146
logo

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir

  • Bazar ertəsi 17 Yanvar 2022



Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.

Ötən ay başlamış 15 məktəbli üçün keçirilən art terapiya kursları başa çatmışdır. Art terapiya kurslarına həm icraçı məktəbin, həm də, yaxın icmalardan olan digər məktəblərdən dinləyicilər cəlb edildi. Kurslarda layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələrin xüsusi bacarıqların inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində səmərəli işlər aparıldı. Bu məqsədlə komandaya daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə kurslara cəlb edilmiş uşaqlar üçün art terapiya seansları və əl işləri kursları təşkil olundu. 

Növbəti ay layihə çərçivəsində xüsusi dərnəklərdə və art terapiya kurslarında iştirak etmiş şəxsləri həvəsləndirmək məqsədi ilə təlim iştirakçıları tərəfindən düzəldilmiş əl işlərindən ibarət sərginin təşkili nəzərdə tutulub. 

Məlumat üçün  bildirək ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Qeyd edək ki, layihənin bu ilin mart ayında yekunlaşması planlaşdırılıb.