiyyəti, təhsil sahəsində çalışan mütəxəssislər üçün nə qədər lazımlı olduğundan danışdı.Layihənin ideya müəllifi, həmmüəllif, t-network təhsil platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov indiyə qədər keçirilən görüşlərdə 2000-dən artıq müəllimin iştirak etməsini önə çəkərək, müəllimlərin belə bir layihəyə nə qədər yüksək maraq göstərdiyini bildirdi. Həm əhatə dairəsi, həm də hazırladığı qalıcı məhsullar (kitab, videoizahlar) baxımdan layihənin uğurlu olduğunu söylədi. Qrant müsabiqəsini həyata keçirməklə hər bir təhsil işçisinin öz ideyalarını reallaşdırmağı üçün şərait yaratdığına görə Təhsil Nazirliyinə minnətdarlığını bildirdi.Digər həmmüəllif, Naxçıvan Dövlət Universitetinin dosenti Rza Məmmədov hazırlanan vəsaitin böyük müəllim ordusu üçün çox faydalı olacağına inandığını bildirdi. Layihənin rəsmi tərəfdaşı olan t-network təhsil platformasının rəhbəri, eyni zamanda kitabın həmmüəlliflərindən biri Cəfər Mənsimi kitabın, təhsilin idarə olunması sahəsində olan ədəbiyyat boşluğunu doldurmaq istiqamətində ciddi addım olduğunu bildirdi.Görüş iştirakçıları belə bir layihəni həyata keçirdiklərinə görə layihə komandasına minnətdarlıqlarını ifadə etdilər və komandaya gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.Aşağıdakı linkə daxil olaraq kitabla ətraflı tanış ola və ya pdf formatında yükləyə bilərsiniz.https://tnetwork.az/public/uploads/photo-32.pdf
«Balakən Məktəblilərinin Bal-Məkan düşərgəsi» layihəsinin bağlanış mərasimi
Xəbərlər
Təhsildə inkişaf və inovasiyalar üzrə V qrant müsabiqəsi üzrə qalib olmuş «Balakən Məktəblilərinin Bal-Məkan düşərgəsi» layihəsinin bağlanış mərasimi keçirilmişdir.Bağlanış mərasimində Balakən rayon İcra Hakimiyyətinin Humanitar və Siyasi məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclərin İnkişaf və Karyera mərkəzin Balakən rayon nümayəndəliyin direktoru Şahin Qarakişiyev, Mingəçevir Gənclər evin direktor müavini, İşıqlı Gələcək Gənclər İctimai Birliyin Sədri Samrin Xanlayev, Balakən rayon Təhsil meneceri Nərmin Həbilova  və layihənin təşkilat komandası iştirak ediblər.Layihə rəhbəri Samirə Varansova tədbiri giriş sözü ilə açaraq düşərgədə şagirdlərin qazandıqları nailiyyətlərdən, gözlənilən nəticələrin əldə olunmasından danışaraq, yaradılmış imkan üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirmişdir.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başcısının müavini Nəzakən Rüstəmova düşərgənin Balakən rayon üçün bir ilk olduğunu vurğulamış və layihənin fəliyyətinə yüksək dəyər verdiyini bildirmişdir.Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev  çıxışında rayon təhsili üçün şagirdlərin istirahətə və dünyagörüşünün artırılması istiqamətində gördüyü işlərə və göstərilən dəstəyə görə Təhsil Nazirliyinə, layihəni icra edən şəxslərə minnətdarlığını bildirmiş,  şagirdlərə öz tövsiyyələrini vermişdir.Daha sonra layihənin eksperti Etiram Sadıqzadə layihə çərçivəsində keçirilmiş düşərgə haqqında ətraflı məlumat vermiş və gələcəkdədə Balakən rayonunda belə düşərgələrin çox olmasını arzu etmişdir.Tədbirdə,  həmçinin Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclərin İnkişaf və Karyera mərkəzin Balakən rayon nümayəndəliyin direktoru Şahin Qarakişiyev, Mingəçevir Gənclər evin direktor müavini, İşıqlı Gələcək Gənclər İctimai Birliyin Sədri Samrin Xanlayev, Balakən rayon Təhsil meneceri Nərmin Həbilova və layihənin koordinatoru Murad Bicilov da çıxış etmişlər.Sonda layihə iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.

Aprelin 27-də Təhsil Nazirliyinin yanında İctima Şura tərəfindən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanmış “Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca” layihəsinin icra prosesi  müşahidə edilib. Monitorinqin keçirilməsində məqsəd layihə ilə bağlı görülən işlərlə  daha yaxından tanış olmaq və layihənin gedişatını təhlil etməkdən ibarətdir.Layihənin icra prosesini izləmək üçün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Şura üzvü Pərvanə Məmmədova və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva və layihənin komanda heyəti iştirak ediblər.Qonaqlar təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Layihənin müəllifi Dilarə Cəbrayılova qonaqları platforma ilə tanış edib, layihənin əhəmiyyəti və nailiyyətləri barədə geniş məlumat vermişdir. Məlumat üçün bildirək ki, “Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca” layihəsinin icrası Nardaran qəsəbə 295 nömrəli məktəbdə davam etdirilir. Layihə çərçivəsində müəllimlərə mentor dəstəyi təmin  edilib və onlara platformadan istifadə qaydaları izah olunub. Şagirdlərin platformadan rahat istifadə edə bilməsi üçün layihə çərçivəsində məktəb üçün ağıllı cihazlar alınıb. Sonda keçirilən dəyirmi masada  mövcud problemlər,  perspektiv istiqamətlər üzrə müzakirələr aparılmışdır.Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış İctimai Şuranın əsas məqsədi Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqələri gücləndirməkdir. Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində icra olunan layihələr üzrə keçirilən monitorinq də bu istiqamətdə atılan addımlardan biridir.
Əmək bazarına səriştə və bacarıqlarla
Xəbərlər
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələriMəlumdur ki, son illərdə təhsil sahəsində həyata keçirilən bir sıra layihələrdə təhsilalanlarda qlobal dövrün çağırışlarına müvafiq zəruri  səriştə və bacarıqların stimullaşdırılması və inkişafı  mühüm aspekt təşkil edir. Əsas istiqamətlərdən biri də düzgün peşə seçimi, əmək bazarı üçün yeni texnologiyalar, mühəndislik səriştələrinə sahib mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən ənənəvi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin qalib layihələrində də bu məsələ prioritetlik təşkil edir. Elə barəsində söhbət açdığımız V Qrant müsabiqəsinin aşağıdakı  qalib  layihələrini də bu sahədəki təşəbbüslərə töhfə kimi qiymətləndirmək olar. “Kəndli mühəndislər - robototexnika dərnəyi” Zaqatala rayonu Dağlı kənd M.Musayev adına tam orta məktəbin coğrafiya müəllimi Nəzakət Məmmədovanın  V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihəsi “Kəndli mühəndislər - robototexnika dərnəyi” adlanır. Layihə kənd məktəblərində şagirdlərin mühəndislik peşələrinə marağının stimullaşdırılması baxımından aktual  təşəbbüslərdən hesab oluna bilər. Bu barədə layihənin müəllifi N.Məmmədovanın maraqlı fikirləri də var:- Bu gün robototexnika, avtomatika, mühəndislik dünyanın ən aparıcı sahələrindən birinə çevrilib. Biotexnologiya, biotibbi avadanlıqlar, aerodinamika, mikrobiologiya, kənd təsərrüfatının intensiv inkişafı bunu deməyə əsas verir. Nə qədər təhsilli və ixtisaslı kadr yetişərsə, ölkə iqtisadiyyatı da bir o qədər güclənər. Yüksəkixtisaslı kadrların yetişməsi üçün uşaqlarda erkən yaşlardan təhsilə marağı artırmaq lazımdır. Ənənəvi təhsildən fərqli olaraq yeni təhsil kurikulumları uşaqlarda müxtəlif bacarıqların formalaşmasına yönəlib. Tapşırıqların praktik icrası isə həm təhsilə marağı artırır, həm də bacarıqların təkmilləşməsinə gətirib çıxarır. Məhz buna görə də orta məktəblərdə bu sahələri genişləndirmənin və təkmilləşdirmənin yolu tədris kurikulumları ilə paralel olaraq dərsdənkənar elmi, yaradıcı, texniki və praktiki dərnəklərin və bu sahəyə uyğun müxtəlif yarışların keçirilməsidir. Belə yarışlardan  ilk növbədə Azərbaycan Robot Olimpiadası,  Dünya Robot Olimpiadası (WRO), First Lego League-ni (FLL) göstərmək olar.  Azərbaycanda mühəndislik və robotexnika sahəsində yarışlar, demək olar ki, özəl təhsil müəssisələrinin və Bakı şəhəri ümumi təhsil müəssisələrinin payına düşür. Respublikamızın ucqar rayonlarında, kənd məktəblərində də belə yarışların təşkil edilməsinə və şagirdlərin bu tədbirlərdə iştirakına böyük zərurət var. Layihə çərçivəsində təlimlərimiz online keçirildi.  Studio 2.0 proqramının köməyi ilə robotlar dizayn edildi,  onlar FOSTER proqramı ilə kodlaşdıraraq VRT (Virtual Robotics Toolkit) simulyasiya platformasında sınaqdan keçirildi.    Şagirdlərimizlə birlikdə 2 olimpiadada iştirak etmək imkanı əldə etdik. Sevinirəm ki, şagirdlərimiz Dünya Robot Olimpiadasında “Peasant Engineers” komandası (3 iştirakçı) ilə iştirak etdi.  Ötən ilin dekabrında keçirilən FLL Azərbaycan turnirində isə “Kəndli mühəndislər” komandası ilə təmsil olunduq. Turnirin “Parlayan Ulduz” nominasiyasının qalibi olduq. Layihədə aktiv iştirak edən şagirdlər əldə etdikləri bilikləri aşağı sinif şagirdlərinə öyrədirlər. Hazırda şagidlərimizlə Dünya Robot Olimpiadasına hazırlaşırıq. Artıq 3 nəfər şagirdlə qeydiyyatdan keçmişik. Ümid edirəm ki, şagirdlərimiz bu turnirdə də uğur qazanacaq. Bu şansı bizə verdiyi üçün Təhsil Nazirliyinə təşəkkür edirik. “Könlümü dindir - bədii qiraət müsabiqəsi” Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Əliyeva  “Könlümü dindir - bədii qiraət müsabiqəsi” adlı layihəsi ilə V Qrant müsabiqəsində qalib gəlib. G.Əliyeva  layihənin məqsəd və icra gedişi barədə məlumat verir:  - “Könlümü  dindir - bədii qiraət müsabiqəsi”nin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. Layihədə VII-IX siniflərdə oxuyan 100 məktəblinin seçilməsi nəzərdə tutulmuşdur. Layihənin müddəti üç ay idi və bu müddət ərzində bütün görüləcək işlər nəzərdə tutulduğu kimi Zəngilan rayonunun məktəbləri arasında həyata keçirildi. Layihənin icrasına Zəngilan rayonu üzrə 8 məktəbdən 120 şagird seçilməklə başlandı. Məktəblilər arasında seçim bədii ədəbiyyata, mütaliəyə, incəsənətə olan maraq, dünyagörüşü, ictimai- siyasi aktivlik sorğu əsasında aparıldı və həmin şagirdlərdən 50 nəfər ikinci mərhələyə keçdi. Seçilən şagirdlərə  məktəb kitabxanalarından yaşlarına uyğun bədii ədəbiyyat nümunələri verildi və iki həftə müddətində onlar oxuduqları əsərlər haqqında inşa yazıb, rəsm qabliyyəti olanlar isə əsərin məzmununa uyğun rəsmlər təqdim ediblər.  Şagirdlər arasından  25 nəfər və 5 məktəb üçüncü mərhələyə keçdi. Layihənin sonuna kimi məqsədinə müvafiq olaraq məktəbliləri incəsənətə, sosial-mədəni sahələrə, ədəbiyyata, mütaliə etməyə həvəsləndirmək, öz istedadlarını kəşf edə biləcəkləri yaradıcı, sosial və mədəni mühit yaratmaqla onlarda səhnə mədəniyyəti, nitq və fikir düzgün ifadəetmə bacarıqlarını inkişaf etdirmək kimi işlər həyata keçirildi. Seçim turu bitdikdən sonra artıq layihədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün şagirdlərə təlimlər və ustad dərslər keçirilməyə başlandı. İlk olaraq Dövlət Sirkinin aktyoru Vaqif  İbrahim  şagirdlərə “Səhnə mədəniyyəti” üzrə ustad dərsi keçdi. Aktyorla yanaşı bir neçə şagird oxuduqları əsərlərdən “Səhnənin qəhrəmanı bizik” adlı kiçik səhnəciklər təqdim etdilər. Şagirdlərin nitqlərinin səlist və aydın şəkildə olması üçün “Nitq mədəniyyəti” adlı təlim keçirildi.Təlimi təhsil eksperti və Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi Tofiq Sadıxov keçdi. O, şagirdlərin nitq söyləyərkən sərbəst olmaları üçün rollu oyunlar keçirib onlara sözlər təqdim edirdi ki, fikirlərini daha sərbəst ifadə edə bilsinlər. Növbəti günlərdə Dövlət İmtahan Mərkəzində mətnləri,  “Ovqat”  bədii-publisistik verilişdə isə şeirləri səsləndirən Anar Adil şagirdlərə qiraət zamanı emosiyaların, jest və mimikaların idarə edilməsi mövzusunda  “Könüldən oxu!” adlı ustad  dərs keçdi. Şagirdlər vətənpərvərlik mövzusunda olan bir neçə şeiri məşq etdilər. Sonda Dövlət Pantomim Teatrının aktyoru, Əməkdar artist Elman Rəfiyevin “İncəsənətə malikəm” adlı keçdiyi ustad dərsdə şagirdlərə 20 dəqiqə vaxt verildi, onlar “Səhnənin qəhrəmanı bizik” başlığı altında öz istedadlarını nümayiş etdirdilər.  Qeyd edim ki, layihənin icrası məktəblilərdə yaradıcı mühitdə ədəbiyyata, incəsənətə maraq yaratmaqla öz istedad və bacarıqlarını kəşf və  inkişaf etdirməyə  əlverişli şərait yaradır.  Bu da onların bədii-estetik zövqünün inkişafına xidmət edir. Ümumiyyətlə, məktəblilər yaradıcı düşüncə, emosiya və intellektin bir- biri ilə qarşılıqlı əlaqəsini mütaliə edib, bədii obrazları yaşayaraq hiss edə biləcəklər. “Gənc sahibkarlar - riyaziyyatçı şagirdlərin yay düşərgəsi” V Qrant müsabiqəsinin nəticələrinə əsasən, Masazır kənd 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Günay Abdullayevanın “Gənc sahibkarlar - riyaziyyatçı şagirdlərin yay düşərgəsi” layihəsi fərdi kateqoriyada qalib olub. G.Abdullayevanın sözlərinə görə, layihənin məqsədi  şagirdlərin riyaziyyat fənninə olan marağını artırmaq, asudə vaxtını maraqlı təşkil etmək və onları sahibkarlıq haqqında maarifləndirməkdir. - Bütün bunları nəzərə alaraq, dərs dediyim siniflərin riyaziyyat biliciləri üçün yay düşərgəsi təşkil etməyi qərara aldım. Siniflərimdə gələcəkdə biznesmen olmaq istəyənlər çox idi. Onların bu marağına əsaslanaraq  V Qrant müsabiqəsinə “Gələcəyin sahibkarları” adlı layihə təklifi irəli sürdum. 7-8-ci sinif şagirdləri üçün nəzərdə tutulan yay düşərgəsində şagirdlərə biznesin əsas məqamları, büdcə idarəçiliyi, marketinq və təqdimat bacarıqları barədə maarifləndirmə işləri aparıldı.  Layihənin ötən ilin sentyabr - dekabr aylarında keçirilən üçgünlük düşərgəsi Quba rayonunun Qələdüz kəndində yerləşən “Quba” təlim mərkəzində təşkil olundu. Düşərgədə şagirdlərə “Özünü ifadə bacarıqları”, “Komanda işi”,  “Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması”, “Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məqsədi”, “Sahibkarlıq fəaliyyətinin subyektləri”, “Sahibkarın və alıcıların qərarlarına təsir göstərən amillər”, “Kiçik biznesin qurulması” mövzularında tematik və praktik təlimlər keçirildi. Ümumiyyətlə, hesab edirəm ki, uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, stres və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunmaları baxımından tətil çox yaxşı imkandır. Uşaqların hərtərəfli, ahəngdar inkişafı onların daxili hisslərindən, əhvali-ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Tətil günləri bu cür müsbət hisslərlə, əhvali-ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. “Əmək bazarı və mən” şagirdlərin peşə seçimi Balakən şəhər Nizami adına 1 nömrəli  tam orta məktəbin tarix müəllimi Altay Məmmədovun V Qrant müsabiqəsinə təqdim etdiyi “Əmək bazarı və mən” şagirdlərin peşə seçimi layihəsi təhsilalanların əmək bazarına hazırlanması kimi diqqətçəkici və son illərdə xüsusi önəm kəsb edən məsələyə həsr olunub. Məlumdur ki, peşə hər bir  insanın gələcəyini müəyyən və təmin edən əsas faktordur. Ona görə də hər kəs peşə seçərkən düzgün qərar verməlidir. Qalib layihənin müəllifi bu barədə özü məlumat verir: - Düzgün peşə seçimi etmək cəmiyyətin üzvü olaraq hər bir kəs üçün əsas problemdir. Peşə seçimi fərdlərin problemi olduğu kimi, həm də ölkənin iqtisadi və sosial həyatına təsir edən əsas məsələlərdən biridir.  Belə ki, düzgün peşə, ixtisas seçimi etməmək, gələcəkdə lazım olacaq peşələrə yiyələnməmək həm də ölkədə işsizliyin artmasına səbəb olur və əmək bazarında arzusu ilə peşəsi üst-üstə düşməyən kadrların sayı çoxalır. Bunları nəzərə alaraq  şagirdlərə əmək bazarını təhlil etmək, gələcəyin peşələrini araşdırmaq və ağıllı peşə seçimi etməyin yollarını düşündürməyi qarşısına məqsəd qoyan layihəni yazmağa qərar verdim. Layihəm qrant müsabiqəsində qalib elan olundu və artıq icrasına başlanıldı. Layihə çərçivəsində şagirdlər arasında sorğular keçirməklə peşə seçimi etməkdə çətinlik çəkən məktəbliləri müəyyənləşdirdik və onlar təlimlərə cəlb olundu.  “Özünü kəşf et”,  “Əmək bazarının təhlili və gələcəyin peşələri”, “Məqsədlərin düzgün müəyyənləşdirilməsi”,  “Tənqidi təfəkkürün formalaşdırılması”  və s. mövzularda  təlimlər şagirdlərə bu istiqamətdə maarifləndirmə və köməkçi  alətlərin tapılmasına dəstək olmuşdur. Layihə müddəti ərzində valideynlərlə də sıx əlaqə saxlanılmış, peşə seçimi ilə bağlı bir sıra məsələlər, çətinliklər müzakirə olunmuşdur. Oruc MUSTAFAYEV"Azərbaycan müəllimi" qəzeti
“Məktəb televiziyası” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə  V qrant müsabiqəsində qalib olmuş Şəki şəhər 10 nömrəli tam orta məktəbin “Məktəb televiziyası” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirildi.  Layihənin bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.Mərasimdə məktəbin direktoru, layihənin rəhbəri Büllur Abdulsəlimlinin giriş nitqindən sonra layihə çərçivəsində görülmüş işlərə dair videoçarx nümayiş olundu.Daha sonra layihənin koordinatoru, ADPU-nun Şəki filialının baş müəllimi İbrahim Abdulsəlimli 8 ay müddətində layihə çərçivəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışdı. MTV10 layihəsi haqqında müxtəlif dillərdə şagirdlərin təqdimatı dinlənildikdən sonra çıxış üçün söz layihənin eksperti Etiram Sadıqzadəyə verildi.Bədii hissə ilə davam edən tədbirdə Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindən səhnələşdirilmiş tamaşa göstərilib,  şagirdlər Şuşaya həsr olunmuş musiqi nömrəsi və şeirlər ifa ediblər. Bədii hissəsinin ardınca mərasimə dəvət olunmuş qonaqlar ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər. Sonda layihə çərçivəsində fəal iştirak etmiş müəllim və şagirdlərə sertifikat təqdim olunub.
“Həmkardan həmkara dəstək” layihəsi davam etdirilir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin “Həmkardan həmkara dəstək” layihəsi davam etdirilir.Ötən ilin sentyabrından başlayan və üç aylıq müddəti əhatə edən layihə Ucar rayon ümumtəhsil məktəblərinin (42 məktəb 180 nəfər) metodbirləşmə rəhbərləri və gənc müəllimləri arasında icra olunub. COVID -19 pandemiyası səbəbindən müəllimlərlə təlimlər online keçirilib.Layihə çərçivəsində Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Metodbirləşmənin iş jurnalı”, təlim vəsaiti və disk nəşr edilib.Layihənin məqsədi məktəblərdə metodiki işi gücləndirmək, bunun üçün  ixtisasını yaxşı bilən müəllimlərin köməyindən, təcrübəsindən istifadə etməkdir.Layihənin davamlılığının təmin olunması məqsədilə layihə rəhbəri Səidə Quliyeva Ucar rayon 4 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin metodbirləşmə rəhbərləri və gənc müəllimləri ilə görüş keçirib. Görüşdə bildirilib ki, hər bir müəllimin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksədilməsi qarşılıqlı tədbirlər sistemidir. Pedoqogika elminin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl pedaqoji təcrübələrin təhlili metodik işin əsasını təşkil edir. Qeyd olunub ki, bu gün təhsilin idarə olunmasında elmi pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması, təhsildəki bütün fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir. Həmçinin məktəblərin intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi onun yeni təhsil texnologiyaları əsasında qurulmasını  və inkişaf etdirilməsini, mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yenilənməsinə ehtiyac olduğunu aydın göstərir.Görüşdə bildirilib ki, bu baxımdan həm ixtisasını yaxşı bilən müəllimlərin köməyindən, təcrübəsindən istifadə ediləcək, həm də gənc müəllimlərin fəaliyyəti dəstəklənəcək.
Gələcəyi düşünərkən
Xəbərlər
V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələriBaşa vurmaqda olduğumuz tədris ilində  ölkəmizin təhsil sistemində həyata keçirilən islahat və təşəbbüsləri qiymətləndirərkən pedaqoji müəssisə  və müəllimlərimizin bir sıra yenilikçi layihələri də qeyd olunmalıdır. Təhsil sahəsində mütərəqqi dəyişikliklərin davamı olaraq bu layihələr gələcəyi düşünərkən  təhsilalanların yeni dövrün çağırışlarına adekvat cavab verməsi, şagirdlərimizdə yeni əsrin səriştə və bacarıqlarına yiyələnməsi baxımından aktuallığı ilə seçilir. Cari tədris ilində keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də aktuallıq kəsb etməklə diqqət çəkir. “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar konfransının keçirilməsi” Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi  V Qrant müsabiqəsində “Ümumitəhsil” kateqoriyasında “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar konfransının keçirilməsi” layihəsi ilə qalib gəlib. Məktəbin direktoru Nasim Abışov qeyd edir ki, layihənin məqsədi istedadlı şagirdlərimizin diqqətini dahi Nizaminin ölməz əsərlərini dərindən öyrənərək, onun mütərəqqi elmi fikirlərini araşdıraraq tədqiqat aparmağa yönəltməkdir. - Layihəmiz üçün feysbuk sosial şəbəkəsində səhifə yaradıldı. Konfransda iştirak üçün respublikamızın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dəvət olundu. Şagirdlərin onlayn qeydiyyatdan keçməsi üçün onlayn portal yaradıldı və ümumilkdə respublikanın 30-a yaxın şəhər və rayonlarından 400-dən çox şagird qeydiyyatdan keçdi. Layihəmizdə fəaliyyət göstərmək üçün 1 nəfər təlimçi və 4 nəfər ekspert seçildi. Mütəmadi olaraq layihəmizin məqsədi, vəzifələri və görüləcək işlər barəsində sosial şəbəkədə məlumatlar paylaşıldı.  Qeydiyyatdan keçmiş şagirdlər və onların müəllimləri ilə təlimçi və ekspertlərin feysbuk sosial şəbəkəsi üzərindən təşkil olunan onlayn görüşlərdə dahi Nizami Gəncəvinin əsərlərində müxtəlif elm sahələrinə aid materiallar, məqalənin necə yazılması, məqaləyə verilən texniki və elmi tələblər, qiymətləndirmə meyarları haqqında geniş məlumatlar verildi, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı. Şagirdlərin hazırladıqları məqalələr elektron poçt vasitəsilə qəbul olundu, ekspertlər tərəfindən həmin məqalələr müxtəlif parametrlər üzrə qiymətləndirildi və 40 şagirdin məqaləsi yekun tura buraxıldı. Məqalələr slaydlar vasitəsilə təqdim olundu. Sonda 14 şagird  I,  17 şagird II və 9 şagird III yerə layiq görüldülər. Pandemiya şəraitini nəzərə alaraq, qalib gəlmiş şagirdlərə müxtəlif vaxtlarda müvafiq diplomlar və hədiyyələr təqdim olundu. Layihənin sonunda fəaliyyətimizi qiymətləndirmək məqsədilə valideyn, şagird və müəllimlərlə onlayn sorğular keçirildi. Layihə respublikanın bir sıra məktəbləri tərəfindən maraqla qarşılandı. Layihə nəticəsində seçilmiş istedadlı şagirdlər arasında sağlam rəqabət və dostluq əlaqələri yarandı. Layihə şagirdlərdə tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirdi. Bu şagirdlərin gələcəkdə Respublika səviyyəsində keçiriləcək müxtəlif fənn müsabiqələrində, yarış və olimpiadalarda uğurla çıxış edəcəyinə inanırıq.  Şagirdlər, müəllimlər və valideynlər arasında aparılmış şifahi və onlayn sorğulara əsasən deyə bilərik ki, şagirdləri layihədə iştirak edən məktəblər arasında əlaqələr genişləndi və bu əlaqələr onların gələcəkdə birgə yarışlar, müsabiqələr, tədbirlər keçirməsinə səbəb olacaq. Valideynlər öz övladlarının təlim-tərbiyəsi ilə daha yaxından maraqlandılar, onların məktəbə və övladlarına olan inam hissi artdı. Şagirdlərdə özlərinə inam hissi daha da gücləndi, yazılı və şifahi nitq qabiliyyətlərinin inkişafına səbəb oldu, olimpiada, müsabiqə və yarışlarda iştirak etmələri üçün motivasiya yarandı. Müəllimlərin öz fənləri üzrə yaxın məktəblərdə tədris aparan digər müəllimlərlə əməkdaşlığı genişləndi. Müəllimlər gələcəkdə belə layihələrdə qalib olmaları üçün öz işlərinə daha ciddi yanaşacaqlar. Fikrimizcə, layihəmiz məktəb və liseylərdə dahi Nizami Gəncəvi irsinin dərindən öyrənilməsi prosesində müsbət bir addım oldu və şagirdlərimizin təqdim etdiyi ən məzmunlu elmi-təqdiqat işləri ilə tanış olduq. “Məktəb həyatından həyat məktəbinə” Göygöl rayonu Çaylı kənd İ.Mahmudov adına tam orta məktəbin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Musa Ziyadzadənin “Məktəb həyatından həyat məktəbinə” layihəsi də V Qrant müsabiqəsində qalib gəlib.  Layihənin məqsədi Göygöl şəhər məktəblərinin seçilmiş şagirdləri üçün ölkənin sosial-iqtisadi inkişaf tempinin tələblərinə müvafiq peşə seçimi etmək və bu zaman hansı amillərin nəzərə alınmasını təhlil etmək, həmçinin gələcək həyat yolunu müəyyənləşdirməyi, bacarıq və qabiliyyətlərini qiymətləndirməyi formalaşdırmaqdır. Musa Ziyadzadə: - Peşə, sənət, ixtisas seçmək hər bir şagirdin məktəb həyatından həyat məktəbinə getdiyi yolun başlanğıcıdır. Gələcək həyatı, quracaq karyerası bu seçimdən çox asılıdır. Sürətli inkişaf və yeniliklərlə əlaqədar olaraq əmək bazarının tələbi və tələbatı da dəyişir, yeniləşir. Sürətlə dəyişən dünyamızda düşünmək, öyrənmək, işləmək və könül rahatlığı ilə yaşamaq üçün şagirdlərdən doğru seçim, düzgün qərar qəbul etməsi, öz potensialını aşkarlaması, özünün bilik, bacarıqlarına uyğun peşə, sənət, ixtisas seçə bilməsi bu günün ən aktual məsələlərindən biridir. Bu səbəbdən də ümumtəhsil sistemində peşə hazırlığına prioritet məsələlərdən biri kimi üstünlük verilir. Bu baxımdan şagirdlər üçün peşə biliklərinin artırılmasına yönəlmiş təlimlərin keçirilməsi olduqca vacibdir. Layihə çərçivəsində Göygöl şəhər ümumtəhsil  məktəblərindən təlimlərə ümumilikdə 70 nəfər şagird cəlb olunmuşdur. Şagirdlər üçün peşəyönümlü və bacarıqların qiymətləndirilməsi üzrə psixoloji test imtahanı keçirildi. Sonrakı mərhələdə seçilmiş şagirdlərin valideynləri ilə görüşərək “Valideynlərin öz övladlarının peşə təhsilində rolu” mövzusunda təlim keçib övladlarının psixoloji test imtahanının nəticələri müzakirə olundu. Peşələr dünyasına səyahət, peşə və ixtisas tələbləri, əmək bazarının tələbləri, peşə seçiminin modelləri, peşəyönümlü bacarıqların qiymətləndirilməsi mövzularına aid təlimlər keçirildi. Təlimlərdə şagirdlər peşələr və ixtisaslar haqqında ətraflı məlumatlandırıldı. Yaxşı bilik əldə etmək, hədəfi düzgün müəyyənləşdirmək və bu istiqamətdə inamla irəliləməyi, peşə və ixtisas yolununun mahiyyətini düzgün dərk etməyi, seçimini dəqiq təyin etməyi, “Kim olmalı?”, “Hansı peşə və ixtisası seçməli?”, “Gələcək karyeranı necə qurmalı?” suallarına cavab tapmağı öyrəndilər. Psixoloji testlərlə şəxsi keyfiyyətlərinin nələrdən ibarət olduğunu və peşə baxımından hansı mühüm keyfiyyətlərə malik olduqlarını aydın görə bildilər.   Peşələr dünyasına səyahət edərək məlumatlılığı və maarifləndirməni təmin etmək məqsədilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə, Dövlət İmtahan Mərkəzinin Regional bölməsinə, Universitet və Gənclər Evinə şagirdlərin səfəri təşkil olundu. Beləliklə, şagirdlər tədqiq etməyi, şəxsi maraqlarına uyğun ola biləcək peşə, ixtisas və iş haqqında məlumat toplamağın yollarını öyrəndilər. Gələcəkdə seçdikləri  sahədə əməyin məzmununun nələrdən ibarət olacağı, təhsil aldıqdan sonra hansı sahələrdə işləyə biləcəkləri, nə işlər görəcəkləri haqqında geniş təsəvvürə malik oldular. Sonda şagirdlərin fikir və düşüncələri haqqında sorğu, yəni təlimlərin qiymətləndirilməsi aparıldı, fəal şagirdlərə sertifikatlar təqdim edildi.  “Kimya fənni üzrə Kəlbəcər məktəblərində ekskursiyaların təşkili” V Qrant müsabiqəsinin qalib layihələrindən biri də Kəlbəcər rayon 23 nömrəli  tam orta məktəbin kimya müəllimi Mətanət Babayevanın müəllifi olduğu “Kimya fənni üzrə Kəlbəcər məktəblərində ekskursiyaların təşkili”  layihəsidir. M.Babayeva layihəsi barədə fikirlərini bölüşür: - Layihənin məqsədi şagirdlərin idrak qabiliyyətini səmərəli idarə edə bilmək və məktəbə gətirilməsi mümkün olmayan obyektlərlə tanış olmaqdır. Layihədə iştirak etmək üçün konüllü olaraq şagirdlər seçildi.  Onlarla ilk tanışlıq oldu və Sumqayıt şəhərində yerləşən zavodlar və bu müəssisələrin istehsal sahələri haqqında məlumat verildi. Bakıda yerləşən Kəlbəcər məktəblərindən 8-i bu layihədə iştirak etdi. Əsasən yuxarı sinif şagirdləri (9-10-11) bu layihədə keçdikləri movzular haqqında biliklərini daha da möhkəmləndirmək üçün Sumqayıt şəhərində yerləşən zavodlara ekskursiya ( 20 şagird) etdilər. İlk ekskursiya Polimer Məmulatları Zavoduna oldu. Burada şagirdlər məişətdə istifadə olunan sənaye boruları, polimerlərlə daha yaxından tanış oldular. İkinci olaraq is Texniki Qazlar Zavoduna ekskursiya olundu.  Qeyd edək ki, bu zavod dünyada və ölkəmizdə yayılan COVID-19 virusu zamanı oksigenə olan təlabatı ödəmək istiqamətində fəaliyyətini genişləndirirdi. Şagirdlər müəssisədə oksigenin balonlara doldurulub özəl və dövlət tibb müəssisələrinə necə paylanılması ilə yaxından tanış oldular. Ekskursiya bitdikdən sonra bağlanış tədbiri keçirildi. Tədbirdə təhsil nümayəndələri, direktorlar, müəllimlər, təlimçilər, ekspertlər, şagirdlər iştirak etdi. Sagirdlər ekskursiya barədə öz fikirlərini bölüşdülər. Sonda isə şagirdlərə sertifikatlar təqdim olundu.   “Sabaha bu gündən başla” Gəncə şəhər fizika-riyaziyyat-informatika təmayüllü 26 nömrəli  məktəb-lisey kompleksinin ingilis dili müəllimi Nəzirə Qəmbərova V Qrant müsabiqəsində “Sabaha bu gündən başla” layihəsi  ilə iştirak edib və qalib gəlib. Üç ay müddətində  adıçəkilən məktəb-lisey kompleksində həyata keçirilən layihəyə VII vəVIII siniflərdən 20 şagird cəlb olunub. Təlim həftədə 3 dəfə 90 dəqiqə ərzində keçirilib. N.Qəmbərova layihəsinin icrası və əhəmiyyəti barədə danışır: - Layihəmiz “Təhsil gələcəyin pasportudur, sabah isə ona bu gündən başlayanlar üçündür”  devizi altında reallaşıb. Bu gün şagirdlər onlara tədris olunan dərsləri bacardıqları qədər yadda saxlamağa çalışırlar ki, sonralar onlara təqdim olunan testləri daha uğurla yerinə yetirə bilsinlər. Bəs bu, şagird üçün kifayət edirmi? Məsələn, ingilis dili fənninin inkişafında XXI əsrin bacarıqları, layihə, oyun, problem əsaslı öyrənmə, müstəqil öyrənmə və s. vacib rol oynayır.  XXl əsr təlim metodları şagirdlərin həm məktəbdə təhsil alarkən, həm də məzun olduqdan sonra həyatlarına təsir edir, onlar öz həyatlarını qura bilirlər. Yeni tədris metodlarından bəhrələnən şagirdlərin məntiqi düşüncələri, əməkdaşlıq etmək qabiliyyətləri və ünsiyyət qurmaq bacarıqları təkmilləşir. Layihə əsaslı təlimdə şagird layihəyə fokuslanır, müəllim isə ona biliyinin daha da dərinləşməsi üçün cığırlar açır və gələcəkdə ehtiyacı olacaq bacarıqların təməlini bu gündən qoyur. Bu məsələyə başqa cür yanaşsaq, bir müəllimin şagirdlərinə testləri yaxşı yerinə yetirmələri üçün əlindən gələni etdiyini düşünə bilərik. Qiymətləndirmə zamanı şagirdlər  sualları uğurla cavablandırırlar, lakin imtahandan sonra əzbərlədiklərini unudurlar. Deməli, bu metod işə yaramır. Əgər müəllim XXI əsr təlim metodundan istifadə etsəydi, dərsi müəllim yönümlü deyil, şagird yönümlü təşkil etsəydi, tədrisi müzakirə əsasında qursaydı, şagirdlər dərsdə fəallıq göstərər, müzakirələrdə iştirak edərək mövzunun məğzini daha yaxşı  mənimsəyərdilər və bu dərsi heç vaxt unutmazdılar. Beləliklə, layihə, oyun, problem əsaslı təlimin köməyi ilə müəllim şagirdin hansı yaradıcılığa malik olduğunu aşkarlayır və öhdəsindən gələ biləcəyi sualları təqdim edərək onu da fəal bir fərdə çevirir, artıq bu şagird də əməkdaşlıq qurmağı bacarır. Bu təlim metodu vasitəsilə şagirdlər dünyanın digər yerlərindən olan şagirdlərlə də eyni mövzuda əməkdaşlıq edərək öz bilik və bacarıqlarını inkişaf etdirə bilirlər. Məsələn, qlobal istiləşmə, ekoturizmin inkişafı, pis vərdişlərdən uzaqlaşmaq, sağlamlığın qorunması və s. Dərslərin layihə əsaslı təlim metodu ilə qurulması şagirdləri daim fəal olmağa, axtarışlar aparmağa, fikirlərini müstəqil ifadə, əməkdaşlıq etməyə köməklik edir. Şagirdlər  onlara verilmiş  tapşırığı yerinə yetirmək üçün əvvəlcədən araşdırmalar apararaq təqdimata hazırlaşırlar. Koronavirusun vurduğu zərərləri göz önünə gətirərək şagirdlərin əməkdaşlıq etmək, yaradıcılıq bacarıqlarını göstərmək sahəsində geri qaldıqlarını daim müşahidə etdik. İndi vəzifəmiz budur ki, yaxın zamanda təhsildə yaranmış bu boşluqları aradan qaldıraq, passiv şagirdləri aktiv şagirdlərə çevirək. Əməkdaşlıq əsasında qurulan bu təlim metodu şagirdlərin gələcəkdə müstəqil bir fərdə çevrilməsində mühüm rol oynayacaq. Layihə əsaslı təlim şagirdi gələcəkdə hansı peşəni seçməsinə də hazırlayır. Layihənin üstünlüyündən biri də təlimin ingilis dilində həyata keçirilməsi idi. Bu, o deməkdir ki, şagird fikrini ingiliscə ifadə etməklə axtarışları ingilis dilində aparacaq, bu dildən yararlanmaqla şifahi və yazılı dil bacarıqlarını  mükəmməlləşdirəcək. Şagirdlər qrammatik biliklərini də, lüğət ehtiyatlarını da layihə boyu verilən tapşırıqlar əsasında dərinləşdiriblər.  Onlar Gəncədəki  Amerika Mərkəzinə də gedərək araşdırma aparmaq imkanı qazanıblar.  Layihənin məqsədi XXl  əsrin təlim metodlarından yararlanmaqla ingilis dilinin tədrisini təkmilləşdirmək, xarici ölkələrdəki ingilis dili müəllimləri və şagirdlərlə əməkdaşlıq etməkdir. Şagirdlər bu layihə müddətində ölkə xaricində olan digər həmyaşıdları ilə eyni mövzular ətrafında ingilis dilində müzakirələr apararaq biliklərini paylaşıb, öz təlimçilərindən başqa onlayn şəkildə xarici ölkə müəllimlərinin biliklərindən faydalanıblar. Bununla isə şagirdlər məntiqi təfəkkürü inkişaf etdirib, komandalarla işləyib verilən tapşırığın həllini tapıb, qruplar qarşılıqlı olaraq hazırlanmış layihələrə rəy bildirməyi və daim ingilis dilində ünsiyyət qurmağı bacarıblar. Layihə dövründə şagirdlər həm ənənəvi formada dərsə cəlb olunub, həm də onlayn şəkildə Ms Teams və ya Zoom platformasından yararlanmaqla ölkə xaricində olan müəllim və şagirdlərlə əməkdaşlıq edərək yeni bilik və bacarıqlara yiyələniblər. Şagirdlər slaydlar, videoçarxlar hazırlayıb, internet resurslardan istifadə ediblər, verilən tapşırıqları daim müasir dövrlə əlaqələndiriblər.  Oruc MUSTAFAYEV"Azərbaycan müəllimi" qəzeti
2021-2022-ci tədris ili rəqəmlərdə
Xəbərlər
2021-2022-ci tədris ilində “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”  çərçivəsində Bakı iqtisadi rayonu üzrə 51, Naxçıvan iqtisadi rayonu üzrə 4, Abşeron-Xızı iqtisadi rayonu - 10, Mil-Muğan iqtisadi rayonu üzrə 7, Lənkəran-Astara iqtisadi rayonu üzrə 21, Quba-Xaçmaz iqtisadi rayonu üzrə  4, Mərkəzi Aran iqtisadi rayonu üzrə 7, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 14, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 16, Qarabağ iqtisadi rayonu üzrə 15, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 6, Qazax-Tovuz iqtisadi rayonu üzrə 3, Şirvan-Salyan iqtisadi rayonu üzrə 11 layihə icra edilib. Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”  çərçivəsində “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya” üzrə 132 olmaqla, ümumilikdə 179 layihə icra edilib.
VII Avropa Coğrafiya Olimpiadasında qazanılan uğur
Xəbərlər
Serbiyanın paytaxtı Belqrad şəhərində onlayn keçirilən VII Avropa Coğrafiya Olimpiadasından növbəti uğur əldə edilib.   Belə ki, 11 ölkədən məktəblilərin qatıldığı müsabiqədə Tərtər rayonu Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin XI sinif şagirdi Murad Qarayev bürünc medala layiq görülüb.  Sözügedən olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya üçüncü dəfədir ki qatılıb. Bu günədək sözügedən müsabiqədə 3 bürünc medal əldə edilib.  Qeyd edək ki, olimpiadaya qatılan məktəblilərimizin hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib.
Qrant layihəsinin müdavimləri qızıl medala layiq görülüb
Xəbərlər
Serbiyanın paytaxtı Belqrad şəhərində onlayn formatda VII Avropa Coğrafiya Olimpiadası (EGEO) keçirilib.11 ölkənin iştirak etdiyi olimpiadada yuxarı yaş kateqoriyasında ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Ölkəmizi təmsil edən  komanda .  Selcuq Əliyev - ADA məktəbi, Murad Qarayev - Tərtər rayonu Mamırlı kənd məktəbi, Arif Həsənov - Minqəçevir şəhər 13 nömrəli tam orta məktəb, Rəsul Hüseynov - Şəmkir rayon Qapanlı kənd məktəbinin şagirdləri "təqdimat kateqoriyası" üzrə  qızıl medal, “fərdi” kateqoriyada Tərtər rayonu Mamırlı kənd tam orta məktəbinin XI sinif şagirdi Murad Qarayev bürünc medal qazanıblar.Qeyd edək ki, olimpiadaya qatılan məktəblilərimizin hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib.Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri
Xəbərlər
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb. Müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 130 layihə çoxdur. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub.Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib. Bu isə ötən illə müqayisədə 120 layihə daha çoxdur. Qrant verilməsi nəzərdə tutulan layihələrin 65-i ümumi təhsil müəssisələrinin, 234-ü təhsilverənlərin fərdi layihələridir. Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Nəticələrindən razı qalmayan müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.Qrant verilməsi nəzərdə tutulan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsi ilə tanış olmaq olar:Ümumi təhsil müəssisələri kateqoriyasıFərdi layihələr kateqoriyası
VI qrant müsabiqəsi - Apellyasiya qaydaları
Xəbərlər
Müsabiqədə layihəsi qalib olmayan şəxslər 7 təqvim  günü ərzində qeydiyyatdan keçdiyi elektron poçt vasitəsilə grants@edu.gov.az elektron poçt ünvanına apelyasiya müraciəti edə bilərlər. Qeyd edək ki, apellyasiya müraciəti zamanı hansı meyar üzrə verilən baldan razı qalınmadığı əsaslandırılmalıdır.Xatırladaq ki, apellyasiya müraciətlərinin qəbulu 2 avqust saat 17:00-dək davam edəcək və düzgün edilməmiş apellyasiya müraciətlərinə baxılmayacaqdır.
Yeni layihələrin icrasına başlanılıb
Xəbərlər
Sentyabrın 15-dən etibarən Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində dəstəklənən  layihələrin icrasına başlanılıb. Layihələr müasir tələblər baxımından  onlayn platforma və tətbiqlər vasitəsilə öyrənmənin təşkili, təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması, dərnək və klubların təşkili, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar VI qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıb.
“Peşə seçimində özünü kəşf et” layihəsinin açılışı olub
Xəbərlər
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et ” adlı layihənin açılış mərasimi keçirilib. Tədbirdə Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayon üzrə təhsil sektorunun nümayəndələri, məktəbin direktoru, müəllim kollektivi və layihədə iştirak hüququ qazanan şagirdlər iştirak ediblər. Tədbiri açılış nitqi ilə salamlayan layihə rəhbəri Şəfəq Heydərli  layihə haqqında geniş məlumat verdi və layihə çərçivəsində görüləcək işlərdən danışdı. Daha sonra çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, aktuallığından və şagirdlər üçün vacibliyindən  söz açdılar.Sonda layihənin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub,  iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, layihənin məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.
“Sağlam qidalan, sağlam ol!” layihəsinin təqdimatı
Xəbərlər
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun akt zalında Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan, sağlam ol!” adlı layihənin təqdimatı mərasimi keçirilib.      “Sağlam qidalan, sağlam ol!” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun müdiri Əlmirzə Məmmədov, sektorun əməkdaşları, layihə rəhbəri Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. O, həmçinin layihə çərçivəsində tematik seminarların və “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçiriləcəyini vurğulayıb.Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun müdiri Əlmirzə Məmmədov layihənin əhəmiyyətindən söz açıb.Təlimçi Elnarə Qasımova isə qeyd edib ki, düzgün qidalanma ilə yanaşı, insanlar, həmçinin sağlam qidalardan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır.Sonda seminar iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanılıb.
"Valideyndə Səriştə - Təhsildə Inkişaf" layihəsinin açılış tədbiri
Xəbərlər
24 sentyabr  2022-ci il tarixində Sabirabad rayonu Zalqaraağac kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qrant qazanan "Valideyndə Səriştə -Təhsildə Inkişaf" layihəsinin açılış tədbiri keçirilib.Tədbirdə YAP-ın Sabirabad rayon təşkilatının nümayəndələri, Mil-Muğan RTI-nin Sabirabad rayon sektorunun nümayəndəsi  Vüqar Fərzəliyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Nurəddin Babayev və məktəb kollektivi iştirak ediblər. Layihə rəhbəri Rövşən Məmmədsoy layihənin mahiyyətindən və görüləcək işlər barəsində məlumat verib.Daha sonra digər qonaqlar çıxış edərək layihənin aktuallığından, mövzunun vacibliyini vurğuladılar.Sonda layihə barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, “Valideyndə Səriştə -Təhsildə Inkişaf” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar VI Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib.
Virtual məkanda şagirdlər üçün “OYUNLARLA OXUYUB ANLAMA" layihəsi
Xəbərlər
Xəzər rayon 181 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "Oyunlarla oxuyub anlama" layihəsinin ilkin təqdimatı keçirilib. Tədbirə Xəzər rayon ümumtəhsil məktəblərinin müəllim və rəhbər heyəti, rayon Mərkəzi Kitabxanasının nümayəndələri, ərazidə yerləşən işğaldan azad olunmuş məktəblərin müəllimləri iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Günel Almuradova layihə ilə bağlı bildirdi ki, layihənin məqsədi ibtidai siniflərdə Azərbaycan dili fənninin oyun əsaslı təlim metodu ilə öyrədilməsini qarşıya məqsəd qoyub. Layihə çərçivəsində Xəzər rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllimləri ilə təcrübələrin bölüşülməsi və bu metodu necə icra edə biləcəkləri ilə bağlı təlimlərin təşkil ediləcəyini vurğuladı. Həmçinin müəllimlərə metodiki dəstək verilməsi üçün metodiki dəstək kitabının hazırlanmasını qeyd etdi. Bundan əlavə olaraq bildirdi ki, layihənin həyata keçiriləcək 4 ay müddətində I-IV sinif Azərbaycan dili dərsliklərini bütünlüklə əhatə edən elektronlaşdırılmış oyunlar qurulacaq və internet platformaları üzərindən hər kəsin istifadə edə biləcəyi şəkildə açıq resurs kimi də paylaşılacaq.Daha sonra çıxış edən layihə komandasının üzvü təlimçi Ülviyyə Ələkbərova keçiriləcək təlimlərin əhəmiyyətindən danışaraq bildirdi ki, nəzərdə 40 nəfər müəllimə təlim keçirilməsi nəzərdə tutulsa da çoxsaylı müraciətlərin olmasını nəzərə alaraq ictimai əsaslarla əlavə bir təlim qrupunun yaradılmasını da nəzərdə tutulub. Layihəyə ekspert qismində dəvət edilmiş AMEA-nın doktorantı Nofəl Şirinov Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə həyta keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışaraq, yeni ideyaların hər zaman Elm və Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini xüsusi ilə vurğulayaraq, müəllimlərin bu müsabiqələrə qoşulmasının təhsilimiz üçün əhəmiyyətindən danışdı. Həmçinin dəvət olunan digər qonaqlar da çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar.Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırıldı.
“Robot-Hello World” layihəsinin açılış mərasimi
Xəbərlər
VI qrant müsabiqəsinin qalib layihələrdən biri də Şuşa rayon 10 nömrəli tam orta məktəbin  müəllimi Saleh İbrahimzadənin “ROBOT-Hello World ” layihəsidir. Layihə VEX Robotexnikanın təhsildə tətbiqi üzrə  fəaliyyət göstərir. 28 sentyabr 2022 – ci il tarixində Şuşa rayon 7 nömrəli tam orta məktəbdə fəaliyyət planına uyğun olaraq layihənin açılış mərasimi keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Saleh İbrahimzadə çıxış edərək layihənin məqsədini və uğurlu nəticə əldə edən şagirdlərin dünya robot olimpiadalarında iştirak etmələrinə dəstək olması barədə iştirakçılara geniş açıqlamalar verib.Daha sonra layihənin eksperti, robotexnika və beynəlxalq dərəcəli Ramil Süleymanov çıxış edərək  mövcud layihənin şagirdlərə verəcəyi tövhələrdən və bu layihənin STEAM təlim texnologiyalarının bir qolu olmasını vurğulayıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Hər kəsin öz bloqu olacaq
Xəbərlər
25.09.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra edilən “Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma müsabiqələrinin keçirilməsi” layihənin təqdimatı baş tutub. Fərdi kateqoriya üzrə qalib olan  bu layihənin müəllifi  Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Şirinova Saradır.Onlayn formatda təşkil olunan açılışda tanınmış uşaq yazarı, pedaqoq, filologiya elmləri doktoru Zahid Xəlil, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi, şair, esseist  Səlim Babullaoğlu, Kəlbəcər rayon 74 nömrəli məktəbin direktoru  Elməddin Nicat, eləcə də  Hacıqabul rayonu təhsil müəssisələrinin direktorları, müəllimlər, layihənin təlimçisi Həbib Əlizadə və ədəbi yaradıcılığa meylli  istedadlı şagirdlər iştirak etmişlər.Layihə haqqında məlumat verən Sara Şirinova bu ideyanın unikallığını vurğulayaraq Hacıqabul təhsili üçün önəmini qeyd edib. Belə ki, rayonun 5-9-cu sinif şagirdlərindən ədəbi yaradıcılığa meylli, hekayə, esse, şeir yazma qabiliyyəti olan şagirdlər seçilərək onlarla ustad dərsləri, yaradıcılıq görüşləri, düzgün mütaliə və yazı vərdişləri aşılanacaq.Eyni zamanda  bloqyaratma təlimləri təşkil olunacaq, şagirdlər bloqlarında öz yaradıcılıq nümunələrini yayımlayıb, ictimaiyyətə təqdim edəcəklər. İstedadlı şagirdlərin düzgün istiqamətlənməsi, eyni zamanda internet resurslarından səmərəli istifadə, cəmiyyət üçün xeyirli vətəndaşlar yetişdirmək layihədən gözləninlən nəticələr olduğunu vurğulayan müəllif öz çıxşını yekunlaşdıraraq sözü qonaqlara vermişdir.Uşaq yazarı Zahid Xəlil bu ideyanın reallaşmasını cəmiyyət üçün xeyirli olduğunu vurğulayıb, şagirdlərə  və layihə rəhbərinə öz fikirlərini çatdırıb.Dünya ədəbiyyatının bilicisi, ədəbi cameəsində öz dəsti-xətti olan Səlim Babullaoğlu da layihə rəhbərinə və iştirakçılara uğur arzulayıb.Daha sonra Elməddin Nicat layihə heyətini  təbrik edib, istedadlı şagirdlərin bu layihədən səmərəli  nəticə əldə edəcəyini vurğulayıb.Təlimçisi Həbib Əlizadə təlimlərin keçirilmə qaydası haqqında geniş məlumat verib. Həbib Əlizadə daha sonra çıxışında şagirdlərin www.blogger.com, www.wix.com, www.adalo.com platformalarında bloqlar yaradacaqlarını qeyd edib.  Layihənin sonunda şagirdlərə sertifikatların verilməsi nəzərdə tutulub.
Öyrənmək çətin deyil!
Xəbərlər
30 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi VI qrant müsabiqəsinin qalibi  Soltanova Gülsən Rza qızının “Öyrənmək çətin deyil!” layihəsinin açılış tədbiri keçirilib.Tədbirdə 28 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri, onların valideynləri, müəllim heyəti və layihə üzrə təlimlər aparacaq təlimçilər iştirak ediblər.  Görüş zamanı layihənin əhəmiyyəti, riyaziyyatın həyatdakı aparıcı rolu, səriştəli müəllimin riyaziyyatın tədrisindəki əhəmiyyəti, riyaziyyatda çətinlik faktorları, differensial yanaşma, valideyn-məktəb əməkdaşlığına dair çıxışlar edilib, təqdimatlar və videolar nümayiş olunub.Məktəbin direktoru Qənirə Əmircanova və digər qonaqlar da çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar.
“Sabahın Rəqəmsal Texnoloqları” layihəsinin təqdimatı
Xəbərlər
30.09.2022-ci il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində icra olunan "Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin təqdimat mərasimi keçirilib.Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri Elnur Qasımov, metodiki kabinetin müdiri Afət Ələkbərova, metodistlərdən Cəmilə Vəliyeva, Zülfiyyə Kamalova, Afət Hacıyeva, məktəb direktorları və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.Dövlət Himninin sədaları altında başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri Elnur Qasımov layihənin işinə uğurlar arzu edərək, layihənin rayon təhsili üçün önəmindən danışıb.Layihə rəhbəri,Texniki,Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova layihənin məqsədi və həyata keçiriləcək işlər barədə geniş məlumat verib. Qeyd etdi ki,layihənin məqsədi sinifdə stimullaşdırıcı və qabaqcıl təhsil təcrübəsindən istifadə etməklə,əyləncəli şəraitdə praktiki təcrübələr vasitəsilə dronlar,artırılmış və virtual reallıq,3D dizayn, 3D çap mövzularını rayonumuzun gənc zehinlərinə öyrədib,onları gələcəyin rəqəmsal texnoloqları kimi formalaşdırmaqdır.Həmçinin digər qonaqlar da çıxış edərək layihə haqqında fikirlərini bildirdilər.
VI qrant müsabiqəsi çərçivəsində layihələrin icrasına başlanılıb
Xəbərlər
 “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qrant qazanmış bütün layihələrlə müqavilələrin imzalanması prosesi başa çatıb və layihələrin icrasına başlanılıb. Bu proses zamanı 6 layihə üzrə müqavilənin imzalanması mümkün olmayıb. Yaranmış qənaət hesabına növbəti ən yüksək göstəricilərə malik 5 layihəyə qrant verilməsi məqsədəmüvafiq hesab edilib.Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilib və 2017-ci ildən başlayaraq hər il ildə bir dəfə olmaqla həyata keçirilir.Layihələrin icrası ilə bağlı məlumatlar mütəmadi olaraq müsabiqənin internet səhifəsində (grants.edu.az) və eyni zamanda  rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsində yayımlanır.
"Mikro:bit-balaca mühəndislər" layihəsinin açılış mərasimi
Xəbərlər
01.10.2022- ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi Şəki şəhər 18 nömrəli orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Anar Məmmədovun "Mikro:bit-balaca mühəndislər" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Şəki şəhər Təhsil sektorunun aparıcı məsləhətçisi Pərviz Rəcəbov, Şəki şəhər 11 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Arzu  Əzizova, Şəki şəhər 18 nömrəli tam orta məktəbin rəhbər heyəti, valideyinlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər təhsil sahəsində aparılan islahatlardan, qrant layihələrin, xüsusi ilə bu layihənin mahiyyətindən və  əhəmiyyətindən söz açıblar. Qeyd edək ki, layihənin məqsədi 7 və 8-ci sinif şagirdlərinə mikrokontrol kartı olan mikro:bit kartlarının təhsildə necə idarə oluna biləcəyini əhatə edir və nəticədə şagirdlər gündəlik həyatın bir çox sahəsində istifadə olunan elektron vasitələrin iş prinsipini daha yaxşı başa düşməyə nail olmaqdır.
Müəllim əməyinə verilən ən yüksək qiymət
Xəbərlər
Prezident İlham Əliyevin  imzaladığı sərəncamlara əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir sıra təhsil işçiləri “Tərəqqi” medalı  və  “Əməkdar müəllim” fəxri adına layiq görülüb.Həmçinin elm və təhsil nazirinin əmri ilə bir qrup müəllim  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı  və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Fəxri fərmanı” ilə təltif olunub. Təltif edilənlər sırasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində qalib olan müəllimlərimiz də var. Təltif olunan həmkarlarımızı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq!
Qrant qazanmış 5 məktəbə hədiyyə!
Xəbərlər
Bank of Baku ömrünü elmə, şagirdlərinə həsr edən, günəş kimi şəfəqləri ilə yüzlərlə qəlbi isidən, onların yoluna işıq tutan müəllimlərimizə özəl olaraq korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti bir layihəyə imza atıb. 05 oktyabr – Müəllimlər Günü münasibətilə keçirilən layihədə, bankın əməkdaşları İsmayıllı rayonun ucqar dağ kəndlərinə təyin olunan və orada çalışan, yaşayan müəllimlərlə görüşüb.Layihə çərçivəsində İsmayıllı rayonun 5 kəndində - İstisu, Topçu, Gəndov, Tircan və Zərnava kəndlərində fəaliyyət göstərən orta təhsil müəssisələrinə innovativ təhsilə dəstək olmaq məqsədilə Bank of Baku tərəfindən proyektor (tam dəst), 100-dən çox aztəminatlı ailələrin övladlarına isə məktəbli ləvazimatları hədiyyə olunub.Qeyd edək ki, layihədə iştirak edən məktəblər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində uğur qazanmış məktəblərdir. “Bank of Baku təhsilə dəstəkdir” şüarı altında keçirilən layihənin əsas məqsədi ucqar dağ kəndlərinə çalışan müəllimlərin innovativ fəaliyyətinin təkmilləşdirilməsinə və şagirdlərin təhsillərinə dəstək olmaqdır.
"ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin təqdimatı
Xəbərlər
Bakı şəhəri 220 nömrəli məktəb- liseydə  Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin təqdimatı keçirilib.Tədbirdə Bakı şəhəri 96, 56, 21 nömrəli məktəblərin direktor və müəllim heyəti iştirak edib. 220 nömrəli məktəb liseyin direktoru Lətifə Əzimova qonaqları salamlayaraq layihənin əhəmiyyətindən danışıb , daha sonra  layihə rəhbəri Xuraman Babayeva layihənin məqsəd  və vəzifələri haqqında məlumat verdi və qeyd etdi ki, layihənin məqsədi xarici dilin tədrisində vacib amil olan müəllim hazırlığı və təkmilləşdirilməsi prosesinə dəstək vermək üçün CLIL-xarici dil və məzmunun inteqrasiyalı tədrisi metodikası üçün lazım olan pedaqoji bacarıqları inkişaf etdirməklə ELT siniflərini effektif, real öyrənmə mühitinə çevirməkdir. Layihənin təlimçisi, etwinning layihəsinin Azərbaycan üzrə səfiri , Ofeliya Qafarova təlimlərin əhəmiyyəti, müəllimlərin məhsuldar CLIL mühitində əməkdaşlığı gələcək yeni təhsil layihələrinə səbəb olacağını vurğulayıb.Layihədə iştirak edən məktəblərin direktorları Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə həyta keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb, yeni ideyaların hər zaman nazirlik tərəfindən dəstəkləndiyini xüsusi ilə qeyd edib.Tədbirə qonaq qismində dəvət edilmiş  YARAT Müasir Incəsənət Mərkəzinin PR direktoru Hökümə Kərimova layihə iştirakçılarının və şagirdlərin YARAT mərkəzindəki praktik məşğələlərindən yararlanması üçün dəstək olacaqlarını bildirib.Qeyd edək ki, müddəti 4 ay nəzərdə tutulan layihə Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə icra olunacaq.Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.
Cəlilabadda "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsi icra olunmağa başlayıb
Xəbərlər
Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib.Açılış tədbiri Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutub.Tədbirdə layihə rəhbəri, təhsil müəssisələrinin rəhbərləri, layihənin idarə heyəti, müəllim və şagirdlər iştirak edib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə layihə rəhbəri Elçin Abbasov açıb. Sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib.  Daha sonra Cəlilabad rayonu  7 nömrəli tam orta məktəbin direktoru Səidə Quliyeva, Cəlilabad rayonu Alar kənd 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin təlimçisi Fariz Rzayev, layihənin eksperti Gülər Bayramova və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından danışıblar.
Muzeydə bir gün
Xəbərlər
VI qrant müsabiqəsinin qalib layihələrdən biri də Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin “Muzeydə bir gün” adlı layihəsidir. Layihənin məqsədi şagirdlərdə muzeylərə ziyarət vərdişini yaratmaq və məktəb-muzey əməkdaşlığını qurmaqdır. 29 sentyabr 2022-ci il tarixində  Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbində layihənin açılış mərasimi keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytac Abbasova çıxış edərək layihənin məqsədini və  işğaldan azad edilmiş torpaqlarımızda dağıdılan muzey və abidələrimizin yenidən bərpa olunması ilə bağlı aparılan quruculuq işləri haqqında danışıb. Daha sonra iclasın proqramına uyğun olaraq A.Abdıyeva, A.Cabbarov, T.Əhmədova, V.Əsgərova və layihənin eksperti A.Orucova çıxış edərək  mövcud layihənin şagirdlərə verəcəyi töhfələrdən və bu layihənin  davamlı olması istiqamətində gələcəkdə görüləcək işlərdən danışıblar. Layihə çərçivəsində, eyni zamanda məktəbdə fəaliyyət göstərəcək “Qarabağ tarix” klubu ilə birgə maraqlı tədbirlərin keçirilməsi də fəaliyyətə əlavə edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Şəmkirdə VI qrant müsabiqəsin qalibləri ilə görüş təşkil edilib
Xəbərlər
Oktyabrın 4-də Şəmkir rayonu üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib. Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və media nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyev bildirib ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidirlər. Çıxışının sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan sektor müdiri layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.Daha sonra qaliblər öz layihələrini təqdim ediblər.Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində Şəmkir rayonu üzrə 7 layihə qalib olub.
Məktəbli teatrı yaradılır
Xəbərlər
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalibi olmuş layihə məhz “Məktəbli teatrı”nın yaradılmasına həsr olunub. Layihəni 279 nömrəli tam orta məktəb həyata keçirir. “Məktəbli teatrı” layihəsində məktəbliləri narahat edən məsələlərlə bağlı məşğələlər keçirmək, müzakirələrdə qaldırılan mövzular əsasında ssenari yazmaq, məktəblilərin tamaşa hazırlamaq bacarıqlarını inkişaf  etdirmək üçün təlimlər keçirmək, hazırlanan tamaşanı müxtəlif məktəblərdə nümayiş etdirmək nəzərdə tutulur. Təlimlər aktyor sənəti, nitq mədəniyyəti, plastika, rəqs, vokal mövzularını əhatə edəcək. Layihədə beynəlxalq səviyyədə geniş tətbiq olunan Forum teatrı metodundan geniş istifadə olunacaq.Layihə çərçivəsində 279 saylı məktəb ilə Bakı Şəhər Mədəniyyət İdarəsi Uşaq və Gənclər Teatrı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması arasında əməkdaşlıq qurulacaq. Layihənin rəhbəri, 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayevanın sözlərinə görə, məktəbli teatrının yaradılması məktəblilərin yaradıcı fəaliyyətlərə cəlb olunmasına, sosiallaşmasına, komandada işləmək bacarıqlarının, dünyagörüşünün inkişafına, onların şəxsiyyət və vətəndaş kimi formalaşmasına töhfə verəcək. Layihə müəllimlər və valideynlər üçün də faydalı olacaq. Belə ki, şagirdlərin öz arzu və istəkləri ilə bağlı aydın fikrə malik olması, müəllimlərin və valideynlərin də işini asanlaşdırar.Məktəbli teatrına qoşulmaq istəyən şagirdlərin valideynləri şagirdin ad və soyadını, sinfin nömrəsini və əlaqə vasitəsini mektebmekteb279@rambler.ru e-mail ünvanına yaza bilərlər.Məşqlər 279 nömrəli tam orta məktəbdə (Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi) keçiriləcək.
PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası
Xəbərlər
7 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası” layihəsinin rəsmi açılış mərasimi keçirilib.Açılış Bakı şəhəri Suraxanı rayonu 232 nömrəli tam orta məktəbində baş tutub. Açılışda layihənin eksperti Fərid Rüstəmzadə, 232 nömrəli tam orta məktəbin müəllimləri, 249 nömrəli məktəbin direktor müavini Adilə Dadaşova və layihənin idarə heyəti iştirak edib.Qeyd edək ki, layihənin məqsədi PhET interaktiv simulyasiya platformasını Azərbaycan dilinə tərcümə etməklə dərslərin interaktiv formada təşkilinə əlavə imkanlar yaratmaqdan ibarətdir.Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.Layihənin icra müddəti 6 ayı əhatə edir.
Region psixoloqlarının əsas həyat bacarıqları marafonu
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olan Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin müəllimi Aysel Mahmudovanın "Region psixoloqlarının əsas həyat bacarıqları marafonu" layihəsinin açılış-təqdimat mərasimi keçirilib.Layihənin açılış tədbirində Yevlax rayonunda və digər şəhər və rayonlarda fəaliyyət göstərən ümumtəhsil orta məktəbinin psixoloqları və fəal müəllimlər iştirak ediblər.Tədbirin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edənlər – Məktəbin direktoru Günel Yusifzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yexlax rayonu üzrə təhsil sektorunun əməkdaşı Mirtaleh İsmayılzadə, layihənin rəhbəri Aysel Mahmudova və layihənin eksperti Etiram Sadıqzadə  qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyətindən və mahiyyətindən danışıblar.Rəsmi çıxışlar bitdikdən sonra  layihə çərçivəsində müxtəllif mövzular üzrə fikir mübadiləsi aparılıb.
"Virtual dostum" layihəsinin icrasına başlanılıb
Xəbərlər
Bakı Avropa liseyində Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "Virtual dostum" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış zamanı layihənin rəhbəri Pərvinə Qədimova layihənin məqsədi, vəzifələri, keçirilmə qaydaları, görüləcək işlər haqqında ətraflı məlumat verib.Daha sonra lisey rəhbərliyi çıxış edərək layihənin vacibliyini və aktuallığını vurğulayıb. Tədbir 2a3 sinfinin çıxışları ilə davam edib.Qeyd edək ki, layihənin icra müddəti 6 aydır. Layihədə Pərvinə Qədimovanın rəhbərlik etdiyi 2a3 sinfi də iştirak edəcək. 
Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili
Xəbərlər
VI qrant müsabiqəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsinin açılışı keçirilib.Tədbiri giriş sözü ilə açan  layihə rəhbəri, Göyçay rayonu  Potu kənd tam orta məktəbin rus dili müəllimi  Ceyran Bəykişiyeva layihənin məqsədi, mahiyyəti, görüləcək işlər haqqında məlumat verib. O, qeyd edib ki, layihənin vəzifələri Meys debatlarının təşkil edilməsi yolu ilə şagirdlərə araşdırma, seçib ayırma, sübut və dəlillərlə işləmə, natiqlik məharəti, öz fikrinin təsdiq edilməsi, diqqətlə dinləmə, fikir əleyhinə arqument gətirmə kimi bir çox bacarıqlar qazandırmaq, şagirdlərdə analitik qabiliyyəti inkişaf etdirmək, özünüifadə bacarıqlarının artırılmasına nail olmaqdır. Layihə 3 ay müddətində Göyçay rayon Potu kənd tam orta məktəbinin V-IX siniflərindən seçilmiş 40 nəfər şagird heyəti ilə təlimlərin təşkili, bədii əsərlərin debatlarda müzakirəsi şəklində tətbiq edilməsi planlaşdırılıb.
Sumqayıtda natiqlik dərslərinə start verilib
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan,  Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə icra olunan “Şagird Diksiya klubu” layihəsi çərçivəsində 11 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhər 35 saylı tam orta məktəbdə  ilk interaktiv seminar keçirilib.Layihənin məqsədi şagirdlərin düzgün nitq qabiliyyətini inkişaf etdirmək, qeyri-verbal ünsiyyət vasitələri və natiqlik sənəti haqqında maarifləndirmək, aydın və səlis ünsiyyət qurma, fikir çatdırma vərdişlərini formalaşdırmaqdır.Təlimdə politoloq, gənc natiq Əli Miriyev tərəfindən bədən dili və natiqlik sənəti ilə bağlı əsas biliklər iştirakçılara çatdırılıb, nitq mədəniyyətinin önəmi, ifadəlilik bacarığı, aydın tələffüs üsulları haqqında təqdimat nümayiş etdirilib.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, layihənin icrasına ümumilikdə 100 nəfər şagirdin cəlb olunması nəzərdə tutulub.
Rəqəmsal GÜC dərnəyi
Xəbərlər
Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi"nin qalib layihələrindən olan "Rəqəmsal GÜC"dərnək layihəsinin açılış mərasimi keçirilib.Açılış tədbiri Bakı şəhəri 54  nömrəli tam orta məktəbdə baş tutub.Tədbirdə layihə rəhbəri, təhsil müəssisəsinin rəhbəri, layihənin idarə heyəti və müəllimlər iştirak edib. Daha sonra 54 nömrəli tam orta məktəbin direktoru Sahibə Abbasova tədbir iştirakçılarını salamlayıb, layihənin təhsil üçün önəmindən danışıb.Daha sonra layihə rəhbəri Aytən Həsənova layihə barədə məlumat vermib, məqsəd və vəzifələri açıqlayıb.Qeyd edək ki, layihənin məqsədi əraziyə yaxın yerləşən məktəblərdən olan 6,7,8-ci sinifdə təhsil alan aztəminatlı ailələrin övladlarının dərnəklərdə iştirakı, onlarda rəqəmsal  bacarıqların formalaşması, internetdən, sosial şəbəkədən yaradıcı  istifadə zamanı  düzgün dəyərləndirmə, qruplarda əməkdaşlıq etməklə onları gələcəyə hazırlamaq, cəmiyyətdə  nə qədər vacib və məhsuldar olduqlarını göstərmək və gələcəkdə şüurlu karyera seçimi etməkdir.Layihənin eksperti STEAM üzrə mütəxəsis Aliyə Əhmədova layihənin icra planının aylar üzrə həyata keçirilməsi, təlimçilər Şəfəq Ələkbərova, Sevinc Əliyeva layihə çərçivəsində təşkil ediləcək təlimlərin qısa məzmunu, gözlənilən nəticələr barədə  məlumat verdilər.Tədbirin sonunda görüş iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.
“İnnovativ Bioloq” layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Şəmkir rayonu Qasimallar kənd tam orta məktəbi, həm də Kimya – biologiya təmayüllü liseyinin biologiya müəllimi Ülkər Süleymanovanın “İnnovativ Bioloq” layihəsinin rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimi Şəmkir rayon Kimya – biologiya təmayüllü liseyində baş tutmuşdur.Açılışda Şəmkir Təhsil Sektorunun müdiri Qüdrət Əliyev, Şəmkir Təhsil Sektorunun müdir müavini Hafiz Pənahov, Şəmkir ümumtəhsil məktəb direktorları və gənc müəllimlər iştirak edib.Layihənin rəhbəri Ülkər Süleymanova layihənin məqsədini, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.Xatırladaq ki, layihənin məqsədi Şəmkir məktəblərində biologiya müəllimlərində Artırılmış və Virtual Reallıqlardan səmərəli istifadə bacarıqları formalaşdırmaqla biologiya fənninin tədrisinin keyfiyyətini artırmaqdır.
Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Sürətli oxuma üzrə məktəblilərin müsabiqəsi layihəsinin açılış mərasimi keçirilib. Açılış tədbiri Bakı şəhəri 229 nömrəli tam orta məktəbində baş tutub. Açılışda layihənin eksperti Aytac Ağarəhimli, 229, 169, 210, 227, 10 nömrəli tam orta məktəblərin müəllimləri, həmçinin, şagirdləri və layihənin idarə heyəti iştirak edib.Qeyd edək ki, layihənin məqsədi sürətli oxuma üzrə türkiyəli peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır. Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır. Layihə sentyabrın 15-dən martın 15-dək davam edəcək.
“Birlikdə onlayn öyrənək” layihəsinin açılış tədbiri
Xəbərlər
Oktyabrın 14-də Bakı şəhəri 114 nömrəli tam orta məktəbdə VI qrant müsabiqəsində qalib olmuş “Birlikdə onlayn öyrənək” layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova, müəllim, şagird və valideyn heyəti iştirak edib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiylar üzrə VI qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Birlikdə onlayn öyrənək” layihəsinin rəhbəri Elfira Nurullayeva  çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb. O, layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.Daha sonra, 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novuzova fərdi layihələrin icrasına marağın artmasını müsbət hal kimi qiymətləndirib və layihənin əhəmiyyətindən söhbət açıb. Digər qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini söyəyiblər.Qeyd edək ki, aprel ayınadək davam edəcək layihənin keçirilməsində məqsəd şagirdlərdə Khan Academy platforması vasitəsilə sərbəst onlayn öyrənmə bacarığını formalaşdırmaqdır.
“İnkişafın Əsaslı Dayağı ol” layihəsinin açılış mərasimi baş tutub
Xəbərlər
18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş Bakı şəhəri 60 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Babayeva Elmiranın  “İnkişafın Əsaslı Dayağı ol” layihəsinin rəsmi açılış mərasimi baş tutub.Açılışda  60 nömrəli tam orta məktəbin direktoru Emiliya Səfərəliyeva, layihənin eksperti Elvin Axundov, layihə üzrə tərcüməçi Aytac Ağarəhimli və müəllim heyəti iştirak edib.Layihənin rəhbəri Elmira Babayeva layihənin məqsədi, vəzifələri və icra planı haqqında qonaqlara ətraflı məlumat verib.Xatırladaq ki, layihənin məqsədi udemy.org  platformasında yerləşdirilən kursları Azərbaycan dilinə tərcümə edərək müəllimlərin şəxsi inkişaf dinamikasını artırmaqlarına dəstək olmaqdır.
"İncəsənət özünü inkişaf vasitəsi kimi" layihəsinin açılış tədbirindən
Xəbərlər
Oktyabrın 18-də Qusar rayonu İmamqulukənd orta məktəbində "İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsinin açılış mərasimi keçirilib. Açılış tədbirini giriş sözü ilə açan İmamqulukənd məktəbinin direktoru Səmayə Tağıyeva məktəblilər üçün davamlı olaraq yeni öyrənmə imkanlarının yaradılmasının vacibliyini qeyd edərək layihəyə məktəb rəhbərliyi tərəfindən dəstək göstəriləcəyini qeyd edib. Həmçinin layihənin 18 oktyabr Müstəqilliyin bərpası günündə olmasının xüsusi rəmzi xarakter daşıdğını bildirib.Quba-Xaçmaz Regional Təhsil Şöbəsinin əməkdaşları Aytən Əlimərdanova, Röyalə Nəsirova və Qusar Rayon Təhsil Sektorunun nümayəndələri Samir Hümmətov və Nəzirə Ağalarova bu layihələrin kənd məktəblilərinin inkişafında yeni imkanlar yaradacağına, onların gələcəyin peşələrini seçməkdə və əmək bazarında rəqabətliliyə hazır olacaqlarına əminliklərini bildiriblər. Layihə rəhbəri Suqra Cəfərova kənd məktəblilərinin qoşulacağı bu layihənin rayon gənclərini daha da motivasiya edəcəyini vurğulayıb.Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilərin düzgün ixtisas seçiminə hazırlamaq, onların daha uğurlu karyera imkanlarına malik olması baxımından incəsənət alətlərindən və qeyri-formal təhsil metodları vasitəsilə yumşaq  bacarıqlarının artırılması və bacarıqların praktikada tətbiqindən ibarətdir. Layihə zamanı 8 və 9-cu siniflərdən olan 25 nəfər şagird karyera seçimi ilə bağlı seminarlar, ustad dərsləri və sosial layihələrin idarəolunmasına dair təlimlərə cəlb olunacaq. 
Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi” tətbiq ediləcək
Xəbərlər
Kəlbəcər rayonu 18 nömrəli  tam orta məktəbdə icra olunan “Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsinin təqdimatı olub. Tədbirdə çıxış edən məktəbin direktoru Arzuman Qarayev təhsildə keyfiyyətə nail olmaq üçün önəmli məsələlərdən birinin də təhsil ocaqlarında sağlam pedaqoji mühitin formalaşdırılması olduğunu qeyd edib. Daha sonra çıxış edən layihə rəhbəri Xalid Kazımov bildirib ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə  VI qrant müsabiqəsi çərçivəsində dəstəklənib və layihənin məqsədi orta ümumtəhsil məktəblərində pedaqoji münaqişələri “həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə həll etməklə təhsil ocaqlarında  sağlam pedaqoji mühitin formalaşdırılmasına nail olmaqdır. X.Kazımovun sözlərinə görə, Respublikamızın orta ümumtəhsil məktəblərində ilk dəfə tətbiq olunan bu təcrübənin həm də məktəbdəki tədris mühitinin sağlamlaşdırılmasına rol oynayacağı gözlənilir.
“Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində”
Xəbərlər
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsinin açılış mərasimi keçirilib.20 oktyabr 2022-ci il tarixində baş tutan tədbir Bakı şəhəri Sabunçu rayonu 271 nömrəli tam orta məktəbdə keçirilib.Açılışda layihənin eksperti Aytac Ağarəhimli, 271 nömrəli tam orta məktəbin direktoru Ruxsarə Əlizadə, həmçinin, şagirdləri və layihənin idarə heyəti iştirak ediblər.Layihənin əsas məqsədi şagirdlərin sağlamlığının qorunması və tədrisin davamlığını təmin etmək üçün ekspress müayinə robotları və platformasının köməyilə məktəbdə şagirdlər arasında infeksion xəstəliklərinin sürətli şəkildə yoxlanılması ilə xəstəliyin vaxtında aşkarlanması və yoluxmanın qarşısının alınmasından ibarətdir.Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub, həmçinin məktəbrəhbərliyi, şagirdlər və valideynlər üçün layihə barədə təqdimat təşkil edilib. Qeyd edək ki, layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək.
"Mənim riyazi bələdçim" adlı layihənin açılış mərasimi
Xəbərlər
Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə  Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "Mənim riyazi bələdçim" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Pərvanə Məmmədova, Məleykə Əlizadə, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, müəllimlər və layihənin komanda heyəti iştirak ediblər.Layihənin rəhbəri Naidə İbrahimova çıxış zamanı layihənin məqsədi, vəzifələri, keçirilmə qaydaları və görüləcək işlər haqqında ətraflı məlumat verib.Daha sonra məktəbin direktoru Sitarə Abbasova çıxış edərək layihənin vacibliyini və aktuallığını vurğulayıb.Tədbir qonaqların   çıxışları ilə  davam edib.Qeyd edək ki, layihənin icra müddəti 5 aydır və layihədə Naidə  İbrahimovanın  rəhbərlik etdiyi 3a sinif şagirdləri iştirak edəcək.
“Gənclərimizin Dünyaya açılan Qapısı-Robotexnika dərnəyi” layihəsi icra olunmağa başlayıb
Xəbərlər
Oktyabrın 20-də “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalibi olan Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Arzu Məlikovanın “Gənclərimizin Dünyaya açılan Qapısı-Robotexnika dərnəyi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.Açılış mərasimində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, qrant layihə qalibləri, müəllimlər və şagirdlər iştirak edib. Layihə rəhbəri Arzu Məlikova  çıxış edərək layihənin icrası zamanı qarşıya qoyulmuş məqsəd,vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edək ki, Layihənin əsas məqsədi texniki yaradıcılıqların inkişafı və mühəndislik-texnolojı sisteminin təməlinin qoyulmasıdır. Layihə zamanı Lənkəran şəhərinin 4 məktəbindən (5, 7, 8, 10 nömrəli ) seçilmiş 4 müəllim və həmin məktəblərin 7 və 8-ci siniflərdən seçilmiş 25 nəfər şagirdin (ümumilikdə 16 müəllim, 100 şagirdin) Robototexnika üzrə təlimlərə cəlb olunması nəzərdə tutulub. Qeyd edək ki, layihənin icrası 5 ay müddətində (15/09/2022-15/02/2023 ) nəzərdə tutulub.
Aktiv şagirdlər - diqqətli valideyn
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin VI çağırışında qalib olmuş "Aktiv şagirdlər - diqqətli valideyn" layihəsinin 22 oktyabr 2022-ci il tarixində M.A.Abbaszadə adına 20 nömrəli məktəbdə açılış tədbiri keçirilib. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Mərkəzləşmiş kitabxana sisteminin uşaq şöbəsinin müdiri Dəhazi Rəhimova, Azərbaycan yazıçılar birliyinin üzvü, ilin ən yaxşı uşaq kitabı müsabiqəsinin mükafatçısı, şairə Aləmzər Əliyeva, Gəncə Asan Xidmət mərkəzinin psixoloqu Günel Hüseynli, loqoped - defektoloq İlahə Bəhmənzadə və digər qonaqlar iştirak edib. Tədbirin rəsmi hissəsini layihə rəhbəri Lalə Həsəncanova açaraq layihə haqqında iştirakçılara məlumat verib və sualları cavablandırıb. Tədbirdə iştirak edən və ideyası olan müəllimləri layihə yazmağa dəvət edib.  Tədbir şagirdlərin hazırladıqları rəqs və şeirlərlə davam edib.
“Hüququm dəyərimdir” adlı layihəsinin açılış mərasimi
Xəbərlər
Lerik rayon K.Həmidov adına Anbu kənd tam orta məktəbində   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olan Mustafayeva Maral Rafiq qızının “Hüququm dəyərimdir” adlı layihəsinin açılış mərasimi  keçirilib.Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan,  Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev, Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı  Anar  Rəhimov, Lerik Rayon Təsil Sektorunun əməkdaşı Mehman Rəcəbov, Lüləkəran kənd tam orta məktəbin direktoru  Arzuman Ağayev , Anbu kənd tam orta məktəbin direktoru Sabir İbadov, direktor müavinləri və müəllimlər iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və müqəddəs şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra layihənin rəhbəri Maral  Mustafayeva  təhsilə dövlət qayğısından, Elm və Təhsil Nazirliyi tərəfindən keçiliən Qrant müsabiqələrinin təhsilin inkişafına müsbət təsirlərindən danşıb və şagirdlərə  layihə haqqında məlumat verib. Layihənin hüquq eksperti Anar Rəhimov çıxışında uşaq hüquqları haqqında şagirdləri ətraflı şəkildə bilikləndirib .Açılış mərasimindən sonra şagirdlər üçün təlimlər başlayıb.Təlimçi Arzu Soltan  tərəfindən şagirdlərin hüquqi savadlılğını artırmaq üçün interaktiv metodlarla, müxtəlif oyunlar, yarışlar, müzakirələr və diskussiyalar keçirilib.  Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev təlimlərin gedişini izləyib və şagirdlərlə söhbət edib. Qeyd edək ki, təimlər iki gün davam edib. İlk gün Anbu və Qosmalian kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri, növbəti gün  N.Muradov adına Günəşli kənd tam orta məktəbində davam edən təlimlərdə isə Lüləkəran və Günəşli kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib. Ümumilikdə 120 nəfər şagird təlimlərə cəlb olunub.
İsmayıllıda “Xoşbəxt məktəb mühiti” adlı layihə çərçivəsində maarifləndirici seminar keçirilib
Xəbərlər
İsmayıllı rayonunun Qoşakənd kənd tam orta məktəbində "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra olunan “Xoşbəxt məktəb mühiti” adlı layihənin ilk maarifləndirici seminarı keçirilib. Seminarda məktəbin şagird və müəllim kollektivi iştirak edib.Layihə rəhbəri olan Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamov layihənin məqsədi, həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, təhsil alanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.Seminarda layihə üzrə təlimçi, psixoloq Adil İskəndərov mövzu ətrafında müzakirələr aparıb, dövrümüzün qlobal problemlərindən olan bullinq və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açıb.Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.Sonda tədbir iştirakçılarına məlumat vərəqələri paylanıb.
İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi
Xəbərlər
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “İngilis dilinin tədrisində Duolingo platformasının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib. Açılış Binəqədi rayonu  143 nömrəli tam orta məktəbdə keçirilib.Təqdimatda Elm və Təhsil Nazirliyin layihə eksperti Solmaz İsmayılova, 143 nömrəli tam orta məktəbin direktoru Elmar Həşimov, müəllimlər və valideynlər iştirak edib. Layihənin əsas məqsədi Duolingo platformasının köməyi ilə ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək təhsilalanların bu fənn üzrə yeni bilik əldə etməsinə və dil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.Qeyd edək ki, ayihə sentyabrın 15-dən mayın 15-dək davam edəcək.
Təhsilin inkişafında incəsənətin rolunun artırılması
Xəbərlər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin növbəti tədbiri 52№-li tam orta məktəbdə keçirilib. Tədbir Bakı şəhəri 53 №-li tam orta məktəbin direktoru Tünzalə Zeynalovanın çıxışı ilə başlayıb. Daha sonra söz Bakı şəhəri 52 №-li tam orta məktəbin direktoru Qabil Nəsibov, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi gənc aktyor və nitq mədəniyyəti ixtisasını tədris edən Fərid Bağırov, Şahmat Teatrının təsisçi, direktor Mir Qabil Əkbərov və teatr rejissoru Röyal Cəbiyevə verilib. Layihə “Azərbaycan İncəsənət Məktəbi”, “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin təşkilatı dəstəyilə Bakı şəhəri 53 №-li tam orta məktəb tərəfindən icra olunur. İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir. Layihə çərçivəsində Bakı şəhər Təhsil İdarəsinin 18, 31, 52, 53 və 60 №-li məktəblərindən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edə biləcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradacaq. Dərnək iştirakçıları tərəfindən hazırlanan Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” və Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşaları qeyd olunan məktəblərin digər şagirdlər üçün nümayiş olunacaq, növbəti mərhələdə tamaşanı izləyən şəgirdlər ilə tamaşa əsərlərinin müzakirəsi təşkil olunacaq.
"Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası" layihəsi icra olunmağa başlayıb
Xəbərlər
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib. Tədbir Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbdə keçirilib.Açılışda Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin direktoru Quliyev Rizvan, Ağcabədi rayon R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin direktoru Vüsalə Əliyeva və müəllim heyəti iştirak edib.Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.Qeyd edək ki, icra olunmağa başlayan layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.
“Xoşbəxt məktəb mühiti” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib
Xəbərlər
VI qrant müsabiqəsi çərçivəsində İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbində həyata keçirilən “Xoşbəxt məktəb mühiti” adlı layihənin tədbirlər planına uyğun olaraq dəyirmi masa təşkil olunub.Dəyirmi masada məktəbin ibtidai və yuxarı sinif şagirdləri iştirak edib. Layihə rəhbəri Ziyəddin Mövlamov öz çıxışında məktəblərdə qısnamanın (bullinqin) qarşısını almaq məqsədilə son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən bir sıra əməli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, Elm və təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə “Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi barədə əlavə tədbirlər barədə Fəaliyyət Planı” təsdiq olunub. Həmin Planda ümumtəhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulub. Elm vəTəhsil Nazirliyi tərəfindən hazırlanan, nümayişi sosial mediada geniş əks-səda doğuran “Mənimlə danış” video-çarxı bu sahədə atılan ən uğurlu addımlardan biri hesab olunub.Şagirdlərinin iştirakı ilə təşkil olunan dəyirmi masada layihənin təlimçisi Adil İskəndərov balaca məktəblilərə bir-biriləri ilə münasibətdə mehriban olmağı, qısnama (bullinq) hallarına yol verməməyi tövsiyə edib.  Sonra şagirdlərin yaş səviyyələrinə uyğun olaraq hazırlanmış “Bullinqə yox de anti bullinq animasiyası” nümayiş etdirilib.
Mediator müəllim və mediator şagirdlərin seçim mərhələsi başa çatıb
Xəbərlər
Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin müəllimi Xalid Kazımov tərəfindən icra olunan “Pedaqoji münaqişələrin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində mediator müəllim və mediator şagirdlərin seçim mərhələsi başa çatıb.Seçkilər məktəbin V-XI sinif şagirdləri və müəllim kollektivi arasında keçirilib. Məktəbdə aparılan ümumi məlumatlandırmadan sonra layihə rəhbəri Xalid Kazımov və layihənin mentoru Nigar Əsgərova tərəfindən hər bir sinifdə ayrıca məlumatlandırma aparılıb. Daha sonra şagirdlərə öz sinif yoldaşları arasından namizədlərini müəyyənləşdirmək üçün bir həftə zaman verlib. Hər sinifdən 2 nəfər mediator şagird olmaqla, cəmi 18 şagird və müəllim kollektivi arasından 2 nəfər mediator müəllim seçilib.Növbəti mərhələdə  seçilən şagird və müəllimlər təlimlərə cəlb ediləcək. Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə  VI qrant müsabiqəsi çərçivəsində icra olunur. Layihənin məqsədi orta ümumtəhsil məktəblərində pedaqoji münaqişələri “həmyaşıd vasitəçiliyi”nin tətbiqi ilə həll etməklə təhsil ocaqlarında  sağlam pedaqoji mühitin formalaşdırılmasına nail olmaqdır.    
“Nano Aləm”layihəsinin təqdimatı keçirilib
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant”  müsabiqəsində uğur qazanmış daha bir  layihənin təqdimatı keçirilib.Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin növbəti qaliblərindən biri də  Mingəçevir şəhər Y.Muradov adına 11 №-li tam orta məktəbin biologiya müəllimi Aygün Quliyevanın təqdim etdiyi “Nano Aləm” layihəsi olub.Lyihənin təqdimatı Mingəçevir şəhər Y.Muradov adına 11 №-li tam orta məktəbdə keçirilib.Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər sektorunun müdiri Sevinc Həsənova, layihənin eksperti Etiram Sadıqzadə, 11 №-li tam orta məktəbin direktor əvəzi Sevda Şükürova, bir neçə məktəb direktoru və sözügedən təhsil ocağının kollektivi iştirak edib.Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri Aygün Quliyeva açıb. O, layihənin əsas məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər barədə danışıb. Layihənin müasir təlim metodlarına və informasiya texnologiyalarına əsaslandığını diqqətə çatdırıb. Eyni zamanda layihənin ekspert qrupu haqqında məlumat verib. Müəllimlərə yaratdığı imkana görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib.
Şagirdləri uğura aparacaq metodlar – “Oyun terapiyas”ının inanılmaz faydaları
Xəbərlər
Noyabrın 11-də Bakı şəhəri  85 nömrəli məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqədə qalib olan "Oyun terapiyası" adlı layihənin açılışı və valideynlər üçün nəzərdə tutulmuş ilk təlimi keçirilib.  Adıçəkilən məktəbin müəllimi  Aygün Mədətova  müəllifi olduğu layihənin vaciblik və faydaları barəsində bunları deyib:  “Oyun uşaqlar üçün təbii bir prosesdir  və uşaq deyildiyində  ağıla ilk gələn oyun olur. Oyun  uşağın özünü ifadə etmək üçün  istifadə etdiyi simvolik bir dildir. Oyun və oyuncaqlar vasitəsilə uşaqların ehtiyaclarını ifadə etmələrinə kömək edən xüsusi fəaliyyətə oyun terapiyası deyilir. Oyun terapiyası zamanı emosional problemlərini ifadə etmələri üçün uşaqlara müxtəlif oyuncaqlar təqdim edilir. Bu zaman uşaqların oyuna və oyuncaqlara münasibətinə əsasən psixoloq uşağı narahat edən problemləri aşkara çıxarır”.  Açılış mərasimində "Oyun terapiyası" layihəsinin faydalılığını əks etdirən çıxışlar səsləndirilib. Bəzi nümunələr əyani şəkildə şagirdlərin diqqətinə çatdırılıb.
Futbol yarışının final mərhələsi keçirilib
Xəbərlər
Noyabrın 17-də Beyləqan Olimpiya Kompleksində VI qrant müsabiqəsində qalibi olmuş “Zərərli vərdişlərdən uzaq , yenilikçi region gəncləri  ” adlı qrant layihənin icrası ilə bağlı Beyləqan və Xocavənd rayonları üzrə məktəbdaxili futbol yarışının final mərhələsi keçirilib.Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın final oyunu  Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta və Xocavənd rayonu  4 nömrəli tam orta məktəblərinin  futbol komandaları arasında olub. Final mərhələsində Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin futbol komandası  rəqib komandaya qalib gələrək birinciliyi qazanıb. Sonda qalib komandanın üzvlərinə layihə rəhbəri tərəfindən kubok, hədiyyə və diplomlar təqdim olunub.
"Seçilmiş 12 orta ümumi təhsil məktəbində təkmil psixoloji işin təşkili" layihəsinin təqdimatı keçirilib
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant”  müsabiqəsində uğur qazanmış daha bir  layihənin təqdimatı keçirilib.VI qrant müsabiqəsinin növbəti qaliblərindən biri də  Bakı şəhəri  61 nömrəli tam orta məktəbin təqdim etdiyi “Seçilmiş 12 orta ümumi təhsil məktəbində təkmil psixoloji işin  təşkili ”  layihəsi olub.Layihənin təqdimatı Psixologiya Elmi Tədqiqat İnsitutunun akt zalında təşkil edilib.Tədbirdə Psixologiya Elmi Tədqiqat İnsitutunun rəhbəri Elnur  Rüstəmov, intitutun əməkadaşları, bir neçə məktəb direktoru və sözügedən təhsil ocağının kollektivi iştirak edib.Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri  Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin direktoru Zemfira Şixəliyeva açıb. O, layihənin əsas məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər barədə danışıb.O. qeyd etdi ki,  pedaqoji kadr kimi məktəb psixoloqlarının da fəaliyyəti təhsilin keyfiyyətinə birbaşa təsir edir. Onların fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirləin görülməsi həlli vacib məsələdi. Təqdimat mərasimində eyni zamanda layihə  müddətində əməkdaş məktəblərin psixoloqları üçün təşkil olunacaq təlimlərin modulları  haqqında məlumat verilib.  .  
Qrant layihənin yekun tədbiri
Xəbərlər
Noyabrın 22-də Beyləqan Gənclər Evində Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri  ” adlı qrant layihənin bağlanış tədbiri keçirilib.Tədbirdə layihə rəhbəri Anar Yaqubov, layihənin təlimçisi Xəlil Süleymanov, layihənin eksperti Anar Ələkbərov və  müəllim kollektivi  iştirak edib.Layihənin rəhbəri Anar Yaqubov layihə müddətinin icrası ilə bağlı geniş məlumat verərək bildirdi ki, layihənin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblər arasında təbliğatlar aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. O, qeyd etdi ki, Beyləqan və Xocavənd rayonlarında ümumilikdə 8 məktəbdə şagird və müəllimlərin iştirakı ilə “Zərərli vərdişlərdən qorunaq” mövzusunda təlimlər keçirilib. Layihənin icrası zamanı məktəblilərin asudə vaxtlarının təşkili  məqsəd ilə hədəf məktəblərin hər birində IX-XI sinif şagirdlərindən ibarət futbol komnadası yaradılıb və məktəblərarası  futbol yarışları keçirilib. Daha sonra söz layihənin digər nümayəndələrinə verildi  və onlar da öz növbələrində görülən işlər barədə geniş məlumat verdilər.
Füzuli şəhərində pedaqoji heyət üçün təlimlərə başlanılıb
Xəbərlər
VI qrant müsabiqəsində qalib olan "Pedaqoji kollektivin şagirdlərin psixologiyası ilə bağlı məlumatlılığının artırılması" layihəsi çərçivəsində təlimlərə başlanılıb. 3 ay davam edəcək layihədə təlimlər ilk olaraq Füzuli şəhəri 17 nömrəli orta məktəbin pedaqoji heyəti ilə keçirilib. 2 saat davam edən təlim zamanı "Təlim Psixologiyası, şagird müəllim münasibətləri, şagirdlərin təlim prosesində qarşılaşdıqları çətinliklər, öyrənməyə təsir edən amillər" və digər mövzular geniş izah edilib. Daha sonra pedaqoqlara 15 gün ərzində şagirdlərlə işləmək üçün praktik vəsaitlər paylanılıb, keçirilmə qaydaları izah edilib. Eyni adlı görüş 59 nömrəli orta məktəbdə də keçirilib. Növbəti təlimlərin həm onlayn, həm də əyani qaydada digər məktəblərdə də davam etdirilməsi nəzərdə tutulub.Qeyd edək ki, layihənin rəhbəri Füzuli şəhəri 17 nömrəli orta məktəbin psixoloqu Mamedova Fazilə, eksperti Xurma Hacıyeva, təlimçiləri isə Jalə Məmmədova və Qərənfil Nəzərovadır.
“EduSimbioz – Təhsil üçün öyrən və öyrət” layihəsi icra olunmağa başlayıb
Xəbərlər
Noyabrın 24-də Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəb və ADPU-nun Strateji İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsinin açılış tədbiri keçirilib.Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibidir. Tədbirdə açılış nitqi ilə çıxış edən 82 nömrəli tam orta məktəbin direktoru Leyla xanım Fətiyeva qonaqları salamlayaraq, məktəbin ümumi təlim nəticələri, ümumtəhsil məktəblərinin reytinqdə yeri barədə təqdimatla çıxış edib, layihənin fəaliyyətində uğurlar arzulayıb. Daha sonra çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva layihənin əhəmiyyətindən danışaraq, pademiyanın təhsildə yaratdığı öyrənmə boşluqlarına toxunub. UNİCEF-in 2020-ci ildə dərc etdiyi “Hər uşaq öyrənir” hesabatına istinadən təhsildəki yeni çağırışlara diqqət çəkən Könül xanım bu mənada layihənin icrasının vacibliyinin həm yerli, həm də beynəlxalq konteksdə zəruriliyini qeyd edib. Layihən barədə geniş təqdimatla çıxış edən Könül xanım qeyd etdi ki, layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 10 ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır. Qeyd edək ki, layihədə iştirak etmək üçün tələbə-mentorların seçimi müsahibə yolu ilə aparılıb. Müsahibədə iştirak edən 82 tələbədən 31-i “Azərbaycan dili və ədəbiyyatı”, 51-i “Riyaziyyat müəllimliyi” ixtisasında təhsil alan tələbələr olub. Yekunda 52 tələbə (26- Azərbaycan dili və ədəbiyyatı, 26- Riyaziyyat müəllimliyi) layihədə mentor kimi fəaliyyət göstərmək üçün seçilib. Seçilən tələbələrdən 17-si SABAH bakalavr, 3-ü SABAH magistr, 33-ü ADPU əsas tədris binasında təhsil alan bakalavr tələbələridir.Ardınca çıxış edən  308 nömrəli tam orta məktəbin psixoloqu Sevinc İsmayılova çıxış edərək layihə çərçivəsində şagirdlərə göstəriləcək psixoloji xidmətin istiqaməti barədə məlumat verib. Sonda çıxış edən ADPU SABAH qruplarının 3-cü kurs tələbəsi Nuranə Əhmədova layihədə iştirakın tələbələr üçün onların pedaqoji təcrübələrinin, gələcək müəllim olaraq səriştələrinin artmasına böyük dəstək olacağını vurğulayıb. 
““POLİQLOT” - Təhsilverənlər üçün ingilis dili kursu” layihəsinin təqdimatı keçirilib
Xəbərlər
Noyabrın 25-də Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyinin “Təhsildə inkisaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə uğur qazanmış daha bir layihənin təqdimatı keçirilib.VI qrant müsabiqəsinin növbəti qaliblərindən biri də Bakı  şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin  təqdim etdiyi ““POLİQLOT” - Təhsilverənlər  üçün ingilis dili kursu” layihəsi olub.Təqdimat mərasimini giriş sözü ilə layihə rəhbəri, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova açıb. O, layihənin əsas məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər barədə danışıb. O, qeyd edib ki, bu layihə liseyin tədris həyatında, öyrənmə və öyrətmə mühitində xüsusi motivasiya yaradacaq.Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva  çıxışında VI qrant müsabiqəsi ilə bağlı statistik rəqəmləri təqdim edib. Layihənin əhəmiyyəti və vacibliyi barədə danışan Vüsalə Əliyeva layihəni yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.Daha sonra Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva çıxış edərək, inkişafyönümlü fəaliyyətlər üçün qrant müsabiqələrin əhəmiyyətini qeyd edib. Sonda Bakı Dövlət Universitetinin ingilis dili müəllimi Leyla Atamova layihə müddətində müəllimlər  üçün təşkil olunacaq təlimlərin modulları haqqında geniş məlumat verib.
Ucar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirilib
Xəbərlər
VI qrant müsabiqəsində qalib olmuş "Coğrafiya ulduzlarının festivalı" layihəsi çərçivəsində Ucar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirilib.Layihənin məqsədi təhsilalanlarda dövlət standartlarına uyğun təhsil naliyyətləri formalaşdırmaq, nəzəri biliklərlə yanaşı, həm də praktik bacarıqlar yaratmaqdır.Yarışın ilk mərhələsində 37 məktəb komandası iştirak edib və 11 məktəbin komandası yüksək bal toplayaraq final mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsində Ucar şəhər 1, 3, 4, 5, Alpout kənd 1 nömrəli, Qazyan kənd 2 nömrəli, Lək kənd 1 nömrəli, Bağman, Alpı və Xalac kənd tam orta məktəblərin komandaları mübarizə aparıblar.Oyunun nəticələrinə əsasən, I yeri Ucar şəhər 4 nömrəli tam orta məktəbin komandası, II yeri Alpı kənd tam orta məktəbin  komandası, III yeri isə Ucar şəhər 3 nömrəli tam orta məktəb və Alpout kənd 1 nömrəli tam orta məktəblərin komandaları tutub.
“Sərişətli müəllim”- yeni işə qəbul olunmuş müəllimlərin adaptasiya proqramı
Xəbərlər
VI qrant müsabiqəsində ümumi təhsil kateqoriyası üzrə qalib layihələrdən biri olan ““Sərişətli müəllim”- yeni işə qəbul olunmuş müəllimlərin adaptasiya proqramı” layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Nərimanov, Yasamal, Nəsimi rayonlarında yerləşən məktəblərə cari tədris ilində MİQ-lə qəbul olmuş müəllimlər və məktəb direktorları iştirak edib.Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Mehriban Ələkbərova layihə haqqında məlumat verib, layihə məqsədinin yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarət olduğunu vurğulayıb. O, bildirdi ki, bu məqsədə çatmaq üçün həmin müəllimlərin metodoloji, psixoloji hazırlığna nail olmaq, komandada işləmək, ünsiyyət qurmaq, valideynlərlə münasibət qurmaq bacarıqları aşılanacaq.Daha sonra Vüsalə Əliyeva çıxışında layihənin vacibliyini qeyd edib və həmkarın-həmkara dəstəyi kimi yüksək qiymətləndirib.Layihənin eksperti Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva çıxışında layihənin yeni işə qəbul olunmuş müəlimlərin peşəkar inkişafı üçün bir fürsət olduğunu bildirib.
“Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş “Məktəbdən Beynəlxalq Arenaya” adlı layihənin açılışı olub.Layihə üzrə ekspertlər, dünya və avropa çempionları, qazi və idmançılar açılış tədbirinin qonaqları olub.Tədbiri giriş nitqi ilə Şamil Qorxmazoğlu açaraq, layihə haqqında məlumat verib. Bildirib ki, layihənin keçirilməsində bir neçə istiqamət məqsəd olaraq götürülüb. Orta məktəbdə 6-7-8-ci siniflərdə təhsil alan idmana maraqlı, lakin müəyyən sabəblərdən idmanla məşğul olmayan şagirdlərin ictimai əsaslarla idmanın karate növünə cəlb edilməsi hədəf olaraq götürülüb. Şagirdlər arasında idmanın faydası, sağlam həyat tərzinin vacibliyi, zərərli vərdişlərin fəsadları haqqında marifləndirmə işi aparılacaq. Layihə çərçivəsində Şəhid idmançıların xatirəsinə həsr ediləcək məktəbdaxili yarışların keçirilməsi, məktəb şagirdlərinin dünya, Avropa çempionu, idman ustası olmuş titullu idmançılarla görüşünün təşkili planlaşdırılır. Layihə müddəti və gələcəkdə əməkdaşlıq edilən federasiyaların keçirəcəyi ölkədaxili və beynəlxalq yarışlarda şagirdlərin iştirak etməsinin təşkili də hədəflər sırasındadır.Tədbirdə idmançı-şagirdlərin karate və cüdo idman növləri üzrə nümunəvi çıxışları nümayiş etdirilib.Qeyd edək ki, layihə müddətində 157 nömrəli tam orta məktəbdə karate üzrə ödənişsiz məşqlər keçiriləcək.
“Anama deyin...” layihəsinin yekun tədbiri
Xəbərlər
Noyabrın 30-da Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi - Şabran rayon Çölquşçu kənd tam  orta məktəbin direktoru Məmməd Məmmədovun  "Anama deyin..." layihəsinin bağlanış tədbiri keçirilib.Tədbirdə  Şabran şəhər 3 nömrəli ümumi məktəbin direktoru Raifə Məmmədova, layihənin təlimçisi Zümrüd Abbasova, müəllim, valideyn və şagird heyəti iştirak edib.Layihənin rəhbəri Məmməd Məmmədov fəaliyyət planını əks etdirən geniş təqdimatla çıxış edərək bildirdi ki, layihənin əsas məqsədinin potensial psixososial durumu yaxşı olmayan şagirdlərin valideynləri üçün onların məktəb həyatına inteqrasiyasının genişləndiriliməsi, düzgün tərbiyə və təhsillə bağlı metod, üsulları izah etməklə onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir. O, görülən  işlər haqqında danışarkən valideyn heyəti üçün maarifləndirici seminarların təşkili edildiyini, valideyn assosasiyasının yaradıldığını, valideynlər üçün marifləndirici vəasit və bukletlərin çap edildiyini qeyd edb. Daha sonra söz layihənin digər iştirakçılarına verildi  və onlar da öz növbələrində görülən işlər barədə geniş məlumat veriblər.Sonda şagirdlər öz gözəl ifaları, rəqsləri, şeirləri ilə tədbiri daha maraqlı, daha şən ediblər.
Şuşa ruhu şagirdlərin təqdimatında
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəliyev Zaur Fəxrəddin oğlunun rəhbəri olduğu  "Bədii əsərlərdə Şuşa ruhu şagirdlərin təqdimatında" adlı layihənin təqdimat mərasimi keçirilib.Tədbirdə millət vəkili Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva,  Cəbrayıl rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Qurbanov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Əvvəlcə layihə rəhbəri Zaur Vəliyev layihə haqqında geniş məlumat verib. Daha sonra təlimlərdə iştirak etmiş şagirdlərin hazırladığı səhnəcik və şeirlər, Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq İncəsənət Məktəbinin şagirdlərinin təqdimatında rəngarəng ifalar nümayiş etdirilib. Sonda qonaqlar və  ekspertlər layihə haqqında öz fikirlərini bölüşərək uğurlar arzulayıblar.
"Valideyndə səriştə, təhsildə inkişaf" təlimlərinə 800-dən çox valideyn və şagird qoşulub
Xəbərlər
Sentyabrın 15-dən indiyədək Sabirabad rayon tam orta məktəblərində “Valideyndə səriştə, təhsildə inkişaf" layihəsi üzrə təlimlər davam edir.Layihəyə uyğun olaraq məktəblərdə valideynlərlə təlim xarakterli görüşlər təşkil olunur və mövzular ətrafında müzakirələr, həmçinin şagirdlər arasında sorğular aparılır.Növbəti təlim Qaratəpə kənd məktəbində gerçəkləşib. Təlimlər zamanı sinif rəhbəri və valideyn əməkdaşlığının düzgün qurulması, səriştəli valideyn modelinin formalaşdırılması mövzuları müzakirə olunur, həmçinin şagirdləri zərərli vərdişlərdən çəkindirmək, məktəbli yaş dövrünün davranış xüsusiyyətləri haqda maarifləndirmək məqsədilə görüşlər keçirilir. Bundan başqa, yaş psixologiyası, ailə, məktəb və cəmiyyət üçbucağının düzgün formalaşdırılması, hiperaktiv uşaqlarla davranış qaydaları, inklüziv təhsilə və xüsusi təhsilə yönəlmiş sağlamlıq imkanları məhdud olan məktəblilərlə davranış kimi təlimlər layihənin əsas mövzuları sırasında yer alır. Layihə 14 məktəbi əhatə edir və təlimlərdə indiyədək 421 şagird və 432 valideyn iştirak edib. Onlardan 12 valideyn və 14 şagirdə sertifikat təqdim olunub.Qeyd edək ki, müddəti üç ay olan təlimlər dekabrın 15-də yekunlaşacaq.
"STOP bulling empatiya klubu" layihəsinin bağlanış və mükafatlandırma tədbiri keçirilib
Xəbərlər
Bakı şəhəri  257 nömrəli məktəbin psixoloqu Zöhrə İbrahimovanın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş "STOP bulling empatiya klubu" layihəsinin bağlanış və mükafatlandırma tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov gələn qonaqları, tədbir iştirakçılarını salamlayıb və layihənin şagirdlərimiz üçün çox aktual və əhəmiyyətli olunduğunu bildirib. Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Gülnarə Vəlixanlı, ekspert Arzu Əliyeva və aktyor Natiq Həziyev çıxış edərək layihənin şagirdlər arasında çox böyük marağından və psixoloji təsirindən danışıblar. Layihə həhbəri Zöhrə İbrahimova layihə haqqında çıxış edərək 3 ay ərzində görülən işlər, əldə olunan nəticələr haqqında məlumat verib. Daha sonra layihə barədə çıxış üçün söz müəllimlərə və valideynlərə verilib. Çıxış edən şagirdlər layihə müddətində keçirilən təlimlərin, görüşlərin faydasından, bu müddətdə qazandıqları bilik və bacarıqlar haqqında öz təəssüratlarını bölüşüblər. Qeyd edək ki, layihənin məqsədi bullinqə qarşı mübarizədə şagirdlərdə empatiya hissinin formalaşdırılmasından ibarətdir. Empatiya klubuna VII-VIII sinif şagirdlərindən 30 iştirakçı psixo diaqnostik testin nəticəsinə əsasən seçilib və 3 ay boyunca həmin şagirdlər təlimlərə və psixoloqla görüşlərə cəlb olunub. Layihə müddətində psixoloji dəstək almaqdan çəkinən şagirdlər üçün "Etibar poçtu" da yaradılıb. Sonda Empatiya klubunun üzvlərinə sertifikatlar təqdim olunub.
Psixoloji dəstəklə təhsilə şagird qazan
Xəbərlər
Astara rayonu Y.Nəsirov adına Sərək kənd tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “fərdi” kateqoriyası üzrə qalibi olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" adlı layihəsinin təlimləri başlayıb.  Layihə  rəhbəri  Zamiq Mirzəyev şagirdlərə layihə haqqında məlumat verib. O qeyd edib ki, təlimlərdə idraki və emosianal sferada rastlaşdıqları problemləri təlimçi Fərrux Əliyevlə birlikdə aradan qaldıracaqlar. Görüşdə layihənin ekpserti, AGMA-nın Astara üzrə koordinatoru Firuzə Mirzəyeva qoyulan problemin günümüz üçün aktuallığını vurğulayıb.  Daha sonra “Google Forms”  vasitəsilə seçim meyarları əsasında adıkeçən məktəbindən seçilmiş idraki və emosianal çətinliklərlə üzləşən 30 şagirdlə layihənin ilk təlimi həyata keçirilib.  Qeyd edək ki, layihə çərçivəsində daha 4 məktəbdə də təlimlərin keçirilməsi nəzərdə tutulub.  
“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsi başa çatıb
Xəbərlər
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsi çərçivəsində İsmayıllı rayonunda IX sinif şagirdləri üçün 2 günlük “Öz peşəni özün seç” karyera düşərgəsi uğurla yekunlaşıb.Düşərgə Kürdəmir rayon məktəblərindən sorğu əsasında seçilmiş 15 nəfər şagirdi əhatə edib.Layihənin əsas məqsədi IX buraxılış sinif şagirdlərinin peşə seçiminə və karyera inkişafına dəstək olmaqdan ibarətdir. Bu məqsədlə 2 günlük düşərgədə layihəyə cəlb edilmiş təlimçi və ekspert tərəfindən şagirdlərə peşə seçiminə təsir edən amillər, özünü tanıma, xarakter tiplərinin müəyyən olunması və hər şagirdin xarakterinə uyğun peşə və ixtisasların seçilməsinə dəstək, özünü kəşf etməyə mane olan düşüncələr, peşə təhsilində uğurlu olmaq üçün inkişaf planının tərtib olunması, uğurlu karyera üçün lazım olan bacarıqlar, resume (CV) və motivasiya (istək) məktubunun hazırlanma qaydaları, müsahibəyə hazırlıq, peşə təhsil mərkəzlərinə müraciət formaları, peşə təhsilində ixtisas seçimi və sair mövzular tədris edilib. Düşərgə çərçivəsində təlimlər qeyri-formal üsullarla, rol və simulyasiya oyunları, qrup işləri, təqdimatlar və müzakirə formatında təşkil edilib.Təlimçi, BDU-nun müəllimi Fərid Seyfullayev hər bir şagirdi fərdi qaydada konsultasiya edərək onların xarakter tiplərini müəyyən etmiş və onların xarakterinə uyğun peşə və ixtisaslarını müəyyən edərək öz tövsiyyələrini verib.  Təlim proqramına uyğun olaraq düşərgənin ikinci günü şagirdlər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək oradakı tədris prosesi, mərkəzin şəraiti və avadanlıqları ilə daha yaxından tanış olublar.Düşərgənin sonunda layihə rəhbəri Günel Hüseynova layihənin əhəmiyyətindən və şagirdlərə peşə seçiminə təsir edən amillərdən danışıb. O, göstərdikləri fəallığa görə şagird heyətinə və düşərgə boyu şagirdlərə dəstək göstərən təlimçi F.Seyfullayevə təşəkkürünü bildirib.Yekunda iştirakçılara sertifikat təqdim edilib.
“İngilis dilini oyun əsaslı təlimlə öyrədək “layihəsinin növbəti təlimi keçirilib
Xəbərlər
Dekabrın 17-də  Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “İngilis dilini oyun əsaslı təlimlə öyrədək “layihəsinin növbəti təlimi keçirilib. "Hangman game” adılı təlimdə iştirakçılar oyun tətbiq ilə tanış olublar.Təlimdən sonra iştirakçıların bir qrupu layihədə nəzərdə tutulduğu kimi AzETA-nın Samux filialı tərəfindən Gəncə Dünya Məktəbində keçirilən regional konfransda iştirak ediblər.Konfransda layihə rəhbəri Tofiqə Məmmədova “Uğurlu layihələrin yazılması” adlı təqdimatla çıxış edib.Daha sonra, layihə iştirakçıları erməni terrorunun qurbanlarını dərin ehtiramla yad ediblər.
"Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması" layihəsinə yekun vurulub
Xəbərlər
Dekabrın 14-də Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qaliblərindən olan "Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması" layihəsinə yekun vurulub.Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən layihə tənqidi düşüncəyə malik olan, təşəbbüskar və sosial-aktiv vətəndaşların yetişdirilməsinə töhfə vermək, şagirdlərin aktiv və məsuliyyətli vətəndaşlıq, sosial məsuliyyət barədə biliklərini artırmaq, şagirdlərin idea formalaşdırılması, kiçik ölçülü layihə yazılması və icra olunması barədə praktiki bacarıqlara yiyələndirmək, məktəbin sosial fəaliyyətlər üzrə strategiyasını formalaşdırmaq və cəmiyyətin sosial inkişafını artırmaq kimi məqsədlərini ehtiva edir.2022-ci il noyabr və dekabr aylarını əhatə edən layihə çərçivəsində Bakı şəhəri 306 nömrəli tam orta məktəbin şagird və müəllimləri üçün təlimlər, seminarlar, müzakirələr təşkil olunmuş, şagirdlərin potensialının artırılması üçün “soft-skills” təlimləri həyata keçirilib, onların qarşılaşdıqları sosial problemləri müstəqil şəkildə analiz edib, həll yolları təklif etməsi bacarıqlarının artırılmasına çalışılıb.Təlimlərin sonunda iştirakçılar komanda şəklində araşdırma edərək gördükləri bəzi problemlərin həlli üçün kiçik layihələr formalaşdırmış və buna uyğun olaraq ətraf mühitin qorunmasını təşviq etmək məqsədilə güləkmə aksiyası keçirib və rastlaşdıqları bəzi problemlərin həlli üçün "Valideyn-Şagird-Müəllim Məclisi" yaradıblar.
Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı layihənin təqdimat mərasimi olub
Xəbərlər
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin ümumi təhsil kateqoriyası üzrə qalib olmuş “IX və XI sinif şagirdlərində imtahan öncəsi stresin aradan qaldırılması” layihəsinin təqdimat mərasimi keçirilib.Bakı şəhəri Qaradağ rayonu üzrə təlim göstəriciləri və imtahan nəticələri aşağı olan 5 ümumi təhsil məktəbini əhatə edəcək  layihədə hər məktəb üzrə 50 şagird olmaqla ümumi 250 şagirdin, hər məktəbdən 50 valideyn olmaqla ümumi 250 valideynin və hər məktəbdən 8 nəfər olmaqla ümumi 40 nəfər pedaqoji heyətin layihəyədə iştirak etməsi məqsədəuyğun görülüb. Məktəblər  üzrə seçilmiş 50 şagirddən (valideynlər də həmçinin) 25-i 9-cu siniflər, 25-i isə 11-ci siniflər arasından seçiləcəkdir. Bundan əlavə, hər məktəbdən qatılacaq olan 8 nəfər pedaqoji heyət üzvlərinin riyaziyyat, ingilis dili və tədris dili fənləri üzrə seçilməsi nəzərdə tutulub.Layihənin həyata keçirilməsində əsas məqsəd 9-11-ci sinif  şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması  və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.Ümumi təhsil kateqoriyasında Bakı şəhəri 302 nömrəli tam orta məktəbin direktoru Günay Rəhimovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 5 aydır. İlk ay məlumatlandırma xarakteri daşıyacaq, lakin sonrakı aylarda təlimlər və şagirdlərdə stressin diaqnostikası və korreksiya işi baş tutacaq. Eyni zamanda, iştirakçıların imtahan haqqında düşüncələri üzərində işləniləcək və ailə ilə şagird arasındakı münasibətlər daha sağlamlaşdırılacaqdır.Qeyd edək ki, həftə ərzində layihəyə 5 gün (görüş) ayrılıb, bunlardan biri 9-cu sinif şagirdlərilə, digəri 11-ci sinif şagirdləri ilə, iki görüş müvafiq olaraq valideyn qrupları ilə və son olaraq həftədə 1 görüş təhsilverənlərlə gerçəkləşdiriləcəkdir. Hər bir görüşün müddəti 1.5 saat nəzərdə tutulub. 
Daha az stress yaşayaraq, daha yaxşı öyrənin
Xəbərlər
VI qrant müsabiqəsinin “Məktəb layihələri” kateqoriyası üzrə qalib olmuş, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin təqdim etdiyi və qalib olduğu ""Daha az stress yaşayaraq, daha yaxşı öyrənin"- riyaziyyatı Briliant.orq-la öyrənək" layihəsinin təqdimat mərasimi baş tutub.Tədbirdə layihə rəbəri, 27 nömrəli məktəbin direktoru Könül Həsənova III-IV siniflərdə riyaziyyatın tədrisi zamanı dünyaca məşhur Briliant.orq saytının imkanlarından istifadənin əhəmiyyətindən danışıb, layihənin məqsəd və vəzifələrini diqqətə çatdırıb. O, bildirib ki, təqdim olunan layihənin məqsədi  riyaziyyat fənnini  beynəlxalq aləmdə qəbul olunmuş elektron resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin təşkilinə nail olmaqdır. Briliant.orq saytının təklif etdiyi riyaziyyat sahəsində təməl biliklər, kompüter mühəndisliyi, məntiqin əsasları, data elmi, mühəndislik, statistika və maliyyə  kimi bölmələr şagirdlərin ümumi dünyagörüşünü artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar. Layihə vasitəsi ilə saytın geniş imkanlarından yalnız riyaziyyat fənninin  tədrisi üçün  dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə  tutulsa da, şagirdlər dərsdən sonrakı vaxtlarında saytın digər bölmələrində  təklif olunan materiallardan da istifadə edə biləcəklər.Qeyd edək ki, sayt tətbiqini təmin etmək məqsədilə  planşetlər alınıb və şagirdlərin həftədə iki dəfə olmaqla dərsdənkənar məşgələlərə cəlb olunması planlaşdırılıb. Layihədən əldə olunan təcrübə gələcəkdə digər innovativ və interaktiv, dünyaca məhşur  təhsil portallarının tətbiqinə  zəmin yaradacaqdır.
"ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin bağlanış tədbiri
Xəbərlər
Dekabrın 27-də Bakı şəhəri 220 nömrəli məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova, 220, 96, 56, 21, 70, 201 nömrəli məktəblərin müəllimləri və layihə heyəti iştrak ediblər. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Lətifə Əzimova layihənin əhəmiyyətindən danışıb, bu istiqamətdə görülən işləri vurğulayıb. Daha sonra layihə rəhbəri Xuraman Babayeva layihənin çərçivəsində görülmüş işlər və nəticələr haqqında məlumat verib. O, bildirib ki, layihənin məqsədi xarici dilin tədrisində vacib amil olan müəllim hazırlığı və təkmilləşdirilməsi prosesinə dəstək vermək üçün CLIL-xarici dil və məzmunun inteqrasiyalı tədrisi metodikası üçün lazım olan pedaqoji bacarıqları inkişaf etdirməklə ELTsiniflərini effektif, real öyrənmə mühitinə çevirməkdir. Layihənin gələcək perspektivləri barədə  məlumat verən verən  Layihə eksperti Aliyə Əhmədova bildirib ki, "ELT sinif mühitində CLIL metodologiyasının tətbiqi" layihəsinə 30 nəfər ingilis dili müəllimi və 25 nəfər şagird cəlb edilib. Müəllimlərin peşəkar inkişafının faydasından danışan təlimçi Ofelya Qafarova layihənin əsas fəaliyyətinin inteqrasiya mühitində real olaraq dinləmə, anlama, oxuma, danışma bacarıqları əsasında baş tutduğunu vurğulayıb.Sonda layihə çərçivəsində səmərəli və uğurlu fəaliyyət göstərdiklərinə görə müəllimlər sertifikatlarla təltif olunublar.  
"İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM dərsləri" layihəsi davam edir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqədə  qalib olan "İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM dərsləri" layihəsi davam edir.Nərmin Həbilovanın müəllifi  olduğu layihənin  məqsədi Zaqatala-Balakən rayonları üzrə İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM təlimlərinin keçirilməsindən ibarətdir.Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Balakən rayon üzrə 24, Zaqatala rayon üzrə 18 mərkəzdə 34 müəllim fəaliyyət göstərir.Layihədə yalnız Zaqatala və Balakən rayonlarında icma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən və ilkin qiymətləndirmə imtahanından keçən 15 nəfər müəllim iştirak edə bilər. Dərslər Balakən rayon Qazbinə kənd tam orta məktəbində yalnız həftəsonları keçirilir.Qeyd edək ki, layihənin icra müddəti 4 aydır. 3 noyabr 2022-ci il tarixindən layihənin icra prosesinə başlanılıb, 3 fevral 2023-cü il tarixində layihənin icra prosesinin yekunlaşması nəzərdə tutulub.
"Ağdamlı şagirdlərin elektromexanika mühəndisliyi dərnəyi" adlı layihənin bağlanış mərasimi keçirilib
Xəbərlər
Yanvarın 10-da Təhsildə inkişaf və innovasiyalar üzrə VI  qrant müsabiqəsinin qalibi olmuş "Ağdamlı şagirdlərin elektromexanika mühəndisliyi dərnəyi" adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə Təhsil sektorunun nümayəndələri,  məktəb direktorları, valideynlər,  müəllimlər və şagirdlər iştirak edib.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra layihə rəhbəri Rəqşanə Məmmədova görülən işləri və uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb, layihə barədə hazırlanmış video hesabat nümayiş olunub.Bundan əlavə, layihə boyunca şagirdlərin hazırladıqları əl işləri sərgilənmiş, iş mexanizmi nümayiş etdirilib.Tədbirin yekununda layihəni uğurla bitirən şagirdlərə sertifikat və təşəkkürnamə verilib, TOT təlimində iştirak etmiş müəllimlərə diplomlar təqdim olunub.
"Ruhun gözəliyini birlikdə görək" layihə çərçivəsində keçirilən təlimlər yekunlaşıb
Xəbərlər
VI qrant müsabiqəsində qalib olmuş "Ruhun gözəliyini birlikdə görək" layihə çərçivəsində keçirilən təlimlər sona çatıb. Təlimdə Ucar və Göyçay rayonlarından olan müxtəlif fənlər üzrə SİM uşaqlara dərs deyən  81 nəfər müəllim iştirak edib. Layihə çərçivəsində psixoloq və loqoped tərəfindən hər iki rayon müəllimlərinə 42 saatlıq təlimlər keçirilib.  Təlimlərin sonunda müəllimlərlə yekun qiymətləndirmə aparılıb və fəal iştiraklarına görə  sertifikatlar verilib.Hazırda layihədə nəzərdə tutulmuş ikinci mərhələ üzrə işlər, yəni evdə və xüsusi təhsil sinfinə cəlb edilmiş SİM uşaqların yaradıcı qabiliyyətlərinin üzə çıxarılması yekunlaşmaqdadır. Qeyd edək ki, dörd aylıq nəzərdə tutulmuş layihə 27 yanvarda bitir.
""Rəqəmsal aqronomlar" şagird düşərgəsi" layihəsinin bağlanış mərasimi
Xəbərlər
Cəlilabadda  Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən olan ""Rəqəmsal aqronomlar" şagird düşərgəsi" layihəsinin bağlanış mərasimi keçirilib.Tədbir Cəlilabad rayonu  Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin akt zalında baş tutub.Tədbirdə  Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəhbəri, məktəb direktorları, pedaqoji heyət, , şagirdlər və valideynlər iştirak edib.Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Əvvəlcə tədbir iştirakçıları layihədə iştirak etmiş şagirdlərin hazırladıqları dron maketləri və digər əl işlərindən ibarət sərgi ilə tanış olublar.Sərgidən sonra Elçin Abbasov rəhbəri olduğu layihənin fəaliyyətinə dair geniş təqdimat edib, layihənin icrası prosesində görülən işlərdən danışıb.Daha sonra qonaqlara söz verilib. Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad rayon Alar kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin eksperti Gülər Bayramova, layihədə iştirak edən şagirdlərin valideynlərindən Fərid Əliyev və digərləri çıxış edərək layihənin şagirdlərə maraqlı və faydalı olmasından, kənd təsərrüfatında tətbiqlərinin səmərəsindən danışıblar.Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar, "Ən yaxşı dron dizaynı" müsabiqəsinin qaliblərinə diplomlar, "STEAM Azərbaycan Festivalı"nda iştirak edən şagirdlərə Fəxri fərmanlar təqdim edilib. Eləcə də layihənin icrası müddətində müxtəlif istiqamətlərdə dəstək göstərmiş müəllimlər təşəkkürnamə ilə təltif olunublar.
Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihəsi çərçivəsində nəzərdə tutulan "Özel eğitim uykulamaları" adlı 3 günlük təlim həyata keçirilib.Təlim üçün İstanbul İl Milli Eğitim Müdürlüğdən uzman Seda Karakaşoğlu dəvət olunub.Qeyd edək ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud şagirdlər üçün əyani vəsaitlərdən istifadə etməklə daha səmərəli dərs mühitinin yaradılmasıdır.Layihə müddətində 4 ay ərzində Gəncə şəhəri 45 nömrəli xüsusi məktəbdə 20 müəllim üçün əyani vəsaitlərdən istifadə edərək bacarıqlarının təmin edilməsini və artırılmasını, müəllimlərin əyani vəsaitlərdən düzgün istifadəsini təmin etmək üçün təlimlərin keçirilməsi,  əldə edilmiş vəsaitlərdən istifadə edərək 5 açıq dərsin təşkili hədəf kimi qarşıya qoyulub və icra edilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihəsi çərçivəsində nəzərdə tutulan "Özel eğitim uykulamaları" adlı 3 günlük təlim həyata keçirilib.
“Orta məktəblərdə Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsi uğurla davam edir
Xəbərlər
Bakı şəhəri Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Orta məktəblərdə Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsinin icrası uğurla davam edir."Adından göründüyü kimi, layihənin əsas məqsədi Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini məktəblərdə təbliğ və tərənnüm etməkdir. Otuz illik nisgildən sonra böyük bir mədəniyyət daşıyıcıları olan milyonlarla insan doğma torpaqlarımıza qayıdacaq. Bu, əslində biz – müəllimlər üçün böyük bir məsuliyyətdir. “Orta məktəblərdə Qarabağ folklor nümunələrinin təbliği və tərənnümü” layihəsi zəngin Qarabağ folklor nümunələri ilə şagirdləri tanış etmək, onlarda vətənpərvərlik hisslərini formalaşdırmaq, dünyagörüşlərini artırmaq, hərtərəfli, eləcə də yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə vermək vəzifəsini yerinə yetirmək məqsədini daşıyır” – deyə, Aytən Sərdarlı söyləyib.Aytən Sərdarlı: “Layihə çərçivəsində şagirdlər Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İOEUGİ Məktəbində qonaq olub,  dünyaca məşhur Qarabağ atları və Qarabağ xalq oyunlarının tərkib hissəsi olan çövkən oyunu barədə geniş məlumat əldə ediblər. Həmçinin, məktəbin 8-ci sinif şagirdləri üçün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə keçirilən “Prezident Kuboku” turnirinin üçüncülük uğrunda və final yarışını canlı izləmək, bu oyunun həyəcanını hiss etmək imkanı yaradılıb. Layihənin növbəti mərhələdə BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov yaxından iştirak edərək, məktəbin müəllim-şagird heyəti qarşısında Qarabağ folklor nümunələrinə aid mühazirələr söyləyib ki, mühazirələr dinləyicilərin böyük marağına səbəb olub. Böyük məmnuniyyətlə qeyd etməliyəm ki, layihəmiz şagirdlər tərəfindən yüksək maraqla qarşılanıb və onların Vətənini, millətini sevən, milli dəyərlərə hörmətlə yanaşan şəxsiyyətlərə çevrilməsində əhəmiyyətli rolu olacaqdır”, – əlavə edib.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi
Xəbərlər
Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir. Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Layihə sənədlərinin qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.  Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin elanı 
““Məktəbli Teatrı” layihəsi məktəblərdə teatr klublarının açılmasına maraq yarada bilər”
Xəbərlər
Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi olan “Məktəbli Teatrı” layihəsinin eksperti kimi layihənin keçirildiyi 279 nömrəli tam orta məktəbdə müşahidələr apardım. Şagirdlərin teatral fəaliyyətlərə qarşı entuziazmı insana mənəvi zövq verirdi. Müşahidələrim nəticəsində deyə bilərəm ki, layihəyə qoşulan uşaqlar mahircəsinə jest və mimikalardan istifadə edir, müxtəlif məqamlarda personajı canlandırır və rola məharətlə girə bilirlər. Layihə çərçivəsində öz sahəsində peşəkar insanlar tərəfindən keçirilən təlimlərdə şagirdlər natiqlik, bədən dili, bədii qiraət kimi bacarıqlara yiyələnirlər. Bu bacarıqlar peşəkar həyatda da onların çox işinə yarayacaq. Bundan əlavə, şagirdlərin yanıltmac, şeir, atalar sözləri, hekayə və nağıl kimi müxtəlif ədəbiyyat nümunələrini səhnələşdirmələri onları həm əyləndirir, həm də öyrədir. Bu yolla onlar milli ədəbiyyat nümunələrimizi tanıyır, vətənə bir daha bağlanır və emosional intellektlərini inkişaf etdirirlər. Eyni zamanda, şagirdlərin komanda şəklində qurduqları səhnəciklər onlarda komanda ruhu, liderlik bacarıqlarını inkişaf etdirir. Xüsusilə qeyd etmək istərdim ki, bu layihə məktəblərdə teatr klublarının açılmasına maraq yarada bilər. Layihənin yekununda ərsəyə gələcək olan tamaşanı görən təhsil işçiləri əminəm ki, belə bir klubun öz məktəblərində də fəaliyyət göstərməsini istəyəcək. Belə bir teatr klubu daha çox məktəbdə, yüzlərlə şagirdin gizli qalmış bacarıqlarını gün üzünə çıxarmaq imkanına malikdir. Qalib layihənin rəhbəri Südabə Abdullayevaya, iştirakçıları olan şagirdlərə və layihəni icra edən peşəkar heyətə minnətdarlığımı bildirir, onları bu uğurlu layihə münasibətilə təbrik edirəm. Layihənin eksperti Qoşqar Məhərrəmov
"Virtual aləmə səyahət klubu" layihəsinin icrası sona çatıb
Xəbərlər
"Virtual aləmə səyahət klubu" layihəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Mövlan Yusupov, idarənin İnkişaf Layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Azərbaycan Texniki Unversitetinin rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri  və İctimai televiziyada yayımlanan “itvtech” verilişinin  aparıcısı Vüsalə Səid Əyyubqızı,  professor Zahid Xəlil və digər qonaqlar iştirak ediblər. Layihənin başlıca məqsədi VR yeni və daha maraqlı öyrənmə üsulları təqdim etməklə şagirdləri daha innovativ və ağıllı ideyalar təklif etməyə, yaradıcılığa həvəsləndirməyə sövq etməklə müasir texnologiyalardan tədris mühitində səmərəli istifadəyə istiqamətləndirmək, istedad və qabiliyyətlərini daha müasir avadanlıq və texnologiyanın tətbiqi ilə müəyyənləşdirməkdən ibarətdir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır
Xəbərlər
Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək. Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.   Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin elanı
Khan Academy ilə gələcəyin adamı ol!
