Yeni layihələrin icrasına başlanılıb
Sentyabrın 15-dən etibarən Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində dəstəklənən layihələrin icrasına başlanılıb.
Layihələr müasir tələblər baxımından onlayn platforma və tətbiqlər vasitəsilə öyrənmənin təşkili, təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması, dərnək və klubların təşkili, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar VI qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıb.