146
logo

Şagirdlərin Elektron Elm Jurnalı

  • Cümə axşamı 30 Dekabr 2021



Şagirdlərin nəzərinə!

Şagirdlərin Elektron Elm Jurnalının saytı istifadəyə verildi.

Bu jurnal vasitəsi ilə şagirdlər öz tədqiqat məqalələrini və ya tərcümə etdikləri elmi məqalələri öz yaşıdları ilə bölüşə bilirlər. 


Elmi məqalə göndərməyin addımları aşağıdakı kimidir:

1. Sayta daxil olun və qeydiyyatdan keçin. (https://elmjurnali.az/)

2. Elektron poçt adresinə avtomatik şəkildə gedən e-məktubu adresinizə daxil olaraq təsdiq edin. 

3. “Məqalə göndər” düyməsinə sıxın.

4. Müvafiq bölmələrə məqalənin adını, açar sözlərini və əsas mətnini yerləşdirin. 

5. “Slug” hissəsini boş buraxın və müvafiq pəncərələrdən istəsəniz məqaləyə şəkillər, videolar əlavə edə bilərsiniz. 

6. Sonda “göndər” düyməsinə sıxın. 


Məqaləniz münsiflər heyətinin rəyin əsasında saytda və sayta yerləşdiriləcək e-jurnalda görünəcək.  

Elmi məqalə yazmaqla bağlı biliklərinizi artırmaq üçün isə Şagirdlərin Elektron Elm Jurnalı youtube kanalındakı videoları izləyə bilərsiniz:

https://www.youtube.com/channel/UC0W3so1lN34ePLGJX82eI8A/featured

Məlumat üçün bildirək ki, "Şagirdlərin Elektron Elm Jurnalı"nın saytı  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi çərçivəsində hazırlanmışdır.