Xəbərlər
İnformasiya texnologiyaları sahəsində əldə olunan elmi nailiyyətlər XXI əsrin əvvəllərində fərdi təhsil konsepsiyasını (Personal Learning) inkişaf etdirib. Artıq dünyanın bir çox ölkələrinin   təhsil müəssisələrində təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələr geniş tətbiq edilir. Ənənəvi standart öyrənmə mühiti orta göstəriciləri olan şagirdlər üçün  üçün nəzərdə tutulub. Bununla belə, hamımız bir-birimizdən çox fərqliyik. Təhsil sistemindəki standartlaşdırma fərqlərimizə cavab vermədiyi üçün çoxumuz öz potensialımızı yerinə yetirmirik. Məhz bu  göstəricilərdən yola çıxaraq 2008-ci ilin sonunda və 2009-cu ilin əvvəllərində yaratdığı Khan Academy ilə Salman Khan dünyada virtual təhsil üzrə ən geniş resursa və istifadəçiyə sahib olmuşdur. Khan Academy-nin artıq 20 ölkədən çox təmsilçiliyi vardır. Bu geniş virtual məktəbi yaratmaqda Salman Khan məqsədini dünyada xərc çəkmədən və ya xərclərin produktivliyinin artırılması ilə qlobal resurs yaratmaq və bunu yaymaq olmuşdur. 23 dildə və müxtəlif fənnlərdən ibarət resursa malik olan bu internet resursu youtube-da 3000-dən çox videodərsə malikdir. Hər ay bu videolardan və resursdan təqribən 8 milyon istifadəçi faydalanır. Videodərslərin ümumi baxış sayı 300 mln-u keçib artıq. Resurslardan istifadə isə tamamilə pulsuzdur. Belə bir geniş virtual məktəb həqiqətən “inqilab” kimi dəyərləndirilməlidir. “Khan Academy  ilə gələcəyin adamı ol!” layihəsi  şagirdlərdə  Khan Academy resurslarından istifadə bacarıqlarını artırmaq,  müstəqil öyrənmə vərdişləri aşılmaq əzmindədir. Xatırladaq ki, layihənin məqsədi şagirdlərdə yeni  düşüncə tərzinin formalaşdırılması, beynəlxalq aləmdə qəbul olunmuş elektron resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin təşkilinə nail olmaqdır. Khan Academy-nin  təklif etdiyi müxtəlif bölmələr üzrə resurslar  şagirdlərin ümumi dünyagörüşünü artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar. Bu layihə vasitəsi ilə saytın geniş imkanlarından  dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə  tutulsa da, əminik ki, şagirdlər dərsdən sonrakı vaxtlarında saytın digər bölmələrində  təklif olunan materiallardan  da istifadə edəcəklər. Virtual məktəbin bir üstün cəhəti də valideynlər üçün səhifənin- öyrənmə platformasının olmasıdır. Valideynin öz övladı ilə birgə öyrənməsi şagird üçün bu prosesi daha da maraqlı edəcək ki, bu da özünü onun yüksələn xətlə müşahidə olunan akademik göstəricilərində göstərəcək.
Forum teatr tamaşaları üzrə "Dəyirmi masa" lar təşkil edilib
Xəbərlər
““Şagirdlərin Forum Teatrı" – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək" layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici alətlərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır.Layihənin icra müddətində  2 “Dəyirmi masa”  təşkil edilib və bu  müzakirələrin əsas məqsədi layihə üzrə Forum teatr tərcrübələrini müəllimlər, valideynlər, eləcə də, digər maraqlı tərəflərlə bölüşmək olub. Tədbirdə həm fəaliyyətlər icra olunan orta məktəbin layihəyə cəlb edilmiş müəllimləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib. Layihənin idarə heyəti  görüşlərdə iştirak edən qonaqlara layihənin məqsəd və vəzifələri haqqında məlumat verib, dünyada və ölkəmizdə Forum teatr fəaliyyətlərinin cəmiyyətdə baş verən sosial problemlərə ictimaiyyətin diqqətinin cəlb olunması üçün effektiv sosial “alət” olaraq istifadə olunmasından söz açıblar. Daha sonra “Dəyirmi masa” iştirakçıları  fikirlərini bölüşüblər, gələcəkdə bölgələrdə belə sosial yönümlü layihələrin icra edilməsinin vacibliyini vurğulayıblar.  
Cəlilabadda “SMART City- rəqəmsal dünyanın proqramlaşdırma dili”layihəsinin bağlanış mərasimi keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən olan “SMART City- rəqəmsal dünyanın proqramlaşdırma dili” layihəsinin bağlanış mərasimi keçirilib.Tədbir məktəb direktorları, layihənin idarə heyəti, müəllimlər, şagirdlər və valideynlərin iştirak ilə  Ak. Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin akt zalında baş tutub.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra layihə rəhbəri Fariz Rzayev layihənin icrası prosesində görülən işlərlə bağlı məlumat verib.Daha sonra digər qonaqlar çıxış edərək ç layihənin şagirdlərə maraqlı və faydalı olmasından, proqramlaşdırma dillərini səmərəsindən danışıblar.Tədbirin sonunda layihə iştirakçıları olan şagirdlərə sertifikatlar, “SMART şagird-proqramlaşdırma yarışı" müsabiqəsinin qaliblərinə diplomlar, təqdim edilib.
İbtidai sinif müəllimləri və şagirdləri üçün yeni vəsait nəşr edilib
Xəbərlər
Xəzər rayon 181 nömrəli tam orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihəsi olan “Oyunlarla oxuyub anlama” layihəsinin yekun tədbiri keçirilib.Tədbirə Xəzər rayon ümumtəhsil məktəblərinin müəllim və rəhbər heyəti, ərazidə yerləşən işğaldan azad olunmuş məktəblərin müəllimləri və müxtəlif qurumlardan qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Günel Almuradova  bildirdi ki, layihənin məqsədi ibtidai siniflərdə Azərbaycan dili fənninin oyun əsaslı təlim metodu ilə öyrədilməsini qarşıya məqsəd qoyulub.  Bu məqsədlə Xəzər rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən 45 ibtidai sinif müəlliminə 36 saatlıq oyunların təlimdə rolu, oyun əsaslı dərslərin qurulması və tətbiqi imkanları ilə bağlı təlimlərə cəlb edilib.  Həmçinin müəllimlərə və şagirdlərə dəstək üçün ibtidai sinifləri əhatə edən “ Oyunlarla oxuyub anlama, oyun əsaslı qiymətləndirmə resursları” adlı vəsait hazırlanıb.Daha sonra layihə rəhbəri bildirdi ki, layihə təklifində 100 oyunun  yaradılması öhdəlik kimi götürülsə də iş prosesində əlavə oyunların yaradılmasına ehtiyac yaranıb və oyunların sayı 153-ə çatdırılıb. Bunlardan 123 oyun oxuyub anlamaya, 18 oyun dinləyib anlamaya, 12 oyun isə dil bacarıqlarına əsasən hazırlanıb. Təqdim olunan vəsaitdə ibtidai sinif dərsliyində əksini tapan bütün mətnlər oxuyub anlamaya uyğun həm müxtəlif formalı suallarla, eləcə də həmin mövzuaya dair hazırlanmış oyunlara keçid üçün QR kodlarla işlənib. Oyun nümunələri müəllim üçün bir istiqamətdir, müəllim həmin oyunlara keçid etməklə şagirdlərini qiymətləndirə və ya yeni oyun formaları quraraq şagirdləri ilə paylaşa bilər.Tədbirin sonunda təlimlərdə iştrak edən  müəllimlərə sertifikatlar və layihə çərçivəsində hazırlanan kitablar hədiyyə edilib.
"Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin bağlanış mərasimi keçirilib
Xəbərlər
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunda Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan "Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin bağlanış mərasimi keçirilib.Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil Sektorunun metodisti Pənah Rzayev, Köşkü kənd tam orta məktəbinin coğrafiya müəllimi, AGMA-nın Göygöl rayon üzrə koordinatoru Leyla Rzayeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər ilə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev, idarənin könüllü gəncləri, məktəb direktorları, layihənin idarə heyəti, təhsil ictimaiyyətinin nümayəndələri və təlimlərə cəlb olunmuş müdavimlər və onların valideynləri iştirak edib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Layihə rəhbəri, Texniki, Təbiət Fənləri Təmayüllü liseyin direktoru Zəhra Zeynalova layihə boyunca görülmüş işlər barədə geniş məlumat verib. Daha sonra ayihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.Tədbirdə 3 ay boyunca yetişdirilən gənc zehinlər öyrəndiklərini praktiki olaraq nümayiş etdiriblər."Rəqəmsal texnoloqlar" adlı dron yarışında 3 qalib komandanın üzvləri kubok və medallarla təltif olunub.Sonda layihənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.
Daha bir layihə uğurla icra edilib
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqəsində qalib olan "Sağlamlıq imkanları məhdud şagirdlər üçün sağlam psixoloji mühit yaratmaq məqsədi ilə müəllim, valideyn və şagird arasındakı münasibətləri tənzimləmək" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Sahil Əlizadə çıxış edərək, layihənin müasir dövr üçün aktual problemlərdən biri olduğunu qeyd edərək, bildirdi ki, layihə iki istiqamətdə nəzərdə tutulub. Layihədə həm inkluziv təhsil, həm də  müəllim, valideyn və şagird münasibətləri nəzərə alınıb. Culfa rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxış edərək, Naxçıvan MR da qrant qazanmış layihələrdən söz açaraq bildirdi ki, bu il Culfa rayonunda da iki layihə qrant qazanmışdır. Onlardan biri  Günel Quliyevanın layihəsidir. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə qarşı yaranan mənfi situasiyaların aradan qaldırılması və bununla da onlar üçün sağlam psixoloji mühit yaratmaqdır.Tədbirdə layihənin eksperti, V qrant layihə qalibi Xədicə Məmmədova çıxış edərək, keçirilən qrant layihələrin əhəmiyyətinədən, innovativ müəllimlər üçün yaratdığı imkanlardan bəhs edib. Mövcud layihənin məqsəd və vəzifələrin diqqətə çatdıraraq, uğurla həyata keçirildiyi üçün layihə rəhbərini təbrik edib.Daha sonra layihə rəhbəri Günel Quliyeva layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış edib. Bildirdi ki, layihə çərçivəsində Culfa rayon ümumitəhsil məktəblərində mövcud psixoloji mühiti araşdırmaq üçün 8 məktəbə gedərək, şagirdlərlə söhbətlər aparılmış və sorğu anketlər keçirilib. Əldə olunan nəticələr əsasında  təlim materialları hazırlanmış, məktəb psixoloqları və müəllimlər üçün təlimlər təşkil edilib. Təlimlər Naxçıvan Müəllimlər institutunun, Naxçıvan Dövlət Universitetinin psixoloq və pedoqoqları eyni zamanda öz fəaliyyətində seçilən təlimçilər tərəfindən uğurla keçirilib. Sonda təlimlərdə iştirak edən  məktəb psixoloqları və müəllimlərə sertifikatlar təqdim edilib.
“ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsi çərçivəsində hazırlanmış veb-saytın təqdimatı
Xəbərlər
Təhsildə inkisaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində “ümumi təhsil” kateqoriyası üzrə qalib layihələrdən biri olan “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsi  çərçivəsində hazırlanmış veb-saytın təqdimat mərasimi   keçirilib.Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri Bakı Şəhəri Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva açıb. O, layihənin  gələcəkdə Azərbaycanın  Beynəlxalq Linqvistika Olimpiadası - İLO-da iştirakını təmin etmək və olimpiadada ölkəmizi təmsil edəcək  potensiallı şagirdlərin seçiminin qarşıda duran əsas məqsəd olduğunu vurğulayıb.Bunun üçün ilkin olaraq ölkəmizdə İLO-nun (BLO-nun)  milli turunun - Azərbaycan Linqvistik Olimpiadasını (ALO) təşkil ediləcək. Artıq olimpiadaya qeydiyyat başlayıb və üç mərhələdə keçiriləcək olimpiadada VII-XI sinif şagirdləri iştirak edə bilər. İlk mərhələ - milli seçim turu 01 aprel 2023-cü il tarixində, yarımfinal və final tur əyani şəkildə 08 aprel 2023-cü il  və 09 aprel 2023-cü il tarixlərində keçiriləcək. 
“Şagirdlərin forum teatrı” layihəsi yekunlaşıb
Xəbərlər
“Şagirdlərin Forum Teatrı” – incəsənət əsaslı öyrənmə metodla məktəbdə yaradıcı mühitin inkişafı və sosial problemlərin həllinə ictimai diqqətin artırılmasına dəstək” layihəsi Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində icra olunub.Layihənin əsas məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə məktəblilər arasında yaradıcı mühitin inkişaf etdirilməsi və bu öyrədici “alət”lərdən istifadə etməklə sosial problemlərin həllinə dəstək olmaqdır. Layihə çərçivəsində son tədbir Forum Teatr Festivalının keçirilməsi ilə yekunlaşıb. Layihə üzrə təlimlərdə hazırlanmış Forum Teatr tamaşaları rayon ictimaiyyətinə, müxtəlif icmaların və maraqlı tərəflərin nümayəndələrinə təqdim olunub. Tamaşalar vasitəsi ilə təhsildən yayınma, insan alveri, digər sosial problemlərin həllini qabardan mövzulara toxunulub.5 ay ərzində davam edən layihə çərçivəsində məktəblilərə Forum Teatr tamaşalarının hazırlanması və onların təqdim olunması təlimləri keçirilib, məktəbdə dərs keçən müəllimlər üçün gələcəkdə Forum Teatr metodunun tətbiqinə cəlb olunması üçün usdad dərsləri təşkil olunub. Həmçinin “Dəyirmi masa” müzakirələri keçirilib və burada şagirdlər öz təcrübələrini həmyaşıdları və digər maraqlı tərəflərlə bölüşüblər. Layihə çərçivəsində fəal iştirak edən şagirdlərin Bakıda fəaliyyət göstərən sosial, təhsil, miqrasiya və d. istiqamətlər üzrə işləyən yerli qurumlara mübadilə səfərləri də təşkil olunub.Tədbirin sonunda təlimlərdə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.
Azərbaycan Linqivistika Olimpiadasına qeydiyyat davam edir
Xəbərlər
1 aprel 2023-ci il tarixində Azərbaycan Linqivistika  Olimpiadasının ilk mərhələsi – seçim turu keçiriləcək.Seçim turunun tapşırıqlarının yerinə yetirilməsi onlayn qaydada   01 aprel saat 10:00-dan 13:00-a qədər aparılacaq. Tapşırıqların yerinə yetirilməsinə fasiləsiz 3  astronomik saat – 180 dəqiqə verilir.Müsabiqəyə qeydiyyat  10 mart 2023-cü il tarixindən etibarən https://docs.google.com/forms/d/e/1FAIpQLSf9qyaiMGtHWCYbXMhyBGMta1i7Y_zq7jgwSnNaIF4XGCTIrw/viewform link vasitəsi ilə həyata keçirlir. Şagirdlər 29 mart tarixinədək qeydiyyatdan keçərək müsabiqəyə qatıla bilər.Qeyd edək ki, Azərbaycan Linqivistika  Olimpiadasının Azərbaycan və rus bölmələri üzrə VII-XI sinif şagirdləri üçün yaşayış yerindən asılı olmayaraq keçirilir. Müsabiqənin keçirilməsində məqsəd gələcəkdə Azərbaycanın  Beynəlxalq Linqvistika Olimpiadası - İLO-da iştirakını təmin etmək və olimpiadada ölkəmizi təmsil edəcək  potensiallı şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
Müsabiqənin layihə qəbulu mərhələsinin bitməsinə SON 5 GÜN qaldı!
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant” müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesinin bitməsinə son 5 gün qalıb. Müsabiqədə iştirak etmək istəyənlər  martın 31-i saat 23:59 dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərsiniz.Qeyd edək ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.Müsabiqə barədə hər hansı sualınız olduğu təqdirdə grants@edu.gov.az e-poçt ünvanına müraciət edə bilərsiniz.
VI qrant müsabiqəsi qaliblərinin uğur hekayələri
Xəbərlər
Məlumdur ki, hər bir təhsil sisteminin uğurları bilavasitə təhsil müəssisələrinin və onun müəllimlərinin uğurlu fəaliyyətinin nəticələrindən asılıdır. Bu mənada yenilikçi müəllimlərin aşkar olunması və onların yaradıcı təşəbbüslərinin stimullaşdırılması üçün təhsil sahəsində həyata keçirilən layihələrin mühüm əhəmiyyəti vardır. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri də məktəblərimizin və pedaqoji heyətin yaradıcı imkan və təşəbbüslərini  üzə çıxarmağa imkan yaradıb. 2022-ci ildə keçirilmiş VI Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələri oxuculara təqdim edirik. Məlumdur ki, təhsilalanların gələcək həyatlarında onlara lazım olacaq səriştə və bacarıqların, empatiya və emosional hiss və qabiliyyətlərin əsası orta məktəbdə qoyulur. Bir çox hallarda bu məzmun vektorları fərdin gələcək həyatında onun hərtərəfli şəxsiyyət kimi formalaşması və öz uğurlu karyera təminatında həlledici faktorlardan biri kimi çıxış edir. İnsanlarda özünü tanıma, özünü təhlil hər bir insanın həyatında vacib rol oynayır.  Çünki  qədim Çin filosofu  Lao Tzu demişkən “başqalarını tanıyan ağıllı, özünü tanıyan isə kamildir”. Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin müəllimi Aygün Rəhimovanın “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib gəlmiş “Özünü kəşf et - məktəblilərin uğurlu karyera yolunda şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi” layihəsi də öz aktual və yeniliyi ilə seçilir. Layihə barədə müəllif özü məlumat verir: - Hər bir insanın daxilində mütləq bir qabiliyyət, bir bacarıq vardır. Şübhəsiz ki, hər kəs öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü yetişdirməlidir. Amma insanların çoxu özünə güvəni bərpa etməkdə çətinlik çəkir, həyatda böyük hədəflər qoymaqdan şüuraltı qorxurlar. Bunun səbəbi müxtəlif olur. Uğurlu karyera üçün yalnız tədris zamanı qazandığımız peşəkar bilik kifayət deyil. Bu gün dünyada qəbul edilən və karyera quruculuğunda mühüm rol oynayan yumşaq bacarıqlar (soft skills) - insanlar arasındakı təsirli ünsiyyətə və peşəyə mükəmməl yiyələnməyə kömək edən şəxsi keyfiyyətlər ön plana çıxır. Layihəni təklif etməkdə məqsədim şagirdlərdə, tələbələrdə şəxsi bacarıqların  (soft-skills) formalaşdırılmasının psixoloji metodikasını aşılamaq, interaktiv təlimlər vasitəsilə onlarda maraq oyatmaq idi. Layihənin icra olunduğu müddətdə Abşeron rayonu və Sumqayıt  şəhərindəki orta ümumtəhsil məktəblərində təhsil alan 150-dən artıq şagird və pedaqoji heyəti  layihəyə cəlb etdik. Şagirdlərlə birlikdə  “Soft-skills”- Yaradıcı Zəka Mərkəzini yaratdıq. Bu metodla onlarda komandada işləmək, yaradıcı düşünmək, kreativ ideyalarla çıxış etmələri üçün əyani imkan yaratdıq. Daha sonra bu layihənin əsas məqsədini, ideyasını özündə ən gözəl və əyani formada əks etdirən  Linda Mulleli Hantın  “Ağacdakı balıq” kitabını şagirdlərə oxuyub fikirlərini bölüşməyi tapşırdıq. Layihənin davam etdiyi beş ay müddəti o qədər məhsuldar və şagirdlər arasında böyük marağa səbəb oldu ki, məktəblilərlə yaratdığımız online qruplar üzərindən ünsiyyətimiz bu gün də davam edir. Layihəmiz isə öz işini yekunlaşdırıb. “UI/UX Dizayn” “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin öz innovativliyi və aktuallığı ilə seçilən qalib layihələrindən biri də “UI/UX  Dizayn” adlanır. Layihənin müəllifi Bakıdakı 20 nömrəli məktəb-liseyin direktor müavini Çinarə Kazımovadır. Ç.Kazımova layihəsinin mahiyyəti və icrası barədə fikirlərini bölüşür: - Şagirdlərin məktəb dövründən maraq və istedadlarının üzə çıxarılması, onların gələcəkdə bu sahə üzrə peşəyə yiyələnməsi dövrümüzün əsas problemlərindən biridir. Məktəblərdə müxtəlif sahələr, xüsusilə də İT sahəsi üzrə təşkil olunan  (şagirdlər üçün ödənişsiz) təlimlər bu problemin aradan qaldırılmasında mühüm rol oynayacaq. Məktəblərimizdə dizayn qabiliyyəti, yüksək təxəyyülü və İT sahəsinə marağı olan kifayət qədər təhsilalan var. Onların erkən yaşdan bu sahəyə yönləndirilməsi artıq məktəbi və ya universiteti bitirdikdən sonra iş həyatına başlamalarına töhfə verəcək.  Məlumdur ki, dizayn sahəsi əmək bazarında yüksək əməkhaqqı səviyyəsi ilə ön sıralardadır. Buna görə də məktəblərdə uyğun təlimlərin keçirilməsi məqsədə- uyğundur. UI/UX (istifadəçi interfeysi/istifadəçi təcrübəsi) dizayn sahəsi hazırkı dövrdə ən çox tələb olunan İT sahələrindən biridir. Bu, mobil proqramın və ya veb-saytın interaktivliyinin və təqdimatının təkmilləşdirilməsi prosesidir. Layihənin həyata keçirilməsində məqsəd 3 ay ərzində şagirdlərə veb sayt və mobil tətbiqetmə dizaynının öyrədilməsidir.  Layihə sonunda təlim iştirakçılarının hər birinin maraqlarına uyğun hər hansı mövzuda veb sayt və mobil tətbiqetmə hazırlaya  bilməsidir. Öncə VIII siniflər üzrə dizayn sahəsinə maraq və bacarığı olan şagirdlərin təlimə cəlb edilməsi təmin edildi. Şagirdlər 2 qrupa bölündülər. Təlimə ümumilikdə 20 nəfər cəlb olundu. Onlardan 10 nəfərlik 2 qrup təşkil olundu.  Hər qrupa həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla 12 dərs keçildi. Qruplarla 6 həftə ərzində təlim keçirildi. Təlimlər hər 2 qrup üzrə 12 həftəyə yekunlaşdı. Sonda uğurlu layihə təqdim edən şagirdlər sertifikatla təmin olundu. "Azərbaycan müəllimi" qəzeti,Oruc MUSTAFAYEV
VII qrant müsabiqəsinin layihə qəbulunun son günü
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant” müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesinin son günüdür. Müsabiqədə iştirak etmək istəyənlər  martın 31-i saat 23:59 dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla bu elan vasitəsilə tanış ola bilərsiniz.Qeyd edək ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.Müsabiqə barədə hər hansı sualınız olduğu təqdirdə grants@edu.gov.az e-poçt ünvanına müraciət edə bilərsiniz.
Mənim riyazi bələdçim
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi layihələr  qalibi  olan  "Mənim riyazi bələdçim" layihəsinin bağlanış tədbiri keçirilib.Tədbir layihənin icra olunduğu 247 nömrəli tam orta məktəbdə təşkil olunub.Bağlanış tədbirində məktəbin direktoru Sitarə Abbasova, tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva, layihə rəhbəri Naidə İbrahimova, müəllim heyəti, şagirdlər və qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sitarə Abbasova layihənin əhəmiyyətindən, görülən işlərdən danışıb.Daha sonra layihə rəhbəri Naidə İbrahimova "Mənim riyazi bələdçim" ayihəsi  çərçivəsində görülən işlər və nəticələr barədə məlumat verib. O, layihənin  məqsədinin  "Khan Academy" platformasından istifadə etməklə  şagirdlərin  riyaziyyat fənninə marağını artırmaq, onlara riyazi biliklərə sərbəst şəkildə yiyələnmək bacarıqlarını aşılamaqdan ibarət olduğunu bildirib. Layihə çərçivəsində görülən işlərdən danışan layihə rəhbəri Naidə İbrahimova layihənin şagirdlərin təlim nəticələrinə, onların tətbiqlərdən istifadə bacarıqlarına müsbət təsirini vurğulayıb. O bildirib ki,"Mənim riyazi bələdçim" layihəsi şagirdlərə riyaziyyatı tətbiqdən istifadə etməklə  öyrənmək istədikləri hər yerdə öyrənə bilmə bacarıqları qazandırıb.Layihənin davamlılığından söhbət açan layihə rəhbəri təkcə dərsdənkənar məşğələlərdə deyil, dərs prosesində də "Khan Academy" platformasından istifadə olunacaq. Həmçinin şagirdlərə ev tapşırığı kimi platformadakı tapşırıqlardan istifadə edəcəklərini qeyd edib.Bağlanış tədbirində şagird çıxışları dinlənilib. Şagirdlər "Khan Academy" platformasının onlar üçün  maraqlı olduğundan, dərsdənkənar məşğələdə platformadakı tapşırıqları böyük həvəslə yerinə yetirdiklərindən danışıblar. Hətta evdə də platformaya daxil olaraq öz nəticələrini yüksəltdiklərini qeyd ediblər.Sonda şagirdlər layihədə iştiraklarına görə sertifikatla təltif olunublar.
VII qrant müsabiqəsinə layihə qəbulu başa çatıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.  Müsabiqəyə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 279, “Fərdi layihələr” kateqoriyası üzrə 1128 olmaqla ümumilikdə 1407 qrant layihəsi daxil olub. Bu göstərici ötən illə müqayisədə 28 faiz daha çoxdur.  Müsabiqədə rayon və şəhərlərin təmsilolunma səviyyəsi 97 faizdir. Ən çox layihə təklifi ilə Bakı, Sumqayıt, Gəncə, İsmayıllı və Lənkəran ilk beşlikdə yer alıb.  Qeyd edək ki, VII qrant müsabiqəsinin gedişatı ilə bağlı bütün məlumatlar Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanacaq.  
"Birlikdə onlayn öyrənək" layihəsinin bağlanış tədbiri keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "fərdi kateqoriya" nominasiyası üzrə qalibi Bakı şəhər 114 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Nurullayevanın "Birlikdə onlayn öyrənək" layihəsinin bağlanış tədbiri keçirilib.Sözügedən layihədə Bakı şəhər 114 №-li tam orta məktəbin rəhbər heyəti, təlimçi, ekspert, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.İştirakçılar 14 oktyabr 2022-ci il tarixindən altı ay boyunca layihə çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər.Bağlanış tədbirində iştirak edən 114 nömrəli tam ortaməktəbin direktoru Ceyran Novruzova, məktəbin direktor müavinləri Rizvan Həmidov, Kənan Quliyev, sinif müəllimləri və digər qonaqlar çıxışlarında şagirdlərə layihədə aktiv iştirak etmələrinə görə  təşəkkür edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.Həmçinin mərasimdə çıxış edən "Birlikdə onlayn öyrənək" layihəsinin rəhbəri Elfira Nurullayeva layihə çərçivəsində görülən işlərdən danışıb, gələcəkdə bu kimi layihələrin daha çox şagirdin əhatə etməsinin önəmini qeyd edib.Bildirilib ki, layihənin məqsədi şagirdlərdə Khan Academy vasitəsilə sərbəst onlayn öyrənmə bacarığını formalaşdırmaqdır.Tədbirin yekununda iştirakçılara layihəni uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.
Azərbaycan Linqvistika Olimpiadasının final mərhələsi keçirilib
Xəbərlər
Məktəb-Lisey Kompleksində (MLK) təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "ümumi təhsil kateqoriyası" üzrə qalibi olmuş “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin final mərhələsi keçirilib.Şagirdlər final mərhələsi üzrə tapşırıqları yerinə yetirib, müxtəlif fəaliyyətlərə dair interaktiv  çıxışlar dinlənilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, idarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə layihənin rəhbəri, MLK-nin direktoru Esmira Quliyeva açaraq layihənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişafına təsirlərindən danışıb.BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin vacibliyini vurğulayıb. Təhsildə son yeniliklərin gənclər arasında təbliğinin bu gün öz  aktuallığını qoruyan məsələlərdən olduğunu bildirən İdarə müdiri ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək, praktik məşğələlər vasitəsilə biliklərinin gündəlik həyatda tətbiqini göstərmək və bu kimi qabiliyyətləri aşılamağın önəmini qeyd edib.  Qeyd edək ki, “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsinin əsas məqsədi şagirdlərin gələcəkdə Beynəlxalq Linqvistika Olimpiadasında iştirakını təmin etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir. VII-XI sinif şagirdlərinin iştirak etdiyi olimpiada üç mərhələdən ibarətdir. Qaliblər hər iki mərhələdə əldə olunan nəticələrin cəminə görə müəyyənləşdirilib.
Qrant layihə beynəlxalq tədbirdə
Xəbərlər
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları Fransa və İtaliya coğrafiyaçılarının təşəbbüsü ilə keçirilən beynəlxalq “Geo Night” adlı tədbirdə iştirak ediblər.Hər il dünyanın müxtəlif ölkələri eyni gündə coğrafiya naminə bir araya gəlirlər. Azərbaycan coğrafiyaçıları da artıq üçüncü ildir ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə “Geo Night” tədbirinə qoşulurlar.Təşkilatçılardan biri olan Fortis Academy və 8 nömrəli məktəbin coğrafiya müəllimi, “iGeo Azerbaijan Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq” qrant layihəsinin rəhbəri Yaşar Seyidəliyev “Geo Night” ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Dünya coğrafiyaçıları tədbiri geonight.net internet səhifəsi üzərindən izləyə biliblər. Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani “Coğrafi elminin müasir problemləri və inkişaf istiqamətləri” ilə bağlı çıxış edib. Sonra Coğrafiya İnstitutunun gənc alimi, kiçik elmi işçi Bəyimxanım Hüseynova “Qarabağın turizm-rekreasiya potensialı” mövzusunda məruzə edib.Tədbirdə, həmçinin Qarabağın təbiəti, landşaftları və turizm potensialı barədə də məruzələr dinlənilib.
"Məntiqlə düşün, uğur qazan" layihəsinin bağlanış mərasimi
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "Fərdi layihə" kateqoriyası üzrə "Məntiqlə düşün, uğur qazan"  layihəsinin bağlanış mərasimi təşkil edilib.Bağlanış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin İnzibati təşkilat sekorunun aparıcı məsləhətçisi Nəcibə Vəliyeva Qasımova  və Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, layihə eksperti Səltənət Qurbanova, məktəb  direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Layihə rəhbəri Xəyal Nəsibov layihə ilə bağlı təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına layihənin tamamlanmış və gələcəkdə davamlılığı haqqında ətraflı məlumat verib. Digər qonaqlar da layihənin uğurla tamamlanması münasibəti ilə iştirakçıları təbrik etmiş və layihənin təqdirəlayiq olmasını vurğulayıblar.Daha sonra layihə çərçivəsində görülmüş işlərə dair videoçarx iştirakçılara təqdim olunub.Sonda qrant layihə iştirakçılarına sertfikatlar və hədiyyələr təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.
"PhET" interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə edilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan “PhET interaktiv simulyasiya platformasının Azərbaycan məktəbləri üçün adaptasiyası” layihəsi çərçivəsində https://phet.colorado.edu/ platforması Azərbaycan dilinə tərcümə edilib və tətbiqinə başlanılıb. Məlumat üçün qeyd edək ki, əsası 2002-ci ildə Nobel mükafatı laureatı Karl Vieman tərəfindən qoyulan "PhET" platforması kimya, təbiət elmləri, biologiya və riyaziyyat fənninin tədrisi və öyrənilməsi üçün 100-dən çox interaktiv simulyasiya toplusundan ibarətdir. Layihə çərçivəsində Azərbaycan dilində lokallaşdırılmaqla əlçatanlığı təmin edilmiş platformanın 6 məktəbdə təqdimatı keçirilmiş və tədris prosesində tətbiqi təmin olunmuşdur.Qeyd edək ki, layihə 6 mərhələdən ibarət olmaqla 8 ayı əhatə edib.
Qrant müsabiqəsi çərçivəsində icra olunan layihə bir ilkə imza atacaq
Xəbərlər
VI qrant müsabiqəsində qalib omuş "Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadalarına (iGeo və eGeo) hazırlıq” layihəsi çərçivəsində ilk dəfə şagirdlər üçün çöl təcrübələri keçiriləcək. Qeyd edək ki, məqsəd layihədə iştirak edən şagirdlərin İndoneziyanın Bandunq şəhərində keçiriləcək XIX iGeo Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlamaqdan ibarətdir.Ölkəmizi təmsil edəcək komandaya şagird seçimi üç turdan ibarətdir. Birinci turda RFO coğrafiya yuxarı yaş qrupu qalibləri iştirak ediblər. Onların arasında layihənin müdavimləri də var. II tur çöl təcrübəsi bacarıqlarının yoxlanılması üzərindən olacaqdır. Bu turda I turdan keçən şagirdlərə ərazi üzrə çöl tədqiqatları aparmaq, təhlillər etmək, ərazinin tarixi inkişaf dinamikasını təhlil etmək, ərazinin xəritəsini hazırlamaq, verilən obyektlərin xəritə üzərindəki sahələrini, perimetrlerini hesablamaq, ərazi üzrə təsərrüfat obyektlərinin düzgün şəkildə xəritədə yerləşdirmək və onların SWOT analizini aparmaq, dayanıqlı inkişaf kompetensiyalarIna cavab vermələrini dəyərləndirmək və öz təkliflərini vermək kimi bacarıqlar tələb olunacaqdır.Qeyd edilən çöl işləri, iGeo-nun əsas mərhələlərindən biri olub, şagirdlərə əsas xal verən mərhələ sayılır. Şagirdlərin ümumi nəticəsinə 60 % təsir edir. İyunun 10-da keçiriləcək çöl işləri, təhsilimizdə şagirdlər üçün bir ilk olacaq. İndiyədək şagirdlər üçün belə geniş və ixtisaslaşmış çöl işləri həyata keçirilməmişdir. Bu il komanda hazırlıqları ciddi şəkildə həyata keçirilib və Elmlər Akademiyasının Coğrafiya İnstitunun əməkdaşları ilə yanaşı Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları da dəstək göstəriblər. Yerli mütəxəssislərlə yanaşı qardaş Türkiyənin də mütəxəssisləri yaxından iştirak edirlər. Ölkə komandasının seçmə mərhələsinin III turu elmi məqalə yazmaq olacaqdır. Belə ki, hər iki ildən bir IGU Beynəlxalq Coğrafiya Birliyinin keçirdiyi konfransda iGeo -da iştirak edən şagirdlərdən öncədən elan edilən mövzu üzrə hazırladıqları elmi araşdırma işlərindən fərqlənənləri həmin elmi konfransda təqdim edib, daha sonra elmi məcmuədə nəşr ediləcək. Qeyd edək ki, icra edilən layihənin rəhbəri Bakı şəhəri Nəsimi rayonu 8 nomrəli məktəbin və Fortis Academy -nin coğrafiya müəllimi Yaşar Seyidəliyevdir. 
Məktəbdən Beynəlxalq Arenaya
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin "Fərdi" kateqoriya üzrə qalibi olan "Məktəbdən Beynəlxalq Arenaya " layihəsinin bağlanış tədbiri keçirilib.Bağlanış tədbirindən əvvəl layihə Şəhid idmançıların xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub, onların həyat yolları haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra layihə müddətində idmanın Karate növü üzrə təlim görmüş idmançı şagirdlər arasında yarış təşkil edilib. Yarış zamanı idmançı şagirdlər “Kata”, ”Kumite”, "Kihonlar”, ”Nunchaki” üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Sonda qrant layihə iştirakçılarına sertifikatlar və medallar təqdim olunub.Qeyd edək ki, "Məktəbdən Beynəlxalq Arenaya" layihəsi 7 ay müddətində Bakı şəhəri Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə icra edilib, layihənin rəhbəri və təlimçisi məktəbin fiziki tərbiyə müəllimi Şamil Qorxmaz oğludur.
Azərbaycanda ilk: robot-həkimlər məktəbdə
Xəbərlər
Bakı şəhəri 271 nömrəli tam orta məktəbdə layihənin ilk sınağına başlanılıb.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsində “Ümumi təhsil müəssisələri” kateqoriyalası üzrə qalib olan “Ekspress müayinə robotları şagirdlərin sağlamlığının keşiyində” layihəsi çərçivəsində 271 nömrəli tam orta məktəbdə robot-həkimlərin tətbiqinə başlanılıb. Hazırda üç robot-həkim testdən keçirilir.Layihənin məqsədi şagirdlərin sağlamlığını qorunması və tədrisin davamlığını təmin etmək üçün ekspress müayinə robotları və platformasının köməyilə məktəbdə şagirdlər arasında infeksion xəstəliklərinin sürətli şəkildə yoxlanılması ilə xəstəliyin vaxtında aşkarlanması və yoluxmanın qarşısının alınmasından ibarətdir.Çarli (robotun adı) Çinin “Suzhou Walklake Smart System Co.., Ltd” şirkəti tərəfindən hazırlanıb. Bu məhsul uşaq bağçaları, təhsil müəssisələri, uşaq əyləncə parkları və digər yerlərdə uşaq sağlamlığının qorunmasında müəllimlərə və müvafiq işçilərə komək üçün nəzərdə tutulub. Robot şagirdlərin davamiyyəti, əl, ağız, göz və hərarətin yoxlanılması üçün istifadə olunur. Davamiyyət qeydiyyata alındıqdan və sağlamlıq müayinəsindən sonra nəticələr valideynlərin e-poçt qutusuna göndərilir.Layihə çərçivəsində tanışlıq məqsədilə məktəbdə müəllim, həkim, valideyn və şagird heyəti ilə birgə robotların görüşü təşkili olunub, istifadəsinə dair təlimat verilib.
Məktəblilərimizin 8-ci Avropa Cografiya Olimpiadasında uğuru
Xəbərlər
Serbiyanın Belqrad şəhərində şagirdlər arasında Avropa Coğrafiya Olimpiadası (European Geography Olympiad - EGEO) keçirilib. 3 hissədən ibarət olan olimpiadada şagirdlərin yazı bacarıqları, çöl işləri (tədqiqat) və test üzrə bilikləri qiymətləndirilib.Belə ki,  məktəblilərimizin qatıldığı olimpiadada Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Məsum Niftəliyev və Masallı rayonu Mahmudavar kənd tam orta  məktəbin X sinif şagirdi Əli Həşimov bürünc medala, Şəmkir rayonu Qapanlı kənd tam orta  məktəbin XI sinif şagirdi Rəsul Hüseynov,  Neftçala şəhər 4 nömrəli tam orta məktəbin  VIII sinif şagirdi Xavər Abdullazadə və  İsmayıllı rayonu  6  nömrəli tam orta məktəbin IX sinif şagirdi Osman Həsənli həvəsləndirici mükafata layiq görülüblər. Qeyd edək ki, sözügedən elm yarışı 24 - 30 iyun  2023-cü il tarixlərində təşkil edilib. Olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərin hazırlıq prosesi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına (iGeo və eGeo) hazırlığı” layihəsi əsasında həyata keçirilib. Adı keçən layihənin rəhbəri Yaşar Seyidəliyev  III, IV, V, VI qrant müsabiqəsində "Fərdi"kateqoriya üzrə ardıcıl olaraq qalib olub.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri açıqlanıb
Xəbərlər
İyulun 28-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Müsabiqəyə ümumilikdə 1 407 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 306 layihə (28%) daha çoxdur. Daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1 128-i isə təhsilverənlərin fərdi layihələridir. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir.  Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Quba, Lənkəran, Sumqayıt, İsmayıllı, Laçın, Qax, Şirvan və Şəki aiddir. Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər. Müsabiqə yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.Qrant ayrılmış layihələrin siyahısı
ADPU-da “EduSimbioz” layihəsinin bağlanış mərasimi keçirilib
Xəbərlər
Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsinin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ADPU-nun Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin məqsədi Bakı üzrə təlim nəticələri aşağı olan məktəblərdə öyrənmə çətinliyi olan IX sinif şagirdlərinə pedaqoji-psixoloji dəstək göstərməkdir.Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, layihə çərçivəsində universitetin “Riyaziyyat və informatika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarında təhsil alan tələbələrinin ümumtəhsil məktəblərində mentor olaraq fəaliyyət göstərmələri olduqca qürurvericidir. Rektor vurğulayıb ki, layihədə iştirak edən ADPU tələbələri üçün bu layihə pedaqoji sahədə təcrübə, öyrənmə çətinliyi olan şagirdlərlə işləmək, yeni təlim metodları ilə dərsin təşkil olunması kimi məqamlarla yanaşı, tələbələrin pedaqoji təcrübə imkanlarının genişləndirilməsi, real sinif şəraitində təcrübə qazanmaq baxımından da əhəmiyyət kəsb edir. “Covid-19 pandemiyasından sonra şagirdlərdə yaranmış öyrənmə boşluğunun səbəblərini araşdırmaq, zəif nəticələrin aradan qaldırılması üzrə işin metodikasını təkmilləşdirmək təhsil sahəsində günümüzün əsas tələbatına çevrilmişdir. Həmçinin, bir-birindən fərqli bilik və bacarıq səviyyələrində olan şagirdlərə, müxtəlif icmalara dəstək göstərə bilmək bacarığı müasir müəllimdə görmək istədiyimiz xüsusiyyətlərdəndir və layihənin yaratdığı imkanlar tələbələr tərəfindən bu xüsusiyyət və bacarıqların qazanılması baxımından olduqca əlverişlidir. Pedaqoji Universitet və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əlaqənin müsbət nəticələri, universitet-məktəb əməkdaşlığının ümdə məsələ kimi diqqətdə saxlanılması gələcəyin pedaqoji kadrlarını hazırlayan ali təhsil müəssisəsi olaraq bizi sevindirir”. - deyə prof. C.Cəfərov qeyd edib.Sonra ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva layihənin gedişatı ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, layihə çərçivəsində ADPU-nun 50 nəfər tələbəsi 4 ay ərzində, əsasən Qaradağ rayonunda olmaqla, Bakı şəhərinin müxtəlif yerlərində yerləşən 13 məktəbdə 500 nəfərə qədər şagird üçün hər biri həftədə 2 saat olmaqla Azərbaycan dili və riyaziyyat fənləri üzrə əlavə dərslər keçib, eyni zamanda şagirdlər və valideynlərlə psixoloji  xidmətə dair seminarlar təşkil ediblər. Prorektor qeyd edib ki, BTŞİ tərəfindən aparılmış monitorinqlərin nəticələri göstərir ki, mentor proqramı həyata keçirilən məktəblərdə IX siniflər üzrə təlim nəticələrində və buraxılış imtahanlarının nəticələrində müsbət dinamika qeydə alınmışdır.Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiyalar sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva bu kimi layihələrdən həm tələbələr, həm şagirdlərin faydalandığını diqqətə çatdıraraq qeyd edib ki, belə layihələr eyni zamanda yeni yanaşmaların tətbiqində, məktəb-universitet əlaqələrinin dərinləşməsində müsbət model rolunu oynaya bilər.Daha sonra layihədə iştirak edən mentor tələbələrdən “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ilinin tələbələri Şəlalə Qocayeva və Validə Şıxıyeva öz təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, layihənin davamlılığının təmin olunması məqsədi ilə proqramda iştirak edən tələbələrin oxşar layihələrə cəlb edilməsi, mövcud təcrübənin təbliği və genişləndirilməsi nəzərdə tutulur.Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Saatlıda “Sürətli hesablama ilə beyin gimnastikası” adlı layihəyə start verilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "Sürətli hesablama ilə beyin gimnastikası" adlı layihənin açılış tədbiri olub.Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbində keçirilən Tədbirdə Mil-Muğan Regional İdarəsinin nümayəndələri, məktəb kollektivi, layihəyə cəlb olunan şagirdlər və onların valideynləri iştirak ediblər. Əvvəlcə Dövlət Himn səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla anılıb.Layihə rəhbəri Nübar Hüseynli Iayihənin məqsədi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, layihə ibtidai yəni 1-4-cü sinif şagirdlərini əhatə edəcək. 20 şagird olmaqla hər birisində 10 şagird olan 2 mental aritmetika qrupu üzrə təlimlər təşkili ediləcək. 4 ay davam edəcək layihədə 56 saatlıq dərs və 28 təlim günü nəzərdə tutulub. Layihə üzrə barmaqlarda sürətli hesablamanın tətbiqi, Flash Anzan proqramı ilə əyləncəli şəkildə sürətli hesablamanın tətbiqi, Abakus vasitəsilə sürətli hessablamanın tətbiqi və zehni hesablamanın tətbiqi kimi tədrislər reallaşdırılacaq. Layihənin əsas məqsədi, şagirdlərdə məntiqi təfəkkürün inkişafına yönəlib. Layihə üzrə tədris olunacaq təlimlər şagirdlərdə sürətli hesablama qabiliyyətinin ibtidai siniflərdən başlayaraq formalaşdırılması, onların dəqiq fənlərə olan marağının artmasına təkan verəcək. Mental aritmetika kağız, qələm, hesab maşını olmadan insan beyni vasitəsilə yerinə yetirilən hesablama növü olduğu üçün uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyini, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, hər iki beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirməsinə kömək edəcək. Eyni zamanda şagirdlərdə diqqətin, konsentrasiya və sürət artmasına kömək edəcək ki, bu da şagirdlər üçün özgüvənin inkişafına yol açacaq. Layihədə iştirak edən şagirdlərə sertifikatlar təqdim olunacaq.
Təhsil müəssisəsində iki qrant layihə təqdim olunub
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan "Məktəbli idman klubu" və "Sərbəst öyrənənlər dərnəyi" layihələrinin təqdimat mərasimi keçirilib.Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Bakı Nobel İrsi Fondunun direktoru Fuad Qasımov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Milli Olimpiya Komitəsinin Xarici əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov  və məktəb direktorları iştirak ediblər.Tədbirdə çıxış edənlər təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyətindən və  son illərdə bu istiqamətdə görülən işlərdən, müsabiqəyə müraciət edən müəllimlərin sayında olan müsbət dinamikadan danışıblar.Daha sonra hər iki layihə barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, "ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qalib gəlmiş "Məktəbli idman Klubu" layihəsinin əsas məqsədi şagirdlərin marağına uyğun idman növlərinin təşkil olunması və həmin idman növlərinə aid maddi-texniki, təlim-tədris bazasının yaradılmasından ibarətdir. "Fərqi" kateqoriya üzrə qalib  "Sərbəst öyrənənlər dərnəyi" layihəsi isə riyaziyyatın tədrisinin elektron platforma üzərindən sərbəst öyrənmə bacarıqlarının aşılanmasına xidmət edəcək."Məktəbli idman Klubu" layihəsi çərçivəsində məktəbdə qılıncoynatma və qol güləşi üzrə idman klubları fəaliyyət göstərəcək. Layihə çərçivəsində şagirdlər müvafiq idman sahələri üzrə peşəkar təlimçilərdən dərs alacaq və yarışlara çıxacaqlar.Qeyd edək ki, Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə icra olunacaq "Məktəbli  idman Klubu"  layihəsinin rəhbəri məktəbin direktoru Könül Hüseynova, "Sərbəst öyrənənlər dərnəyi" layihəsinin isə rəhbəri həmin məktəbin müəllimi İardə Abdullayevadır.
Coğrafiya fənnindən beynəlxalq olimpiadalara hazırlıq dərsləri
Xəbərlər
Oktyabrın 16-da Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi “Beynəlxalq olimpiadalara (iGeo və eGeo) hazırlıq”  layihəsi icrasına başlayıb.Açılış tədbirində AMEA Coğrafiya İnstitutunun baş direktoru c.e.d. prof. Zakir Eminov və akademiyanın əməkdaşı, Turizm və rekreasiya şöbəsinin rəhbəri c.e.d. Zaur İmrani və BDU-nun c.e.d. Şəkər Məmmədova  iştirak ediblər. Zakir Eminov coğrafiyanın aktual problemləri, beynəlxalq coğrafiya proqramında istifadə olunan mövzuların dünya ölkləri qarşısında duran əsas problemləri və bu probləmlərin həlli üçün yüksək keyfiyyətli kadr yetişdirilməsinin zəruriliyindən söz açıb. Bildirib ki, ölkənin gələcək inkişafında yüksək peşakarlığa malik kadrların yetişməsi əvəzsiz rola malik olacaq. Bu istiqamətdə layihənin rolunun böyük olduğunu və AMEA Coğrafiya İnstitunun daim dəstək olacağını vurğulayıb.Daha sonra Şəkər Məmmədova gənc nəslin coğrafiyaya meyl etməsini və orta məktəblərdə coğrafiyadan istedadlı şagirdlərin yetişməsinin qürurverici hal olduğunu bildirdi. Layihə çərçivəsində artıq ölkəyə 5-ci bürünc medalın gəldiyini və layihə məzunlarından birinin məhz BDU-nun Coğrafiya fakültəsini seçdiyinin sevincini bildirdi. Belə ki, dəfələrlə beynəlxalq olimpiadaların iştirakçısı olmuş Rəsul Hüseynovun ixtisas seçimi BDU-nun Coğrafiya fakültəsi olduğunu deyib.Sonra Zaur İmrani layihə çərçivəsində AMEA Coğrafiya İnstitunun əvəzsiz rolundan danışıb. Bu il İndoneziyada təşkil edilən 19-cu iGeo-da ölkəni təmsil etmək üçün komanda seçimlərinin akademiyada təşkil edilməsindən, juri heyətinin və akademiyanın elmi işçiləri ilə yanaşı digər mütəxəssislərin iştirakı ilə 6 nəfərlik heyətin təşkil olunmasından danışıb.Layihə iştirakçıları xüsusən əvvəlki illərdə Respublika fənn olimpiadalarında qalib gəlmiş şagirdlərdir. Qeyd edək ki, beynəlxalq olimpiadalara hazırlıq dərslərini təşkil edəcək layihənin rəhbəri Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin 5-ci dəfə ardıcıl qalib olmuş Yaşar Seyidəliyevdir.
Lənkəran məktəblərində arfimetika təlimləri keçiriləcək
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Khan Academy Lənkəran təhsilində” layihəsi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunmağa başlayıb.Doqquz ay müddətində icra olunacaq layihənin əsas məqsədi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbin və eləcədə S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin ibtidai siniflərin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi və məntiqi təfəkkürü, hesab (sürətli hesablama) bacarıqlarını və yüksək IQ qabiliyyətini inkişaf etdirməkdir. Layihənin digər əsas məqsədi ilkin riyaziyyat və arifmetikanı yüksək mənimsə üçün ibtidai sinif şagirdlərində diqqət, dəqiqlik, konsentrasiya, fotomental yaddaş və yaradıcı yanaşma keyfiyyətləri formalaşmasına dəstək verməkdir. İcra planına uyğun oktyabr ayından layihənin hazırlıq işlərinə başlanılmış, könüllülər seçilmiş, tərəfdaş qurumlarla və "Khan Academy Azerbaijan" la müzakirə aparılmış və əməkdaşlıq qurulub.İkinci mərhələdə məktəbin müəllim və rəhbər heyətinin, layihə əməkdaşları, digər pedaqoq və ekspertlərin və eləcədə aidiyyətli qurum təmsilçilərinin iştirakı ilə layihənin ictimai təqdimatı təşkil olunacaq və keçiriləcək təlimlərdə iştirak edəcək ibtidai sinif müəllimləri üçün elanlar veriləcək, seçim üçün qeydiyyat forması – ərizə-anket yaradılacaq, tədbirlərin proqram, qiymətləndirmə və digər sənədlərinin, o cümlədən, təlim materiallarının hazırlanmasına başlanacaqdır.Növbəti ayda isə Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbdə layihədə iştirak edəcək ibtidai sinif müəllimləri üçün mentor dəstəkli peşəkar təlim kursu keçiriləcək, onların qiymətləndirilməsi aparılacaq, pedaqoqlarla texniki məsləhətləşmə aparılacaq, layihə icrası üçün məktəbə alınacaq planşet və digər texniki vasitələrlə ibtidai sinif müəllimlər tərəfindən praktik fəaliyyətlər təşkil olunacaqdır.
"Məktəbimizin Xarizmatik Natiqləri" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
Oktyabrın 24-də  191 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “Məktəbimizin Xarizmatik Natiqləri” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə  Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər  Assosiasiyasının sədri Rüfət Əsədzadə, "Karnegi Klub" Treninq Mərkəzinin rəhbəri Nəcəf Allahverdiyev, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri İradə Əlili, Xətai rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Mehriban İsrafilova, məktəb direktorları,  müəllimlər, şagirdlər və valideynlər iştirak edib.Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Açılış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Məcidova layihə haqqında ətraflı məlumat verib, görüləcək işlərdən danışıb. Layihə rəhbəri son dövrlərdə İT istiqamətinə marağın artması nəticəsində şagirdlərdə ünsiyyət çatışmazlığı, özünüifadə, təqdimetmə bacarıqlarının zəifləməsini vurğulayıb, belə bir layihənin həyata keçirilməsi şagirdlərin gələcəkdə uğurlu karyera sahibi olmağına imkan yaradacağını qeyd edib.Layihə çərçivəsində IX- XI sinif şagirdlərinin natiqlik bacarıqlarının inkişafına xidmət məqsədilə təqdimat, ünsiyyət, kommunikasiya, özünəgüvən, stres menecment, şəxsi inkişaf, uğur motivasiyası və s. mövzuları əhatə edən təlimlərin keçirilməsi planlaşdırılıb. Təlimlər “Karnegi Klub” Treninq Mərkəzi tərəfindən 2 ay keçiriləcək və layihənin sonunda təşkil ediləcək çempionatda 3 “ən yaxşı natiq” münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək mükafatlandırılacaqdır.Sonda vətənpərvərlik mövzusunda müxtəlif musiqilər və şeirlər səsləndirilib, rəqs nümunələri və ədəbi-bədii kompozisiyalar təqdim edilib.Xatırladaq ki,  "Ümumi təhsil" kateqoriyası üzrə qalib olan “Məktəbimizin Xarizmatik Natiqləri”  layihəsinin məqsədi lX-Xl siniflərdə təhsil alan şagirdlərin natiqlik qabiliyyətinin artırılmasıdır.
“Khan Academy" Lənkəran təhsilində
Xəbərlər
VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N. Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunan “Khan Academy" Lənkəran təhsilində” layihəsinin açılış tədbiri – ictimai təqdimatı keçirilib.Açılış tədbirində  Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran şəhər təhsil sektorunun məsul əməkdaşları, Lənkəranın digər ümumtəhsil müəssisələri direktorları, layihə heyəti, müəllimlər və digər məsul qonaqlar iştirak ediblər.Təqdimatı açan layihənin rəhbəri, Ləj kənd tam orta məktəbin direktoru İlkin Yaqubov ilk olaraq 9 (doqquz) ay müddətində icra olunacaq layihənin məqsəd və vəzifələri, nəzərdə tutulan fəaliyyətlər haqqında ümumi məlumat verib, hər 2 məktəb üçün layihənin müsbət əhəmiyyətini vurğulayıb.Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması "Khan Academy" nin əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, sürətli hesablama vərdişini və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün bu təhsil müəssisələri müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasını və eləcədə məktəb üçün nəzərdə tutulan geniş texniki dəstək fəaliyyətlərini qeyd edib.Asif Əsgərli təqdimatında layihə çərçivəsində qısa hazırlıq dövründə görülmüş operativ işləri qeyd edərək, növbəti ayda ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan peşəkar təlimin hazırlıqları, nəzəri bilik və praktik təcrübənin tətbiqi ilə pedaqoqların arifmetika tədrisinə marağının artması və bu tədrisin gələcək davamlılığını bildirib.Sonra təqdimatda dəvət olunan qonaqlardan çıxış edərək, bu layihənin Ləj kənd və Haftoni qəsəbə tam orta məktəbləri, onların şagirdləri, müəllimləri və ümumilikdə Lənkəran təhsili üçün müsbət əhəmiyyətini qiymətləndiriblər və uğurlar arzulayıblar.Sonda iştirakçıların sual, fikir, təklif və rəyləri ilə qısa müzakirələr aparıldı.
Xaldan kənd kompleks tam orta məktəbinin layihəsi icra olunmağa başlayıb
Xəbərlər
Oktyabrın 26-da "Məktəbdə təhsilalan, təhsilverən və valideyin əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili" adlı layihənin açılış tədbiri keçirilib.Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə tədbir iştirakçılarını salamlayaraq ilk öncə məktəb haqqında ətraflı məlumat verib.  1975-ci ildən Xaldan kənd orta məktəbində istixananın fəaliyyət göstərdiyini, şagirdlərin burada tərəvəz yetişdirdiyi, tədris-təcrübə sahəsi kimi istifadə etdiyini diqqətə çatdırıb. 1986-cı ildən məktəbin “kompleks məktəb” statusu aldığını və elə o vaxtdan məktəbdə quşçuluq, heyvandarlıq, meyvəçilik təsərrüfatlarının yaradıldığını bildirib.Məktəbin uzun bir durğunluq dövrü keçdikdən sonra, meyvə bağı, limon istixanası istisna olsada, digər təsərrüfat sahələrinin fəaliyyətinin dayandığını və istifadəyə yararsız hala gəldiyini, layihənin məqsədinin bu ənənənin yenidən yaradılması və fəaliyyətinin inkişaf etdirilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Tədbirdə çıxış edən Aran Regional Təhsil İdarəsinin sektor müdiri Namidə Abbasova, Xaldan kənd kompleks tam orta məktəbinin böyük ərazisi, təsərrüfat üçün yararlı geniş torpaq sahəsi olduğunu diqqətə çatdıraraq layihənin uğurlu olacağına əminliyini ifadə edib.  Biologiya, Təbiətşünaslıq, Texnologiya və digər fənnlərin tədrisi zamanı əyaniliyin olmaması mövzularını diqqətə çadıran N. Abbasova layihədən Xaldan kompleks məktəbi ilə yanaşı Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyət göstərən digər məktəblər üçün də faydalı olacağını bildirib.Sonra sözügedən layihənin eksperti, layihələr üzrə təlimçi və ekspert, "Abral Academy" tədris mərkəzinin müəllimi, media nümayəndəsi  Aynur Quliyeva Elm və Təhsil Nazirliyinin elan etdiyi  qrant müsabiqədən, təklif olunan layihələrin təhsilin inkişafı, şagirdlərin sosial maarifləndirilməsi ilə yanaşı, məktəblərdə maddi texniki bazanın gücləndirilməsinə verdiyi töhfələrdən bəhs edib. Layihənin təlimçisi Mingəçevir Dövlət Universitetinin gənc müəllimi Aytac Cavadova tədbir iştirakçılarına layihə müddətində keçiriləcək təlimlərin faydalılığından bəhs edib və layihənin işinə uğurlar arzu edib.Tədbirdə iştirak edən Təhsil sektorunun əməkdaşı Ümidvar Məmmədov, Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova, Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova, Yevlax şəhər 4 nömrəli tam orta məktəbin direktoru Zərif Mehtiyevada tədbirdə çıxış edərək, layihənin uğurla həyata keçirilməsi istiqamətində öz fikir və təcrübələrini bölüşüblər.
İngilis dilinin tədrisində "Duolingo" platformasının dəstəyi
Xəbərlər
27 oktyabr 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə "İngilis dilinin tədrisində "Duolingo"  platformasının dəstəyi" layihəsinin açılış mərasimi keçirilib.Belə ki, adıçəkilən məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olaraq yuxarıda qeyd olunan layihəni reallaşdırmaq imkanı əldə edib.Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru Könül Hüseynova layihə haqqında ətraflı məlumat verib.İngilis dili müəllimi Zəminə Mikayılova isə çıxışında bildirdi ki, bu layihənin həyata keçirilməsi şagirdlərin buraxılış imtahanlarında ingilis dilindən  yüksək nəticələr əldə edilməsində yardımçı olacaqdır.10b sinif şagirdi Niftəliyev Murad və 11 a sinif şagirdi Əlizadə Leylanın ingilis dilində çıxışları hər kəsin marağına səbəb olub.Daha sonra məktəbin istedadlı şagirdləri rəqs,  şeir və vətənpərvər ruhlu mahnılardan ibarət maraqlı kompozisiya təqdim ediblər.
Məktəb Lisey Kompleksində VII qrant müsabiqəsinin 3 qalib layihəsi icrasına başlayıb
Xəbərlər
Bakı Şəhəri Məktəb Lisey  Kompleksində  Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "fərdi"kateqoriyası üzrə qalib olmuş 3 layihənin təqdimatı keçirilib. Tədbirində   Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, məktəb direktorları, təhsil işçiləri, hər üç layihədən yararlanacaq şagirdlər, valideynlər iştirak ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən MLK-nım direktoru Esmira Quliyeva  Təhsildə inkişaf və innovasiyalar üzrə   qrant müsabiqəsinin əhəmiyyəti haqqında məlumat verib.Layihə rəhbərləri öz təqdimatlarında bildirmişdirlər ki,  məktəbdə təlim-tərbiyə prosesinin yüksək göstərcilərlə həyata keçirilməsi, keyfiyyətli təhsilin əldə olunması strateji cəhətdən dövlətin verdiyi qərar və sərəncamlarla tənzimlənirsə, praktiki cəhətdən isə bilavasitə həmin prosesin iştirakçılarının uğurlu fəaliyyətindən asılıdır. Bu günün təhsili - "İnformasiya -Təhsil məkanı" mühitində reallaşır. Müasir müəllim belə bir informativ mühitdə özünü sərbəst hiss etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə müasir informasiya texnologiyaları vasitəsi ilə asanlıqla nail olmalıdır. Müasir təhsil sisteminin vəzifəsi dövrün çağrışlarına cavab verən vətəndaş yetişdirkməkdir. XXI əsrin 4K adlandırılan kompetensiyaları: kritik düşünmə, kommunikativlik, kreativlik, kooperasiyadır. Bu kompetensiyaları formalaşdırmaq və inkişaf etdirmək üçün fərqli öyrənmə üsulları  tətbiq olunmalıdır. Bununla yanaşı XXI əsr insanının  baza biliklərinə daxil olan riyazi düşünmə, İKT  savadlılığı və xarici dil bilmə   savadlılığını artırmağa  xidmət edir. Layihələrdə təlimçi kimi fəaliyyət göstərəcək Aytac Nəcəfova qeyd etdi ki, Məktəb Lisey  Kompleksində məhz eyni məkanda  bu layihələrin paralel şəkildə  tətbiq olunması şagirdlərin təlim nəticələrinin, akademik göstəricilərində müsbət dinamikaya səbəb olacaq.Qeyd edək ki, Məktəb Lisey Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Gülər Rəsulovanın  “ Koobits - Riyaziyyatın  təcrübə ilə öyrənmək vasitəsi! ”, Gülşən Vahidovanın  “ Duolingo - xarici dilləri öyrənmənin  asan və effektiv üsulu”  və Fərqanə Əliyevanın  “Rosseta Stone ilə ingilis dilini səmərəli və əyləncəli şəkildə öyrənək” layihələri VII qrant müsabiqəsində uğur qazanmışdır. 
“KHAN ACADEMY" hər bir şagird və hər bir sinif üçün real nəticələr
Xəbərlər
Oktyabrın 27-də 317 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “KHAN ACADEMY" Hər bir şagird və hər bir sinif üçün real nəticələr" layihəsinin açılış mərasimi keçirilib.Tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Açılış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Əliyeva layihə haqqında ətraflı məlumat verib, layihənin məqsədi və layihə müddətində nəzərdə tutulan fəaliyyətlər haqqında çıxış edib. Leyla Əliyeva Dövlətin təhsil siyasətinin əsas priortet istiqamətlərindən olan təhsilalanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün təhsil müəssisələrinin üzərinə düşən vəzifələri qeyd edərək rəhbəri olduğu layihənin məqsədinin bu istiqamətə hədəfləndiyini vurğulayıb.Qrant Layihənin həm şagirdlərin rəqəmsal bacarıqlarının, həm də riyazi savadlılığının və məntiqi təfəkkürünün inkişafında böyük rol oynayacağı barədə məlumat verib.Açılış mərasimi bədii hissə ilə davam edib, şagirdlərin ifasında rəqs, musiqi və şeir səsləndirilib.
"İnklüziv qruplarda STEAM məşğələləri" layihəsi təqdim olunub
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan "İnklüziv qruplarda STEAM məşğələləri" layihəsinin təqdimat mərasimi keçirilib."Fərdi" kateqoriya üzrə qalib gələn 55 nömrəli tam orta məktəbin müəllimi Ravil Abdullayev tərəfindən həyata keçirilən layihənin təqdimat mərasimində təhsil müəssisəsinin direktoru Yaqut Kərimli, STEAM üzrə mütəxəssis Sona Kərimova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.Tədbirdə layihə barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, lahiyənin əsas məqsədi məktəbin V-IX siniflərinin inklüziv qruplarındakı şagirdlər üçün STEAM təlimlərini təşkil etmək, onlarda bu sahə üzrə bilik və bacarıqları artırmaqdan ibarətdir. Layihə çərçivəsində şagirdlərə dərslər zamanı qarşılıqlı inteqrasiya yolu ilə öyrənmə texnologiyaları aşılanacaq. "Microbit.org" və "Tinkercad.com" platforması üzərindən mühəndislik, dizayn yaratmaq, lahiyələr hazırlamaq üzrə dərslər keçiriləcək.Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə birgə səmərəli vaxt keçirməsini təmin etmək və birgə öyrənmə imkanlarını yaratmaq "İnklüziv qruplarda STEAM məşğələləri" layihəsinin əsas hədəflərindəndir. 
