146
logo

“Gələcəyin xəzinəsi – inkişafetdirici səyyar kitabxana” layihəsinin icrası uğurla davam etdirilir

  • Cümə axşamı 3 Fevral 2022



Artıq layihənin icrasına 5 aydır ki, başlanılıb. Bu müddət ərzində layihənin səyyar kitabxanası 6 ümumtəhsil müəssiəsində olmuş, layihə çərçivəsində alınmış kitablar şagirdlərə paylanılmış və müəyyən olunmuş müddətdən sonra mütaliə edilmiş kitabların müzakirəsi təşkil olunmuşdur. Bundan əlavə şagirdlər üçün mütaliə mədəniyyətinin təhsilimiz və cəmiyyətimiz üçün faydalarını çatdırmaqdan ötrü maarifləndirmə seminarları təşkil olunmuşdur. Seminarın təlimçiləri filosof-şərqşünas, psixoloq və yazıçı Rövşən Abdullaoğlu, gənc yazar İlahə Səfərzadə və Əməkdar müəllim Aybəniz Əhədova olmuşdur. 

Görüşlərdə layihə rəhbəri Samirə Əmrahova layihənin məqsəd və vəzifələri, həmçinin sonda təşkil olunacaq "Gələcəyin xəzinəsi bizik" yarışması haqqında şagirdlərə məlumat verdi. 

Məktəb rəhbərlərinin və müəllim heyətinin böyük maraqla qarşılayaraq dəstəklədiyi layihənin icrası uğurla davam etdirilməkdədir.

Qeyd edək ki,  layihənin əsas məqsədi    yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.