Məktəb icmalarının inklüziv təhsillə bağlı maariflənməsi.
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olmuş Salyan rayon Arbatan kənd E.Ağayev adına tam orta məktəb tərəfindən həyata keçirilən "Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi" adlı layihənin əsas məqsədi İcma əsaslı Uşaq Təhsil Mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris prosesinə inteqrasiyasını asanlaşdırmaq və İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinin yerləşdiyi məktəb icma nümayəndələrinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı düzgün münasibət qurmaq sahəsində maariflənməsidir. Layihə çərçivəsində seçilmiş 10 icmadakı uşaqlarla psixoloji testlər keçirilmiş və 200 uşağış psixoloji vəziyyəti aydınlaşdırılmışdır. Həmin uşaqlarla fərdi konsultasiyalar təşkil olunmuş və şagirdlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılmışdır.
27 yanvar 2020-ci il tarixdə Salyan rayonunda "Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi" layihəsinin valideynlər və müəllimlər üçün nəzərdə tutulmuş təlimləri keçirilmişdir. Təlim iki hissədən ibarət idi: birinci hissədə test sorğunun nəticəsinə əsasən dəvət edilmiş valideynlər, ikinci hissədə isə ibtidai sinif müəllimlər iştirak edirdi. Layihə üzrə valideynlər üçün çap edilmiş kitabçalar valideyn və müəllimlərə təqdim edilmişdir.