146
logo

Şuşa rayon məktəblərini əhatə edən "Steam Robot Klub" layihəsinin yekun tədbiri

  • Çərşənbə axşamı 1 Fevral 2022



Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi Şuşa rayon məktəblərini əhatə edən "Steam Robot Klub" layihəsi uğurla yekunlaşıb.

Tədbirdə məktəbin direktoru Gülnar Qurbanova, layihə rəhbəri Elşad Cəfərov, təhsil şöbəsinin STEAM üzrə koordinatoru Aydan Bağırova, STEAM dərslərinin keçirilməsinə nəzarət - diaqnostik koordinatoru İlahə Nəcəfzadə, rayonun 1, 3, 6, 7 və Malıbəyli kənd 1 nömrəli məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Sonda Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin və Elşad Cəfərovun imzası ilə STEAM üzrə koordinatoru Aydan Bağırova və STEAM dərslərinin keçirilməsinə nəzarət diaqnostik koordinatoru İlahə Nəcəfzadəyə “Təşəkkürnamə”, müəllim və şagirdlərə isə “Sertifikatlar” təqdim olunub.