146
logo

“Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinin yekun tədbiri keçirilib

  • Çərşənbə 26 Yanvar 2022



Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində iştirak edən Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin tarix müəllimi Şirinov Raqif vaqif oğlu “Zəfər salnaməsi şagid tədqiqatlarında” layihəsi üzrə qaliblərdən olub.

Sumqayıt şəhər Yusif Məmmədləliyev adına 31 nömrəli məktəbdə “Zəfər salnaməsi şagird tədqiqatlarında” layihəsinin yekun tədbiri keçirildi.

Tədbirdə Sumqayıt şəhərinin müxtəlif idarə və təşkilatlarından nümayəndələr, tanınmış ziyalılar və məktəb direktorları və layihənin iştirakıçıları olan şagirdlər iştirak edirdi. İlk öncə Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. “44 günlük” Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi böyük qələbədən və bu qələbəni bizə bəxş edən Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu siyasətinin nəticəsindən danışıldı. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasından, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyətindən söhbət açıldı. Bildirildi ki, Ulu öndərin qısa bir müddətdə ordu quruculuğu sahəsində gördüyü tədbirlərin nəticəsi idi ki, düşmən tərəf birinci Qarabağ müharibəsində atəşkəslə bağlı sazişin əldə olunması razılığına gəldi. Ata vəsiətini uğurla başa çatrıran cənab Prezidentimiz bu xoşbəxtliyi Azərbaycan xalqına bəxş etdi. Artıq işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq işləri görülür. Ali Baş Komandanın o cümlədən Birinci Vitse-Prezident Mehriban xanın Əliyevanın işğaldan azad olunmuş şəhər və rayonlarımıza hər səfəri, keçirdiyi görüşlər, çoxsaylı layihələrin təməldaşlarının qoyulması bizlərə tezliklə o yurdlarımıza qaytmağa əsas verir.

Layihə çərçivəsində şagirdlərin araşırmalarında Vətən müharibəsində şəhid olmuş igid qəhrəmanlarımız haqqında topladıqları məlumatlardan ibarət kitabda tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə iştirak edən qonaqlara həmin kitablardan hədiyyələr verildi. 

Sonda şagirdlərin layihə müddətindəki fəaliyyətləri dəyərləndirildi, sertifikat və kitablar hədiyyə olundu.