146
logo

Yapon mühəndisliyi artıq məktəblərdə tətbiq olunur.

  • Cümə axşamı 6 Fevral 2020



               Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsildə inkişaf və innovasiyalar" üzrə III qrant müsabiqəsi çərçivəsində "Yapon mühəndisliyi STEM in ACTİON" akademiyası layihəsinin təlimləri keçirilir. Layihənin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin və yüksək texnologiyalar sahəsinə marağının artırılması, robototexnika üzrə prototiplərin hazırlanması və eyni zamanda, sınaqların keçirilməsinə imkan yaratmaqdır. 


           Layihə Sumqayıt şəhər 36 saylı tam orta məktəbin rəhbərliyi ilə həyata keçirilir. Təlimlərdə şagirdlərə, əsasən, aerokosmos mühəndisliyi, kimya mühəndisliyi, İnşaat mühəndisliy, elektrik mühəndisliyi, ekologiya mühəndisliyi və dəniz mühəndisliyi dərsləri keçirilir. Eyni zamanda, layihə çərçivəsində mühəndisliklə bağlı metodik vəsait hazırlanır.