146
logo

Qrant layihə İctima Şura tərəfindən müşahidə edilib

  • Cümə axşamı 28 Aprel 2022



Aprelin 27-də Təhsil Nazirliyinin yanında İctima Şura tərəfindən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində qrant qazanmış “Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca” layihəsinin icra prosesi  müşahidə edilib. 

Monitorinqin keçirilməsində məqsəd layihə ilə bağlı görülən işlərlə  daha yaxından tanış olmaq və layihənin gedişatını təhlil etməkdən ibarətdir.

Layihənin icra prosesini izləmək üçün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Şura üzvü Pərvanə Məmmədova və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva və layihənin komanda heyəti iştirak ediblər.

Qonaqlar təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Layihənin müəllifi Dilarə Cəbrayılova qonaqları platforma ilə tanış edib, layihənin əhəmiyyəti və nailiyyətləri barədə geniş məlumat vermişdir. 

Məlumat üçün bildirək ki, “Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca” layihəsinin icrası Nardaran qəsəbə 295 nömrəli məktəbdə davam etdirilir. Layihə çərçivəsində müəllimlərə mentor dəstəyi təmin  edilib və onlara platformadan istifadə qaydaları izah olunub. Şagirdlərin platformadan rahat istifadə edə bilməsi üçün layihə çərçivəsində məktəb üçün ağıllı cihazlar alınıb. 

Sonda keçirilən dəyirmi masada  mövcud problemlər,  perspektiv istiqamətlər üzrə müzakirələr aparılmışdır.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış İctimai Şuranın əsas məqsədi Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı əlaqələri gücləndirməkdir. Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində icra olunan layihələr üzrə keçirilən monitorinq də bu istiqamətdə atılan addımlardan biridir.