"Yaxşıların yaxşısı" layiəsinin açılış mərasimi keçirilib
Xəbərlər
Bakı şəhəri Emin Quliyev adına 9 saylı xüsusi internat məktəbinin müəllimi Şölə Fərəclinin Elm və Təhsil Nazirliyinin elan etdiyi  Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi olduğu  “Yaxşıların Yaxşısı” adlı layihənin açılış tədbiri keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Afaqət Əsgərova xüsusi İnternat məktəbində təhsilalanların həssas qrupa aid olduğunu diqqətə çatdırıb.  Müasir təhsil sistemindəki psixoloji xidmət, praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələrə dayanan “Yaxşıların Yaxşısı” layihəsinin təhsilalanlarla yanaşı, onların valideynlərinə də müsbət təsir göstərəcəyini vurğulayıb.Layihənin rəhbəri, məktəbin müəlliməsi Şölə Fərəcli tədbir iştirakçılarını salamlayaraq sözügedən layihə haqqında ətraflı məlumat verib. Xüsusi qayğıya ehtiyacı olan həssas şagirdlərlə çalışdığımız üçün bu layihədən həm şagirdlərin həmçinin biz müəllimlərin və valideynlərin bütün uşaqları inkişaf etdirəcək, sosial-mədəni və fərdi xüsusiyyətlərini formalaşdıracaq, onları cəmiyyətimizə yararlı olacaq şəkildə yetişdirməyi hədəfləyən bir proses olaraq təyin etdiyini bildirib. Uşaqlar üçün keyfiyyətli təhsilin təmin edilməsi, onların dərslərdə iştirakını artırmaq və mümkün olduğu qədər ayrı-seçkiliyin azaldılması inklüziv təhsilin əsas məqsədlərindən olduğunu qeyd edib.Layihənin eksperti  layihələr üzrə təlimçi və ekspert, "Abral Academy" tədris mərkəzinin müəllimi, media nümayəndəsi  Aynur Quliyeva Elm və Təhsil Nazirliyinin elan etdiyi Elm və İnnovasiyalar üzrə 7- ci qrant layihələrinin təhsilin inkişafı, şagirdlərin sosial maarifləndirilməsi ilə yanaşı, məktəblərdə maddi texniki bazanın gücləndirilməsinə verdiyi töhfələrdən bəhs edib. Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.Layihənin koordinatoru Etiram Sadıqzadə inkişafında gerilik olan şagirdlərin təhsil prosesində özünü ifadə, nitq bacarıqlarının təkmilləşdirilməsi üçün layihəyə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. Layihə çərçivəsində Xüsusi internat məktəbində özünəqapanma, cəmiyyətdən təcrid olunduğunu zənn edən şagirdlərin araşdırılaraq layihəyə cəlb olunması, müxtəlif psixoloji testlərlə yeniyetmələrdə aqressivlik, depressiyaya meyillilik dərəcəsinin, həmçinin ailədaxili gərginliyin səviyyəsinin müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi, onlara təlimlərin verilməsi lazım olduğu təqdirdə fərdi seansların təqdim olunması kimi vacib məsələləri diqqətə çatdırıb.Layihənin psixoloqu Ağayeva Ilahə xüsusi diqqət və qayğıya ehtiyacı olan  yeniyetmələrlə işin daha çox həssasiyyət tələb etdiyini, bunun üçün layihə çərçivəsində, valideyn buna psixoloji cəhətdən hazır olması üçün nəzərdə tutulan təlimlərdən əlavə, onlarla xüsusi hallarda fərdi seansların keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
“LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsi icrasına başlayıb
Xəbərlər
Oktyabrın 30-da Laçın rayon Ramiz Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin açılış tədbiri keçirilib.Açılışda Laçın Rayon Təhsil Sektorunun metodisti, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib. Layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq və regionda təlimçi bazası yaratmaq, 10 müəllim üçün “Təlimçilər üçün təlim” formatında natiqlik təlimlərinin keçirilməsi,10 məktəbdə natiqlik klublarının yaratmaqdan ibarətdir.Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.Layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
"İngilis dili danışıq klubu" adlı layihə icra edilir
Xəbərlər
31 oktyabr 2023-cü il tarixində Mingəçevir şəhər R. Mirabov adına 7 nömrəli tam orta məktəbdə VII qrant müsabiqəsinin "Ümumi təhsil" kateqoriyası üzrə qalibi olmuş "İngilis dili danışıq klubu" adlı layihənin açılış təqdimatı keçirilib.Tədbirdə Mingəçevir Dövlət Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, Mingəçevir şəhər Təhsil sektorunun aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə, məktəb direktorları, layihədə iştirak edəcək şagirdlər, təhsil nümayəndələri və digər qonaqlar iştirak edib.Tədbir Dövlət Himninin sədaları ilə açıq elan edilib və Vətən uğrunda həlak olmuş şəhidlərin ruhunun anılması ilə başlanılıb.Layihə rəhbəri Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi və həmin müsabiqənin qalibi olmuş "İngilis dili danışıq klubu " layihəsi haqqında və görüləcək işlər barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Sonra isə çıxışında layihənin təlimçisi Şəfa Hümbətova layihə müddəti ərzində təlimlər haqqında və 6 ayın sonunda gözlənilən nəticələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra qonaqlar layihə haqqında təəssüratlarını bölüşüblər. Tədbir şagirdlərinin "Zəfər" rəqsi ilə yekunlaşıb.
Bakı məktəblilərinin I MUN konfransının açılış tədbiri keçirilib
Xəbərlər
Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi”nin nəticələrinə əsasən “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qrant qazanmış 74 nömrəli tam orta məktəbin " Bakı məktəblilərinin l MUN konfransı" layihəsinin açılış mərasımi keçirilib.Tədbirdə layihə rəhbəri - 74 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov, 322 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov, 256 nömrəli tam orta məktəbin direktoru Xeyrulla Haqverdiyev, 169 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov , 146 nömrəli tam orta məktəbin direktor müavini Tacəddin Allahyarlı, Azərbycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, "Avropa Gənclər Parlamenti - Azərbaycan"ın prezidenti Məhəmməd Əliyev, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib, daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirə moderatorluq edən layihə rəhbəri Murad Zeynalov layihə haqqında, layihə çərçivəsində görüləcək işlər barədə təqdimatla çıxış edib.Sonda qonaqlar layihə haqqında öz fikirlərini bildirib, uğurlar arzulayıblar.
“Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi keçirilib.Mərasim Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, layihənin idarəetmə komandası, müəllimlər iştirak edib.Çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd “Məktəb evimdir!” proqramı çərçivəsində icma üzvlərini – valideynləri təlimatlandırmaqla icma-məktəb münasibətlərinin inkişaf etdirilməsi üçün 10 təşəbbüsün həyata keçirilməsidir. Layihənin məqsədinə çatmaq üçün məktəb kollektivi layihənin əhəmiyyəti, gələcək faydası və davamlılığı ilə bağlı məlumatlandırılacaq, icmanın əsas üzvləri olan məktəbin ibtidai sinif valideynləri üçün məktəb arasında əməkdaşlıq və onun formaları ilə bağlı təlim təşkil edilməsi, layihəyə cəlb olunacaq valideynlərin seçimi ilə bağlı kriteriyalar müəyyənləşdirilməsi əsas hədəflərdəndir. Eyni zamanda icma tərəfindən icma - məktəb əməkdaşlıqları ilə bağlı ideyaların və təşəbbüslərin təşkil edilməsinə şərait yaradılacaqdır, “Məktəb evimdir!” təlim proqramının modullarını hazırlanacaq və müvafiq ekspertlər cəlb ediləcəkdir. 
“Sehrli Fırça” layihəsinin təqdimatı keçirilib
Xəbərlər
Bakı Şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "fərdi" kateqoriyası üzrə qalib olmuş “Sehrli Fırça” layihəsinin təqdimatı keçirilib.Tədbirində   Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Təhsilə Dəstək Mərkəzinin metodisti Roza Rüstəmova, məktəb direktorları, təhsil işçiləri və rəssamlar iştirak ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifə səlahiyyətlərini icra edən  Əsmər Əliyeva Təhsildə inkişaf və innovasiyalar üzrə  qrant müsabiqəsinin əhəmiyyəti haqqında məlumat verib.Layihə rəhbəri Nuranə Rzazadə öz təqdimatında bildirmişdir ki,  məktəbdə yaradıcılıq mühitinin  formalaşmasında və layihə prosesinin yüksək göstəricilərlə həyata keçirilməsi, keyfiyyətli təhsilin əldə olunması strateji cəhətdən dövlətin verdiyi qərar və sərəncamlarla tənzimlənirsə, praktiki cəhətdən isə bilavasitə həmin prosesin iştirakçılarının uğurlu fəaliyyətindən asılıdır. Müasir təhsil sisteminin vəzifəsi dövrün çağrışlarına cavab verən vətəndaş yetişdirkməkdir. XXI əsrin 4K adlandırılan kompetensiyaları: kritik düşünmə, kommunikativlik, kreativlik, kooperasiyadır. Bu kompetensiyaları formalaşdırmaq və inkişaf etdirmək üçün fərqli öyrənmə üsulları  tətbiq olunmalıdır. Bununla yanaşı XXI əsr hərtərəfli şagird yetişdirmək, yaradıcı tərəflərini inkişaf etdirmək, bilikləri paralel artırmağa  xidmət edir.“Sehrli Fırça” layihəsində təlimçi kimi fəaliyyət göstərəcək Jalə Quliyeva, 161 nömrəli tam orta məktəbdə məhz bu layihənin tətbiq olunması şagirdlərin təlim nəticələrinin, akademik göstəricilərində müsbət dinamikaya səbəb olacağına ümidli olduğunu qeyd edib.Qeyd edək ki, C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi “Sehrli Fırça” layihəsi ilə 30 xüsusi istedadlı şagirdin həftədə 2 dəfə, ümumilikdə 30 dəfə layihəyə təyin olunmuş təlimçi ilə dərsdənkənar məşğələyə cəlb olunmasını özündə ehtiva edən qrant layihəsi ilə uğur qazanmışdır.
“Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri
Xəbərlər
Şabran şəhəri 5 nömrəli tam orta məktəbdə VII qrant müsabiqəsində “Ümumi təhsil müəssisələri”  kateqoriyası üzrə qalib olmuş “Səhnəmin ulduzları” layihəsinin açılış tədbiri keçirilib. Açılış tədbirində müəllimlər, şagird və digər qonaqlar iştirak edib. Layihə rəhbəri, Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlayıb. O, layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr və görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, layihənin icrası müddətində dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.Daha sonra qonaqlar da çıxış edərək layihə ilə bağlı fikirlərini söyləyiblər.Qeyd edək ki, layihənin icra müddəti 20.09.2023-20.12.2023 tarixlərində planlaşdırılıb və layihənin əsas məqlədi şagirdləri teatrın əsəsları və təctübələri ilə tanış edilməsi, şagirdlərin daha çox sosiallaşmasının təmin edilməsi, şagirdlərin özlərini ifadə etməsi üçün şəraitin yaradılması, şagirdlərin planlaşdırma, işləri birgə icrə edə bilmə və asudə vaxtlarının doğru şəkildə istifadə edilməsidir.
“Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” adlı layihənin müsahibə mərhələsi keçirilib
Xəbərlər
 7- ci qrant müsabiqəsinin qalibi olan layihənin Xaldan kənd kompleks tam orta məktəbində müsahibə mərhələsi keçirilib.Müsahibə zamanı layihənin əsas məqsədinin Xaldan kənd kompleks tam orta məktəbində təsərrüfat üçün yararlı geniş torpaq sahəsində istixanın yaradılması olduğu diqqətə çatdırılıb.Qeydiyyatdan keçmiş valideyn, şagird və müəllimlərlə keçirilən görüşdə  onlardan 10 nəfər valideyn, 8-9-cu sinif şagirdlərindən ibarət  20 nəfər şagird və 3 müəllim (ixtisas- Biologiya, Texnologiya, Riyaziyyat) iştirakçı hüququna malik olub.Müəllim, şagird və valideynlərdən təşkil olunmuş işçi qrupu yaradılaraq layihəyə cəlb olunub. Sözügedən layihənin Xaldan kompleks məktəbi ilə yanaşı Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyət göstərən digər məktəblər üçün də faydalı olacağı bildirilib.Sonra sözügedən layihənin rəhbəri Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib.
“Gəl robotu birlikdə öyrənək” layihəsinin açılış mərasimi olub
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən "Gəl, robotu birlikdə öyrənək” layihəsinin açılış mərasimi keçirilib.Akademik Zərifə Əliyeva adına liseydə baş tutan tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Tədbirdə layihə rəhbəri, layihənin işçi qrupu və müəllimlər iştirak edib. Layihə rəhbəri Zəka İbrahimov qonaqlara layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd Akademik Zərifə Əliyeva adına lisey ilə Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin əməkdaşlığı çərçivəsində hər müəssisədə robototexnika klubları quraraq şagirdlərin robototexnika ilə əlaqədar bilik-bacarıqlarını inkişaf etdirməkdir.Tədbirdə çıxış edən qonaqlardan Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva və direktor müavini Samirə Məsimova layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.
Qrant layihə iştirakçıları Türkiyədə
Xəbərlər
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə İstanbul İl Milli Təhsil Müdirliyinin birgə əməkdaşlığı çərçivəsində Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "Biz də sizdən biriyik, ən yaxşıya layiqik" adlı layihəsinin tədbirlər planına uyğun olaraq 7 nəfərdən ibarət müəllim heyəti "Özel eğitim uyğulamaları" mövzusunda 5 günlük təlimdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə səfər ediblər. Səfər müddətində İstanbul İl Milli Təhsil Müdiri  Dos. Dr. Murat Mücahit Yentür müəllim heyəti ilə görüşüb.Səfər iştirakçıları növbəti günlərdə "İstanbul  Rehberlik Araştırma Merkezi"ndə, "Beşiktaş Saadet Özel Eğitim Meslek okulu"nda, "Kadıköy Sevgi  Özel Eğitim Anaokulun"da  və "Mediha Turhan Tansel özel eğitim uygulama okulun"da olublar. Müəllimlər məktəblərdə xüsusi təhsilin fərqli qaydalarını əyani olaraq izləmiş, sağlamlıq imkanları məhdud, əqli cəhətdən geriliyi olan uşaqların təlim-tərbiyəsi ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslanaraq Türkiyə özəl təhsil məktəblərində təkmilləşmə, ixtisaslaşma və təcrübə mübadiləsi keçiblər. Müəllimlər üçün təşkil edilən təlim xüsusi təhsil üzrə mütəxəssis Seda Karakaşoğlu və xüsusi təhsil müəllimi Murat Elci tərəfindən aparılıb.Qeyd edək ki, layihə 2022-2023-cü tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihənin davamıdır.
Skaut metodları ilə qeyri-formal təhsil Neftçala məktəblərində
Xəbərlər
““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi tərəfindən aparılan təlimlər davam edir.Layihənin icra planına uyğun olaraq ilkin mərhələdə müəllimlərin təlimləndirilməsinə başlanılıb. Bu təlimlərdən sonra müəllimlər öz şagirdlərindən ibarət dəstələr təşkil edəcək, həmin dəstələrə həm müəllimlər, həm də Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi tərəfindən növbəti təlimlərin keçirilməsi təmin olunacaq. Qeyd edək ki, layihənin əsas hədəfləri təhsilalanların liderlik bacarıqlarının inkişaf etdirilməsi, onlara sağlam həyat tərzinin aşılanması və zərərli vərdişlərdən qorunmanın təbliğ edilməsi, eləcə də skaut metodlarının praktiki tətbiq edilməsi üçün düşərgələrin təşkilindən ibarətdir.Neftçala rayonunun ümumilikdə 3 məktəbini əhatə edən layihə rayonun S.İmanov adına 1 nömrəli məktəbi tərəfindən icra olunur. 
“Təhsilin yaradıcı mühitin formalaşması” layihəsinin praktik çalışmaları
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müssabiqəsi çərçivəsində “Təhsilin yaradıcı mühitin formalaşması” layihəsinin növbəti tədbiri keçirilib.Tədbirdən sonra Azərbaycan İncəsənət Məktəbinin müəllimi, Gənc tamaşaçılar teatrının aparıcı aktyoru və rejissor İmran Qurbanov çıxış edərək təlim iştirakçılarına aktyor sənətinin əsasları və mətn üzərində iş prosesi nəzəriyyəsi və praktiki çalışmalar keçirib.Layihə “Azərbaycan İncəsənət Məktəbi”-in təşkilatı dəstəyilə Bakı şəhəri Yasamal rayonu 52 №-li tam orta məktəbi tərəfindən icra olunur.İcra müddəti 6 ayı əhatə edən layihənin məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir.Layihə çərçivəsində 52 nömrəli tam orta məktəbidən 30 şagird 4 ay boyunca layihə çərçivəsində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edə biləcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial video çarxların hazırlanmasına şərait yaradacaq.Dərnək iştirakçıları tərəfindən hazırlanan Əbdürrəhim bəy Haqverdiyevin "Vaveyla" və Kəmalə Ağayevanın xalq nağılı “Göyçək Fatma” əsasında eyniadlı əsəri tamaşaları qeyd olunan məktəbdə və nəzərdə tutulan əlavə 5 məktəbdə şagirdlər üçün nümayiş olunacaq.
“Bullinqə birlikdə “Son” deyək!” adlı konfrans keçirilib
Xəbərlər
Layihənin fəaliyyətləri çərçivəsində Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə konfrans keçirilib. Konfransda  icma üzvləri, pedaqoji kollektiv, yerli icma nümayəndəsi və bələdiyyə, həkim, polis, hüquqşünas, psixoloq və şagird heyəti iştirak edib.Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə konfransı açıq elan edib, iştirakçılara layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində görülən işlər və onların nəticəsi barədə məlumat verib. Konfrans mövzu ətrafında panel müzakirə ilə davam edib.Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə mövzu ətrafında müxtəlif suallarla panelə müraciət edib. 100 nəfərdən ibarət iştirakçının 70%-i müzakirəyə qatılıb. 2 saat davam edən müzakirələrdən sonra konfrans işini yekunlaşdırıb.Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olaraq Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə icra olunan “Bullinqə birlikdə "Son” deyək!” layihəsinin müəllifi  Günay Nağıyevadır.
“"Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı" layihəsi sona çatıb
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “"Uşaqlıqdan gəncliyə keçid” reproduktiv sağlamlıqla bağlı maariflənmə proqramı" layihəsinin bağlanış mərasimi keçirilib. Mərasim Biləsuvar rayonu V. Rüstəmov adına Ağayrı kənd tam orta məktəbinin akt zalında baş tutub. Tədbirdə layihə rəhbəri Aysel Nəsirova, məktəbin direktoru Fərhad Əhmədli, layihənin idarə heyəti üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib. Öncə çıxış edən layihə rəhbəri A. Nəsirova layihə haqqında və icra prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd məktəbdə 5-8-ci sinif şagirdlərində yeniyetməlik dövründə psixoloji, cinsi, emosional, intellektual, mədəni və mənəvi həyatlarının inkişafı zamanı yarana biləcək dəyişiklikləri, bu dəyişikliklərin hansı problemlərə səbəb ola biləcəyini göstərmək və həll yollarının tətbiq edilməsini nümayiş etdirməkdir. Bildirib ki, layihə boyunca ümumi olaraq 12 təlim keçirilib. Təlimlərdə 25 oğlan və 25 qız olmaqla ümumilikdə 50 şagird iştirak edib. Tədbirdə çıxış edənlər digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin icrasının uğurla keçdiyini qeyd ediblər.Daha sonra təlimlərdə iştirak edən şagirdlərə sertifikat təqdim olunub.
“Elm məktəbi”nin bağlanış mərasimi keçirilib
Xəbərlər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Radiasiya Problemləri İnstitutu və Bakı Avropa Liseyinin ikitərəfli əməkdaşlığı ilə həyata keçirilən “Elm məktəbi” layihəsinin  yekunlaşması ilə əlaqədar bağlanış mərasimi keçirilib. Radiasiya Problemləri İnstitutunda keçirilən mərasimdə şagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər.Mərasimi İnstitutun direktoru Rəvan Mehdiyeva açıq elan edəndən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun tarixi və elmi sahələri barədə məlumat verib. Ardınca institutun laboratoriyaları və həyata keçirdiyi işlərlə bağlı videoçarx nümayiş etdirilib.Daha sonra layihə rəhbəri Nəzakət Qasımova çıxış edib. O, layihə çərçivəsində görülmüş işlərə dair iştirakçılara ətraflı məlumat verib.Tədbirin sonunda layihədə iştirak etmiş şagirdlərə sertifikatlar verilib.
"Məktəbin savadlı maliyyəçiləri"
Xəbərlər
Ucar rayonu, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva 2-ci dəfədir,  qrant layihəsinin qalibi olur.1-ci layihə IV qrant müsabiqəsində fərdi kateqoriyadan "Həmkardan həmkara dəstək" layihəsi idi. 2-ci layihə VII qrant müsabiqəsində ümumtəhsil​ kateqoriyasından "Məktəbin savadlı maliyyəçiləri" dərnəyinin yaradılmasıdır.Layihənin əsas məqsədi​ ucqar kənd məktəbindəki  şagirdlərin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.Layihə təbliğat işləri, təlim-görüş, müsabiqə, dərnəklərin yaradılması və hesabat dövrünü əhatə edəcək.Layihə üzrə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində, ümumilikdə 5 gün ərzində 30 saatlıq təlimlər təşkil olunacaq. Bu təlimlər zamanı məktəblilərə aşağıdakı mövzular üzrə təlimlər təşkil ediləcək:- ilkin iqtisadi - maliyyə savadlılığının artırılması;- pul nişanları;- qənaət və israf;- pulun tarixi;- büdcə anlayışı.Qeyd edilmiş mövzularda maarifləndirici təlimlər keçiriləcək, əyani vəsaitlər paylanılacaq.Həmçinin təlim iştirakçılarından maliyyə savadlılığı barədə növbəti mərhələ üçün –təqdimat, inşa və digər kiçik layihələr təqdim etmək təklif olunacaq.Təlimlər bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyi ilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılacaq. Müsabiqə iştirakçılarının işləri layihənin sonunda çap olunacaq, jurnalda ətraflı şəkildə işıqlandırılacaq.Təlimlər və müsabiqə bitdikdən sonra layihənin davamlılığını təmin etmək üçün iştirakçı 4 kənd məktəbində “Məktəbin savadlı maliyyəçiləri” dərnəyi yaradılacaq.
Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib
Xəbərlər
Şagirdlər arasında özünü düzgün ifadə edə bilmək, auditoriya qarşısında nitq söyləmək, müxtəlif mövzularda tədqiqat aparmaq və təqdimat edə bilmək bacarıqlarının inkişafı məqsədi ilə Quba məktəbliləri arasında yeni layihənini icrasına başlanılıb.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən ""Orator" səyyar natiqlik dərnəyi" layihəsinin ilk təlimləri Quba rayonunun Talabıqışlaq kənd tam orta məktəbində təşkil edilib. Təlimlərə Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbi və Quba rayonu Küçeyi kənd ümumi orta məktəbində təhsil alan 15 nəfər 7-9-cu sinif şagirdləri cəlb edilib.Tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihənin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib, bu kimi layihələrin gənc nəslin inkişafında müstəsna rol oynadığını qeyd edib.Təlimçi Ülvi Məmmədov tərəfindən şagrdlərə “İctimai natiqlik”, “Təqdimat bacarıqları”, “Debat və onun prinsipləri”, “Bədən dili və kütlə qarşısında çıxış” mövzularında təlimlər keçirilib.Təlimin yekununda iştirakçılar sürtifikatlarla təltif olunublar.Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun daha 9 kənd ərazisində yerləşən məktəblərdə ümumilikdə, 150 nəfər şagirdi əhatə edəcək təlimlər təşkil olunacaqdır.Təlimlərdən sonra şagirdlər “Sosial şəbəkələr təhsilin inkişafına müsbət təsir göstərir” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edəcəklər. Müsabiqənin yekununda münsiflər heyyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri layihə çərçivəsində diplom, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaqdır.
Ucarda qrant layihənin bağlanış mərasimi keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan Ucar rayonu Alpı kənd tam orta məktəbinin "Məktəbin savadlı maliyyəçiləri" layihəsinin bağlanış mərasimi keçirilib.Bağlanış mərasimində Ucar rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin direktorları və müəllimləri iştirak edib.Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözləri ilə açan layihə qalibi, Alpı kənd tam orta məktəbinin direktoru Səidə Quliyeva qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyəti və mahiyyəti barədə danışıb.Daha sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.Layihənin məqsədi ucqar kənd məktəblərinin şagirdlərinin qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.4 ay müddətində həyata keçirilən layihədə 4 kənd məktəbinin 60 şagirdi ilə 2 qrup şəklində, ümumilikdə, 5 gün ərzində pul nişanları, qənaət və israf, pulun tarixi və büdcə anlayışları mövzularında 30 saatlıq təlimlər təşkil olunub.Qeyd edək ki, "Məktəbin savadlı maliyyəçiləri" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində "ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qalib olub.
STEAM- sizlərlə GƏLƏCƏK
Xəbərlər
Balakən rayon Qazbinə kənd tam orta məktəbində “STEAM-sizlərlə GƏLƏCƏK” layihəsinin icra prosesi yekunlaşıb.  Ötən ilin sentyabrından başlayan layihə üzrə dərslərə 15 şagird cəlb olunub. 5-9-cu sinif şagirdləri üçün keçirilən STEAM dərslərində məktəblilər 3D modelləşdirmə ilə real həyatda istifadə edə biləcəkləri modellər yaradaraq 3D printerdə çap etmək bacarığını formalaşdırıblar. "Matatalab", "Lazer CNC" ilə tanışlıq və kəsim, VR və AR ilə iş öyrəniblər.Layihə çərçivəsində dərs prosesində istifadə olunması məqsədi ilə "Snapmaker 2.0" modular "A250 en 3d laser engraving" printer, "LEGO Education SPIKE Prime", "Education starter kit for bbc microbit", "Merge VR/AR headset", "3d pen v2, 3D Printer Filaments, Matatalab Pro SET" ədəd, "Matatalab Lite" avadanlıqlar alınıb. Alınan bütün avadanlıqlar məktəbin invertar siyahısına əlavə olunaraq  şagirdlərin istifadəsi üçün əlçatan olacaq. Layihənin əsas məqsədlərindən biri ucqar kənd məktəbində STEAM ləvazimatları əsasında şagirdləri ən son texnolojilərlə tanış etmək, beynəlxalq yarışlarda onların iştirakına şərait yaratmaqdan ibarətdir. Layihənin icrası  25 yanvarda başa çatıb.
“Vətənpərvər məktəblilər” adlı layihə davam edir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinin üçüncü mərhələsi təşkil edilib.Goranboy rayonu Veyisli kənd tam orta məktəbdə təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında qonaqlara və iştirakçılara layihə haqqında ətraflı məlumat verib.Daha sonra Şəhid Nofəl Nuriyevin anası Fatma Nuriyeva şəhidlərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıdan ətraflı söz açıb, layihələrin vacibliyindən bəhs edib.Çıxış edən Vətən müharibəsi iştirakçıları, qazi Tural Namazov və qazi Paşa Həsənov keçdikləri döyüş yolundan iştirakçılara ətraflı məlumat verib, layihənin əhəmiyyətindən bəhs edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilib.Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Xəbərlər
Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsini elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
"Məktəbimizin xarizmatik natiqləri" layihəsinin bağlanış mərasimi
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Məktəbimizin xarizmatik natiqləri" layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Bakı Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova, XRİH-nin şöbə müdiri Pənah İmanov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə, Bakı şəhəri 264 nömrəli məktəb-liseyin direktoru Mehriban Mustafayeva, Zəkalar liseyinin direktor müavini Lalə Məmmədova, layihənin təlimçisi Nəcəf Allahverdiyev, müəllimlər və valideynlər iştirak edib. Layihədə iştirak edən şagirdlər sertifikatlarla təltif edilib. Qeyd edək ki, layihənin məqsədi "Məktəbimizin xarizmatiq natiqləri” təlimlərinin keçirilməsi ilə 9-11-ci siniflərdə təhsil alan şagirdlərimizin natiqlik qabiliyyətinin artırılmasıdır.
“Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!
Xəbərlər
Göyçayda Ləkçıplaq kənd bir nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalibi “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, bölgələrdə bu kimi layihələrin icra olunması vacibdir.Layihəni həyata keçirməkdə məqsəd Göyçay rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində Göyçay rayonundan şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz ingilis dili kursu fəaliyyət göstərib. İngilis dili kursunun təlim proqramına uyğun olaraq iştirakçılara ingilis dilində oxu, yazı, dinləyib-anlama bacarıqları öyrədilməklə kursun təlim proqramına uyğun olaraq "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilib.Layihənin eksperti Ziba Məmmədova kursda təhsil alan 15 şagirdin ilkin test imtahan nəticələrinə əsasən seçildiyini  və hər 4 dərsdən bir nəticələrin müqayisəsi üçün test imtahanı keçirildiyini diqqətə çatdırıb.Sonda kursu bitirən müdavimlərə diplom və sertifikatlar təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Xəbərlər
Fevralın 27-dən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır.  Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.  Layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.  Qrant müsabiqəsi barədə ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz: Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi
“Yaxşıların Yaxşısı” sosial- psixoloji layihə uğurla yekunlaşdırılıb
Xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan  Bakı şəhər Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin müəllimi Şölə Fərəclinin rəhbərlik etdiyi “Yaxşıların Yaxşısı” layihəsi uğurla yekunlaşdırılıb.Layihə çərçivəsində Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin 30 şagirdi psixoloq tərəfindən müxtəlif təlimlər və fərdi seanslara cəlb edilib.Əsasən “stress və aqressiyadan xilas olmaq”, “hiss və həyəcanı idarə etmək”, “sosial-psixoloji mühitə adaptasiya” kimi mühüm təlimləri əhatə edən layihə 5 ay müddətində davam edib.Layihə rəhbəri Şölə Fərəcli inkişafında gerilik olan şagirdlərin təhsil prosesində özünü ifadə, nitq bacarıqlarının təkmilləşdirilməsi,özünəqapanma, cəmiyyətdən təcrid olunduğunu zənn edən yeniyetmələrdə aqressivlik, depressiyaya meyillilik dərəcəsinin, həmçinin ailədaxili gərginliyin səviyyəsinin müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi, valideyinlərin etinasızlığı və bu etinasızlığın törətdiyi faciələrin araşdırılmasına xidmət etdiyini bildirib.Layihənin uğurunun nəticəsi olaraq, şagirdlərdəki ilk və son nəticələrə görə müsbət şəkildə dəyişdiyini qeyd edən ekspert Aynur Quliyeva bu kimi layihələrin şagirdlərin psixoloji inkişafına, və təhsilində inkişaf etdirilməsinə səbəb olduğunu bildirib.Layihənin psixoloqu İlahə xanım layihə çərçivəsində keçirdiyi təlimlərdən başqa, fərdi seansların əhəmiyyətindən, şagirdlərdə ailədaxili münaqişələrin yaratdığı mənfi təsirlərdən qurtarmaq, təhsilə və özünüinkişafa adaptasiya etmələri, sağlam mühitə inteqrasiya etmələrinə güclü müsbət təsir bağışladığını bildirib.Qeyd edək ki, layihənin davamlılığında fərdi seansların davam etdiriləcəyi nəzərdə tutulub.
Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir.Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək. Namizədlərə verilən tələblər:1. Ali təhsil;2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə;3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək); 4. İKT-dən istifadə bacarığı;5. Komandada işləmək və əməkdaşlıq bacarığı;6. Qiymətləndirmə və rəy yazmaq bacarığı.Müraciət üçün son tarix: 29 mart 2024-cü ilTələblərə cavab verən şəxslər müraciətlərini buradan göndərə bilərlər. Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq. 
"Sağlam ol, çox yaşa" sağlamlıqla bağlı maarifləndirmə layihəsi yekunlaşıb
Xəbərlər
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Sağlam ol, çox yaşa” sağlamlıqla bağlı maarifləndirmə layihəsi yekunlaşıb.Sevda Əhmədovanın rəhbərlik etdiyi layihə çərçivəsində təlimlər Bakı şəhəri A.Səfərov adına 114 nömrəli tam orta məktəbində keçirilib. Belə ki, layihənin icra planına uyğun olaraq 100 şagird üçün təlim keçirilib. Həmçinin təlimdən əvvəl şagirdlərin ilkin biliklərinin yoxlanılması məqsədi ilə sorğu aparılıb.Layihə boyunca, ümumilikdə 12 təlim olmaqla həftədə 3 dəfə həyata keçirilib.4 aylıq dövrü əhatə edən layihənin həyata keçirilməsində məqsəd məktəbdə V-VI sinif şagirdlərinin sağlamlıqla bağlı müəyyən olunmuş istiqamətlərdə (göz, fiziki inkişaf, ağız boşluğu infeksiyaları, dəri xəstəlikləri) maarifləndirici görüşlər keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsi üçün sağlam həyat tərzini təbliğ etmək, məktəb şəraitində sağlam mühitin yaradılmasına nail olmaqdır.
Gəncədə qrant layihənin icrası yekunlaşıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant qüsabiqəsinin qalibi olan Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin “Biz də sizdən biriyik, ən yaxşıya layiqik” layihəsinin icrası sona çatıb. Qeyd edək ki, layihə çərçivəsində məktəbin 7 nəfərdən ibarət müəllim heyəti “Özel eğitim uygulamaları” mövzusunda 5 günlük təlimdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə səfər ediblər. Səfər müddətində müəllimlərimiz İstanbul İl Milli Eğitim Müdürü Doç.Dr. Murat Mücahit Yenitür ilə görüşüb, “İstanbul Araştırma Merkezi”ndə, “Beşiktaş Saadet Özel Eğitim Meslek okulu”nda, “Kadıköy Sevgi Özel Eğitim anaokulu”nda və “Mediha Turhan Tansel özel eğitim uygulama okulu”nda olublar. Müəllimlərimiz məktəblərdə xüsusi təhsilin fərqli qaydalarını əyani olaraq izləmiş, sağlamlıq imkanları məhdud, əqli cəhətdən geriliyi olan uşaqların təlim-tərbiyəsi ilə əlaqədar Beynəlxalq təcrübəyə əsaslanaraq "Türkiye özel eğitim" məktəblərində təkmilləşmə, ixtisaslaşma və təcrübə mübadiləsi keçiblər.
Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbin 90 şagirdi Peşə Təhsil Mərkəzində
Xəbərlər
Məktəblilərin peşə mərkəzlərinə ekskursiyası davam etdirilir. Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbdə təhsil alan 90 şagird Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya ediblər. Şagirdlərin ekskursiyası hər birində 30 nəfər olmaqla 3 qrup halında təşkil edilib.Ekskursiya zamanı layihə rəhbəri Nizami Əsgərov şagirdlərə həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib. O qeyd edib ki, peşə liseylərinə qəbul şagirdlərin IX sinfin buraxılış imtahanında topladığı bal əsasında aparılır: “Sizə paylanılan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları əks olunub. Bukletdə, həmçinin əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat yer alıb”.Daha sonra təlimçi Gülsarə Həsənova və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Əminə Məmmədova şagirdlərə Peşə Təhsili Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verib.Bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə 24 ixtisas tədris olunur. Hazırda mərkəzdə Avtomobillərin təmiri çilingəri, avtomobil üzrə elektrik, avtomatika sistemlərinin istismarı, nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, elektronika və kommunikasiya sistemlərinin istismarı, kiber təhlükəsizlik, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, kompüter sistemlərində proqramlaşdırma peşələri öyrədilir. Sonda şagirdlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki tədris şəraiti, təhsil imkanları ilə tanış olublar.Qeyd edək ki, peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutur.   
Qız şagirdlərin yaradıcılıq dərnəyi
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Qız şagirdlərin yaradıcılıq dərnəyi” layihəsinin bağlanış mərasimi keçirilib.Mərasim Ağcabədi Bayraq Muzeyində baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər və şagirdlər iştirak edib. Öncə çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd ümumtəhsil məktəblərdəki qız şagirdlərin yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, ictimai-sosial həyatda aktiv, onlar arasından istedadlıların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarət olub.Bildirilib ki, layihə hazırlamadan öncə mövcud problemlər araşdırılmış və onların aradan qaldırılması istiqamətində layihənin vəzifələri təyin edilmişdir.Layihə çərçivəsində Ağcabədi rayon məktəblərində geniş təbliğat işləri aparılıb, bu sahədə ekspertlər və xüsusi qonaqlar layihənin gedişatında iştirak edib, 40 qız şagird üçün ustad dərslər keçirilib, layihə çərçivəsində müsabiqə və sərgilər təşkil olunub, qız şagirdləri üçün yaradıcılıq dərnəyinin təşkil edilib, həmçinin layihənin bütün hissələrini özündə əks etdiran jurnal çap olunub.Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin uğurla yekunlaşdığını qeyd ediblər.
“Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri” layihəsi uğurla yekunlaşıb
Xəbərlər
Lənkəran rayon A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi Aynur Məmmədovanın təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra etdiyi “Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri” layihəsi  yekunlaşıb.Əsas məqsədi şagirdlər arasında rəqabət şərtləri əsasında kompüter dəstəkli dizayn proqramlarını tədris etmək yoluyla gənclər arasında yeni texonologiyanın dəstəyi ilə yaradıcılığı inkişaf etdirmək və müasir rəqəmsal dünyanın tələblərinə uyğun gənc mütəxəssislərin yetişməsinə imkanlar yaratmaqdır.Layihə çərçivəsində Lənkəran şəhərinin 2 orta məktəbinin hər birindən 15 nəfər, ümumilikdə 30 şagird rəqabət şərtləri əsasında seçilərək 2 ay müddətində kompüter dəstəkli dizayn proqramlarında iştirak edib və bu sahədə mühüm bacarıqlar qazanıblar. Layihə əsasən gənclərin texnologiya və yaradıcılığını inkişaf etdirməklə, onların gələcəkdə bu sahədə işlə təmin olunma potensialını artırmağa yönəlib. Belə ki, layihə çərçivəsində şagirdlər "Power Point", "Photoshop" və "Corel Draw" kimi təqdimat, dizayn və qrafika proqramlarını mənimsəyib, kompüter dizaynı bacarıqlarını təkmilləşdirib və yaradıcılıqlarını inkişaf etdirmək imkanı qazanıblar.  Təlimlər nəticəsində şagirdlər həmçinin effektiv məqsəd qoyma və vaxtın idarə edilməsi vərdişlərinə də yiyələniblər.İki aylıq təlim proqramının sonunda hər iki məktəbin şagirdləri arasında dostluq müsabiqəsi keçirilib, onlar rəbqabətli və əyləncəli mühitdə öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar. Müsabiqədə qaliblər mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim edilib."Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri" layihəsinin uğuru kompüter dizaynı təhsilinin əhəmiyyəti haqqında məlumatlılığın artmasına və daha çox məktəb şagirdinin oxşar layihələrə qoşulmasına təkan verə bilər.
“Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsi yekunlaşıb
Xəbərlər
 Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsinin qalibi – Tükəvilə kənd tam orta məktəbinin müəllimi  Lalə Əzizovanın rəhbəri olduğu  “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin bağlanışı  tədbiri baş tutub. Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbində baş tutan tədbirdə məktəb rəhbərləri, müəllimlər, layihə komandasının üzvləri və layihəyə seçilmiş məktəblilər iştirak edib. “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi” layihəsinin rəhbəri Lalə Əzizova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Layihə çərçivəsində görülən işlərə qısa nəzər saldıqdan sonra layihə çərçivəsində təlimlərdə əldə etdikləri bacarıqları ictimaiyyətə təqdim etmək üçün  “mənim startapım” adlı sessiyanı açıq elan edib.  “Məktəblilərdə STARTAP təşəbbüskarlığının yaradılması və inkişaf etdirilməsi”  layihəsinin təlimçisi  Rafət Şirəliyevin moderatorluğu ilə məktəblilər 6 komanda olaraq startap bizneslərini təqdim ediblər.  Layihənin ana xəttinə uyğun olaraq Qarabağımızın iqtisadi inkişafı hədəf seçilərək təqdim olunan ideyalar tədbir iştirakçılarının böyük marağı ilə müşayiət olunub.  Biznes ideyalarda həm Qarabağımızın tanıtımının, həm də Qarabağımızın əhalisinin məşğulluq imkanlarının artırılmasının yeni innovativ proqramlarla təmin olunması ifadə olunub. Həmçinin, bütün proseslər boyunca BMT-nin dayanıqlı inkişaf məqsədlərinin hər birinin qorunması xüsusilə nəzərə alınıb. Təqdimatın sonunda moderator hər bir biznes ideyanı auditoriyanın müzakirəsinə təqdim edib. Böyük maraqla izlənilən təqdimat sessiyası bitdikdən sonra çıxışlara yer verilib.Layihənin digər təlimçisi  Samir Salayev çıxış edərək qeyd edib ki, layihənin icra planına uyğun olaraq əvvəlcə Qarabağ ərazilərinin iqtisadi-coğrafi potensialı şagirdlər üçün təhlil olunub, Qarabağda  səmərəli biznes ideyaları düşünmək üçün təbii resurslar haqqında məlumatlar verilib. Bundan sonra isə şagirdlərdə real startap ideyalarını təqdimetmə bacarıqlarının yaradılması üzrə toplamda hər biri 2 saat olmaqla 16 təlim həyata keçirilib. Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova öz çıxışında məktəblilərin uğurlu təqdimatlarına toxunaraq bu nailiyyətin əldə olunmasında layihə komandasının işini yüksək dəyərləndirib. Yaradılan imkanlara görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü ifadə edib.Lənkəran rayonu Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva çıxış edərək qeyd edib ki, şagirdlərinin biznes ideyalarını uğurla təqdim etməsi sevindiricidir. Layihə boyunca həyata keçirilən təlimlər qısa müddətdə olsa da,  məktəblilərin bacarıq və vərdişlərində yeni müsbət istiqamətlərə yol açıb. Çıxışlar bitdikdən sonra layihə çərçivəsində təşkil olunan təlimləri uğurla başa vuran  məktəblilər xüsusi sertifikatlarla təltif olunub. 

“FərqindəSƏN” layihəsinin bağlanış tədbiri keçirilib
Xəbərlər
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “FərqindəSƏN” layihəsinin bağlanış tədbiri keçirilib. Bağlanış mərasimində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov, təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Etiram Sadıqzadə və digər qonaqlar iştirak ediblər. Bağlanış tədbirində çıxış edən layihə rəhbəri Mətanət Kərimova qonaqlara layihənin icrası haqqında geniş məlumat verib.Tədbirdə çıxış edən Etiram Sadıqzadə ölkəmizdə bu kimi layihələrin icrasının vacib olduğunu qeyd edərək, növbəti illərdə də bu kimi tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirib.Tədbirdə çıxış edən Ramin Mahmudov isə layihənin Quba məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasında valideynlərinin rolunu artırdığını və layihənin öz məqsədinə nail olduğunu vurğulayıb. Qeyd edək ki, layihə çərçivəsində psixloq Ofelia Əliyeva tərəfindən Quba məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri üçün səkkiz modulu əhatə edən təlimlər keçirilib. Sonda iştirak edən iştirakçılar layihə haqqında öz fikirlərini bölüşüblər, onlara sertifikatlar təqdim edilib.
Birlikdə güclüyük!
Xəbərlər
Şabran rayonu Elman Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin direktoru Aysel Quliyevanın  rəhbəri olduğu “Birlikdə güclüyük!” adlı layihə icrasına davam edir.Layihənin məqsədi sağlamlıq imkanları məhdud təhsilalanlarla bağlı mövcud maneə və çətinlikərin, həmçinin mövcud resursların müəyyən edilməsi, onların təhsilə cəlb edilməsini, keyfiyyətli təhsillə əhatə olunmasını təmin etməkdir. Layihə bir neçə istiqamət üzrə fəaliyyət göstərir : tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllimlərin bacarıqlarının artırılması, onlar üçün resursların yaradılması, ictimai maarifləndirmə tədbirlərinin təşkili və sağlamlıq imkanları məhdud şagirdlərin tibbi ləvazimatlarla təminatı üzrə aparılır. Layihə çərçivəsində Şabran rayonunda yerləşən ümumtəhsil məktəblərinin müəllimləri üçün təlimlər keçirilir. Təlimlər inklüziv dəyərlər, əlilliyə sosial və tibbi yanaşma, tədris proqramı və materiallarının təkmilləşdirilməsi, müəllimlərin bacarıqlarının artırılması, təlim prosesində yaranan çətinliklər, o cümlədən valideynlərlə əməkdaşlığın artırılması və digər bu kimi mövzuları əhatə edir. Bundan əlavə, ümumi təhsil müəssisələrinin müəllimlərinə sağlamlıq imkanları məhdud şagirdlərlə təlim prosesinin səmərəli təşkilinə kömək etmək üçün “Birlikdə güclüyük!” adlı metodik vəsait hazırlanıb. Vəsaitdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüzivliyin əsasları, inklüziv pedaqoji fəaliyətin əsasları və layihəmizdə iştirak edən valideynlərin bu barədə görüşləri öz əksini tapıb. O cümlədən, onlara dəstək məqsədilə rayonun müxtəlif ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərə tibbi avadanlıqlar (inhaliyasiya, şəkər, təzyiq aparatları, eynək,stol,stul), müxtəlif hədiyyələr təqdim edilmiş və onların sosiallaşması istiqamətində tədbirlər təşkil edilib.
“Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsinin yekun tədbiri
Xəbərlər
287 nömrəli Zəkalar liseyində “Dinləyərək danışıram, oxuyaraq yazıram” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə liseyin direktoru Aygün Əhmədli,  Elm və Təhsil Nazirliyinin əməkdaşı Günel Əhmədova və 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva, liseyin direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.İlkin olaraq layihə rəhbəri Könül İslamova tədbiri açıq elan etdikdən sonra layihənin məqsədi, aylar üzrə görülən işlər və onların ardıcıllığı, aparılan monitorinq və onların nəticələri barədə məlumat verib. Daha sonra dərslərin qrafiklər üzrə keçirilməsi, davamlı olaraq görülən işlərin işıqlandırılması barədə də təqdimatla çıxış edib.Sonra söz yazı bacarıqlarını  tədris edən Sədaqət Qasımovaya verilib. O, çıxışında şagirdlərin mərhələli şəkildə asandan çətinə doğru biliklərinin möhkəmləndirməyini, dərsə olan maraqlarını vurğulayaraq, şagirdlərdə müşahidə olunan inkişafı xüsusi qeyd edib. Daha sonra  oxu bacarıqları üzrə müəllimi Fatimə Süleymanova öz növbəsində gördüyü işlərdən , müxtəlif oxu materiallarından istifadə edərək şagirdlərin oxu vərdişlərini formalaşdırma prosesindən söz açıb. Sonra layihə iştirakçılarından bir qrup şagird dinləmə dərslərində  üzərində çalışdıqları mahnını ifa ediblər.Növbəti çıxış layihənin dinləmə bacarıqlarını tədris edən Nigar İbrahimovaya verilib. O, dinləmənin dilin öyrənilməsindəki əhəmiyyətindən söz açıb. O, dinləmə zamanı müxtəlif materiallardan, mətn, video və musiqi nümunələrinin şagirdlər tərəfindən necə sevilərək qarşılandığından və dərsə marağını xüsusi qeyd edib.Danışıq bacarıqları ilə bağlı Nigar Vəliyeva  müxtəlif oyun, debat, dialoq və hadisələrin təsviri ilə bağlı apardığı dərs nümunələrindən danışıb. Daha sonra şagirdlərin dərslərlə bağlı ingiliscə hazırladıqları rəylər videoçarx vasitəsilə  tədbir iştirakçılarına təqdim olunub. Daha sonra şagirdlər nəaliyyətləri üzrə sertifikatlarla təltif olundular. Tədbirin sonunda liseyin direktoru Aygün Əhmədli çıxış edərək layihə rəhbəri və onun komandasına uğurlar arzulayıb, gördükləri işin əhəmiyyətini qeyd edib.Sonda məktəblilər layihənin  təşkilatçılarına təşəkkür edib, xatirə şəkilləri çəkilib.
“Məktəb jurnalistikası” qrant layihəsi üzrə viktorina keçirilib
Xəbərlər
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə  Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində “Məktəb jurnalistikası” qrant layihəsi üzrə viktorina keçirilib.Viktorinanın keçirilməsində əsas məqsəd layihənin yekununda uşaqların qazandığı bilik və bacarıqların yoxlanılmasıdır.Məktəb-liseyin direktoru, layihənin rəhbəri Gülşən Orucova viktorinada uşaqlara uğurlar arzulayıb: “Layihəyə məktəb-liseyin 50 şagirdi böyük maraqla qoşulub. Təlimlərdə iştirak edən şagirdlər cəmiyyətin və insanın həyatında konkret yer tutan jurnalistika haqqında təsəvvürlərini genişləndirib, etibarlı məlumatları saxta xəbərlərdən ayırmağı öyrəniblər. Eyni zamanda, şifahi və yazılı nitqi səriştəli və daha səlis idarə etmək vərdişlərini inkişaf etdiriblər”.Sonra komandalara bölünmüş şagirdlərə suallar verilib, cavablar münsiflər tərəfindən qiymətləndirilib.Yarışmada iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə və sertifikatlarla mükafatlandırılıblar.Qeyd edək ki, “Məktəb jurnalistikası” qrant layihəsi çərçivəsində şagirdlər yazı bacarıqları, media mətninin yazılması, natiqlik, fotoşəkillərin çəkilməsi, saytda məzmunun idarəedilməsi kimi təlimlərə cəlb olunublar.
“Kod Da Vinçi - Qarabağda” layihəsi yekunlaşıb
Xəbərlər
Şagirdlərin intellektual bazasını genişləndirmək, onların Qarabağın tarixi haqqında biliklərini möhkəmləndirmək məqsədi daşıyan “Kod Da Vinçi - Qarabağda” layihəsi yekunlaşıb. Bərdə şəhər 5 nömrəli məktəbin tarix müəllimi Aynur Baxşalıyevanın rəhbərlik etdiyi layihə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər olmaqla ümumilikdə 5 rayonu əhatə edib. Komandalararası sual-cavab və yarış xarakterli oyunlarla müşayiət olunan layihə şagirdlərin Qarabağ mədəniyyyəti, incəsənəti, tarixi ilə bağlı məlumatlılığını artırmaqla yanaşı, müasir dövrün ən əsas tələblərindən olan komanda ilə işləmək, əməkdaşlıq etmək, araşdırma bacarıqlarını da formalaşdırıb.Qarabağ regionunda yaşayan 150-dən çox məktəblini (hər rayondan 30 şagird olmaqla) əhatə edən “Kod Da Vinçi - Qarabağda” layihəsi bu məktəblilər arasında ünsiyyətin genişlənməsinə, onların sosiallaşmasına da xidmət edir.Rayonlararası intellektual yarışların final mərhələsində keçirilən oyunda qalib komanda Bərdə Şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəb olub və komanda üzvləri mükafatlandırılıblar.Əlavə olaraq qeyd edək ki, layihənin davamlılığını təmin etmək üçün Bərdə rayon təhsil sektorunun nəzdində məktəblilər üçün İntellektual Oyunlara Hazırlıq Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəzə hər məktəb üzrə bir gənc müəllim koordinator təyin ediləcək və bu cür oyunlara maraq göstərən məktəblilər üçün müvafiq şərait yaradılacaq.
"TechnoMan" klubunun üzvləri Şirvan Steam Mərkəzinə ekskursiya ediblər
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "TechnoMan" layihəsinin davamlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərən "TechnoMan" klubunun üzvləri 24 aprel 2024-cü il tarixində Şirvan STEAM Mərkəzinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi "TechnoMan" klubunun üzvlərinin layihə çərçivəsində əldə etdikləri kodlaşdırma və dizayn bacarıqlarını EV3 robotları üzərindən tətbiq edərək inkişaf etdirməkdir."TechnoMan" klubunun üzvləri, Şirvan STEAM Mərkəzinin şagirdlərinin köməkliyi ilə ilk sadə robotlarını hazırlayaraq onu proqramlaşdırıblar. Qeyd edək ki, layihənin davamlılığında klub üzvlərindən 1 komanda seçiləcək və onlar EV3 robotu üzərindən əldə etdikləri bilik və bacarıqlarını Dünya Robot Olimpiadasının Azərbaycan seçmələrinə qoşularaq sınaqdan keçirəcəklər.Xatırladırıq ki, "TechnoMan" qrant layihəsi Salyan rayon H.Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbin informatika müəllimi Məmmədli Zeynəb tərəfindən icra olunur.
RFO-dan 3 qızıl, 4 gümüş, 5 bürünc medal
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan "Elmi savadlılıq üçün Fizika ll" layihəsinin sınaq imtahanında (onlayn) 100 şagird iştirak edib. Layihədə iştirak üçün seçim imtahanından sonra 58 nəfər şagird onlayn dərsələrə cəlb olunub.Həftədə 3 saat olmaqla (ümumlikdə 90 saat) dərs tədris edilib. Nəticələrə əsasən layihə iştirakçıları respublika fənn olimpiadasında (RFO) 3 qızıl, 4 gümüş və 5 bürünc medala layiq görülüb.Xatırladaq ki, Sumqayıt şəhər və müxtəlif regionlardan olan şagirdlərin respublika fənn olimpiadalarına və respublika fənn müsabiqələrinə hazırlığı, istedadlı şagirdlərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi layihənin əsas hədəfidir.
"First Göygol Robotics" layihəsinin təlimləri yekunlaşıb
Xəbərlər
VII qrant müsabiqəsi çərçivəsində qalib olan "First Göygol Robotics" layihəsinin təlimləri yekunlaşıb.Təlimlərə Göygöl rayon Üçtəpə, Qırıxlı kənd tam orta məktəbin, Bəhrəmbəy kənd ümumi orta məktəbin, Göygöl şəhər 3,4,5 nömrəli tam orta məktəblərindən seçilmiş VII-IX sinif şagirdlərindən 40 nəfər müdavim cəlb edilib.Layihə çərçivəsində 40 saatlıq təlim (həftənin şənbə və bazar günləri, hər təlim 2 saat olmaqla) və 6 praktiki məşğələ keçirilib. Təlimlər müddətində şagirdlər Dron blok proqramlaşdırma texnologiyaları, 3D dizayn, CNC lazer kəsim, Microbit və arduino ilə kodlaşdırma, “Lego Spike Prime Education” dəsti vasitəsilə robotların hazırlanması texnologiyalarına aid bilik və bacarıqlara yiyələniblər. Nəticələrə əsasən Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edən “Galactic Power” komandasının üzvləri “Mexatronika” kateqoriyası üzrə respublika birincisi olaraq qızıl medal qazanıb. Bundan əlavə, “İnnovativ sərgi” kateqoriyası üzrə isə “Young Engineers” komandasının üzvləri də qalib seçiliblər. Həmçinin 2-3 mart tarixlərində “First Lego League Challange 2024″ Azərbaycan turnirində layihə müdavimləri Leyla Abdullayeva, Səmayə Şahverdiyeva, Mehdi Abdullayev respublika üçüncülüyünə layiq görülüb.Xatırladaq ki, layihənin davamlılığı üçün təlimlər bitdikdən sonra yarış qalibləri olan şagirdlər mentor kimi fəaliyyət göstərib, keçiriləcək müsabiqələrə müdavim hazırlayacaqlar. Hal-hazırda onların Dünya Robot Olimpiadasında iştirak üçün məşqləri davam edir.
Ölkəmizi qrant tətbiqi ilə tanıyaq
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qrant qazanmış ""Mənim Vətənim" mobil tətbiqi" layihəsi Azərbaycan coğrafiyasını interaktiv və əyləncəli bir şəkildə daha dərindən öyrənmək imkanı verir. Layihə çərçivəsində Azərbaycanın əsas coğrafi obyektləri haqqında məlumatların toplanması və işlənməsi məqsədilə ekspertlər və könüllü coğrafiya müəllimləri ilə əməkdaşlıq edilib. Toplanmış məlumatlar əsasında qrafik xəritələr hazırlanıb və həmin məlumatlar tətbiqə inteqrasiya edilərək funksional tətbiq yaradılıb. Tətbiq iki rejimdə fəaliyyət göstərir: Öyrənmə və oyun rejimləri. Tətbiq daxilində hər iki rejimdə iqtisadi rayonlar, çaylar, göllər, su anbarları, dağlar, milli parklar, su kanalları, Xəzər dənizi, tarixi məkanlar və faydalı qazıntılar kimi kateqoriyalar yer alır. Qeyd edək ki, mobil tətbiqin ana səhifəsinə "Böyük Qayıdış" kateqoriyası da əlavə edilib. Mobil tətbiqdən əlavə olaraq, layihənin veb saytı da yaradılıb. Veb saytda müxtəlif məlumatlar və test tapşrıqları yer alır. Saytın əsas xüsusiyyətlərindən biri, hər bir müəllimin (istifadəçinin) hesab yaradaraq öz məqalə, test tapşırığı və anket sorğularını sayta yerləşdirməsidir. Hazırda mobil tətbiqdən 150-dən çox istifadəçi aktiv şəkildə istifadə edir və istifadəçilərin çoxu tətbiqin keyfiyyət göstəriciləri olan beş ulduzlu şkala ilə qiymətləndirilir.Xatırladaq ki, Yusif Vahabzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan coğrafiyasını interaktiv oyun şəklində şagirdlər tərəfindən öyrənilməsini, həmçinin müxtəlif siniflər üzrə coğrafiya fənninin tədris edilməsini asanlaşdırmaqdır.Tətbiq üçün keçid: https://play.google.com/store/apps/details...
Qrant müdavimləri Beynəlxalq Coğrafiya Olimpiadasının seçmə imtahanında
Xəbərlər
İyunun 2-də Bakı şəhəri Kimya-biologiya təmayüllü liseydə Beynəlxalq Coğrafiya Olimpiadasında iştirak edəcək komandanın seçim imtahanı keçirilib. İmtahanda Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan “Beynəlxalq coğrafiya olimpiadalarına (iGeo və eGeo) hazırlıq" layihəsinin müdavimləri iştirak edib. Qeyd edək ki, layihə çərçivəsində beynəlxalq coğrafiya kurikulumu əsasında beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq dərsləri təşkil edilib. Bundan əlavə, müdavimlərin yay aylarında ölkə komandası ilə intensiv yay düşərgəsinin təşkili nəzərdə tutulub.Xatırladaq ki, “Beynəlxalq coğrafiya olimpiadalarına (iGeo və eGeo) hazırlıq"  layihəsinə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin beş il ardıcıl qalibi olan Yaşar Seyidəliyev rəhbərlik edir. Layihə çərçivəsində təlimlərə cəlb edilən şagirdlər Azərbaycana beynəlxalq coğrafiya arenasında “fərdi” kateqoriya üzrə 5 bürünc, “komanda təqdimat” kateqoriyası üzrə isə bir qızıl medal qazandırıb.
“Məktəb jurnalistikası” qrant layihəsinin şagirdləri ekskursiyada
Xəbərlər
Bakı şəhəri T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin şağirdləri "Məktəb jurnalistikası" layihəsi çərçivəsində Şahdağ Milli Parkına aid olan Şamaxı bölgəsinə səfər ediblər.Səfər zamanı şağirdlər və müəllimlər H.Əliyev Mərkəzi, M.Ə.Sabirin ev muzeyi, qədim Cümə Məscidi, Pirqulu qoruğunun təbiəti ilə tanış olublar. Bundan əlavə, məktəblilər ekskursiyada ekoloji, intellektual və fəal oyunlarla səmərəli vaxt keçiriblər.Ekskursiyanın keçirilməsində məqsəd uşaqların dünyagörüşünün artırılması, tarixi biliklərinin zənginləşdirilməsi, ekoloji sahədə maarifləndirilməsi, müvafiq sahədə praktik biliklərin əldə edilməsindən ibarətdir.Xatırladaq ki, “Məktəb jurnalistikası” qrant layihəsi çərçivəsində seçilən 50 şagird yazı bacarıqları, media mətninin yazılması, natiqlik, fotoşəkillərin çəkilməsi, saytda məzmunun idarəedilməsi kimi təlimlərə cəlb olunublar.
Laçın məktəbində qrant layihənin bağlanış mərasimi keçirilib
Xəbərlər
"LOGOS şagirdlərin nitq və ünsiyyət yönlü bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin bağlanış mərasimi Laçın rayon Ramiz Musayev adına Vağazin kənd 1 nömrəli tam orta məktəbdə keçirilib. Bağlanışda Elm və Təhsil Nazirliyinin Laçın şəhər təhsil şöbəsinin metodisti, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilərin natiqlik və təqdimat bacarıqlarının artırılmasına dəstək olmaq və regionda təlimçi bazası yaratmaq, 10 müəllim üçün "Təlimçilər üçün təlim” formatında natiqlik təlimlərinin keçirilməsi,10 məktəbdə natiqlik klublarının yaradılmasından ibarətdir.Layihə çərçivəsində 10 kənd məktəbində çalışan 10 nəfər  müəllim (hər məktəbdən 1 müəllim olmaqla)  Taxtakörpü qəsəbəsində təşkil olunmuş 2 günlük TOT təlimlərinə cəlb olunub. Bundan əlavə, 10 məktəbin hər birindən 5 şagird olmaqla, (8-11-ci sinif şagirdləri) ümumilikdə 50 nəfər 2 günlük "Natiqlik və təqdimat", "Ünsiyyət və kütlə qarşısında çıxış" mövzularında təlimlərə cəlb olunub.Təlimlər 2 qrupda hərəsində 25 nəfər şagird olmaqla həftədə 2 gün təşkil olunub və onlara yarış üçün mövzular təqdim edilib.Təlimlərdən sonra icra planına uyğun olaraq Laçın rayon Vağazin kənd 1 nömrəli tam orta məktəbində 30 nəfərin iştirakı ilə "Yaxşı təhsil yalnız məktəblərdə əldə edilə bilər!” mövzusunda natiqlik müsabiqəsi təşkil olunmuş, forumun qalib və mükafatçılarına kubok, medal, sertifikat və hədiyyələr verilib.
"Kəndə STEAM gəlir" layihəsinin bağlanış mərasimi keçirilib
Xəbərlər
Bağlanış mərasimində Ağstafa rayon ümumi təhsil müəssisələrindən direktorlar, müəllimlər və şagirdlər iştirak ediblər.Layihə çərçivəsində şagirdlər (50 nəfər) və müəllimlər təlimlərə cəlb edilib. Layihə boyunca 8 praktiki məşğələ keçirilib və Tovuz Steam Mərkəzinə ekskursiya ediblər.Şagirdlər təlimlərdə 3D dizayn, CNC lazer kəsim, robot hazırlanması texnologiyaları ilə bağlı məlumat əldə edərək, bu sahədə praktik işlər həyata keçiriblər. Layihə şagirdlərinin praktik məşğələlər vasitəsilə texnologiya və yaradıcılıq sahəsindəki potensiallarını ortaya çıxarmaqda və inkişaf etdirməkdə müsbət bir təcrübə olub.Layihənin əsas məqsədi riyaziyyat, informatika, texnologiya, fizika, kimya, biologiya, coğrafiya müəllimlərinin və VI-VII sinif şagirdlərinin STEAM bilik və bacarıqlarına yiyələnərək bu istiqamətdə praktik fəaliyyətlərə cəlb edilməsi olub.Xatırladaq ki, Vüsalə Salahovanın rəhbərlik etdiyi layihə Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbdə icra olunub.
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin açılış mərasimi
Xəbərlər
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin açılış mərasimi keçirilib.Tədbirdə Qaradağ rayon Gənclər və İdman idarəsi rəisi Elçin Abbasov, 288 №li tam orta məktəbin direktoru Aygün Hüseynova, Karneqi Klubun təsisçi-direktoru Nəcəf Allahverdiyev, 50-dən çox şagird və müəllim heyəti iştirak edib. Xatırladırıq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 №li tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihə çərçivəsində Karneqi Klub Treninq Mərkəzi ilə əməkdaşlığın qurulması, 9-11-ci sinif şagirdləri arasında layihənin təqdimatı, Xarizmatik natiq klubunun yaradılması və klubun fəaliyyət planı, xarizmatik natiq çıxışları və s. fəaliyyətlər nəzərdə tutulub. Fəaliyyətlərdən sonra 10 ən yaxşı çıxış edən şagird seçimi nəzərdə tutulub.
“Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
Aşağı Göyçəli Kəndində “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış mərasimi keçirilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsinin açılış tədbirində məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və Khan Academy-nin Azərbaycan nümayəndəliyi iştirak edib. Layihə çərçivəsində yaradılan rəqəmsal siniflər, ənənəvi tədris metodları ilə yanaşı, fəal öyrənmə mühitini təmin edəcək. Rəqəmsal siniflər vasitəsilə şagirdlər, "LearnStorm" proqramından istifadə edərək dərs prosesinə daha həvəslə qoşulma imkanı əldə edəcək, fərdi bacarıqlarını üzə çıxararaq dərslərə olan maraqlarını artıracaqlar. Khan Academy-nin təqdim etdiyi bu rəqəmsal həllər, şagirdlərin öz uğurlarını izləmələrinə və rəqabətli öyrənmə mühitində biliklərini inkişaf etdirmələrinə şərait yaradacaq.Xatırladırıq ki, “Rəqəmsal siniflər və "LearnStorm" vasitəsilə şagirdlərin öyrənmələrinin inkişafı” layihəsi Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən Ə.Həmidoğlu adına tam orta məktəbdə icra olunur. Layihə rəhbəri Günay Ələsgərova Mahmud qızıdır. Layihənin əsas məqsədi şagirdlərin rəqəmsal resurslardan istifadəsini öyrənmək, akademik nailiyyətlərini artırmaq və rəqəmsal biliklərini inkişaf etdirməkdir. Bu məqsədlə Khan Academy platformasında mövcud olan təhsil mənbələrindən istifadə ediləcək.
"Coğrafiyanın simulyativ tədrisi" layihəsinin icrasına başlanılıb
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Coğrafiyanın simulyativ tədrisi" layihəsinin icrasına başlanılıb.Layihə çərçivəsində VIII sinifdən 25 şagird seçilərək, onlar üçün 4 ay müddətində həftədə 2 dəfə olmaqla 32 saatlıq dərslər təşkil ediləcək. Dərslərdə PhET platformasındakı interaktiv simulyasiyalardan istifadə ediləcək və şagirdlərin dərsə marağının artırılması məqsədilə hər ay aralıq imtahanları keçiriləcək. Bundan əlavə, müxtəlif fənləri tədris edən 5 müəllimə PhET platforması üzrə məlumat veriləcək və onlar da öz fənlərinə uyğun simulyasiyaları siniflərində tətbiq edəcəklər. Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.
"YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu" layihəsi icra olunur
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu" layihəsi icra olunur.Layihənin açılış tədbirində Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, Masallı Tarix-Diyarşunaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, məktəb direktorları, təlimçilər, QHT sədrləri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib.Layihə çərçivəsində Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində "YOLU TAP!" adlı orienterinq oyunu təşkil ediləcəkdir. Məktəbdən seçilən 40 şagird (hər birində 20 nəfər olmaqla iki qrup) üçün səmti müəyyən etmə təlimləri və oyunları təşkil olunacaqdır.Layihənin icra mərhələsində hər qrup üçün 4 saatlıq təlimlər keçiriləcək və ardınca məktəbin həyətində orienterinq oyunu baş tutacaqdır. Yarışda qalib gələn komandalar medallarla təltif ediləcək və iştirakçılara sertifikatlar təqdim olunacaq. Layihənin davamlılığı məqsədilə məktəbdə “İnteraktiv Oyunlar Klubu” yaradılacaq və hər ay şagirdlər üçün yeni interaktiv oyunlar təşkil ediləcəkdir.Xatırladırıq ki, "YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu" adlı layihə, İradə İmanbəyli tərəfindən Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində həyata keçirilir. Layihənin məqsədi, şagirdlərin fiziki və zehni inkişafını dəstəkləmək və onları açıq hava şəraitində yönləndirmə və komanda işində gücləndirməkdir.
“İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihə icra olunur
Xəbərlər
Layihə çərçivəsində Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada təbiət və dəqiq elmlər üzrə PhET interaktiv simulyasiya platformasının Azərbaycan dilinə tərcüməsi və şagirdlər üçün dərnəklərin təşkil edilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi PhET platformasındakı kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat dərs materiallarını və praktiki məşğələləri Azərbaycan dilinə tərcümə edərək tədrisə inteqrasiya etməkdir. Bu məqsədlə platforma qurucuları ilə əməkdaşlıq memorandumu imzalanacaq və ölkəmizdə PhET platformasının geniş istifadəsinə dəstək veriləcəkdir.Layihə çərçivəsində ilkin mərhələdə 5 fənn üzrə müvafiq müəllimlər tərcümə işləri üçün təlimatlandırılacaq və 200 səhifəlik dərs materialı Azərbaycan dilinə uyğunlaşdırılacaq. Tərcümə işləri başa çatdıqdan sonra, platformanın Azərbaycan dilində təqdimatı məktəb daxilində təşkil ediləcək və platformadan istifadə təlimatlarını əhatə edən videoçarxlar hazırlanacaq. Daha sonra hər fənn üzrə seçilmiş müəllimlərə praktiki təlimlər keçiriləcək və kimya, biologiya, coğrafiya, fizika və riyaziyyat fənləri üzrə “PhET dərnəkləri” təşkil olunacaq. 7-9-cu siniflərdən 75 şagird cəlb edilərək iki ay müddətində həftədə bir dəfə olmaqla, hər fənn üzrə 8 dərs təşkil ediləcəkdir.Xatırladırıq ki, “İnteraktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktiki məşğələlərin təşkili” adlı layihə Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Sərvət Ağayev tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərə PhET platformasının interaktiv imkanları ilə dəstəklənən dərs təcrübələri təqdim etməkdir.
Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi
Xəbərlər
"Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" adlı layihənin açılış mərasimi keçirilib.Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında Ağcabədi rayonu Nəcəfqulubəyli kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.Layihə çərçivəsində müəllimlərin ehtiyaclarının qiymətləndirilməsi aparılacaq və əldə edilən məlumatlar əsasında xüsusi təlim proqramı hazırlanacaqdır. 20 məktəbdə əyani və onlayn formatda təlimlər keçiriləcək, müəllimlərə dərs planlaması, qiymətləndirmə və testlərin hazırlanmasında "Chat GPT"-dən səmərəli istifadə üsulları öyrədiləcəkdir. Eyni zamanda, təhsildə AI-nin etik istifadəsi mövzusunda təlimlər keçiriləcək və məlumatların məxfiliyi, təhlükəsizlik və qərəzsizlik mövzuları vurğulanacaqdır. Layihənin sonunda təlim proqramının təsiri qiymətləndiriləcək və davamlı öyrənmə üçün resurs deposu yaradılacaqdır. Layihə çərçivəsində təcrübəli 10 müəllim seçilərək gələcəkdə layihəni davam etdirmək məqsədilə təlimçi kimi hazırlanacaqdır.Xatırladırıq ki, "AI texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" layihəsi Nəcəfqulubəyli kənd tam orta məktəbdə Vüsalə Əliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi süni intellektin tədrisə inteqrasiyası ilə bağlı müəllimlərin biliklərini artırmaq, "Chat GPT" texnologiyasının tədrisdə istifadəsinə dair praktiki təlimlər təşkil etmək və etik-məsuliyyətli istifadə qaydalarını öyrətməkdir.
"OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsinin icrasına başlanılıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsinin icrasına başlanılıb. VIII qrant müsabiqəsində qalib gəlmiş "OpenDoors: müasir cəmiyyətin müasir şagirdləri" layihəsinin açılış tədbirində məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə çərçivəsində şagirdlər, valideynlər və məktəbin psixoloq və pedaqoqları üçün müxtəlif təlim və görüşlər planlaşdırılmışdır. Birinci mərhələdə məktəbin səkkizinci siniflərindən seçilmiş 100 şagird iki ay ərzində 8 infossessiyada iştirak edəcəkdir. İkinci mərhələdə 100 valideyn psixoloqlarla beş görüşdə bir araya gələcək, burada ailədaxili kommunikasiya və gənclərin maarifləndirilməsi barədə məlumatlar paylaşılacaq. Üçüncü mərhələdə isə məktəbin 30 psixoloq və pedaqoqu ilə 4 görüş keçirərək, şagirdlərin düzgün istiqamətləndirilməsi yolları müzakirə olunacaq. Xatırladırıq ki, "OpenDoors: Müasir Cəmiyyətin Müasir Şagirdləri" adlı layihə, Leyla Məcidova tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlər və valideynlər arasında gender məsələlərinə düzgün yanaşmanı, qarşılıqlı hörməti və cəmiyyətin müasir tələblərinə uyğun maariflənməni təşviq etməkdir.
287 nömrəli məktəbdə "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi icra edilir
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması"  layihəsinin icrasına başlanılıb.Layihənin açılış tədbirində məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.Layihə çərçivəsində liseyin IV-VII siniflərindən olan 30 rusdilli şagird 3 ay müddətində "Duolingo" platformasında xarici dil kurslarına cəlb olunacaq. Həftədə 2 dəfə, hər biri 2 saat olmaqla təşkil edilən bu kurslar vasitəsilə şagirdlər həm məktəbdə, həm də fərdi şəkildə ingilis dili biliklərini təkmilləşdirəcəklər. Layihə müddətində şagirdlərin irəliləyişini qiymətləndirmək üçün iki dəfə test imtahanları keçiriləcək və sonda uğurlu iştirakçılar sertifikatla mükafatlandırılacaq. Layihənin davamlılığı üçün liseydəki digər müəllimlər arasında da "Duolingo" platformasının tanıdılması məqsədilə infosessiya təşkil ediləcəkdir.Xatırladırıq ki, "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi Xətai rayonu 287 nömrəli Zəkalar liseyində Aygün Məmmədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi rusdilli şagirdlərin qeyri-ənənəvi öyrənmə üsulları vasitəsilə ingilis dili bacarıqlarını inkişaf etdirmək, dil öyrənməyə maraqlarını artırmaq və onlara əyləncəli, adaptiv öyrənmə mühiti təqdim etməkdir.
“Marş irəli” layihəsinin təşəbbüskarı və icracısı Mənsum Babayevin müsahibəsi
Xəbərlər
Müharibədən sonra vətənpərvərlik mövzusunun gənc nəsillərə çatdırılması üçün çalışdım”Vətən müharibəsində yüzlərlə təhsil işçisi fədakardacasına döyüşüb. Onlardan biri də gənc müəllim, Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Marş irəli”  layihəsinin təşəbbüskarı və icracısı Mənsum Babayevdir.994-cü ilin 16 aprelində Biləsuvar şəhərində anadan olan müsahibimiz Lənkəran Dövlət Universitetində “Tarix-coğrafiya” ixtisası üzrə ali təhsil alıb. 2019-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur. İlk iş yeri Biləsuvar rayonu Yuxarı Cürəli kənd tam orta məktəbi olub. Növbəti il yenidən bu müsabiqədə iştirak edərək  müəllimlik  fəaliyyətini Yardımlı rayonu Bürzünbül kəndində davam etdirib. Daha sonra Cəlilabad rayonunun Fətullaqışlaq kəndində, Biləsuvar rayonu Yuxarı Cürəli kəndində dərs keçib. Bu il direktor müavinlərinin işə qəbulu imtahanında uğur qazanıb və Biləsuvar rayonu Ağayrı kənd məktəbinə direktor müavini təyin edilib.Həm aprel döyüşləri, həm də Vətən müharibəsi iştirakçısı Mənsum müəllim deyir ki, 2016-ci ildə hərbi xidmətdə olan zaman aprel döyüşlərinin iştirakçısı olub, Tərtər və Talış istiqamətlərində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub: “27 sentyabr 2020-ci il tarixində Füzuli rayonuna getmişəm. İlk döyüşümüz elə oktyabrın 1-də Füzuli istiqamətində olub. Sonrakı günlərdə isə Hadrut, Ağoğlan, Xocavənd, Şuşa döyüşlərində iştirak etmişəm. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam”.Həmsöhbətimizin sözlərinə görə, həm aprel döyüşlərinin, həm də  Vətən müharibəsinin iştirakçısı olmağı onun “Marş irəli” layihəsinin ərsəyə gəlməsinə səbəb olub: “Bizim uşaqlıq, gənclik illərimiz müharibə dövrünə təsadüf etdiyindən daha çox ağrı-acı ilə üzləşdik. Bizim böyüdüyümüz mühitlə indiki gənclərin böyüdüyü sosial mühit arasında bir qədər fərq var. Ona görə də vətənpərvərliyin daha geniş formada təbliği vacibdir. Bunları nəzərə alaraq, layihəni hazırlamağa qərar verdim, müharibədən sonra hərbi vətənpərvərlik mövzusunun gənc nəsillərə çatdırılması üçün çalışdım”.M.Babayev qeyd edir ki, layihə çalışdığı məktəbdə daimi fəaliyyət göstərəcək “Marş irəli”  vətənpərvərlik dərnəyinin yaradılmasını nəzərdə tutur. Bu dərnək  vətənpərvərliyi təbliğ edən müsabiqələrin və yarışların təşkili ilə məşğul olaraq, şagirdlərdə Vətən sevgisinin yüksəldiməsinə, milli və ümumbəşəri dəyərlərin inkişafına yardım göstərəcək: “Bu məqsədə çatmaq üçün layihənin bir sıra vəzifələri var. Bunlara layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılması,  “Marş irəli” vətənpərvərlik dərnəyinin rəhbərinin seçilməsi, seçilmiş rəhbərin (müəllimin) və köməkçisinin təlimatlandırılması və illik proqramın yazılması, “Marş irəli” dərnəyinin təsisi və fəaliyyətə başlaması, yürüşün (parad) təşkili, rəsm müsabiqəsi, atıcılıq yarışının təşkili və s. daxildir”."Azərbaycan müəllimi" qəzeti
“Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya“ əl işləri sərgisi“ adlı layihə icrasına başlayıb
Xəbərlər
“Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya“ əl işləri sərgisi“ adlı layihə icrasına başlayıb.Layihə çərçivəsində Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada əl işlərinə marağı olan şagirdlər üçün məşğələlərin keçirilməsi nəzərdə tutulur. Layihədə 4 qrup tərəfindən almaz mozaikalarla, ətirli şamla, ətirli sabunla, rəsm üzərində əl işləri məşğələləri təşkil ediləcək. 5-9-cu siniflərdən 40 şagird cəlb edilərək 2 ay müddətində həftədə 5 gün, hər gün 2 saat olmaqla, hər qrup üzrə 10 məşğələ təşkil olunacaqdır. Məşğələlər bitdikdən sonra şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunacaq. Xatırladırıq ki, “Ümumtəhsil məktəblilərinin “Yaşıl dünya“ əl işləri sərgisi“ adlı layihə Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kimya müəllimi Səadət Səfəraliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi internat məktəbində həm ümumi, həm də xüsusi sinifdə təhsil alan şagirdləri, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazi övladlarını, valideyn himayəsindən məhrum olmuş şagirdlərin əl bacarıqlarının inkişaf etdirilməsi, qabiliyyətlərinin üzə çıxarılmasına nail olmaq, əməkdaşlığı təmin etməkdir.
“Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək layihəsi icrasına başlayıb.
Xəbərlər
Layihənin açılış tədbirində Masallı rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, Masallı Tarix-Diyarşunaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, məktəb direktorları, təlimçilər, QHT sədrləri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib.Layihə çərçivəsində Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində "Valideyn məktəbi” təşkil ediləcəkdir. Məktəbin ibtidai sinif valideynlərindən seçilən 20 valideynlərin təlim prossesi təşkil olunacaqdır.Xatırladırıq ki, " Valideyn məktəbi” məktəblilərin təlim nəticələrinə dəstək- adlı layihə, Leyla Şıxəlizadə tərəfindən Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində həyata keçirilir. Layihənin məqsədi, valideynlərin pedaqoji və psixoloji təlimlərə cəlb edilməsi yolu ilə şagirdlərin təlim nəticələrinin artırılmasına dəstək olmaq.
“Xəyallar düşərgədirsə, yollar əngəl deyil” adlı layihənin açılış tədbiri keçirilib
Xəbərlər
Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbin direktoru Müşfiq Məmmədovun rəhbəri olduğu layihə çərçivəsində 4 gün ərzində davam edən düşərgə icra edilib. 4 günlük düşərgədə hər gün sağlamlıq imkanları məhdud şagirdlər üçün psixoloq, sosial işçi və təlimçilər tərəfindən müxtəlif interaktiv oyunlar, inkişafetdirici və əyləncəli təlimlər, səhər sadə idman məşğələləri, eyni zamanda, müxtəlif terapiyalar (Art terapiyası, oyun terapiyası, rəqs terapiyası), iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli proqram, maraqlı yaxınlıqda yerləşən təbiətə ekskursiya təşkil edilib.Hər günün sonunda uşaqlar müvafiq olaraq inkişafetdirici cizgi filmi izləyiblər, akt zalında səhnə və rəqs təlimlərinə qatılıb, fərdi istedadın aşkarlanması məqsədilə onlar üçün təşkil olunan minidisko, talant-şouda iştirak ediblər.Düşərgənin birinci günündə ekskursiya təşkil olunub. Ekskursiya Daşkəsən rayonunun Bayan kəndində yerləşən Çiçərvəng məbədi, Bazilika, Qədim körpüdə olublar. Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib laihələrindən biridir.
“"Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihə icra edilir
Xəbərlər
“"Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihənin açılış tədbiri keçirilib. Tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan təmsilçisi, Sülh rəssamı Nəvai Mətin, müsabiqənin münsiflər heyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi Oruc Mansırov, Ekologiya üzrə mütəxəssis Ramilə Əhmədova, Poylu kənd tam orta məktəbinin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri və xüsusi istedadlı şagirdlər iştirak ediblər. Layihənin məqsədi orta məktəb şagirdləri arasında ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.Qeyd edək ki, 4 ay davam edəcək layihədə 18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla 1 ay davam edən təlimlər keçiriləcək. 12 saatlıq şagirdlərin təlim proqramı ekoloji maarifləndirmə və davamlılıq mövzularına diqqət yetirəcək və təqdimatlar, seminarlar və müzakirələr olacaq.Xatırladaq ki, "“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihə Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin təsviri invəsənət müəllimi Ələkbərova Həbibə tərəfindən həyata keçirilir.
""Yeni qalaktika" Makerthon 2024" layihəsi icra olunur
Xəbərlər
Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə ""Yeni qalaktika" Makerthon 2024" layihəsi icra olunur.3 ay müddətində icra olunacaq layihənin məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək "makerthon" formatında məşğələ və yarışları təşkil etmək, bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaqdır.Xatırladaq ki, layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur. Layihə çərçivəsində 7-8-ci sinif şagirdlərindən seçilmiş 30 şagirdin STEAM-da astronavtika mühəndisliyi məzmunlu yaradıcı məşğələlər təşkil olunacaq, layihəyə cəlb olunmuş şagirdlər arasında "Yeni qalaktika" "Makerthon" yarışı keçiriləcək, Tusi Bohem Planetarium və Azərkosmos ASC-yə ekskursiyalar təşkil olunacaqdır.
"Sərhədləri aşan gələcək: Dil bil, uğur qazan" layihəsi çərçivəsində dərslərə start verilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Sərhədləri aşan gələcək: Dil bil, uğur qazan" layihəsi çərçivəsində dərslərə start verilib.Layihə çərçivəsində həftədə dörd dəfə şagirdlər üçün əyani ingilis dili dərsləri təşkil edəcək. Dərslərdə əsas diqqət danışıq bacarıqlarının inkişafına yönəldilmişdir. Bundan əlavə, hər həftə şagirdlər üçün danışıq klubları, film günləri və müxtəlif məşğələlər keçiriləcəkdir. Hər ayın sonunda dərslərin nəticələrini qiymətləndirmək məqsədilə sınaq testləri təşkil ediləcəkdir. Xatırladırıq ki, "Sərhədləri Aşan Gələcək: Dil bil, uğur qazan" adlı layihə 270 nömrəli tam orta məktəbdə Namiq İbadov tərəfindən həyata keçirilir. Layihənin məqsədi xarici müəllimin dəstəyi ilə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək və müasir tədris metodlarından istifadə edərək onları qlobal arenada rəqabətə hazır vəziyyətə gətirməkdir.
"Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi icra edilir
Xəbərlər
"Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub. Layihə çərçivəsində məktəbin həyətində maneələr zolağı-oyun meydançası hazırlamaqla şagirdlərin fiziki, sosial vəintellektual inkişafı üçün imkan yaratmaq, problemləri həll etmə və komanda ilə işləmək bacarıqlarının inkişafını təşviq etmək, I, II və III siniflərdə təhsil alan 40 şagirdə maneələr zolağının vacibliyi və qaydaları ilə bağlı 2 ay müddətində həftədə 2 dəfə 1 saatlıq fəaliyyətlərin keçirilməsi, maneələr zolağında müxtəlif öyrədici oyunların təşkili, layihənin daha çox şagirdə fayda verməsi üçün qonşu məktəblərin şagirdləri üçün məktəbə infotur təşkil edilməsi nəzərdə tutulur.Xatırladırıq ki, “Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması qrant layihəsi Zəhra Şərifli tərəfindən Məmmədli kənd tam orta məktəbində həyata keçirilir.
Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsinin açılış mərasimi keçirilib.Layihə çərçivəsində ingilis dili üzrə dərsdənkənar məşğələ təşkil olunacaq qrupda məktəbin V-IX sinfində təhsil alan 15 nəfər şagirdin olması nəzərdə tutulur. Məşğələlərə seçilmiş şagirdlərlə dərslər həftədə 3 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək. Şagirdlərə həftədə 2 gün nəzəri biliklər öyrədiləcək. Üçüncü dərs günündə isə şagirdlərlə müxtəlif əyləncəli oyunlar, rol oyunları formasında danışıq dərsi təşkil olunacaq.Xatırladaq ki, layihə Xeyransa Həsənli tərəfindən icra edilir. Layihənin məqsədi şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişaf etdirilməsi ilə təlim nəticələrinin yüksəldilməsinə dəstək verməkdir. Layihənin icra planına uyğun olaraq məktəbdə yeni bir xarici dil kabineti yaradılacaq və bu kabinet müasir avadanlıqlarla (kompüter, proyektor, səsgücləndirici və digər vasitələr) təmin olunacaq. Bu avadanlıqlar şagirdlərin ingilis dilində dinləmə və anlama bacarıqlarını inkişaf etdirməyə kömək edəcək və layihə bitdikdən sonra məktəbin istifadəsində qalacaq.Daha sonra məktəbin V-IX siniflərində təhsil alan 112 şagirddən 15 nəfəri seçiləcək. Seçilmiş şagirdlərə ingilis dili üzrə dərsdənkənar məşğələlər keçiriləcək. Dərslərdə nəzəri və praktik biliklər, o cümlədən əyləncəli danışıq dərsləri və rol oyunları yer alacaq. Şagirdlər əlavə dərs vəsaitləri və “ROOF Academic Training” şirkətinin danışıq dərsləri ilə dəstəklənəcəklər.
“"Divarsız məktəb” şagirdlərin inkişaf düşərgəsi" layihəsi icra olunmağa başlayıb
Xəbərlər
“"Divarsız məktəb” şagirdlərin inkişaf düşərgəsi" layihəsi icra olunmağa başlayıb.Qeyd edək ki, 4 ay davam edəcək layihə çərçivəsində Kub inkişaf modeli bir yaş qrupu üzrə Azərbaycan dilinə tərcümə ediləcək, qeyri-formal təhsil metodlarına əsaslanan 24 saatlıq proqram hazırlanacaq, daha sonra 3 müəllim seçilərək onlar üçün onlayn proqramın adaptasiya təlimləri keçiriləcək. Layihənin davamında məktəbdən 20-25 şagird seçiləcək və onlar üçün 3 günlük düşərgə təşkil ediləcək.Xatırladaq ki, adıkeçən layihə Lənkəran rayon Qurumba kənd ümumi orta məktəbin tarix müəllimi Şamxal Hacıyev tərəfindən icra edilir. Layihənin məqsədi şagirdlərə ənənəvi sinif mühitindən kənara çıxaraq hərtərəfli öyrənmə mühitini təqdim etmək, şəxsi və sosial inkişaf imkanını təqdim etmək, həmçinin asudə vaxtlarını səmərəli keçirərək şəbəkələşmələrinə şərait yaratmaqdan ibarətdir.
Beynəlxalq təcrübədə müasir təhsil sistemi və müəllim modeli
Xəbərlər
“Beynəlxalq təcrübədə müasir təhsil sistemi və müəllim modeli” qrant layihəsinin açılış mərasimi keçirilib.Açılış mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki komitəsinin sədri Ziyafət Xasıyeva, Şəki rayonu üzrə təhsil sektorunun metodisti Gülxar Salamova, məktəbin inzibati heyəti və müəllimlər iştirak ediblər.Xatırladırıq ki, “Beynəlxalq təcrübədə muasir təhsil sistemi və müəllim modeli” qrant layihəsi Gülnar Əliheydərova tərəfindən Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunur. Layihə çərçivəsində müəllimlərin təhsil sistemində beynəlxalq təcrübə ilə tanış olaraq, öz icmalarında tətbiq etmələri, məktəbdən ingilis dili biliyi yaxşı olan 3 müəllim seçilməsi, 1 həftə boyunca təhsil səfərində iştirak edərək, səfərdə olduqları ölkənin təhsil sistemi ilə yaxından tanış olmalarına imkan yaradılması, səfərdən qayıtdıqdan sonra öyrəndiklərini bölüşməsi məqsədilə məktəbdə infosessiya təşkil edilməsi nəzərdə tutulur.
“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsi icra olunur
Xəbərlər
“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin açılış mərasimi keçirilib.Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları iştirak edərək öz fikirlərini bölüşüblər.Layihə çərçivəsində VIII sinifdən 28 şagird həftədə 2 dəfə 1 saat olmaqla 4 aylıq kurslara qatılacaq və riyaziyyat dərslərini PhET platformasındakı simulyasiyalar vasitəsilə interaktiv şəkildə öyrənəcəkdir. Layihənin sonunda məktəbdəki riyaziyyat müəllimləri ilə görüş təşkil ediləcək, platforma haqqında məlumat veriləcək və könüllü 4 müəllim layihəni öz siniflərində tətbiq edəcəkdir.Xatırladırıq ki, ""PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması"" adlı layihə Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbdə Rəna Heydərzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET platformasındakı interaktiv simulyasiya oyunları vasitəsilə VIII sinif şagirdlərinin riyaziyyat biliklərini dərinləşdirmək və onlarda fənnə qarşı maraq yaratmaqdır. Eyni zamanda bu təcrübənin digər riyaziyyat müəllimləri arasında yayılması ilə məktəbdə müasir öyrənmə metodlarının tətbiqi hədəflənir.
"“Hazırcavab məktəblilər” məktəblilərarası debat çempionatı" layihəsi icra edilir
Xəbərlər
"“Hazırcavab məktəblilər” məktəblilərarası debat çempionatı" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəb direktorları və müəllimlər iştirak edərək layihə ilə bağlı fikirlərini bölüşüblər. 280 nömrəli tam orta məktəbin tarix müəllimi Şərif Hüseynovun rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi şagirdlər arasında ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların müstəqil qərar qəbul etmə bacarıqlarının formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, 4 ay davam edəcək layihə çərçivəsində 3 məktəbdən seçilən 45 şagird üçün əvvəlcə infossesiya keçiriləcək daha sonra 72 saatlıq təlim proqramı hazırlanacaq. Təlimlər yekunlaşdıqdan sonra Debat çempionatı təşkil ediləcək və qalib komandalar mükafatlandırılacaqlar.
“Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi
Xəbərlər
“Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” layihəsi çərçivəsində açılış mərasimi baş tutub.“Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib. Açılış mərasimində Qara Nuru kənd tam orta məktəbin direktoru İsgəndər Səmədov, Tədris işləri üzrə direktor müavini Ceyhun Əsədov, Uşaq Birliyinin Rəhbəri Yaşar Əliyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.Xatırladırıq ki, “Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” qrant layihəsi Maral Əmraslanova tərəfindən Qara Nuru kənd R. Səfərov adına tam orta məktəbində icra olunur. Layihə çərçivəsində şagirdləri interaktiv fəaliyyətlərə cəlb etmək, şagirdlər üçün əyləncəli və interaktiv tədbirlərin təşkil olunmasını təşviq etmək, şagirdlərin mental inkişafını dəstəkləmək, Vll, Vlll və lX sinifdə təhsil alan 50 şagirdin iştirakı ilə Kod da Vinçi oyununun təşkil edilməsi və məktəbdə oyunlar dərnəyinin qurulması nəzərdə tutulur.
"Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin icrasına başlanılıb
Xəbərlər
"Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin icrasına başlanılıb.Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində "Fərdi layihələr" kateqoriyası üzrə qalib gəlmiş "Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsinin açılış mərasimi keçirilib.Layihə çərçivəsində əsas məqsəd skautinq yolu ilə nəticəsi zəif olan şagirdləri mənalı fəaliyyətə cəlb etmək və dərsdənkənar fəaliyyətlər vasitəsilə qeyri- formal təhsilin təşviq edilməsini təmin etməkdir. Bu vasitə ilə məktəbli skautları liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarını inkişaf etdirilməsi və gücləndirilməsini hədəflənir.Layihə ümumilikdə 4 hissədən ibarət olacaqdır:1. Məktəbdə Skaut klubunun yaradılması;2. Dəstə görüşünün keçirilməsi;3. Mövsümi düşərgənin təşkil olunması;4. Hesabat dövrü.Xatırladırıq ki, "Skaut dəstəsinin fəaliyyətinə resurs dəstəyi" layihəsi Oğuz rayon Qarabaldır kənd ümumi orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərmin Seyidova tərəfindən həyata keçirilir.
“2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” layihəsi icra olunmağa başlayıb
Xəbərlər
“2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” layihəsi icra olunmağa başlayıb.Layihə çərçivəsində Xıçəso kənd ibtidai məktəbinin 3-cü sinif şagirdləri üçün riyaziyyata olan marağın artırılması və beynəlxalq təcrübə əsasında bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə xüsusi tədris proqramı həyata keçiriləcək. Layihə müddətində Khan Academy platforması əsasında tədris proqramı hazırlanaraq həftədə iki dəfə 1.5 saat olmaqla dərslər keçiriləcək. Dərslər tərcümə edilmiş və proqramlaşdırılmış vəsaitlər əsasında aparılacaq və 4 aylıq tədris dövrü ərzində şagirdlərin bilik səviyyəsinin dəyərləndirilməsi üçün tədrisin əvvəlində və sonunda test imtahanları təşkil ediləcəkdir. Layihə nəticələri və şagirdlərin nailiyyətləri təhlil edilərək paralel siniflərdə də tətbiq üçün məktəb müəllimləri ilə paylaşılacaq.Xatırladırıq ki, “2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” adlı layihə Xıçəso kənd ibtidai məktəbində Ehtiram Məmmədov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərin riyaziyyat bacarıqlarını inkişaf etdirmək və məktəbin tədris proqramına uyğunlaşdırılmış rəqəmsal resurslar tətbiq etməklə onların öyrənmə həvəsini artırmaqdır.
"Beynəlxalq qiymətləndirmədə müsbət nəticələr üçün innovativ öyrənmə" layihəsi çərçivəsində dərslərə start verilib
Xəbərlər
"Beynəlxalq qiymətləndirmədə müsbət nəticələr üçün innovativ öyrənmə" layihəsi çərçivəsində dərslərə start verilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Beynəlxalq qiymətləndirmədə müsbət nəticələr üçün innovativ öyrənmə" layihəsinin icrasına start verilib. Layihə çərçivəsində 5-ci sinif şagirdləri üçün KhanAcademy Azərbaycanca platforması üzərindən 6 ay ərzində riyaziyyat və həndəsə dərsləri keçiriləcək. Layihə ilkin qiymətləndirmədə ən zəif nəticə göstərmiş şagirdlərin inkişafını dəstəkləmək məqsədi daşıyır. Xatırladırıq ki, layihə Bakı şəhəri Sabunçu rayonu 255 №li tam orta məktəbdə Zülfiyyə İsmayılova tərəfindən icra olunur.Layihənin əsas məqsədi beynəlxalq PİSA testində şagirdlərin nəticələrini artırmaq üçün innovativ öyrənmə üsulları tətbiq etməkdir.
"Student Edition: Voleybol Turniri" layihəsinin icrasına başlanıb
Xəbərlər
VIII qrant müsabiqəsində qalib gəlmiş "Student Edition: Voleybol Turniri" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.Layihə çərçivəsində Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında "Student Edition: Voleybol Turniri" təşkil ediləcək. Turnirin əsas məqsədi şagirdlər arasında fiziki aktivliyi artırmaq, komanda ruhunu gücləndirmək və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdır. Layihə çərçivəsində 8 komanda formalaşdırılacaq və yarışlar səkkizdə bir, yarımfinal və final mərhələlərindən ibarət olacaqdır. Yarışların başlanğıcında bütün şagirdlərə voleybolun qaydaları haqqında məlumatverici infossesiya keçiriləcəkdir. Turnirdən sonra məktəbdə voleybol klubu yaradılaraq, 2 ay ərzində həftədə 2 dəfə olmaqla məşğələlər təşkil ediləcəkdir.Xatırladırıq ki, "Student Edition: Voleybol Turniri" adlı layihə Şirvan şəhər T.Bağırov adına 11nömrəli tam orta məktəbdə Nurəddin Babayev tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərdə komanda işini, fiziki sağlamlığı və idmana marağı artırmaqdır. Bu layihə, şagirdlərə voleybol vasitəsilə sosial və fiziki bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradacaq və məktəblərarası idman əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir.
“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
“Voleybol Akademiyası ilə uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsi” layihəsinin açılış mərasimi keçirilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində məktəb rəhbərliyi, müəllimlər iştirak edib.Layihə çərçivəsində 20 nəfər 7-8-ci sinif şagirdləri seçiləcək. Şagirdlərin yaşları nəzərə alınmaqla 3 aylıq 48 saatlıq proqram hazırlanacaq. İlk öncə qaydalar və dəyərlər aşılanacaq, daha sonra şagirdlərin inkişaf xəritəsinə əsasan digər fəaliyyətlər planlaşdırılacaq. 3 ay həftədə 2 dəfə, hər dəfə 2 saat olmaqla dərsdənkənar fəaliyyətlər təşkil ediləcəkdir. Bu fəaliyyətlər zamanı şagirdlərin fiziki və psixoloji inkişafı ön plana çəkiləcəkdir.Voleybolun fiziki inkişafa verdiyi töhfə ilə yanaşı, uşağın mənəvi inkişafına da kömək etdiyi üçün layihə voleybol akademiyasının qurulması ilə şagirdlərdə özünə inam, stresslə mübarizə, komanda ruhu, əzələ inkişafı, sosial bacarıqlar kimi amillərin inkişaf etdirilməsi məqsədini daşıyır.Xatırladırıq ki, layihə Hacıqabul rayon İ.Həsənov adına tam orta məktəbdə Bahadur İsmayılov tərəfindən icra olunur.
Neftçalada “Sürətli oxuyaq, sürətli anlayaq” layihəsi icra olunur
Xəbərlər
Neftçalada “Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin açılış mərasimi olubMərasim Neftçala rayon R. Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində baş tutub.Açılış mərasimində layihə rəhbəri, layihənin eksperti, məktəb direktorları, işçi qrupu və müəllimlər iştirak edib.Layihənin məqsədi sürətli oxuma üzrə peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.Layihə çərçivəsində 6 müəllim və ilkin olaraq 18 şagird, daha sonra isə əlavə 42 şagird də seçilərək təlimlərə cəlb olunacaqdır. 18 şagird və 6 müəllim təməl kursunda iştirak etməklə gələcəkdəki məktəbdaxili təlimlərdə assistentlik edəcəklər.Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib laihələrindən biridir.
"Elektron estetika: Düşün, Dizayn Et, Yarat!" layihəsinin açılış tədbiri
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqənin qalib "Elektron estetika: Düşün, Dizayn Et, Yarat!" layihəsinin açılış tədbiri Şirvan şəhər M. İsrailov adına 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseydə baş tutub.Tədbirdə Şirvan şəhəri üzrə təhsil sektorunun əməkdaşı, məktəb direktoru, layihənin işçi heyəti, 50 dən çox müəllim və şagird iştirak edib. Tədbirdə təqdimatla çıxış edən layihə rəhbəri, təlimçi, ekspert tərəfindən layihənin məqsəd və vəzifələri, aktuallığı, fəaliyyət planına əsasən görüləcək işlər haqqında ətraflı məlumat verilib.Təlimlər Şirvan şəhər M. İsrailov adına 18 nömrəliı təbiət, humanitar təmayüllü məktəb-liseydə 30 şagirdə keçiriləcək. 2 qrup – hər qrupda 15 nəfər olmaqla, 16 gün (hər təlim günü iki qrupla 4 saat, cəmi: 64 saat) təlim keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, təlimlərdə şagirdlərdə elektronikanın əsas prinsiplərini dərk etməklə, yeni dövrə topologiyalarını araşdırma, performansı optimallaşdırma və mühəndislik problemlərinə yeni həllər hazırlama bacarıqları formalaşacaq. Elektronikanın tədrisi tələbələrə bu sistemləri effektiv şəkildə layihələndirmək və problemlərin aradan qaldırılması üçün lazım olan bilik və bacarıqlara təmin ediləcəklər.Qeyd edək ki, Pərvanə Hətəmova tərəfindən icra edilən layihənin əsas məqsədi elektronika dərslərini təşkil etməklə lehimləmə, sxemlərin yığılması və elektron sınaq avadanlığından istifadə kimi praktiki bacarıqlarının artırılmasına yönəlib.
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsinin açılış mərasimi keçirilib.Tədbirdə çıxış edən Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində məktəbdə artıq ikinci layihənin icra olunduğunu qeyd edib: “2022-ci ildə Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə həyata keçirilən layihə şagirdlərin inkişafı üçün önəmli olub. Ümid edirəm ki, bu layihənin icrası da şagirdlərimizin ingilis dilində dinləyib-anlama və danışma bacarıqlarının inkişafına əlavə imkan olacaq”.Layihə çərçivəsində məktəbin V-IX sinfində təhsil alan şagirddən 15 nəfər şagird seçilərək kurslara cəlb olunacaq. İngilis dili üzrə dərsdənkənar məşğələ təşkil olunacaq qrupda 15 nəfər şagirdin olması nəzərdə tutulur.İlkin mərhələdə fərdi anket məlumatları araşdırıldıqdan sonra 30 şagird test imtahanına buraxılıb. İmtahanda 40 faizdən artıq nəticə göstərən şagirdlər müsahibəyə dəvət olunub. Müsahibə mərhələsində məqsəd şagirdlərin ingilis dilini öyrənməyə marağını, dərsdənkənar məşğələlərə qatılmasının davamlılığını dəqiqləşdirmək olub. Məşğələlərə seçilmiş şagirdlərlə dərslər həftədə 3 dəfə olmaqla 2 dərs saatı müddətində keçiriləcək, nəzəri və praktik biliklər öyrədiləcək.Qeyd edək ki, Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Xeyransa Həsənli tərəfindən icra edilən layihənin məqsədi şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişaf etdirilməsi ilə təlim nəticələrinin yüksəldilməsinə dəstək verməkdir.
""Əmanət proqramçılarımız " üçün kampus" layihəsinin açılış tədbiri
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrdən olan ""Əmanət proqramçılarımız " üçün kampus" layihəsinin açılış tədbiri keçirilib.6 ay müddətində davam edəcək layihənin məqsədi Zaqatala rayonu üzrə ümümtəhsil məktəblərində təhsil alan Qəhrəman Vətən övladlarının əmanətlərinin fərdi bacarıqlarının inkişaf etdirilməsi, onların erkən yaşlardan İKT bacarıqlarının artırılması ilə gələcəyin peşələrin indidən addım atılmasına dəstək olmaqdır.Layihədə 30 şagird iştirak edəcək. Onlar 2 qrup şəklində olmaqla 30 saatlıq təlimə cəlb olunacaq.Təlim sonunda şagirlər üçün 2 gecə, 3 gün olmaqla kampus yaradılacaq.Xatırladaq ki, layihə Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbin tədris təlim - tərbiyə işlər üzrə direktor müavini Nuranə Ağayeva tərəfindən icra edilir.
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihənin açılış mərasimi keçirilib
Xəbərlər
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihənin açılış mərasimi keçirilib.Layihənin açılış mərasimində Ağcabədi rayonu Nəcəfqulubəyli kənd tam orta məktəbin rəhbər və müəllim heyəti iştirak edib.Layihə çərçivəsində “Mastery Class” yanaşması ilə Khan Academy materiallarına əsaslanan dərs proqramı hazırlanacaq və müəllimlərə platformadan istifadə üzrə təlimlər veriləcəkdir. Şagirdlər iki ay ərzində hər biri həftədə 3 saat olmaqla dərslərdə iştirak edəcəklər. Layihə müddətində interaktiv dərs metodları ilə 48 saat riyaziyyat tədris olunacaq, nəticələr isə monitorinq və sorğular vasitəsilə qiymətləndiriləcəkdir.Xatırladırıq ki, "Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənmə imkanı" adlı layihə Nəcəfqulubəyli kənd tam orta məktəbdə Aydın Eyvazov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasında 6-cı sinif riyaziyyat materiallarını məktəb proqramına uyğunlaşdıraraq, şagirdlərə fərdi tempdə öyrənmə imkanı yaratmaq və müəllimlərin fərdi yanaşmanı tətbiq etməsi üçün şərait təmin etməkdir.
Saatlıda "Yaşıl dünyam" layihəsinin icrasına başlanılıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Yaşıl dünyam" layihəsinin icrasına başlanılıb.Layihə çərçivəsində Saatlı rayon bir sıra ümumi təhsil məktəblərinin şagirdləri tərəfindən 1000-ə yaxın ağac əkiləcəkdir. Bundan əlavə, "Yaşıl dünya" nı təşfiq edən rəsm və əl işlərindən ibarət şagirdlərin sərgisi təşkil olunmuşdur.Xatırladırıq ki, "Yaşıl dünyam" layihəsini Samir Məmmədov həyata keçirir. Layihənin məqsədi əməksevərliyi və əməkdaşlığı təbliğ etmək, istedadlı şagirdləri özə çıxartmaq və onlara dəstək olmaq, şagirdlərə təbiəti sevmək və qorumaq hissini aşılamaqdır.
“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsinin açılış mərasimi keçirilibAçılış mərasimində Bakı şəhəri 287 nömrəli Zəkalar liseyinin direktoru Əhmədli Aygün, 191 nömrəli tam orta məktəbin direktoru Məcidova Leyla, 64 nömrəli tam orta məktəbin direktoru Rəhimova Səidə və 191 nömrəli tam orta məktəbin psixoloqu Cələbiyeva Samirə rəsmi çıxış ediblər. Sevinc Nəcəfova təqdimatla çıxış edərək iştirakçılara layihə çərçivəsində görüləcək işlərlə bağlı ətraflı məlumat verib.Xatırladırıq ki, “Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi Sevinc Nəcəfova tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihə çərçivəsində şagirdlər arasında zorakılıq hallarının qarşısının almaqla məktəb icması daxilində təhlükəsiz mühit yaradılması, məktəblərdə psixoloqlarla danışıqlar apararaq bullinqə məruz qalmış, o cümlədən bullinq etməyə meyilli olan 25 şagirdin seçilməsi, 2 ay olmaqla həftədə 2 dəfə qeyd edilən mövzu ətrafında təlim və maarifləndirici görüşlərin keçirilməsi və layihənin yekununda maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulur.
"Süni intellekt əsaslı virtual biologiya" layihəsinin açılış tədbiri keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Süni intellekt əsaslı virtual biologiya" layihəsinin açılış tədbiri keçirilib.Layihənin açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinə  nəzarət sektorunun müdiri Anar Mustafazadə,Təlimə Dəstək Mərkəzinin metodisti Çinarə Cəbrayılova, təlimçi Elnarə Nərimanova, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.Layihənin əsas məqsədi süni intellektin və virtual laboratoriyaların imkanlarından istifadə edərək təhlükəsiz, xərcsiz və interaktiv öyrənmə mühitində təcrübələr keçirmək və bacarıqlar formalaşdırmaq, şagirdlərin gələcək karyera seçiminə şərait yaratmaq, müxtəlif ekoloji və bacarıq yönümlü layihələrdə iştirak etməkdir.Layihə 4 ay müddətində davam edəcəkdir. Layihə çərçivəsində təlimlər 2 saat olmaqla 10 təlim günü (cəmi 20 saat)  əyani və onlayn olmaqla həyata keçiriləcək. Təlimlərə fizika, kimya, biologiya, coğrafiya,təbiət fənlərini tədris edən mentor müəllimlərin və 6,7,8-ci sinif olmaqla 25 şagirdin cəlb edilməsi nəzərdə tutulur. Təlimlərin təşkilində məqsəd "Olab", "Quiver", "Virtualy-tee", "Phet-colorado", "Planeta 42", "Virtual anatomy", "3D Mozaik", "VR recorder", "Virtual anatomy" kimi platformaları ilə müəllimləri və şagirdləri tanış etmək, dərs prosesində  tətbiqinə dəstək verməkdir.Xatırladırıq ki, layihə Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova tərəfindən icra edilir.
“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib
Xəbərlər
Layihənin fəaliyyət planına uyğun olaraq Beyləqan rayonunun Örənqala qəsəbə tam orta məktəbində yaradılmış “Ekoloji sağlamlıq Klubu” na (ESK) iki günlük təlim keçirilib. Təlim proqramına uyğun olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarının əhəmiyyəti, uşaqların təhlükəsiz təmiz içməli suyun əhəmiyyəti ilə tanışlığı və tullantı sularının düzgün idarə edilməsi barədə bacarıqlarının artırılması, mövcud vərdişlərin təkmilləşdirilməsi barədə məlumat verilib.Təlimdə “Ekoloji Sağlamlıq Klubu” nun üzvü olan 20 şagird iştirak edib. Təlimi uğurla başa vuran iştirakçılar növbəti mərhələdə “Uşaqlar suyu israf etmir” (məktəbdə, açıq havada) yarışına qoşulublar.Qeyd edək ki, layihə Beyləqan rayonun sudan daha çox əziyyət çəkən Kəbirli kəndi, Örənqala və Baharabad qəsəbə tam orta məktəblərində icra ediləcək. Hər məktəbdən seçilən 20 şagirddən ibarət “Ekoloji Sağlamlıq Klubu”(ESK) yaradılacaqdır və “ Təmiz ətraf mühit və yaşıl artım” mövzusunda təlim keçiriləcək. İştirakçılar növbəti mərhələdə“Uşaqlar suyu israf etmir” (məktəbdə açıq havada keçirilən) yarışına qoşulacaqdır.Xatırladırıq ki, “COP29 - Azərbaycanda” layihəsi İlahə Süleymanlı tərəfindən həyata keçirilir. Layihə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin aparılmasına məsuliyyət hissinin artırılması və görülən işlərə öz töhfəsinin verilməsinə hədəflənib.
Göygöldə “Şagirdlərin Skautink yolu ilə inkişafı” qrant layihəsi icra edilir
Xəbərlər
Göygöldə “Şagirdlərin Skautink yolu ilə inkişafı” qrant layihəsi icra edilir.Layihə çərçivəsində məktəbdə skaut klublarının, müxtəlif bacarıqların inkişaf etdirilməsi üçün təlimlərin və düşərgələrin təşkili və s. nəzərdə tutulmuşdur. Layihədə məktəbin 14-17 yaşlı 30 şagirdlərdən ibarət “Cəngavər” Skaut dəstəsinin yaradılması vəmüxtəlif məktəbdənkənar fəaliyyətlərin təşkili ilə qeyri-formal təhsilin inkişaf etdirilməsi hədəflənir.Xatırladırıq ki, “Şagirdlərin Skautink yolu ilə inkişafı” qrand layihəsiHökmran Qocayev tərəfindən Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində icra edilir. Layihənin əsas məqsədləri şagirdlərin müxtəlif sahələrdə, o cümlədənəməkdaşlıq ,liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarının inkişaf etdirilməsi vəgücləndirilməsindən ibarətdir.
“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsi icra olunur
Xəbərlər
“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin direktoru Məmmədov Ramiz,Tovuz rayonu üzrə Təshil Sektorunun məsləhətçisi Musayev Elşən, metodistlər, valideyinlər və şagirdlər iştirak ediblər.Tovuzda icra ediləcək layihə çərçivəsində məktəbin riyaziyyat müəllimlərinə PhET platforması ilə işləmək və interaktiv dərs təşkil etmək üçün təlimlər veriləcəkdir. Pilot mərhələdə 5 və 6-cı siniflərdən 48 şagird üçün 3 ay ərzində həftədə bir dəfə olmaqla 24 dərs keçiriləcəkdir. Layihənin sonunda Riyaziyyat gecəsi təşkil ediləcək və şagirdlər bu müddət ərzində öyrəndiklərini təqdim edəcəklər. Xatırladırıq ki, "İnteraktiv simulyasiyaların dəstəyi ilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili" adlı layihə Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə Səlmi Vəliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasından istifadə edərək riyaziyyat dərslərini daha maraqlı və əyləncəli formada təşkil etməkdir.
Salyanda “Məni özün bil!” qrant layihəsi icra olunmağa başlayıb
Xəbərlər
VIII qrant müsabiqəsində qalib gəlmiş “Məni özün bil!” layihəsinin açılışında Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Salyan rayonu üzrə Təhsil Sektorununnümayəndələri, layihəyə cəlb olunacaq məktəblərin direkorları, psixoloq və Uşaq Birliyi Təşkilatının rəhbərləri, şagirdlər və digər qonaqlar iştirak ediblər.Layihə çərçivəsində hər qrupa dörd gün, gündə 2 saat olmaqla, ümumilikdə 8 saatlıqtəlim keçiriləcək. Təlimlər hər qrupda 15 nəfər – 6, 7 və 8-ci siniflərdə təhsil alan şagird və 3 psixoloq (digər qrupda 3 UBTR) olmaqla 2 qrupla təşkil olunacaqdır.Xatırladırıq ki, layihə Elnarə Güləliyeva tərəfindən icra olunur. Layihənin əsas məqsədi 12-15 yaşlı şagirdlərə bullinq haqqında məlumat vermək, şagirdlərin özgüvənini inkişaf etdirmək , empatiya hissini gücləndirməklə zorakılıq halında başqalarına necə dəstək ola biləcəklərini öyrətməkdir.
""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi
Xəbərlər
Tərtər rayonu Aslan Kərimov adına 3 nömrəli ümumi orta məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi ""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib.4 ay müddətində davam edəcək layihənin həyata keçirilməsində əsas məqsəd şagirdləri ekoloji sahədə maarifləndirmək, ətraf mühitlə bağlı məlumatlılıqları artırmaq, asudə vaxtlarını səmərəli keçirmək, həmçinin şagirdlər tərəfindən hazırlanacaq "eco bag"-lər vasitəsilə birdəfəlik plastik istehlakının azaldılmasına dəstək olmaqdan ibarətdir.Layihədə ibtidai siniflərdə təhsil alan 30 şagird seçilərək onlar üçün 1 ay müddətində həftədə 2 dəfə olmaqla tikiş kursu və boyama kursları keçiriləcək. Nəticədə 100 "eco bag" hazırlanaraq marketlərə və icmaya paylanacaq. Eyni zamanda ekoloji maarifləndirmə aksiyaları təşkil ediləcək.Xatırladaq ki, ""Green hands,green bags": daha yaşıl gələcək üçün" adlı layihə adıkeçən məktəbin ibtidai sinif müəllimi Sultani Nigar İftixar qızı tərəfindən icra edilir. 
“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin açılış mərasimi
Xəbərlər
“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin açılış mərasimi baş tutub. Açılışda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Səbuhi Qurbanov, Zaqatala rayonu üzrə təhsil sektorunun əməkdaşları Vüsalə Rzayeva və Əlizadə Rəcəb, layihənin işçi heyəti çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər. Zaqatala rayon İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbin ibtidai sinif müəllimi Fərqanə Ramazanovanın rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi şagirdlər arasında komanda ruhunun aşılanması, onların fiziki sağlamlıqlarının arıtırlması və asudə vaxtlarının səmərəli dəyərləndirilməsindən ibarətdir.Qeyd edək ki, 5 ay davam edəcək layihə çərçivəsində 40 şagird seçiləcək onlar üçün layihənin infossesiyası keçiriləcək, daha sonra isə onlar üçün 36 təlim proqramı hazırlanacaq. Təlimlər yekunlaşdıqdan sonra isə basketbol yarışı keçiriləcək, qalib komandalar mükafatlandırılacaqlar. Həmçinin Basketbol Federasiyasına infotur təşkil ediləcək.
“Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı”layihəsi icra edilir
Xəbərlər
“Oynayaraq öyrənirik! İbtidai sinif şagirdlərinin məktəbdə fiziki fəallığının artırılması proqramı” layihəsinin açılış mərasimi keçirilib.Layihənin məqsədi ibtidai sinifdə təhsil alan şagirdlərin məktəbə olan həvəsini artırmaq, məktəbdə fiziki fəallıqlarına dəstək olmaq və bu yolla, onların akademik fəaliyyətinə müsbət yöndə təsir etmək üçün məktəbimizin həyətində oyun meydançasının qurulmasıdır.Qeyd edək ki, layihə ibtidai sinif müəllimi Ləman Baratzadə tərəfindən Tərtər rayonu Əskipara kənd tam orta məktəbdə həyata keçirilir.Layihə çərçivəsində məktəbin həyətində ibtidai sinif şagirdləri üçün oyun meydançası qurulacaq və meydançada şagirdlər üçün müxtəlif fəaliyyətlər həyata keçiriləcək.
Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı
Xəbərlər
“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinin açılış tədbiri keçirilib.Layihənin həyata keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərinin nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özlərini ifadə qabiliyyətlərini gücləndirməkdən ibarətdir.Qeyd edək ki, layihə Tərtər şəhər Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdə tarix müəllimi Sərxan Yusifzadə tərəfindən 4 ay müddətində həyata keçiriləcək.Layihə çərçivəsində məktəbdən 35 şagird seçilərək iki qrupa bölünəcəklər və onlar üçün 32 saatlıq təlim proqramı hazırlanacaq. Layihənin sonunda isə şagirdlərin layihədən əldə etdikləri nəticəni görmək üçün oxu müsabiqəsi keçiriləcək.
"Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi
Xəbərlər
""Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi" qrant layihəsi çərçivəsində açılış tədbiri keçirilib. Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin müəllimləri, şagirdlər, mətbuat nümayəndələri, layihənin heyəti və digər qonaqlar iştirak edib . Xatırladırıq ki, ""Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi" qrant layihə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova tərəfindən icra olunur. Layihənin məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarətdir. Layihə çərçivəsində Lənkəran rayonu üzrə müəyyən olunmuş 15 ümumtəhsil müəssisəsinin hər birində 20 nəfər şagird üçün “Yaşıl dünya” mövzusunda maarifləndirici görüşlərin təşkil olunması, təlimdən sonra həmin məktəblərin müəyyən olunmuş yerlərində divarlara şagirdlər tərəfindən rəsmlərin çəkilməsi və bu proseslərdə iştirakçı məktəblilərin xüsusi sertifikatlarla təltif olunması nəzərdə tutulub.
"Beynəlxalq Qiymətləndirməyə Hazırlıq Proqramı (BQHP) - Khan Academy ilə
Xəbərlər
Vurğun qəsəbə H.Əzizov Adına Tam Orta Məktəbdə "Beynəlxalq Qiymətləndirməyə Hazırlıq Proqramı (BQHP) - Khan Academy ilə" layihə icra olunmağa başlayıb.Şəfəq Musayeva tərəfindən qazanılmış qrant layihə, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasına və şagirdlərin beynəlxalq qiymətləndirmə imtahanlarına hazırlığının artırılmasına yönəlmiş təşəbbüsdür. Layihə çərçivəsində Vurğun qəsəbəsi H.Əzizov adına tam orta məktəbin 6-8-ci sinif şagirdləri beynəlxalq qiymətləndirmə imtahanlarına hazırlıq məqsədilə Khan Academy platformasından istifadə edərək riyaziyyat və həndəsə biliklərini təkmilləşdirəcəklər. Altı ay davam edəcək bu layihə, şagirdləri beynəlxalq standartlara uyğun tədris resursları ilə tanış edərək, PİSA kimi beynəlxalq qiymətləndirmələrə hazırlayacaqdır. Həftədə üç dəfə olmaqla təşkil ediləcək dərslər əvvəlcə başlanğıc testlərlə şagirdlərin bilik səviyyəsini müəyyənləşdirəcək, hər 15 dərsdən sonra isə inkişaf qiymətləndirmələri aparılacaq. Bu qiymətləndirmələr nəticəsində şagirdlərin güclü və zəif tərəfləri müəyyən ediləcək və ehtiyaclarına uyğun dəstək veriləcəkdir.Xatırladırıq ki, “Beynəlxalq Qiymətləndirməyə Hazırlıq Proqramı (BQHP) - Khan Academy ilə” adlı layihə Vurğun qəsəbəsi H.Əzizov adına tam orta məktəbdə Şəfəq Musayeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi Azərbaycan təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və şagirdlərin beynəlxalq imtahanlarda daha yüksək performans göstərmələrini təmin etməkdir.
"Bullinqi birgə dayandıraq" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
"Bullinqi birgə dayandıraq" layihəsinin açılış mərasimi keçirilib.Açılışda Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı İlkin Abbasov, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, məktəb direktorları, müəllimlər iştirak ediblər. Layihə rəhbəri Elza Hüseynova, layihənin icraçı psixoloqu Simuzər Hacıyeva çıxış edərək layihənin məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırıblar.Layihənin məqsədi məktəblərdə bullinq hallarının qarşısını almaq, şagirdləri bu problemlə üzləşməkdən xilas etmək, bullerləri humanist əməkdaşlığa səsləməkdir. Məlumat üçün bildirək ki, layihənin icra müddəti 4 aydır. Bu müddətdə psixoloq tərəfindən müəllim, valideyn və şagirdlərə təlimlər keçiriləcək. Şagirdlər arasında bullinq hallarının aşlarlanıb aradan qaldırılması üçün sorğu və seminarlar keçiriləcək.Layihənin sonunda şagirdlər arasında bullinq hallarının azaldılması, depressiya, ifrat narahatlıq, psixoloji böhranın aradan qalxması, özünəinam hissinin artması, şagirdlərin həmyaşıdları, müəllimləri, valideynləri ilə münasibətlərinin yaxşıya doğru dəyişməsi, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsi, akademik nəticələrin artması sonda gözlənilən nəricələrdir.Xatırladaq ki, adıkeçən layihə Elza Hüseynova tərəfindən Şəmkirdə icra olunur.
"Parlayan cəngavərlər" layihəsinin icrasına başlanılıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Parlayan cəngavərlər" layihəsinin icrasına başlanılıb.Layihə Göygöldə gənclərin ictimai fəaliyyətinin artırılmasında, onların skaut hərəkatı vasitəsilə region səviyyəsində bir birilərinə inteqrasiya etməsində, dostlar əldə etməsində, vətənpərvər ruhda böyüməsində, dünya görüşlərinin artmasında mühüm rol oynayacaqdır.Xatırladırıq ki, "Parlayan cəngavərlər" adlı layihə Leyla Bayramova tərəfindən həyata keçirilir. Layihənin məqsədi Göygöl rayon tam orta məktəblərindən seçilmiş 30 şagirdə skaut hərəkatı vasitəsi ilə yeniyetmə və gənclərin ictimai fəallığını sürətləndirmək və bu hərəkata töhvə verə biləcək gənc liderlər yetişdirməkdir. Onların bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsində, bütövlükdə qeyri-formal təhsil vasitəsilə musiqi fənnin, bu sahənin prioritet istiqamətlərinə xidmət edəcəkdir.
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsinin açılış mərasimi keçirilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş layihənin açılış mərasimində məktəb rəhbərliyi, müəllimlər, layihənin işçi heyəti iştirak edib.Layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 15 nəfər şagird seçiləcəkdir. 6 ay ərzində dərsdənkənar fəaliyyət formasında “Ewa” proqramından istifadə etməklə məşğələlər təşkili olunacaq və “Ewa” proqramından rahat istifadə etmək üçün qulaqcıqlar alınacaqdır.Xatırladaq ki, layihə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə Elvina Hüseynova tərəfindən icra olunur. Lahiyənin əsas məqsədi “Ewa” tətbiqi proqramının köməyilə 4-cü sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməsinə dəstək verməkdən ibarətdir.
"Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsinin icrasına başlanılıb
Xəbərlər
"Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsinin icrasına başlanılıb.VIII qrant müsabiqəsində qalib gəlmiş "Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 4 aylıq dərs proqramı hazırlanacaq və 25 nəfər şagirdə həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla tədris ediləcək. Ümumilikdə 32 saatlıq dərs proqramı çərçivəsində şagirdlərin qavrama səviyyəsi aylıq imtahanlarla qiymətləndiriləcək. Layihə çərçivəsində məktəbdə riyaziyyat dərnəyi yaradılacaq, və dərnəkdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün iş qrafiki və tədris proqramı tərtib ediləcəkdir.Xatırladırıq ki, "Hər bir akademik uğurun əsası riyaziyyatdır" adlı layihə Tatar kənd tam orta məktəbdə Murad Rasulov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi 4-cü sinif şagirdlərinin Khan Academy platformasında yerləşən riyaziyyat materiallarını milli kurikulum əsasında öyrənməsini təmin etmək və şagirdlərin biliklərini dərinləşdirməkdir.
“Biologiya fənni üzrə interaktiv simulyasiyaların tətbiqi” layihəsi çərçivəsində biologiya müəllimləri ilə görüş keçirilib
Xəbərlər
“Biologiya fənni üzrə interaktiv simulyasiyaların tətbiqi” layihəsi çərçivəsində biologiya müəllimləri ilə görüş keçirilib.Görüş zamanı müəllimlərə hazırlanmış dərs proqramı, "PhET" platforması və biologiya fənni ilə bağlı interaktiv simulyasiyalar təqdim olunub. Platformadan istifadə və dərs proqramının icrası izah edilib.Qeyd edək ki, layihənin davamlılığı olaraq həmin müəllimlər V - Vlll sinifdə təhsil alan şagirdlərə hazırlanmış dərs proqramı ilə "PhET" platformasından interaktiv simulyasiyalar keçəcəklər.Layihə çərçivəsində biologiya kurikulumuna uyğun olaraq 4 ay ərzində həftədə 2 dəfə olmaqla 32 saatlıq dərs proqramı hazırlanacaq və 20 nəfərlik 8-ci sinif şagirdləri ilə keçiriləcəkdir. Layihənin əvvəlində və sonunda şagirdlərin bilik səviyyəsini ölçmək üçün test imtahanları təşkil ediləcək və layihənin təsiri dəyərləndiriləcəkdir. Layihənin son mərhələsində məktəbdə biologiya fənni üzrə digər müəllimlərə təlim verilib, onlar da müxtəlif siniflərdə PhET simulyasiyalarından istifadə edərək dərslər keçirəcəklər. Xatırladırıq ki, "Biologiya fənni üzrə interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə Xədicə Əliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET platformasında yerləşən interaktiv simulyasiyaları 8-ci sinif biologiya dərslərinə inteqrasiya edərək şagirdlərin bu fənnə olan marağını artırmaq və onların dərsi daha dərindən qavramasına şərait yaratmaqdır.
"Ətraf mühit kəşfiyyatçıları: şagirdlər arasında ətraf mühitə dair maarifləndirmə" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biri olan "Ətraf mühit kəşfiyyatçıları: şagirdlər arasında ətraf mühitə dair maarifləndirmə" layihəsinin açılış mərasimi baş tutub.Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə həyata keçiriləcək layihənin əsas məqsədi 7-ci, 8-ci və 9-cu sinif şagirdləri arasında ekoloji sessiyalar vasitəsilə maarifləndirmə işləri aparmaq və “Eko Radar” portalından istifadəni tədbiq edərək ətraf mühitdə baş verən müsbət və mənfi dəyişikliklər haqqında məlumatlılığı artırmaq və həll olunmasına ehtiyac duyulan problemlərin ortadan qaldırılmasına təşəbbüs göstərməyə təşviq etməkdən ibarətdir.Layihə çərçivəsində 200 şagirdin iştirakı ilə 16 ekoloji maarifləndirmə sessiyası, 4 foto və video çəkilişi təlimi və "Eko Radar" portalı ilə tanışlıq görüşü baş tutacaq. Layihənin sonunda şagirdlərin təbiətdə gördükləri 3 mənfi və 3 müsbət dəyişikliyi qeydə alaraq portala yerləşdirməsi nəzərdə tutulub.Xatırladaq ki, adıkeçən layihə Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə Ülviyyə Mahmudova tərəfindən icra edilir.
Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi davam edir
Xəbərlər
Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi davam edir.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan” layihəsi uğurla davam edir. Həyata keçirilən layihə çərçivəsində növbəti təlim-toplantıda Sabirabad şəhər 2 və 5 nömrəli orta məktəbin şagirdləri ilə yanaşı təlimçilər, məktəb rəhbərləri, həkimlər iştirak edib.Xatırladaq ki, layihə Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova tərəfindən icra olunur. Layihənin məqsədi Sabirabad rayon şagirdlərinə mütəxəssislər tərəfindən həyat təhlükəsizliyi haqqında nəzəri anlayışların verilməsi və ekstremal həyat vəziyyətlərində ilk tibbi yardım bacarıqlarının göstərilməsini seminar və praktik təlimlər keçməklə formalaşdırmaqdır.
Gənc müəllimlər üçün Türkiyədə təcrübə imkanı
Xəbərlər
“Gənc müəllimlər üçün Türkiyədə təcrübə imkanı” qrant layihəsinin açılış tədbiri keçirilib.Tədbirdə Qusar rayonu üzrə Təhsil Sektorunun əməkdaşları Rövşən Bünyatov, İldırım Zeynalov, Qusar rayon Çiləgir kənd tam orta məktəbin direktoru Farid Eldarov, Aşağı Ləgər kənd tam orta məktəbin direktoru Murad Həsənov və Quxuroba kənd tam orta məktəbin direktoru Rəşid Tahirov rəsmi qonaq qismində iştirak ediblər. Layihə rəhbəri Elçin Salmanov təqdimatla çıxış edərək layihə ilə bağlı iştirakçılara ətraflı məlumat verib.Xatırladırıq ki, “Gənc müəllimlər üçün Türkiyədə təcrübə imkanı” qrant layihəsi Elçin Salmanov tərəfindən Qusar rayon Urva kənd tam orta məktəbdə həyata keçirilir. Layihə çərçivəsində müəllimlərin beynəlxalq təcrübə əldə edərək, tədris prosesini müasir metodlara həyata keçirmələri, məktəbdən 3 müəllimin Türkiyədə 1 həftəlik təcrübə proqamında iştirak etməsi və təcrübə proqramından qayıdan müəllimlərin məktəbdə seminar formatında 2 dəfə olmaqla digər kolleqaları ilə öyrəndiklərini bölüşmələri nəzərdə tutulur.
“Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin açılış mərasimi
Xəbərlər
“Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin açılış mərasimi olub.Tədbirdə 217 nömrəli məktəbin direktoru Əbülfət Əkbərov,Azərbaycan Skautlar Assosiyasiyasının baş katibi Ülvi Məmmədov , Assosiyasının nümayəndələri, gənc müəllimlər, məktəbin yaradılmış skaut dəstəsinin üzvləri və onların valideynləri iştirak edib.Daha sonra ötən tədris ilinin Aprel ayında Aynur İbrahimovanın rəhbərliyi ilə yaradılmış mauqli yaş qruplu “Xunsar” skaut klubunun fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.Tədbirin bədii hissəsi məktəbin şagirdlərinin ifasında rəqs və mahnı ilə davam edib.Qeyd edək ki, “Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsi Binəqədi rayonu E. Sultanov adına 217 nömrəli məktəbdə Aynur İbrahimova tərəfindən icra olunur. Layihənin icrası zamanı dəstə görüşlərinin keçirilməsi Azərbaycan Skautlar Assosiasiyasının MilliGənclər Proqramının komponentləri çərçivəsində tənzimlənəcəkdir. Layihə 9 ay ərzində hər həftəsonu 1 dəfə olmaqla, ümumilikdə ayda 4 dəfə təlim keçiriləcək. Layihədə təlimlər 6 istiqamət:fiziki, sosial, emosional, intelekual, psixoloji və xarakter üzrə baş tutacaqdır. Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin əsas məqsədiməktəbdənkənar fəaliyyətlər vasitəsilə skautinqi şagirdlərin aktiv həyat tərzinə inteqrasiya etmək və bununla da liderlik, komanda idarəçiliyi, məsuliyyət və sosial münasibətlər kimi əsas bacarıqlarıninkişafına təkan verməkdir. Bu vasitə ilə məktəbli skautların müxtəlif sahələrdə, o cümlədən liderlik, komandanın idarə olunması, məsuliyyət daşıma və sosial münasibətlər kimi bacarıqlarının inkişafetdirilməsi və gücləndirilməsi hədəflənir.
“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinə star verilib
Xəbərlər
Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta məktəbində “Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinə star verilib.Rəqs klubları vasitəsilə şagirdlər arasında fiziki aktivliyi təbliğ etmək məqsədi daşıyan layihə çərçivəsində açılış mərasimi və ilk rəqs dərsi baş tutub.Layihə 3 ay müddətində 20 nəfər ibtidai sinif şagirdinə milli və xarici rəqs dərslərinin keçirilməsi, rəqs klublarının yaradılması, rəqs paltarlarının hazırlanması və sonda rəqs gecəsinin təşkil edilməsini hədəfləyir.Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan layihə adıçəkilmiş məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə tərəfindən icra olunur.
"Khan Academy ilə Fiziki virtual labarotoriyası" layihəsinin icrasına başlanılıb
Xəbərlər
"Khan Academy ilə Fiziki virtual labarotoriyası" layihəsinin icrasına başlanılıb.VIII qrant müsabiqəsində qalib "Khan Academy ilə Fiziki virtual labarotoriyası" adlı layihənin açılış mərasimi keçirilib. Layihənin açılş tədbirində məktəbin əvəzedici direktoru Humayın Rüstəmova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının nümayəndəsi, Göyçay rayonu üzrə Təhsil Sektorunun əməkdaşı, qabaqcıl müəllimlər, təlimçilər, qrant layihə qalibləri iştirak edib.Layihənin həyata keçirilməsində əsas məqsəd Göyçay rayon məktəblilərinin diqqətini ekoloji problemlərin həllinə yönləndirmək, onları ekoloji mövzuda maarifləndirmək, bu sahə üzrə bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaq, məktəblilərin ekoloji problemlərin həlli üzrə könüllü fəaliyyətinin genişləndirilməsi və ekoloji aksiyalarda aktivliyini təmin etməkdən ibarətdir. Layihə 3 ay müddətində Göyçay rayonunda icra ediləcəkdir. Xatırladırıq ki, layihə Göyçay rayon Mallı-Şıxlı kənd tam orta məktəbində Səidə Babayeva tərəfindən icra olunacaq.
"Məktəbimizdə Skaut dəstələrinin yaradılması" layihəsinin açılış tədbiri
Xəbərlər
Şəmkir rayon Kür qəsəbə İ.S.Aznaurov adına tam orta məktəbin direktor əvəzi, kimya müəllimi Əsgərova Könül Məzahir qızının "Məktəbimizdə Skaut dəstələrinin yaradılması" layihəsinin açılış tədbiri keçirilib.Tədbirdə Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov və sektor əməkdaşları, Azərbaycan Skautlar Assosiasiyasının milli Audit komitəsinin üzvü, Gəncə-Daşkəsən və Tovuz-Qazax regionları üzrə regional müvəkkili İntiqam Rzayev və ASA üzvləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi İlkin Abbasov, layihə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak edib.Layihə rəhbəri və eksperti tərəfindən layihənin məqsədi, vəzifələri, görüləcək işlər və əldə olunacaq nəticələr haqqında geniş məlumat verilib. "Məktəbimizdə Skaut dəstələrinin yaradılması" layihəsinin əsas məqsədi Kür qəsəbə İ.S.Aznaurov adına tam orta məktəbində təhsil alan sosial vəziyyəti aşağı və valideyin himayəsindən məhrum olan şagirdlərin həyatına toxunaraq gələcəyin vətənpərvər, milli və ümumibəşəri dəyərlərə sadiq olan, düzgün qərarlar qəbul edən, özünə güvənən asanlıqla sosiallaşan, vicdanlı, pis vərdişlərdən uzaq olan, təbiəti sevən – bir sözlə Skautun bütün dəyərlərini özündə formalaşdıran gəncliyini yetişdirməkdir.
"Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsi icra olunur
Xəbərlər
"Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" layihəsi icra olunur.Layihənin açılış tədbirində məktəb direktorları, müəllimlər, şagirdlər, bələdiyyə üzvləri, mədəniyyət işçiləri, layihə əməkdaşları iştirak edib. Layihə çərçivəsində Sıfır tullantı məşğələsinin proqramının hazırlanması və çap olunması, 350 şagird üçün məktəbdənkənar məşğələlərin keçirilməsi, məktəblilər üçün tullantıdan incəsənətə kursunun planının hazırlanması və çap olunması, 350 məktəbli üçün tullantıdan incəsənətə kursunun keçirilməsi, açıq onlayn resurslar üçün video-məşğələnin hazırlanması və yayımlanması nəzərdə tutulub.Xatırladırıq ki, "Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi" qrant layihəsi Ağsu rayonu Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin müəllimi Lalə Xəlilova tərəfindən icra olunur.
