146
logo

"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi başa çatdı

  • Çərşənbə 22 Dekabr 2021



V qrant müsabiqəsinin “Fərdi” kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsiin yekun tədbiri keçirildi.

Layihə rəhbəri Səadət Məhərrəmova tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən danışdı və "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi haqqında ətraflı məlumat verərək layihənin başa çatdığını, layihə çərçivəsində təlimlərin sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirildiyini, təlimlərə 60 nəfərdən çox şagirdin cəlb edildiyini diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verdi, ənənəvi təhsilin davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğuladı, Robototexnikanın inkişafının müxtəlif sənaye sahələrində inkişafa töhvə verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə bu sahədə mütəxəssislərin yetişməsində müstəsna rolu olacağını bildirdi.

Qəbələ rayon Vəndam qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru İradə Cəlilova rəhbərlik etdiyi müəssisədə robototexnika təlimlərinin təşkilindən məmnununluğunu ifadə etdi, layihənin uğurlu icrasının bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasında olan önəmindən danışdı.

Daha sonra layihə fəaliyyətini əks etdirən videoçarx izlənildi və layihənin təlimçisi Ayaz Məmmədovun müşayiəti ilə iştirakçılar hazırladıqları robotların və əl işlərinin təqdimatını həyata keçirdilər.

Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.