146
logo

“Peşə seçimində özünü kəşf et” layihəsinin açılışı olub

  • Bazar ertəsi 26 Sentyabr 2022



Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et ” adlı layihənin açılış mərasimi keçirilib. 

Tədbirdə Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayon üzrə təhsil sektorunun nümayəndələri, məktəbin direktoru, müəllim kollektivi və layihədə iştirak hüququ qazanan şagirdlər iştirak ediblər. 

Tədbiri açılış nitqi ilə salamlayan layihə rəhbəri Şəfəq Heydərli  layihə haqqında geniş məlumat verdi və layihə çərçivəsində görüləcək işlərdən danışdı. 

Daha sonra çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, aktuallığından və şagirdlər üçün vacibliyindən  söz açdılar.

Sonda layihənin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub,  iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihənin məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.