Lənkərnda məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsi icra olunur
Xəbərlər
Məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” layihəsinin açılış tədbiri keçirilib.Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Cəmil Axundzadə, layihənin eksperti Samir Salayev, digər ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib.Layihə çərçivəsində məktəbin sosial rifah halı aşağı olan 32 nəfər şagirdinin təlim nəticələrinin artırılmasına dəstək olmaq məqsədilə məktəbli forması, çanta və ayaqqabı ilə təmin ediləcək. Layihənin davamlılığını təmin etmək üçün həmin şagirdlərin valideynlərini işlə təmin olunması da nəzərdə tutulub. Bu məqsədlə layihə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcək.Xatırladırıq ki, məktəblilərin təlim nəticələrinin artırılmasına “Sosial dəstək” qrant layihəsi Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Nəcəfova tərəfindən icra olunur.
"ECOpupils: Məktəblilərin ekoloji savadlılığının artırılması proqramı" layihəsi çərçivəsində infosessiyalar keçirilir
Xəbərlər
"ECOpupils: Məktəblilərin ekoloji savadlılığının artırılması proqramı" layihəsi çərçivəsində infosessiyalar keçirilir."Ekologiya nədir?" mövzusunda keçirilən ilk təlimdə LDU-nun doktorantı Samir Salayev spiker olaraq çıxış edib. O, ekologiya anlayışının mahiyyəti, bugünkü həyatımızda ekologiyanın qorunmasının vacibliyi haqqında maraqlı təqdimat əsasında şagirdləri maarifləndirib. Çox önəmli davranışların ekoloji tərbiyədə yer almasının gələcək cəmiyyətimiz üçün sağlam mühit yaradacağını xüsusi olaraq vurğulayıb.Təlim boyunca şagirdləri düşündürən suallar cavablandırılıb.Qeyd edək ki, Astara şəhər 1 nömrəli tam orta məktəbdə Babək Rzazadə tərəfindən icra olunan layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması, onların bu istiqamətdə aktiv iştirakçılığa və həssas yanaşmaya təşviq olunması, ətraf mühitə qarşı məsuliyyətli vətəndaş formalaşdırmaq və effektiv addımlar atmağı öyrətməkdən ibarətdir.Xatırladaq ki, layihə çərçivəsində 3 günlük "trashtag" aksiyası keçiriləcək. "Yaşıl dünya" mövzusunda 12 görüş təşkil olunacaq. Plastik cə kağız tullantılardan dekorativ əşyalar hazırlanacaq. Hazırlanan əşyalar məktəbdə nümayiş etdiriləcək və zibil qutuları çeşidlənmə üçün siniflərə yerləşdiriləcək.
"Ağcabədi rayonunda “Debat - Təsdiq və inkarın ünsiyyət rolu” layihəsinin icrasına başlanılıb
Xəbərlər
"Ağcabədi rayonunda “Debat - Təsdiq və inkarın ünsiyyət rolu” layihəsinin icrasına başlanılıb. VIII qrant müsabiqəsinin qalibi olan layihənin məqsədi məktəblərarası debat yarışlarının təşkili vasitəsilə Azərbaycan tələbələri arasında intellektual aktivliyi, tənqidi düşüncəni və əlaqəni artırmaqdır.Qeyd edək ki, Laçın rayon Şeylanlı kənd 2 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Xalid Xalidli tərəfindən icra olunan layihə çərçivəsində 5 ay müddətində 3 məktəbdə 6, 7 və 8-ci sinif şagirdlərinə 4 debat təlimi keçiriləcək. Təlimlərdə şagirdlər debat texnikaları, qaydaları və formatları ilə tanış olacaqlar.
"Təbiətin dostları" layihəsinin icrasına başlanılıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Təbiətin dostları" layihəsinin icrasına başlanılıb.Biləsuvar rayon R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində 4 ay davam edəcək layihə çərçivəsində yaşıllıqların salınması, ağacların əkilməsi və Eko klubun təşkili nəzərdə tutulur. Layihə, ekoloji bilikləri artırmaq və məktəbliləri təbiətə qarşı həssas etmək məqsədini daşıyır. İlk mərhələdə layihənin təqdimatı və təbliğatı aparılacaq. Sonra məktəbdəki ərazi hazırlanaraq, Eko Məktəbli Klubu yaradılacaq və 24 məktəbli üçün 6 gün təlim keçiriləcək. Təlimlər ağacların əkilməsi, ekoloji layihə idarəetməsi və digər mövzuları əhatə edəcək. Layihənin yekununda məktəblilərlə 6 günlük ekoloji düşərgə təşkil ediləcək. Düşərgə sonrası hesabat hazırlanacaq və davamlılıq üçün klub üzvləri digər məktəblərdə təqdimatlar edəcək.Xatırladaq ki, layihə Bəydili kənd R.Mikayılov adına tam orta məktəbində Asiman Əliyev tərəfindən icra edilir. Layihənin məqsədi məktəbimizdə yaşıl dünyanın təşviqi ilə bağlı tədbirlərin təşkili ilə məktəblilərin ətraf mühitə qayğıkeş münasibətinin formalaşdırılmasına və məktəb ərazisində yaşıllıq zolağının çoxaldılmasına dəstək olmaqdır.
"Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya" layihəsinin icrasına başlanılıb
Xəbərlər
VIII qrant müsabiqəsinin qalibi "Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya" layihəsinin icrasına başlanılıb.Layihənin açılış mərasimində Zaqatala rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi məktəb direktorları, müəllimlər iştirak ediblər. Layihə çərçivəsində ilk olaraq ICDL sertifikasiyasına hazırlıq üzrə təlim məzmunu və 30 saatlıq təlim proqramı hazırlanacaq və Azərbaycan dilinə tərcümə ediləcək. Təlimlər iki qrupa bölünmüş şəkildə, üz-üzə formatda təşkil olunacaq və gündə 3 saat olmaqla 10 gün davam edəcək. Təlim sonunda iştirakçılar üçün imtahan vauçerləri alınacaq və imtahanlar Bakı şəhərindəki ICDL Authorized Testing Centers-də təşkil ediləcək. Xatırladırıq ki, "Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya" layihəsi Bəhmətli kənd Ə.Cavadov adına tam orta məktəbdə Aliyə Süleymanova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbin 30 nəfərlik pedaqoji və inzibati-idarəetmə heyətinə onlayn əməkdaşlıq bacarıqlarını öyrətmək və onları “ICDL işçi qüvvəsi üçün Onlayn Əməkdaşlıq” beynəlxalq sertifikasiyasına hazırlamaqdır.
“Yaşıl dünya = rəqəmsal dünya kağızsız sinif otaqları” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib
Xəbərlər
“Yaşıl dünya = rəqəmsal dünya kağızsız sinif otaqları” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib.“Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” qrant layihəsi çərçivəsində layihədə iştriak edən şagirdlərlə görüş keçirilib. Görüşdə  Musa Ziyadzadə şagirdlərə kağızdan istifadənin ətraf mühitə verdiyi zərər, siniflərdə kağızlardan istifadənin azaldılması və rəqəmsal qaydada dərslərin keçirilməsində elektron resurslardan istifadə ilə bağlı məlumat verib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.Xatırladırıq ki, “Yaşıl dünya = rəqəmsal dünya kağızsız sinif otaqları” qrant layihəsi Musa Ziyadzadə tərəfindən Göygöl rayon Çaylı kənd tam orta məktəbində təşkil olunur. Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji təmizliyin qorunması üçün yenidənistehsalın şagirdlər arasında təşviq edilməsi, məktəbdə kağızsız sinif otağının yaradılması ilə kağızdan istifadənin azaldılması və ekoloji cəhətdən təmiz sinifin formalaşdırılması və interaktivliyi təmin etmək üçün onlayn resursların istifadəsinə imkan yaratmaqdır. Layihə çərçivəsində şagirdlərə 2 ay ərzində sinifdə dərslərin birbaşa planşetdən istifadə ilə keçirilməsi və kağızdan istifadənin tamamilə aradan qaldırılması, kağızsız sinif otağı ilə bağlı məlumatlandırıcı videoçarxın çəkilməsi nəzərdə tutulur.
“Riyaziyyat tətqiqatçıları - Pifaqor klubu” qrant layihəsinin açılış mərasimi
Xəbərlər
“Riyaziyyat tətqiqatçıları - Pifaqor klubu” qrant layihəsinin açılış mərasimi keçirilib.Layihə çərçivəsində Khan Academy platformasında 2-ci sinif riyaziyyat materialları  milli kurikuluma uyğunlaşdırılaraq xüsusi dərs proqramı hazırlanacaqdır. 20 nəfərdən ibarət 2-ci sinif şagirdləri üçün 3 ay müddətində həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla ümumilikdə 32 saatlıq kurs keçiriləcək. Hər ayın sonunda şagirdlərin irəliləyişini qiymətləndirmək üçün test imtahanları təşkil ediləcəkdir. Layihə müddətində Khan Academy platformasının tətbiqi ilə bağlı məktəbdə maarifləndirici infosessiyalar keçiriləcəkdir.Xatırladırıq ki, "Riyaziyyat tədqiqatçıları - Pifaqor klubu" adlı layihə Qabaqdibi kənd E.B.Adışov adına tam orta məktəbdə Alim Adişli tərəfindən həyata keçirilir. Layihənin məqsədi 2-ci sinif şagirdlərinin riyaziyyat biliklərini inkişaf etdirmək, onların effektiv öyrənmə prosesinə cəlb olunmalarını təmin etmək və onlayn tədris platformalarının istifadəsini məktəbdə təşviq etməkdir.
"COP-29 məktəb zirvəsi" layihəsinin təlimləri davam edir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan "COP-29 məktəb zirvəsi" layihəsinin təlimləri davam edir.Layihə çərçivəsində şagirdlərdə daim öyrənmə və tətbiq etmə kimi daxili motivasiyanın yaranmasına, prosesin davamlı olmasına səbəb olacaq "Bebras” İnformatika və Alqoritmik təfəkkür üzrə beynəlxalq onlayn müsabiqəsində iştirak edirlər. Yarışmada interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həmin mövzularda təfəkkürləri yoxlanılır və tapşırıqların həllinə uyğun qiymətləndirmə aparılır.Qeyd edək ki, layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəklləyəcək "Ekomühəndis Şagirdlərin COP 29 – Məktəb Zirvəsi"prosesini təşkil etməkdir. Xatırladaq ki, "COP-29 məktəb zirvəsi" layihəsi Səbail rayon 162 nömrəli tam orta məktəbin müəllimi Sevinc Əliyeva tərəfindən adıkeçən məktəbdə icra edilir.
"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə maarifləndirici seminar
Xəbərlər
"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə maarifləndirici seminar təşkil edilib.Seminarda valideyn-övlad münasibətləri, ünsiyyət bacarıqları və yeniyetmələrin maraqlarının doğru yönləndirilməsi kimi mövzular əhatə olunub.Qeyd edək ki, layihə çərçivəsində məktəbdə 3 gün seminarların təşkili nəzərdə tutulub. Daha sonra, valideynlər arasından məktəb-valideyn əməkdaşlığının səmərəliliyi üçün MAİB-in yaradılması ilə bağlı seçimlər ediləcəkdir. Seçilən valideynlərə MAİB-in əsasnaməsinin hazırlanması, iş strukturu, vəzifə, öhdəliklər və hüquqları, illik fəaliyyət planının hazırlanması istiqamətlərində təlimlər keçiriləcəkdir. Təlimlərdə seçilən valideynlər öhdəlik olaraq fəaliyyət planına uyğun məktəb daxilində fəaliyyətlər həyata keçirəcəklər. Xatırladırıq ki, layihə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.
"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihənin açılış mərasimi keçirilib
Xəbərlər
"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihənin açılış mərasimi keçirilib.Layihənin açılış tədbirində Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəbin rəhbərliyi və müəllimlər iştirak edib.Layihə çərçivəsində "Bilgə Qarabağ" adlı intellektual oyun vasitəsilə Qarabağın tarixi, mədəniyyəti və incəsənətinin interaktiv şəkildə öyrədilməsi planlaşdırılır. İlkin mərhələdə Türkiyə və Azərbaycandan 4 nəfərlik ekspert qrupu formalaşdırılacaq və oyunun məzmunu hazırlanacaqdır. Təlimat videosu çəkilib yayımlandıqdan sonra oyunlar çap edilərək Azərbaycana gətiriləcəkdir. Daha sonra, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə təqdimat mərasimi keçiriləcək və məktəblərə oyunun istifadəsi ilə bağlı təlimlər veriləcəkdir.Xatırladırıq ki, ""Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi"" adlı layihə Məmmədova Xəyalə tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində ən azı 3000 şagirdin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəbdaxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulur.
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə icra edilir
Xəbərlər
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə icra edilir.Layihənin açılışında Cəlilabad rayonu S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.Layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin də təşkili nəzərdə tutulub.Xatırladırıq ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir. Bu layihə, şagirdlərə öz potensiallarını kəşf etmək və həyat bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradır.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsinin icrasına başlaılıb
Xəbərlər
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsinin icrasına başlaılıb.Tədbirdə məktəbin idarə heyəti, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edib. Layihə haqqında ətraflı məlumat verilib, məqsəd və vəzifələri vurğulanıb.Xatırladırıq ki, “BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta məktəbdə icra olunur. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətləri bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların ("soft skills") formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə 3 günlük qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə "team- building" klubunun yaradılması nəzərdə tutulur.
"Mind map müəllim və şagirdlərin zehin xəritəsi" layihəsi çərçivəsində müəllimlər üçün təlimlər yekunlaşıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Mind map müəllim və şagirdlərin zehin xəritəsi" layihəsi çərçivəsində müəllimlər üçün təlimlər yekunlaşıb!Mind map müəllim və şagirdlərin zehin xəritəsi" təlim proqramı müəllim və şagirdlərin analitik düşüncə, məlumatın strukturlaşdırılması və yadda saxlama bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunub. Təlimlər çərçivəsində müəllimlər zehin xəritəsinin prinsipləri, vizual yaddaş, təqdimat bacarıqları və mürəkkəb mətnlərin təhlil metodlarını öyrəniblər. Təlimlərdə iştirak edən müəllimlər ibtidai sinif şagirdlərindən hər birində 20 nəfər olmaqla 4 qrup formalaşdıracaq və 4 gün müddətində onlara beyin xəritələri ilə bağlı təlimlər təşkil edəcəklər.Xatırladırıq ki, "Mind map müəllim və şagirdlərin zehin xəritəsi" adlı layihə Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə Günay Nəzərova tərəfindən həyata keçirilir. Layihənin məqsədi müəllim və şagirdlərə öyrənmə prosesində zehin xəritələrinin istifadəsini öyrətmək və bununla da onların öyrənmə bacarıqlarını inkişaf etdirməkdir.
Qrant layihə çərçivəsində müəllimlərlə görüş keçirilib
Xəbərlər
“2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” qrant layihəsi çərçivəsində Khan Academy platformasında istifadə və sinifdə tətbiqi ilə bağlı müəllimlərlə görüş keçirilib. Görüşdə platformadan istifadənin faydaları, effektivliyi, materialların mövcud kurikuluma uyğunlaşdırılması və tədrisi ilə bağlı müzakirələr aparılıb.Qeyd edək ki, layihənin icra planına əsasən Xıçəso kənd ibtidai məktəbinin 3-cü sinif şagirdləri üçün riyaziyyata olan marağın artırılması və beynəlxalq təcrübə əsasında bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə xüsusi tədris proqramı həyata keçiriləcək. Layihə müddətində Khan Academy platforması əsasında tədris proqramı hazırlanaraq həftədə iki dəfə 1.5 saat olmaqla dərslər keçiriləcək. Dərslər tərcümə edilmiş və proqramlaşdırılmış vəsaitlər əsasında aparılacaq və 4 aylıq tədris dövrü ərzində şagirdlərin bilik səviyyəsinin dəyərləndirilməsi üçün tədrisin əvvəlində və sonunda test imtahanları təşkil ediləcəkdir. Layihə nəticələri və şagirdlərin nailiyyətləri təhlil edilərək paralel siniflərdə də tətbiq üçün məktəb müəllimləri ilə paylaşılacaq.Xatırladırıq ki, “2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” adlı layihə Xıçəso kənd ibtidai məktəbində Ehtiram Məmmədov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərin riyaziyyat bacarıqlarını inkişaf etdirmək və məktəbin tədris proqramına uyğunlaşdırılmış rəqəmsal resurslar tətbiq etməklə onların öyrənmə həvəsini artırmaqdır.
Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə “İNAM Şagird İttifaqları Platforması” layihəsi icra olunur
Xəbərlər
Bakı şəhəri 74 nömrəli tam orta məktəbdə “İNAM Şagird İttifaqları Platforması” layihəsinin açılış mərasimi keçirilib.Açılış mərasimində məktəbin rəhbər və müəllim heyəti, eyni zamanda, layihədə yer alacaq şagirdlər iştirak edib.Layihənin əsas məqsədi orta təhsil müəssisələrində şagird ittifaqlarının nəzdində şagirdlərin liderlik qabiliyyətini gücləndirmək, idarəetmə bacarıqlarını praktiki inkişaf etdirmək və bununla da onların icma fəallığını, yerli və regional proseslərə səmərəli töhfə vermək bacarıqlarını, imkanlarını və səlahiyyətlərini artırmaqdır.Layihə çərçivəsində 5 məktəbdən fəallığı ilə seçilmiş 50 şagirdə 8 təlim və 4 simulyasiya keçiriləcək və mentorluq proqramı təşkil olunacaq. Eyni zamanda, ittifaq rəhbərlərinin seçilməsi üçün bal sistemi tətbiq olunacaq. Layihənin sonunda ittifaq rəhbərləri mükafatlandırılacaq.Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan layihə Bakı şəhəri 74 nömrəli tam orta məktəbinin direktoru Murad Zeynalov tərəfindən icra olunur.
"Gələcəyin mühəndislərini bu gün yetişdirək" layihəsi icra olunmağa başlayıb
Xəbərlər
"Gələcəyin mühəndislərini bu gün yetişdirək" layihəsi icra olunmağa başlayıb.4 ay müddətində davam edəcək layihənin məqsədi STEAM tədris modelinin uzaq kənd məktəblərində təbliği və tədris olunması, şagirdlərin İKT bacarıqlarını sürətləndirmək və yeni tədris üsulunu formalaşdırmaqdır. Layihə çərçivəsində məktəblilər 3D qələmlərlə iş, STEAM dərslərinin sirrləri, GNC lazer kəsim cihazları ilə iş, Nanotexnologiya, Biotexnologiya və uçuş aparatlarının modellərinin hazırlanması ilə dərindən tanış olacaqlar. Əraziyə yaxın məktəblərdən VI və VII sinif şagirdlərinin iştirakı ilə 40 olmaqla, 2 qrup üçün 48 saatlıq dərs keçiriləcək.Xatırladaq ki, layihə Samux rayon İlham Məhərrəmov adına Yenikənd kənd tam orta məktəbində direktor İftixar Almuradovun rəhbərliyi ilə icra olunur.
“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin ilk təlimi keçirilib
Xəbərlər
“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin ilk təlimi keçirilib.Şəmkir rayonu Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbdə təhsil alan 28 şagird üçün Phet platformasındakı riyaziyyat simulyasiyası keçirilir. Qeyd edək ki, layihə 5 ay davam edəcək və şagirdlər üçün ümumilikdə 32 saatlıq proqram tədris ediləcək. Layihə çərçivəsində VIII sinifdən 28 şagird həftədə 2 dəfə 1 saat olmaqla 4 aylıq kurslara qatılacaq və riyaziyyat dərslərini PhET platformasındakı simulyasiyalar vasitəsilə interaktiv şəkildə öyrənəcəkdir. Layihənin sonunda məktəbdəki riyaziyyat müəllimləri ilə görüş təşkil ediləcək, platforma haqqında məlumat veriləcək və könüllü 4 müəllim layihəni öz siniflərində tətbiq edəcəkdir.Xatırladırıq ki, ""PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması"" adlı layihə Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbin müəllimi Rəna Heydərzadə tərəfindən həmin məktəbdəicra edilir. Layihənin əsas məqsədi PhET platformasındakı interaktiv simulyasiya oyunları vasitəsilə VIII sinif şagirdlərinin riyaziyyat biliklərini dərinləşdirmək və onlarda fənnə qarşı maraq yaratmaqdır. Eyni zamanda bu təcrübənin digər riyaziyyat müəllimləri arasında yayılması ilə məktəbdə müasir öyrənmə metodlarının tətbiqinə hədəflənir.
VIII qrant müsabiqəsinin qalibi olan “Google sertifikatlı pedaqoq” layihəsinin icrasına başlanılıb
Xəbərlər
VIII qrant müsabiqəsinin qalibi olan “Google sertifikatlı pedaqoq” layihəsinin icrasına başlanılıb.Layihənin açılış tədbiri Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə baş tutub. Açılış tədbirində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı, Şərur rayonu üzrə Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri və pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetin Məktəbəqədər təhsil fakültəsinin baş müəllimi, eyni zamanda universitetinin Təlim-Tədris Mərkəzinin direktoru Xalidə Musayeva çıxış edərək beynəlxalq sertifikasiyanın əhəmiyyətini və bu sahədə atılan addımlardan söz açıblar. Layihənin özəyini təşkil edən beynəlxalq sertifikasiyanın təhsilverənlərin həyatında vacib və lazımlı olduğu vurğulanıb. Qeyd edək ki, 3 ay davam edən layihənin məqsədi təhsilverənlərin "Google Education"-un təqdim etdiyi beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma imtahanına qoşulmasını təmin edərək onların peşəkar bacarıqlarını yüksəltmək və onların “Google Sertifikatlı Pedaqoq” adını almalarına nail olmaqdır.Layihə çərçivəsində keçirilən təlimlərdən ümumilikdə 30 müəllim faydalanacaq. Təlimlərdən sonra iştirakçılar "Google"-un təklif etdiyi sertifikatları almaq üçün imtahanlara daxil olacaq. İmtahanda uğur qazanan müəllimlər "Google Certifited Educator" sertifikatı əldə edəcəklər.Xatırladaq ki, layihə Bakı şəhəri 44 nömrəli tam orta məktəbin müəllimi Təranə Nuriyeva tərəfindən icra edilir.
“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin təlimlərinə start verilib
Xəbərlər
“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin təlimlərinə start verilib.Ümumilikdə 3 məktəbin cəlb edildiyi layihədə hər məktəbdən 15 şagird iştirak edir. Qeyd edək ki, 5 ay davam edəcək layihə çərçivəsində şagirdlər seçiləcək onlar üçün layihənin infossesiyası keçiriləcək, daha sonra isə onlar üçün 36 təlim proqramı hazırlanacaq. Təlimlər yekunlaşdıqdan sonra isə basketbol yarışı keçiriləcək, qalib komandalar mükafatlandırılacaqlar. Həmçinin Basketbol Federasiyasına infotur təşkil ediləcək. Zaqatala rayon İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbin ibtidai sinif müəllimi Fərqanə Ramazanovanın rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi şagirdlər arasında komanda ruhunun aşılanması, onların fiziki sağlamlıqlarının arıtırlması və asudə vaxtlarının səmərəli dəyərləndirilməsindən ibarətdir.
“Zəfər yolu – elmin və biliyin gücü” adlı intellektual bilik yarışı keçirilib
Xəbərlər
“Zəfər yolu – elmin və biliyin gücü” adlı intellektual bilik yarışı keçirilibCari ilin oktyabrın 12-dən Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Zəfər yolu – elmin və biliyin gücü” adlı layihənin icrasını təmin etmək məqsədilə altımərhələli intellektual bilik yarışı keçirilib.Layihənin məqsədi məktəblilər arasında güclü təhsil sayəsində yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün təhsilalanlar arasında intellektual müsabiqənin keçirilməsi, məktəblilər arasında ölkəmizin, xüsusilə dilbər guşəmiz olan Qarabağın tarixi, təbiəti, mədəniyyəti haqqında ümumi dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərə hörmət, sevgi, vətənpərvərlik hisslərini aşılayan, həmçinin şagirdlərdə liderlik bacarığının aşkara çıxarılması, məntiqi təfəkkürün artırılması, stresə dözümlülük və özünüinkişaf proqramına qoşulmaları, istedadlı şagirdlərin tanınması və şagirdlər arasında psixososial sağlam münasibətlərin qurulmasıdır.Layihə çərçivəsində keçirilən yarışlarda Abşeron-Xızı Regional Təhsil İdarəsi və İdarəyə tabe olan məktəblər (Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəblə yanaşı, ona yaxın ərazidə yerləşən 1, 2, 3, 7 və 9 nömrəli Xırdalan şəhər tam orta məktəbləri də daxil olmaqla) iştirak edir. Dekabrın 7-də yarışın yarımfinal mərhələsi keçirilib: Abşeron rayonunun 1, 5 və 7 nömrəli tam orta məktəblərini təmsil edən komandalar yarımfinala çatıblar. Dekabrın 21-də yarışın final mərhələsi keçiriləcək və həmin komandalar finalda bilikləri ilə qələbə uğrunda mübarizə aparacaqlar. Onu da qeyd edək ki, finalda bütün komanda üzvlərinə sertifikatlar və hədiyyələr, qalib komandaya isə xüsusi hədiyyələr veriləcək. Xatırladaq ki, adıkeçən layihənin rəhbəri Abşeron rayonu Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Jalə Qasımovadır.
"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin açılış mərasimi keçirildi.
Xəbərlər
"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin açılış mərasimi keçirildi.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılışında Quba rayonu Küpçal kənd tam orta məktəbin direktoru Bəxtiyar Şahvalov, Quba rayonu Dağlı kənd tam orta məktəbin direktoru Üzeyir Məmmədov, Quba rayonu Qələdüz kənd ümumi orta məktəbin direktoru Tural Əliyev, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşı Ramin Mahmudov, Quba rayonu Üçgün kənd ümumi orta məktəbin direktoru Aydın Günəşov, müəllimlər və şagirdlər iştirak edib.Layihə çərçivəsində PhET platformasındakı Azərbaycan dilində tərcümə olunmuş simulyasiyaların milli kurikulumla uyğunlaşdırılması və dərs proqramlarının hazırlanması həyata keçiriləcək. Bu proqram əsasında məktəbdə 7-10-cu sinif şagirdlərindən ibarət “PhET Kimya Dərnəyi” təşkil olunacaq və iki ay boyunca həftədə bir dəfə olmaqla dərslər keçiriləcəkdir.Xatırladırıq ki, "Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Küsnətqazma kənd ümumi orta məktəbdə Ayxan Məhəmmədzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərdən istifadə edərək kimya dərslərini daha interaktiv və əyləncəli şəkildə təşkil etməkdir.
“2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” qrant layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib
Xəbərlər
Görüşdə platformadan istifadənin faydaları, effektivliyi, materialların mövcud kurikuluma uyğunlaşdırılması və tədrisi ilə bağlı müzakirələr aparılıb, şagirdlərin layihə çərçivəsində baş tutacaq dərs prosesi ilə bağlı sualları cavablandırılıb.Layihə çərçivəsində Xıçəso kənd ibtidai məktəbinin 3-cü sinif şagirdləri üçün riyaziyyata olan marağın artırılması və beynəlxalq təcrübə əsasında bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə xüsusi tədris proqramı həyata keçiriləcək. Layihə müddətində Khan Academy platforması əsasında tədris proqramı hazırlanaraq həftədə iki dəfə 1.5 saat olmaqla dərslər keçiriləcək. Dərslər tərcümə edilmiş və proqramlaşdırılmış vəsaitlər əsasında aparılacaq və 4 aylıq tədris dövrü ərzində şagirdlərin bilik səviyyəsinin dəyərləndirilməsi üçün tədrisin əvvəlində və sonunda test imtahanları təşkil ediləcəkdir. Layihə nəticələri və şagirdlərin nailiyyətləri təhlil edilərək paralel siniflərdə də tətbiq üçün məktəb müəllimləri ilə paylaşılacaq.Xatırladırıq ki, “2+1: Şagirdlərin riyazi biliklərinin artırılması proqramı” adlı layihə Xıçəso kənd ibtidai məktəbində Ehtiram Məmmədov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərin riyaziyyat bacarıqlarını inkişaf etdirmək və məktəbin tədris proqramına uyğunlaşdırılmış rəqəmsal resurslar tətbiq etməklə onların öyrənmə həvəsini artırmaqdır.
“Şagirdlər Xəmsə Milli İntellektual Oyununda!” layihəsinin təlimlərinə start verilib
Xəbərlər
24 məşğələdən ibarət layihənin ilk təlimi şagirdlərin bir-birilərini tanımaları üçün tanışlıq oyunları ilə başlayıb, daha sonra oyunun qaydaları şagirdlərə izah edilib. Qeyd edək ki, təlimlərin yekununda şagirdlər arasında Xəmsə intellektual oyunu keçiriləcək. 4 ay davam edəcək layihənin əsas məqsədi məktəb şagirdlərinin zehni bacarıqlarını inkişaf etdirmək, problem həll etmə, strategiyanın formalaşdırılması, yaddaş və diqqət kimi bacarıqların təşviq edilməsindən ibarətdir. Layihə çərçivəsində 40 şagird seçilərək onlar üçün 24 məşğələdən ibarət təlim proqramı hazırlanacaq, daha sonra 8 komanda formalaşdırılaraq intellektual yarış keçiriləcək və sonda qalib komandalar mükafatlandırılacaq. Xatırladaq ki, adıkeçən layihə Tovuz rayonu İsakənd kənd tam orta məktəbin coğrafiya müəllimi Eyvaz Süleymanov tərəfindən icra edilir.
“Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” layihəsinin icrasına başlanılıb
Xəbərlər
“Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” layihəsinin icrasına başlanılıb.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Qax rayonu üzrə Təhsil Sektorunun nümayəndələri, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak edib. Layihə rəhbəri Nurlanə Əzimova tərəfindən layihənin ilkin təqdimatı həyata keçirilib, layihə üzrə görüləcək işlər, layihənin davamlılığı, təhsil perspektivləri və əldə olunacaq nəticələr barədə məlumatlar təqdim edilib.Layihə çərçivəsində Qax şəhər 4 nömrəli tam orta məktəbdə 2, 3 və 4-cü sinif şagirdlərinin riyaziyyat fənninə marağını artırmaq və onları texnologiyadan istifadə edərək müstəqil öyrənməyə həvəsləndirmək məqsədilə Khan Academy platforması əsasında dərslər keçiriləcək. Layihə müddətində şagirdlər həftədə bir dəfə, xüsusi tədris planı əsasında hazırlanmış 45 dəqiqəlik dərslərə qatılacaq. Tədris prosesi həm sinif daxilində, həm də dərsdənkənar fəaliyyətlərlə dəstəklənəcək, şagirdlərin əldə etdiyi nəticələr hər yarım ilin sonunda xüsusi qiymətləndirmələrlə ölçüləcəkdir. Layihə boyu Qax rayonu üzrə Təhsil Sektorunun və valideynlərin dəstəyini artırmaq məqsədilə müxtəlif təqdimatlar və yekun konfranslar təşkil ediləcəkdir. Nəticələr təhlil edilərək hər şagird nailiyyətinə görə diplomla təltif olunacaq.Xatırladırıq ki, “Riyaziyyatı sevmək öyrənmənin təməl daşıdır” adlı layihə Qax şəhər 4 nömrəli tam orta məktəbdə Nurlanə Əzimova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi, şagirdlərin riyaziyyat fənnini daha dərindən və həvəslə öyrənmələrinə imkan yaratmaq və onların təhsil nailiyyətlərini artırmaqdır.
İcma qrupunun müəllimi Fidan Mustafayevanın “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsi
Xəbərlər
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və “UNICEF Azərbaycan”ın maliyyə dəstəyi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəbinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 939 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Bu qruplarda, təxminən 16500 uşaq təhsil alır. Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini (sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişafını) əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Mərkəzlərdə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.“Azərbaycan müəllimi”nin budəfəki müsahibi Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən icma qrupunun müəllimi Fidan Mustafayevadır. F.Mustafayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecini “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bitirib.- İcma qrupuna müəllim kimi necə qəbul olmusunuz? - 2021-ci ildə “İcma əsaslı məktəbəqədər təhsil layihəsi” çərçivəsində təşkil olunan müsabiqə və müsahibə mərhələsindən uğurla keçərək qəbul olunmuşam. Bu günə kimi bir çox təlimlərdə - Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması üçün hazırlanmış 108 saatlıq pedaqoji təlim”, “EDU HUB” və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi ilə “Müəllimlərin mühitə adaptasiyası”, “Erkən yaşda uşaq inkişafı və təhsili”də və s. iştirak etmişəm.- Rəhbərlik etdiyiniz icma qrupu əvvəldən bu məktəbdə yaradılıb, yoxsa başqa məktəbdə başlayıb?- Lənkəranda, şəhərin özündə bir icma qrupu var. Bu qrup Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə yaradılıb, mən də fəaliyyətimə elə burada başlamışam. 3-cü tədris ilidir ki, icma müəllimi kimi fəaliyyət göstərirəm.- Sinfinizdə neçə uşaq var? Yaş aralığı necədir?- Hazırda İcma qrupumda 3-4 yaş aralığında 19 uşaq var.- Üç övladınız var, həm evdə, həm məktəbdə azyaşlı uşaqlarla işləmək sizi yormur ki?- Uşaqlarla işləmək təbii ki, məsuliyyətlidir, amma özüm üçün təyin etdiyim gündəlik proqrama əsasən, həm evdə övladlarımla, həm də icmadakı uşaqlarımla işləmək yorucu olmur. Əksinə, işimdən zövq alıram.- İcma siniflərini bağçalardan fərqləndirən nədir? - İcma əsaslı məktəbəqədər təhsil qruplarında, əsasən, 3-5 yaş aralığında uşaqlar iştirak edirlər. Uşaqlara tədris yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Bu tədris proqramı 4 inkişaf sahəsinə yönəlib. Proqramdakı mövzular bir-birilə əlaqələndirilib.- Lənkəranda neçə məktəbdə icma sinifləri var? - Lənkəranda 28 məktəbdə icma mərkəzi var. Biri şəhər məktəbində, 27-si kənd məktəblərində fəaliyyət göstərir. Bu mərkəzlər bütün körpələrin təhsilə əlçatanlığını təmin etmək məqsədilə, əsasən, dövlət bağçalarından uzaq məsafədə yerləşən məktəblərdə təşkil olunur. - İcma qruplarının xüsusi dərs proqramı var, bütün məktəbəqədər müəssisələrdə eyni metod və ləvazimatlardan istifadə olunur? - Hər bir icma sinfi ümumilikdə 20-ə yaxın müxtəlif öyrədici vəsaitlər (kartlar, pazllar, fiqurlar və s.), oyuncaqlar, tədris vəsaitləri (karandaş, plastilin, rəngli kağız və s.) ilə təmin olunur.- Burada uşaqların hansı bacarıqları daha çox inkişaf etdirilir?- Layihə erkən yaşda olan uşaqların sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir edir.- Dərslərdə valideynlərin iştirakı vacibdir? Bunu necə tənzimləyirsiniz?- Valideynlər dərslərdə 2 nəfər olmaqla növbələşərək iştirak edə bilirlər. Valideynlərin iştirakı həm maariflənmə, həm də müəllimə dəstək məqsədilədir. İcma layihələrində məqsəd həm də valideyn-icma-məktəb əməkdaşlığının yaradılmasıdır. - İcma siniflərinə qəbul necə aparılır?- Müvafiq ilə uyğun olaraq 3 və 4 yaşı tamam olmuş Azərbaycan vətəndaşları icmaya qəbul olunur. Uşaqların qeydiyyatı icma müəllimi tərəfindən aparılır. 
Xaldan kənd kompleks tam orta məktəbində iki yeni qrant layihəsinin təqdimatı keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib seçilən iki  layihənin təqdimat mərasimi baş tutub. Mərasim Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yexlax rayon sektoru nəzdində fəaliyyət göstərən Xaldan kənd kompleks tam orta məktəbində gerçəkləşib. Tədbirdə media nümayəndələri, layihə tərəfdaşları, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak ediblər.Açılış mərasimində çıxış edən məktəbin direktoru Günel Yusifzadə Xaldan kənd kompleks tam orta məktəbində daha əvvəl də müxtəlif qrant layihələrinin uğurla reallaşdırıldığını vurğulayıb. O, xüsusilə 7-ci qrant müsabiqəsi çərçivəsində məktəbdə istixana layihəsinin müvəffəqiyyətlə icra olunduğunu xatırladaraq, mövcud iki yeni layihənin də təhsil prosesinin zənginləşməsinə, şagirdlərin praktiki bacarıqlarının inkişafına və məktəb mühitinin daha da təkmilləşməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.Hər iki layihələrin eksperti, "Azərbaycan müəllimi" qəzetinin Mərkəzi Aran, Şəki-Zaqatala üzrə Regional təmsilçisi66666 Aynur Araz öz çıxışında vurğulayıb ki, hər iki layihə müasir dövrün tələblərinə cavab verən zəruri bacarıqların şagirdlərə aşılanmasında, könüllülük mədəniyyətinin formalaşmasında, milli mədəniyyət və incəsənət dəyərlərinin qorunub saxlanmasında xüsusi rol oynayacaq. Onun sözlərinə görə, bu təşəbbüslər həm peşə hazırlığına, həm də yaradıcı düşüncənin formalaşmasına dəstək verəcək, nəticədə şagirdlər müasir əmək bazarının tələblərinə daha uyğun yetişəcəklər.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Qasımova "Eko Könüllülər ilə Yaşıl-Zona Parkının yaradılması" adlı layihəsi haqqında geniş məlumat təqdim edib. V. Qasımova bu təşəbbüsün ekoloji biliklərin şagirdlərə mənimsədilməsi, onların təbiətə məsuliyyətli yanaşma bacarıqlarının formalaşdırılması və könüllülük dəyərlərinin aşılanmasına xidmət etdiyini bildirib. V.Qasımovanın sözlərinə görə, layihə çərçivəsində məktəb ərazisində Eko-Park salınacaq, buradakı mühit isə uşaqların ekoloji tərbiyəsi, praktik bacarıqlarının təkmilləşməsi və ekosistemin qiymətləndirilməsi üçün real öyrənmə məkanına çevriləcək.Digər qalib layihənin rəhbəri, məktəbin fizika laborantı Pərvanə Hacıyeva "ART-Studio" adlı təşəbbüsün konsepsiyasını izah edib. Onun təqdimatında vurğulanıb ki, bu layihə çərçivəsində məktəbdə müasir standartlara cavab verən sənət emalatxanasının - ART-Studio-nun yaradılması planlaşdırılır. Burada Azərbaycanın qədim sənət növlərindən olan dulusçuluqla yanaşı, müxtəlif yaradıcı fəaliyyətlər və sənət texnologiyalarının tədrisi nəzərdə tutulub. Bu addım şagirdlərin estetik zövqünün, bədii-təsviri bacarıqlarının və mədəni irsə hörmətinin gücləndirilməsinə xidmət edəcək."Eko Könüllülər ilə Yaşıl-Zona Parkının yaradılması" layihəsinin tərəfdaşı Mingəçevir Dövlət Universitetinin "Bir Könüllü" proqramının koordinatoru Qorxmaz Rəhimli də tədbirdə çıxış edərək, könüllülük prinsiplərinin müasir gənclərin tərbiyəsində strateji rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu layihə çərçivəsində 20 könüllü tələbə Eko-Parkın yaradılmasında fəal iştirak edəcək, məktəbdə yeni bir ekoloji şəbəkə formalaşdıracaq və bundan sonrakı ekoloji maarifləndirmə işlərinə dayanıqlı təməl qoyacaq.Tədbirin sonunda layihə işçi qrupları məktəb ərazisində yaradılacaq Eko-Parka və ART-Studio emalatxanasına baxış keçirərək, qarşıdakı işlərin icra mexanizmlərini müzakirə ediblər. Beləliklə, hər iki layihə ekoloji tərbiyənin, yaradıcılıq potensialının, peşə bacarıqlarının inkişafının və milli dəyərlərin yaşadılmasının təşviqinə yönəlmiş innovativ addım kimi dəyərləndirilib.
"Məlumatlısan – demək silahlanmısan!" layihəsi davam edir
Xəbərlər
"Məlumatlısan – demək silahlanmısan!" layihəsi çərçivəsində təlimlər davam edir. Layihənin icra planına uyğun olaraq 50 nəfər şagirddən ibarət qruplara “Fövqaladə hallar zamanı baş verə biləcək xəsarətlər", "Fövqaladə hallar zamanı düzgün mövqenin və görüləcək işlərin təşkili”, "İlkin tibbi yardım" mövzularında təlimlər keçirilir.Xatırladaq ki, layihə Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova tərəfindən icra olunur. Layihənin məqsədi Sabirabad rayon şagirdlərinə mütəxəssislər tərəfindən həyat təhlükəsizliyi haqqında nəzəri anlayışların verilməsi və ekstremal həyat vəziyyətlərində ilk tibbi yardım bacarıqlarının göstərilməsini seminar və praktik təlimlər keçməklə formalaşdırmaqdır.
"Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihə icra olunur
Xəbərlər
"Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihənin açılış mərasimi keçirilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşları Ramin Mahmudov, Namik Hümbətov, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin direktoru Sevil Allahverdiyeva və müəllimlər iştirak edib.Layihə çərçivəsində məktəbin VIII-XI sinif şagirdləri üçün şifahi və yazılı nitq bacarıqlarını inkişaf etdirmək məqsədilə “Ünsiyyət klubu” yaradılacaqdır. Klubda həftədə 2 dəfə olmaqla, ümumilikdə 24 saatlıq təlim proqramı təşkil ediləcəkdir. Proqram, şagirdlərdə akademik yazı və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə hazırlanmış xüsusi təlim modullarından ibarət olacaqdır. Təlimlər həm yerli, həm də Türkiyədən dəvət olunmuş ekspertlərin iştirakı ilə hibrid formatda həyata keçiriləcək və 3 ay davam edəcəkdir. Layihənin sonunda ""Yaşıl dünya naminə həmrəylik ili"" mövzusunda esse müsabiqəsi keçiriləcək və qaliblər mükafatlandırılacaqdır.Xatırladırıq ki, "Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihə Hacıyev Qismət Adıgözəl tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərdə yazılı və şifahi ünsiyyət bacarıqlarını gücləndirmək, onların ifadə qabiliyyətini və müzakirə mədəniyyətini inkişaf etdirməkdir. Bu layihə sayəsində şagirdlər öz fikirlərini daha səlis ifadə etmək bacarığı qazanacaq və akademik nailiyyətlərində irəliləyiş əldə edəcəklər.
"Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" adlı layihənin müəllimlər üçün olan təlimlərinə start verilib
Xəbərlər
"Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" adlı layihənin müəllimlər üçün olan təlimlərinə start verilib.Layihənin icra planına əsasən müəllimlərin ehtiyaclarının qiymətləndirilməsi aparılıb və əldə edilən məlumatlar əsasında xüsusi təlim proqramı hazırlanıb. Onlayn formatda keçirilən 3 günlük təlim süni intellektə giriş, Aİ platformaları, prompt mühəndisliyi, əsas texnikalar, "chatbot"-un yaradılması kimi mövzuları əhatə edib.Qeyd edək ki, layihə çərçivəsində 20 məktəbdə əyani və onlayn formatda təlimlər keçiriləcək, müəllimlərə dərs planlaması, qiymətləndirmə və testlərin hazırlanmasında "Chat GPT"-dən səmərəli istifadə üsulları öyrədiləcəkdir. Eyni zamanda, təhsildə AI-nin etik istifadəsi mövzusunda təlimlər keçiriləcək və məlumatların məxfiliyi, təhlükəsizlik və qərəzsizlik mövzuları vurğulanacaqdır. Layihənin sonunda təlim proqramının təsiri qiymətləndiriləcək və davamlı öyrənmə üçün resurs deposu yaradılacaqdır. Layihə çərçivəsində təcrübəli 10 müəllim seçilərək gələcəkdə layihəni davam etdirmək məqsədilə təlimçi kimi hazırlanacaqdır.Xatırladırıq ki, "AI texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi" layihəsi Nəcəfqulubəyli kənd tam orta məktəbdə Vüsalə Əliyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi süni intellektin tədrisə inteqrasiyası ilə bağlı müəllimlərin biliklərini artırmaq, "Chat GPT" texnologiyasının tədrisdə istifadəsinə dair praktiki təlimlər təşkil etmək və etik-məsuliyyətli istifadə qaydalarını öyrətməkdir.
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin açılış mərasimi
Xəbərlər
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin açılış mərasimi keçirilib.Layihənin açılış tədbirində Cəlilabad rayonu S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.Layihənin məqsədi şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir. Layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub.Xatırladırıq ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.
"Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi çərçivəsində təlimlər davam edir.
Xəbərlər
"Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi çərçivəsində təlimlər davam edir. Təlimlərdən görüntüləri sizə təqdim edirik. Xatırladırıq ki, "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi Xətai rayonu 287 nömrəli "Zəkalar" liseyində Aygün Məmmədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi rusdilli şagirdlərin qeyri-ənənəvi öyrənmə üsulları vasitəsilə ingilis dili bacarıqlarını inkişaf etdirmək, dil öyrənməyə maraqlarını artırmaq və onlara əyləncəli, adaptiv öyrənmə mühiti təqdim etməkdir.Layihə çərçivəsində liseyin IV-VII siniflərindən olan 30 rusdilli şagird 3 ay müddətində Duolingo platformasında xarici dil kurslarına cəlb olunacaq. Hər həftə 2 dəfə, hər biri 2 saat olmaqla təşkil edilən bu kurslar vasitəsilə şagirdlər həm məktəbdə, həm də fərdi şəkildə ingilis dili biliklərini təkmilləşdirəcəklər. Layihə müddətində şagirdlərin irəliləyişini qiymətləndirmək üçün iki dəfə test imtahanları keçiriləcək və sonda uğurlu iştirakçılar sertifikatla mükafatlandırılacaq. Layihənin davamlılığı üçün liseydəki digər müəllimlər arasında da Duolingo platformasının tanıdılması məqsədilə infosessiya təşkil ediləcəkdir.
"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir.
Xəbərlər
"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir. Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi, PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.Layihə çərçivəsində ilk təlim VIII sinif şagirdləri üçün keçirildi. Təlimdə PhET platformasının interaktiv simulyasiya imkanlarından istifadə edərək coğrafi mövzular daha əyani və maraqlı şəkildə izah edildi.Şagirdlər virtual mühitdə müxtəlif coğrafi prosesləri müşahidə edib, öz biliklərini praktiki olaraq tətbiq etmək imkanı qazandılar. Bu yanaşma həm dərsi daha dinamik və cəlbedici edir, həm də şagirdlərin mövzuları dərindən mənimsəməsinə şərait yaradır.
"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin təlimat videosu
Xəbərlər
"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin təlimat videosunu təqdim edirik.Layihə çərçivəsində "Bilgə Qarabağ" adlı intellektual oyun vasitəsilə Qarabağın tarixi, mədəniyyəti və incəsənətinin interaktiv şəkildə öyrədilməsi planlaşdırılır. İlkin mərhələdə Türkiyə və Azərbaycandan 4 nəfərlik ekspert qrupu formalaşdırılacaq və oyunun məzmunu hazırlanacaqdır. İcra planına əsasən təlimat videosu çəkilib və oyunlar çap edilərək Azərbaycana gətirilib. Daha sonra, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə təqdimat mərasimi keçiriləcək və məktəblərə oyunun istifadəsi ilə bağlı təlimlər veriləcəkdir.Xatırladırıq ki, "Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihə Məmmədova Xəyalə tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində şagirdlərin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəbdaxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulur. Layihə ilk dəfə Azərbaycanda Səbail rayon H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin müəllimi Turanə Məcidli tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qrant qazanıb. VIII qrant müsabiqəsində isə Xəyalə Məmmədova tərəfindən ikinci dəfə tətbiq edilir.
"Məktəbli arxeoloqlar tarixi abidələrin izində" adlı qrant layihəsinin icrası uğurla davam etdirilir
Xəbərlər
Layihə Yardımlı rayon Sırıq kənd N.Ə.Əskərov adına tam orta məktəbində oxuyan 7 və 8-ci siniflərdə təhsil alan 20 şagirdi əhatə edir. Layihənin məqsədi şagirdlərin tarix fənninə həvəsini artırmaq və onlarda tədqiqatçılıq ruhunu formalaşdırmaqdır.Layihə çərçivəsində şagirdlər seçilmiş tarixi abidələr haqqında müxtəlif mənbələrdən, resurslardan istifadə edərək, abidələrin tarixi, yerləşdiyi mövqeyi, Azərbaycan tarixində rolu haqqında geniş məlumatlar əldə edəcək və təhlil edəcəklər. Hər birində 10 şagird olmaqla 2 qrup yaradılacaq və hər qrupda həftədə 1 saat olmaqla seçilmiş tarixi abidə haqqında şagirdlərə əyani dərslər keçiriləcək. Sonrakı mərhələdə hər bir abidəyə ayrılmış mövzu mənimsədildikdən sonra şagirdlərin həmin abidəyə ekskursiyası təşkil olunacaq. Ümumilikdə 8 tarixi abidəyə ekskursiya nəzərdə tutulub. Xatırladaq ki, layihə Yardımlı rayon Sırıq kənd N.Ə.Əskərov adına tam orta məktəbin direktoru İlahə İbrahimova tərəfindən həyata keçirilir.
“Hazırcavab məktəblilər” məktəblilərarası debat çempionatı layihəsinin təlimlərinə start verilib
Xəbərlər
Layihənin ilk təlimi “Debat nədir?” mövzusunda olub. 3 məktəbdən 45 şagirin iştirak etdiyi təlim zamanı şagirdlərə mövzu ətrafında geniş məlumat verilib, həmçinin qarşılıqdı müzakirələr aparılıb.Qeyd edək ki, 72 saatlıq təlimlərin sonunda şagirdlər arasında debat çempionatı keçiriləcək.Ümumilikdə 4 ay davam edəcək layihənin məqsədi şagirdlər arasında ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların müstəqil qərar qəbul etmə bacarıqlarının formalaşdırılmasından ibarətdir.Xatırladaq ki, layihə Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbin müəllimi Şərif Hüseynov tərəfindən həyata keçirilir.
“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin açılış tədbiri keçirilib
Xəbərlər
“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin açılış tədbiri keçirilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsinin açılış tədbiri Lənkəran rayon Xarxatan kənd tam orta məktəbində keçirilib.Təbdirdə Xarxatan kənd tam orta məktəbinin rəhbər heyəti, müəllimlər və layihənin işçi qrupu iştirak edib.Layihə Xarxatan kənd tam orta məktəbinin 30 şagirdini əhatə etməklə, 3 ay davam edəcəkdir. 3 ay ərzində şagirdlərə sosial sahibkarlıqla bağlı 8 təlim sessiyası və 1 çempionat keçiriləcək.Xatırladırıq ki, “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şabəyim Həbibzadə tərəfindən icra edilir. Layihə çərçivəsində təlimlərdə sosial sahibkarlıq ideyaları, ideyaların təqdimatı, komanda işi, təqdimat bacarıqları və s. mövzulara toxunulacaqdır. Çempionat günü isə məktəblilər komanda şəklində sosial sahibkarlıq üzrə müəyyən etdikləri ideyaları təqdim edəcəklər. Sonda iştirak edənlərə sertifikat və hədiyyələr təqdim ediləcəkdir.
"Sərhədləri aşan gələcək: dil bil, uğur qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir
Xəbərlər
"Sərhədləri aşan gələcək: dil bil, uğur qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir.Layihə çərçivəsində ingilis dilli xarici müəllim Nyaradzo Mtizira həftədə dörd dəfə şagirdlər üçün əyani ingilis dili dərsləri təşkil edir. Dərslərdə əsas diqqət danışıq bacarıqlarının inkişafına yönəlib. Bundan əlavə, hər həftə şagirdlər üçün danışıq klubları, film günləri və müxtəlif məşğələlər keçirilir.Xatırladırıq ki, "Sərhədləri aşan gələcək: dil bil, uğur qazan" adlı layihə 270 nömrəli tam orta məktəbdə Namiq İbadov tərəfindən həyata keçirilir. Layihənin məqsədi, xarici müəllimin dəstəyi ilə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək və müasir tədris metodlarından istifadə edərək onları qlobal arenada rəqabətə hazır vəziyyətə gətirməkdir.
“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanılıb
Xəbərlər
“Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi çərçivəsində təlimlərə başlanılıb.Təlimlər 3 ay ərzində müəllimlər və valideynlər üçün müxtəlif mövzular üzrə keçiriləcək. Müəllimlər üçün “Psixoloqdan müəllimlər üçün qızıl qaydalar”, “Gəlin uşaqlara qarşı diqqətli olaq”, valideynlər üçün “Tərbiyələndirmək və valideynlərin köməyi”, “Uşağı necə dinləməli və səbr etməli?”, “Valideynlərin hissləri. Konfliktləri necə həll etməli?”, “Bəs uşaqların intizamı?”, “Gəl birlikdə həll edək” və “Valideyn və müəllim əməkdaş olarsa?” mövzularında 8 təlim təşkil ediləcək. Ümumilikdə 32 saatlıq təlim proqramının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, “Müəllim və valideynlərin birgə fəaliyyəti ilə məktəb daxilində psixososial mühitin yaxşılaşdırılması” layihəsi Gülnarə Babayevanın rəhbərliyi altında icra olunur və məqsədi valideyn və müəllimlərə düzgün yanaşma üsullarının aşılanması ilə məktəbdə psixososial mühitin yaxşılaşdırılmasına dəstək verməkdir.
"İnteraktiv biologiya" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
"İnteraktiv biologiya" layihəsinin açılış mərasimi keçirilibŞagirdlərin interaktiv dərslər vasitəsilə biologiya fənni üzrə ümumi biliklərinin inkişaf etməsini və fənni daha dərindən dərk etməsini gücləndirmək məqsədi daşıyan layihənin açılış tədbirində Bakı şəhər 78 nömrəli tam orta məktəbin rəhbər heyəti, müəllimləri və iştirakçı şagirdlər iştirak edib.Layihə çərçivəsində PhET platformasından biologiya fənni üzrə 8-ci sinif proqramına uyğun olan 15 mövzu azərbaycan dilinə tərcümə olunacaq, materiallar əsasında kurikulum hazırlanacaq və 4 ay ərzində həftədə 2 dəfə olmaqla sinifin şagirdlərinə interaktiv biologiya dəsrləri keçiriləcək. Bundan əlavə, tərcümə edilmiş məzmun vasitəsilə şagirdlərə rəhbərlik etmək və öyrənməni gücləndirmək üçün əlavə resurslar hazırlanacaq.Xatırladırıq ki, "İnteraktiv biologiya" adlı layihə Bakı şəhər 78 nömrəli tam orta məktəbin biologiya müəllim Elşad Əliyev tərəfindən icra olunur.
Ağdaşda "Kənd məktəbində rəqəmsal riyaziyyatçılar" layihəsinin təlimləri davam edir
Xəbərlər
"Kənd məktəbində rəqəmsal riyaziyyatçılar" layihəsinin əyani təlimləri davam edir. 4,5 və 6-cı sinif şagirdlərindən təlim nəticələri zəif olanlara "Çoxrəqəmli ədədlərin toplanması və çıxılması" mövzusunda təlim keçirilib.Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə həftədə 2 saat olmaqla 5 təlim keçiriləcək. Təlimdə riyazi şifrləmə, fiqur ədəd əlaqəsi, ardıcıllıqlar, cədvəl, diaqram, piktoqram, əyani vasitələrlə riyazi şüurun formalaşdırılması və s. mövzuların keçirilməsi nəzərdə tutulub.Xatırladırıq ki, “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” adlı layihə Ağdaş rayon Dəhnəxəlil kənd R.Məmmədov adına tam orta məktəbdə məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilir. Layihənin məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusən təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyasını artırmaqdır.
""IDEAGENERATION": məktəblərdə ideathon müsabiqəsinin keçirilməsi” layihəsi icra olunur
Xəbərlər
""IDEAGENERATION": məktəblərdə ideathon müsabiqəsinin keçirilməsi” layihəsi icra olunur.Layihənin açılışında Zərdab rayon üzrə Təhsil Sektorunun müdiri Gülağa İsgəndərov, Zərdab rayon üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Aqil Məmmədov, Zərdab Rayon İcra hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsinin əməkdaşı Xəyalə Niftalıyeva, Zərdab rayon Heydər Əliyev mərkəzinin direktoru Könül Rəhimova və digər rəsmilər çıxış edərək layihə ilə bağlı öz fikirlərini bildiriblər.Qeyd edək ki, layihənin əsas məqsədi şagirdlərin tədqiqat və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi, təhsil sahəsinə yaradıcı yanaşmalar göstərmək, problem müəyyənləşdirmə, analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin, onların təhsilin keyfiyyətinin artırılması ilə bağlı təkliflərinin toplanılmasıdır.Layihə çərçivəsində 80 şagird və həmin şagirdləri koordinasiya etmək üçün müəllimlər seçiləcək, daha sonra 1 onlayn görüş keçirilərək layihə ilə bağlı şagirdlər məlumatlandırılacaqlar, yekunda isə 2 günlük ideyaton tədbiri keçiriləcək, qalib komandalar mükafatlandırılacaqlar.Xatırladaq ki, layihə H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin müəllimi Çinarə Abdullayeva tərəfindən icra olunur.
"STEAM Azərbaycan Festivalında Biz" layihəsinin açılış-təqdimat tədbiri təşkil edilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant layihəsinin qaliblərindən olan "STEAM Azərbaycan Festivalında Biz" layihəsinin açılış-təqdimat tədbiri təşkil edilib.Tədbirin məqsədlərindən biri də müxtəlif ümumitəhsil məktəblərindən layihəyə cəlb olunacaq müvafiq istiqamətdə potensiallı təhsilalanların seçimidir. Bu məqsədlə təhsilalanlar arasında "İnnovativ Layihələr" adlı müsabiqə təşkil edilib. Şagirdlərin bir-birindən fərqli texnoloji innovasiya tipli layihələri maraqla qarşılanıb.İnnovativlik, funksionallıq, unikallıq, aktuallıq və təqdimat meyarları üzrə ən yüksək nəticə göstərmiş 15 şagird layihə iştirakçısı olaraq seçilib, həmçinin ilk 3 yerin qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb. Xatırladaq ki, "STEAM Azərbaycan Festivalında Biz" layihəsi Balakən rayon Katex kənd Surağat Qurbanov adına 1 nömrəli tam orta məktəbin direktoru Nicat Mikayılov tərəfindən həmin məktəbdə icra edilir. Layihənin əsas məqsədi texnoloji innovasiya sahəsində istedadlı şagirdlərin aşkara çıxarılaraq, onların bu istiqamətdə təkmilləşdirilməsi ilə innovativ layihələrin yaradılmasına və STEAM Azərbaycan Festivalında iştirakını təmin edərək, fəaliyyətlərinin respublika səviyyəsində stimullaşdırılmasına nail olmaqdır.
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin təlimlərinə start verilib
Xəbərlər
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin təlimlərinə start verilib.Təlim "İntellektual istiqamətli fəaliyyətlər" mövzusunda olub.Layihənin məqsədi şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir.Xatırladırıq ki, layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçilərək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub.Qeyd edək ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.
"Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması" layihəsi Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə icra olunur
Xəbərlər
"Oyunlaşdırma metodları ilə ibtidai sinif şagirdlərinin riyazi bacarıqlarının artırılması" adlı layihə Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə uğurla davam etdirilir.Layihə çərçivəsində həftədə 3 dəfə olmaqla tədris saatlarında (90 dəqiqə) 6 ay boyunca davam edəcək. Layihə oyunlaşdırma metodlarının təhsildə tətbiqi ilə şagirdlərin akademik inkişafını dəstəkləmək və innovativ tədris yanaşmalarını geniş yaymaq məqsədini daşıyır.Xatırladırıq ki, Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə Bahar İsmayılova tərəfindən icra olunur. Layihənin məqsədi, ibtidai sinif şagirdlərinin Khan Academy və onun oyunlaşdırma funksiyaları ilə yaxından tanış etmək və bu yolla onların riyaziyyata olan maraqlarını artırmaqdır.
"Biologiya olimpiadasının gələcək çempionaları" layihəsi icra olunmağa başlayıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqənin qalibi "Biologiya olimpiadasının gələcək çempionaları" layihəsinin açılış mərasimi keçirilib.Açılış mərasimində məktəb direktorları və rəsmi qonaqlar iştirak edib.Layihə çərçivəsində İsmayıllı rayonun müxtəlif məktəblərindən 60şagird seçilərək 4 qrup yaradılacaq. Onlar üçün 1ay müddətində həftədə 2 dəfə olmaqla təlimlər təşkil ediləcək.Xatırladaq ki, "Biologiya olimpiadasının gələcək çempionaları" layihəsi İsmayıllı 2 nömrəli tam orta məktəbibinin biologiya müəllimi Qumru Həmidova tərəfindən icra olunur. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərinin biologiya fənn müsabiqələrinə aid sualları öyrətmək, bu yolda onlara dəstək olmaq və şagirdləri növbəti mərhələ olan fənn olimpiadalarına hazırlamaqdır.
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi məktəblilər üçün təlim keçirib
Xəbərlər
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi məktəblilər üçün təlim keçirib.Təlimdə 9, 10 və 11-ci siniflərdən ibarət 51 şagird iştirak edib. Təlimlərin sonunda seçilən ən yaxşı üç natiq, məktəbdə keçiriləcək “Xarizmatik Natiq” şousu çərçivəsində mükafatlandırılacaqdır.Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 saylı tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirməkdir.
""Escape room" STEAM araşdırmaları" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
4 ay müddətində davam edəcək layihənin məqsədi Cəlilabad rayon kənd məktəblərinin şagirdlərinin cəlb olunduğu, beynəlxalq yanaşmada mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşdmaq üçün uğurlu və innovativ “Escape room” üsulunda fəaliyyətlər tətbiq edərək, problem həlletmə bacarıqlarına malik olan, çevik nəsli yetişdirmək və bu bacarıqları STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaqdır.Layihə çərçivəsində Cəlilabad məktəblərində təhsil alan 30 şagird "Escape room" fəaliyyət planı hazırlayacaq, mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə fəaliyyətlərinə cəlb olunacaq, kiçik qruplarla və tapşırıqlar icra edəcəklər.Qeyd edək ki, layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zülfiyyə Əmənova tərəfindən həyata keçirilir.
“Yaşıl dünya, sağlam gələcək” qrant layihəsinin açılış tədbiri keçirilib
Xəbərlər
“Yaşıl dünya, sağlam gələcək” qrant layihəsinin açılış tədbiri keçirilib. Açılış tədbirində Zaqatala rayonu üzrə təhsil sektorunun nümayəndəsi, məktəb direktorlar və müəllimlər iştirak ediblər. Layihə çərçivəsində ağacların əkilməsi, kağızların təkrar emal üçün toplanması, Zaqatala Dövlət Qoruğuna ekskursiya, təbiətə qayğı və sevgi hissinin aşılanması üçün şagirdlər tərəfindən “Yaşıl dünya naminə həmrəy olaq!” devizi altında animasiya filmlərinin hazırlanması üçün ssenarilərin yazılması bacarığının formalaşdırılması və animasiya filmlərinin hazırlanması üçün şagirdlərə təlimlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Yaşıl dünya, sağlam gələcək” layihəsi Zaqatala şəhər Qazangül qəsəbə İsmət Qayıbov adına tam orta məktəbin direktoru Təranə Cumayeva tərəfindən icra olunur. Layihənin icra müddəti 4 aydır.
Məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib
Xəbərlər
"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib. Təlim "Məktəb, valideyn şagird üçbucağının fəal bacarıqlarla möhkəmləndirilməsi", "Şagirdlərin asudə zamanınının səmərəli şəkildə keçirilməsi", "Valideyn-övlad münasibətlərinin qiymətləndirilməsi" mövzuları ətrafında qrup işləri və təqdimatlar formatında keçirilib. Xatırladırıq ki, layihə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.
"Süni intellekt əsaslı “Virtual biologiya”" layihəsi çərçivəsində təlim keçirilib
Xəbərlər
Layihənin təlimçisi Elnarə Nərimanova ilkin diaqnostik sorğu apardıqdan sonra “Layihə əsaslı öyrənmə” nədir? həmçinin bu yanaşmanın dərs prosesinə tətbiqi və mərhələlərinin icra olunması" mövzularında müzakirələr aparıb.İcra planına əsasən “Quiver Vision” tətbiqindən istifadə edərək təbiət fənlərində interaktiv dərslərin qurulması üzrə nümunələr müəllimlərlə birgə simulyasiyalarla həyata keçirilib.Qeyd edək ki, “Quiver Vision” təlimi xüsusilə artırılmış reallıq (AR) texnologiyasından istifadə etməklə uşaqların öyrənmə prosesini daha maraqlı və interaktiv etməyi hədəfləyir. Bu təlimin əsas məqsədi: vizual və interaktiv öyrənmə təcrübəsi yaratmaq, yaradıcılığı stimullaşdırmaq, texnologiya ilə tanışlıq, motivasiya və diqqətin artırılmasıdır. Xatırladırıq ki, layihə Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova tərəfindən icra edilir.
Şagirdlər Khan Academy Azərbaycan dilindəki platforma üzərindən tapşırıqları fəal şəkildə yerinə yetirirlər
Xəbərlər
Günay Ələsgərova rəhbərliyi ilə həyata keçirilən “Rəqəmsal siniflər və LearnStorm vasitəsilə şagirdlərin öyrənmələrinin inkişaf etdirilməsi” layihəsi şagirdlərin təhsilinə mühüm töhfələr verməkdədir.Layihə çərçivəsində şagirdlər Khan Academy Azərbaycan dilindəki platforma üzərindən tapşırıqları fəal şəkildə yerinə yetirirlər. Bu, onlara yalnız biliklərini möhkəmləndirməyə deyil, həm də məsələlərin həlli yollarını daha dərindən təhlil etmək və analiz etmək bacarıqlarını inkişaf etdirməyə imkan verir.Layihə, həmçinin şagirdlərin təhsilə olan marağını artırmış, onları interaktiv videolar izləməyə və öyrənmə prosesinə daha fəal şəkildə qoşulmağa təşviq edir. İnnovativ tədris metodları və rəqəmsal vasitələrin istifadəsi sayəsində şagirdlərə öyrənməni daha maraqlı və əyləncəli şəkildə təqdim etmək mümkün olur.Ağstafa rayonu, Aşağı Göyçəli kəndindəki Ə.Həmidoğlu adına tam orta məktəbdə həyata keçirilən bu layihə məktəb şagirdləri üçün böyük əhəmiyyət kəsb edir. Onlar həm müasir təhsil texnologiyalarından istifadə etməklə, həm də təhsil səviyyələrini yüksəltməklə gələcəkdə daha geniş imkanlara sahib olurlar. Həmçinin layihə ölkəmizdə rəqəmsal təhsilin inkişafına töhfə verir və şagirdlərə müasir dünya ilə ayaqlaşmaq üçün lazım olan bacarıqları qazandırır.
VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı" layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimi Xocavənd rayonunun Qaradağlı kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə rayon icra hakimiyyəti və təhsil sektorunun əməkdaşları, məktəb direktorları iştirak edib. Layihə çərçivəsində 60 şagird üçün gil qablarının hazırlanması, tikiş, muncuq hörmə texnikası və ebru sənəti üzrə 7 master-klass keçiriləcək. Layihənin sonunda isə "İncəsənət otağı" klubu yaradılacaq.Xatırladaq ki, “İncəsənət otağı” layihəsi Xocavənd rayon 4 nömrəli tam orda məktəbin müəllimi Ləman Cəfərova tərəfindən icra edilir. Layihəsinin əsas məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına dəstək olmaqdır.
