Kiçik robototexniklər!
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Robototexnika mərkəzi" adlı layihə çərçivəsində layihə rəhbəri Gülnarə Səlimova tərəfindən şagirdlərin mühəndislik, robototexnika bacarıqlarının yüksəldilməsi, Lego Wedo 2 və Ev 3 mindstroms proqramlarının yaradılması üzrə təlimlər keçirilir.
İlkin olaraq, məktəbdə robototexnika mərkəzi yaradıldı və olimpiada tapşırıqlarının yerinə yetirilməsi üçün meydança hazırlandı. I-IV siniflər üçün Lego Wedo 2, V-VIII siniflər üçün isə Ev 3 mindstoms proqramları hazırlandı və təlimlərə start verildi. Şagirdlərin robototexnika sahəsində praktiki bacarıqlarını artırmaqla yanaşı, beynəlxalq olimpiadaya həvəsləndirmək məqsədilə olimpiadadan fraqmentlər də nümayiş etdirildi.