146
logo

“Biz həyata hazırlaşırıq!” layihəsi üzrə yekun dərs keçirildi.

  • Çərşənbə axşamı 19 Noyabr 2019



              “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində “Biz həyata hazırlaşırıq!” layihəsi üzrə 9-cu sinif şagirdlərinin oxu, riyazi və təbiət elmləri üzrə funksional savadlılığının formalaşması üçün keçirilən təlimlər üzrə yekun dərs-layihə oldu. Şagirdlər onlara tapşırılan mövzulara aid hazırladıqları təqdimatları təqdim etdilər.

           Layihənin icrası müddətində fərqlənən şagirdlər, layihədə iştirak edən müxtəlif fənn müəllimləri “Fəxri fərman”la təltif olundular. Şagirdlərin yazdıqları inşalar müzakirə olundu və fərqlənənlər mükafata layiq görüldülər. Yekun dərs-layihədən sonra “Dəyirmi masa” ətrafında yekun dərsdə istifadə olunan açıq sualların qiymətləndirilməsi barədə söhbət aparıldı.