146
logo

RİYAZİ BEYİN XƏRİTƏSİ

  • Çərşənbə axşamı 29 Mart 2022



62 nömrəli məktəb liseyin riyaziyyat müəllimi Cəmilə Əsgərova 2021-ci il V qrant müsabiqəsində  qalib olmuş "Riyazi Beyin Xəritəsi" layihəsi üçün maraqlı addımlar atmaqda davam edir. Belə ki, riyaziyyatın teoremlərini isbat edən avadanlıqlar ilə məktəblilərlə dərs keçmiş, onların teoremləri daha mükəmməl mənimsəməsi üçün müxtəlif üsullardan istifadə etmişdir.

Bundan əlavə olaraq şagirdlərlə onlayn görüş təşkil etmiş, Pİ günü adlı görüşündə Pİ ədədi haqqında məktəblilərə ətraflı məlumat vermiş, layihənin ekspertləri Bəhman Məmmədov və Aliyə Əhmədova maraqlı çıxışları ilə şagirdlərə riyaziyyatın sirləri haqqında danışmışlar. Layihə proqramçısı  Şəmistan Əlizadə şagirdlərə riyazi simulyasiyalar ilə müxtəsər vurmanın düsturu necə hesablanmış olduğunu göstərmişdir.

Görüş sonrası iştiraçkılar sertifikatla təltif olunmuşlar.