“Sabahın alimləri” fəaliyyətlərini davam etdirirlər
Cümə 28 Yanvar 2022
V Qrant müsabiqəsi”nin qalibi, Mingəçevir şəhər R.Mirabov adına 7 saylı tam orta məktəbin İxtiraçı gənclər – “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsi çərçivəsində fəaliyyətlərini icra planına uyğun olaraq uğurla davam etdirməkdədirlər.
Təlimlərdə iştirak edən və təlimləri yekunlaşan şagirdlər tərəfindən bir neçə ideya ortaya çıxmış , hazırlanmış və qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, layihənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Məlumat üçün bildirək ki, hazırda layihədə iştirak hüququ qazanan 60 şagirdə 8 fərqli mövzuda təlimlər keçirilir. Layihə bu ilin fevral ayınadək davam edəcək və sonunda layihədə iştirak edən şagirdlər sertifikatla mükafatlandırılacaq.