146
logo

2021-ci təqvim ili rəqəmlərdə

  • Çərşənbə 5 Yanvar 2022



Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində 2021-ci il ərzində görülmüş işlər
2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Ümumilikdə müsabiqəyə “Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 230, “Fərdi" kateqoriya üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 47, “Fərdi" kateqoriya üzrə 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

Seçilən layihələr ölkəmizin 6 şəhər, 39  rayonunda uğurla icra olunur.

V qrant müsabiqəsi çərçivəsində icra müddəti üç ay olan 75 layihə uğurla başa çatdırmışdır. Nominasiyalar üzrə yekunlaşan layihələrin statistikası:
1) "İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması" – 48
2) “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması” – 7
3) "Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması" – 5
4) "Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği" – 12
5) "Məktəb idarəetməsinin təkmilləşdirilməsi" - 3
6) Layihələrin icra dövründə işlərin icrası daimi olaraq diqqətdə saxlanılmışdır və görülən işlər ictimaiyyətə təqdim edilmişdir.

Layihələr müasir tələblər baxımından təhsilalanların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir. Buraya istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir.

Yerinə yetirilən digər layihələrin icrası davam edir, vəziyyəti ilə bağlı mütəmadi olaraq məlumatlar verilir və görülmüş işlər barədə hesabatlar dinlənilir.

Layihələrin icrasında tərəfdaşlıq edən qurumlara, layihələrin işıqlandırılmasında dəstək göstərən KİV nümayəndələrinə öz təşəkkürümüzü bildiririk!