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihə icrasını davam etdirir
Xəbərlər
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihə icrasını davam etdirir. Layihə çərçivəsində görülən işləri özündə əks etdirən videoçarxı təqdim edirik.Xatırladaq ki, "Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənmə imkanı" adlı bu layihə Nəcəfqulubəyli kənd tam orta məktəbinin müəllimi Aydın Eyvazov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasının 6-cı sinif riyaziyyat materiallarını məktəb proqramına uyğunlaşdırmaq, şagirdlərə fərdi tempdə öyrənmə imkanı yaratmaq və müəllimlərə fərdi yanaşmanı tətbiq etmək üçün lazımi şəraitin təmin olunmasıdır.
"Student Edition: Voleybol Turniri" layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Student Edition: Voleybol Turniri" layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.Layihə çərçivəsində Şirvan şəhər T. Bağırov adına 11 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında "Student Edition: Voleybol Turniri" təşkil olunub. Turnirin əsas məqsədi şagirdlər arasında fiziki aktivliyi artırmaq, komanda ruhunu gücləndirmək və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdır. Layihə ərzində 8 komanda formalaşdırılıb. Yarışlar səkkizdə bir, yarımfinal və final mərhələlərindən ibarət olub.Qeyd edək ki, layihə çərçivəsində məktəbdə voleybol klubu yaradılıb və 2 ay ərzində həftədə 2 dəfə olmaqla məşğələlər təşkil edilib.Xatırladaq ki, "Student Edition: Voleybol Turniri" adlı layihə, Şirvan şəhər T. Bağırov adına 11 saylı tam orta məktəbdə Nurəddin Babayev tərəfindən həyata keçirilib. Layihənin məqsədi şagirdlərdə komanda işini, fiziki sağlamlığı və idmana marağı artırmaqdır. Bu layihə şagirdlərə voleybol vasitəsilə sosial və fiziki bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradacaq və məktəblərarası idman əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir.
“Parlayan Cəngavərlər” qrant layihə çərçivəsində ilk təlim keçirilib
Xəbərlər
“Parlayan Cəngavərlər” qrant layihə çərçivəsində ilk təlim keçirilib.Göygöl rayon tam orta məktəblərindən seçilmiş 30 nəfər skaut şagirdin iştirakı ilə təlim həyata keçirilib. Xatırladırıq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə Vlll qrant müsabiqəsinin qalibi olan “Parlayan Cəngavərlər” qrant layihəsi Göygöl rayonunda Leyla Bayramova tərəfindən icra olunur. Layihə çərçivəsində Göygöl rayonu tam orta məktəblərindən seçilmiş skaut şagirdlər üçün görüşlərinin, təlimlərinin keçirilməsi, ekskursiya və düşərgələrə səyahət nəzərdə tutulub.
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihəsi çərçivəsində şagirdlər üçün olan təlimlər davam edir
Xəbərlər
"Riyaziyyatın interaktiv öyrənilməsi" adlı layihəsi çərçivəsində şagirdlər üçün olan təlimlər davam edir. Qeyd edək ki, “Mastery Class” yanaşması ilə Khan Academy materiallarına əsaslanan dərs proqramı hazırlanıb və müəllimlərə platformadan istifadə üzrə təlimlər verilib. Davamında isə şagirdlər üçün təlimlərə başlanılıb. Xatırladırıq ki, "Riyaziyyat dərsinin şagirdlərin mənimsəmə tempinə uyğun öyrənmə imkanı" adlı layihə Nəcəfqulubəyli kənd tam orta məktəbdə Aydın Eyvazov tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Khan Academy platformasında 6-cı sinif riyaziyyat materiallarını məktəb proqramına uyğunlaşdıraraq, şagirdlərə fərdi tempdə öyrənmə imkanı yaratmaq və müəllimlərin fərdi yanaşmanı tətbiq etməsi üçün şərait təmin etməkdir.
“Biləsuvar şagirdlərinin Fizika Olimpiadalarına Hazırlıq Mərkəzi” layihəsi çərçivəsində tədbir keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Biləsuvar şagirdlərinin Fizika Olimpiadalarına Hazırlıq Mərkəzi” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir Biləsuvar rayonu Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində baş tutub. Görüşdə məktəb-liseyin direktoru Mehman Əliyev, direktor müavinləri, layihənin işçi heyəti, müəllimlər və şagirdlər iştirak ediblər. Qeyd edək ki, “Biləsuvar şagirdlərinin Fizika Olimpiadalarına Hazırlıq Mərkəzi” layihəsi Qadir Dadaşov tərəfindən icra edilir. Layihənin əsas məqsədi Biləsuvar rayonunda fizika fənni üzrə xüsusi istedadlı şagirdlərin aşkar edilməsi və onların olimpiada hazırlıqlarının yüksək səviyyədə təşkil edilməsidir. Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Bu görüşlərin məqsədi, layihə və onun mərhələləri haqqında iştirakçıları məlumatlandırmaq olub.
"Məktəbli arxeoloqlar tarixi abidələrin izində" adlı qrant layihəsinin icrası uğurla davam etdirilir.
Xəbərlər
"Məktəbli arxeoloqlar tarixi abidələrin izində" adlı qrant layihəsinin icrası uğurla davam etdirilir.Layihə Yardımlı rayonunun Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbində VII və VIII siniflərdə təhsil alan 20 şagirdi əhatə edir. Layihənin əsas məqsədi şagirdlərin tarix fənninə marağını artırmaq və onlarda tədqiqatçılıq ruhunu formalaşdırmaqdır.Layihə çərçivəsində şagirdlər seçilmiş tarixi abidələr haqqında müxtəlif mənbələrdən və resurslardan istifadə edərək abidələrin tarixi, yerləşdiyi mövqe və Azərbaycan tarixindəki rolu haqqında geniş məlumatlar əldə edirlər. Bununla yanaşı, ekskursiyalar vasitəsilə bu məlumatları daha dərindən tədqiq edirlər. Hər biri 10 şagird olmaqla, 2 qrup yaradılıb və hər qrup həftədə 1 saat olmaqla seçilmiş tarixi abidə haqqında əyani dərslər keçir. Ümumilikdə, hazırda 7 tarixi abidəyə ekskursiyalar təşkil edilib. Xatırladaq ki, layihə Yardımlı rayonunun Nizami Əskərov adına Sırıq kənd tam orta ümumtəhsil məktəbinin direktoru İlahə İbrahimova tərəfindən həyata keçirilir.
“Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində müsabiqə keçirilib.
Xəbərlər
“Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində müsabiqə keçirilib.Layihənin fəaliyyət planına uyğun olaraq “ Özünü təqdim et” mövzusunda müsabiqə təşkil olunub. Müsabiqədə 18 nəfər şagird iştirak edib. Müsabiqənin məqsədi şagirdlərdə özünü təqdimetmə bacarığı, nitq və ünsiyyət qabiliyyətini formalaşdırmaqdır.Xatırladaq ki, “Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
“Biz birlikdə əylənirik “ adlı layihənin açılış mərasimi keçirilib.
Xəbərlər
“Biz birlikdə əylənirik “ adlı layihənin açılış mərasimi keçirilib. Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılışında Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Gülnarə Qurbanova, İsmayıllı rayonu Qalacıq kənd tam orta məktəbinin direktoru Rusan Qasımov, layihənin işçi heyəti, Gəndov kənd ümumi orta məktəbin müəllim kollektivi və valideynlər iştirak edib. Layihə çərçivəsində 8-14 yaşlı şagirdlərə 4 ay müddətində aktiv həyat tərzi, ünsiyyət bacarıqları və qədim uşaq oyunları haqqında maarifləndirici təlimlər təşkil ediləcək, şagirdlər qədim oyunlardan bir neçəsini oynayacaqlar. Xatırladaq ki, “Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial şəbəkələrdə vaxt keçirmək yox, açıq havada yoldaşları ilə ünsiyyət qurmağın daha faydalı olduğunu təbliğ etmək, qədim uşaq oyunları ilə onları tanış etməkdən ibarətdir.
Şagirdlərimiz Lənkəran STEAM Mərkəzində ekskursiyada olub
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi olan "Şagirdlərlə "Escape room" STEAM araşdırmaları" layihəsinin iştirakçıları olan şagirdlərimiz Lənkəran STEAM Mərkəzində ekskursiyada olub, praktik fəaliyyətlər icra ediblər.  Xatırladaq ki, 4 ay müddətində davam edəcək layihənin məqsədi Cəlilabad rayon kənd məktəblərinin şagirdlərinin cəlb olunduğu, beynəlxalq yanaşmada mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşdmaq üçün uğurlu və innovativ “Escape room” üsulunda fəaliyyətlər tətbiq edərək, problem həlletmə bacarıqlarına malik olan, çevik nəsli yetişdirmək və bu bacarıqları STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaqdır. Qeyd edək ki, layihə çərçivəsində Cəlilabad məktəblərində təhsil alan 30 şagird "Escape room" fəaliyyət planı hazırlayacaq, mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə fəaliyyətlərinə cəlb olunacaq, kiçik qruplarla və tapşırıqlar icra edəcəklər.  Xatırladaq ki, layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zülfiyyə Əmənova tərəfindən həyata keçirilir. 
“Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsi çərçivəsində təlim keçirilib
Xəbərlər
Zaqatalada Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya” layihəsinin əsas məqsədi Zaqatala rayon Bəhmətli kənd tam orta məktəbinin 30 nəfərlik heyətinin onlayn əməkdaşlıq alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək və onları “ICDL İşçi Qüvvəsi üçün Onlayn Əməkdaşlıq” (ICDL Workforce Online Collaboration) beynəlxalq sertifikasiyasına hazırlamaqdır. Layihənin rəhbəri Aliyə Qurbanova tədbiri açaraq qonaqlara layihə ilə bağlı ətraflı məlumat verdi. O qeyd etdi ki, məktəbdə effektiv ünsiyyət təhsilin və sosial inkişafın əsasını təşkil edir. Məktəbdə effektiv ünsiyyət deyiləndə yalnız məktəb-şagird və məktəb-valideyn münasibətləri deyil, həmçinin həmkarlararası və təlim-tərbiyə prosesində iştirak edən maraqlı tərəflər arasında qurulan ünsiyyət də nəzərdə tutulur. Daha sonra o, onlayn ünsiyyətin əhəmiyyətinə toxunaraq vurğuladı: “Onlayn ünsiyyət müasir dövrdə təhsil prosesinin ayrılmaz hissəsidir. Bu, həm şagirdlər, həm də müəllimlər arasında məlumat mübadiləsini asanlaşdıraraq təhsilin keyfiyyətinin artırılmasına xidmət edir” .Xatırladaq ki, layihə 3 ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində beynəlxalq sertifikasiyaya hazırlıq üzrə təlim məzmunu Azərbaycan dilinə tərcümə ediləcək, təlimlər təşkil olunacaq və iştirakçılar beynəlxalq imtahanda iştirak edəcəklər. Beynəlxalq imtahan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin ICDL Authorized Testing mərkəzi tərəfindən keçiriləcək.
Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq dərsləri aktiv şəkildə davam edir
Xəbərlər
Təhsildəq inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “iGeo – Azərbaycan” layihəsi çərçivəsində beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq dərsləri davam edir. Dərslər ingilis dilində olmaqla, qabaqcıl nəşriyyatların vəsaitləri əsasında keçirilir və Azərbaycan-rus dillərinə də şərhlər verilir. Dərslərə cəlb edilən şagirdlər həftənin şənbə günləri saat 9:00-12:00 əyani olaraq Olimpiada Mərkəzində, həm də onlayn dərslərdə iştirak edirlər və bu dərslər 12 istiqamət üzrə ölkə mütəxəssisləri tərəfindən aparılır.  Layihə çərçivəsində keçirilən dərslər şagirdlər üçün ödənişsizdir və onlar öyrənmə materailları ilə təmin edilirlər.  Hazırlıq dərsləri  2025-ci ilin may ayınadək davam edəcəkdir. Daha sonra ölkə komandasına seçmə imtahanı keçiriləcəkdir. Komandaya seçilmiş şagirdlərlə olimpiadayadək yay məktəbi təşkil ediləcək və intensiv hazılıq dərslərinin keçirilməsi nəzərdə tutulub. “Yay məktəbi”ndə  xarici mütəxəssislərin də cəlbi nəzərdə tutulub.Xatırladaq ki, layihə 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yaşar Seyidəliyev tərəfindən icra edilir. Layihə coğrafiyadan xüsusi istedadı olan şagirdləri müəyyən edir və onları beynəlxalq kurikulum üzrə beynəlxalq olimpiadalara (eGeo və iGeo) hazırlayır. Hazırlıq dərslərinə 12-19 yaşlı məktəblilər cəlb edilirlər. Hazırlıq dərslərinə ETN Elmlər Akademiyası Coğrafiya İnstitutunun, BDU Coğrafiya fakültəsinin, ADPU Coğrafiya fakültəsinin alimləri və dövlət-özəl məktəblərinin qabaqcıl müəllimləri də cəlb ediliblər.  
"Şəhid arzusunun izi ilə" layihə çərçivəsində təlimlər davam edir
Xəbərlər
"Şəhid arzusunun izi ilə" layihə çərçivəsində təlimlər davam edir. Təlimlər 30-45 məktəbli idmançının iştirakı ilə Quba Olimpiya Kompleksində Quba FRİTL liseyinin müəllimi, beynəlxalq dərəcəli məşqçi Telman Məhərrəmov tərəfindən keçirilir. Qeyd edək ki, şəhid Kərəm Veyisovun ən böyük arzusu general Polad Həşimov adına kikboks üzrə yarış təşkil etmək idi. Şəhidin arzusunu reallaşdırmaq qərarı ilə Arzu Nəsibovanın təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə təqdim etdiyi layihə qrant qazanaraq icra edilir. Xatırladırıq ki,"Şəhid arzusunun izi ilə" layihəsinin rəhbəri  Xaçmaz rayonu Füzuli Yarməmmədov adına Gülalan kənd tam orta məktəbinin biologiya müəllimi Arzu Nəsibovadır. Layihənin icrası zamanı təlim məşqlərindən yararlanan idmançılar Quba Olimpiya Kompleksində keçiriləcək General Polad Həşimov adına kikboksinq yarışında iştirak edəcəklər. Şabran, Quba, Qusar və Xaçmaz məktəbliləri bu yarışmada güclərini sınayacaqlar.
"Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı" layihəsi çərçivəsində "Model United Nations" konfransı keçirilib
Xəbərlər
"Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı" layihəsi çərçivəsində "Model United Nations" konfransı keçirilib.  Nəzrin Süleymanovanın fasilitatorluğu ilə komanda qurucu oyunlarda müəllimlər və şagirdlər bir-biriləri ilə yaxından tanış olublar. Oyunda 80 şagird və 16 müəllim iştirak edib. MUN konfransının simulyasiya zamanı 40-a yaxın ölkənin nümayəndələrindən ibarət 4 komitə yaradılıb. Simulyasiya çərçivəsində “Baş Assambleya”, “Təhlükəsizlik Şurası”, “İqtisadi və Sosial Şura” və “Ətraf Mühit üzrə İxtisaslaşdırılmış Komitə” razılaşdırılmış komitələr iştirak edib və “İqlim və insan hüquqları: Gələcək nəsillər üçün yaşıl dünyanın qurulması”, ” İqlim dəyişikliyi və böhranlar: Təhlükəsizlik sahəsində yeni təhlükələr”, “Yoxsul ölkələrdə dayanıqlı inkişaf və iqlim dəyişiklikləri” və “Yenilənə bilən enerji mənbələrinə keçid və qlobal əməkdaşlıq” mövzular çərçivəsində müzakirələr aparılıb. Konfransda müxtəlif ölkələri təmsil edən iştirakçılar qeyd edilən mövzular çərçivəsində təklifləri səsləndiriblər və təkliflər səsverməyə çıxarılıb. Tədbirin axırında qətnamə qəbul edilib.  Xatırladırıq ki, “Dağlıq-Şirvan region məktəblilərinin I MUN konfransı” adlı layihə, Osmanov Ülvi tərəfindən həyata keçirilir. Layihənin məqsədi region məktəbliləri üçün MUN konfransı təşkil etməklə onların akademik bacarıqlarını inkişaf etdirməkdir. Bu layihə eyni zamanda İngilis dili və MUN təcrübəsi olan şagirdlər üçün beynəlxalq səviyyədə təmsil olunma imkanı yaradır.
“Təhsil üçün birlik, birlik üçün incəsənət” layihəsi icra olunmağa başlayıb
Xəbərlər
“Təhsil üçün birlik, birlik üçün incəsənət” layihəsinin açılış mərasimi keçirilib.Bakı şəhəri Yasamal rayonu 53№-li tam orta məktəbin “Təhsil üçün birlik, birlik üçün incəsənət” adlı layihəsinin açılış mərasimi baş tutub. Layihənin məqsədi sülh mədəniyyəti üzrə təlim kursu və incəsənət təşəbbüsləri vasitəsilə şagirdlər arasında sağlam və faydalı münasibətlərin inkişaf etdirilməsidir. Qeyd edək ki, Lalə Qasımovanın rəhbərliyi ilə icra olunan layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qrant qazanmışdır.
Mənim ən güclü qəhrəmanım - övladımdır!
Xəbərlər
Mənim ən güclü qəhrəmanım - övladımdır! Məktəb Ailə İcma Birliyi tərəfindən keçirilən təlimin görüntülərini təqdim edirik. Təlim "Nağıl terapiyası", "Xəyali qəhrəmanımızı yaradaq" və "Mənim ən güclü qəhrəmanım isə övladımdır!" mövzuları ətrafında valideynlər və şagirdlər arasında keçirilib. Təlimlərdə seçilən valideynlər öhdəlik olaraq fəaliyyət planına uyğun məktəb daxilində fəaliyyətlər həyata keçirəcəklər. Xatırladırıq ki, layihə Bakı şəhəri, Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin sonuncu təlimi keçirilib
Xəbərlər
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin sonuncu təlimi keçirilibTəlimin mövzusu "Konfort zonası və neyrocalışmalar"dır. Təlimdə 9, 10 və 11-ci siniflərdən ibarət 51 şagird iştirak edib. Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 nömrəli tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunur. Layihənin məqsədi şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirməkdir.
Qrant layihə çərçivəsində ekskursiya təşkil olunub
Xəbərlər
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə çərçivəsində ekskursiya təşkil olunub.Layihənin məqsədi şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir.  Xatırladırıq ki, layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılıb.  Layihənin icra planına əsasən ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub.  Qeyd edək ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.  
"İngilis dili müəllimlərinin IELTS hazırlığı” layihəsi çərçivəsində dərslərə start verilib.
Xəbərlər
"İngilis dili müəllimlərinin IELTS hazırlığı” layihəsi çərçivəsində dərslərə start verilib.   İlk dərslərdə iştirakçı müəlimlər ilə tanışlıq sessiyası baş tutub, təlimçi tərəfindən İELTS imtahanında uğurlu nəticə əldə etmək üçün tələb olunan biliklər haqqında məlumat verilib. IELTS-in strukturu, qiymətləndirilməsi və qaydalarının təqdimatı keçirilib, həmçinin qiymətləndirmə və İELTS diaqnostik testi keçirilib.   Xatırladırıq ki, “İngilis dili müəllimlərinin IELTS hazırlığı” qrant layihəsi Arifə Rəsulova tərəfindən Daşkəsən rayon Quşçu kənd Əli İsmayılov adına tam orta məktəbdə təşkil olunur. Layihə çərçivəsində ingilis dili müəllimlərinin beynəlxalq səviyyədə dil biliklərinin artırılması və IELTS sertifikatını ilə müəllimlərin təmin edilməsi, məktəb üzrə 4 ingilis dili müəlliminin seçilərək 4 ay müddətində həftədə iki dəfə iki saatlıq dərslərə cəlb edilməsi, hər ayın sonu müəllimlərin öyrənmə səviyyələrinin yoxlanılması üçün imtahanın keçirilməsi, məktəbdə dil dərnəyinin yaradılması nəzərdə tutulur.
“Mənim şagird dostlarım” layihəsi icrasını davam etdirir
Xəbərlər
“Mənim şagird dostlarım” layihəsi icrasını davam etdirir Layihə çərçivəsində keçirilən təlimlərin hər birində ayrı-ayrılıqda 30 nəfər olmaqla şagird, həmçinin valideynlər iştirak edib. Təlimlər zamanı şagirdlərin özlərinə əhatələrində olan uşaqlardan düzgün dost seçmələri, dostluq əlaqələrinin sağlam irəliləməsi, eləcə də bu yolda valideyn və müəllimlərin üzərinə düşən işdən danışıldı. Bundan əlavə, “Şagird dostlar”ın üzərinə düşən məsuliyyət mövzusunda şagird, valideyn və müəllimlərlə müxtəlif maarifləndirici söhbətlər aparılıb. Valideynlər, müəllimlər, o cümlədən şagirdlər qarşılaşdıqları müxtəlif çətinliklər barədə təlimçi və psixoloqla ətraflı müzakirələr aparıblar.Xatırladaq ki, layihə Bakı şəhəri A.Şaiq adına 54 saylı tam orta məktəbdə Dürdanə Vəliyeva tərəfindən həyata keçirilib.Video üçün keçid
"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir
Xəbərlər
"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir. Təlim modulu "Peşə təhsilinin əhəmiyyəti", "Şəxsi maraqların və güclü tərəflərin kəşfi", "Özünüqiymətləndirmə anketlərinin doldurulması" və "Şəxsi güclü tərəflərin müzakirəsi" mövzuları ətrafında keçirilib. Təlimin irəliləyən dəqiqələrində isə praktiki tapşırıq "Mən kiməm?" posteri hazırlamaqla yekunlaşıb. Qeyd edək ki, IX-XI-ci sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb. Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə Quliyeva Aygün Məhərrəm qızı tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.
Ekomühəndis şagirdlər ətraf mühiti qorumaq üçün maraqlı layihə eskizləri təqdim ediblər
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan "Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsinin açılış tədbiri keçirilib.Layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəklləyəcək “Ekomühəndis şagirdlərin COP 29 – Məktəb Zirvəsi"prosesini təşkil etməkdir.Layihəyə cəlb edilmiş şagirdlər layihənin problem məzmununa uyğun hazırladıqları ekoloji problemlərin həlli üçün təklif edilən modelləri, maket və prototipləri hazırlayıblar. Şagirdlər layihələrində ekoelektrik mühəndisliyi - Günəş enerjisi işləyən mexanizmlər-alternativ enerji layihələri, prototip modellərdən, 3D dizayn layihə proqramları və çapdan istifadə edirlər.Xatırladaq ki, " Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsi Sevinc Əliyeva tərəfindən icra edilir.
“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi davam edir
Xəbərlər
“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi davam edir.Layihənin ilk mərhələsində 30 şagird üçün sosial sahibkarlıq, sosial sahibkarlıq ideyaları, problemlərin ideyalara çevrilməsi, sahibkarlıq, komanda quruculuğu, təqdimat bacarıqları və s. mövzularda təlimlər təşkil edilib. Təlimlərdə komanda və qrup işləri, müxtəlif interaktiv metodlardan istifadə edilib.Növbəti mərhələ çempionat mərhələsi olacaqdır. Belə ki, hal-hazırda 6 komanda fevral ayında keçiriləcək çempionat üçün sosial sahibkarlıq ideyaları üzərində çalışır və təqdimat hazırlayır.Xatırladırıq ki, “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şabəyim Həbibzadə tərəfindən icra edilir. Çempionat günü isə məktəblilər komanda şəklində sosial sahibkarlıq üzrə müəyyən etdikləri ideyaları təqdim edəcəklər. Sonda iştirak edənlərə sertifikat və hədiyyələr təqdim ediləcəkdir.
Biləsuvarda “Onlayn platforma dəstəyi ilə ingilis dilinin səmərəli öyrənilməsinin təşkili” adlı layihə icrasına başlayıb
Xəbərlər
Biləsuvar rayonu K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində “Onlayn platforma dəstəyi ilə ingilis dilinin səmərəli öyrənilməsinin təşkili” adlı layihənin açılış mərasimi keçirilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş layihənin açılış mərasimində məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib.Tədbirdə qeyd edilib ki, layihənin məqsədi Duolingo platformasının köməyilə liseyin V-VII sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını artırmaqla buraxılış imtahanına hazırlıq istiqamətində təməl biliklərin möhkəmləndirilməsinə dəstək olunmasından ibarətdir.Həmçinin qeyd olunub ki, layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 60 nəfər şagirdin seçiləcək, seçilmiş şagirdlərin diaqnostik qiymətləndirilməsi təşkil olunacaq, onlar üçün Duolingo platformasına giriş üzrə üzvlük təmin olunacaqdır. Eyni zamanda Duolingo platformasından rahat istifadə etmək üçün qulaqlıqlar və səs gücləndirici alınacaq, eləcə də dərsdənkənar fəaliyyət formasında Duolingo platfomasından istifadə etməklə məşğələlər təşkil olunacaqdır.Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər. Qeyd edək ki, layihə Biləsuvar rayonu K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində icra olunur.
"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimlərinə start verilib
Xəbərlər
"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimlərinə start verilib.1-ci günün təlim modulunun mövzusu "Peşə təhsilinin əhəmiyyəti", fəaliyyətlər isə: "Təlimin məqsədi və gözləntilərin izahı", "Qrup tanışlığı", "Ümumi diskussiya: Niyə peşə seçimi vacibdir?" mövzuları ətrafında keçirilib.Qeyd edək ki, layihə çərçivəsində IX-XI sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb.Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə, Quliyeva Aygün Məhərrəm qızı tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.
Şəmkirdə skaut dəstələrinin yaradılması istiqamətində təlimlər davam edir
Xəbərlər
Şagirdlər skaut hərəkatının əsas prinsipləri ilə tanış oldularŞəmkir rayon Kür qəsəbə İ.S.Aznaurov adına tam orta məktəbində şagirdlərin fiziki, sosial və intellektual inkişafına töhfə vermək məqsədilə skaut dəstələrinin yaradılması istiqamətində təlimlər davam edir. Bu təlimlər şagirdlərə komanda ruhu, liderlik bacarıqları, təbiətə qayğı və sosial məsuliyyət hissini aşılamaq üçün nəzərdə tutulub. Təlimlər zamanı iştirakçılar skaut hərəkatının əsas prinsipləri ilə tanış olur, müxtəlif bacarıqlar – düşərgə qurmaq, istiqaməti müəyyən etmək, birgə fəaliyyət göstərmək və çətin şəraitdə qərar vermək kimi vacib biliklər əldə edirlər. Eyni zamanda açıq havada keçirilən fəaliyyətlər onların fiziki sağlamlığını gücləndirir və özünəinam hisslərini artırır.Xatırladaq ki, Şəmkir rayonunda icra olunan "Məktəbimizdə skaut dəstələrinin yaradılması" layihəsinin rəhbəri Əsgərova Könül Məzahir qızıdır. Layihənin məqsədi şagirdlər arasında sağlam və məsuliyyətli gənclər yetişdirmək, onların şəxsi və ictimai inkişafına dəstək olmaqdır. Gələcək fəaliyyətlərdə daha çox şagirdin bu hərəkatda iştirak etməsini təşviq edərək onların bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.
"Ümumtəhsil məktəblilərinin"Yaşıl dünya"əl işləri sərgisi" adlı layihə icrasını davam etdirir
Xəbərlər
"Ümumtəhsil məktəblilərinin"Yaşıl dünya"əl işləri sərgisi" adlı layihə icrasını davam etdirirLayihə çərçivəsində qrupların hər birində 10 şagird olmaqla, 4 qrupda fəaliyyət göstərilir. Layihəyə 5-9-cu siniflərdə təhsil alan 40 şagird cəlb olunub. Layihədə qruplar tərəfindən almaz mozaikalarla, ətirli şamla, ətirli sabunla, rəsm üzərində əl işləri məşğələləri təşkil edilir. Məşğələlər bitdikdən sonra şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunacaq.Qeyd edək ki, "Ümumtəhsil məktəblilərinin"Yaşıl dünya"əl işləri sərgisi" adlı layihə Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Səfəraliyeva Səadət tərəfindən icra edilir. Layihənin məqsədi internat məktəbində həm ümumi, həm də xüsusi sinifdə təhsil alan şagirdləri, rayonun ümumtəhsil məktəblərində təhsil alan şəhid və qazi övladlarını, eyni zamanda valideyn himayəsindən məhrum olmuş şagirdlərin əl bacarıqlarının inkişaf etdirilməsi istiqamətində qeyri-formal təhsil formasında fəaliyyətlərə cəlb etməklə, həm bu qabiliyyətlərinin üzə çıxarılmasına nail olmaq, eyni zamanda onlar arasında əməkdaşlığı təmin etməkdir.
"Əsarətdən aydınlığa" layihəsi icrasını davam etdirir
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan "Əsarətdən aydınlığa" layihəsinin icra planına əsasən hədəf qrupuna daxil olan Goranboy rayonu Nizami kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün ilkin olaraq münasibət və dəyərlərin qiymətləndirilməsi üzrə psixoloji test keçirilib. Təlimdə “Əsarətdən aydınlığa doğru” adlı maarifləndirici və cəmiyyətə mesaj olaraq ötürülə bilən qısa metrajlı sosial çarx videosu haqqında ətraflı məlumat verilib.Qeyd edək ki, "Əsarətdən aydınlığa" layihəsi Nur Əmrəhova tərəfindən icra edilir. Layihə müddətində Goranboy rayonunun Nizami və Xoylu kəndlərinin məktəblərindən seçilmiş valideynlərə və şagirdlərə maarifləndirici praktiki təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimdə “Əsarətdən aydınlığa doğru” adlı maarifləndirici və cəmiyyətə mesaj olaraq ötürülə bilən qısa metrajlı sosial çarx videosu haqqında ətraflı məlumat verilib.
“Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” layihəsi çərçivəsində dərslərə start verilib.
Xəbərlər
“Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” layihəsi çərçivəsində dərslərə start verilib. Layihə çərçivəsində müəyyən fənlər rəqəmsal qaydada tədris edilməyə başlayıb. Həmçinin rəqəmsal sinifin təklif etdiyi imkanlardan yararlanaraq şagirdlər arasında onlayn platformalar vasitəsilə biliklərin yoxlanılması xarakterli yarışlar təşkil edilir. Bu da öz növbəsində, şagirdlər arasında təhsildə rəqabətin güclənməsinə gətirib çıxarır. Planşetlərdən istifadə ilə dərslər şagirdlər tərəfindən həvəslə qarşılanıb. Dərslərin rəqəmsallaşmasının nəticəsi olaraq şagirdlərin dərslərə olan marağı artıb və dərslərdə aktiv iştirak edirlər. Xatırladırıq ki, “Yaşıl Dünya = Rəqəmsal Dünya Kağızsız sinif otaqları” qrant layihəsi Musa Ziyadzadə tərəfindən Göygöl rayon Çaylı kənd tam orta məktəbində təşkil olunur. Layihə çərçivəsində şagirdlərə 2 ay ərzində sinifdə dərslərin birbaşa planşetdən istifadə ilə keçirilməsi və kağızdan istifadənin tamamilə aradan qaldırılması, kağızsız sinif otağı ilə bağlı məlumatlandırıcı videoçarxın çəkilməsi nəzərdə tutulur.
“Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində təlimlər keçirilib
Xəbərlər
“Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində təlimlər keçirilib Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən Heydər Əliyev adına 2 nömrəli tam orta məktəbdə “Futzal Yarışı Başlayır!” layihəsi çərçivəsində 3 günlük təlim-seminar keçirilib. Təlim-seminarın əsas məqsədi futzalın qaydaları haqqında ətraflı məlumat vermək və yarışların idarə edilməsini asanlaşdırmaqdır. Bu məqsədlə komanda rəhbərləri və kapitanlar əldə etdikləri bilikləri şagirdlərə təcrübi şəkildə təqdim edib, təcrübəli hakim və ekspertlər isə təlimin keçirilməsində iştirak edərək iştirakçılara praktiki tövsiyələr veriblər. Xatırladırıq ki, “Futzal yarışı başlayır!" qrant layihəsi Mahmud Mustafayev tərəfindən Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrləli tam orta məktəbdə təşkil olunur. Layihə çərçivəsində futzal oyunu haqda geniş təbliğat və 3 günlük təlim-məşq seminarının təşkili, şagirdlərdən ibarət futzal komandalarının formalaşması, futzal qaydaları haqqında Azərbaycan dilində ədəbiyyatın çoxaldılması, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş şagirdlər arasında futzal yarışının keçirilməsi, yerli hakim və oyunçularının bu sahədə biliklərinin artırılması nəzərdə tutulub.
"Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" adlı layihənin rəsmi açılışı keçirilib
Xəbərlər
Bakı şəhəri 298 saylı orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Beynəlxalq onlayn platforması üzərindən robototexnikanın öyrənilməsi" adlı layihənin rəsmi açılışı keçirilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllim heyəti, 8-ci sinif şagirdləri və “Khan Academy”nin Azərbaycandakı rəsmi nümayəndəsi iştirak ediblər. Açılış mərasimində şagirdlər və müəllimlərə layihənin məqsədləri və “Khan Academy” platforması haqqında ətraflı məlumat verilib. Robototexnika müasir təhsilin vacib sahələrindən biri kimi mühəndislik, riyaziyyat, layihələndirmə və proqramlaşdırma biliklərini bir araya gətirir. Şagirdlərə bu sahədə biliklərin aşılanması, onların gələcək karyera yollarına daha yaxşı hazırlaşmalarına və texnologiya sahəsində uğurlar qazanmalarına kömək edəcək. Bununla yanaşı, layihə vasitəsilə şagirdlər texnologiya ilə əlaqəli məsələləri daha yaxşı anlayacaq və müasir dünyada baş verən texnoloji inkişaflarla ayaqlaşmağı bacaracaqlar. Robototexnika yaradıcı düşünmə və innovasiya sahələri ilə sıx bağlıdır. Buna görə də layihə şagirdlərin problem həlletmə bacarıqlarını və yaradıcı yanaşmalarını inkişaf etdirməyi hədəfləyir. Mahirə Nuriyevanın bu təşəbbüsü ölkədə təhsilin keyfiyyətinin artırılmasına və innovativ yanaşmaların tədris prosesində geniş tətbiqinə əhəmiyyətli töhfə verəcəkdir.
Şagirdlər “Karyera xəritəsini” hazırlayıblar
Xəbərlər
Şagirdlər “Karyera xəritəsini” hazırlayıblar"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir. Bu səfər təlim modulu "Peşəkar inkişaf və təhsil arasındakı əlaqə" mövzusunda keçirilib. Təlim "Təhsil və karyera yollarının müqayisəsi", "Karyera xəritəsinin hazırlanması", "Uğurlu karyera üçün təhsil niyə vacibdir" mövzularında qrup işi ilə yekunlaşıb. Qeyd edək ki, 9-11-ci sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb. Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə Aygün Quliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.
"SOFT SKİLLS" layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
"SOFT SKİLLS" layihəsinin açılış mərasimi keçirilib Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqsənin qalibi Balakən məktəbliləri üçün "Soft Skills" təlimləri layihəsinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində S.Vurğun adına Qullar 1 nömrəli tam orta məktəbin direktoru Vəfa Emçiyeva, karyera məsləhətçisi Orxan Əliyev, Balakən rayon üzrə Təhsil Sektorun əməkdaşı Sevinc İbadova və Balakən rayon İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya direktoru Fərhad Bazarov və layihənin təşkilat komandası iştirak ediblər. Qeyd edək ki, layihənin məqsədi Balakən rayonunda təhsil alan şagirdlərə yumşaq bacarıqlar əldə etmələrinə təkan verməkdir. Xatırladaq ki, layihə Balakən rayonunda icra olunacaq və layihə rəhbəri Balakən rayon S.Vurğun adına Qullar kənd 1 nömrəli məktəbin müəllimi Pəri Şoldubanovadır.
"Sərhədləri Aşan Gələcək: Dil Bil, Uğur Qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir.
Xəbərlər
"Sərhədləri Aşan Gələcək: Dil Bil, Uğur Qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir.İngilis dilli xarici müəllim Nyaradzo Mtizira həftədə 4 dəfə 4 saat şagirdlər üçün əyani ingilis dili dərsləri təşkil edir. Dərslərdə əsas diqqət danışıq bacarıqlarının inkişafına yönəldilmişdir. Bundan əlavə, hər həftə şagirdlər üçün danışıq klubları, film günləri və müxtəlif məşğələlər keçirilir. Xatırladırıq ki, "Sərhədləri Aşan Gələcək: Dil Bil, Uğur Qazan" adlı layihə Suraxanı rayonu Hövsan qəsəbəsi 270 nömrəli tam orta məktəbdə Namiq İbadov tərəfindən həyata keçirilir. Layihənin məqsədi, xarici müəllimin dəstəyi ilə şagirdlərin ingilis dili biliklərini inkişaf etdirmək və müasir tədris metodlarından istifadə edərək onları qlobal arenada rəqabətə hazır vəziyyətə gətirməkdir.
"Xəyallar düşərgədirsə yollar əngəl deyil” layihəsi uğurla yekunlaşıb.
Xəbərlər
"Xəyallar düşərgədirsə yollar əngəl deyil” layihəsi uğurla yekunlaşıb. Layihəsinin məqsədi sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, sosial inklüvizliyinin artırılması, asudə vaxtının səmərəli təşkil edilməsi və sağlam həyat tərzinin təbliğini təmin edilməsi istiqamətində inkişafedici proqram vasitəsi ilə dəstək olub maraqlı düşərgə təşkil edərək xoş istirahət yaşatmaqdan ibarət olub. Layihə çərçivəsində ümumilikdə 30 nəfər sağlamlıq imkanları məhdud şagirdin iştirakı ilə düşərgə keçirilib. Düşərgə Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərin Təlim və İsitahət Mərkəzində təkşil edilib. Düşərgə mərhələsində hər gün sağlamlıq imkanları məhdud şagirdlər üçün psixoloq, sosial işçi və təlimçilər tərəfindən müxtəlif interaktiv oyunlar, inkişafetdirici və əyləncəli təlimlər, səhər sadə idman məşğələləri, eyni zamanda, müxtəlif terapiyalar (Art terapiyası, oyun terapiyası, rəqs terapiyası), iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli proqram, yaxınlıqda yerləşən təbiətə ekskursiya təşkil edilib. Maraqlı və əyləncəli proqram sayəsində sağlamlıq imkanları məhdud şagirdlər özünü rahat və azad şəkildə ifadə edərək, içində gizlənmiş, üzə çıxarılmasına ehtiyac duyulan duyğularını üzə çıxararaq, əhval ruhiyyələri qalxdı, sosial əlaqələr quruldu, emosional vəziyyətləri tənzimləndi, əyləncəli oyunlar vasitəsi ilə sağlamlıq imkanları məhdud şagirdlər oyun zamanı sıranı gözləmə, mübarizə aparma və paylaşma kimi davranış rituallarına riyaət etdilər. Həmçinin düzgün nəfəs almaq, öz bədənlərini hiss etmək, diqqətlərini cəmləşdirmək və məkanda özünü hiss etməyi öyrənmiş oldular. Xatırladaq ki, layihə Müşfiq Məmmədov tərəfindən icra edilib. #GrantsEduAz #TəhsildəQrantlar #EduGrants #QrantMüsabiqəsi #VIIIQrant
31 nömrəli tam orta məktəbin “Özünüifadə Sənəti” adlı layihəsinin açılış mərasimi baş tutub
Xəbərlər
Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbin “Özünüifadə Sənəti” adlı layihəsinin açılış mərasimi baş tutub. Açılış mərasimində layihə rəhbəri Zülfiyyə Rəsulova layihə haqqında geniş məlumat verərək iştirakçılara uğurlar arzulayıb. Layihə çərçivəsində 24 şagird üçün 20 gün davam edən, 40 modul və 80 akademik saatdan ibarət təlim proqramı təşkil olunacaq. Təlimlər özünüifadə bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə müddətində təlimi tamamlayan iştirakçılara sertifikatlar veriləcək. Xatırladırıq ki, “Özünüifadə Sənəti” layihəsi Bakı şəhəri Yasamal rayonu 31 saylı tam orta məktəbin direktoru Zülfiyyə Rəsulova tərəfindən icra olunur və Öndə Gənclər İB ilə Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi məktəbdə yaradıcı metodlardan istifadə etməklə şagirdlərdə özünüifadə bacarıqlarını inkişaf etdirməkdir.
“Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi” adlı layihənin açılış mərasimi keçirilib
Xəbərlər
“Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi” adlı layihənin açılış mərasimi keçirilib. Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılışında Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, UNEC-in Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika kafedrasının professoru Şahnaz Şahbazova, Dövlət Sərhəd Xidməti Akademiyasının Elmi işlər, adyunktura və magistratura şöbəsinin zabiti mayor Ülviyyə Abdulayeva, Dövlət Sərhəd Xidməti Akademiyası Mühəndis – Texniki fənlər kafedrasının müəllimi, baş leytenat Nicat Şirinov və bir çox məktəb direktorları iştirak edib. Layihə çərçivəsində məktəbin V sinifində təhsil alan 50 şagirdinin Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına hazırlaşdırmaq məqsədi ilə həftədə 2 dəfə olmaqla, ümumilikdə 74 saatlıq məşğələ dərsləri təşkil ediləcəkdir. Dərslər, şagirdlərdə riyazi bacarıq və məntiqi təfəkkürün inkişafına kömək etməyi hədəfləyib və 5 ay davam etməsi planlaşdırılıb. Xatırladaq ki, “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasına təhsilalanların hazırlaşdırılması və iştirakının təmin edilməsi” adlı layihə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin fizika müəllimi baş leytenant Rüfət Cəfərli tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərimizin riyazi bacarıqlarını və məntiqi təfəkkürünü inkişaf etdirməkdir. Bu layihə sayəsində şagirdlər Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında fəal iştirak edib uğurlu nəticə əldə edəcəklər.
“P4C -İbtidai siniflər üçün fəlsəfə” layihəsinin icrasına başlanılıb
Xəbərlər
VIII qrant müsabiqəsinin qalibi olan “P4C -İbtidai siniflər üçün fəlsəfə” layihəsinin icrasına başlanılıb Xırdalan 1 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "P4C -ibtidai siniflər üçün fəlsəfə" layihəsinin təqdimatı keçirilib.  Təqdimatda Dövlət Himni səsləndirilib, şəhidlərin və ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri, məktəbin direktoru Arifə Balakişiyeva və layihənin təlimçisi Təranə Nuriyeva çıxış edərək layihə haqqında geniş məlumat verib.    Qeyd edək ki, layihə çərçivəsində keçiriləcək təlimlər həftədə 2 dəfə 2 saatlıq olmaqla  valideyn, müəllim, həm də şagirdlər üçün keçiriləcək. 1-4-cü siniflərdə təhsilalan 60 şagird seçiləcəkdir. Bundan əlavə, ibtidai sinif müəllimi olan 15 nəfər müəllim və 60 nəfər valideynlə də P4C  bacarıqların mahiyyəti və bu bacarıqların uşaqlara aşılanması prosesi izah ediləcəkdir. Xatırladaq ki, layihə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə Arifə Balakişiyeva tərəfindən icra olunur. Layihənin məqsədi ibtidai siniflərdə təhsilalan şagirdlərin P4C bacarıqlarına (Tənqidi düşünmə, Empatiya, Öz fikirlərini ifadə etmə, Problemi həll etmə) yiyələnməsinə nail olmaq və bu bacarıqlarını inkişaf etdirmələrini dəstəkləməkdir.   
“IDEAGENERATION: Məktəblərarası İdeathon Müsabiqəsinin Keçirilməsi” layihəsi çərçivəsində infosessiya keçirilib.
Xəbərlər
“IDEAGENERATION: Məktəblərarası İdeathon Müsabiqəsinin Keçirilməsi” layihəsi çərçivəsində seçilmiş iştirakçılar üçün onlayn infosessiya keçirilib. Görüş zamanı şagirdlərə müsabiqənin qaydaları ilə bağlı geniş məlumat verilib, ünvanlanan suallar cavablandırılıb. Qeyd edək ki, layihənin məqsədi şagirdlərin tədqiqat və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirmək, təhsil sahəsinə yaradıcı yanaşmalar göstərmək, problem müəyyənləşdirmək, analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin, təhsil keyfiyyətinin artırılmasıdır. Layihə H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin kimya və STEAM müəllimi Çinarə Abdullayeva tərəfindən icra olunur. Sonda müsabiqə zamanı təklif edilən ideyalardan ən yaxşıları seçilərək təkliflər toplusu halına salınacaqdır.
"ART-STUDİO" layihəsinin təqdimatı keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş "ART-STUDİO" layihəsinin təqdimatı keçirilibYevlax rayon Xaldan kənd kompleks tam orta məktəbində gerçəkləşdiriləcək layihənin açılış tədbirində media nümayəndələri, layihə tərəfdaşları, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak ediblər.     Layihə çərçivəsində məktəbdə müasir standartlara cavab verən sənət emalatxanası – ART-Studio yaradılacaq. Burada Azərbaycanın qədim sənət növlərindən olan dulusçuluqla yanaşı, rəssamlıq, heykəltəraşlıq və digər sənət texnologiyalarının tədrisi nəzərdə tutulur. Bu təşəbbüs şagirdlərin estetik zövqünün və bədii bacarıqlarının inkişafına xidmət edəcək.  Xatırladırıq ki, "ART-Studio" layihəsinin rəhbəri Xaldan kənd kompleks tam orta məktəbinin fizika laborantı Pərvanə Hacıyevadır. Layihənin məqsədi 25 şagirdin sənət və əmək bacarıqlarını inkişaf etdirməkdir.
“Şirvanın Texnoliderləri“ robot texnologiyasını öyrənir!
Xəbərlər
“Şirvanın Texnoliderləri“ qrant layihəsinin təlimləri uğurlu şəkildə davam edir. Təlimlər Şirvan şəhər məktəblərinin 7-8-ci sinif şagirdlərindən seçilmiş 30 nəfərə Şirvan şəhər STEAM Mərkəzində həftədə 1 dəfə 3 saat olmaqla 4 ay müddətində davam edəcək. Təlim proqramı: "Introduction To Python", "Python Data Types", "Python Program Flow Control", "Python Functions", "Modules And Packages", "Python String", "List And Dictionary Manipulations", "Python File Operation", "Python Object Oriented Programming – Oops", "Python Regular Expression", "Python Exception Handling və Python Database Interaction" mövzulardan ibarətdir. Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan “Şirvanın Texnoliderlər” layihəsi Zümrüd Əliyeva tərəfindən icra olunur.
"İncəsənət ilə təhsilə doğru" layihəsi başa çatıb
Xəbərlər
Bakı şəhəri Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə keçirilən “İncəsənət ilə təhsilə doğru" layihəsi başa çatıb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə reallaşan layihə, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub və 4 ay davam edib. Layihənin məqsədi gitara kurslarını şagirdlər üçün əlçatan edərək onların təhsil mühitinə adaptasiyasına dəstək olmaq, sosial bacarıqlarını inkişaf etdirmək və özünəinam hissini gücləndirmək idi. 31, 18 və 150 nömrəli tam orta məktəblərdən seçilmiş 13-15 yaş aralığında olan 16 şagird layihədə iştirak edib. Təlimlərdə şagirdlər 16 günlük gitara kurslarında iştirak edərək musiqi ifaçılığının əsaslarını öyrəniblər. Layihənin sonunda isə onların bacarıqlarını nümayiş etdirmələri üçün "Ən gözəl ifa" adlı müsabiqə təşkil olunub. Xatırladaq ki, “İncəsənət ilə Təhsilə Doğru” layihəsi 31 nömrəli tam orta məktəbin müəllimi Nigar Paşayeva tərəfindən icra olunub və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilib. Layihə rəhbərinin sözlərinə görə, bu təşəbbüs şagirdlərin emosional vəziyyətinin yaxşılaşmasına, yaradıcılıq qabiliyyətlərinin inkişafına və məktəb mühitinə daha rahat uyğunlaşmalarına müsbət təsir göstərib. Bu cür layihələr təhsil prosesində incəsənətin rolunu artırmaqla yanaşı, şagirdlərin fərdi inkişafına və sosial inteqrasiyasına mühüm töhfə verir.
Şirvan şəhərində “İnteraktiv rəqəmsal tədris platformalarının dərsə inteqrasiyası” layihəsinin icrası davam edir.
Xəbərlər
Şirvan şəhərində “İnteraktiv rəqəmsal tədris platformalarının dərsə inteqrasiyası” layihəsinin icrası davam edir. Layihənin icra planına uyğun olaraq Şirvan şəhərində yerləşən məktəblərdən 30 müəllimin seçilib. Seçilmiş müəllimlərə “Kahoot” “Quizlet” və “Pear Deck” platformalarından istifadə və interaktiv tədris metodları ilə bağlı ümumilikdə 10 günlük intensiv təlimlər keçirilib. Daha sonra müəllimlər rəqəmsal alətlərdən istifadə etməklə interaktiv tədris proqramları hazırlayacaq və dərsləri yeni proqramla həyata keçirəcək, təlimdə iştirak edən yeni rəqəmsal müəllimlərin regiondakı digər məktəb müəllimləri üçün bu təlimi davam etdirəcək və müəllimlərə mentorluq edəcəklər. Bildirək ki, layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir. Qeyd edək ki, Arzu İmanovanın rəhbərlik etdiyi layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
"Ekranı bağla, Həyatı aç" layihəsi icrasını davam etdirir.
Xəbərlər
"Ekranı bağla, Həyatı aç" layihəsi icrasını davam etdirir.Layihə çərçivəsində şagirdlərin gündəlik nə qədər ekrana baxdıqlarını, daha çox hansı tip məzmunlara baxdıqlarını və daha başqa hansı formalarda ekran qarşısında vaxt keçirdiklərini öyrənmək məqsədi ilə tədqiqat aparılıb.Xatırladaq ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Turanə Atakişiyeva tərəfindən həyata keçirilən "Ekranı bağla, Həyatı aç" layihəsi həmin məktəbdə icra olunur. Məqsəd şagirdlərin ekran qarşısında keçirdikləri vaxtı şüurlu şəkildə azaltmaq, onları ekrandan kənar fəaliyyətlərə təşviq etmək və həyatlarının çox hissəsində ekranı bağlayıb, həyatı açmaqdır.
“Bullinqi birlikdə dayandıraq” layihəsinin icrası davam edir
Xəbərlər
“Bullinqi birlikdə dayandıraq” layihəsinin icrası uğurla davam etdirilir. Layihə üzrə təlimçi-psixoloq Simuzər Şərifova tərəfindən şagirdlərə mövzu ilə bağlı təlimlər təşkil edilib. Şagirdlər arasında bullinqlə bağlı inşa müsabiqəsi, şüar müsabiqəsi, kitab müzakirəsi aparılmış, şagirdlərin fikirləri alınıb. Layihənin məqsədi məktəblərdə bullinq hallarının qarşısını almaq, şagirdləri bu problemlə üzləşməkdən xilas etmək, bullerləri humanist əməkdaşlığa səsləməkdir. Məlumat üçün bildirək ki, layihənin icra müddəti 4 aydır. Bu müddətdə psixoloq tərəfindən müəllim, valideyn və şagirdlərə təlimlər keçiriləcək. Şagirdlər arasında bullinq hallarının aşlarlanıb aradan qaldırılması üçün sorğu və seminarlar keçiriləcək.Layihənin sonunda şagirdlər arasında bullinq hallarının azaldılması, depressiya, ifrat narahatlıq, psixoloji böhranın aradan qalxması, özünəinam hissinin artması, şagirdlərin həmyaşıdları, müəllimləri, valideynləri ilə münasibətlərinin yaxşıya doğru dəyişməsi, məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsi, akademik nəticələrin artması gözlənilir. Qeyd edək ki, layihə Elza Hüseynova tərəfindən Şəmkirdə icra olunur.
"Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihənin təlimlərinə start verilib
Xəbərlər
"Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihənin təlimlərinə start verilib.Qeyd edək ki, təlimlər "Mətn nədir?", "Mətnlərin əsas xusisyyətləri", "Mətnin əsas hissələri", "Giriş, əsas və nəticə" mövzularından ibarət olub.Xatırladırıq ki, "Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək" adlı layihə Hacıyev Qismət Adıgözəl tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə yazılı və şifahi ünsiyyət bacarıqlarını gücləndirmək, onların ifadə qabiliyyətini və müzakirə mədəniyyətini inkişaf etdirməkdir. Bu layihə sayəsində şagirdlər öz fikirlərini daha səlis ifadə etmək bacarığı qazanacaq və akademik nailiyyətlərində irəliləyiş əldə edəcəklər.
"Eko Könüllülər ilə Yaşıl-Zona Parkının yaradılması" layihəsinin açılış tədbiri keçirilib.
Xəbərlər
"Eko Könüllülər ilə Yaşıl-Zona Parkının yaradılması" layihəsinin açılış tədbiri keçirilib. Layihənin əsas məqsədi 20 şagird və 20 könüllü tələbənin iştirakı ilə EKO-Park yaşıl zonanın salınmasıdır. Burada ekoloji biliklərin şagirdlərə mənimsədilməsi, onların təbiətə məsuliyyətli yanaşma bacarıqlarının formalaşdırılması və könüllülük dəyərlərinin aşılanması əsas məqsədidir. Layihə çərçivəsində məktəb ərazisində Eko-Park salınacaq, buradakı mühit isə uşaqların ekoloji tərbiyəsi, praktik bacarıqlarının təkmilləşməsi və ekosistemin qiymətləndirilməsi üçün real öyrənmə məkanına çevriləcək. Xatırladaq ki, layihə Xaldan kənd kompleks tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Qasımovanın rəhbərliyi ilə həyata keçirilir.
“Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində müsabiqə keçirilib!
Xəbərlər
“Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində müsabiqə keçirilib! Layihənin fəaliyyət planına uyğun olaraq “Özünü təqdim et” müsabiqəsi təşkil olunub. Müsabiqədə 18 nəfər şagird iştirak edib. Müsabiqənin məqsədi şagirdlərdə özünü təqdimetmə bacarığı, nitq və ünsiyyət qabiliyyətini formalaşdırmaqdır. Xatırladaq ki, “Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial şəbəkələrdə vaxt keçirmək yox, açıq havada yoldaşları ilə ünsiyyət qurmağın daha faydalı olduğunu təbliğ etmək, qədim uşaq oyunları ilə onları tanış etməkdən ibarətdir.
"Məktəb Ailə İcma Birliyi" layihəsinin valideynlər üçün təlimləri davam edir
Xəbərlər
"Məktəb Ailə İcma Birliyi" layihəsinin valideynlər üçün təlimləri davam edirLayihənin icra planına əsasən “Övladımın ən böyük arzusu” mövzusunda valideynlər üçün təlim keçirilib. Layihənin məqsədi şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi, şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir. Xatırladırıq ki, layihə Bakı şəhəri Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur.
"Ədəbiyyatı bədii intellektual oyunlarla və ekskursiyalarla öyrənək" layihəsi çərçivəsində Şamaxı və Bakı şəhərlərinə ekskursiya təşkil olunub
Xəbərlər
"Ədəbiyyatı bədii intellektual oyunlarla və ekskursiyalarla öyrənək" layihəsi çərçivəsində Şamaxı və Bakı şəhərlərinə ekskursiya təşkil olunub.Bu səfərdə şagirdlər Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərinin izləri və zəngin mədəni irsimizlə tanış olub. Şamaxı şəhərində onlar Seyid Əzim Şirvaninin qəbrini, Mirzə Ələkbər Sabirin ev muzeyini, Yeddi gunbəz qəbristanlığını, Cümə məscidini, Diri baba türbəsini ziyarət edib.Bakı şəhərində isə şagirdlər N.Gəncəvi adına ədəbiyyat muzeyi, S.Vurğunun ev muzeyi ilə tanış olublar. Bu ekskursiyalar şagirdlərə biliklərini dərinləşdirmək imkanı yaratmaqla yanaşı, onların mədəni və tarixi irsə marağını daha da artırmışdır. Bakı səfərində şagirdlər həmçinin Şəhidlər xiyabanını ziyarət edib.Xatırladırıq ki, layihə Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbinin müəllimi Rzayeva Yeganə tərəfindən icra edilir. Bu layihə həm ədəbiyyatımızı dərindən öyrənmək, həm də onun dərinliklərinə bədii intellektual oyunlar və ekskursiyalarla səyahət etmək istəyən şagirdlər üçün əvəzsiz bir fürsət təqdim edir.
“Onlayn simulyasiya platformasının Coğrafiya fənninin tədrisinə inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib.
Xəbərlər
“Onlayn simulyasiya platformasının Coğrafiya fənninin tədrisinə inteqrasiyası” layihəsinin açılış mərasimi keçirilib.Açılış mərasimində layihə rəhbəri, idarə heyəti üzvləri, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi Azərbaycanda Coğrafiya fənninin tədrisinə PhET İnteraktiv Simulyasiyalar Platformasını inteqrasiya edərək interaktiv öyrənməni inkişaf etdirməkdir.Bildirilib ki, layihənin icrası zamanı Coğrafiya fənnində ən vacib mövzuların tədrisi üçün effektiv PhET simulyasiyaları araşdırılacaq və seçiləcək. Hərtərəfli kurikulum materialının hazırlanması üçün mövzu üzrə ekspertlər və pedaqoqlarla əməkdaşlıq ediləcək. Müəllimlərin və ekspertlərin iştirakı ilə seçilmiş PhET simulyasiyalarına uyğun olaraq öyrənmə fəaliyyətləri və qiymətləndirmə testləri tərtib ediləcək. Həmçinin müəllimlər üçün peşəkar inkişaf təlimləri təşkil ediləcək.Daha sonra çıxış edən müəllim və şagirdlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər. Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
"Yeni Qalaktika" Makerthon 2024" layihəsinin iştirakçıları Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiya ediblər.
Xəbərlər
"Yeni Qalaktika" Makerthon 2024" layihəsinin iştirakçıları Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiya ediblər.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş ""Yeni Qalaktika" Makerthon 2024" layihəsi çərivəsində baş tutan ekskursiyada şagirdlər mərkəzi gəzərək, akt zalında mərkəzin əməkdaşlarının təqdimatını dinləyərək Azərkosmos ASC-nin yaranma tarixi, fəaliyyəti, gələcək planları ilə tanış olublar. Müəllimlər və şagirdlər ekskursiyanın sonunda “Tusi-Bohm Planetarium”da “Kainata doğru” sənədli filmini izləyiblər. Ekskursiyadan qayıdan şagirdlər topladıqları materiallardan videoçarx hazırlayıb təqdim ediblər.Qeyd edək ki, məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək makerthon formatında məşğələ və yarışları təşkil etmək, bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaq olan layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur.
"Məktəblilərin Yaşıl dünyası" layihəsi divar-rəsm layihəsi uğurlar davam edir.
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib olan "Məktəblilərin Yaşıl dünyası" layihəsi divar-rəsm layihəsi uğurlar davam edir.Layihənin icra planına uyğun olaraq növbəti tədbir Lənkəran şəhər A. Babayev adına 8 nömrəli tam orta məktəbində uğurla həyata keçirilib.Xatırladaq ki, layihə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbin müəllimi Dünya Veysəlova tərəfindən icra olunur. Layihənin məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarətdir.Layihənin icrası zamanı “Yaşıl dünya” mövzusunda təlim interaktiv şəkildə təşkil olunub. Ekoloji sistemdə baş verən dəyişiliklərin idarə olunması, ətraf mühiti qorumaq, alternativ enerji resurlarından istifadədə ölkəmizin potensialı və mötəbər COP29 tədbirinin bütün dünya üçün əhəmiyyəti istiqamətlərində məlumatlar təqdim olunub. 
Balaca skautlar Bakı Zooloji Muzeyində
Xəbərlər
Balaca skautlar Bakı Zooloji MuzeyindəVlll qrant müsabiqəsinin qalibi olan “Skautinq – Şagirdlərin Həyat Tərzi kimi” layihəsi çərçivəsində “Xunsar” Skaut Klubunun üzvləri üçün Bakı Zooloji Muzeyinə maarifləndirici ekskursiya təşkil olunub.Ekskursiyada 30 skaut iştirak edib. Şagirdlər muzeydə Azərbaycan təbiətinə və müxtəlif ölkələrin iqlim şəraitinə uyğun heyvanların cansız bədənlərinin təqdim olunduğu unikal sərgi ilə tanış olublar. Bu sərgi vasitəsilə onlar müxtəlif növ canlıların həyat tərzi, təbiətə uyğunlaşma xüsusiyyətləri və ekosistemin əhəmiyyəti barədə geniş məlumat əldə ediblər.Mauqli yaş qruplu skautlar burada bioloji və ekoloji məlumatlara marağı artıran zəngin eksponatlarla tanış olmaq imkanı əldə ediblər. Gələcək nəsillərin təbiəti dərk etməsi və qoruması üçün bu kimi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.Qeyd edək ki, “Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsi Binəqədi rayonu E. Sultanov adına 217 nömrəli məktəbdə Aynur İbrahimova tərəfindən icra olunur. Layihənin icrası zamanı dəstə görüşlərinin keçirilməsi Azərbaycan Skautlar Assosiasiyasının Milli Gənclər Proqramının komponentləri çərçivəsində tənzimlənəcəkdir. Layihə 9 ay ərzində hər həftəsonu 1 dəfə olmaqla, ümumilikdə ayda 4 dəfə təlim keçiriləcək. Layihədə təlimlər 6 istiqamət: fiziki, sosial, emosional, intelekual, psixoloji və xarakter üzrə baş tutacaqdır.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib olmuş "Məlumatlısan – demək silahlanmısan!" layihəsinin bağlanış tədbiri keçirilib.
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib olmuş "Məlumatlısan – demək silahlanmısan!" layihəsinin bağlanış tədbiri keçirilib.Layihənin icra planına uyğun olaraq 50 nəfər şagirddən ibarət qruplara “İlkin tibbi yardım bacarıqları" və "Fövqaladə hallar zamanı düzgün mövqenin və görüləcək işlərin təşkili” mövzularında  təlimlər uğurla yekunlaşıb və iştirak edən şagirdlər sertifikatla təltif edilib.Bağlanış tədbirində Mil-Muğan Regional Təhsil İdarəsi Təhsilin keyfiyyəti sektorunun əməkdaşı Fərahim Nağıyev layihənin çox məqsədyönlü və dövrün tələbinə cavab verməsi haqqında müsbət rəylərlə çıxış edib. Xatırladırıq ki, layihə Sabirabad şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Sevinc Məhərrəmova tərəfindən icra olunub. Bu layihənin məqsədi məktəblilərdə ilkin tibbi yardım üzrə mühüm həyati bacarıqlar formalaşdırmaqdır. 
3 günlük təşkil olunan "Trash Tag" aksiyası uğurla başa çatıb
Xəbərlər
"ECOpupils: Məktəblilərin Ekoloji Savadlılığının Artırılması" layihəsi çərçivəsində təşkil olunan 3 günlük "Trash Tag" aksiyası uğurla başa çatıb. Layihə çərçivəsində məktəb ərazisində tullantıların düzgün çeşidlənməsi və ekoloji davamlılığın təşviqi məqsədilə yaşıl (şüşə tullantıları), mavi (kağız tullantıları) və boz (metal tullantıları) tullantı qabları yerləşdirilib. Layihənin icra planına uyğun olaraq layihə komandası formalaşdırılıb, iştirakçılar üçün 3 günlük "Trash Tag" aksiyası təşkil edilib. Bundan əlavə, "Yaşıl Dünya" mövzusunda 12 görüş təşkil olunub, plastik və kağız tullantılardan dekorativ əşyalar hazırlanıb, həmin əşyalar məktəbdə nümayiş etdirilib və tullantıların çeşidlənməsi üçün zibil qutuları siniflərə yerləşdirilib. Xatırladırıq ki, layihə Astara şəhər 1 nömrəli tam orta məktəbdə Babək Rzazadə tərəfindən icra olunur. Layihənin həyata keçirilməsində əsas məqsədi şagirdlərin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması, onların bu istiqamətdə aktiv iştirakçılığa və həssas yanaşmaya təşviq olunması, ətraf mühitə qarşı məsuliyyətli vətəndaş formalaşdırmaq və effektiv addımlar atmağı öyrətməkdən ibarətdir.
“Fərqliliyə qucaq aç-inklüziv təhsilə cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
Təhsildə inkişaf və inovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Fərqliliyə qucaq aç-inklüziv təhsilə cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində məktəb direktorları, müəllim heyyəti və qonaqlar iştirak edib. “Fərqliliyə qucaq aç –inklüziv təhsiləc cəlb olunmuş şagirdlərin yaradıcılıq sərgisi” layihənin rəhbəri, 220 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Gülnarə Quliyeva qonaqlara layihə haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, layihə çərçivəsində 6 ay müddətində həftədə 2 dəfə 1 saat olmaqla məşğələlər keçiriləcək. Layihənin məqsədi sağlamlıq imkanlarl məhdud uşaqların inkluziv məkanda fərqli imkanlarını, yaradıcı imkanlarının genişliyini cəmiyyətə nümayiş etdirmək, inkluzivliyin, bərabərliyin, istedadın sərhəd tanımadığını aşılamaqdır.
“Khan Academy Düşərgəsi” layihəsi Şəmkir rayonunun Düyərli kənd 1 nömrəli tam orta məktəbində həyata keçirilib
Xəbərlər
“Khan Academy Düşərgəsi” layihəsi Şəmkir rayonunun Düyərli kənd 1 nömrəli tam orta məktəbində həyata keçirilib. İnnovativ təhsil layihəsi şagirdlər arasında böyük marağa səbəb olmaqla yanaşı, onların qısa müddət ərzində müxtəlif sahələrdə bir çox mühüm bacarıqları inkişaf etdirməsinə imkan yaradıb. Layihənin rəhbəri Jalə Namazovanın sözlərinə görə, düşərgə zamanı şagirdlər fəal iştirak edərək fərdi və komanda işlərində öz potensiallarını daha yaxşı nümayiş etdirdilər. Layihə çərçivəsində keçirilən məşğələlər şaqirdlərdə müasir texnologiyalardan düzgün istifadə vərdişlərini formalaşdırdı analitik düşünmə və problem həll etmə bacarıqlarını artırılıb.Eyni zamanda şagirdlər dərslərdə daha aktiv olmaqla yanaşı, bir-biri ilə sıx əməkdaşlıq edərək komanda ruhunu inkişaf etdirdilər. İnteraktiv və əyləncəli yanaşmaların tətbiq edildiyi dərslər şagirdlərin marağını daha da artırdı və onların öyrənməyə olan həvəsini gücləndirdi. "Khan Academy Düşərgəsi" layihəsi yalnız tədris prosesi ilə məhdudlaşmayaraq, şagirdlərin sosial bacarıqlarını inkişaf etdirməyə və onların gələcək həyatlarında daha uğurlu fərdlər olmasına töhfə verib.
“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin açılış mərasimi keçirilib
Xəbərlər
“CELTA Uğrunda: İngilis Dili Müəllimlərinin Şəxsi İnkişaf Proqramı” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə layihənin rəhbəri Vəfa Məmmədova və eksperti Günay Əkbərova çıxış ediblər. Onlar layihənin məqsədi və vəzifələri, eyni zamanda, "Udemy" saytından əldə olunmuş CELTA hazırlıq kursu haqqında məlumat veriblər. Çıxışlarda CELTA sertifikatının və hazırlıq kursunun əhəmiyyəti vurğulanıb və iştirakçılar üçün faydalı tövsiyələr verilib. Layihənin əsas məqsədi Azərbaycanın regionlarında və kənd yerlərində çalışan ingilis dili müəllimlərinə Udemy üzərindən CELTA hazırlıq kurslarının keçirilməsini təmin etməklə Azərbaycanın kənd və rayonlarında akkreditə olunmuş peşəkar təhsilverənlərin sayını və ingilis dili təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir. Qeyd edək ki, 30 region müəllimi üçün Udemy üzərindən CELTA hazırlıq kursu əldə olunub və müəllimlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək məqsədilə mütəmadi olaraq şəbəkələşmə görüşləri təşkil olunacaq. Layihə Bakı şəhəri C. Əskərov adına 50 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Məmmədova tərəfindən “Gənc Xarici Dil Müəllimləri” Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra olunur.
