146
logo

V qrant müsabiqə qalibi “İnkişafa dəstək dərnəyi”nin işi uğurla icra olunur

  • Çərşənbə axşamı 1 Fevral 2022



2021-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərifindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqədə qalib olmuş Naxçıvan şəhər  8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzovanın “Bərabər imkanlar, Yaradıcı inkişaf”, “İnkişafa dəstək dərnəyi” işini uğurla davam etdirir.

Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya–bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan bütün insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesidir.

İnklüziv təhsil isə ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər qeyd olunmuş, sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə cəlb olunması üçün mühim addımlar atılmışdır.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə “İnkişafa dəstək dərnəyi”nin yaradılması sağlamlıq imkanları məhdud şəxslərin, onlarla iş aparan digər şəxslərin (müəllimlərin, psixoloqların, valideynlərin) maariflənməsində çox əhəmiyyətli rol oynamışdır. Bu layihənin icrası üçün 4 ay vaxt nəzərdə tutlmuşdur. Layihənin məqsədi inteqrasiya məqsədi ilə ümumi təhsilə cəlb olunan inklüziv təhsilli uşaqların spesifik problemlərini nəzərə alaraq, onların daha rahat inteqrasiyası və tibbi-sosial, intellektual-yaradıcı inkişafı üçün yeni imkanlar yaratmaq, onlarla işləyən personalın bilik və səriştələrini artırmaq, uşaqlara praktik tibbi-psixoloji dəstək verməkdən ibarətdir.

İlk okaraq layihənin təşkilati – texniki hazırlıq işləri aparılmışdır. Yaranacaq dərnək texniki avadanlıqla təchiz edilmiş və uşaqlar üçün texniki, yaradıcı-intellektual əyani vəsaitlər, elektron planşetlər, leqo, rəsm, animasiya, dizayn ləvazimatlar, əyləncəli oyun və oyuncaqlar alınmışdır.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə inklüziv təhsilli uşaqlar üçün “İnkişafa dəstək Dərnəyi” yaradılmışdır. Dərnəkdə Ekspert Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Asossiasiyasının sədri, pedaqoq Gülxanım Orucova və psixoloq-loqoped Əsmər Rzayeva tərəfindən 20 uşaqla, 4 qrupda sosial-pedaqoji, yaradıcı-intellektual təlimlər, praktik əyləncəli işlər aparılmışdır.

Təlimlər və praktik məşğələlər 2 istiqamətdə “Leqo, rəsm, animasiya, dizayn üzrə nəzəri və praktik bilik və bacarıqların inkişafı” və “İnklüziv uşaqların spesifik xüsusiyyətləri, onlarda intellektual yaradıcılıq, tibbi psixo-fizioloji korreksiya, inkişaf, sosial adaptasiya və özünə güvənin artırılması” mövzularında aparılmışdır. Həmçinin psixoloq-loqoped Əsmər Rzayeva tərəfindən həmin dərnəkdəki uşaqların sağlamlığına yönəlik, praktik loqoped, defektoloq və psixoloji xidmət dəstəyi təşkil edilmişdir.

Yanvar ayında isə inklüziv uşaqlarla işləyən şəxslərin səriştələrini artırmaq  üçün psixoloqlar Minurə Musayeva və Ağabəyim Bağırova tərəfindən  Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdəki uşaqlarla işləyən hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər valideynlə “İnklüziv təhsilli uşaqlarla işin xüsusiyyətləri, uşaqlara qulluq və nəzarət

və uşaqlarda özünəgüvən hissinin, onların cəmiyyətə sosial adaptasiyası, canlı ünsiyyət və qarşılıqlı əməkdaşlıq mühitinin aşılanması” mövzusunda, Məktəbdəki uşaqlarla işləyən, hər qrupda 10 nəfər olmaqla iki qrupda 20 nəfər müəllim üçün  “İnklüziv təhsil nədir, inklüziv təhsilə dair hüquqi baza (qanunvericilik) və ədəbiyyat, İnklüziv uşaqlarla işin xüsusiyyətləri, uşaqlarla necə işləməli?” mövzusunda və Naxçıvan şəhərində yerləşən 10 məktəbdən (Naxçıvan şəhər 5, 7, 9, 10, 11, 12, 14, 15, 16, 17 saylı məktəblərdən) hər birindən 2 müəllim və 2 valideyn olmaqla təlimlər təşkil olundmuşdur.Təlimlərin sonunda anket-sorğular aparılmışdır.

Layihə ərzində həmçinin uşaqların öz istedad və bacarıqlarına uyğun olaraq müxtəlif tədbirlərdə iştirakı da təmin olunmuşdur. Bundan əlavə olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində təhsil alan İnklüziv uşaqlar üçün birgə tədbir keçirilcəkdir. Ümid edirik ki, layihənin icrası həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün yararlı olmuşdur.