146
logo

"Şagirdlərin Astronavtika Məktəbi "adlı layihəsinin hesabat tədbiri

  • Cümə 4 Mart 2022



Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olan Şamaxı Rayon Sabir qəsəbə tam orta məktəbində "Şagirdlərin Astronavtika Məktəbi "adlı layihəsinin hesabat tədbiri keçirilib.

Təbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov, Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov, məktəb direktorları, eləcə də layihədə iştirak edən müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdən öncə layihə çərçivəsində şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra tədbiri məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru və layihə rəhbəri Gülnurə Babaşova giriş sözü ilə açmış və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Gülnurə Babaşova layihə müddətində görülmüş işlərə dair hesabatı məruzə etmişdir.

Qonaqların çıxışından sonra layihənin fəaliyyətini əks etdirəm videoçarx nümayiş etdirilmişdir. 

Tədbirin sonunda layihə təlimlərində iştirak edən iştirakçılara sertifikatlar təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.