Yardımlıda istedadlı uşaqlarla iş üzrə təlimlər keçirilir
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan Yardımlı rayonu Çayüzü kənd tam orta məktəb tərəfindən "İstedadlı Şagirdlərlə işin təşkili üzrə təlim" adlı layihə keçirilir. Layihənin məqsədinə uyğun olaraq 125 nəfər olmaqla Yardımlı rayonunun ümumtəhsil müəssisələrində işləyən müxtəlif fənn müəllimləri və məktəb direktorları, yerli təhsil şöbəsinin metodist və inspektorları təlimə cəlb olunmuşlar.
Təlimlərdə məktəblərdə xüsusi qabiliyyətli uşaqlarla işin reallaşdırılması mexanizminin yaradılmasında nəzərə alınacaq əsas xüsusiyyətlər: istedadlı uşaqların aşkarlanması; uşaqların yaradıcılıq tələbatlarının təminatının təşkili; şagirdlərin öz qabiliyyətlərini reallaşdırması; diaqnostika; müəllimin rolu; təlimin texniki vasitələri; ailənin iştirakı; ümumi akademik müvəffəqiyyət; şagirdin xüsusi maraq və meyillərinin inkişaf edilməsi; müsabiqələr; olimpiadalar; akademik nailiyyətlər müəllimlərə aşılanır.