146
logo

"Balakənli proqramçılar" layihəsinin yekun hesabat tədbiri

  • Bazar ertəsi 7 Fevral 2022



5 fevral 2022 -ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata kecirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin qalib layihələrindən olan "Balakənli proqramçılar" layihəsinin son təqdimat (bağlanış) mərasimi keçirildi. Tədbirdə Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayev ,  Balakən Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Günel Hacıyeva, Balakənli proqramçılar" layihəsinin layihə rəhbəri Fatma Musa qızı Əfəndiyeva və layihə üzvləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə layihə rəhbəri açdı. O,bildirdi ki, layihənin icra müddəti 01.10.2021-31.01.2022-ci il tarixlərini əhatə edib. Layihəyə iki məktəb olmaqla 20 nəfər şagird cəlb edilmişdir. Həmin şagirdlərə iki təlimçi: Microbit və Tinkercad proqramları üzrə Kərim Kərimov, Pythone proqramlaşdırma dilinin tətbiqi və tədrisi üzrə Bahar İsmayılova təlimlər keçib. Keçilən hər təlim maraqlı, sadə və rahat formada onlayn qaydada keçirilib.

Eyni zamanda layihənin məqsədi kimi göstərilən  “İnkişaf etmiş ölkələrin müasir təhsil sisteminə əsaslanaraq şagirdlərimizin proqramçı kimi yetişmələrinə, müxtəlif istiqamətlərdə uğur qazanmalarına və eyni zamanda ixtisas seçimində düzgün istiqamətlənmələrinə dəstək olmaq” prinsipi layiqincə həyata keçirilib.

Sonra söz həm  qonaqlara, həm də layihə iştirakçılarına verildi. Tədbirin qonaqları "Balakənli proqramçılar" layihəsinin fəaliyyətindən, uğurlarından danışdılar və şagirdlərə gələcək işlərində müvəffəqyyətlər arzuladılar.  Layihənin ən böyük uğurlarından biri kimi layihə üzvlərindən Şahin Məmmədov və Həmzət Hudulovun Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF-2021 festivalına qoşularaq 2-ci yerə layiq görülmələri, eyni zamanda Məryəm Şəkiliyeva, Şahin Məmmədov və Həmzət Hudulovun Respublika Fənn Olimpiadasında informatika fənni üzrə II tura vəsiqə qazanmalarından danışıldı. Bütün bu sadalanan uğurlar layihənin böyük dəstəyinin danılmaz sübutu olduğunun baris nümunəsidir.

Sonda tədbiri yekun sözü ilə layihə rəhbəri Fatma Əfəndiyeva bağladı və layihənin bitməsinə baxmayaraq davamlılığın qorunmasını bildirdi və layihənin icrasında göstərilən dəstəyə görə Təhsil Nazirliyinə, Balakən Rayon Təhsil Şöbəsinə, Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin rəhbərliyinə, təlimçilərə  öz təşəkkürünü bildirdi.