146
logo

«Balakən Məktəblilərinin Bal-Məkan düşərgəsi» layihəsinin bağlanış mərasimi

  • Çərşənbə 13 Aprel 2022



Təhsildə inkişaf və inovasiyalar üzrə V qrant müsabiqəsi üzrə qalib olmuş «Balakən Məktəblilərinin Bal-Məkan düşərgəsi» layihəsinin bağlanış mərasimi keçirilmişdir.

Bağlanış mərasimində Balakən rayon İcra Hakimiyyətinin Humanitar və Siyasi məsələlər üzrə müavini Nəzakət Rüstəmova, Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev, Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclərin İnkişaf və Karyera mərkəzin Balakən rayon nümayəndəliyin direktoru Şahin Qarakişiyev, Mingəçevir Gənclər evin direktor müavini, İşıqlı Gələcək Gənclər İctimai Birliyin Sədri Samrin Xanlayev, Balakən rayon Təhsil meneceri Nərmin Həbilova  və layihənin təşkilat komandası iştirak ediblər.

Layihə rəhbəri Samirə Varansova tədbiri giriş sözü ilə açaraq düşərgədə şagirdlərin qazandıqları nailiyyətlərdən, gözlənilən nəticələrin əldə olunmasından danışaraq, yaradılmış imkan üçün Təhsil Nazirliyinə təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başcısının müavini Nəzakən Rüstəmova düşərgənin Balakən rayon üçün bir ilk olduğunu vurğulamış və layihənin fəliyyətinə yüksək dəyər verdiyini bildirmişdir.

Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev  çıxışında rayon təhsili üçün şagirdlərin istirahətə və dünyagörüşünün artırılması istiqamətində gördüyü işlərə və göstərilən dəstəyə görə Təhsil Nazirliyinə, layihəni icra edən şəxslərə minnətdarlığını bildirmiş,  şagirdlərə öz tövsiyyələrini vermişdir.

Daha sonra layihənin eksperti Etiram Sadıqzadə layihə çərçivəsində keçirilmiş düşərgə haqqında ətraflı məlumat vermiş və gələcəkdədə Balakən rayonunda belə düşərgələrin çox olmasını arzu etmişdir.

Tədbirdə,  həmçinin Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, Gənclərin İnkişaf və Karyera mərkəzin Balakən rayon nümayəndəliyin direktoru Şahin Qarakişiyev, Mingəçevir Gənclər evin direktor müavini, İşıqlı Gələcək Gənclər İctimai Birliyin Sədri Samrin Xanlayev, Balakən rayon Təhsil meneceri Nərmin Həbilova və layihənin koordinatoru Murad Bicilov da çıxış etmişlər.

Sonda layihə iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.