Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Fərqli təcrübə” adlı yeni onlayn proqrama start veriləcək. Proqramın əsas məqsədi "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi"nin qaliblərinin təcrübəsini geniş auditoriyaya çatdırmaq, təhsil işçilərini yeni layihələrlə çıxış etməyə sövq etməkdir.
Proqram hər həftənin cümə axşamı saat 16.00-da T-Network-ün “Facebook” səhifəsindən canlı yayımlanacaq.
Martın 3-ü yayımlanacaq proqramın ilk buraxılışında “Virtual robotlar” və “Quizizz Azərbaycan” layihələrinin müəllifləri və komanda üzvləri ilə söhbət aparılacaq.
"Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə müsabiqədə nizamnaməsi, VÖEN-i və ona bağlı bank hesabı olan dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İştirakçı bu tələblərə cavab vermədiyi təqdirdə məzmun ekspertizası mərhələsinə buraxılmayacaq və müsabiqədə iştirakı sonlandırılacaq.