Öyrənmək istəyən hər kəs üçün ödənişsiz təhsil dəstəyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə qrant qazanan Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca Nardaran Qəsəbə 295 nömrəli tam orta məktəbdə icra olunur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin: "Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək təhsil müəssisələrinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin" sözlərinə əsaslanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə (Təhsildə inkişaf və innovasiyalar üzrə qrant) dünyaca məşhur olan "Khan Academy" orta məktəb şagirdlərinin həm rəqəmsal təhsil platformalarından istifadə ilə bağlı bacarıqlarını inkişaf etdirmək, həm də onların riyazi biliklərini mükəmməlləşdirməyi hədəfləyib.
Layihə çərçivəsində müəllimlərə mentor dəstəyi təmin edilib və onlara platformadan istifadə qaydaları izah olunub. Şagirdlərin rahat platformadan istifadə etmələri üçün ağıllı cihazlar alınıb.
Layihədə iştirak edən şagirdlər dərsdənkənar məşğələlər formasında həftədə 2-3 dəfə məşğul olurlar.
Layihə III-V sinifləri əhatə etməklə, mərhələli şəkildə 9 ay davam edəcək.
Məlumat üçün bildirək ki, “Khan Academy” hər yaşda müstəqil öyrənməni təmin edən dünyaca məşhur açıq öyrənmə platformasıdır. İbtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilk etmək “Khan Academy-Azərbaycanca” platformasının əsas hədəfidir.
Videoçarxın hazırlanmasında göstərilən dəstəyə görə Təhsil Nazirliyinin “Təhsil” televiziyasına təşəkkür edirik!