Balaca coğrafiyaçılar qələbəyə ürəkdən inanır!
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Yaşar Seyidəliyevin rəhbərliyi ilə 19 şagirdə Beynəlxalq Coğrafiya Olimpiadasına (İGeo) hazırlıq dərsləri keçirilir. Dərslər hər şənbə günü şagirdlərin istəyilə 3 saat Bakı şəhər 8 nömrəli məktəbdə keçirilir.
Şagirdlər dərsə hər zaman hazırlıqlı gəlir və yeni bilik və bacarıqlar əldə etmək üçün can atırlar. Layihə rəhbəri Yaşar seyidəliyev qeyd edir ki, bu layihə şagirdlərlə yanaşı bir çox coğrafiya alimləri və müəllimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Sınaq imtahanlarında yüksək nəticə göstərən şagirdlər Beynəlxalq Coğrafiya Olimpiadasından qələbə ilə qayıdacaqlarına ürəkdən inanır!