146
logo

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbulu sabah yekunlaşır

  • Çərşənbə 30 Mart 2022



Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə qatılmaq üçün layihələrin qəbulu prosesi sabah yekunlaşır.

Müsabiqədə iştirak etmək istəyənlər martın 31-i saat 23:59-dək layihələrini təqdim etməlidirlər. Layihələrin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. 

Müsabiqə barədə sual yaranarsa grants@edu.gov.az ünvanına müraciət edə bilərsiniz.