146
logo

Şagirdlər düşərgədə!

  • Çərşənbə 8 Yanvar 2020



          Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsidə ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş 132-134 nömrəli təhsil kompleksinin ‘’Potensialını kəşf et!’ layihəsi çərçivəsində möhtəşəm düşərgə baş tutub. Azərbaycanın dahi şəxsiyyətlərinin adlarını daşıyan Lütfi Zadə, Nəsimi, Nizami, Tusi və Landau komandalarının olduğu bu düşərgə Quba şəhərində baş tutub.

              Düşərgənin ikinci günü səhər idmanı və yeməyindən sonra ‘’KomanDost’’ komanda işi oyunu, ‘’Yoldaşını tanı’’ təlimi, maarifləndirici və eyni zamanda həvəsləndirici ‘’Birja’’ oyunu, qarşıya bir sıra maneələrin qoyulduğu ’’Hədəf’’ oyunu, intellektual oyun və əyləncə dolu sosial gecə təqdimatları olub. Düşərgə zamanı komandalar tərəfindən gündəlik olaraq komanda işi kimi maarifləndirici, məlumatlandırıcı, maraq doğuran və günün icmalını özündə əks etdirən divar qazetləri hazırlanıb.