146
logo

"Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana" layihəsinin bağlanış tədbiri keçirilib

  • Bazar ertəsi 28 Fevral 2022



Fevralın 24-də Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş "Gələcəyin xəzinəsi - inkişafetdirici səyyar kitabxana" layihəsinin hesabat xarakterli bağlanış tədbiri keçirilib.

Tədbirdə Cəlilabad Rayon Təhsi Şöbəsinin müdir əvəzi Ağaxan Ağayev, Azərbaycan dili və ədəbiyyat fənn metodisti İlham Əhmədov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Seymur Cəfərov, layihənin eksperti Vasif Aliyev, müxtəlif ümumtəhsil müəssisələrindən layihə təlimlərinə cəlb olunmuş müəllimlər, layihə çərçivəsində təşkil olunmuş "Gələcəyin xəzinəsi bizik" mütaliə yarışmasında qalib gəlmiş şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Samirə Əmrahova layihə haqqqında məlumat verərək layihənin məqsədi və vəzifələri barədə, layihənin icra müddətində görülmüş işlərdən və əldə olunan nəticələr barədə məlumat verib.

Daha sonra qonaqların və təlimin iştirakçılarının fikirləri dinlənilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi yerli və xarici inkişafetdirici, öyrədici ədəbiyyatlardan ibarət səyyar kitabxana təşkil etməklə şagirdlərdə ömürboyu mütaliə vərdişləri formalaşdırmaq, zehni və sosial bacarıqların inkişafına, məktəbin və nəticədə cəmiyyətin idarəedilməsinin təkmilləşdirilməsinə dəstək olmaqdır.