146
logo

II Qrant Müsabiqəsi

II Qrant müsabiqəsinin yekunlarına dair Hesabat jurnalına aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin HESABATI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər"in təsdiq edilməsi haqqında” 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarının icrasının təşkili haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 18 yanvar tarixli F-59 nömrəli əmrinə əsasən 14 aprel – 16 mart 2018-ci il tarixləri arasında Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin elan edilmişdir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

* Təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması

* Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi

* Zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı

* İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi

* Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması

* Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması

* Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması

* Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi

* Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi

 

Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 211 layihə, fərdi layihələr kateqoriyası üzrə 639 lahiyə olmaqla, ümumilikdə, 850 layihə təklifi qəbul olunmuşdur.

Ekspert qrupunun rəyi əsasında təhsil nazirinin əmri ilə təhsil müəssisələri kateqoriyası üzrə 41 və fərdi kateqoriya üzrə 125 layihə olmaqla, ümumilikdə 166 layihənin maliyyələşdirilməsi təsdiqlənmişdir. Layihələr Iyun 2018 – Aprel 2019 ci il tarixləri arasında icra olunub.

Müsabiqə qalibi olan layihələr barədə aşağıdakı linklər vasitəsilə daha ətraflı məlumat ala bilərsiniz:

Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr

Fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr