146
logo

"Valideyndə Səriştə - Təhsildə Inkişaf" layihəsinin açılış tədbiri

  • Çərşənbə 28 Sentyabr 2022



24 sentyabr  2022-ci il tarixində Sabirabad rayonu Zalqaraağac kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qrant qazanan "Valideyndə Səriştə -Təhsildə Inkişaf" layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə YAP-ın Sabirabad rayon təşkilatının nümayəndələri, Mil-Muğan RTI-nin Sabirabad rayon sektorunun nümayəndəsi  Vüqar Fərzəliyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Nurəddin Babayev və məktəb kollektivi iştirak ediblər. 

Layihə rəhbəri Rövşən Məmmədsoy layihənin mahiyyətindən və görüləcək işlər barəsində məlumat verib.

Daha sonra digər qonaqlar çıxış edərək layihənin aktuallığından, mövzunun vacibliyini vurğuladılar.

Sonda layihə barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Valideyndə Səriştə -Təhsildə Inkişaf” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar VI Qrant Müsabiqəsində "Fərdi Kateqoriya" üzrə qalib gəlib.