“Ruhun xəzinəsi-mental sağlamlıq” adlı layihənin açılıç tədbiri keçirilib
Xəbərlər
Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında Təhsildə inkişaf və innovasiyalar üzrə VlII qrant müsabiqəsində qalib gələn “Ruhun xəzinəsi-mental sağlamlıq” adlı layihənin açılıç tədbiri keçirilib.   Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru, ümumtəhsil məktəblərinin psixoloqları, İsmayıllı şəhər 6 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər.   Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, şəhər 6 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov və başqaları layihənin əhəmiyyətindən söz açıblar.   “Ruhun xəzinəsi-mental sağlamlıq” layihəsinin rəhbəri, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Ruslan Kamilov layihənin məqsədi və layihə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, valideyinlərin övladlarının fiziki və psixi sağlamlığının qorunmasına, eləcədə övladlarına verəcəyi tərbiyəyə müsbət təsir göstərmək, şagirdlər arasında münasibətlərin düzgün formalaşmağı və onların şəxsiyyətinin inkişafına mühüm təsir göstərmək, şagirdlərin həm fiziki, həmdə mental sağlamlığlarnın qayğısına qalmaq bu layihənin əsas məqsədini təşkil edir.   İsmayıllı şəhər məktəblərində təhsil alan çətin tərbiyə olunan 50 şagird və həmən şagirdlərin valideynlərilə birlikdə 100 nəfər layihə çərçivəsində təlimlərə cəlb olunacaq. Psixoloq, habelə layihə çərçivəsində təlimlərin, informativ əl kitabçaları, broşur və məktəbin dəhlizində psixoloji məlumatlarla zəngin güşənin yaradılacağını vurğulayıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Kod da Vinçi oyunu təşkil olunub
Xəbərlər
“Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” layihəsi çərçivəsində “Kod da Vinçi” oyunu təşkil olunub.  2 gün təşkil edilən “Kod da Vinçi” oyunu 50 şagirdin iştirakı ilə həyata keçirilib. İlk gün oyunun 1-ci mərhələsi baş tutub. 10 nəfərdn ibarət 5 komandaya bölünən şagirdlər yarışaraq moderator tərəfindən təqdim edilən açar sözlərə əsasən cavabları tapmaq uğrunda mübarizə aparıblar. İlk 3 yeri tutan komandalar 2-ci mərhələ zamanı yarışıblar və 1 komanda qalib elan edilib.  Layihədə təşkil edilən bu oyun şagirdləri interaktiv fəaliyyətlərə cəlb etmək, məktəbdə şagirdlər üçün əyləncəli və interaktiv tədbirlərin təşkil olunmasını təşviq etmək və bununla da, şagirdlərin mental inkişafını dəstəkləməyə töhfə verib. Xatırladırıq ki, “Kodların İzində: Şagirdlər arasında Kod da Vinçi müsabiqəsi” qrant layihəsi Maral Əmraslanova tərəfindən Qara Nuru kənd R. Səfərov adına tam orta məktəbində təşkil olunur. Layihə çərçivəsində Vll, Vlll və lX sinifdə təhsil alan 50 şagirdin iştirakı ilə Kod da Vinçi oyununun təşkil edilməsi və məktəbimizdə oyunlar dərnəyinin qurulması nəzərdə tutulub.
"Student Edition: Voleybol Turniri" layihəsinin final mərhələsi və bağlanış mərasimi
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Student Edition: Voleybol Turniri" layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib. Qeyd edək ki, layihə çərçivəsində Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında "Student Edition: Voleybol Turniri" təşkil edilib. Turnirin əsas məqsədi şagirdlər arasında fiziki aktivliyi artırmaq, komanda ruhunu gücləndirmək və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq idi. Layihə çərçivəsində 8 komanda formalaşıb. Yarışlar səkkizdə bir, yarımfinal və final mərhələlərindən ibarət olub. Həmçinin layihə çərçivəsində məktəbdə voleybol klubu yaradılıb və 2 ay ərzində həftədə 2 dəfə olmaqla məşğələlər təşkil edilıb Xatırladırıq ki, "Student Edition: Voleybol Turniri" adlı layihə, Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə Nurəddin Babayev tərəfindən həyata keçirilib. Layihənin məqsədi, şagirdlərdə komanda işini, fiziki sağlamlığı və idmana marağı artırmaq, şagirdlərə voleybol vasitəsilə sosial və fiziki bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradacaq və məktəblərarası idman əlaqələrinin genişlənməsinə töhfə vermək idi.
"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsinin icrasına başlanılıb
Xəbərlər
"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsinin icrasına başlanılıb.Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində layihənin açılış mərasimi təşkil olunub. Açılış mərasimində məktəbin rəhbər və müəllim heyəti, eyni zamanda şagirdlər iştirak edib. Əlavə olaraq, ümumillikdə 60 nəfəri əhatə edən 3 qrupda Coursera platformasını tətbiq etməklə dərslərə başlanılıb.Xatırladırıq ki, "Dil Öyrənməyin İnteraktivYolu: Coursera ilə Akademik İngilis dili" adlı layihə Tatar kənd tam orta məktəbdə Gilas İbrahimova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi X və XI sinif şagirdlərinin ingilis dili bacarıqlarını akademik səviyyəyə yüksəltmək və onların universitet təhsili zamanı ingilisdilli mənbələrdən rahat istifadə etmələrinə şərait yaratmaqdır. Bu məqsədlə Coursera platformasında interaktiv dərslər təşkil olunacaqdır.Layihə çərçivəsində hər birində 20 şagirddən ibarət 3 qrup üçün 2 ay ərzində 16 dərs keçiriləcəkdir. Kursun modulları dinləmə, danışma, tənqidi düşüncə, yazma qabiliyyəti və oxuma üzrə bilik və bacarıqların inkişafına yönəldilmişdir. Kursun sonunda şagirdlər Capstone layihəsini icra edəcək və əldə etdikləri bilikləri praktiki olaraq nümayiş etdirəcəklər.
“Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” layihəsinin icra planına uyun olaraq bağlanış tədbiri keçirilıb
Xəbərlər
“Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” layihəsinin icra planına uyun olaraq bağlanış tədbiri keçirilıb. Tədbirdə layihə rəhbəri Ülkər Əmirli layihə çərçivəsində 3 ay ərzində görülmüş işlər və əldə olunmuş nəticələr haqqında məlumat verib, keçirilən yarışlarda mükafat qazanan şagirdlərə mükafatları təqdim edib. Xatırladaq ki, “Kənd məktəbində rəqəmsal riyaziyyatçılar” adlı layihə Ağdaş rayon Dəhnəxəlil kənd R. Məmmədov adına tam orta ümumtəhsil məktəbində məktəbin informatika müəllimi Ülkər Əmirli tərəfindən həyata keçirilib. Layihənin məqsədi rəqəmsal bacarıqlar vasitəsilə riyaziyyat fənninin tədrisini daha əyləncəli və əlçatan etmək, xüsusən təlim nəticələri zəif olan şagirdlərin öyrənmə motivasiyasını artırmaq idi. Layihə ərzində “Khan Academy” proqramı ilə şairdlərə 4 mövzu üzrə planşetlər üzərindən dərslər keçirilib: “Math Games” və “Kahoot!” proqramı ilə yarışlar təşkil olunub. Həmçinin təlim nəticələri yüksək olan şagirdlərə məntiq üzrə təlimçi Bəhman Məmmədov tərəfindən 4 onlayn təlim keçirilib.
Velopark məktəblilərin istifadəsinə verilib
Xəbərlər
Velopark məktəblilərin istifadəsinə verilibŞəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ləman Əsədzadə tərəfindən həyata keçirilən "YAŞIL DÜNYA NAMİNƏ VELOKLUB" layihəsi çərçivəsində şagirdlərin məktəbə velosipedlə rahat gəlmələri və məktəbdə velosipedlərini park etmələri üçün velopark hazırlanaraq istifadəyə verilib. Velo Kouç tərəfindən keçilən təlimlərdə şagirdlər üçün veloturlar təşkil edilir və onlar yarışa hazırlaşırlar.Xatırladaq ki, "YAŞIL DÜNYA NAMİNƏ VELOKLUB" layihəsi Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə icra olunur. Layihənin əsas məqsədi velosipeddən istifadəni artırmaq, velosiped üçün əlverişli məktəb mühiti yaratmaq və şagirdləri fiziki sağlamlığa təşviq etməkdir.
“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsi yekunlaşıb
Xəbərlər
“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsi yekunlaşıb. Ağstafa Dövlət Rəsm Qalereyasında sərginin açılış tədbiri təşkil olunub. Layihəyə Qazax-Tovuz Regionundan əlavə Bakı, Sumqayıt, Gəncə və digər rayonların şagirdləri müraciət edib. Sərgiyə ümumi 120 -yə yaxın rəsm əsəri təqdim edilmiş, onlardan münsiflər heyəti tərəfindən seçilmiş 70-ə yaxın rəsm əsəri sərgiyə dəvət almışdır.Layihənin əsas məqsədi 7-18 yaş arası orta məktəb şagirdləri arasında “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi keçirərək onların ətraf mühit haqqında məlumatlılığını inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.1-2-3 yer qalibləri müəyyən edilərək diplom, hədiyyə və medallarla , digər sərgi iştirakçıları isə sertifikatlarla təltif olunub.  Qeyd edək ki, layihə Ağstafa rayonu S.H.Məmmədov adına Poylu kənd tam orta məktəbin təsviri incəsənət müəllimi Ələkbərova Həbibə Mübariz qızı tərəfindən həyata keçirilib.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə təşkil olunub.
Xəbərlər
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə təşkil olunub.Düşərgənin ilk günündə şagirdlər qeyri-formal təhsillə bağlı məlumatlandırılıb, yumşaq bacarıqların mahiyyəti, günümüzdə aktuallığı, sərt bacarıqlardan fərqi, gələcək təhsil və karyera həyatına təsiri haqqında müzakirələr aparılıb. Komanda quruculuğu oyunları ilə zəif və güclü tərəflərin müəyyənləşdirilməsi, birgə qərar qəbuletmə, ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsi mövzusunda iştirakçıların bilik və bacarıqları artırılıb.Xatırladırıq ki,“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstəkproqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5nömrəli tam orta məktəbdə keçirilir. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətlərini bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların (soft skills) formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə "team- building" klubunun yaradılması nəzərdə tutulur.
"Terapiya otağı"layihəsi üzrə valideynlərlə görüş keçirilib
Xəbərlər
"Terapiya otağı"layihəsi üzrə valideynlərlə görüş keçirilibGəncə şəhəri 37 nömrəli tam orta məktəbdə "Terapiya otağı" layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib. Görüşdə 100 nəfər valideyn və layihənin işçi heyəti iştirak edib. Tədbir zamanı valideynlərə layihənin məqsədləri və "Terapiya otağı"nın şagirdlərə olan faydaları barədə ətraflı məlumat verilib. Otağın şagirdlərin psixoloji inkişafına və təhsil mühitindəki rahatlığına necə müsbət təsir göstərəcəyindən danışılıb. Layihə ilə bağlı maraqlı suallar cavablandırılıb və valideynlər bu təşəbbüsü yüksək qiymətləndiriblər. Qeyd edək ki, layihə Gəncə şəhəri 37 nömrəli tam orta məktəbdə Süleymanova Zinyət tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəb mühitində şagirdlərin emosional və psixoloji rifahını artırmaq, onların stress, narahatlıq və digər emosional çətinlikləri ilə mübarizədə dəstək göstərməkdir. Bu otaq, xüsusi psixoloji ehtiyacı olan şagirdlərə fərdi və qrup terapiyası seansları keçirmək üçün nəzərdə tutulub.
Qrant layihə iştirakçıları ekskursiyada
Xəbərlər
 “ Biz birlikdə əylənirik” adlı layihə çərçivəsində İsmayıllı Uşaq – Gənclər İnkişaf Mərkəzinə və Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş "Biz birlikdə əylənirik " layihəsi çərivəsində baş tutan ekskursiyada  Uşaq – Gənclər İnkişaf Mərkəzinin  nümayəndəsi müəssisədə olan əl işləri  haqqında şagirdlərə məlumat verib. Həmçinin İsmayıllı Rayon Uşaq Kitabxanasında  olan gəzintidə  layihə iştirakçıları kitabxanada olan kitablarla tanış olublar. “ Dağ çiçəkləri “ ədəbi məclisinin üzvləri ilə görüşüblər. Sonda şagirdlər “Mübariz İbrahimov“ animasiya filmini seyr etdilər.Xatırladaq ki, “ Biz birlikdə əylənirik” adlı layihə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbində Nazim Salmanov tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdlərdə birgə əməkdaşlığı formalaşdırmaq, onlara fiziki fəallığın əhəmiyyəti haqqında məlumat vermək, düzgün həyat tərzi keçirməkdə onlara kömək etmək, oyun və ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial şəbəkələrdə vaxt keçirmək yox, açıq havada yoldaşları ilə ünsiyyət qurmağın daha faydalı olduğunu təbliğ etməkdən ibarətdir.
“Dünyanın yaxın dostu SƏN-sən!” layihəsinin praktik mərhələsinə start verilib
Xəbərlər
“Dünyanın yaxın dostu SƏN-sən!” layihəsinin praktik mərhələsi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Dünyanın ən yaxın dostu SƏN-sən!” layihəsinin praktik mərhələsinə start verilib.Layihə çərçivəsində məktəbin həyətində 100 ədəd şam ağacı və 100 ədəd qızıl gül kolları əkilib. Layihə iştirakçıları çox böyük həvəslə ağac və gül kollarının əkilməsində iştirak ediblər.Xatırladaq ki, Bərdə şəhər Milli Qəhrəman E.Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru Tofiqə Məmmədova tərəfindən həyata keçirilən “Dünyanın ən yaxın dostu SƏN-sən!” layihəsi həmin məktəbdə icra olunur. Layihənin məqsədi şagirdlərin araşdırma aparmaq və interaktiv fəaliyyətlər həyata keçirmək bacarıqlarını inkişaf etdirməkdir. 
"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin təlimləri davam edir
Xəbərlər
"Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihənin təlimləri davam edir. Layihə çərçivəsində PhET platformasındakı Azərbaycan dilinə tərcümə olunmuş simulyasiyaların milli kurikulumla uyğunlaşdırılması və dərs proqramlarının hazırlanması həyata keçirilir. Bu proqram əsasında məktəbdə VII-X sinif şagirdlərindən ibarət “PhET Kimya Dərnəyi” təşkil olunub.Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən tədris materialları və praktiki məşğələlərdən istifadə edərək kimya dərslərini daha interaktiv və əyləncəli şəkildə təşkil etməkdir. Xatırladırıq ki, "Kimyanın tədrisində interaktiv simulyasiyaların tətbiqi" adlı layihə Küpçal kənd tam orta məktəbdə Ayxan Məhəmmədzadə tərəfindənhəyata keçirilir.
Müəllimlər "Google Certifited Educator" sertifikatı əldə edəcəklər
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalibi olan “Google sertifikatlı pedaqoq” layihəsinin icrası davam etməkdədir.Qeyd edək ki, 3 ay davam edən layihənin məqsədi təhsilverənlərin "Google Education"-un təqdim etdiyi beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma imtahanına qoşulmasını təmin edərək onların peşəkar bacarıqlarını yüksəltmək və onların “Google Sertifikatlı Pedaqoq” adını almalarına nail olmaqdır. Təlimlər Google proqramının təqdim etdiyi alətləri (Google Meet, Google Drive, Google Docs,Google Sheets və s.) dərindən öyrənilməsinə və praktikada istifadə edilməsinə şərait yaradacaq.Layihə çərçivəsində keçirilən təlimlərdən ümumilikdə 30 müəllim faydalanacaq. Təlimlərdən sonra iştirakçılar "Google"-un təklif etdiyi sertifikatları almaq üçün imtahanlara daxil olacaq. İmtahanda uğur qazanan müəllimlər "Google Certifited Educator" sertifikatı əldə edəcəklər.Xatırladaq ki, layihə Bakı şəhəri 44 nömrəli tam orta məktəbin müəllimi Təranə Nuriyeva tərəfindən icra edilir.
“Gənc rejissorların qısa film festivalı" layihəsi İ.Kərimov adına Çobankol kənd tam orta məktəbində icra olunur
Xəbərlər
Gənc rejissorların qısa film festivalı“Gənc rejissorların qısa film festivalı" layihəsi İ.Kərimov adına Çobankol kənd tam orta məktəbində icra olunur. İcra müddəti 6 ay olan layihədə hər sinifdən 20 şagird olmaqla VII, VIII və IX sinif şagirdləri iştirak edir. 6 saat nəzəri, 4 saat praktiki olmaqla hər sinif üçün 10 saatlıq təlimlər keçirilir. "Gənc rejissorların yaradıcı təcrübəsi” adlı təlim proqramının ilk təliminin mövzusu “Təlimə giriş və video istehsalına ümumi baxış” olub.Xatırladaq ki, layihə Zaqatala rayonu İ.Kərimov adına Çobankol kənd tam orta məktəbinin müəllimi Məmmədova Ülkər tərəfindən icra olunur. Layihənin əsas məqsədi şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq və təxəyyül təfəkkürünü inkişaf etdirməkdir. Eyni zamanda video istehsalı prosesinə dair şagirdlərə praktiki bilik və bacarıqları qazandırmaqdır.
“Günəşli Şahmat Akademiyası-Ustadların İzində” layihəsi uğurla davam edi
Xəbərlər
“Günəşli Şahmat Akademiyası-Ustadların İzində” layihəsi uğurla davam edir Layihənin məqsədi Şəmkir rayon Günəşli kənd ümumtəhsil məktəb şagirdləri arasında Şahmat idman oyununun, zehni təfəkkür inkişafının təbliğatıdır. Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, pis vərdişlərdən uzaq olması, müstəqil düşüncənin formalaşması, təhsil və ümumtəhsil məktəbləri arasında əməkdaşlıq, vətənpərvər, sağlam əqidəli vətəndaş yetişdirməkdir. Eyni zamanda “Günəşli Şahmat Akademiyası-Ustadlarının izində" layihəsi Şahmat elminin sirlərini şagirdlərə aşılamaqdır.Layihənin icra müddəti 4 aydır. Bu müddət ərzində təlimçi tərəfindən müxtəlif təlimlər keçiriləcək və yarışlar təşkil olunacaq. Layihənin sonunda şagirdlərdə zehni təfəkkürün inkişafı, özgüvən, qabiliyyət və məğlubiyyət hisslərinin aşılanması, eləcə də sərbəst düşünmə bacarığının inkişaf etdirilməsi kimi mühüm nəticələrin əldə edilməsi gözlənilir. Xatırladaq ki, layihə Rövşən Əbilov tərəfindən icra edilir.
“Mən qorxuya qalib gəldim” layihəsinin icrasına başlanılıb
Xəbərlər
“Mən qorxuya qalib gəldim” layihəsinin icrasına başlanılıbQazax şəhər 3 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Mən qorxuya qalib gəldim” layihəsinin təqdimatı keçirilib.  Təqdimat layihə rəhbəri Nailə Əfəndiyevanın çıxışı ilə başlayıb, daha sonra məktəbin direktoru Şəbnəm Əliyeva və layihənin təlimçisi Şəlalə Məhərrəmova çıxış edərək layihə haqqında geniş məlumat verib, layihənin gənc nəslin psixoloji sağlamlığının qorunmasına hədəfləndiyini xüsusi vurğulayıblar.    Qeyd edək ki, layihə çərçivəsində şagirdlərə bullinq zamanı necə davranmalı haqqında bacarıqlar aşılanacaq.  Təlimlər 450 şagirdi əhatə edəcək. Bundan əlavə, məktəbin müəllim və valideyn kontingenti də maarifləndirici təlimlərə cəlb olunacaqlar. Onlara uşaqlar arasında, məktəbdə, evdə bullinq halları ilə rastlaşdıqda necə davranmaları haqqında təlimatlar veriləcək. Eyni zamanda bullinqin əsl səbəbləri, fəsadları, bullinqdən qorunma bacarıqlarının uşaqlara aşılanması prosesi izah ediləcəkdir.Xatırladaq ki, layihə Qazax şəhər 3 nömrəli tam orta məktəbdə Nailə Əfəndiyeva tərəfindən icra olunur. Layihənin əsas məqsədi məktəblilərin aqressiv davranışının qarşısının alınması üçün bullinq qurbanlarına özünümüdafiə və düzgün davranış vərdişləri aşılamaqdır. Layihə komandası isə bu məqsədə çatmağı və şagirdlərdə antibullinq bacarıqları inkişaf etdirməsini hədəfləyir.
"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir
Xəbərlər
Təlimlərdə PhET platformasının interaktiv simulyasiya imkanlarından istifadə edərək coğrafi mövzular ilə yanaşı kimya, fizika, riyaziyyat fənləri də daha əyani və maraqlı şəkildə izah edilir.Şagirdlər virtual mühitdə müxtəlif prosesləri müşahidə edib, öz biliklərini praktiki olaraq tətbiq etmək imkanı qazandırlar. Bu yanaşma həm dərsi daha dinamik və cəlbedici edir, həm də şagirdlərin mövzuları dərindən mənimsəməsinə şərait yaradır.Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.
Beynəlxalq onlayn platforma üzərindən robototexnikanın öyrənilməsi
Xəbərlər
“Beynəlxalq onlayn platforma üzərindən robototexnikanın öyrənilməsi” adlı layihə 298 nömrəli tam orta məktəbdə uğurla həyata keçirilir. Bu layihə gələcəyin texnoloji biliklərinə yiyələnmək istəyən şagirdlər üçün misilsiz bir fürsət yaradır. Layihənin əsas məqsədləri:Mühəndislik bacarıqlarının inkişafı – riyaziyyat, fizika və kompüter elmləri sahəsində biliklərin artırılması və bu biliklərin praktiki həll yollarında tətbiqi;Texnologiyalara uyğunlaşma – şagirdlərin müasir texnoloji trendləri izləməsi və innovasiyalara töhfə verməsi üçün lazımi bacarıqların formalaşdırılması;Qabaqcıl fikirlərin tətbiqi – robototexnika sahəsində yaradıcı yanaşmaların dərk edilməsi və onların real həyatda tətbiqi.Xatırladaq ki, layihə Bakı şəhəri 298 nömrəli tam orta məktəbdə Mahirə Nuriyeva tərəfindən icra edilir. Layihənin əsas məqsədi şagirdlərə mühəndislik və texnologiya sahələrində biliklər qazandıraraq, onları qlobal texnoloji çağırışlara hazırlamaqdır. Robototexnika vasitəsilə gənclər yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməyəcək, eyni zamanda real problemləri həll etmə bacarığını da inkişaf etdirəcəklər.
Qrant layihə iştirakçıları xalça sexində
Xəbərlər
Qrant layihə iştirakçıları xalça sexindəTəhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan İsmayıllı rayonunun Gideyli kəndi Q.Heydərov adına ümumi orta məktəbində keçirilən “Boğçalarda qorunan gözəllik - təkəlduz” layihəsinin iştirakçıları xalça sexinə səfər ediblər. Səfər zamanı layihə iştirakçıları tikiş ustalarından məsləhətlər alıb və qədim tikiş sənətinin müxtəlif növləri ilə tanış olublar.Qeyd edək ki, layihə Gideyli kəndi Q.Heydərov adına ümumi orta məktəbinin ingilis dili müəllimi Fidan Heydərova tərəfindən icra edilir. Layihənin məqsədi VII-XI sinif şagirdləri arasında milli mənəvi dəyərlərimizdən biri olan tikiş sənətinə marağı artırmaq, eyni zamanda milli dəyərlərimizi azsaylı xalqlar arasında təbliğ etməkdir.

"Coğrafiyanın simulyativ tədrisi" layihəsi çərçivəsində təlimlər davam edir. Təlimlərdə PhET platformasının interaktiv simulyasiya imkanlarından istifadə edərək coğrafi mövzular ilə yanaşı kimya, fizika, riyaziyyat fənləri də daha əyani və maraqlı şəkildə izah edilir.Şagirdlər virtual mühitdə müxtəlif prosesləri müşahidə edib, öz biliklərini praktiki olaraq tətbiq etmək imkanı qazandırlar. Bu yanaşma həm dərsi daha dinamik və cəlbedici edir, həm də şagirdlərin mövzuları dərindən mənimsəməsinə şərait yaradır.Xatırladırıq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.
Şagirdlər evdə də "Khan Academy" platformasının imkanlarından istifadə edir
Xəbərlər
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Hər bir akademik uğurun əsası riyaziyyatdır" layihəsi çərçivəsində şagirdlər evdə də "Khan Academy" platformasının imkanlarından istifadə edərək davamlı öyrənirlər. Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 4 aylıq dərs proqramı hazırlanıb və 25 nəfər şagirdə həftədə 2 dəfə, hər dərs 1 saat olmaqla tədris təşkil edilir. Ümumilikdə 32 saatlıq dərs proqramı çərçivəsində şagirdlərin qavrama səviyyəsi aylıq imtahanlarla qiymətləndirilir. Layihə çərçivəsində məktəbdə riyaziyyat dərnəyi yaradılmış və dərnəkdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün iş qrafiki və tədris proqramı tərtib edilmişdir. Xatırladırıq ki, "Hər bir akademik uğurun əsası riyaziyyatdır" adlı layihə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbdə Murad Rəsulzadə tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi 4-cü sinif şagirdlərinin Khan Academy platformasında yerləşən riyaziyyat materiallarını milli kurrikulum əsasında öyrənməsini təmin etmək və şagirdlərin biliklərini dərinləşdirməkdir.
“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsi çərçivəsində rəqs dərsləri uğurla davam edir
Xəbərlər
“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsi çərçivəsində rəqs dərsləri uğurla davam edir.Rəqs müəllimi Anar Əliyev tərəfindən həyata keçirilən rəqs dərslərində şagirdlər iki milli və iki xarici rəqsi mənimsəyir, bundan əlavə, ritm hissini inkişaf etdirir, səhnə mədəniyyətini öyrənir və komanda şəklində işləmə bacarıqlarını təkmilləşdirirlər.Qeyd edək ki, layihənin icra planına əsasən rəqs dərsləri bitdikdən sonra rəqs gecəsi təşkil olunacaq və dərslər boyunca hazırlanmış rəqslər nümayiş etdiriləcək.Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə, Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Aysel Alızadə tərəfindən icra olunur. Layihə 3 ay müddətində 20 nəfər ibtidai sinif şagirdinə milli və xarici rəqs dərslərinin keçirilməsi, rəqs klublarının yaradılması, rəqs paltarlarının hazırlanması və sonda rəqs gecəsinin təşkil edilməsini hədəfləyir.
"Bilgə Qarabağ" adlı intellektual oyun şagirdlərin istifadəsinə verilib
Xəbərlər
"Bilgə Qarabağ" adlı intellektual oyun şagirdlərin istifadəsinə verilib"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin oyunları M.Hümbətov adına Ağbulaq kənd tam orta məktəb, Tovuz rayonu Hacıalılı kənd Qasım Rzayev adına tam orta məktəb və Tovuz rayonu Müşfiq Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəblərində paylanılıb.Qeyd edək ki, oyunlar çap edilərək Azərbaycana gətirilib.Xatırladırıq ki, "Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" adlı layihə Məmmədova Xəyalə tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində şagirdlərin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəb daxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulur.
“MUN: Şagirdlər arasında BMT Modelinin Təşkili” qrant layihəsi çərçivəsində bağlanış tədbiri keçirilib
Xəbərlər
“MUN: Şagirdlər arasında BMT Modelinin Təşkili” qrant layihəsi çərçivəsində bağlanış tədbiri keçirilib.Bağlanış tədbirində Mərkəzi Aran Regional Təhsil İdarəsinin baş məsləhətçisi Məmmədalı Əhmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayon üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Zərdab rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Əvəz Soltanov, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və "Gəncliyə Dəstək" İctimai Birliyinin sədri Vəfa Xəlilli iştirak ediblər. Layihə rəhbəri Babək Mikayılov açılış nitqi ilə çıxıb edib, layihədə baş tutmuş fəaliyyətlər və nəticələri barədə auditoriyanı məlumatlandırıb.Sonda layihə iştirakçılara sertifikatlar təqdim edilib.Xatırladırıq ki, “MUN: Şagirdlər arasında BMT Modelinin Təşkili” qrant layihəsi Babək Mikayılov tərəfindən Zərdab rayonu Çallı kənd tam orda məktəbində icra olunub. Layihə çərçivəsində şagirdlərin iştirakı ilə BMT-nin Model Simulyasiyasında iştiraka dair təlim
“Zorakılığa məruz qalan insanlara kömək etməyin əhəmiyyəti” adlı təlim
Xəbərlər
“Zorakılığa məruz qalan insanlara kömək etməyin əhəmiyyəti” adlı təlimSalyan rayonu C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbində “Məni özün bil!” qrant layihəsi çərçivəsində Araz Babayev tərəfindən “Zorakılığa məruz qalan insanların dəstəklənməsi və onlara kömək etməyin əhəmiyyəti” mövzusunda təlim keçirilib.Təlim müddətində müxtəlif buzqıran və rol-model oyunlardan istifadə olunub.  Təlim zamanı iştirakçılar zorakılığa məruz qalan insanların özlərini tək və gücsüz hiss etdiklərini, onlara anlayış göstərməyin və emosional dəstək verməyin əhəmiyyətini öyrəniblər.Xatırladırıq ki, “Məni özün bil!” qrant layihəsi Salyan rayonu C. Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Güləliyeva Elnarə tərəfindən icra olunur. Layihənin təlimçisi bullinq və gender məsələləri üzrə mütəxəssis Babayev Araz Malik oğludur. Layihənin əsas məqsədi hər qrupda 4 təlim olmaqla, ümumilikdə 30 şagirdi təlimlərə cəlb edib, onlara bullinq və insan psixologiyasında vacib yer tutan empatiya mövzusunu şagirdlərə aşılamaqdır.
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə yekunlaşıb.
Xəbərlər
“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi çərçivəsində düşərgə yekunlaşıb.Düşərgənin son günündə ünsiyyət qurma bacarıqlarının gücləndirilməsi, düzgün ünsiyyətin sirləri, nitqin əsas xüsusiyyətləri, liderlik bacarığının artırılması, ünsiyyət zamanı empatiya metodu mövzusunda sessiyalar baş tutub, qrup işləri keçirilib. Həmçinin şagirdlər ünsiyyəti inkişaf etdirən oyunlarda iştirak ediblər və bununla da interaktiv öyrənmə mühiti yaradılıb.Xatırladırıq ki, “BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta məktəbdə keçirilir. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətləri bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların (soft skills) formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə komanda quruculuğu klubunun yaradılması nəzərdə tutulur.
"Ulduz" şokolad fabrikinə ekskursiya
Xəbərlər
Layihə çərçivəsində şagirdlər "Ulduz" şokolad fabrikinə ziyərət ediblər. Fabrikin əməkdaşları şagirdlərə şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat veriblər. Daha sonra şagirdlərlə birgə bütün istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Şagirdlər böyük həvəslə ən çox sevdikləri şokolatların necə hazırlanması mərhələlərini izləyiblər. Ekskursiya zamanı şagirdlərə hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradılıb. Bu ekskursiya onlara real istehsalat mühitini görmək, sənaye prosesləri ilə yaxından tanış olmaq və biliklərini genişləndirmək imkanı yaratdı. Bundan əlavə, birgə gəzinti zamanı və ictimai yerlərdə davranış qaydaları, dostluq münasibətlərinin möhkəmləndirilməsinə aid söhbətlər aparıldı. Xatırladaq ki, layihə Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə Dürdanə Vəliyeva tərəfindən həyata keçirilir.
"Makerhton-2024" turniri baş tutub
Xəbərlər
"Makerhton-2024" turniri baş tutubTəhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş ""Yeni Qalaktika" Makerthon 2024" layihəsi çərçivəsində "Makerhton-2024" turniri baş tutub.Yarışda şagirdlərə beş istiqamətdə mövzular verilib. Kosmosda davamlı həyat:Marsda məskunlaşma;Kosmosda qabaqcıl texnologiya;Kosmosda insan sağlamlığı;Kosmosda rabitə.Şagirdlər qruplara bölünərək mövzulara uyğun araşdırmalar edib, təqdimat hazırlayıblar. Daha sonra hazırladıqları materialları təqdim ediblər.Yarışda uğurlu təqdimat edən komanda üzvləri təltif olunacaq.Qeyd edək ki, məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək makerthon formatında məşğələ və yarışları təşkil etməkdir. Bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaq olan layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur.
“Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması” qrant layihəsi çərçivəsində təlimlərə start verilib.
Xəbərlər
“Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması” qrant layihəsi çərçivəsində təlimlərə start verilib.Təlimlərdə məktəb həyətində quraşdırılmış oyun parkında yarışlar təşkil edilir, şagirdlər komandalara bölünərək təlimçinin göstərişlərinə uyğun olaraq oyunlarda iştirak edirlər. Təşkil edilən oyunlar ibtidai sinif şagirdlərində tarazlıq, növbə gözləmə qaydası kimi anlayışların qavranılmasına, əzmkarlıq hissinin formalaşmasına imkan yaradır.Xatırladırıq ki, “Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması” qrant layihəsi Zəhra Şərifli tərəfindən Məmmədli kənd tam orta məktəbində həyata keçirilir. Layihə çərçivəsində məktəbin həyətində oyun meydançası hazırlamaqla şagirdlərin fiziki, sosial və intellektual inkişafına imkan yaratmaq, problemləri həll etmə və komanda ilə işləmək bacarıqlarının inkişafını təşviq etmək, I, II və III siniflərdə təhsil alan 40 şagirdə maneələr zolağının vacibliyi ilə bağlı 2 ay müddətində müxtəlif öyrədici oyunların təşkili, qonşu məktəblərin şagirdləri üçün məktəbə infotur təşkil edilməsi nəzərdə tutulur.
"Şagird psixologiyası" adlı təlim keçirilib
Xəbərlər
"Şagird psixologiyası" adlı təlim keçirilibTəhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində qalib olan "Mənfiləri yox et, uğur qazan" layihəsinin əsas fəaliyyət planına uyğun olaraq layihəyə cəlb edilmiş IV, IX və XI sinif şagirdlərinə "Şagird psixologiyası" mövzusunda təlimlər keçirilib. Təlimlər Cəbrayıl rayonu Böyük Mərcanlı kənd K.Məmmədov adına tam orta məktəbində təşkil edilir.Layihənin təlimçi-psixoloqu Nigar Gülməmmədli tərəfindən keçirilən təlim zamanı şagirdlərin baş verən hadisələrə, qarşılaşdıqları problemli situasiyaları müzakirə edilib, hadisələrə yanaşma tərzinə temperament tipinin, həmçinin yaşın əhəmiyyəti vurğulanıb. Eyni zamanda şagirdlərin emosional və sosial sahənin inkişafı dəyərləndirilmiş, empatiya, dostluq münasibətlərinə yanaşmalarını müəyyən etmək məqsədilə çalışmalar işlənmişdir.Qeyd edək ki, layihənin məqsədi IV, IX və XI sinif şagirdləri üçün psixologiya proqramından istifadə edərək onların davranış problemlərini aradan qaldırmaq və sağlam sosial münasibətlər qurmağı təşviq etməkdir. Layihə rəhbəri K. Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin müəllimi Şahanə Xəlilovadır.
“Khan Academy düşərgəsi” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib.
Xəbərlər
“Khan Academy düşərgəsi” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib. Görüşün məqsədi valideynləri “Khan Academy düşərgəsi” haqqında məlumatlandırmaq və şagirdlərin iştirak edəcəyi intensiv dərslər barədə ətraflı məlumat verməkdir. Düşərgədə 100 şagird iştirak edir və hər biri dərsdən sonra altı saat müddətində təşkil edilən dərslərə qatılır. Bu layihə, şagirdlərin biliklərini qısa müddət ərzində digital platformada inkişaf etdirmək məqsədi ilə keçirilir.Layihənin rəhbəri Jalə Namazovanın sözlərinə görə, İntensiv dərslər şagirdlərə, digital platformalarda öz biliklərini necə sürətlə inkişaf etdirə biləcəklərini öyrədəcək.  Bu layihə artıq bir sıra ölkələrdə tətbiq edilib və müsbət nəticələr əldə olunub.Qeyd edək ki, layihə Şəmkir rayonunun Düyərli kənd 1 nömrəli tam orta məktəbində Jalə Namazovanın rəhbərliyi ilə həyata keçirilir.
“İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma" layihəsi çərçivəsində dərslər davam edir
Xəbərlər
Ucar rayon Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrləli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olan “İnteraktiv Simulyasiyalar Biologiyanın tədrisində müasir yanaşma" layihəsi çərçivəsində dərslər davam edir. Layihə çərçivəsində milli kurikuluma uyğunlaşdırılmış dərs planları hazırlanıb və bu planlar məktəb daxilində biologiya müəllimlərinə təqdim edilir. Eyni zamanda, “Biologiya Akademiyası” adı altında 8-10-cu sinif şagirdləri üçün 2 ay ərzində 18 saatlıq dərnəklər təşkil olunacaq. Xatırladırıq ki, "Biologiyanın tədrisində müasir yanaşma – interaktiv simulyasiyalar" layihəsi Qazıqumlaq kənd 2 nömrəl tam orta məktəbdə Rəna Allahverdiyeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasında yerləşən Azərbaycan dilindəki tədris materialları və praktiki məşğələlərdən istifadə edərək biologiya dərslərinin daha interaktiv şəkildə təşkili və şagirdlər üçün dərnək proqramının yaradılmasıdır. PhET platformasında biologiya üzrə müxtəlif simulyasiyalar mövcuddur. Bu simulyasiyalar vasitəsilə şagirdlər hüceyrə prosesləri, genetik kodlar və digər biologiya mövzularını interaktiv şəkildə öyrənə bilərlər.
Nizami Gəncəvi məqbərəsinə ekskursiya
Xəbərlər
Nizami Gəncəvi məqbərəsinə ekskursiya "Ədəbiyyatı bədii intellektual oyunlarla və ekskursiyalarla öyrənək" layihəsi çərçivəsində Gəncə şəhərinə Nizami Gəncəvi məqbərəsinə ekskursiya təşkil olunub. Səfər zamanı cəlilabadlı şagirdlər Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında biliklərini dərinləşdirib, dahi şair haqqında xeyli məlumat əldə etdilər. Məqbərənin tarixi, memarlığı və Nizami Gəncəvinin əsərlərinin illüstrasiyaları şagirdlərdə ədəbiyyatın gücünü və onun cəmiyyətə təsirini daha yaxşı anlamağa kömək edib. Şagirdlər məqbərə ilə yanaşı Gəncə qapısı, Cavadxan türbəsi ilə də tanış oldular. Xatırladırıq ki, layihə Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Rzayeva Yeganə tərəfindən icra edilir. Bu layihə həm ədəbiyyatımızı dərindənöyrənmək, həm də onun dərinliklərinə bədii intellektual oyunlar və ekskursiyalarla səyahət etmək istəyən şagirdlər üçün əvəzsiz bir fürsət təqdim edir.
““Divarsız Məktəb” şagirdlərin inkişaf düşərgəsi” layihəsinin müəllimlər üçün təlimlərinə start verilib.
Xəbərlər
Ümumilikdə 2 gün müddətində 3 saat olmaqla keçirilən təlimlərdə müəllimlərə kub inkişaf modelinin proqramı, metodları başa salınıb, həmçinin dərslərinə bu modeli necə adaptasiya edə biləcəkləri ilə bağlı müzakirələr aparılıb.Layihənin ikinci mərhələsi olaraq şagirdlərə 24 saatlıq təlim proqramı hazırlanaraq, təlimlər keçiriləcək daha sonra isə 2 günlük düşərgə keçiriləcək. 24 saatlıq proqram kub inkişaf modeli əsasında hazırlanacaq.Ümumilikdə 4 ay davam edəcək layihənin məqsədi şagirdlərə ənənəvi sinif mühitindən kənara çıxaraq hərtərəfli öyrənmə mühitini təqdim etmək, şəxsi və sosial inkişaf imkanını təqdim etmək, həmçinin asudə vaxtlarını səmərəli keçirərək şəbəkələşmələrinə şərait yaratmaqdan ibarətdir.Xatırladaq ki, layihə Lənkəran rayon Qurumba kənd ümumi orta məktəbin təlim-tərbiyəişləri üzrə direktor müavini Şamxal Hacıyev tərəfindən həyata keçirilir.
Təhlükəsiz mühit, uğurlu gələcək
Xəbərlər
“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi çərçivəsində təlimlər davam edir.Təlimlərdə şagirdlər bullinq anlayışı ilə yaxından tanış olublar, şagirdlər arasında bullinqin onların təhsil həyatına və psixoloji vəziyyətlərinə təsiri, dərsə yanaşmada və qavramada baş verən dəyişikliklərlə bağlı məlumatlar verilib.Xatırladırıq ki, sözü gedən layihə Sevinc Nəcədova tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihə çərçivəsində şagirdlər arasında zorakılıq hallarının qarşısının almaqla məktəb icması daxilində təhlükəsiz mühit yaratmaq, məktəblərdə psixoloqlarla danışıqlar apararaq bullinqə məruz qalmış, o cümlədən bullinq etməyə meyilli olan 25 şagirdin seçilməsi, 2 ay olmaqla həftədə 2 dəfə qeyd edilən mövzu ətrafında təlim və maarifləndirici görüşlərin keçirilməsi və layihənin yekununda maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulur.
Gələcəyim düzgün peşə seçimindən çox asılıdır
Xəbərlər
"Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihənin təlimləri davam edir. Bu təlim "Müxtəlif peşə sahələri və onların xüsusiyyətləri", "Şəxsi maraqların və güclü tərəflərin kəşfi" mövzularda keçirilib. Təlim "Ən çox maraqlı gələn peşələr" mövzunda qrup işi ilə yekunlaşıb. Qeyd edək ki, IX-XI sinif şagirdlərinə peşə təhsili və karyera planlaşdırması mövzularında geniş maarifləndirmə aparılıb. Xatırladırıq ki, "Gələcəyim düzgün peşə seçimindən çox asılıdır" adlı layihə Quliyeva Aygün tərəfindən həyata keçirilir. Layihənin məqsədi şagirdləri erkən yaşlardan peşə təhsilinə yönəltmək, onların karyera seçiminə dair biliklərini artırmaq və iş dünyası ilə məktəb arasındakı əlaqələri möhkəmləndirməkdir.
“Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin təlimləri davam edir.
Xəbərlər
Neftçala rayon R. Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində “Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin təlimləri davam edir.Ümumi 6 müəllim və ilkin olaraq 18 şagird, daha sonra isə əlavə 42 şagird də seçilərək təlimlərə cəlb olunub. Layihənin məqsədi sürətli oxuma üzrə peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi çərçivəsində məşğələlər davam edir.
Xəbərlər
“İngilis dilinin tədrisində “Ewa” proqramının dəstəyi” layihəsi çərçivəsində məşğələlər davam edir.Layihə çərçivəsində təyin ediləcək meyarlar əsasında ingilis dili üzrə əlavə məşğələlər keçirilməsinə ehtiyac olan 15 nəfər şagird seçilmişdir. 6 ay ərzində dərsdənkənar fəaliyyət formasında “Ewa” proqramından istifadə etməklə məşğələlər təşkil olunub və “Ewa” proqramından rahat istifadə etmək üçün qulaqcıqlar alınıb.Xatırladaq ki, layihə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 143 nömrəli tam orta məktəbdə Elvina Hüseynova tərəfindən icra olunur. Lahiyənin əsas məqsədi “Ewa” tətbiqi proqramının köməyilə 4-cü sinif şagirdləri üçün ingilis dilinin tədrisini daha əyləncəli, maraqlı formada təşkil edərək onların bu fənn üzrə bilik və bacarıqlarını möhkəmləndirməsinə dəstək verməkdən ibarətdir.
Şirvan şəhərində “Şirvanın Texno Liderləri “layihəsinin icrası davam edir
Xəbərlər
Şirvan şəhərində “Şirvanın Texno Liderləri “layihəsinin icrası davam edir.Layihənin icra planına uyğun olaraq Şirvan şəhərində yerləşən məktəblərdən seçilən 10 nəfər informatika müəlliminə seminar keçirilib.Seminarda müəllimlər texnoloji bacarıqların artırılması, proqramlaşdırma ilə analitik və yaradıcı düşünmənin inkişafı və bu sahənin şagirdlərin gələcəkdə iş imkanlarını necə genişləndirdiyini müzakirə ediblər. Həmçinin müxtəlif yaş qrupları üçün proqramlaşdırma tədrisi metodları və mənbələr üzərində fikir mübadiləsi aparılıb.Layihənin məqsədi Şirvan şəhərinin 7-8-ci sinif şagirdlərinin müasir texno ehtiyacalara uyğun proqramlaşdırma dillərini öyrənməsi, real tətbiqi təhsil layihələri üzərində proqram işləmə bacarıqlarını formalaşdırması, dinamik inkişafa uyğun öz həll və təkliflərini verməsi, məhsuldar əməkdaşlıq etməsi üçün davamlı təlim-təhsil almaqla, texnolider kimi inkişafa yönləndirməkdir. Proqramlaşdırma təhsilinin şagirdlərin inkişafında və gələcək karyeralarındakı rolunu vurğulamaqdır. Qeyd edək ki , Zümrüd Əliyevanın rəhbərlik etdiyi layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Xəbərlər
Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan edir.  Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart - 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçiriləcək.  Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları həyata keçiriləcək.  Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.  Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin bağlanış mərasimi keçirilib.
Xəbərlər
“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Karneqi Klubun təsisçi-direktoru Nəcəf Allahverdiyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, 288 nömrəli tam orta məktəbin direktoru Aygün Hüseynova, şagirdlər və müəllimlər iştirak ediblər.Layihə rəhbəri Məlahət Budaqova layihənin gedişatı, əldə olunan nəticələr və şagirdlərin inkişafı barədə geniş məlumat verib. Daha sonra qonaqlar layihənin əhəmiyyətindən danışaraq öz təəssüratlarını bölüşüblər.Layihə çərçivəsində keçirilən “Xarizmatik Natiq” təlimlərində şagirdlər natiqlik, ünsiyyət, özünə inam, stress menecment və motivasiya bacarıqlarını inkişaf etdiriblər. İki ay davam edən və həftədə iki dəfə olmaqla keçirilən təlimlərdə 60 şagird iştirak edib. Onlar əsasən praktiki tapşırıqlar üzərində işləyərək natiqlik qabiliyyətlərini təkmilləşdiriblər.Bağlanış mərasimində “Xarizmatik Natiq” yarışı da keçirilib. Yarışda seçilən üç ən yaxşı natiq və digər iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Qaliblər öz çıxışları ilə tədbir iştirakçılarının rəğbətini qazanıblar.Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 nömrəli tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunub. Layihənin məqsədi şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirmək olub.
Qrant layihə iştirakçıları düşərgədə
Xəbərlər
Qrant layihə iştirakçıları düşərgədə“Eco Explorers: şagirdlərin qeyri-formal təhsil təcrübəsi” layihəsi çərçivəsində şagirdlər üçün 2 gün müddətində düşərgə keçirilib.Düşərgə zamanı şagirdlərə çadır qurma, ocaq qalama, səmti müəyyən etmə kimi mövzularda bilik və bacarıqlar aşılanıb.Layihənin məqsədi şagirdlərin ətraf mühitlə bağlı məlumatlılığını artırmaq, onları açıq havada fəaliyyətlərinə cəlb edərək fiziki fəallıqlarını artırmaqdan, həmçinin qeyri-formal təhsil və həyatı bacarıqlar istiqamətində məlumatlandırmaqdan ibarətdir.Qeyd edək ki, layihə Hacıqabul şəhər İlqar Ələkbərov adına 1 nömrəli tam orta məktəbin təlim-tərniyə işləri üzrə direktor müavini Tərlan Qasımov tərəfindən icra olunur.
Sosial sahibkarlıq ideyaları çempionatı keçirilib
Xəbərlər
“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi çərçivəsində çempionat keçirildi.Layihə Xarxatan kənd tam orta məktəbinin 30 şagirdini əhatə etməklə, 3 ay davam edib. 3 ay ərzində şagirdlərə sosial sahibkarlıqla bağlı 8 təlim sessiyası həyata keçirilib. Daha sonra onlar komandalara bölünərək komanda şəklində ideyalar üzərində çalışıb, təqdimatlar hazırlayıblar.Növbəti mərhələdə Çempionat günü təşkil edilib. Layihədə iştirak edən şagirdlər hər komandada 6 nəfər olmaqla 5 komandaya bölünüblər. 1 aya yaxın müddət ərzində hazırladıqları ideyaları münsiflər heyətinin qarşısında təqdim ediblər. Təqdim edilən ideyalar, kənd qadınlarının işsizliyi, fiziki məhdudiyyətli şəxslərin əl işləri, sərnişin daşımada vaxtın izlənilməsi, sahibsiz heyvanlar və milli geyimlərin istehsalını əhatə edib. Çempionatın sonunda iştirak edənlərin hər birinə sertifikat və hədiyyələr təqdim edilib.Xatırladırıq ki, “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şabəyim Həbibzadə tərəfindən icra edilibdir.
"Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsinin bağlanış tədbiri keçirilib
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan "Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsinin bağlanış tədbiri keçirilib.Bağlanış tədbirində şagirdlərin fəaliyyəti, əldə etdikləri bacarıqlar , hazırladıqları mühəndis işləri sərgidə nümayiş etdirilib. Tədbirin sonunda ekomühəndis şagirdlər sertifikatlarla təltif olunub.Layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəklləyəcək “Ekomühəndis şagirdlərin COP 29 – Məktəb Zirvəsi"prosesini təşkil etməkdir.Layihəyə cəlb edilmiş şagirdlər layihənin problem məzmununa uyğun hazırladıqları ekoloji problemlərin həlli üçün təklif edilən modelləri, maket və prototipləri hazırlayıblar. Şagirdlər layihələrində ekoelektrik mühəndisliyi - Günəş enerjisi işləyən mexanizmlər-alternativ enerji layihələri, prototip modellərdən, 3D dizayn layihə proqramları və çapdan istifadə edirlər.Xatırladaq ki, " Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi" layihəsi Sevinc Əliyeva tərəfindən icra edilir.
"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsi yekunlaşıb
Xəbərlər
"Dil öyrənməyin interaktiv yolu: Coursera ilə akademik ingilis dili" layihəsi uğurla başa çatdı!Tatar kənd tam orta məktəbində Gilas İbrahimova tərəfindən icra olunan və Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə çərçivəsində ümumillikdə 60 nəfər X və XI sinif şagirdləri akademik ingilis dili biliklərini interaktiv şəkildə inkişaf etdirmək imkanı qazanıblar.Layihə müddətində üç qrup üzrə təşkil olunan 72 saatdan ibarət 16 dərs çərçivəsində şagirdlər Coursera platformasından istifadə edərək akademik mətnləri anlama və analiz etmə, öz fikirlərini yazılı və şifahi şəkildə ifadə etmə kimi vacib bacarıqlara yiyələniblər. Onlar həmçinin məqalə yazma, təqdimat hazırlama, tənqidi oxu və mətn təhlili kimi akademik sahədə mühüm olan vərdişləri təkmilləşdiriblər.Bundan əlavə, dinləmə sessiyaları sayəsində şagirdlər akademik nitqi anlama, müxtəlif aksentlərə uyğunlaşma və sürətli məlumat emal etmə bacarıqlarını inkişaf etdiriblər. Sürətli oxu və effektiv qeyd aparma metodları isə onların böyük həcmli akademik materialları daha tez və səmərəli mənimsəməsinə kömək edib.Layihə sayəsində şagirdlərin onlayn platformalardan istifadə edərək öyrənmə vərdişləri inkişaf edib. Onlar artıq Coursera platformasından istifadə etməyi mənimsəyiblər və gələcəkdə də bu resurslardan istifadə edərək ingilis dili biliklərini daha da inkişaf etdirəcəklər.Bağlanış tədbirində şagirdlər öz fikirlərini səsləndiriblər, layihə iştirakçılarına sertifikat təqdim olunub və sonda xatirə fotosu çəkilib.
“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin bağlanış mərasimi keçirilib
Xəbərlər
“İnteraktiv simulyasiyalarin dəstəyilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili” layihəsinin bağlanış mərasimi keçirilib.Bağlanış tədbirində məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Layihənin rəhbəri Səlmi Vəliyeva bu prosesin şagirdlərin dərsə marağını artırdığını və riyazi düşünmə bacarıqlarını inkişaf etdirdiyini vurğulayıb.Tovuzda icra ediləcək layihə çərçivəsində məktəbin riyaziyyat müəllimlərinə PhET platforması ilə işləmək və interaktiv dərs təşkil etmək üçün təlimlər keçirilib. Pilot mərhələdə 5 və 6-cı siniflərdən 48 şagird üçün 3 ay ərzində həftədə bir dəfə olmaqla 24 dərs keçirilib. Layihənin sonunda şagirdlər bu müddət ərzində öyrəndiklərini təqdim ediblər. Xatırladırıq ki, "İnteraktiv simulyasiyaların dəstəyi ilə riyaziyyat fənninin əyləncəli və öyrədici təşkili" adlı layihə Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə Səlmi Vəliyeva tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi PhET interaktiv simulyasiya platformasından istifadə edərək riyaziyyat dərslərini daha maraqlı və əyləncəli formada təşkil etməkdir.
“İNAM Şagird İttifaqları Platforması” layihəsi çərçivəsində təlimlər uğurla başa çatıb
Xəbərlər
“İNAM Şagird İttifaqları Platforması” layihəsi çərçivəsində təlimlər uğurla başa çatıb.Təlimçi Cəsur Mədətzadə tərəfindən keçirilən sessiyalarda şagirdlərin düşünmə, analizetmə, liderlik, idarəetmə və qərar qəbuletmə bacarıqlarının əsasən praktiki şəkildə inkişafı təmin edilib. Təlimlər 5 məktəbdən seçilmiş 50 şagirdi əhatə edib və ümumilikdə 8 dəfə təşkil olunub. Sessiyalar zamanı qrup işləri də keçirilib ki, bu da iştirakçıların komanda quruculuğu bacarıqlarını gücləndirib.Layihənin növbəti mərhələsində şagirdlərin davamlı inkişafını təmin etmək məqsədilə təlim mövzuları üzrə simulyasiya xarakterli yoxlamalar keçiriləcək. Bundan əlavə, mütəxəssislər tərəfindən iştirakçılara fərdi rəy və dəstək göstəriləсək.Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə Bakı şəhəri 74 nömrəli tam orta məktəbinin direktoru Murad Zeynalov tərəfindən icra olunur.
"İncəsənət otağı" layihəsinin icrası baça çatıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "İncəsənət otağı layihəsinin bağlanış tədbiri keçirilib.Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində keçirilən tədbirdə layihə rəhbəri Ləman Cəfərova tədbir iştirakçılarını salamlayaraq, layihənin məqsədi və fəaliyyət planının icrası hesabatı haqqında qonaqlara məlumat verib. Bağlanış mərasimində Xocavənd Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva, Xocavənd rayon Gənclər və idman sektorunun müdiri Aslan Quliyev, layihənin eksperti Etiram Sadıqzadə, şəhid ailələri, şagirdlər və müəllimlər iştirak edib. Bağlanış mərasimində layihənin icra müddəti ərzində keçirilən ustad dərslərində hazırlanan əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Qeyd edək ki, “İncəsənət otağı” layihəsinin məqsədi təhsilalanların vizual bacarığının inkişaf etdirilməsi, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyən şagirdlərin fərqli peşə sahələri öyrənmələrinə, gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirəcək uşaqların praktiki bacarıqlarının inkişafına təkan verməkdir. Bu məqsədlər 60-a yaxın şagirdin iştirakı ilə 9 ustad dərsləri təşkil edilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
“Yaşıl dünya sağlam gələcək” layihəsinin təlimləri davam edir
Xəbərlər
Zaqatala şəhər Qazangül qəsəbə İ.Qayıbov adına tam orta məktəbində “Yaşıl dünya sağlam gələcək” layihəsinin təlimləri davam edir.Layihə çərçivəsində 2 qrup, hər qrupda 10 şagird olmaqla ümumi 20 şagird seçilərək təlimlərə cəlb olunub.Layihənin məqsədi ətraf mühitin qorunması, hal-hazırda mövcud olan ekoloji vəziyyət və ekoloji problemlərin həllində şagirdlərin rolununun artırılması istiqamətində təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirməkdən və təkrar emal şüurunu yaratmaqla, fidan əkməklə yaşadığımız mühitə töhfə verməkdən, yaşıl gələcəyə gedən yolda izlər buraxmaqdan ibarətdir. Bunun üçün təlimlərdə şagirdlər “Scratch” və “Platogon studio” proqramı haqqında biliklər əldə edir və kodlamanı öyrənirlər. “Scratch” və “platogon studio” proqramında kodar yazaraq təbiətə qayğı hissini aşılanması məqsədi ilə müxtəlif animasiya filimləri və oyunlar hazırlayırlar. Qeyd edək ki, sözügedən layihə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir. “Yaşıl dünya, sağlam gələcək” layihəsi Zaqatala şəhər Qazangül qəsəbə İ.Qayıbov adına tam orta məktəbin direktoru Təranə Cumayeva tərəfindən icra olunur. Layihənin icra müddəti 4 aydır.
"İnteraktiv Biologiya" layihəsi uğurla davam edir.
Xəbərlər
"İnteraktiv Biologiya" layihəsi uğurla davam edir.Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə icra olunan layihə çərçivəsində VIII sinif şagirdləri üçün interaktiv biologiya dərsləri təşkil olunur. Dərslərdə PhET platformasından istifadə edərək şagirdlərin nəzəri bilikləri daha dərindən mənimsəməsi və onları praktik şəkildə tətbiq etməsi təmin edilir. Simulyasiyalar vasitəsilə şagirdlər hüceyrə quruluşu, fotosintez prosesi, genetik qanunauyğunluqlar və digər mövzuları vizual və təcrübəyə əsaslanan yanaşma ilə öyrənirlər. Bu metod onlara biologiyanı yalnız əzbərləmək deyil, real həyat nümunələri ilə dərk etmək imkanı yaradır.Bundan əlavə, dərslər ünsiyyət, tənqidi düşüncə, problem həll etmə və komanda işi bacarıqlarının formalaşdırılmasına yönəlib. Layihə çərçivəsində şagirdlər tədqiqat aparmaq, fərqli yanaşmaları müqayisə etmək və nəticələr çıxarmaq kimi mühüm bacarıqlara yiyələnirlər.Layihə çərçivəsində indiyə qədər 24 saat dərs keçirilib və şagirdlər artıq PhET platformasından istifadə qaydalarını mənimsəyib. Layihə başa çatdıqdan sonra da onlar bu platformadan faydalanaraq yeni bilik və bacarıqlar əldə edəcəklər.
Qrant layihə iştirakçıları Türkiyədə səfərdə olublar
Xəbərlər
"Gənc Müəllimlər üçün Layihələrin Yazılması və İdarəçiliyi Məktəbi" layihəsi çərçivəsində müəllimlər üçün layihələrin yazılması və idarə edilməsi ilə bağlı təlimlər keçirilir!Layihə çərçivəsində 191 nömrəli tam orta məktəbdən üç müəllim seçilib. Həmin müəllimlər Bursa şəhərində Bursa Azərbaycan İnovasiya və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə layihələrin yazılması və idarə edilməsi təlimlərinə cəlb ediliblər. Həmçinin, "Bursa Otomativ Lisesi" və "Bursa Koç Ortaokulları" məktəblərinə ziyarət edərək təcrübə mübadiləsində iştirak edərək həmin təhsil müəssisələrin həyata keçirdiyi layihələr, əməkdaşlıq etdikləri yerli və beynəlxalq donorlar ilə tanış olublar. Təlim proqramından sonra müəllimlər, qazandıqları bilikləri yerli müəllimlərlə paylaşmaq məqsədilə təlimlər təşkil edəcəklər. Belə ki, 3 nəfər müəllim, məktəbdəki həmkarları üçün hər həftə 1 dəfə olmaqla 4 təlim keçəcək, qonşu məktəblərin müəllimləri üçün isə onlayn təlimlər təşkil edəcəklər. Xatırladırıq ki, "Gənc Müəllimlər üçün Layihələrin Yazılması və İdarəçiliyi Məktəbi" adlı layihə, 191 nömrəli tam orta məktəbdə Bəsti Əsədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənc müəllimləri layihə yazma və idarəetmə sahəsində bilik və bacarıqlarla təmin etmək, onların yerli və beynəlxalq qrant layihələrinə müraciətlərini təşviq etməkdir. Bu təşəbbüs müəllimlərin peşəkar inkişafına dəstək olmaqla, təhsil sahəsində innovativ təşəbbüslərin sayının artmasına və məktəblərdə keyfiyyətli təhsil mühitinin formalaşmasına töhfə verəcəkdir.
“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Xəbərlər
“Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi çərçivəsində təlimlər davam edir.Şagirdlər fiziki, sosial bullinq, həmçinin kiberbullinq və onlardan qorunmağın yolları haqqında biliklərə yiyələniblər. İştirakçıların mövzunu daha yaxşı anlaması üçün qeyd edilən mövzular istiqamətində rol oyunlar təşkil edilib və şagirdlər simulyasiya daxilində bullinqin növlərini ayırd etməyi və məruz qaldıqları halda atmalı olduqları addımları daha yaxşı qavrayıblar.Xatırladırıq ki, “Təhlükəsiz mühit, uğurlu gələcək: Bullinqə son!” qrant layihəsi Sevinc Nəcədova tərəfindən Bakı şəhəri 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihə çərçivəsində şagirdlər arasında zorakılıq hallarının qarşısının almaqla məktəb icması daxilində təhlükəsiz mühit yaratmaq, məktəblərdə psixoloqlarla danışıqlar apararaq bullinqə məruz qalmış, o cümlədən bullinq etməyə meyilli olan 25 şagirdin seçilməsi, qeyd edilən mövzu ətrafında təlim və maarifləndirici görüşlərin keçirilməsi və layihənin yekununda maarifləndirici videoçarxın hazırlanması nəzərdə tutulur.
"Obstacle Course" - fiziki, sosial və intellektual inkişafın artırılması" qrant layihəsi çərçivəsində təlimlər yekunlaşıb
Xəbərlər
"Obstacle Course" - fiziki, sosial və intellektual inkişafın artırılması" qrant layihəsi çərçivəsində təlimlər yekunlaşıb.Məktəb həyətində quraşdırılmış oyun parkında I, II və III sinif şagirdləri ilə oyunlar təşkil edilib, bu fəaliyyətlər yalnız fiziki fəallığı təşviq etməklə yanaşı, şagirdlərin birgə işləmə və sosial bacarıqlarını inkişaf etdirməyə dəstək olub. Şagirdlər üçün keçirilən müxtəlif komanda quruculuğu oyunları onların şəbəkələşməsi və qarşılıqlı əlaqə və kommunikasiya bacarıqlarının gücləndirilməsinə kömək edib.Xatırladırıq ki, "Obstacle Course" - fiziki, sosial və intellektual inkişafın artırılması" qrant layihəsi Zəhra Şərifli tərəfindən Məmmədli kənd tam orta məktəbində həyata keçirilir. Layihə çərçivəsində məktəbin həyətində oyun meydançası hazırlamaqla şagirdlərin fiziki, sosial və intellektual inkişafına imkan yaratmaq, problemləri həll etmə və komanda ilə işləmək bacarıqlarının inkişafını təşviq etmək, I, II və III siniflərdə təhsil alan 40 şagirdə maneələr zolağının vacibliyi ilə bağlı 2 ay müddətində müxtəlif öyrədici oyunların təşkili, qonşu məktəblərin şagirdləri üçün məktəbə infotur təşkil edilməsi nəzərdə tutulub.
"Gələcəyin vəkilləri" qrant layihəsi çərçivəsində seminarlar keçirilib.
Xəbərlər
"Gələcəyin vəkilləri" qrant layihəsi çərçivəsində Şəki rayonu üzrə Cumakənd kənd tam orta, Şorsu kənd tam orta məktəblərində seminarlar keçirilib.VII və VIII sinif şagirdləri üçün təşkil edilən seminarlarda 60 nəfər şagird, müəllimlər və layihə eksperti iştirak edib.Xatırladırıq ki, "Gələcəyin vəkilləri" qrant layihəsi Şəki rayon Cumakənd kənd tam orta məktəbin direktor müavini Samir Məmmədov tərəfindən icra olunur. Layihə çərçivəsində Şəki rayonu üzrə Cumakənd kənd tam orta, Şorsu kənd tam orta, Qudula kənd tam orta və Daşüz kənd tam orta məktəblərində təhsil alan 150 nəfər VII-VIII sinif şagird üçün “hüquqi savadlılığın artırılması”, “milli kimliyin dərki və milli iftixar hissləri”, “şəxsi və sosial məsuliyyət”, “demokratiya və insan hüquqlarına hörmət” mövzularını əhatə edən seminarların keçirilməsi, seçilmiş 20 nəfər şagird ilə “hüquq dilemması» üzrə debatın təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulub.
Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin təlimləri davam edir.
Xəbərlər
"Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihənin təlimləri davam edir.Növbəti təlim "Yürüs və yürüş qaydaları" mövzusunda olub.Layihənin məqsədi şagirdlərin fiziki, sosial, intellektual və emosional sahələrdə inkişafına dəstək vermək və onları praktik olaraq “edərək-öyrənmə” mühitində fəal iştirak etməyə təşviq etməkdir.Xatırladırıq ki, layihə çərçivəsində məktəbin 5-6-cı sinif şagirdləri üçün qeyri-formal təhsil metodlarına əsaslanan kompleks fərdi inkişaf proqramı həyata keçiriləcəkdir. Bu proqram çərçivəsində şagirdlərin fiziki, sosial, intellektual, emosional və mənəvi inkişafını dəstəkləyən fəaliyyətlər planlaşdırılır. Layihə daxilində ilkin olaraq geniş təqdimatlar keçiriləcək, 30 şagird seçiləcək və onların inkişaf ehtiyaclarına uyğun olaraq təlim proqramları hazırlanacaq. Qeyri-formal təhsil metodlarını tətbiq edən klub yaradılacaq və 3 ay müddətində intensiv məşğələlər təşkil ediləcəkdir. Layihənin yekununda şagirdlər üçün 2-3 günlük yaz və ya yay məktəbinin təşkili nəzərdə tutulub.Qeyd edək ki, "Qeyri-formal təhsil metodları ilə şagirdlərin fərdi inkişafına kompleks yanaşma" adlı layihə Tural Mehtiyev tərəfindən icra edilir.
""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb
Xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalibi olmuş ""Zorakılığa son" pantomima" adlı layihə çərçivəsində tamaşa hazırlanıb.Layihə Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Dünya Hacıağayeva tərəfindən icra edilir. Tamaşa Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanıb.Layihənin məqsədi şagirdlərə zorakılığın zərərlərini və fəsadlarını pantomima vasitəsi ilə göstərmək, təhsil prosesinin iştirakçılarının diqqətini bu mövzuya çəkmək, tərəfləri bu mövzuda maarifləndirməkdir.
1 nömrəli əlavə - Ərizə forması (Ümumi təhsil müəssisələri)
Sənədlər
2 nömrəli əlavə - Layihə təklif forması (Ümumi təhsil müəssisələri)
Sənədlər
3 nömrəli əlavə - Ərizə forması (Fərdi)
Sənədlər
4 nömrəli əlavə - Layihə təklif forması (Fərdi)
Sənədlər
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsi üzrə tələblər
Sənədlər
Xərclər smetası
Sənədlər
6 nömrəli əlavə - İcra planı