146
logo

“ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun hesabat tədbiri

  • Çərşənbə 22 Dekabr 2021



Dekabrın 21-də 62 nömrəli məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin “ Gənc ekologiya mühəndisləri” layihəsinin yekun hesabat tədbiri keçirildi.

Layihədə dəstək olan Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri Rövşən Abbasov, Fizika və Elektronika departamentinin  müdiri Fəridə Tatardar,  Mexanika mühəndisliyi departamentinin koordinatoru Mehdi  Kiya Satfar, müəllim və şagird kollektivi iştirak edirdi.

Vəfa Seyfullayevanın rəhbərlik etdiyi layihənin əsas məqsədi məktəblilər arasında mühəndis bacarıq və keyfiyyətlərini aşılamaq və inkişaf etdirməkdir.

Tədbirin açılışı üçün ilk söz məktəb-liseyin direktoru Mətanət Cabbarlıya verildi. Daha sonra layihə rəhbəri Vəfa Seyfullayeva 3 ay ərzində layihə çərçivəsində görülən işlər haqqında geniş məlumat verdi. Tədbirdə çıxış edən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri Rövşən Abbasov layihənin gələcək nəslin inkişafına müsbət təsirindən danışıb.

Kiçik akademiyanın prezidenti Həsən Quliyev çıxışında layihə iştirakçıları ilə birgə özünün şəxsi layihəsi əsasında hazırlanmış “İstikbalmini puasının əhəmiyyətindən bəhs etdi, layihə iştirakçıları hazırladıqları qurğuları əyani formada təqdim etdilər, qurğuların işləmə prinsipləri  və əhəmiyyəti haqqında ətraflı məlumat verdilər.

Məlumat üçün bildirək ki, tədbirdə təqdim olunan qurğular ekoloji problemlərin həllinə yönəlmiş qurğulardır. BunlaraBioqazqurğusunu, günəş panellərindən, alternativ su mənbələrindən, tullantılardan səməri istifadəyə aid qurğuları misal göstərmək olar.

Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.

Qeyd edək ki,“ Gənc ekologiya mühəndisləri” layihəsinə 30 nəfər şagird qatılmışdır.