146
logo

Məktəbli dron mühəndisləri

  • Çərşənbə axşamı 8 Fevral 2022



“Məktəbli dron mühəndisləri” layihəsi çərçivəsində ümumilikdə 15 nəfər şagirdin  iştirakı ilə onlayn və əyani təlimlər keçirilmişdir. Layihəyə cəlb olunmuş  şagirdlər layihə əsaslı və dizayn əsaslı öyrənmə mühiti, 3D çapı, dron texnologiyası, layihə məhsullarına əmrlərin verilməsi - Microbit və makecod proqamları ilə tanış oldular.

 Onlayn təlimlər zamanı təhsilalanlar nəzəri biliklərlə bərabər Mikrobitdən  istifadə sahələri, tətbiqi, müxtəlif fiqurların qurulma mexanizmi, microbitə proqramın yüklənməsi ilə tanış olub, praktiki şəkildə sınaqdan keçirdilər. Cad və 3D capı, Tintercad proqramı ilə tanışlıq, Tintercad proqramından istifadə təhsilalanlarda praktik biliklər qazandıraraq müxtəlif bacarıqlar formalaşdırıb. 

Onlayn təlimlərdə dronlar haqqında öyrənilən nəzəri biliklər əyani təlimlərdə praktiki olaraq sınaqdan keçirildi, dron texnologiyası - dronların uçuşa hazırlığı, necə işləməsi sahəsində biliklər qazanıldı.

Dron texnologiyası və 3D çapı bilik və bacarığı şagirdlərə öz ideyasını reallığa çevirməyə kömək edəcək, bu tədris metodikası uşaqlara nəzəriyyə və praktiki bacarıqları effektiv şəkildə birləşdirməyə imkan verəcək. Bu da şagirdlərə məktəb dərslərini  daha dərindən öyrənmələrinə həvəs oyadacaq, gələcəkdə yiyələnmək istədikləri ixtisasları düzgün seçmələrinə imkan yaradacaq. 

Layihə iştirakçılarının Dron olimpiadasının Zona turunda iştirakı, I,II,III yerlər üzrə qalibiyyəti və respublika turuna vəsiqə qazanmaları ucqar kənd şagirdlərinin  qarşısına V qrant müsabiqəsinin açdığı uğurlu yol idi.

1 Fevral 2022-ci il tarixində Bakıda Gənclər Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AREA -Azerbaijan Robotics Engineering Academy birgə təşkilatçılığı ilə keçirilən DRON ŞOU- da “Məktəbli dron mühəndisləri” layihəsində olan Zona turunun qalibləri iştirak etmiş və yayda keçiriləcək Respublika Dron olimpiadasında iştirak etmək üçün vəsiqə qazanmışlar.